Məhkəmə qərarları › İş №1(009)-77/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-77/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-77/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 mart 2022-ci il tarixdə saat 17:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 16 sentyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi-12 ünvanında 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 8-ci Polis Bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins parçadan şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 1,612 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis tərəfindən tutulmamışdan təxminən 2-3 ay əvvəldən narkotik vasitə olan heroindən istifadə edirdi. Ailə üzvlərinin onun narkotik vasitə və psixotrop maddə qəbul etməyindən məlumatları olmamışdır. 15 sentyabr 2021-ci ildə yaşadığı evin yaxınlığında tək yolun kənarı ilə gedərkən yerdə 1 ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan büküm görüb götürmüşdür. Tapdığı həmin bükümü yerdən götürüb açaraq içərisinə baxdıqda bükümün içərisində narkotik vasitə olan heroinin olmasını görmüş və özü narkotik vasitə olan heroin qəbul edən olduğu üçün onu qəbul etməsi məqsədilə özündə saxlamışdır. Həmin günün səhəri, yəni 16 sentyabr 2021-ci ildə, saat təxminən 20 radələrində dostu Səbuhi ilə dayanıb söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşaraq ikisini də narkotik vasitə qəbul etməkdə şübhəli bilib 8-ci Polis Bölməsinə dəvət etmişlər. Videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmiş və o könüllü olaraq üzərində olan, yəni 15 sentyabr 2021-ci ildə tapdığı 01 ədəd ağ rəngli kağız bükümdə olan həmin narkotik vasitə heroini əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin zaman o, uzun müddətdir ki, narkotik vasitə olan heroini qəbul etdiyini və buna görə də üzərində aşkar edilmiş narkotik vasitəni özü qəbul etmək üçün üzərində gəzdirmişdir. O indiyədək narkotik vasitənin satışı ilə məşqul olmamış və yaxud da kiminləsə birlikdə narkotik vasitə qəbul etməmişdir. Səbuhi onun tanışıdır. 16 sentyabr 2021ci ildə Səbuhinin üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddə olan metamfetamin barədə əvvəldən onun heç bir məlumatı olmamışdır. Səbuhi onun yanında narkotik vasitə qəbul etməmiş və ümumiyyətlə onların narkotik vasitə, psixotrop maddələrlə bağlı aralarında danışıqları olmamışdır. Həmin gün də təsadüfən görüşmüşlər və saxlanıldıqları ünvanda dayanıb söhbət edərkən polis əməkdaşları yaxınlaşıb onları saxlayaraq bölməyə aparmış, orada onun da üstündə şəxsi axtarış aparılmış, o da 15 sentyabr 2021-ci il tarixdə dayandıqları həmin ərazidən tapıb üstündə saxladığı narkotik vasitə olan heroini təqdim etmişdir. O özü də orada Səbuhinin də üstündə axtarış aparılması və cibindən narkotik vasitə və psixotrop maddə aşkar edilib götürülməsini bilmişdir. Üstündən aşkar edilib götürülmüş narkotik vasitə-heroini Səbuhidən almamışdır. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis 8-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis X1 və Təqsirləndirilən şəxs Bayıl qəsəbəsi G.Əliyev küçəsində narkotik vasitələrin qəbulu, gəzdirilməsi və satışı ilə məşğul olmalarına dair əməliyyat məlumatı daxil olmuşdur. 16 sentyabr 2021-ci il tarixdə, saat, təxminən 20:30 radələrində Bakı şəhəri Səbail rayonu Gülbala Əliyev küçəsində yerləşən «Dəmirçilər məhləsi»də xarici əlamətləri məlumata uyğun gələn Səbuhi və Fəqan adlı şəxsləri Səbail rayonu, G.Əliyev küçəsi-12 ünvanında saxlamış və özlərini təqdim edərək onları şəxsi axtarış aparılması məqsədi ilə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə onların şəxsiyyətləri dəqiqləşdirildikdən sonra üzərlərində şəxsi axtarış aparılması üçün bölməyə vəkillər dəvət olunmuş və təhqiqatçı X14 tərəfindən bölmənin inzibati binasında olan otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışın gedişi videoya çəkilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü təqdim edərək bildirmişdir ki, büküm narkotik vasitə - heroin vardır, həmin narkotik vasitəni 15 sentyabr 2021-ci il tarixdə tapmışdır və şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılmış, daha sonra narkotik vasitə-heroinə bənzər kütlə olan büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis 8-ci Polis Bölməsinin polis sahə inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan DVD formatlı diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Nicat İmanzadənin iştirakı ilə Polis Bölməsinin təhqiqatçısı Əfqan Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edir. Kağız bükümün içərisində narkotik vasitəyə oxşar kütlə aşkar edilir. 1 ədəd kağız büküm bir ədəd kağız zərfdə qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 6/4118 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,612 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxildir. Həmçinin ekspert rəyinə əlavə edilmiş akta əsasən heroinin təmiz çəkisi 1,612 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq heroinin çəkisi isə 1,562 qramdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 26 oktyabr 2021-ci il tarixli, 6/4523 nömrəli rəyindən əsasən tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti No59» və «Tədqiqat Obyekti N»60» ştamp əksləri olan paketlərdəki -X5 aşkar edilərək götürülmüş ümumilikdə 3 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki kompanentlərinə görə eynidirlər; -X5 aşkar edilərək götürülmüş ümumilikdə 3 ədəd bükümdəki metamfetamin xarici əlamətlərinə və tərkibindəki kompanentlərinə görə eynidirlər; -X5 aşkar edilərək götürülmüş heroinlər, Təqsirləndirilən şəxs götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki kompanentlərinə görə fərqlidirlər. -X5 götürülmüş heroinlərin və metamfetaminin ilkin tədqiqat zamanı ayrı-ayrılıqda və ümumi təmiz çəkiləri MEM-nin 6/3294 və 6/4105 saylı və Təqsirləndirilən şəxs götürülmüş heroinin ilkin tədqiqat zamanı təmiz çəkisi 6/4118 saylı ekspert rəylərində göstərilmişdir. Həmçinin ekspert rəyinə əlavə edilmiş akta əsasən heroinin təmiz çəkisi 1,562 qram olmuş, tədqiqata 0,01 qram sərf edilmiş, qalıq heroinin çəkisi isə 1,552 qramdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. 17 sentyabr 2021-ci il tarixdə X8 və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əlamətləri olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 16 sentyabr 2021-ci il tarixdə saat 20.30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 18 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Səbail rayon prokurorunun 18 sentyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 18 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 08 oktyabr 2021-ci il tarixli 3837 №-li saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla ********* nömrəli iş üzrə icraat dayandırılmışdır. 10 dekabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş, eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. 10 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 16.09.2021-ci il tarixdə götürülmüş təmiz çəkisi 1,612 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin qeyd edilən qərarla S.M.Rəhmətov və Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı çəkilmiş 03 ədəd disk ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilmişdir. 14 dekabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmış, cinayət işinə ********* nömrəsi verilmişdir. 17 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. 09 fevral 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs 09 fevral2022-ci il tarixdə saat 01:46-da tutulmuş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 09 fevral 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Səbail rayon prokurorunun 10 fevral 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 10 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 10 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,612 qram heroin (keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,552 qram heroin), narkotik vasitənin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatının videogörüntüləri olan 01 ədəd diskin maddi sübut hesab edilməsi nəzərə alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində 08.05.2014-cü il tarixdə CPM 40.2.2-ci maddəsinə əsasən Yasamal Rayon Polis İdarəsində CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanılması rədd olunuşdur. İş materiallarında olan 149 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan 149 saylı MKİS tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə 29 mart 2022-ci il tarixli qərar və protokola əsasən Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə saat 23:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulma haqqında qərara əsasən 24 mart 2022-ci il tarixdə 22:00-da Səbail Rayon Polis İdarəsinin Post-patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-nin 39-cu Polis Bölməsinə aparılmış X12 oğlunun etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı 77DP 867 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən arxa sol ayaq altı tərəfindən 01 ədəd şəffaf sellofanda ümumi çəkisi 9,173 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı olmuş, psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olması müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-629/2022 saylı, 22 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 08( səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İnzibati həbsdə saxlama müddətinin əvvəli 22 mart 2022-ci il tarixdən, 01:00-dan hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 16 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixədək, 09 fevral 2022-ci il tarix saat 01.46-dan 10 fevral 2022-ci il tarix saat 15.10-dək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 04 (gün) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə 29 mart 2022-ci il tarixli protokolla şübhəli şəxs qismində tutulması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının 08 oktyabr 2021-ci il tarixli 3837 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,552 qram (ilkin təmiz çəkisi 1,612 qram) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış 17 sentyabr 2021-ci il tarixli, 6/4118 saylı materialların məhkəmə ekspertizası tədqiqatının xərci 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 26 oktyabr 2021-ci il tarixli, 6/4523 saylı ekspert rəyi hazırki iş üzrə Təqsirləndirilən şəxs və ********* nömrəli cinayət iş üzrə təqsirləndirilən şəxs X7 münasibətdə verilmiş və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 ( bir yüz on dörd) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Cinayət-Prosessual Məcəllənin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə aparılmış 26 oktyabr 2021-ci il tarixli, 6/4523 saylı materialların məhkəmə ekspertizasının rəyi Təqsirləndirilən şəxs və X7 münasibətdə verildiyindən məhkəmə ekspertizası tədqiqatı xərci 114 ( bir yüz on dörd) manatın 57 (əlli yeddi) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HOKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 ibtidai istintaq dövründə 16 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixədək, 09 fevral 2022-ci il tarix saat 01.46-dan 10 fevral 2022-ci il tarix saat 15.10-dək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə 29 mart 2022-ci il tarixli protokolla şübhəli şəxs qismində tutulması nəzərə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,552 qram (ilkin təmiz çəkisi 1,612 qram) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış 17 sentyabr 2021-ci il tarixli, 6/4118 saylı materialların məhkəmə ekspertizası tədqiqatının xərci 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün İş üzrə aparılmış 26 oktyabr 2021-ci il tarixli, 6/4523 saylı materialların məhkəmə ekspertizası tədqiqatının xərci 114 ( bir yüz on dörd) manatın 57 (əlli yeddi) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (yüz əlli) manat Bakı şəhəri 21 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Xətai rayon filialı, kod 510891, müxbir hesabı AZ11NABZ********************, SWİFT AZENAZ22, 21 saylı Vəkil Bürosunun H/hesabı: AZ57AZEN********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar