Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-78/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 5 ünvanında qeydiyyat olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işnə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən, o, vahid tamah niyyəti ilə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2019-cu ilin noyabr ayının əvvəllərindən başlayaraq xx xxxxxxxx 2020-ci tarixinə kimi olan müddət ərzində müxtəlif günlərdə vəı saatlarda, ailəsi və qaynanası Zərərçəkmiş şəxs ilə bidgə yaşadığı ünvan 2 mənzil 5 ünvanın yataq otağındakı sandığın qıfılını, qaynanasının yataq xəstəsi olmasından istifadə edib gizlətdiyi yerdən açarı götürüb açaraq, orada taxta daxılda saxlanan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 1000 manat olan cəmi 3000 manat dəyərində 03 ədəd qızıl klonu, dəyəri 150 manat olan 01 ədəd cüt qızıl sırğasını, dəyəri 500 manat olan 01 ədəd cüt qızıl sırğasını, dəyəri 150 manat olan 01 ədəd cüt gümüş mirvari qaşlı sırğanı, hər birinin qiyməti təxminən 150 manat cəmi 1.500 manat dəyərində 10 ədəd qızıl üzüyünü özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 5.300 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bububla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o bisavad olduğundan yazıb oxuya bilmir. İbtidai istintaq zamanı onun ifadəsi alınarkən o sərbəst yazıb oxuya bilmədiyini bildirsə də, ifadəsi ona oxunmamış və o yalnız ifadəni imzalamış, soyadını isə özü yazmamışdır. Belə ki, ondan ifadəsi alınarkən müstəntiq onun dediklərini elektron formada yazaraq ona imzalamaq üçün təqdim etmişdir. Halbuki, onun gözləri zəif görür, latın əlifbası ilə yazıb oxumağı bacarmır, ümumiyyətlə o, nədə ittiham olunduğunu bilmir. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi göstərmişdir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, həmçinin müstəntiq barəsində xüsusi qərar çıxarımasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı cinayət işi üzrə təqsirləndirilən şəxsin məhkəməyə verilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Məhkəmə cinayət işin materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, iş materiallarında olan cinayət işinin 80-81-ci vərəqələrində olan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində azərbaycan dilinin latın qrafikası ilə sərbəst yazmağı və oxumağı, CM-nin 177.2.4-cü maddəsi ilə özünü təqsirli bildiyini, elan olunmuş ittihamın mahiyyəti ona izah olunduğu qeyd edilmişdir. Təqsirləndirilən şəxs dindirmə prtotokolunda olan əl yazmaları özü tərəfindən icra edilmədiyini göstərmişdir. Həmçinin həmin protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs dedikləri (ifadəsi) kompyuterdə yazılaraq ona imza etdirilmişdir. Lakin protokoldakı ifadəsi Təqsirləndirilən şəxs tərəfindən oxuduğu qeyd edilsə də, bu həqiqəti əks etdirmir, çünki Təqsirləndirilən şəxs oxuya bilmədiyi üçün ifadəsini oxumadan imzalamışdır. Halbu ki, iş materiallarında olan cinayət işinin 13-15-ci vərəqələrində olan Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci Polis Bölməsindəki xx.xx.2020-ci il tarixli ilkin izahatından görünür ki, o, Azərbaycan dilində yazmağı, oxumağı bacarmır, odur ki, onun izahatının onun sözləri ilə kompyuterdə yazılmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli arayıçından görünür ki, Təqsirləndirilən şəxs “astiqmatizm. OU- mürəkkəb miopik astiqmatizm. Sağda 18,o D və 16,0D oxlarla. Solda 14,0D və 13,0D oxlarla. Arxa qütbün və ləkənin degenerasiyası. Ağrlaşmış katarakta.Binokulyar, ağır görmə pozğunluğu. Vis OD=0,03k/ilə=0,08. Vis Os=0,05k/ilə=0,09” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan dilində yazıb oxumağı bacarmır, gözləri zəif görür, eləcə də nədə ittiham olunduğunu bilmir. Qeyd edilən hallar isə bir daha təsdiq edir ki, müstəntiq Yalçın Məmmədov təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək kimi hüquqlara malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Həmin Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bundan başqa, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin «nədə ittiham olunduğunu», «nədən müdafiə olunmalı olduğunu» bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikasının CPM-nin 91.5.1-ci maddəsinə əsasən “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu da pozur. Təsbit olunan normalara və məhkəmə presedentlərinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mahiyyətini izah olunmaması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud prosessual pozuntu hesab edilir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozulması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Səbail rayon X2 Şöbəsinin müstəntiqi X1 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300, 303, 306 və 307ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apelyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-78/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-78/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver