Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-77/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdam şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 10-da qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Az.Dress qəsəbəsi Naxçıvani küçəsi 27də yaşayan, hazırda “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 14,229 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, 12 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 3rləşən Səbail RPİnin 8-ci PB-nin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə saat 23:45-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli şalvarın sağ qabaq cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 01 ədəd ağ rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 14,229 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5-6 aydır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. İstifadə etdiyi narkotik vasitəni əvvəlcədən tanımadığı və şəxsiyyətləri barədə heç bir məlumatı olmayan şəxslərdən əldə edir. Təxminən bir neçə müddətdir ki, “instagram” sosial şəbəkəsində tanış olduğu və istifadəsində +**********56 saylı mobil nömrə olan özünü İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxs kimi təqdim edən şəxsi tanıyır. Sonuncu dəfə qeyd etdiyi şəxslə “Vhatsapp” sosial şəbəkəsində əlaqə saxlayaraq ondan narkotik vasitə marixuana verməsini istəyib. Həmin şəxs bildirib ki, narkotik vasitəni qoyacağı yeri ona bildirəcək və onun müqabilində ondan 135 manat pul istəyib. Onunla razılaşıb və onun təqdim etdiyi nömrəsini xatırlamadığı bank kartı hesabına 135 manat pul köçürdüb. 12 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 1 ünvanda narkotik vasitəni əvvəlcədən qoyulduğu yerdən götürüb cibinə qoyub. Həmin vaxt bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özünü təqdim edib xidməti vəsiqəsini göstrəib polis əməkdaşı olduğunu bildirib orada nə etdiyini soruşub. Üzərində narkotik vasitə olduğundan bir anlıq özünü itirib üzərində narkotik vasitə olduğunu həmin şəxsə bildirib. Budnan sonra həmin şəxs 8-ci polis bölməsinə zəng edib məlumat verib və oraya başqa polis əməkdaşları da gəlib özlərini təqdim ediblər. Bundan sonra polis əməkdaşları onu 8-ci polis bölməsinə dəvət ediblər və onlara etiraz etmədən polis bölməsinə gedib. Orada xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanıb. Bu zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub- olmaması sualına cavab olaraq əynində olan mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyub. Bundan sonra üzərinə fiziki axtarış keçirilib, lakin başqa hər hansı bir əşya aşkar edilməyib. Aşkar olunmuş bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilib. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd büküm narkotik vasitə marixuanaya bənzər kütlə müvafiq ekspert rəyi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb. Daha sonra iştirakçılarla birlikdə həmin zərflərin üzərinə imza edib. İfadəsində bildirdiyi kimi, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 5 ünvandan əvvəlcədən qoyulduğu yerdən götürüb. Həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxs kimi tanıdığı şəxsdən onlayn yolla şəxsi istifadə üçün 135 manat qarşılığında əldə edib. Məqsədi həmin narkotik vasitəni özü istifadə edəcəkmiş. Qeyd olunan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamır. Ailə üzvlərinin bu barədə heç bir məlumatı yoxdur. Saxlanılan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, məcburi köçkün olmasını, həmçinin həm özünün, həm də valideyinlərinin sağlamlıq vəziyyətlərini nəzərə alaraq barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığı ünvana gedən zaman yolun kənarında olan zibil qutularının yanında bir nəfər kişi cinsli şəxsin əlində fənərlə nəsə axtardığını görüb ondan şübhələnib. Bir qədər irəli gedəndən sonra avtomobilin güzgüsündən baxanda görüb ki, həmin şəxs fənəri söndürüb yerdən nəyisə götürərək cibinə qoyub. Avtomobili geriyə hərəkət etdirib həmin şəxsin yanında dayanıb. Avtomobildən enib həmin şəxsdən orada nə etdiyini soruşanda o, tələbatını ödədyini deyib. Onun hərəkətlərindən şübhələnib ona yalandan həmin yerə narkotik vasitə götürməyə gəldiyini və onu izlədiyini deyib özünü ona polis əməkdaşı kimi təqdim edib. Həmin şəxs bir daha orada heç nə etmədiyini deyib. Ona özünü polis əməkdaşı kimi təqdim edən zaman artıq həmin şəxsin qorxub çəkindiyini hiss edib. Mobil telefonunu götürüb ərazidə xidmət edən polis naryadlarına zəng etmək istəyən zaman həmin şəxs zəng etməməyini xahiş edib. Bundan sonra əynindəki şalvarın sağ yan cibindən bir ədəd bağlama çıxarıb içərəsində 15 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib. Daha sonra xidmət etdiyi idarənin bölük komandirinə zəng edib hadisə barədə məlumat verib. Bölük komandiri isə öz növbəsində zəng edib Səbail RPİ-nə məlumat verib. Orada olan zaman oraya Səbail RPİ-nin 8-ci polis bölməsinin əməliyyat qrupu gələrək birlikdə həmin şəxsi 8-ci polis bölməsinə dəvət ediblər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə gedib. Polis Bölməsində müəyyən edilib ki, həmin şəxs xx xxxxxx 1991-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Ü.Hacıbəyov küçəsi, ev 10-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qarabağ küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılıb. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb polis əməkdaşlarına təqdim edib. Təqsirləndirilən şəxs üzərinə fiziki axtarış keçirilib, lakin başqa hər hansı bir əşya aşkar edilməyib. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə həmin kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənib. Bununla da şəxsi axtarış və götürmə başa çatıb və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmayıb, bu barədə protokol tərtib edilib, iştirakçılarla birlikdə protokola, həmçinin zərfin üzərinə imza edib. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirilən zaman, eləcə də üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə xidmət etdiyi polis bölməsində növbətçilik qrafiki üzrə xidmətdə olub. Həmin tarixdə saat 23 radələrində Səbail rayon Polis İdarəsindən 8-ci polis bölməsinə məlumat daxil olub ki, Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşı Səbail rayonu, G.Əliyev küçəsi 6 saylı ünvanın qarşısında bir nəfər şübhəli şəxsi saxlayıb və onların ona köməklik etməyini istəyir. Bundan sonra həmin ünvana gedib orada bir nəfər kişi cinsli şəxsin Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanıldığını görmüşlər. Həmin şəxsə özünü təqdim edib və onu 8-ci polis bölməsinin inzibati binasına dəvət ediblər və həmin şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə gedib. Polis Bölməsində müəyyən edilib ki, həmin şəxs xx xxxxxx 1991-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Ü.Hacıbəyov küçəsi, ev 10-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qarabağ küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılıb. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb polis əməkdaşlarına təqdim edib. Təqsirləndirilən şəxs üzərinə fiziki axtarış keçirilib, lakin başqa hər hansı bir əşya aşkar edilməyib. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə həmin kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənib. Bununla da şəxsi axtarış və götürmə başa çatıb və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmayıb, bu barədə protokol tərtib edilib, iştirakçılarla birlikdə protokola, həmçinin zərfin üzərinə imza edib. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirilən zaman, eləcə də üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/1010 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 büküm narkotik vasitə” yazılar və imzalar olan 1 (bir) ədəd ağ rəngli sellofan bükülüdə təmiz çəkisi-14,229 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onlarım prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və onların qalan kütlələrinin geri qaytraılmasına dair 13 iyul 2023-cü il tarixli aktdan görünür ki, marixunanaya bənzər 1 ədəd sellofan bükümdə 14, 229 qram narktoik vasitə saat 13 iyul 2023-cü il tarixdə 10:10-da qəbul olundu, 0,02 qram istifadə olundu, 14, 209 qram saat 13 iyul 2023-cü il tarixdə 11:20-də geri qaytarılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs - təmiz çəkisi 14,229 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi, ekspertiza tədqiqatından sonrakı qalıq 14,209 qram qurudulmuş marixuananın isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPl-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasına “şəxsi axtarış və götürmə aparılması”nın əks olunduğu videogörüntüyə baxış keçirilmiş və çəkilişdə bir nəfər kisi cinsli səxsin üzərinə səxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması görünür. Üzərinə səxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən qadın cinsli səxs əynindəki göy rəngli salvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edir. Bundan sonra səxsin üzərinə fiziki axtarış keçirilir və səxsin üzərindən başqa hər hansı bir əsya aşkar edilmir. Səxsin təqdim etdivi sellofan büküm açıldıqda içərisində vasil rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanava bənzər kütlələrin olması müəvvən edilir. Səxsin üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qovularaq qablaşdırılır və zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Həmin səxs qevd olunan bükümü 12 iyul 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı səxsin bank hesabına 135 manat göndərməklə əldə etdiyini, həmin səxsin narkotik vasitənin qovulduğu veri ona bildiriş kimi göndərdikdən sonra gedib oradan götürdüvünü və səxsi istifadəsi ücün üzərində daşıdığını bildirir. Bununla da istintaq hərəkətinin yekunlaşdırıldığı elan edilir və görüntü sona çatır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2011-ci il tarixli hökmü ilə 03 (üç) il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli, 2303 nömrəli “Əfv” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində 13 avqust 2023-cü il tarixdə axtarış elan edilmiş, 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş, 19 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Səbail RPİ-nin X5 azad edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş: - Mirgəçevir şəhər nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildə erməni işğalı nəticəsində ünvan 7 ünvanında məskunlaşmışdır. O, ictimai yerlərdə özünü nümunəvi aparır və qeydiyyatda olduğu Dövlət qaçqınkomunun Mingəçevir şəhər nümayəndəliyinə heç bir narazılıq şikayət daxil olmamışdır. - 12 dekabr 2023-cü il tarixli Əlillik haqqında arayışdan görünür ki, atası X3 13 iyun 2013-cü il tarixdən İkinci dərəcəli əlillik dərəcəsi var. - AA 277715 seriyalı Məcburi köçkün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs daimi yaşayış yeri - Ağdam rayonunu 1993-cü ildə tərk etmiş və hal-hazırda Mingəçevir şəhərində məskunlaşmışdır. - 21 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Neyrocərrahiyyə X6 Şəxs tərəfindən verilmiş müayinə protokoluna əsasən, Təqsirləndirilən şəxs fəqərəarası disklərin, fəqərə cismlərin degenerativ dəyişiklikləri və Şmorl düyünləri.L5-S1- fəqərəarası disklərin arxa median sağa meyilli yırtığı, dural kisənin və sağ lateral sinir kökcüyünün minimal sıxılması diaqnozu qoyulmuşdur. - Təqsirləndirilən şəxs məxsus ******* seriyalı hərbi biletdən görünür ki, o, Sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”nın əks olunduğu videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 şəxsi Ambulator X1 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, özünün və atasının sağlamlıq vəziyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək, 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılmaldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin 19 oktyabr 2023-cü il tarixli 6864 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan – 14,209 qram marixana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixə və 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhər ərazisini tərk etməmək, ünvan 8 ünvanında olan yaşayış yerini hər gün saat 23-00-dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Mingəçevir şəhər İcra və Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 14,209 qram marixana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on) manat pul tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Xətai filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-77/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-77/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver