Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-78/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də çapdan sonrakı sahə üzrə rəhbər vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 oktyabr 2022-ci il tarixdə saat 11.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq, onun tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, "xxxx" MMC-ilə 28 aprel 2020-ci il tarixdə bağlanmış 125 nömrəli əmək müqaviləsi əsasında həmin MMC-də çapdan sonrakı sahə üzrə rəhbər vəzifəsində işləyərkən texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə cavabdeh şəxs olaraq çapdan sonrakı sahədə quraşdırılan “Tigel Al formalı kəsim avadanlığı”nın təhlükə mənbəyi olan hərəkətli hissələrinə (presləyiciyə) işçilərin toxunmasını, xəsarət almasını istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST’nin 1.2, 2.1.5 bəndlərinin və “Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları” barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələblərinə riayət etmək vəzifəsi həvalə olunduğu halda, həmin vəzifələrin icrasına laqeyd yanaşaraq qeyd olunan tələbləri pozmuş nəticədə ”İndigo” MMC-də çapdan sonrakı sahənin operatoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs 16 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsi 1/2 ünvanında yerləşən MMC-yə məxsus mətbəədə kağızlara kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan “Tigel A1” avadanlığında işləyərkən avandanlığın içində qalan kağızları çıxarmaq məqsədi hərəkətdə olan presləyici sətlərinin arasına əyilərək baş və əl nahiyyəsinin avadanlığın hidravlik presinin arasında qalması nəticəsində baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan kəllə və üz skeleti sümüklərinin çoxsaylı basılmış qəlpəli sınıqları, burun sümüklərinin yerini dəyişmiş qapalı sınığı, başın sol təpə və sol gicgah nahiyyələrinin əzilmiş-cırılmış yaraları, alın nahiyyəsinin, hər iki göz orbitası ətrafının qançırları, sifətin, hər iki saidin və sol əlin arxa səthlərinin geniş ölçülü sıyrıqları kimi baş nahiyyəsinin hidravlik presin arasında sıxılması nəticəsində əmələ gəlməyə uyğun, dərəcələrinə görə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, baş vermiş ölümlə səbəbli əlaqələri olan xəsarətlər almış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2009-ci ilin aprel ayında "xxxx" MMC-də operator kimi işə düzəlmişdir. 28 aprel 2020-ci ildən 2021-ci ilin dekabr ayındadək isə müfaviq əmrlə MMC-də çapdan sonrakı sahənin rəisi vəzifəsində çalışmışdır. MMC tipoqrafiya fəaliyyəti ilə məşğul olur, bu fəaliyyət kitabların, jurnalların, restoranlar üçün menyulların, hərbi biletlərin və digər sənədlərin dərc olunmasından ibarətdir. MMC-nin mərkəzi inzibati binası B.Məcidov küçəsi 44/46 ünvanında, mətbəəsi isə ünvan 3 O həmin mətbəədə çapdan sonrakı sahənin rəhbəri vəzifəsində çalışmışdır. Onun vəzifəsinə mətbəənin bütün çap məhsullarının formalı kəsmə üsullarını, formatını bilmək, sifarişi ofset, çap və cildləmə sahəsindən öz imzamı qoymaqla qəbul etmək, avadanlıqlarda görülən işlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsinə cavabdehlik daşımaq, çapdan sonraki sahədə olan bütün avadanlıqları və onların iş prinsiplərinin texniki istismarını, xidmətini istehsalat üzrə direktor müavininə təqdim etmək, bıçaq və onların kataloqlarının hazırlanması, hər həftənin beşinci günü tabeleyində olan avadanlqılarda olan problemlər barədə təqdimat əsasında istehsalat üzrə direktor müavininə təqdim etmək, çapdan sonrakı sahəsinin işçilərinin iş paltarlarını geyinilməsində riayət etmələrinə cavabdeh daşımaq, tabeliyində olan işçiləri treninqlərin keçirilməsi, çapdan sonrakı sahədə işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etmələrinə nəzarət etmək, işçilərin avadanlıqlarda düzgün işləmələrini təmin etmək, çapdan sonrakı sahədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına cavabdehlik daşımaq kimi vəzifələri vardır. Mətbəə beş sahədən yəni, çap sahəsi, çapdan sonrakı sahə, cildləmə sahəsi, loteriya sahəsi və kardon sahəsindən ibarətdir. Çap sahəsində çap işlərinin həyata keçirilməsi, çapdan sonrakı sahədə isə kağızların səhifələnməsi, laminasiyası, kəsimi, kleylənməsindən ibarətdir. Zərərçəkmiş şəxs mətbəədə çapdan sonrakı sahədə operator vəzifəsində 19 noyabr 2020-ci il tarixdən işləmişdir. Xəyyam xaraktercə sakit, tərbiyəli, mehriban və işə can yandıran biri olmuşdur. Xəyyamın vəzifəsinə “Tigel A1” dəzgahlarında çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. Onlar mətbəəyə gələrkən mətbəəninin inzibati binasına qalxaraq gündəlik işə gəlmələrini özündə əks etdirən tabelə, həmçinin texniki-təhlükəsizlik kitabına qol çəkib və geyinib-soyunma otağında iş üçün ayrılmış geyim formalarını geyinib işə başlamışlar. Günün sonunda isə işdən çıxmağa dair nəzərdə tutulan tabelə qol çəkib işi tərk edib getmişlər. İşçilərin iş qrafiki səhər saat 08-dən axşam saat 17-ə kimi olmuşdur. Həftəlik iş rejimi isə 5 günlük, bəzən isə işçilərin razılığı ilə 6 günlük olmuşdur. 16 dekabr 2021-ci il tarixdə saat 08 radələrində işə gələn Zərərçəkmiş şəxs digər işçilər kimi qeyd olunan prosedur qaydalarına riayət olunmaqla işə başlamışlar. O, həmin gün üçün səhər işə gələndə Xəyyamı görmüş və salamlaşıb rəhbərlik tərəfindən keçirilən iclasda iştirak etmək üçün mətbəənin ikinci mərtəbəsinə qalxmışdır. İclasda onlara tapşırıqlar verilmişdir. İclasda ona verilən tapşırığa əsasən o, Xəyyama “Tigel A1” avadanlığında formalı kəsimlərin aparılması tapşırığını vermiş və o, işə başlamışdır. Həmin avadanlıqda Xəyyam əvvəllər digər işçi Məmməd Əliyev ilə birlikdə işləmişdir. Belə ki, Xəyyam ümumiyyətlə MMC-də işə başlayarkən onu Məmməd Əliyevin yanına təhkim etmişdir ki, avadanlıqlarla işləməyi öyrənsin. Artıq işə düzəlməsindən kifayət qədər vaxt keçdiyindən Xəyyam artıq işləri sərbəst görmüş, çətin işlərdə isə yenidən Məmmədə, eləcə də ona müraciət etmişdir. Həmin gün də Xəyyama işin ilk əvvəlində Məmməd kömək etmiş, daha sonra isə Xəyyam işi sərbəst davam etmişdir. Xəyyam verilmiş tapşırığa əsasən kağızlardan alınmış müəyyən formaları ona gətirərək nümunə kimi göstərmiş, o bəyənərək işin davam etdirilməsini demişdir. Daha sonra Məmməd digər avadanlığında kəsim işləri görmək üçün Xəyyamın yanından ayrılmışdır. O sahədə aparılan ümumi işləri nəzarət etmişdir. Bir gədər keçdikdən sonra Xəyyama yaxınlaşaraq işin gedişatı ilə maraqlananda artıq işin bitməsinə az qaldığını görmüş və hətta işin nə vaxta bitməsi ilə maraqlananda cəmi 10 dəqiqəyə yekunlaşdıra biləcəyini bildirmişdi. O isə Xəyyama mətbəənin ikinci mərtəbəsinə çıxaraq kitab, jurnalların cildlənməsi, kəsilməsi və kleylənməsi təyinatı daşıyan “Wehlenberg” avadanlığında işləməli olduqlarını bildirib ona kömək etməli olduğunu demişdir. Xəyyam işi bitirən kimi ikinci mərtəbəyə qalxacağını bildirmişdir. Bundan sonra o ikinci mərtəbəyə qalxmış, təxminən saat 11-də aşağıdan qışqırıq səsi gəldiyini eşidib qaçaraq birinci mərtəbəyə düşmüşdür. Pilləkənlə düşəndə artıq iş yoldaşlarından eşitmişdir ki, Xəyyam avadanlığın içində qalmışdır. O ilk olaraq düşünmüşdür ki, yəqin Xəyyamın əli avanlığın içində qalıb, amma yaxınlaşanda isə onun “Tigel A1” avadanlığında baş və əl nahiyyəsini saldığı avadanlığın hidravlik presinin arasında baş nahiyəsinin sıxılıb qalaraq hərəkətsiz halda qan içində dayandığını və başının dağılaraq dilinin çölə çıxdığını görüb öldüyünü anlamışdır. Həmin vaxt orada olan mexanik Şahid5 avadanlığın hidravlik presini aralayaraq Xəyyamı oradan çıxarmağa çalışmışdır. O orada dayana bilməyib mətbəədən çıxmış və təxminən iki dəqiqədən sonra geri qayıdıb işçilərin Xəyyamın meyidini yerə düzülmüş taxtaların üstünə uzatdıqlarını görmüşdür. O baş usta yəni, sahə üzrə rəhbər kimi Xəyyamın işlərinə digər operatorların işləri kimi nəzarət etmişdir. Mətbəədə olan avadanlıqların sazlığını həftənin birinci günü mexaniklər yoxlamışlar. Avadanlıq işlək vəziyyətdə olmuşdur. Əgər iş zamanı avadanlıqda problemlər aşkar olunursa onda həmin avadanlığa təhkim olmuş operator özü bu barədə ona məlumat verir və o da öz növbəsində rəhbərliyə məruzə etməklə mexaniki dəvət edib avadanlığın təmir olunmasını təmin edir. Hər gün işə başlayarkən avadanlıqla işləməyə başlayan operator avadanlığın sazlığını yoxlayıb müvafiq sənədə ad və soyadını qeyd etməklə işə başlayır. Həmin gün də Xəyyam tərəfindən avadanlıqda hər hansı bir problemin olması barədə ona müraciət olmamışdır, Xəyyam artıq sərbəst avadanlıqda işləyə bilmişdir, onun avadanlıqda tək işləməsində heç bir pozuntu yoxdur. Eləcə də, “Tigel A1” avadanlığını bir nəfər işlədə bilər və avadanlığın strukturunda da bu göstərilmişdir. Onun fikrincə Xəyyam avadanlığın içində kağız qaldığını görmüşdür və avadanlıqda qalan kağız parçasını avadanlıq işləyə-işləyə götürməyə çalışmışdır, lakin götürməyə macal tapmamış baş nahiyyəsi avadanlığın arasında qalaraq ölmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, operator özü avadanlıqda hidravlik pressin işləmə vaxtını müəyyən edir, həmin vaxt saniyələrlə ölçülür. Texniki təhlükəsizliyə cavabdeh şəxs özüdür. Onlarda avadanlığın istifadə qaydalarına, avadanlığın təhlükəsizliyinə dair kitabça vardır, digər kitabça isə ümumi təhlükəsizliyə aiddir, bununla bağlı işçilər hər gün qol çəkirdilər. Təqsirləndirilən şəxs həmçinin növbəti məhkəmə iclaslarında göstərmişdir ki, təhlükəsizliyi təmin etmək üçün “Tigel A1” avadanlığına sensor stopun quraşdırılması mümkün deyil. Ekspert rəyində göstərilir ki, həmin avadanlıqların istismarına yol verilməməlidir. Lakin həmin avadanlığın istismarına yol verilib-verilməməsi qanunvericiliklə mümkündür və həmin avadanlıqların istismarı qadağan olunmayıb. Həmçinin qeyd etmişdir ki, ekspert sensorlu stopun həmin avadanlıqda quraşdırılmasını qeyd etsə də, bu Azərbaycanda mümükün olmayan bir məsələdir. Bunun üçün həmin avadanlıq zavoda qaytarılmalıdır və sənaye üsulu ilə həmin qurğu quraşdırılmalıdır. Azərbaycanda həmin avadanlığın satışı yoxdur. Müəssisənin texnikləri və mütəxəssisləri var. Əgər təhlükəli olsaydı onun şəxsən problemin aradan qaldırılması üçün mütəxəssisə demək vəzifəsi olmuşdur və bunu edərdi. Əgər təhlükəli olsaydı işçilərə orada işləməyə icazə verməzdi. Hər həftənin də 5-ci günləri onlar təlimata uyğun olaraq hər hansısa problem yarandığı zaman yazılı şəkildə müdriyyətə təqdim etmişlər. İbtidai istintaq zamanı verilmiş ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, "xxxx" MMCnin çapdan sonrakı sahəsində olan “Tigel A1 formalı kəsim avadanlığı” təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə, “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST-nin 1.2, 2.1.5 bəndlərinin və “Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələbləri çapdan sonrakı sahəsinin rəhbəri tərəfindən pozulmuşdur. Məlum olduğu kimi ekspert rəyi tam aydın olmadığı üçün ekspert özü məhkəmə iclasına aydınlıq gətirmək üçün dəvət olunmuşdur. Ekspert ümumiyyətlə işçinin avadanlığın hərəkətli hissələrinə toxunmasını istisna edən təhlükəsizlik qurğularının qoyulmasını məsləhət bilmişdir. Lakin məlum olmuşdur ki, bu yalnız istehsalçı tərəfindən zavod şəraitində edilə bilər. Nəzərə alınmalıdır ki, məhkəmə gedişində tam aydınlıq yaranması üçün ekspert yenidən məhkəmə iclasına dəvət olunaraq rəy ilə ekspert rəyində istinad olunan normativ sənədlərlə uyğunluğu müzakirə olunmuşdur. Müzakirə nəticəsində məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasında qüvvədə olan istehsalatda təhlükəsizlik təlimatlarda (rus dilində təqdim edilmişdir) rəydə istinad olunan maddələrdən də başqa maddələrlə də onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsi əsasları müəyyən olunmamışdır. Ekspert rəyindəki “Ekspert tərəfindən qeyd edilir ki, isehsalat avadanlıqları təhlükəsizlik texnikasının tələblərinə uyğun olaraq müvafiq qoruyucu təhcizatlarla təmin etmək və təhlükəli faktorları aradan qaldırmaq mümkün olmadıqda həmin avadanlıqların istismarına yol verilməməlidir.” cümləsinin tövsiyyə xarakteri daşıdığını bildirmişdir. Bundan başqa, həmin təhlükəsizlik qurğularının mətbəə şəraitində “Tigel A1” avadanlığının istehsalçısının qoyması məsələsi müzakirə predmeti olduğundan məhkəmə tərəfindən işə mütəxəssis cəlb olunmuş, “Azərbaycan” Mətbəəsində uzun müddət işləyən mətbəə işçisi mütəxəssis kimi cəlb olunmuş və məhkəmədə “Tigel A1” avadanlığına hansı şəraitdə avadanlığın hərəkətli hissələrinə qoruyucu qoyula bilinməsi və digər məhkəməni maraqlandıran suallara cavablar alınmışdır. Mütəxəssisin cavablarından bəlli olmuşdur ki, ekspert iddia edən hərəkətli hissələrə (presləyici) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən həmin əlavənin qoşulması yalnız “Tigel A1” formalı kəsim avadanlığının istehsalçısı tərəfindən zavod şəraitində istehsal oluna bilər. Bununla razılaşmayan dövlət ittihamçısı tərəfindən təkrar ekspertizamın keçirilməsi barədə vəsatət verilmiş və qoyulmuş suallara əlavə olaraq "xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığının konstruksiyası təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyici) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhükəsizlik (qoruyucu, mühafizəedici) vasitələr ilə təhciz edilmişdirmi, "xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığına sonradan istehsalçı tərəfindən konstruksiyasına əlavə təhlükəsizlik vasitələrinin quraşdırılması mümkündürmü?” sualı qoyulmuşdur. Təkrar ekspertizaya cavab olaraq gələn 05 iyul 2022-ci il tarixli 10/3733 nömrəli ekspert rəyi ilkin rəyi birdaha təsdiq etmiş və əlavə olaraq göstərilmişdir ki, "xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığının konstruksiyası təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyici) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhükəsizlik (qoruyucu, mühafizəedici) vasitələr ilə təhciz edilməməyi, əlavə təhülkəsizlik vasitələrinin quraşdırılmasının mümkün olubolmaması “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizasının predmetinə aid olmadığı qeyd edilmişdir. Ekspert tərəfindən qeyd edilir ki, istehsalat avadanlıqlarını təhlükəsizlik texnikasının tələblərinə uyğun olaraq müvafiq qoruyucu təhcizatlarla təmin etmək və təhlükəli faktorları aradan qaldırmaq mümkün olmadıqda həmin avadanlıqların istismarına yol verilməməlidir. Lakin məlum olduğu kimi hələ bundan əvvəl mütəxəssis tərəfindən elə bir avadanlığın quraşdırılması yalnız istehsal şəraitində mümkün ola bildiyindən ekspertin suala bu cavabı əsassızdır.Göründüyü kimi ekspert rəyində göstərilən ‘İstehsalat prosesləri” 12.2.003-91 DSTnin 2.7.1, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST-nin 1.2, 2.1.5 bəndlərinin və “Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələbləri onun tərəfindən pozulmamışdır. Nəzərə alınmalıdır ki, mətbəədə istifadə olunan “Tigel A1” formalı kəsim avadanlığının Azərbaycan Respublikasına idxalına qadağa barədə dövlət ittihamçısı heç bir sənəd təqdim edə bilməmişdir. Belə ki, elə bir qadağa mövcud deyil. Çapdan sonrakı sahənin operatoru Zərərçəkmiş şəxs avadanlığın hərəkətdə olan presləyici sətlərinin arasına əyilərək öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarf’mn 11-ci bəndinin və “Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları” barədə təlimatın 1.1 bəndinin tələbləri Zərərçəkmiş şəxs özü tərəfindən pozulmuşdur. Ekspert rəyində pozuntu kimi qeyd olunan “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları”. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST-nin 1.2, 2.1.5 bəndlərinin, “Təşkilat, idarə, müəssisələrinin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarf’mn 11 bəndinin, “Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borclarım”nm 2.13, 2.14, 2.15 bəndlərinin və “Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları”nın 1.1 bəndinin tələbləri onun tərəfindən pozulmamışdır. Ekspert rəyində qeyd olunan onun tərəfindən həmin tələblərin pozulması müəyyən oluna bilmir. Ekspert özü də rəyində təsdiqləmişdir ki, Zərərçəkmiş şəxs avadanlığın hərəkətdə olan presləyici sətlərinin arasına əyilərək öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nm 11-ci bəndinin və “Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları” barədə təlimatın 1.1 bəndinin tələbləri Zərərçəkmiş şəxs özü tərəfindən pozulmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs öz təhlükəsizliyini qorumayaraq hadisənin baş verməsinə səbəb olmuşdur. Göstərilənlər də sübut edir ki, o öz vəzifə öhdəliklərini düzgün və vaxtlı-vaxtında yerinə yetirmişdir. Qeyd olunanları nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının sonlarından hal-hazıradək "xxxx" MMC-də operator vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun böyük qardaşı olmuşdur. Qardaşı Xəyyam onun kimi "xxxx" MMC-də 19 noyabr 2020-ci il tarixindən çapdan sonrakı sahədə operator vəzifəsində işləmişdir. Xəyyam xaraktercə sakit, böyük-kiçik bilən, tərbiyəli və işə can yandıran biri olmuşdur. MMC tipoqrafıya fəaliyyəti ilə məşğul olmuş, bu fəaliyyət kitabların, jurnalların, restoranlar üçün menyulların, hərbi biletlərin vəs sənədlərin dərc olunmasından ibarətdir. MMC-nin mətbəəsi ünvan 4 ünvanında yerləmiş, o qardaşı ilə birlikdə çapdan sonrakı sahənin operatoru kimi həmin ünvanda işləmişdir. Çapdan sonrakı sahənin operatoru kimi həm onun, həm də qardaşının vəzifəsi adlarına təhkim olunmuş avadanlıqlarla, “Laminasiya Al və “MBO Al” işləmək, gələn sifarişləri sahə rəhbərindən qəbul edib kağızların sayını və işə yararlılığını sahə rəhbəri ilə birlikdə yoxlamaq, istifadə etdikləri avadanlığın və bıçaqların qaydalarını mükəmməl bilmək, kağızları, çap vərəqlərini tam hazırladıqdan sonra işə başlamaq, işi bitirdikdən sonra sifariş blankında qeydiyyat aparıb sahə rəisinə təhvil vermək, daimi təhlükəsizlik qaydalarını bilməklə onlara riayət etmək və s.dən ibarət olmuşdur. Onlar təhkim olunmuş avadanlıqlarla işləyərkən hər hansı bir nasazlıq hiss etdikdə baş ustaya müraciət edir və o da öz növbəsində mexanik, əgər elektrik problemi mövcud olduğu təqdirdə isə elektrik dəvət edərək problemi aradan qaldırırlar. Çap sahəsində çap işlərinin həyata keçirilməsi, çapdan sonrakı sahədə isə kağızların səhifələnməsi, laminasiyası, kəsimi, kleylənməsindən ibarətdir. Qardaşı Xəyyamın vəzifəsinə “Tigel A1” dəzgahlarında çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. Onlar hər gün mətbəəyə gələrkən mətbəənin inzibati binasına qalxaraq gündəlik işə gəlməsini özündə əks etdirən tabelə, həmçinin texnikitəhlükəsizlik kitabına qol çəkib və geyinib-soyunma otağında iş üçün ayrılmış geyim formalarını geyinib işə başlamış, günün sonunda isə işdən çıxmağa dair nəzərdə tutulan tabelə qol çəkib işi tərk edib getmişlər. 16 dekabr 2021-ci il tarixdə saat 08 radələrində qardaşı Xəyyamla birlikdə işə gəlib yuxarıda qeyd olunan prosedur qaydalarına riayət olunmaqla işə başlamışdır. Onun işlədiyi avadanlıq ikinci mərtəbədə, Xəyyamın işlədiyi avadanlıq isə birinci mərtəbədə yerləşmişdir. Xəyyam özünə təhkim olunmuş Tigel A1” avadanlığında işləmiş, həmin avadanlıq qabaqcadan müəyyən olunmuş formanı kağızlara vermişdir. Xəyyam adətən həmin avadanlıqda Məmmədlə birlikdə, bəzi hallarda isə tək işləmişdir. Saat təxminən 11 radələrində axırıncı mərtəbədə avadanlıqla işləyərkən hamının səs küy saldığını, harasa qaçdıqlarını görmüşdür. Bundan sonra o da dərhal nə baş verdiyini öyrənmək üçün birinci mərtəbəyə düşmüş, qardaşı Xəyyamın “Tigel A-l” avadanlığında işləyərkən avandanlığın içində qalan kağızları çıxarmaq məqsədi ilə baş və əl nahiyyəsini saldığı avadanlığın hidravlik pressinin arasında baş nahiyyəsinin sıxılıb qalaraq dağılmasını görmüşdür. Bundan sonra işçilərlə köməkləşib Xəyyamı avandanlığın arasından çıxarıb yerə uzatmış və orada nəbzini yoxladıqda isə həyat əlamətləri olmadığını bilmişdir. Buna baxmayaraq təcili yardıma və polisə məlumat vermişdir. Fikrincə hadisə Xəyyamın öz ehtiyatsızlığı üzündən baş vermiş, Xəyyam avadanlığın içində kağız qaldığını görüb və avadanlıq işləyə-işləyə boylanaraq sağ əli ilə həmin kağızı götürmək istədikdə hidravlik pressin içində qalaraq xəsarət alıb ölmüşdür. Bundan başqa onlar iş zamanı işçi geyimi ilə təmin edilmiş, bunun üçün ayrıca kaska, əlcək və s. verilməmiş, buna səbəb işdə həmin vasitələri ehtiyacın olmamasıdır. Qardaşı Xəyyamın işlərinə digər operatorların işləri kimi baş usta yəni sahə üzrə rəhbər Təqsirləndirilən şəxs, daha sonra istehsalat sahənin rəis müavini İxtiyar və daha sonra isə sahə rəisi Şahid1 nəzarət etmişdir. Mətbəədə olan avadanlıqların sazlığını hər həftənin birinci günü mexaniklər yoxlamış, əgər iş zamanı avadanlıqda problemlər aşkar olunursa onda həmin avadanlığa təhkim olmuş operator bu barədə sahə üzrə rəhbərə məlumat vermiş, o da öz növbəsində mexanik dəvət edib avadanlığın təmir olunmasını təmin etmişdir. Hər gün işə başlayarkən avadanlıqla işləməyə başlayan operator avadanlığın sazlığını yoxlayıb müvafiq sənədə ad və familyasını qeyd etməklə işə başlamışdır. Hadisə qardaşı Xəyyamın ehtiyatsızlığından baş verdiyindən heç bir şikayət və ya tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun işlədiyi avadanlıq ikinci mərtəbədə, Xəyyamın işlədiyi ivadanlıq isə birinci mərtəbədə yerləşmişdir. Xəyyam adətən həmin avadanlıqda Məmmədlə birlikdə, bəzi hallarda isə tək işləmişdir. Fikrimcə hadisə Xəyyamın öz ehtiyatsızlığı üzündən baş vermiş, Xəyyam avadanlığın içində kağız qaldığını görüb və avadanlıq işləyə-işləyə boylanaraq sağ əli ilə həmin kağızı götürmək istədikdə hidravlik pressin içində qalaraq xəsarət alıb ölmüşdür. 16 dekabr 2021-ci il tarixdə saat 08 radələrində qardaşı Xəyyamla birlikdə işə gəlib yuxarıda qeyd olunan prosedur qaydalarına riayət olunmaqla işə başlamışlar. Qardaşı Xəyyamın vəzifəsinə “Tigel A -1” dəzgahlarında çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin oktyabr ayından "xxxx" MMC-də istelehsalat sahəsinin rəis müavini vəzifəsində işə başlamışdır. 2021-ci ilin təxminən sentyabr ayından isə istehsalat rəisi vəzifəsinə təyin edilmişdir. İstehsalat rəisi kimi vəzifəsinə sahə rəhbərlərinin işinə nəzarət etmək, istehsalat üzrə direktor müavini açılan sifariş əsasında bütün sahələr üzrə sifarişin gedişatına nəzarət etmək və vaxtında verilməsini təşkil etmək, işçinin sağlamlığını, sifarişlərin formalaşdırılması, mətbəənin işlərinə rəhbərlik etmək, mətbəənin çap, cildləmə sexinin və bütün istehsalat sahələrinin işini profesionalcasına təşkil etmək, mətbəədə işçilərin nizam-intizamı pozmasına imkan verməmək, tabeliyində olan sahə rəhbərləri ilə və işçilər ilə treninqlər keçirilməsinə nəzarət etmək və s. aiddir. Zərərçəkmiş şəxs mətbəədə çapdan sonrakı sahədə operator kimi 19 noyabr 2020-ci il tarixdən işləmişdir. Onun vəzifəsinə “Tigel A1” dəzgahlarında çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. 16 dekabr 2021-ci il tarixdə saat 07 radələrində işə gələn Zərərçəkmiş şəxs işə daxil olan zaman bütün prosedur qaydalarına riayət etməklə işə başlamışdır. Saat təxminən 10:30 radələrində mətbəəyə MMC-nin direktor müavini olan Elşən Bənənyarski gəlmiş və onlar mətbəəni gəzərək görülən işlər barədə söhbət etmişlər. Bundan sonra o ikinci mərtəbədə yerləşən kabinetinə qalxmış, təxminən 10 dəqiqə sonra otağına operator Rəfail ağlayaraq daxil olub ona aşağı gəlməli olduğunu bildirib otağı tərk etmişdir. O, Rəfailin ardınca mətbəənin birinci mərtəbəsinə getmiş və Zərərçəkmiş şəxs kağızlara kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan “Tigel A1” avadanlığında işləyərkən avandanlığın içində qalan kağızları çıxarmaq məqsədi ilə baş və əl nahiyyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qaldığını görmüşdür. Həmin vaxt Xəyyam aparatın içində sıxıldığından avadanlığın işlənməsi dayanmış, buna baxmayaraq Xəyyamı rahat çıxarmaq məqsədi ilə elektrik avtomatından elektriki kəsmişlər. Həmin vaxt onunla yanaşı oraya baş mexanik Şahid5 gəlmiş və o, aparatın yan tərəfini sökməklə hidravlik pressin ilk işlək vəziyyətinə qayıtmasını təmin edəndən sonra, Rəfail, Namiq, qardaşı Elməddin və işçilərdən bir neçə nəfər Xəyyamı avadanlığın içindən çıxararaq giriş qapısının qarşısında olan taxta paletin üstünə uzatmışlar. Onlar Xəyyamın nəbzini yoxladıqda onun artıq öldüyünü müəyyən etmişlər. Buna baxmayaraq təcili yardıma və polisə məlumat vermişlər. Hadisə Xəyyamın ehtiyatsızlığı üzündən baş vermişdir. Belə ki, fikrincə Xəyyam avadanlığın içində kağız qaldığını görüb boylanaraq sağ əli ilə həmin kağızı götürmək istədikdə bədənini avadanlığı işə salan düyməyə dəyməsi nəticəsində avadanlıq işə düşmüş və Xəyyam hidravlik pressin içində qalaraq xəsarət alıb ölmüşdür. Xəyyam ilə "xxxx" MMC- nin direktoru Tariyel Salahov arasında əmək müqaviləsi bağlanmışdır. Xəyyam iş zamanı işçi geyimi ilə təmin edilmişdir. Xəyyamın işinə sahə rəhbəri Təqsirləndirilən şəxs rəhbərlik və nəzarət etmişdir. Mətbəədə hər gün işə başlayarkən avadanlıqla işləməyə başlayan operator avadanlığın sazlığını yoxlayıb müvafiq sənədə ad və soyadını qeyd etməklə işə başlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avadanlqda stop düymələri vardır, qurğu ilə işə başlamazdan öncə stoplara basılmalı, sonra qurğu işə salınmalıdır. Xəyyam iş zamanı işçi geyimi ilə təmin edilmişdir. Mətbəədə hər gün işə başlayarkən avadanlıqla işləməyə başlayan operator avadanlığın sazlığını yoxlayıb müvafiq sənədə ad və soyadını qeyd etməklə işə başlamışdır.Xəyyamın vəzifəsinə “Tigel A 1” dəzgahlarında çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. 16 dekabr 2021-ci il tarixdə saat 07 radələrində işə gələn Zərərçəkmiş şəxs işə daxil olan zaman bütün prosedur qaydalarına riayət etməklə işə başlamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2004-cü ildən "xxxx" MMC-də müxtəlif vəzifələrdə, son vaxtlardan baş mexanik vəzifəsində işləyir. MMC tipoqrafiya fəaliyyəti ilə məşğul olur. Bu fəaliyyət kitabların, jurnalların, sənədlərin dərc olunmasından ibarətdir. Baş mexanik kimi onun vəzifəsi avadanlıqların sazlığını yoxlamaqdan ibarətdir. Mətbəə beş sahədən ibarətdir. Mətbəədə ümumilikdə cəmi 63 işçi vardır. O özünə təhkim olunmuş avadanlıqlarla işləyir və həmin avadanlıqlarda nasazlıq hiss etdikdə baş ustaya müraciət edilir və o da öz növbəsində mexanik, əgər elektrik problemi mövcud olduğu təqdirdə isə elektrik dəvət edərək problemi aradan qaldırır. Zərərçəkmiş şəxs mətbəədə çapdan sonrakı sahədə operator vəzifəsində işləmişdir. Xəyyamın vəzifəsinə “Tigel A1” dəzgahlarında çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. Onlar mətbəəyə gələrkən mətbəəninin inzibati binasına qalxaraq gündəlik işə gəlmələrini özündə əks etdirən tabelə, həmçinin texniki-təhlükəsizlik kitabına qol çəkib və geyinib-soyunma otağında iş üçün ayrılmış geyim formalarını geyinib işə başlamışdır. 16 dekabr 2021-ci il tarixdə saat 08 radələrində işə gələn Zərərçəkmiş şəxs digər işçilər kimi bütün yuxarıda qeyd olunan prosedur qaydalarına riayət olunmaqla işə başlamışdır. İşə başlayandan sonra Xəyyamla salamlaşmış, Xəyyam özünə təhkim olunmuş “Tigel A1” avadanlığında işləmişdir. Həmin avadanlıq qabaqcadan müəyyən olunmuş formanı kağızlara vermişdir. Xəyyam həmin avdanlıqda Mamedlə, bəzi hallarda isə özü tək işləmişdir. Saat təxminən 11 radələrində mən başqa sahədə çap avadanlığına baxış keçirmişdir. Həmin vaxt Zahid və Rəfayilın qışqıraraq onu çağırdıqlarını eşitmişdir. O dərhal həmin yerə gedəndə görmüşdür ki, Xəyyamın sol bədən hissəsi və baş nahiyəsinin yarısı avadanlığın içərisində qalmışdır. O dərhal avadanlığın qapağını açmış, bundan sonra avdanlıq aralanmış, Xəyyamı həmin yerdən çıxartmışlar. Bundan sonra Xəyyamı taxtalların üstünə uzatmış və nəbzini yoxladıqda həyat əlamətlərinin olmadığını görmüşlər. Bundan sonra təcili yardıma və polisə məlumat vermişlər. Onun fikrincə hadisə Xəyyamın ehtiyatsızlığı üzündən baş vermişdir. Belə ki, Xəyyam avadanlığın içində kağız qaldığını görüb və boylanaraq sağ əli ilə həmin kağızı götürmək istədikdə bədəni avadanlığın işə salan düyməyə dəyməsi nəticəsində avadanlıq işə düşmüş və o, hidravlik pressin içində qalaraq xəsarət alıb ölmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Tigel Al” avadanlığının son 2-3 il ərzində təmir edilməsinə ehtiyac olmamışdır, həmin avadanlıqda hər hansı bir nasazlıq aşkar etməmişəm.Onun fikrimcə hadisə Xəyyamın ehtiyatsızlığı üzündən baş vermişdir. Xəyyam avadanlığın içində kağız qaldığını görüb və sağ əli ilə həmin kağızı götürmək istədikdə o, hidravlik pressin içində qalaraq xəsarət alıb ölmüşdür. Saat təxminən 11 radələrində o başqa sahədə çap avadanlığına baxış keçirmişdir. Mətbəədə avadanlıqların sazlığı hər həftənin birinci günü profilaktika kimi onun tərəfindən yoxlanılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Şahid2 ifadəsində göstərmişdir ki, 2011-ci ilin aprel ayından "xxxx" MMC-də operator kimi işə düzəlmişdir. 2021ci ildən isə müvafiq əmrlə Texniki nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır. MMC tipoqrafiya fəaliyyəti ilə məşğul olur. Texniki nəzarət şöbəsinin rəisi kimi vəzifəsinə bütün növ islehsalat işlərinə rəhbərlik etmək, həmçinin təşkil etmək, istehsalat sahəsinə verilən sifarişləri vaxtında və keyfiyyətli icra etmək, işçinin əməyin normaları və təhlükəsizlik texnikasına ayda bir dəfədən az olmayaraq təlimatlandırmaq, təlimatın sonunda qeydiyyat kitabında işçilərin imzası ilə qeydiyyat aparmaq, islehalat avadanlığının istismarına, xidmətinə və təmirinə cavabdeh olmaq, işçilərin nizam-intizam normalarına riayət etməsinə nəzarət etmək kimi vəzifələri vardır. Zərərçəkmiş şəxs mətbəədə çapdan sonrakı sahədə operator kimi 19 noyabr 2020-ci il tarixdən işləmişdir. Onun vəzifəsinə “Tigel A 1” dəzgahlarında çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. 16 dekabr 2021-ci il tarixdə saat 07 radələrində işə gələn Zərərçəkmiş şəxs işə daxil olan zaman bütün prosedur qaydalarına riayət etməklə işə başlamışdır. Saat təxminən 10:30 radələrində onu çapdan sonrakı sahədə “Tigel A-l” avadanlığının yanında görmüşdür. Təxminən yarım saat sonra saat 11-də mətbəənin ikinci mərtəbəsində yerləşən cildləmə sahəsində olarkən aşağıdan qışıqırıq səsi eşitmiş, dərhal birinci mərtəbəyə düşmüş, Xəyyamı “Tigel A1” avadanlığında işləyərkən avandanlığın içində qalan kağızları çıxarmaq məqsədi ilə baş və əl nahiyyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qaldığını görmüşdür. Həmin vaxt onunla yanaşı oraya baş mexanik Şahid5 gəlmiş və o, aparatın yan tərəfini sökməklə hidravlik pressin ilk işlək vəziyyətinə qayıtmasını təmin edəndən sonra, Rəfail, Namiq, qardaşı Elməddin və işçilərdən bir neçə nəfər Xəyyamı avadanlığın içindən çıxararaq giriş qapısının qarşısında olan taxta paletin üstünə uzatmışlar. Onlar Xəyyamın nəbzini yoxladıqda onun artıq öldüyünü müəyyən etmişlər. Hadisə Xəyyamın ehtiyatsızlığı üzündən baş vermişdir. Belə ki, onun fikrincə Xəyyam avadanlığın içində kağız qaldığını görüb boylanaraq sağ əli ilə həmin kağızı götürmək istədikdə bədənini avadanlığı işə salan düyməyə dəyməsi nəticəsində avadanlıq işə düşmüş və Xəyyam hidravlik pressin içində qalaraq xəsarət alıb ölmüşdür. Xəyyam iş zamanı işçi geyimi ilə təmin edilmişdir. Onun üçün ayrıca kaska, əlcək verilmir, işdə buna ehtiyac yoxdur. Xəyyamın işinə sahə rəhbəri Təqsirləndirilən şəxs rəhbərlik və nəzarət etmişdir. Mətbəədə hər gün işə başlayarkən avadanlıqla işləməyə başlayan operator avadanlığın sazlığını yoxlayıb müvafiq sənədə ad və soyadını qeyd etməklə işə başlamışdır. Həmçinin göstərmişdir ki, 2021-ci ildən isə müvafiq əmrlə Texniki nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır. 16 dekabr 2021-ci il tarixdə saat 07 radələrində işə gələn Zərərçəkmiş şəxs işə daxil olan zaman bütün prosedur qaydalarına riayət etməklə, yəni tabelə, həmçinin texniki-təhlükəsizlik kitabına qol çəkəndən sonra işə başlamışdır. Xəyyam iş zamanı işçi geyimi ilə təmin edilmişdir. Onun üçün ayrıca kaska, əlcək verilmir, onların işdə buna ehtiyac yoxdur. Xəyyamın vəzifəsinə “Tigel A 1” dəzgahlarında çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. Texniki nəzarət şöbəsinin rəisi kimi vəzifəsinə bütün növ islehsalat işlərinə rəhbərlik etmək, həmçinin təşkil etmək, işçinin əməyin normaları və təhlükəsizlik texnikasına ayda bir dəfədən az olmayaraq təlimatlandırmaq, islehalat avadanlığının istismarına, xidmətinə və təmirinə cavabdeh olmaq, işçilərin nizamintizam normalarına riayət etməsinə nəzarət etmək kimi vəzifələri vardır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2010-ci ilin iyul ayından "xxxx" MMC-də çap köməkçisi, daha sonra təxminən 2012-ci ildən isə çapdan sonrakı sahənin operatoru vəzifəsini icra etməyə başlamışdır. Çapdan sonrakı sahənin operatoru kimi vəzifəsinə adına təhkim olunmuş avadanlıqlarla (“Laminasiya Al” və 'MBO Al”) işləmək, gələn sifarişləri sahə rəhbərindən qəbul edib kağızların sayını və işə yararlılığmı sahə rəhbəri ilə birlikdə yoxlamaq, istifadə etdikləri avadanlığın və bıçaqların qaydalarını mükəmməl bilmək, kağızları (çap vərəqlərini) tam hazırladıqdan sonra işə başlamaq, işi bitirdikdən sonra sifariş blankında qeydiyyat aparıb sahə rəisinə təhvil vermək, daimi təhlükəsizlik qaydalarını bilməklə riayət etmək və s.dən ibarət olmuşdur. O özünə təhkim olunmuş avadanlıqlarla işləyirmiş və həmin avadanlqılarda nasazlıq hiss etdikdə baş ustaya müraciət etmiş və o da öz növbəsində mexanik, əgər elektrik problemi mövcud olduğu təqdirdə isə elektrik dəvət edərək problemi aradan qaldırmışdır. Zərərçəkmiş şəxs mətbəədə çapdan sonrakı sahədə operator vəzifəsində işləmişdir. Xəyyamın vəzifəsinə “Tigel A1” dəzgahlarmda çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. Onlar mətbəəyə gələrkən mətbəəninin inzibati binasına qalxaraq gündəlik işə gəlmələrini özündə əks etdirən tabelə, həmçinin texniki-təhlükəsizlik kitabına qol çəkib və geyinib-soyunma otağında iş üçün ayrılmış geyim formalarını geyinib işə başlamışlar. 16 dekabr 2021-ci il tarixdə saat 08 radələrində işə gələn Zərərçəkmiş şəxs digər işçilər kimi bütün yuxarıda qeyd olunan prosedur qaydalarına riayət olunmaqla işə başlamışdır. İşə başlayandan sonra Xəyyamla salamlaşmış, Xəyyam özünə təhkim olunmuş “Tigel Al” avadanlığında işləmişdir. Həmin avadanlıq qabaqcadan müəyyən olunmuş formanı kağızlara vermişdir. Xəyyam həmin avdanlıqda Mamedlə, bəzi hallarda isə özü tək işləmişdir. Saat təxminən 11 radələrində mən “Laminasiya Al” avadanlığında mətbəədə operator vəzifəsində o Şahid4lə birlikdə işləyərkən ani olaraq Xəyyamın hərəkətsiz halda avadanlığa söykənmiş halda olduğunu görmüşdür. Həmin vaxt kömək edən Zahidə aralarında məsafənin təxminən 2-3 metr olmasına görə Xəyyamın halı ilə maraqlanmasını bildirmiş, o da dərhal işini dayandırıb Xəyyama yaxınlaşmışdır. Xəyyama yaxınlaşan kimi qışqıraraq kömək etməyini demişdir. O dərhal avadanlığa yaxınlaşıb Xəyyamın “Tigel A-l” avadanlığında işləyərkən avandanlığın içində qalan kağızları çıxarmaq məqsədi ilə baş və əl nahiyəsini saldığı avadanlığın hidravlik pressinin arasında baş nahiyyəsinin sıxılıb qalaraq dağılmasını görmüşdür. Avadanlığın hidravlik pressinin saxlayaraq Xəyyamı oradan çıxarması məqsədi ilə dərhal mexanik Şahid5 qışqırıb çağırmış, o dərhal çağırışına gəlmişdir. O da bundan sonra ikinci mərtəbəyə çıxaraq istehsalat sahəsinin rəisi Şahid1 baş verənləri bildirmiş və o da öz növbəsində onunla birlikdə hadisə yerinə düşmüşdür. Onlar qayıdanda artıq Namiq həmin pressi ayırmış və işçilərin köməkliyi ilə Xəyyamı avadanlıqdan çıxarıb sahəyə daxil olmaq üçün istifadə olunan jalüz qapının qarşısına apararaq yerə düzülmüş taxtaların üstünə uzatmışlar. Orada Xəyyamın nəbzini yoxladıqda həyat əlamətlərinin olmadığını görmüşlər. Bundan sonra təcili yardıma və polisə məlumat vermişlər. Fikrimcə hadisə Xəyyamın ehtiyatsızlığı üzündən baş vermişdir. Belə ki, Xəyyam avadanlığın içində kağız qaldığını görüb və boylanaraq sağ əli ilə həmin kağızı götürmək istədikdə bədəni avadanlığın işə salan düyməyə dəyməsi nəticəsində avadanlıq işə düşmüş və o, hidravlik pressin içində qalaraq xəsarət alıb ölmüşdür. Digər variantda isə Xəyyam avadanlıqda qalan kağız parçasını avadanlıq işləyə-işləyə götürməyə çalışmış, lakin götürməyə macal tapmamış baş nahiyyəsi avadanlığın arasında qalaraq xəsarət alıb ölmüşdür. Xəyyam ilə "xxxx" MMC-nin direktoru Tariyel Salahov arasında əmək müqaviləsi bağlanmışdır. Xəyyam iş zamanı işçi geyimi ilə təmin edilmişdir. Xəyyamın işlərinə baş usta yəni sahə üzrə rəhbər Təqsirləndirilən şəxs nəzarət etmişdir. Zərərçəkmiş şəxs digər işçilər kimi bütün yuxarıda qeyd olunan prosedur qaydalarına riayət olunmaqla işə başlamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən şahid X7 ifadəsində göstərmişdir ki, təxminən 2003-cü ildən "xxxx" MMC-də çap köməkçisi, 2005-ci ildən isə operator vəzifəsində işləyir. MMC tipoqrafiya fəaliyyəti ilə məşğul olur. Çapdan sonrakı sahənin operatoru kimi vəzifəsinə adına təhkim olunmuş avadanlıqlarla (“Laminasiya Al” və 'MBO Al”) işləmək, gələn sifarişləri sahə rəhbərindən qəbul edib kağızların sayını və işə yararlılığmı sahə rəhbəri ilə birlikdə yoxlamaq, istifadə etdikləri avadanlığın və bıçaqların qaydalarını mükəmməl bilmək, kağızları (çap vərəqlərini) tam hazırladıqdan sonra işə başlamaq, işi bitirdikdən sonra sifariş blankmda qeydiyyat aparıb sahə rəisinə təhvil vermək, daimi təhlükəsizlik qaydalarını bilməklə riayət etməkdən ibarət olmuşdur. Mətbəə beş sahəsədən ibarətdir. O özünə təhkim olunmuş avadanlıqlarla işləmiş və həmin avadanlıqlarda nasazlıq hiss etdikdə baş ustaya müraciət etmiş və o da öz növbəsində mexanik, əgər elektrik problemi mövcud olduğu təqdirdə isə elektrik dəvət edərək problemi aradan qaldırmışdır. Zərərçəkmiş şəxs mətbəədə çapdan sonrakı operator kimi 2020-ci il tarixdən işləmişdir. Xəyyamın vəzifəsinə “Tigel A-l” dəzgahlarmda çapdan sonrakı işlərin görülməsi aid olmuşdur. Onlar mətbəəyə gələrkən gündəlik işə gəlməyimiz barədə tabelə, həmçinin texniki-təhlükəsizlik kitabına qol çəkib və geyinib-soyunma otağında iş üçün ayrılmış geyim formalarını geyinib işə başlamışlar. 16 dekabr 2021-ci il tarixdə saat 08 radələrində işə gələn Zərərçəkmiş şəxs digər işçilər işə başlamışdır. İşə başlayandan sonra Xəyyamla salamlaşmış, Xəyyam özünə təhkim olunmuş “Tigel A1” avadanlığında işləmişdir. Həmin avadanlıq qabaqcadan müəyyən olunmuş formanı kağızlara verir. Xəyyam həmin avdanlıqda Mamedlə, bəzi hallarda isə özü tək işləmişdir. Saat təxminən 11 radələrində mən “Laminasiya Al” avadanlığında mətbəədə operator vəzifəsində işləyən Şahid4lə birlikdə işləyərkən Zahid ona Xəyyamın hərəkətsiz dayandığını deyib arxaya çönüb baxmağısını demişdir. aralarında təxminən 3-4 metr məsafə var idi. O geri çevrilib baxanda Xəyyamı avadanlığa söykənmiş halda avandanlığın içində qalan kağızları çıxarmaq məqsədi ilə baş və əl nahiyəsini saldığı avadanlığın hidravlik pressinin arasında baş nahiyyəsinin sıxılıb qalaraq dağılmasını görmüşdür. Sonra Rəfayıl avadanlığın hidravlik pressinin saxlayaraq Xəyyamı oradan çıxarması məqsədi ilə dərhal mexanik Şahid5 qışqırıb çağırmış, o dərhal çağırışa gəlmişdir. Namiq həmin pressi ayırmış və işçilərin köməkliyi ilə Xəyyamı avadanlıqdan çıxartmışdır. Bundan sonra təcili yardıma və polisə məlumat vermişlər. Onun fikrimcə hadisə Xəyyamın ehtiyatsızlığı üzündən baş vermişdir. Belə ki, Xəyyam avadanlığın içində kağız qaldığını görüb və boylanaraq sağ əli ilə həmin kağızı götürmək istədikdə bədəni avadanlığın işə salan düyməyə dəyməsi nəticəsində avadanlıq işə düşmüş və o, hidravlik pressin içində qalaraq xəsarət alıb ölmüşdür. Suallara cavab olaraq bildimişdir ki, Xəyyam həmin avdanlıqda Mamedlə, bəzi hallarda isə özü tək işləmişdir. Fikrincə hadisə Xəyyamın ehtiyatsızlığı üzündən baş vermişdir. Xəyyam avadanlığın içində kağız qaldığını görüb və boylanaraq sağ əli ilə həmin kağızı götürmək istədikdə bədəni avadanlığın işə salan düyməyə dəyməsi nəticəsində avadanlıq işə düşmüş və o, hidravlik pressin içində qalaraq xəsarət alıb ölmüşdür. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə rəy vermiş ekspert X10 dindirilərkən ifadəsində göstərmişdir ki, məhkəmə təhlükəsizlik texnikası ekspertiza № 10/652, 09 fevral 2022-ci il tarixli rəyi müdafiə edir. “İstehsalat prosesləri” Dövlət standartları 2.13 bəndinin tələbləri pozulmuşdur. Bununla belə, təhlükəsizlik qaydalarının həyata keçirilmə qaydasını müəssisə özü müəyyən etməlidir. Təqsirləndirilən şəxs çapdan sonrakı sahədə işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etmələrinə nəzarət etməlidir- bənd 2.13. “İstehsalat prosesləri” Dövlət standartlarına uyğun olaraq –bənd 2.9.1 İşçilərin mühafizə vasitələrinin tətbiqi təmin etməlidir, yəni qəbul edilmiş iş şəraitindən,...asılı olaraq, işçilərin təhlükəli istehsalat faktorlarından qorunmasını, - bənd 2.7.1 ....təhlükəsizlik qurğularının tətbiqi təhlükəli faktorların yaranmasını istisna etməlidir, -bənd 2.1.5 İstehsalat avadanlıqlarının təhlükə mənbəyi olan hərəkətli hissələri qoruyucu vasitələrlə təmin olunmalı və ya elə yerləşdirilməlidir ki, işçilərin təhlükəli hissələrə toxunması istisna olunsun. Avadanlıq standartdır, kustar üsul ilə hazırlanmış avadanlıq deyil, zavod istehsalı ilə hazırlanmış avadanlıq olması, avadanlığın nasaz deyil, işlək vəziyyətdə olması o demək deyil ki, o avadanlıq tam təhlükəsiz avadanlıqdır. Təhlükəsizlik texnikası qaydalarının əsas məntiqi, fəlsəfəsi ondan ibarətdir ki, işçi istəsə belə özünə xəsarət yetirə bilməsin. Yanaşması ondan ibarətdir ki, qeyd olunan avadanlıqda təhlükəsizlik tədbirləri təmin olunsa, işçi başını və ya yaxud əlini bilərəkdən avadanlığın içinə salsa belə, həmin avandanlıq –press avadanlığı “stop”a düşər və işçinin başı əzilməzdi. Bu hal arzuolunan yox, qaydalar belədir. 20 iyul 1984-cü il tarixində təsdiq edilmiş, “Təşkilatın, idarə, müəssisəinin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qayadaları”na uyğun olaraq fəhlə və qulluqçular əməyin mühafuzəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməlidir. 2015-ci ildən bu avadanlıq orada istifadə olunur, belə hadisə baş verməmişdir. “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST”-a/ Dövlət standartına uyğun olaraq- belə izah edilir ki, bu avadanlıq zavod istehsalı olaraq ərsəyə gətiriləndə ümumi təhlükəsizlik tələblərinə artıq qiymət verilmişdir. Belə ki, ümumi təhlükəsizlik tələblərinə riayət olunmadığı təqdirdə onun ümumiyyətlə istifadəsinə, seriyalı istehsalına icazə verilməzdi. Bundan əlavə, "xxxx" MMC-dən başqa, digər bir neçə mətbəədə də bu avadanlıqdan istifadə olunur. Bu səbəbdən "xxxx" MMC mətbəə olaraq bu avadanlıqdan imtina etməli deyil. Həmin avadanlıqda olan beş ədəd “stop” düymələrindən ikisi yan tərəfdən, biri ön hissədən-söykənərkən qorumaq üçün, biri əl üçün, digəri isə avadanlığın üstünə yerləşir. Xəyyam bu “stop” düymələrini aşaraq avadanlığın içinə düşmüşdür, yəni əgər “stop” düymələrindən birinə toxunsaydı, avadanlıq dayanacaqdı. Təhlükəsizlik tədbirləri elə səviyyədə təmin olunmalı idi ki, işçi istəsə belə özünə xəsarət yetirə bilməsin. Həmin avadanlıqda iki əlavə “datçik” quraşdırıla bilərdi ki, təhlükəsizlik təmin olunsun. Bu nəzarəti necə həyata keçirir, 2.13 bəndin tələblərinin pozulması ondan ibarətdir ki, bu nəzarəti müəssisənin müvafiq vəzifəli şəxsi- sahə rəisi özü müəyyən edir, özü müəyyən etdiyi qaydada nəzarət edir, nəzarəti necə həyata keçirməsini deyə bilməz, nəzarəti həmi şəxs özü təmin etməlidir. Zərərçəkmiş şəxs avadanlığın presləyici səthlərinin arasına əyilərək öz fərdi təhlükəsizliyini qorumadığına görə “Təşkilatın, idarə, müəssisəinin daxili nizam qayadaları” və “Vəzifə borcları” barədə təlimatın tələbləri onun özü tərəfindən də pozulmuşdur. Bu kimi hadisələrdə hamısında birmənalı olaraq sahə rəisinin nəzarət funksiyası pozulmuşdur yazırlar. İşçilərin düzgün işləmələrini təmin etməlidir - dedikdə izahatlarda qeyd olunmuşdur ki, kağız düşərkən işçi əyilib götürmək istəmişdir. Lakin təlimata görə əyilib götürməməli, üstdən deyil, kənardan götürməli idi, işçi düzgün işləməyibdir - dedikdə məhz bunu nəzərdə tutmuşdur. İşçi düzgün işləməyibdir ki, hadisə baş vermişdir. Təhlükəsizlik texnikası ilə işçi tanış olandan (müvafiq sənədə qol çəkəndən) sonra onun düzgün işləyib-işləməməsi sahə rəisinin məsuliyyəti deyil dedikdə - bildirmək istəyir ki, təlimatlandırma ilə texniki tədbirlərin əvəzinə hadisənin qarşısını almaq mümkün deyildir. İşçilərin mühafizə vasitələri dedikdə - burada fərdi mühafizə vasitələrindən-kaska, əlcəkdən söhbət getmir, burada işçiyə münasibətdə mühafizə vasitələri deyil, qurğuya münasibətdə mühafizə vasitələri nəzərdə tutulmalıdır. “İstehsalat avadanlığının konstruksiyasının təhlükəsizliyi təmin edilməlidir - dedikdə əgər zavod istehsalı olan bu avadanlığa sonradan əlavə təhlükəsizlik vasitələrinin- “datçik”və s. quraşdırılması mümkün deyilsə, təhlükəsizlik tədbirləri necə təmin olunmalıdır?” sualına cavab olaraq bildirmişdir ki, həmin avadanlığa baxış keçirmişdir, düşünür ki, həmin avadanlığa sonradan əlavə təhlükəsizlik vasitələrinin quraşdırılması mümkündür. Zavod istehsalı olan avadanlıqda olan “stop” düymələrindən əlavə, digər təhlükəsizlik qurğularının quraşdırılmasının mümkünlüyünün yoxlanılmasının kimin üzərinə düşməsi barədə məlumatı yoxdur. Eyni vaxtda təhlükəsizlik tələblərinin pozulması həm sahə rəisi, həm zərərçəkmiş şəxs tərəfindən pozulması mümkündür, bir-birini istisna etmir. Həmin qurğuda olan beş “stop” düyməsinin olması təhlükəsizlik üçün kifayət etmir. O həmin avadanlığa baxış keçirib, həmin avadanlığın işləmə konstruksiyasını dəqiq bilir, bu səbəbdən düşünür ki, həmin avadanlığa sonradan əlavə təhlükəsizlik vasitələrinin quraşdırılması mümkündür. Əlavə təhlükəsizlik vasitələrinin quraşdırılması ekspertin problemi deyil, təhlükəsizlik avadanlığın konstruksiyasına daxil olmayan qoruyucu vasitələrin istifadəsinin mümkünlüyü ilə təmin olunmalıdır, bunu o qaydalara əsasən deyir, düşünür ki, əgər bu mümkün deyilsə belə, təhlükəsizlik tələblərinə cavab verən alternativ avadanlıq istifadə olunmalıdır. Məhkəmənin təşəbbüsü ilə mütəxəssis qismində dəvət olunmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" MMC-də cild və kağız hazırlanma sexində baş mexanik işləyir. “Tigel A-1” dəzgahı ilə tanışdır. “Tigel A-1” avadanlığının hazırda işlədiyi sexdə başqa növü var. İnsan tərəfindən əl ilə həmin avadanlığa müdaxilə edə bilmir, lakin "xxxx" MMC-dəki avadanlıq əl ilə işləyən avadanlıqdır, yəni kağız əl ilə avadanlığa daxil edilir, hesab edir ki, bu nisbətən təhlükəlidir, çünki işçi səhlənkarlıq etsə hadisə baş verə bilər. “Tigel A-1” avadanlığının işləmə prinsipi ondan ibarətdir ki, avadanlıqda “stop” düymələri olur, avadanlıq tərəfindən kağız qoyulması üçün 10-15 saniyə vaxt qoyulur, daha sonra avadanlıq özü işə düşür. Dəzgahın yanında qol qoyulmalıdır, ona toxunanda maşın dayanır. Lakin həmin avadanlıqda həmin qol aşağıda yerləşir. Ayaq altında isə pedal olmalıdır, "xxxx" MMC-dəki avadanlıqda yoxdur, bunu kustar üsulu ilə həmin avadanlığa əlavə etmək mümkün deyildir, yalnız zavod özü bu formada buraxılış edə bilər. Hal-hazırda "xxxx" MMC-dəki avadanlıqları mətbəəyə gətirsələr, istehsal ili köhnə olduğundan qəbul edilməyəcəkdir. 2005-ci il buraxılışlı dəzgahların işlədilməsini qadağan edən hər hansı normativ hüquqi akt mövcud deyildir. Həmin dəzgah "xxxx" MMC-də 2015-ci ildə quraşdırılmışdır, ola bilər ki, belə hadisə bu zamana qədər baş verməsin, lakin işçi səhlənkarlıq etsə belə hadisələr baş verə bilər. Blokda saniyələri işçi özü quraşdırır, bir saniyədən yarım dəqiqəyə qədər vaxt qoya bilər. Respublikada başqa mətbəələrdə “Tigel A-1” avadanlığının "xxxx" MMC-dəki növünü, yəni əl ilə işləyən növünə rast gəlməyib. Bir neçə mətbəədə də “Tigel A-1” avadanlığını görmüşdür, lakin onlarda insan əl ilə həmin avadanlığa müdaxilə edilə bilməyən növü olmuşdur. Bu avadanlıq iş üçün yararlıdır, lakin işçi öz təhlükəsizliyini təmin etməlidir. İşçi dayanan tərəfdə avadanlığa lazerli “datçik” quraşdırmaq mümkün deyil. Ekspertin fikrincə "xxxx" MMC tərəfindən sonradan avadanlığa əlavə qurğu quraşdırılması mümkündür ki, insan bədəninin ona toxunması istinsa olunsun. "xxxx" MMC-dəki avadanlıq 2005-ci il buraxılışıdır, bildirir ki, 2008-ci il buraxılışında bu qurğu quraşdırılmışdır. Lakin artıq zavod avadanlığı istehsal edərkən avadanlığı insan bədəninin ona toxunması istinsa edən qurğu ilə təhciz etmişdir. Fikrincə sonradan istehlakçı tərəfindən belə qurğunun avadanlığa quraşdırılması mümkün deyildir. Avadanlığın şəklini görmüşdür, avadanlığın texnikasını bilir, həmin avadanlığa baxış keçirməyinə heç bir ehtiyac yoxdur. Lazerli datçikin həmin avadanlığa quraşdırılması mümkün deyildir. 2005-ci il istehsalı olan avadanlıqların mətbəədə işlədilməsi qadağan olunmamışdır. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 09 fevral 2022-ci il tarixli 10/652 nömrəli rəyinə əsasən: -Baş vermiş hadisə ilə əlaqədar «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»nın 1.2, 2.1.5 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11 bəndinin, «Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları»nın 2.13, 2.14, 2.15 bəndlərinin və «Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları»nın 1.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. -"xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan «Tigel A1 formalı kəsim avadanlığı» təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»nın 1.2, 2.1.5 bəndlərinin və «Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları» barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələbləri çapdan sonrakı sahəsinin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. -Çapdan sonrakı sahənin operatoru Zərərçəkmiş şəxs avadanlığın hərəkətdə olan presləyici səhtlərinin arasına əyilərək öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və “Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları” barədə təlimatın 1.1-ci bəndinin tələbləri Zərərçəkmiş şəxs özü tərəfindən pozulmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 102,00 (yüz iki) manatdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-78/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikasının və əməyin mühafizəsinin hansı qaydaları pozulmuşdur, əgər pozulmuşdursa bunlar nədən ibarətdir?
2. Qaydaların və təlimatların hansı bəndinin pozulması hadisənin baş verməsinə səbəb olmuşdur?
3. Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydaları kim (kimlər) tərəfindən pozulmuş, əgər pozulmuşdursa həmin hal hadisənin səbəbi ola bilərdimi?
4. İndigo” MMC-nin çapdan sonrakı sahəsində olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1 formalı kəsim avadanlığı”nın konstruksiyası təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyici) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik (qoruyucu, mühafizəedici ) vasitələrlə ilə təhciz edilmişdirmi, "xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1 formalı kəsim avadanlığı”na sonradan istehlakçı tərəfindən konstruksiyasına əlavə təhlükəsizlik vasitələrinin quraşdırılması mümkündürmü? Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 05 iyul 2022-ci il tarixli 10/3733 nömrəli rəyinə əsasən: -Baş vermiş hadisə ilə əlaqədar «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»nın 1.2, 2.1.5 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11 bəndinin, «Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları»nın 2.13, 2.14, 2.15 bəndlərinin və «Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları»nın 1.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. -"xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan «Tigel A1 formalı kəsim avadanlığı» təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»nın 1.2, 2.1.5 bəndlərinin və «Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları» barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələbləri çapdan sonrakı sahəsinin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. -Çapdan sonrakı sahənin operatoru Zərərçəkmiş şəxs avadanlığın hərəkətdə olan presləyici səhtlərinin arasına əyilərək öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və “Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları” barədə təlimatın 1.1-ci bəndinin tələbləri Zərərçəkmiş şəxs özü tərəfindən pozulmuşdur. -"xxxx" MC-nin çapdan sonrakı sahədə olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığı”nı konstruksiyası təhlükə mənbəyi olan hərəkətli hissələri (presləyici) işçilərin toxunması (xəsarət almasını) istisna edən təhlükəsizlik (qoruyucu, mühafizəedici) vasitələrlə təhciz edilməmişdir. Əlavə təhlükəsizlik vasitələrinin quraşdırılmasının mümkün olubolmaması “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizasının predmetinə aid deyil. Ekspert tərəfindən qeyd edilir ki, istehsalat avadanlıqlarını təhlükəsizlik texnikasının tələblərinə uyğun olaraq müvafiq qoruyucu təhcizatlarla təmin etmək və təhlükəli faktorları aradan qaldırmaq mümkün olmadıqda həmin avadanlıqların istismarına yol verilmir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 102,00 (yüz iki) manatdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə rəy vermiş ekspert X10 təkrarən dindirilərkən bildirmişdir ki, "xxxx" MMC-nin çapdan sonrakı sahəsinin operatoru Zərərçəkmiş şəxs avadanlığın hərəkətdə olan presləyici səthlərinin arasına əyilərək öz fərdi təhlükəsizliyini qorumadığına görə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və “Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları” barədə təlimatın 1.1 bəndinin tələbləri X8 özü tərəfindən pozulmuşdur. “Tigel A1 formalı kəsim avadanlığı” təhlükə mənbəyi olan hərəkətli hissələrinə işçilərin toxunmasını istisna edən təhlükəsilik qurğularının quraşdırılmasının mümkün olub olmaması “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizasınınn predmetinə aid deyil və sənaye üsulu olmadan qeyd olunan təhlükəsizlik qurğusunun həmin avadanlığa quraşdırılmasının mümkün olub-olmadığı barədə məlumatlı deyil. Rəydə qeyd edilən “istehsalat avadanlıqlarını təhlükəsizlik texnikası tələblərinə uyğun olaraq müvafiq qoruyucu təhcizatlarla təmin etmək və təhlükəli faktorları aradan qaldırmaq mümkün olmadıqda həmin avadanlıqların istismarına yol verilməməlidir” ifadəsi ümumi qeyd kimi tövsiyyə xarakterli və ümumi praktikaya əsasən göstərilib. Avadanlığa özü baxış keçirmişdir, avadanlıqda hər hansı nasazlıq olmamışdır. “Tigel A1 formalı kəsim avadanlığı” təhlükə mənbəyi olan hərəkətli hissələrinə işçilərin toxunmasını istisna edən təhlükəsilik qurğularının quraşdırılması zavod istehsalı ilə deyil, sonradan quraşdırılmalı idi. Hansı formada quraşdırılmasını deyə bilməz. Cavabdeh şəxs Təqsirləndirilən şəxsdir. Vəzifə təlimatlarında da bu qeyd olunub. Cavabdeh şəxs Təqsirləndirilən şəxs qurğunu quraşdırmaya da bilər . Məsələ budur ki, qurğu istifadədə olan zaman hansısa bədbəxt hadisə baş verə bilər. Təqsirləndirilən şəxs bunu bilirdiyi təqdirdə həmin qurğunu özü quraşdırmasa da, bildirə bilərdi ki, maddi cəhətdən imkanı yoxdur, fiziki imkanı yoxdur, yəni heç bir imkanı yoxdur. Təqsirləndirilən şəxs bununla bağlı hansısa bir tədbir görməli idi. İş materiallarında hər hansısa sənəd yoxdur ki, Təqsirləndirilən şəxs müraciət etsin və həmin qurğunun istifadəsi dayansın. Rəydə qeyd olunanlar sırf bununla əlaqəlidir. Qeyd olunan qurğu ilə avadanlıq təhciz olunduğu təqdirdə Zərərçəkmiş şəxs həlak olmazdı. Avadanlığın istismarı qanunla qadağa olunmayıb. Ola bilsin ki, işçi özünü pis hiss edib avadanlığa düşüb və “stop” düyməsini basa bilməyib. Əlbəttə ki, bu istehsalat sahəsidir. Avadanlığın ətrafında müəyyən boşluqlar saxlanılır ki, işçilər rahat hərəkət edə bilsin. İşçi hər gün instruktaja imza atır. Bundan başqa hər 3 aydan bir onlara kurslar keçirilir. Yəni avadanlıq təhlükəli olmadığı təqdirdə texniki qayda qanunla tanış olma barədə imza atılmazdı. Bir yandan bu adamın bütün təhlükəsizlik qaydalarını bilərək bu avadanlığı istifadə etmə məsələsi dayanır, digər yandan da avadanlıqadan ümumiyyətlə istifadə edilib-edilməməsi məsələsi dayanır. Bu hansısa bir məhsulu istehsal etmək üçün istifadə edilən avadanlıqdır və boş yerə müəssisədə dura bilməz. Qayda pozuntusuna yol verilməsi sənəddə də öz əksini tapır. Belə ki, işçi kağızı yan tərəfdən götürməli olduğu halda yan tərəfdən götürmür və ciddi pozuntuya yol verir. Ekspert bunula razılaşır. Avadanlığın təhlükəsiz olması baxımından əlavə quğuların olması vacibdir. Rəydə Təqsirləndirilən şəxs təqsirinin çapdan sonraki sahə rəisi kimi o müvafiq maddələrin tələblərini yerinə yetirmədiyinə görə, həmin avadanlıq insan bədəninə toxunmasına istisna edən təhlükəsizlik qurğularını təmin etməməsi qeyd olunması, həmçinin Təqsirləndirilən şəxs həmin qurğunun təhlükəli olub-olmamasını qabaqcadan görməli olması və bununla bağlı rəhbərliyə müraciət etməli olmasını bildirməsi ilə bağlı göstərmişdir ki, yəni hadisə bu zəmində də ola bilər, həmin qurğu quraşdırıla bilmədiyi təqdirdə rəhbərliyə müraciət olunmalı idi. Cavabdeh şəxs təhlükəsizlik qurğuları quraşdıra bilər ki, burda hansısa xoşagəlməz hal baş verməsin. Qeyd etmişdir ki, hansısa təlükəsizlik qurğularını quraşdıra bilməsə də, həmin avadanlığın yanına 2 nəfər şəxs qoyar ki, işçinin halını pis hiss edərsə hansısa hadisə baş verməsin. Fikri aydın olsun deyə izah edərək bildirmişdir ki, əgər maddi imkanı çatmırsa, təhlükəsizliyi başqa cürə təşkil edə bilərdi. Rəydə bunu göstərməməsinə münasibətdə bildirmişdir ki, məhkəmə iclasında sual yarandığı üçün fikrini bu cür izah etmişdir. Konkret olaraq rəydə yazmışdır ki, tələblər pozulub və bu da təhlükəsizlik qurğularının quraşdırılması ilə bağlıdır, çünki cavabdeh şəxs Təqsirləndirilən şəxsdir. Ekspert rəyində 2-ci sualla 4-cü suala cavab arasında ziddiyət, yəni həmin avadanlıq insan bədəninə toxunmasına istisna edən təhlükəsizlik qurğularını təmin edilməsinin mümkün olub-olmaması barədə məlumatlı olmadığı təqdirdə, 3-cü suala cavabda həmin qurğularla təmin olunmalı olması, həmçinin 4-cü suala cavabda əlavə təhlükəsizlik vasitələrinin quraşdırılmasının mümkün olub-olmamasının əmək təhlükəsizliyi tədqiqi ekspertizasına aid olmaması məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, ekspert rəyində ziddiyyət yoxdur. Avadanlıqda Zərərçəkmiş şəxs əli qala bilərdi, ancaq onun bədəni tamamı ilə avadanlığa düşüb. Bunun da bir cavabı var ki, o hündür bir yerə çıxmış, ordan əyilib və aşağı düşüb. 16 dekabr 2021-ci il tarixli qərarla fakt üzrə Aərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. 11 yanvar 2022-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə X9 zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 11 yanvar 2022-ci il tarixli ərizəsinə əsasən Zərərçəkmiş şəxs işlədiyi mətbəədə avadanlığa sıxılaraq vəfat etməsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Hadisə qardaşının öz ehtiyatsızlığından baş vermişdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə-tibb ekspertizasının 16 dekabr 2021-ci il tarixli 73 nömrəli rəyinə əsasən: -mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər: baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan kəllə və üz skeleti sümüklərinin çoxsaylı basılmış qəlpəli sınıqları, burun sümüklərinin yerini dəyişmiş qapalı sınığı, başın sol təpə və sol gicgah nahiyyələrinin əzilmiş-cırılmış yaraları, alın nahiyyəsinin, hər iki göz orbitası ətrafının qançırları, sifətin, hər iki saidin və sol əlin arxa səthlərinin geniş ölçülü sıyrıqları; -Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16 dekabr 2021 -ci il tarixdə baş nahiyyəsinin hidravlik presin arasında sıxılması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddirlər; - mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan kəllə və üz skeleti sümüklərinin çoxsaylı basılmış qəlpəli sınıqları olmuşdur; - mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2009-cu il tarixdə "xxxx" MMC-də istehsalat sahəsinə operator vəzifəsinə işə götürülmüş, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə əmrlə çapdan sonrakı sahə üzrə rəhbər vəzifəsinə təyin edilmişdir. Çapdan sonrakı sahənin rəhbərinin vəzifə borclarında Təqsirləndirilən şəxs çapdan sonrakı sahədə işçilərin əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət etməsi, işçilərin avadanlıqlarda əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına uyğun olaraq işləmələrini təmin etməsi, çapdan sonrakı sahədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdeh olması və s. kimi vəzifələri öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də çapdan sonrakı sahəyə operator vəzifəsində işə götürülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X16 Xidməti tərəfindən tərtib edilmiş istehsalatda bədbəxt hadisə haqqında 01/22 nömrəli aktdan görünür ki, baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tərəfindən əmək qanunvericiliyinin pozuntusuna yol verilmişdir İş materiallarında olan "xxxx" MMC-nin direktoru T.A.Salahov tərəfindən verilmiş istehsalat xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs Əlirza oğlu müsbət xarakterizə olunur. 16 fevral 2022-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 16 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs ilə barışmış , "xxxx" MMC və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Nəzərə alınmasını və növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, baş vermiş hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin yaranması üçün - texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulmalı və ya eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olmalıdır. Göstərilən normanın mənasına görə, bu cinayət əməlinin subyekti xüsusi subyekt olmalıdır, yəni subyektin üzərinə müvafiq normalarla tutduğu vəzifə və fəaliyyətinin xüsusiyyətlərinə uyğun olaraq texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmalıdır. Həmin şəxslər qismində mülkiyyət formasından və təşkilatı-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatın mülkiyyətçisi və rəhbəri, onun müavinləri, baş mühəndislər və baş mütəxəssislər (xüsusən də əmək mühafizəsi üzrə mütəxəssislər) və əmək mühafizəsi qaydalarının təmin edilməsi vəzifəsi həvalə olunmuş digər şəxslər çıxış edə bilərlər. Obyektiv cəhətdən bu cinayət əməlinin tərkibinin yaranması üçün vacib şərt: 1) yuxarıda qeyd olunan xüsusi subyektlər tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır; 2) texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulmasına və ya ölümünə səbəb olmalıdır; 3) texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş nəticə - sağlamlığa ağır və ya az ağır zərər vurulması və ya ölüm arasında səbəbli əlaqə olmalıdır. Göstərilən üç şərtdən hər hansı birinin olmaması bu maddə ilə cinayət məsuliyyətini istisna edir. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyasında əməlin obyektiv cəhətini müəyyənləşdirərkən, əməyin mühafizəsinin məhz hansı norma və qaydalarının pozulması aydınlaşdırılmalı, eyni zamanda əmək mühafizəsi qaydalarının pozulmasında və ictimai təhlükəli nəticələrin baş verməsində zərərçəkmiş şəxsin özünün rolu da aydınlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 162-ci maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə cinayət məsuliyyətinin həll edilməsi zamanı texniki təhlükəsizlik və əmək mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, "xxxx" MMC-ilə 28 aprel 2020-ci il tarixdə bağlanmış 125 nömrəli əmək müqaviləsi əsasında həmin MMC-də çapdan sonrakı sahə üzrə rəhbər vəzifəsində işləyərkən texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə cavabdeh şəxs olaraq çapdan sonrakı sahədə quraşdırılan “Tigel Al” formalı kəsim avadanlığının təhlükə mənbəyi olan hərəkətli hissələrinə (presləyiciyə) işçilərin toxunmasını, xəsarət almasını istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST’nin 1.2, 2.1.5 bəndlərinin və “Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları” barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələblərinə riayət etmək vəzifəsi həvalə olunduğu halda, həmin vəzifələrin icrasına laqeyd yanaşaraq qeyd olunan tələbləri pozmuş nəticədə ”İndigo” MMC-də çapdan sonrakı sahənin operatoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs 16 dekabr 2021-ci il tarixdə saat 11 radələrində ünvan 5 ünvanında yerləşən MMC-yə məxsus mətbəədə kağızlara kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan “Tigel Al” avadanlığında işləyərkən avandanlığın içində qalan kağızları çıxarmaq məqsədi hərəkətdə olan presləyici sətlərinin arasına əyilərək baş və əl nahiyyəsinin avadanlığın hidravlik presinin arasında qalması nəticəsində baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan kəllə və üz skeleti sümüklərinin çoxsaylı basılmış qəlpəli sınıqları, burun sümüklərinin yerini dəyişmiş qapalı sınığı, başın sol təpə və sol gicgah nahiyyələrinin əzilmişcırılmış yaraları, alm nahiyyəsinin, hər iki göz orbitası ətrafının qançırları, sifətin, hər iki saidin və sol əlin arxa səthlərinin geniş ölçülü sıyrıqları kimi baş nahiyyəsinin hidravlik presin arasında sıxılması nəticəsində əmələ gəlməyə uyğun, dərəcələrinə görə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, baş vermiş ölümlə səbəbli əlaqələri olan xəsarətlər almış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. İbtidai istintaq zamanı və məhkəmə tərəfindən təyin edilmiş “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizası”nın rəyləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan «Tigel A1 formalı kəsim avadanlığı» təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.2.003-91 DSTnin 2.7.1, 2.9.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»nın 1.2, 2.1.5 bəndlərinin və «Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları» barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələbləri pozulmuşdur. İş materiallarında olan "xxxx" MMC-də çapdan sonrakı sahənin rəhbərinin vəzifə borclarına aşağıdakılar aiddir: 1)bütün çap məhsullarının formalı kəsmə üsullarının formatlarını bilməli; 2) bütün növ çap məhsullarının montaj formatların hazırlanmasını bacarmalıdır; 3)sifarişi ofset çap və cildləmə sahəsində öz imzasını qoymaqla qəbul edir 4)avadanlıqlarda görülən işlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsinə cavabdehlik daşıyır; 5)hazır məhsulun keyfiyyətini yoxlamaq və nəzarət etmək; 6) çapdan sonrakı sahədə olan bütün avadanlıqları və onların iş prinsiplərini texniki istismarını, xidmətini dərindən bilməlidir; 7) hər həftənin 5-ci günü tabeliyində olan avadanlıqlarda olan problemlər barədə təqdimat əsasında istehsalat üzrə direktor müavininə təqdim edir; 8) bütün növ və yığma üsullarını bilməlidir ; 9)bıcaq və onların kataloqlarının hazırlanması; 10) hər həftənin 5-ci günü tabeliyində olan avadanlıqlarda olan problemlər barədə təqdimat əsasında istehsalat üzrə direktor müavininə təqdim edir; 11)çapdan sonrakı səhənin işçilərinin iş paltarlarının geyinilməsində riayət etmələrinə cavabdehlik daşıyır; 12) tabeçiliyində olan işçilərlə treninqlərin keçirilməsi; 13) çapdan sonrakı sahədə işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etməsinə nəzarət edir ; 14) işçilərin avadanlıqlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun olaraq düzgün işləmələrini təmin edir; 15) çapdan sonrakı sahədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına cavabdehdir. məsuliyyətləri: 1) vəzifə borcunu yerinə yetirməməyə görə məsuliyyət daşıyır; 2) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən öz vəzifə borcunu yerinə yetirərək əyintilərə yol verərsə məsuliyyət daşıyır; 3) vəzifə borcunu həyata keçirərək , onun ucbatından mətbəəyə maddi ziyan dəyərsə, qanunvericiliyə görə məsuliyyət daşıyır; 4) iş yerini qaydada saxlamalıdır; 5) daxili nizam-intizam qaydalarına riayət etməlidir; 6) sanitar-gigiyenik və təhlükəsizlik qaydalarına riayət etməlidir; 7) şirkətin maddi və işgüzar reputasiyasına ziyan vurmamalıdır; 8)şirkətə aid olan hər hansı konfodensial məlumatın saxlanılması və yayılmasına təminat verir. İbtidai istintaq orqanı şəxsə qarşı ittiham irəli sürərkən Təqsirləndirilən şəxs münasibətdə "xxxx" MMC-ilə 28 aprel 2020-ci il tarixdə bağlanmış 125 nömrəli əmək müqaviləsi əsasında həmin MMC-də çapdan sonrakı sahə üzrə rəhbər vəzifəsində işləyərkən texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə cavabdeh şəxs olaraq çapdan sonrakı sahədə quraşdırılan “Tigel Al” formalı kəsim avadanlığının təhlükə mənbəyi olan hərəkətli hissələrinə (presləyiciyə) işçilərin toxunmasını, xəsarət almasını istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 2.7.1, 2.9.1 bəndlərinin, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST’nin 1.2, 2.1.5 bəndlərinin və “Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları” barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələblərinə riayət etmək vəzifəsi həvalə olunduğu halda, həmin vəzifələrin icrasına laqeyd yanaşaraq qeyd olunan tələblərinin pozulması səbəbindən hadisənin baş verməsinə əsaslanmışdır. İlk öncə qeyd olunmalıdır ki, cinayət işi üzrə keçirilmiş ekspert rəylərində "xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan “Tigel A1” formalı kəsim avadanlığı təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.2.003-91 DSTnin 2.7.1, 2.9.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»nın 1.2, 2.1.5 bəndlərinin və «Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları» barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələbləri çapdan sonrakı sahəsinin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən pozulduğu qeyd edilmişdir. Eyni zamanda 09 fevral 2022-ci il tarixli 10/652 nömrəli məhkəmə təhlükəsizlik texnikası ekspertizasının və 05 iyul 2022-ci il tarixli 10/3733 nömrəli əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəylərində çapdan sonrakı sahənin operatoru Zərərçəkmiş şəxs avadanlığın hərəkətdə olan presləyici səhtlərinin arasına əyilərək öz fərdi təhlükəsizliyini qorumadığına görə, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və “Operatorun (çapdan sonrakı sahə) vəzifə borcları” barədə təlimatın 1.1-ci bəndinin tələbləri Zərərçəkmiş şəxs özü tərəfindən pozulduğu göstərilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş 05 iyul 2022-ci il tarixli 10/3733 nömrəli əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının nəticə hissəsində "xxxx" MC-nin çapdan sonrakı sahədə olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığını konstruksiyasının təhlükə mənbəyi olan hərəkətli hissələri (presləyici) işçilərin toxunması (xəsarət almasını) istisna edən təhlükəsizlik (qoruyucu, mühafizəedici) vasitələrlə təhciz edilmədiyi, əlavə təhlükəsizlik vasitələrinin quraşdırılmasının mümkün olub-olmaması “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizasının predmetinə aid olmadığı göstərilmişdir. Eyni zamanda məhkəmə iclasında rəy vermiş ekspert müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş və ekspert rəydə qeyd edilən “istehsalat avadanlıqlarını təhlükəsizlik texnikası tələblərinə uyğun olaraq müvafiq qoruyucu təhcizatlarla təmin etmək və təhlükəli faktorları aradan qaldırmaq mümkün olmadıqda həmin avadanlıqların istismarına yol verilməməlidir” ifadəsinin ümumi qeyd kimi tövsiyyə xarakterli olduğunu bildirmişdir. Məhkəmə tərəfindən çapdan sonrakı sahəsində olan «Tigel A1 formalı kəsim avadanlığı» təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə mütəxəssis cəlb edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında mütəxəssis qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" MMC-də cild və kağız hazırlanma sexində baş mexanik işləyir. “Tigel A-1” dəzgahı ilə tanışdır. “Tigel A-1” avadanlığının hazırda işlədiyi sexdə başqa növü var. İnsan tərəfindən əl ilə həmin avadanlığa müdaxilə edə bilmir, lakin "xxxx" MMC-dəki avadanlıq əl ilə işləyən avadanlıqdır, yəni kağız əl ilə avadanlığa daxil edilir, hesab edir ki, bu nisbətən təhlükəlidir, çünki işçi səhlənkarlıq etsə hadisə baş verə bilər. “Tigel A-1” avadanlığının işləmə prinsipi ondan ibarətdir ki, avadanlıqda “stop” düymələri olur, avadanlıq tərəfindən kağız qoyulması üçün 10-15 saniyə vaxt qoyulur, daha sonra avadanlıq özü işə düşür. Dəzgahın yanında qol qoyulmalıdır, ona toxunanda maşın dayanır. Lakin həmin avadanlıqda həmin qol aşağıda yerləşir. Ayaq altında isə pedal olmalıdır, "xxxx" MMC-dəki avadanlıqda yoxdur, bunu kustar üsulu ilə həmin avadanlığa əlavə etmək mümkün deyildir, yalnız zavod özü bu formada buraxılış edə bilər. Hal-hazırda "xxxx" MMC-dəki avadanlıqları mətbəəyə gətirsələr, istehsal ili köhnə olduğundan qəbul edilməyəcəkdir. 2005-ci il buraxılışlı dəzgahların işlədilməsini qadağan edən hər hansı normativ hüquqi akt mövcud deyildir. Həmin dəzgah "xxxx" MMC-də 2015-ci ildə quraşdırılmışdır, ola bilər ki, belə hadisə bu zamana qədər baş verməsin, lakin işçi səhlənkarlıq etsə belə hadisələr baş verə bilər. Blokda saniyələri işçi özü quraşdırır, bir saniyədən yarım dəqiqəyə qədər vaxt qoya bilər. Respublikada başqa mətbəələrdə “Tigel A-1” avadanlığının "xxxx" MMC-dəki növünü, yəni əl ilə işləyən növünə rast gəlməyib. Bir neçə mətbəədə də “Tigel A-1” avadanlığını görmüşdür, lakin onlarda insan əl ilə həmin avadanlığa müdaxilə edilə bilməyən növü olmuşdur. Bu avadanlıq iş üçün yararlıdır, lakin işçi öz təhlükəsizliyini təmin etməlidir. İşçi dayanan tərəfdə avadanlığa lazerli “datçik” quraşdırmaq mümkün deyil. Ekspertin fikrincə "xxxx" MMC tərəfindən sonradan avadanlığa əlavə qurğu quraşdırılması mümkündür ki, insan bədəninin ona toxunması istinsa olunsun. "xxxx" MMC-dəki avadanlıq 2005-ci il buraxılışıdır, bildirir ki, 2008-ci il buraxılışında bu qurğu quraşdırılmışdır. Lakin artıq zavod avadanlığı istehsal edərkən avadanlığı insan bədəninin ona toxunması istinsa edən qurğu ilə təhciz etmişdir. Fikrincə sonradan istehlakçı tərəfindən belə qurğunun avadanlığa quraşdırılması mümkün deyildir. Avadanlığın şəklini görmüşdür, avadanlığın texnikasını bilir, həmin avadanlığa baxış keçirməyinə heç bir ehtiyac yoxdur. Lazerli datçikin həmin avadanlığa quraşdırılması mümkün deyildir. 2005-ci il istehsalı olan avadanlıqların mətbəədə işlədilməsi qadağan olunmamışdır.” Göründüyü kimi məhkəmə istintaqı zamanı çapdan sonrakı sahəsində olan “Tigel A1” formalı kəsim avadanlığı təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmasının mümkün olmadığı müəyyən edilmişdir. Odur ki, çapdan sonrakı sahəsində olan “Tigel A1” formalı kəsim avadanlığı təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin edilməsi mümkün olmadığından məhkəmə qeyd edilən ekspert rəyini Təqsirləndirilən şəxs aid hissədə əsaslı hesab etmir və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş ekspert rəydə qeyd edilən “istehsalat avadanlıqlarını təhlükəsizlik texnikası tələblərinə uyğun olaraq müvafiq qoruyucu təhcizatlarla təmin etmək və təhlükəli faktorları aradan qaldırmaq mümkün olmadıqda həmin avadanlıqların istismarına yol verilməməlidir” ifadəsinin ümumi qeyd kimi tövsiyyə xarakterli olduğunu bildirmiş, həmçinin məhkəmə iclasında dindirilmiş ekspert və mütəxəssis sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığının istifadəsinin qadağan olunmadığını bildirmişlər. Həmçinin ekspert məhkəmə iclasında bildirmişdir ki, “Tigel A1” formalı kəsim avadanlığına baxış keçirmiş və avadanlıqda hər hansı nasazlıq olmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işçi texniki təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra həmin qaydalara əməl etməmiş, işçi Zərərçəkmiş şəxs iş prosesi tanış olduğu texniki təhlükəsizlik tələblərinə uyğun olmamışdır. Hadisə də məhz işçinin özünün qaydalarda nəzərdə tutulmuş iş prosesinin düzgün icra etməməsi nəticəsində baş vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 05 iyul 2022-ci il tarixli 10/3733 nömrəli əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyində tədqiqat nəticəsinin 3-cü hissəsində "xxxx" MC-nin çapdan sonrakı sahədə olan sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığının konstruksiyası təhlükə mənbəyi olan hərəkətli hissələri (presləyici) işçilərin toxunması (xəsarət almasını) istisna edən təhlükəsizlik (qoruyucu, mühafizəedici) vasitələrlə təhciz edilmədiyi, əlavə təhlükəsizlik vasitələrinin quraşdırılmasının mümkün olub-olmaması “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizasının predmetinə aid olmadığı göstərilsə də, tədqiqat nəticəsinin 2-ci hissənin birinci bəndində sənaye üsulu ilə hazırlanmış “Tigel A1” formalı kəsim avadanlığının konstruksiyası təhlükə mənbəyi olan hərəkətli hissələri (presləyici) işçilərin toxunması (xəsarət almasını) istisna edən təhlükəsizlik (qoruyucu, mühafizəedici) vasitələrlə təhciz olunmasının mümkün olub-olmaması nəzərə alınmadan birbaşa olaraq "xxxx" MMC-nin çapdan sonrakı sahəsində olan “Tigel A1” formalı kəsim avadanlığı təhlükə mənbəyi olan hərəkətli hissələrə (presləyiciyə) işçilərin toxunmasını (xəsarət almasını) istisna edən təhlükəsizlik qurğuları ilə təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.2.003-91 DSTnin 2.7.1, 2.9.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»nın 1.2, 2.1.5 bəndlərinin və «Çapdan sonrakı sahəsinin rəhbərinin vəzifə borcları» barədə təlimatın 2.13, 2.14, 2.15 bəndlərinin tələbləri çapdan sonrakı sahəsinin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən pozulduğu göstərilmişdir. Yəni ekspert “Tigel A1” formalı kəsim avadanlığına hər hansı (kustar və ya digər) üsulla əlavə təhlükəsizlik qurğularının quraşdırılmasının mümkün olub-olmadığını aydınlaşdırmadan birbaşa çapdan sonrakı sahənin rəhbərinin məsuliyyətini rəyində qeyd etmişdir. Əlavə ekspertizasının təyini zamanı ekspert qarşısına qoyulmuş suallara dair konkret nəticəyə gəlməkdən ötrü cinayət işinin materialları ilə birlikdə məhkəmə istintaqı zamanı dindirilmiş mütəxəssisinin ifadəsi də təqdim edilmişdir. Lakin ekspert tədqiqat zamanı mütəxəssisinin rəyini nəzərə almamışdır. Halbu ki, həmin ifadədə “Tigel Aİ” avadanlığına hər hansı mexaniki üsulla əlavə təhlükəsizlik qurğularının quraşdırılmasının mümkün olmaması barədə açıq aydın qeyd olunmuşdur. Bu baxımdan aparılmış tədqiqat tam və hərtərəfli olmadığından ekspert tərəfindən çapdan sonrakı sahəsinin rəhbəri Təqsirləndirilən şəxs münasibətdə gəldiyi nəticəni məhkəmə obyektiv və əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi olmadıqda; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X18rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-in 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun əməlində cinayət tərkibinin olmasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Əksinə olaraq təqsirləndirilən şəxsin təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Beləliklə, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə yekun nəticəyə gəlir ki, baş vermiş hadisədə hər hansı cinayətin, eləcə də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən “cinayət hadisəsi olmadıqda” əsası ilə təqsirləndirilən şəxsə bəraət verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından baş vermiş hadisədə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən keçirilmiş məhkəmə təhlükəsizlik texnikası ekspertizalarının xərci 204 (iki yüz dörd ) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə keçirilmiş 09 fevral 2022-ci il tarixli 10/652 nömrəli məhkəmə təhlükəsizlik texnikası və 05 iyul 2022-ci il tarixli 10/3733 nömrəli əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizalarının xərci, ümumilikdə 204 (iki yüz dörd) manat dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova