Məhkəmə qərarları › İş №1(009)-77/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-77/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-77/2020 29.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxstəkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 2 saylı ünvanda yerləşən «Teleteatr»ın qarşısındakı dayanacaqda saxlanılmış Zərərçəkmiş şəxs1 idarə etdiyi «Toyoto Prado» markalı 90XC990 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının açıq olmasından istifadə edib avtomobilə daxil olaraq avtomobilin alın şüşəsinin qarşısında qoyulmuş pul kisəsinin içərisindən ümumilikdə 3000 manat olan 15 ədəd 200 manatlıq, milli məzənnə ilə 850 manat təşkil edən 5 ədəd 100 ABŞ dolları, 1 ədəd 10 manatlıq və 7 (yeddi) ədəd bir manatlıq əskinazlardan ibarət pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 3867 (üç min səkkiz yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrinədə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən «Dalğa Plaza»ya məxsus dayanacağda saxlanılmış Nümayəndə idarə etdiyi “Toyota Prado” markalı, 99LF977 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının açıq olmasından istifadə edərək avtomobilə daxil olaraq avtomobilin arxa otucacağının üzərindən Nümayəndə hazırda mexaniki işlər üzrə briqadir çalışdığı Zərərçəkmiş şəxs2 MMC-nin sonuncuya təhkim etdiyi 1200 manat dəyərində olan bir ədəd «HP» markalı noutbuku gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-yə 1200 ( bir min iki yüz ) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu Aşağı Surra kəndində qeydiyyatdadır və orada atası Gülağa Qarayev, anası Zərgül Qarayeva ilə birlikdə yaşayır. İşləmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində daimi yaşayış yeri olmadığından işlədiyi müxtəlif daşkarxanalarında yaşamışdır. Əsasən Zirə qəsəbəsində yerləşən Mehman adlı şəxsin daşkarxanasında işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə istirahət günü olduğundan Bakı şəhərinin mərkəzinə gəzmək və iş axtarmaq məqsədi ilə gəlmişdir. Təxminən bir neçə saat mərkəzdə gəzdikdən sonra gəzə-gəzə Səbail rayonunun ərazisində yerləşən “Teleteatr”ın yanına gəlmişdir. “Teleteatr”la üzbəüz sırada bir neçə avtomaşın dayanmışdı, həmin avtomaşınların bir-bir içlərinə baxmağa başlamış, sırada dayanmış **-XC-*** dövlət qeydiyyat nişanlı qara rəngli «Prado» markalı avtomaşının sükanın üst tərəfində qırmızı rəngli pul kisəsini görmüşdür. Pul kisəsindəki pulu oğurlamaq məqsədi ilə avtomaşının qapısının açıq olub-olmadığını yoxlamaq məqsədi ilə avtomaşının tutacağını dartdıqda görmüşdür ki, avtomaşının qapıları açıqdır. Bundan istifadə edib avtomaşına daxil olub pul kisəsini oradan götürüb içini açmış və içərisində olan xeyli miqdarda pulları götürüb dərhal oradan uzaqlaşmışdır. Təxminən 1-2 km həmin yerdən aralaşdıqdan sonra münasib yerdə pulları saymağa başlamışdır. Pul kisəsinin içərisində 15 ədəd 200 manatlıq, 5 ədəd 100 ABŞ dolları, 10 manatlıq və 7 ədəd bir manatlıq əskinazlar olmuşdur. «Prado» markalı avtomaşından oğurladığı pulları şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Dalğa Plaza» adlanan binanın yaxınlığında dayanmış «Prado» markalı avtomaşınını eyni üsulla, yəni avtomaşının tutacağından dartıb avtomaşının qapıları açıq olduğundan avtomaşına daxil olmuşdur. Avtomaşının içərisini axtarmağa başlayarkən arxa oturacaqda markasını və modelini bilmədiyi bir ədəd noutbooku götürüb oradan uzaqlaşmışdır. Həmin günü bir neçə saat sonra avtomaşından oğurladığı noutbooku Bakı şəhəri «Səməd Vurğun» parkı adlanan yerin yaxınlığında tanımadığı təxminən 30-35 yaşlarında şəxsə 130 manata satmağa təklif etmiş, həmin şəxs onunla razılaşmış, həmin kompyuteri ona satmış və əldə etdiyi pulu şəxsi ehtiyyaclarıma xərcləmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 MMC-nə dəymiş ziyanı ödədiyini, Zərərçəkmiş şəxs1 ziyanın bir hissəsinin ödədiyini, Zərərçəkmiş şəxs2 MMC-nin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus «X4 Prado» markalı **-XC-*** qeydiyyat nişanlı avtomobili vardır. xx xxxxxx 2020-ci il tarixdə saat 12:10 radələrində musiqiçi dostu Saday Bədəlovla birlikdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 2 ünvanında yerləşən avtomobillərin dayanacağı üçün ayrılmış ərazidə avtomobili saxlayıb hər ikisi avtomobildən düşüb yaxınlıqda yerləşən «Teleteatr»a getmişlər. Avtomobildən düşüb getməzdən əvvəl o, özünə məxsus qırmızı rəngli pul kisəsini avtomobilin içərisindəki alın şüşəsinin qarşısına qoymuş, lakin avtomobilin qapısını mərkəzi kilid sistemi ilə bağlamamışdır. Həmin günü saat təxminən 15:40 radələrində Saday Bədəlovla birlikdə avtomobilə yaxınlaşmış, Sadaya pul vermək üçün avtomobilin qapısını açıb pul kisəsini götürüb içərisinə baxdıqda orada təxminən 3600 manat məbləğində pulun oğurlandığını aşkar etmişdir. O pul kisəsində 3600 manat məbləğin hansı əskinazlarla təşkil etdiyini dəqiq xatırlamır, lakin ümumi məbləğ təxminən 3600 manatdır. Bundan sonra Səbail RPİ-nin 9-cu PB-nə gəlib ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə tədim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 3600 manat məbləğində ziyanın, 900 manatının ödənildiyini göstərmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında zərərçəkmiş şəxş və mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayından Zərərçəkmiş şəxs2 MMC-də mexaniki işlər üzrə mühəndis vəzifəsində çalışır. “Dəniz Mall”-da “Bravo” supermarketinin inşasını həyata keçirilməsi layihəsini Zərərçəkmiş şəxs2 MMC-nə həvalə edilmişdir. O həmin layihə üzrə mühəndis kimi fəaliyyət göstərir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində idarə etdiyi, özünə məxsus “Toyota Prado” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomaşınını Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən “Dalğa Plaza”ya məxsus avtodayanacaqda saxlayaraq ticarət mərkəzinə daxil olmuşdur. Avtomobildən düşən zaman işlədiyi Zərərçəkmiş şəxs2 MMC-nin ona təhkim etdiyi “HP” markalı noutbukunu avtomobilin arxa oturacağın üzərində olduğunu görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18:10 radələrində işdən çıxan zaman avtomaşına yaxınlaşmışdır. Bu zaman təsadüfən avtomaşının arxa oturacağına baxmış və noutbukun avtomobilin arxa oturacağında olmadığını aşkar etmişdir. Ona işlədiyi Zərərçəkmiş şəxs2 MMC tərəfindən təhkim olunmuş «HP» markalı nootbukun dəyəri 1200 manat təşkil edir və həmin nootbukun üst qapağında balaca hərflərlə « HP » yazısı olmuşdur. Həmin nootbuk açıq boz rənglidir və orada ona, eləcə də, şirkətə məxsus olan məlumatlar yerləşdirilmişdir. Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddiadan imtina etdiyini və mülki iddia üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun musiqiçi dostudur. xx xxxxxx 2020-ci il tarixdə saat 12:10 radələrində o, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilində Səbail rayonu, Teymur Elçin küçəsi, 2 ünvanda yerləşən «Teleteatr»a gəlmişlər. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili avtomobillərin dayanacağı üçün ayrılmış ərazidə saxlamışdır. Hər ikisi avtomobildən düşüb yaxınlıqda yerləşən «Teleteatr»a getmişlər. Avtomobildən düşüb getməzdən əvvəl Zərərçəkmiş şəxs1 özünə məxsus olan qırmızı rəngli pul kisəsini avtomobilin içərisindəki alın şüşənin qarşısına qoymuşdur. Həmin günü saat təxminən 15:40 radələrində o, Zərərçəkmiş şəxs1 ilə birlikdə «Teleteatr»dan çıxmışlar. Maşına yaxınlaşdıqda Humay ona pul vermək üçün avtomobilin qapısını açıb pul kisəsini açıb içərisinə baxanda görmüşdür ki, orada olan pul yoxdur. Bundan sonra Zərərçəkmiş şəxs1 Səbail RPİ-nin 9-cu PB-nə gedib ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 MMC təqsirləndirilən şəxs ( cavabdeh ) Təqsirləndirilən şəxs qarşı “ cinayət nəticəsində vurulmuş 1200 manat ziyanın ödənilməsi ” tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmənin hazırlıq iclasında mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs2 MMC mülki iddiaçı qismində tanınmışdır. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC vurulmuş ziyan ödənildiyindən iddia tələbindən imtina etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 3600 manat məbləğində ziyanın, 900 manatı ödənilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Səbail RPİ-nin İstintaq şöbəsinin icraatında ********* saylı cinayət işi olan (Zərərçəkmiş şəxs2 MMC-nə məxsus noutbukun oğurlanması faktı üzrə) üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********** saylı cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilmiş, bir icraatda ********* sayı ilə istintaqı davam etdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(009)-140/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. BakıŞəhəriSəbailRayonməhkəməsinin xx xxx 2018-ciiltarixli, 1(009)-110/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cümaddəsiilətəqsirlibilinib 02 (iki) il 06 (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi əsasən Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək, ümumilikdə 02 (iki) ay, 07 (yeddi) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza, sınaq müddəti 02 (iki) il müəyyən olunaraq şərti tətbiq olunması və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 tərəfindən tələbnamədən görünür ki, xx.xx.1993-cü il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 02 (iki) il şərti sınaq müddəti hesab edilərək azad olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı qismən aradan qaldırdığını, digər zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin Təqsirləndirilən şəxs ziyanı ödədiyinə görə ondan şikayət və tələbinin olmamasını, eləcə də mülki iddiadan imtina etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri SəbailRayonMəhkəməsinin xx xxx 2018-ciiltarixli, 1(009)-110/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cümaddəsiilətəqsirlibilinib 02 (iki) il, 06 (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi əsasən Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək, ümumilikdə 02 (iki) ay, 07 (yeddi) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza, sınaq müddəti 02 (iki) il müəyyən olunaraq şərti tətbiq olunmuşdur. Lakin Təqsirləndirilən şəxs sınaq müddəti ərzində, yəni xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə yenidən qəsdən oğurluq cinayətini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşıdran hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət Məcəlləsinin 71.5-cimaddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (CM 67.4-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 1(009)-110/2018 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il sınaq müddətində yenidən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, şərti məhkum etmə ləğv edilməli və həmin hökmlə sonuncunun barəsində təyin edilmiş və çəkilməmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsoinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı sürdüyü mülki iddiadan imtina etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə digər Zərərçəkmiş şəxs1 mülki iddiası yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 1(009)-110/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş 02 (iki) il müddətinə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 1(009)-110/2018 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il06 (altı)ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin mülki iddiası üzrə icraata xitam verilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar