Məhkəmə qərarları › İş №1(009)-78/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-78/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-78/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə, mülkiyyətçisi Zərərçəkmiş şəxs tərəfindən ƏN-İ seriyalı 674740 N°-li etibarnamə ilə "xxxx" MMC-nə etibar edilmiş və bu Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən xx.xx.2017-ci il tarixli 94 JSİ9-1İ icarə müqaviləsi əsasında Şahid2 icarəyə verilmiş, 22.000 manat dəyərində “BMW-X5” minik markalı, 2005-ci il istehsalı olan, “UNİVERSAL” tipli, 51793613 mühərrik, WBAFA91026LD79410 ban nömrəli, ağ rəngli avtomobili müvəqqəti istifadə edib qaytaracağına dair yalan vəd verib aldadaraq Şahid2 25 oktyabr 2017-ci il tarixdə gecə saat 02 radələrində ünvan 2 ünvanın qarşısında alıb, verdiyi vədə əməl etməyib aldatmaqla həmin avtomobili ələ keçirərək, avtomobilin mülkiyyətçisi - Zərərçəkmiş şəxs 22.000 (iyirmi iki min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikası vətəndaşı Girogia adlı şəxsi 2016-cı ildə tanımışdır. Georgiya iş adamı olmuş və maşın alveri ilə məşğul olmuşdur. Aralarında yaxın münasibət yaranmışdır. O, 2017-cı ilin təxmini olaraq iyun ayında Georgiyadan 16.000 manat pulu borca alıbmış. Həmin pulu tez bir zamanda verəcəyini bildirsə də, qaytara bilmirmiş. Şahid2 2017-ci ilin yay aylarından tanımışdır. Namiqlə də yaxın münasibətləri olmuşdur. Bir-birlərinə pul borc alıb-vermişlər. 25 oktyabr 2017-ci il tarixdə o, Namiqlə Bakı şəhəri Zərifə Əliyeva küçəsində görüşmüşlər. Namiqin “Rent A Car”-dan icarəyə götürdüyü “BMVX-5” markalı avtomobili sonuncudan 2-3 saatlıq sürmək adı ilə almış və avtomobili sürüb aparmışdır. Gorgiyanı borcu qaytaracağına inandırmaq üçün “BMVX-5” markalı avtomobili aparıb Georgiyaya vermişdir. Namiq isə ondan verdiyi avtomobili tələb edirmiş. Maddi sıxıntıları ilə bağlı artıq Azərbaycanda qala bilməyib, əvvəlcə Gürcüstana, oradan isə təyyarə ilə ilə Ukrayna Respublikasının Xarkov şəhərinə getmişdir. İNTERPOL xətti ilə axtarışda olduğundan 2019-cu ildə Ukraynada həbs edilmiş və 11 ay həbsdə qalmış, sonra buraxılmışdır. Bundan sonra Ukrayna Respublikasında qalmışdır. 12 aprel 2022-ci il tarixdə Polşa Respublikasına keçmək istəyərkən sərhəddə saxlanılmış, həbs edilmiş və 6 aya yaxın müddətdə saxlanıldıqdan sonra Azərbaycan respublikasına ekstardisiya olunmuşdur. “BMV X-5” markalı avtomobili Georgiyaya vermək məqsədilə Şahid2 götürmüşdür. Şəhriyar Qurbanovu sonuncudan avtomobil hissələri aldığı üçün xatırlamadığı vaxtdan tanımışdır. Şəhriyyar Qurbanovdan bəzən 500, bəzən 700 manat pul almışdır, lakin bu şəxsdən 15.000 manat pul almamışdır. Gürcüstan Respublikasına Qazax sərhəd məntəqəsindən, gömrük postundan keçmişdir. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ərizə təqdim edərək barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri “Ayna Sultanova” heykəlinin yaxınlığında kirayədə yaşayır. Son vaxtlar maddi durumunda sıxıntı olduğu üçün özünə məxsus olan “BMW-X5” markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə verib gəlir əldə etmək məqsədilə 05 oktyabr 2017-ci il tarixdə, avtomobillərin icarəyə verilməsi ilə məşğul olan "xxxx" MMC-yə etibarnamə əsasında icarəyə vermişdir. Bundan başqa o, həmin məntəqəyə özünə məxsus olan əlavə bir “BMW- X5” markalı və bir "xxxx" markalı avtomobillərini də vermişdir. Avtomobillərini həmin MMCnin ünvan 5 ünvanda fəaliyyət göstərən “Renta Car” adlanan icarə məntəqəsində işləyən Anar İmanquliyev adlı şəxsə vermişdir. Aralarında olan razılaşmaya görə MMC tərəfindən avtomobillərin hər icaryə verildiyi günə görə ona 70 manat pul ödənilməlidir. Şahid1 razılaşmaya uyğun olaraq avtomobili verdiyi gündən etibarən hər dəfə avtomobili müxtəlif şəxslərə icarəyə verdikdə ona 70 manat pul ödəmişdir. Şahid1 hər dəfə avtomobili müştəriyə verdikdə zəng edib bu barədə ona məlumat verirmiş. Növbəti dəfə 23 oktyabr 2017-ci il tarixdə Şahid1 onunla əlaqə saxlayaraq onun mülkiyyətində olan “BMW-X5” markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobili Namiq adlı şəxsə 2 günlük icarəyə verdiyini bildirmişdir. 2 günün tamamında o, Şahid1lə əlaqə saxlayıb avtomobilinin qaytarılıb-qaytarılmaması ilə maraqlanmışdır. Anar ona avtomobilinin Namiq tərəfindən qaytarılmadığını bildirmişdir. Bundan sonra onlara məlum olmuşdur ki. Onun avtomobilini icarəyə götürən Namiq adlı şəxs həmin avtomobili Hamlet adlı bir tanışına vermiş və Hamlet də maşını apararaq geri qaytarmamışdır. Namiq və Hamlet adlı şəxsləri tanımır. “BMW-X5” markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobili 20.000 manata almışdır və həmin qiymətə də qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7665/2019 N-li qərarı ilə cavabdeh "xxxx" MMC-dən 31.100 manat məbləğində pulun tutularaq ona ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarı icraya yönəldilmiş, icrası Yasamal rayonu İcra şöbəsinin əməkdaşı Şahid4 tapşırılmışdır. Qeyd olunan "xxxx" MMC üç qardaşın - Yalçın, İbad və Mübarizin adınadır. Bu şəbədən Məhdud Məsuliyyətli Cəmiyyət "xxxx" adlanır. Məhkəmə qərarından sonra həmin Məhdud Məsuliyyətli Cəmiyyəti Şahid1 adına keçirmişlər. İcra şöbəsi Şahid1 çağırmışdır, həmin vaxt karantin vaxtları olmuşdur. Şahid1 bir neçə gün sonra gəlmiş, ona 3100 manat ödəyə biləcəyini demiş, qalan məbləği ödəyə bilməyəcəyini, bununla bağlı tutulmağa belə razı olduğunu demişdir. Bundan sonra Şahid1 ona 3100 manat pul vermiş, qalan məbləğ ödənilməmiş qalmışdır. Ona həmin vaxt demişlər ki, bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Lakin edə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı ifadə vermiş mülki iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, 04 iyul 2013-cü il tarixdə "xxxx" MMCni təsis etmiş, özü də həmin MMC-nin direktorudur. Həmin MMC ünvan 6 ünvanında avtomobillərin icarəsi ilə məşğul olur. Şahid2 və Təqsirləndirilən şəxs onların firmasının müştəriləri kimi tanıyır. Hər ikisi onların firmasından müxtəlif vaxtlarda avtomobillər icarəyə götürmüşlər və vaxtında geri qaytarmışdırlar. Əvvəllər onlarla heç bir problemləri olmamışdır. 17 oktyabr 2017-ci tarixdə Təqsirləndirilən şəxs yenədə firmaya gələrək "xxxx" markalı, 90- XZ-010 dövlət qeydiyyat nişanlı avtomobili 10 günlük, yəni 27 oktyabr 2017-ci il tarixədək icarəyə götürmüşdür. Təqsirləndirilən şəxsla müqavilə bağlanıb həmin avtomobil təhvil verilmişdir. 23 oktyabr 2017-ci il tarixdə isə Şahid2 firmadan “BMW X5” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili 2 günlük icarəyə götürmüşdür. Şahid2la da müqavilə bağlanıb qeyd olunan avtomobil sonuncuya təhvil verilmişdir. Qeyd olunan hər iki avtomobil Zərərçəkmiş şəxs məxsusdur. Hər iki avtomobil firmanın adma etibarnamə ilə verilmişdir. Onlar həmin avtomobillərə görə gündəlik Zərərçəkmiş şəxs pul ödəyirmişlər. 25 oktyabr 2017-ci il tarixdə Şahid2 götürüdüyü “BMW X5” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmalı olmuş, lakin bu şəxslə dəfələrlə telefon əlaqəsi saxlamalarına baxmayaraq avtomobili qaytarmağı uzatmışdır. Firamın işçisi Anar Həsənquliyev növbəti dəfə danışarkən Namiq bildirmişdir ki, avtomobili 2 saatlıq Təqsirləndirilən şəxs vermiş, lakin Hamlet ona avtomobili qaytarmır. Həmin ərəfədə isə Hamlet özü götürdüyü "xxxx" markalı avtomobilə görə özü firmaya gəlməmiş, lakin telefon əlaqəsi saxlayıb avtomobili Yeni Yasamal ərazisində “Bizim market”-in qarşısında saxlamasını və avtomobilin açarının da şüşə silənin fırçalarının arasında olmasını bildirmişdir. Firmanın işçiləri məcbur olub gedib avtomobili oradan götürmüşdürlər. Lakin Hamletin özünü görə bilməmişdirlər. “BMW X5” markalı avtomobili isə onlar Namiqdən tələb etmişlər. Artıq 01 noyabr 2017-ci il tarixdə onlar “BMW X5” markalı avtomobillə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlib Zərərçəkmiş şəxs ilə əlaqə saxlamışlar, vəziyyəti izah etmişlər və avtomobilin mülkiyyətçisi kimi ərizə verməsini xahiş etmişlər, Zərərçəkmiş şəxs də Nərimanov RPİ-nin 16-cı PB-na şikayət ərizəsi yazmışdır. Sonradan Namiq polis bölməsinə çağrılarkən onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs ona avtomobilləri müvəqqəti dəyişməyi, yəni Hamletdə olan "xxxx" markalı avtomobili verib Namiqdən “BMW X5” markalı avtomobili götürüb müvəqqəti sürməyi təklif etmiş, Namiq də “BMW X5” markalı avtomobili Hamletə Bakı şəhəri Səbail rayonun ərazində yerləşən “Malakan bağı” adlanan yerin yaxınlığında vermişdir. X15 aldadıb "xxxx"nı almış, “BMW X5” markalı avtomobili də qaytarmamışdır. Təqsirləndirilən şəxs hüquq mühafizə orqanlarından qaçıb gizləndiyi üçün bu şəxs barəsində axtarış elan olunmasına baxmayaraq və Zərərçəkmiş şəxs məxsus olan “BMW X5” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil tapılmamışdır. Yuxanda qeyd etdiyi hadisədən xeyli vaxt keçdikdən sonra Zərərçəkmiş şəxs cavabdeh “YİM" MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan avtomobilə vurduğu zərərə görə 22000 manat məbləğində pulun, həmçinin 05 oktyabr 2017-ci il tarixdən məhkəmə qətnaməsi çıxan müddətə hər gün üçün 90 manat hesablanmaqla əldən çıxmış faydanın əvəzinin, vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh YİM MMC-dən avtomobilin dəyəri olaraq 26000 manat pulun, avtomobili cavabdehə verdiyi 05 oktyabr 2017-ci il tarixdən məhkəmə qətnaməsi çıxan günədək olan müddət üçün əldə çıxmış fayda olaraq hər günə 90 manat pulunu və ona vurduğu mənəvi zərərə görə 150.000 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən Gülsabah Əkbərova da, cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə rayon Məhkəməsinə müraciət edərək vurulmuş mənəvi zərərin əvəzini təşkil edən 150.000 manat məbləğində pulun cavabdeh YİM MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və üçüncü şəxs həmin qətnamədən apellyasiya şikayəti vermişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2018-ci il tarixli qətnamənin ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasının qismən təmin edilməsi, əldən çıxmış faydanın əvəzi olaraq 35.820 manat, etibarnamə əsasında cavabdeh "xxxx" MMC-yə verilmiş “BMV X-5 minik” markalı ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olaraq 22.000 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən almaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iddiaçı Zərərçəkmiş şəxs iddiasının qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərarına əsasən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-dən iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 35820 manat əldə çıxmış faydanın tutulması hissəsində dəyişdirilməsi, həmin hissədə iddia tələbi qismən təmin edilib cavabdeh YİM MMC-dən əldən çıxmış fayda qismində tutulacaq pulun məbləğinin 8100 manat, tutulacaq ümumi məbləğin 31.100 manat müəyyən edilməsi qərara alınmışdır. Şahid2 və Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində YİM MMC-yə 33.600 (otuz üç min altı yüz) manat məbəlğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məxsus “BMW X5" markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil onlara icarəyə verilməmişdir, həmin avtomobil notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında onlara verilmişdir. "xxxx" MMC-nin təsisçi direktoru yenə də özüdür, 2020-ci ildən etibarən Cəmiyyətin rəhbəri Şahid1dir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2( 102)-7665/2019 Ng-li qərarı ilə cavabdeh "xxxx" MMC-dən 31.100 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə "xxxx" MMC-nin hal-hazırki direktoru Şahid1 məlumatı var. Çünki tam ödəmə Şahid1lə Zərərçəkmiş şəxs arasında olub. Sonuncu bu barədə ərizəni də Şahid1 iştirakı ilə yazıb. Razılaşma da Şahid1lə Zərərçəkmiş şəxs arasında olmuşdur, odur ki, bu barədə daha dəqiq məlumatı Şahid1 verə bilər. 2020-ci ilə qədər Şahid1 "xxxx" MMC-də sürücü olub. Sonradan isə Cəmiyyətin rəhbəri təyin edilib. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMCnə heç bir məbləğ ödənilməyib. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, "xxxx" MMC-də sürücü işləyir. Həmin MCC ünvan 7 ünvanda avtomobillərin icarəsi ilə məşğul olur. Şahid2 və Təqsirləndirilən şəxs firmalarının müştəriləri kimi tanıyır. Hər ikisi onların firmasından müxtəlif vaxtlarda avtomobilləri icarəyə götürmüşlər və vaxtında da geri qaytarmışlır. Əvvəllər bu şəxslərlə heç bir problemləri olmamışdır. Zərərçəkmiş şəxs onların firmasına özünə məxsus olan "xxxx" markalı və «BMW-X5» markalı avtomobilləri vətəndaşlara icaryə verilməsi üçün təqdim etmişdir. Zərərçəkmiş şəxs onların firmasına "xxxx" markalı 90XZ010 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixli etibarnamə ilə, «BMW-X5» markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobili isə xx.xx.2017-ci il tarixli etibarnamə əsasında təqdim etmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş avtomobillər firma tərəfindən müxtəlif müştərilərə icarəyə verilmiş və avtomobillərin icarə olduqları hər günə görə Zərərçəkmiş şəxs ödənişlər edilmişdir. 17 oktyabr 2017-ci il tarixdə şirkətin müştərisi olan Təqsirləndirilən şəxs növbəti dəfə firmaya gələrək "xxxx" markalı 90XZ010 dövlət qeydiyyat nişanlı avtomobili 10 günlük, yəni 27 oktyabr 2017-ci il tarixədək icarəyə götürmüş, 7 günün icarə haqqını ödəmiş, qalan 3 günün icarə pulunu isə bir neçə günə gəlib ödəyəcəyini bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxsla müqavilə bağlanılaraq avtomobil təhvil verilmişdir. 23 oktyabr 2017-ci il tarixdə isə Şirkətin digər müştərisi Şahid2 firmadan «BMW-X5» markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobili 2 günlük icarəyə götürmüş, bu şəxslə də müqavilə bağlanılaraq avtomobil təhvil verilmişdir. 25 oktyabr 2017-ci il tarixdə Şahid2 götürdüyü «BMW-X5» markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobili qaytarmalı olmuş, lakin bu şəxslə dəfələrlə telefon əlaqəsi saxlamalarına baxmayaraq, bu şəxs müxtəlif bəhanələr gətirərək həmin tarixdə avtomobili qaytarmamışdır. 26 oktyabr 2017-ci il tarixdə o, Namiqlə telefonla danışmış, avtomobili qaytarmaması səbəbini soruşmuşdur. Namiq avtomobili təhvil vermək üçün onu “Montin” bazarının yanma dəfət etmişdir. 26 oktyabr 2017-ci il tarixdə saat 17 radələrində o, Həsən adlı işçiləri ilə birlikdə “Montin” bazarının yanma getmişdir. Görüşərkən Namiqin avtomobilsiz gəlməsini görüb, avtomobilin harada olmasını sonuncudan soruşmuşdur. Burada Şahid2 avtomobili iki saatdır tanışı Təqsirləndirilən şəxs verməsini, sonuncunun avtomobili qaytarmasını gözlədiyini bildirmişdir. Onların yanında Şahid2 Namlet Məmmədova zəng edib danışmağa cəhdlər etsə də, danışa bilməmişdir. Təqsirləndirilən şəxs özünün onlardan icarəyə götürdüyü "xxxx" markalı avtomobilin icarə müddəti bitmək üzrə olduğundan, o da Hamletə zəng etməyə başlamışdır. Lakin Hamletə zəng çatmırmış. Həmin tarixdə Təqsirləndirilən şəxs özü gizli nömrədən onların firmasının işçisi İbadə zəng etmiş, avtomobili Yeni Yasamal ərazisində “Bizi Markef’in qarşısında saxlamasını, avtomobilin açarlarının şüşə silənin fırçalarının arasında olmasını bildirmiş, «BMW-X5» markalı avtomobilin aqibəti barədə heç bir söz deməyib telefonu söndürmüşdür. Onlar məcbur olub, gedib "xxxx" markalı avtomobili həmin yerdən götürmüşlər, Hamletin özünü isə görə bilməmişlər. «BMW-X5» markalı avtomobilə dair icarə müqaviləsinin Namiqlə bağlanması səbəbindən onlar həmin avtomobili Namiqdən tələb etmişlər. Artıq 01 noyabr 2017-ci il tarixdə «BMW-X5» markalı avtomobillə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlib, Fəqan Əkbəıii ilə əlaqə saxlamış, vəziyyəti izah etmiş, mülkiyyətçi kimi Fəqanın ərizə ilə müraciət etməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs öz növbəsində Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, Bakı şəhər Baş Polis İdarəsinə gedib ərizə yazmış, onu ərizəsi Nərimanov RPİ-nin 16-cı PB-nə göndərilərək Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanan materiala əlavə edilmişdir. Namiq polis bölməsinə çağırılarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs Namiqə avtomobilləri müvəqqəti dəyişməyi, yəni Hamletdə olan "xxxx" markalı avtomobi verib, Namiqdə olan «BMW-X5» markalı avtomobili götürüb müvəqqəti sürməyi təklif etmiş, Namiq də «BMW-X5» markalı avtomobili “Malakan” bağı yaxınlığında Hamletə vermiş, X15 aldaraq "xxxx" markalı avtomobili verməmiş, «BMW-X5» markalı avtomobili də qaytarmamışdır. Ona heç bir maddi ziyan dəyməmiş, avtomobil onun işlədiyi şirkətdən icarəyə götürüldüyü üçün o, ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində maddi ziyan avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs dəymişdir. «BMW-X5» markalı avtomobilin harada olmasını bilmir. Dəqiq tarixi yadında deyil, 2020-ci ildən "xxxx" MMC-nin direktorudur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2( 102)-7665/2019 Ne-li qərarı ilə cavabdeh "xxxx" MMC-dən 31.100 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi ilə əlaqədar, xx.xx.2020-ci il tarixdə Yasamal rayon məhkəməsinin qarşısında Mübarizin qardaşı İbad, avtomaşında, onun yanında Zərərçəkmiş şəxs həmin məbləği, yəni 31.000 (otuz bir min) manatı sayıb vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə İcra şöbəsinə getmişlər. İcra şöbəsində Zərərçəkmiş şəxs bu barədə ərizə yazıb vermişdir. Zərərçəkmiş şəxs ərizə yazmamışdan əvvəl İcra məmuru Şahid4 Fəqana “pul dəqiq ödənilibmi, şikayətin varmı?” deyə bildirmiş, Fəqan isə ona dəymiş ziyanın ödənildiyini bildirərək ərizəni yazıb imzalamış, sonra isə oradan çıxıb getmişlər. Ödəmə zamanı o, Zərərçəkmiş şəxs və Mübarizin qardaşı İbad olmuşlar. Ödəmə gedişində icra məmuru Şahid4 iştirak etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin yay aylarından tanıyır. Təqsirləndirilən şəxsla avtomobil alqı-satqısı zamanı tanış olmuşdur. Aralarında normal münasibətlər olmuş, ədavətləri olmamışdır. Bir neçə dəfə Təqsirləndirilən şəxs ondan borc pul almışdır. 23 oktyabr 2017-ci il tarixdə ona sürmək üçün avtomobil lazım olmuşdur. Həmin gün o, tanışı Həsən vasitəsilə ünvan 7 ünvanda yerləşən, avtomobillərin icarəsi ilə məşğul olan "xxxx" MMC-də müqavilə bağlamaqla «BMW-X5» markalı avtomobili 90TB094 dövlət qeydiyyat nişanlı avtomobili 2 günlük icarəyə götürmüşdür. 2 gün Bakı şəhəri ərazisində həmin avtomobili idarə etmişdir. 24 oktyabr 2017-ci il tarixdə həmin avtomobili Xətai rayonu ərazisində idarə etdiyi vaxt yol hərəkəti qaydalarını pozduğuna görə Xətai RPİ-nin YPX əməkdaşları avtomobili dayanacağa salmışlar. Həmin vaxt Hamlet bundan xəbər tutub dayanacağın qarşısına gəlibmiş. Bu zaman Hamlet onun müvəqqəti “Renta Car”dakn avtomobil icarəyə götürməsindən xəbərdar olmuşdur. 25 oktyabr 2017-ci il tarixdə Hamlet onunla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini bildirmişdir. O, Hamletlə Səbail rayonu Zərifə Əliyeva küçəsində görüşmüşdür. Hamlet görüşə "xxxx" markalı 90XZ010 dövlət qeydiyyat nişanlı avtomobillə gəlibmiş. Hamlet ona vacib görüşünün olmasını, həmin görüşə də «BMW-X5» markalı avtomobillə getmək istədiyini deyib, gəldiyi "xxxx" markalı avtomobili onun icarəyə götürdüyü «BMW-X5» markalı avtomobillə 2-3 saatlığına dəyişməyi xahiş etmişdir. O, razılıq vermişdir. Lakin Hamletin həmin "xxxx" markalı avtomobili onunla eyni “Renta Car”dan götürməsini bilmirmiş. Hamlet «BMW-X5» markalı avtomobilə əyləşib, sürüb oradan uzaqlaşmışdır. O isə "xxxx" markalı avtomobillə öz işlərinin arxasınca, Xətai rayonu Gəncə prospektinə getmişdir. Bir-iki saat ərzində işlərini bitirdikdən sonra, Hamletlə telefon əlaqəsi saxlamış. Hamlet onu Nobil prospekti ilə NZS qəsəbəsinin kəsişməsində gözlədiyini deyib, həmin yerə çağırmışdır. O, həmin yerə gəlib çatarkən Hamletin yolun kənarında piyada dayandığını görmüşdür. O, avtomobili saxlayan kimi onu tələsik sükanın arxasından düşürüb, sərnişin tərəfə keəçirmişdir. Hamlet avtomobili Nərimanov rayonu istiqamətində sürməyə başlamışdır. Hamlet ona demişdir ki, «BMW-X5» markalı avtomobilin təkəri partlamışdır və həmin avtomobili NZS qəsəbəsində saxlamışdır. Hamlet onu Nərimanov metro stansiyasının yaxınlığında “Renta Caı*”dan icarəyə götürdüyü “Range Rover” markalı avtomobili saxladığını deyib, həmin avtomobillə «BMW-X5» markalı avtomobilin arxasınca getməsini təklif etmişdir. Hamlet onu “Range Rover” markalı avtomobilin yanma gətirib, bu avtomobilin açarlarını ona verərək, «BMW-X5» markalı avtomobilin arxasınca getməsini, sonra isə “Range Roveri” “Renta Cara”a təhvil verməsini, özünün isə çox tələsdiyini deyib getmişdir. Hamlet həmin “Range Rover”i Yeni Günəşli qəsəbəsində yerləşən “103 Renta Car”dan icarəyə götürübmüş. O, “Range Rover”lə NZS qəsəbəsində Hamletin dediyi yerə gəlmiş, lakin «BMW-X5» markalı avtomobilin orada olmadığını aşkar etmişdir. O, əlaqə saxlayıb Hamletə «BMW-X5» markalı avtomobilin dediyi yerdə olmamasını bildirmiş, Hamlet isə «BMW-X5» markalı avtomobili dostunun həmin yerdən gtürüb şəhərə getdiyini, özünün bir qədər sonra onunla əlaqə saxlayacağını demişdir. Həmin gün o, nə qədər gözləsə də avtomobili gətirib çıxarmamışlar. Bu münvalla Hamlet onu 3-4 gün aldatmışdır. "xxxx" MMC-də onu artıq avtomobilə görə sıxırmış. Odur ki, o, 2017-ci ilin oktyabr ayının 28, yaxud 29 tarixində DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib məlumat vermişdir. Sonra isə Səbail RPİ-nin 39-cu PB-nə gedib orada izahat vernmişdir. 01 noyabr 2017-ci il tarixdə onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Həmin polis bölməsində bilmişdir ki, “BMW X5” markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin vaxt o, Hamletin atası Səfər Məmmədova zəng vurmaqla Hamleti tapmışdır. Belə ki, atasına o, zəng vurduqdan sonra, Hamlet onunla telefon əlaqəsi yaratmışdır. Hamlet ona həmin avtomobili pul əvəzi kiməsə girov qoyduğunu, yaxın vaxtlarda girovdan çıxarıb qaytaracağını demişdir. Bundan sonra Hamlet yenə də itmişdir. O, bu dəfə Hamletin qardaşı Elşad Məmmədovla əlaqə saxlamışdır. Elşad telefonla ona Hamletin harada olmasını bilmədiyini demişdir. Elşad ona bildirmişdir ki, Hamlet “BMW-X5” markalı avtomobili borc əvəzi Şəhriyar adlı şəxsə verdiyini demişdir. Bu söhbətdən sonra onun Hamletlə əlaqələri tamamilə kəsilmiş və Hamletin harada olmasını bilməmişdir. Hamlet oeu aldatmış, ondan «BMW-X5» markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobili bir neçə saatlığına sürmək adı ilə almışdır. O, «BMW-X5» markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobili Hamletə Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsində vermiş, hazırda dəqiq ünvanı deyə bilmir, lakin hadisə yerinə getməklə göstərə bilər. O, yalnız Hamletin sözlərinə əsasən sonuncunun həmin avtomobili pul əvəzi kiməsə girov qoymasını bilir, sonradan isə Hamletin qqardaşı Elşad ona Hamletin həmin avtomobili Şəhriyar adlı şəxsə girov qoymasını ona demişdir. O, Şəhriyar adlı şəxsi tanımır. Bu deyilənlərin də həqiqətə uyğun olub-olmamasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Nərimanov rayonu F.X.Xoyski küçəsi 98A ünvanda avtomobillərin icarəsi ilə məşğul olan "xxxx" MMCdə gəlin maşınlarının arendası məsələsinə baxmışdır. Qardaşı Mübariz isə həmin MMCnin təsisçi direktoru, rəhbəri isə Şahid1dir. O, Şahid2 və Təqsirləndirilən şəxs onların firmasının müştəriləri kimi tanıyırmış, hər ikisi onların firmasından müxtəlif vaxtlarda avtomobillər icarəyə götürmüşdürlər. O, 2017-ci ildə Anardan eşitmişdir ki, həmin ildə oktyabr ayında Şahid2 firmadan, Zərərçəkmiş şəxs icarə üçün firmaya verdiyi “BMW X5” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili iki günlük icarəyə götürüb, sonradan həmin avtomobili Təqsirləndirilən şəxs verib, Hamlet isə həmin maşını qaytarmayıb. Bununla bağlı uzun müddət polislərdə və məhkəmədə araşdırmalar aparılmışdır. Zərərçəkmiş şəxs "xxxx" MMC-ni məhkəməyə vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il tarixli qərarına əsasən "xxxx" MMC-dən Zərərçəkmiş şəxs xeyrinə 31 100 (otuz bir min yüz) manat tutlaraq verilməsi qərara alınmışdır. Qərar icraya yönəldilmiş, qərarın icrası Yasamal rayon probasiya idarəsinə həvalə edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin məbləği dəfələrlə "xxxx" MMCdən tələb etmiş və onlar həmin məbləği qaytarmaq qərarına gəlmişlər. xx.xx.2020-ci il tarixdə o, "xxxx" MMC-nin rəhbəri Şahid1 idarə etdiyi Prius markalı avtomobil ilə Yasamal rayon məhkəməsinin qarşısına getmiş, orada Zərərçəkmiş şəxs ilə görüşmüş, o, maşında 31 100 (otuz bir min yüz) manatı sayıb Zərərçəkmiş şəxs vermiş və Zərərçəkmiş şəxs Anar ilə birlikdə Yasaml rayon məhkəməsində yerləşən icra və probasiya binasına getmişlər. Orada Zərərçəkmiş şəxs ərizə yazaraq ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs qeyd etdiyi tamamilə yalandır, çünki Fəqana həmin miqdarda pul ödənilsəydi heç bir vaxt ona dəymiş ziyanın tam ödənilməsdi barədə ərizə yazmazdı. Zərərçəkmiş şəxs 31 100 (otuz bir min yüz) manat tam şəkildə ödənilib. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru, 11 dərəcəli ədliyyə qulluqçusu Şahid4 bildirmişdir ki, 2016- cı ilin sentyabr ayından həmin vəzifədə işləyir. İcraatına "xxxx" MMC-dən 31.100 manat məbləğində pulun Zərərçəkmiş şəxs ödənilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2( 102)-7665/2019 N-li xx.xx.2019-cu il tarixli icra sənədi daxil olmuşdur. Bununla bağlı "xxxx" MMC-yə qarşı tərəyfə borcu ödəmələrini bildirmişdir. Zərərçəkmiş şəxs şöbəyə gələrək icra sənədi üzrə borcun ödənildiyini bildirmiş, bu barədə xx.xx.2020-ci il tarixli ərizə yazaraq şöbəyə təqdim etmişdir. Həmin ərizə əsasında onun tərəfindən xx.xx.2020-ci il tarixdə qərar qəbul edilərək, icra sənədi üzrə icraata xitam verilmişdir. Ödəniş onun yanında olmamışdır, öz aralarında razılaşdıqdan sonra Zərərçəkmiş şəxs şöbəyə gələrək ərizə ilə müraciət etmişdir. Ödənişin icrası ilə bağlı qanunvericilikdə prosedur qaydası nəzərdə tutulmamışdır. Əsas borcun ödənilməsinə dair ərizədir ki, bunu da Zərərçəkmiş şəxs şöbəyə təqdim etmişdir. Onun tərəfindən ərizə yazması ilə bağlı Zərərçəkmiş şəxs qarşı heç bir tələb bildirilməmişdir. Zərərçəkmiş şəxs özü tam ödənişlə bağlı ərizə yazmağını istəmiş, ərizəni özü yazmışdır. "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs 31.100 (otuz bir min yüz) manatın tam ödənilib-ödənilməməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Fəqan özünə məxsus olan “BMW X5” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilini 2017-ci ilin sentyabr ayında ünvan 5 ünvanda yerləşən “Renta Car”a günü 110 manata icarəyə vermişdir. xx.xx.2017-ci il tarixdə gündəlik icarə pulu verilməmişdir. Sonradan məlum olmuşdur ki, “BMW X5” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili Namiq adlı şəxsə icarəyə verilmiş, sonuncu həmin avtomobili Təqsirləndirilən şəxs adlı dələduza vermiş, həmin vaxtdan avtomobil yoxa çıxmışdır. Bununla bağlı şikayət ərizələri əsasında Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanılmış, lakin həmin müddətdə Təqsirləndirilən şəxs Ukrayna Respublikasına qaçdığından iş üzrə icraat dayandırılmışdır. X8 rəhbərliyi qarşısında onun müraciətləri nəzərə alınaraq, Təqsirləndirilən şəxs İNTERPOL axtarışına verilmiş və nəhayət 2022-ci ildə Polşa Respublikasında saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının onların xeyrinə qəbul etdiyi qərarın icrası Yasamal rayon icra şöbəsinin əməkdaşı Şahid4 tapşırılmış, onlara yalnız 3100 manat pul ödətdirilmiş, qalan məbləğ ödənilməmişdir. Məhkəmə iclasında iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X6 xidmətindən xx.xx.2017-ci il tarixli 003-13485-1217 N-li məktubla daxil olmuş DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətlər üçün “BMW-X5” markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobilin müvafiq tarixlərlərdə, saatlarda və yerlərdə qeydə alınmış, JPG formatında 246 ədəd fotoşəkillərinə dair foto fayllar və 1 ədəd exel formatına fayl aşkar edilir. Fotoşəkillərdən görünür ki, “BMW-X5” markalı 90TB094 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə saat 01:58:25-də Bakı şəhəri Səbail rayonu ərazisində, Rixard Zorge və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində, xx.xx.2017-ci il tarixdə saat 02:48:27-də ünvan 9 ünvanında, xx.xx.2017-ci il tarixdə saat 02:50:58-də Bakı şəhəri Səbail rayonu ərazisində, İstiqlaliyyət prospektində, xx.xx.2017-ci il tarixdə saat 02:53:01-də Bakı şəhəri, Azərbaycan prospekti, Şahmat klubunun yaxınlığında, xx.xx.2017-ci il tarixdə saat 11:09:41-də Bakı şəhəri Həsən Əliyev küçəsi ilə Mirəli Qaşqay küçələrinin kəsişməsində, “Kral” şadlıq sarayının yaxınlığında, xx.xx.2017-ci il tarixdə saat 12:44:02-də və 14:29:02də Bakı şəhəri Ağa Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində, xx.xx.2017-ci il tarixdə saat 16:24:22-də Bakı şəhəri Yusif Səfərov küçəsində, Azəriqaz SC-nin qarşısında, Mərkəz istiqamətində, xx.xx.2017-ci il tarixdə saat 16:29:12-də Bakı şəhəri Nobel prospektində, Azpetrol YDM-nin yaxınlığında qeydə alınmışdır. Sorğuda xx.xx.2017-ci il tarixədək avtomobilin hərəkət traektoruyası soğru edilsə də, diskdə olan ən son məlumat xx.xx.2017-ci il tarixdə saat 16:29:12-də olan fotoşəkil olaraq aşkar edilir. DVD diskdə olan exel formatlı faylda yuxarıda sadalanan analoji məlumatlar geniş formatda qeydə alınmışdır. Məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** GSM nömrələrinə dair məlumatlar yazılmış CD diskdə olan məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, 1 ədəd CD diskdə 2 ədəd Adobe Akrobakt - pdf formatlı 2 ədəd fayl mövcuddur. Həmin fayllardan biri ***-***-**-**, digəri isə ***-***-**-** GSM nömrəsinə aid olan məlumatlardır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** GSM nömrəsindən Şahid2 məxsus ***-***-**-** GSM nömrəsinə xx.xx.2017-ci il tarixdə saat 00:11:17- də 64 saniyə danışıq olmuş, Bakcell nömrəsinə ünvan 11 ünvanda yerləşən antennadan xidmət göstərilmişdir. Nömrələr arasındakı növbəti telefon əlaqəsi xx.xx.2017-ci il tarixdə saat 00:19:21-də 111 saniyə, saat 00:28:49-da 73 saniyə təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7665/2019 N-li qərarından görünür ki, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya məhkəməsi mülki kollegiyasının 2(103)-1883/2019 nömrəli iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-nin iddiaçı X5 xeyrinə 35820 manat əldən çıxmış faydanın tutulması hissədə dəyişdirilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin və cavabdeh "xxxx" MMC- dən əldən çıxmış fayda qismində tutulacaq pulun məbləği 8100 manat, tutulacaq ümumi məbləğ 31100 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın qərara alınmışdır. AC seriyalı 988514 JSİ9-1İ nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətnamə ilə 90TB094 dövlət qeydiyyat nişanlı, “BMW- X5” minik markalı, 2005-ci il istehsalı olan, “UNİVERSAL” tipli, 51793613 mühərrik, WBAFA91026LD79410 ban nömrəli, ağ rəngli, 4800 m3 mühərrik ölçülü nəqliyyat vasitəsi ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs adma xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İQŞ-də qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli ƏN-İ seriyalı 674710 N-li etibarnamənin surətindən görünür ki, ünvan 12 ünvanda qeydiyyatda olan Zərərçəkmiş şəxs (AZE ********, xx/xx/2014, Nərimanov RPİ) Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İQŞ tərəfindən xx.xx.2017ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən ona məxsus olan “BMW-X5” minik markalı, 51793613 mühərrik, WBAFA91026LD79410 ban nömrəli, 2005-ci il buraxılış ili olan, 90TB094 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvəqqəti istifadə - 3 ay müddətinə, xx.xx.2018-ci il tarixədək ünvan 14 ünvanda yerləşən ”YİM” Məhdud Məsuliyyətli Cəmiyyətinə etibar etmişdir. 23 oktyabr 2017-ci il tarixli 94 N-li icarə müqaviləsinin surətindən görünür ki, həmin gün AC seriyalı 988514 N°-li “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” əsasında 90TB094 dövlət qeydiyyat nişanlı, “BMW-X5” minik markalı, 2005-ci il istehsalı olan, “UNİVERSAL” tipli, 51793613 mühərrik, WBAFA91026LD79410 ban nömrəli, ağ rəngli nəqliyyat vasitəsi icarəyə verən - "xxxx" MMC-nin direktoru Nümayəndə tərəfindən, icarəyə götürən Şahid2 icarəyə verilmişdir. 05 yanvar 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs qəsdən istintaqdan gizlənməsi səbəbindən həmin qərarı ona elan etmək mümkün olmamış və həmin tarixdə barəsində axtarış edilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 maddəsinə əsasən dayandırılmışdır. Səbail Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 4(009)- 191/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. X9 12 aprel 2022-ci il tarixdə İNTERPOL vasitəsi ilə Polşa Respublikasında saxlanılmış, 01 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına ekstraditsiya edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Nərimanov Rayon Məhkəməsinin 06 mart 2017-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş 17 aprel 2023-cü il tarixli 4806 saylı məktubdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilməsinə dair icra sənədi 23 iyun 2017ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi Azərbaycan Respublikası “İcra Haqqında Qanunun 24.1.2-ci maddəsinə əsasən 22 dekabr 2017-ci il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və təkrar olaraq şöbənin icraatına daxil olmamışdır. Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 13 aprel 2023-cü il tarixli 25 saylı məktubdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 06 mart 2017-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilməsinə dair Təqsirləndirilən şəxs Qazax şəhəri, Fərrux Qayıbov küçəsi, ev 12-də qeydiyyatda olduğu üçün hökm icra edilməsi üçün şöbəyə göndərilmişdir. İcra tədbirləri zamanı məlum olmuşdur ki, məhkum Təqsirləndirilən şəxs faktiki olaraq Bakı şəhəri, Nəriman rayonunda yaşayır. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 06 mart 2017-cı il tarixli hökmü 19 dekabr 2018-ci il tarixdə aidiyyatı üzrə Nərimanov Rayon İcra Şöbəsinə qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 06 mart 2017-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasını maddi imkanı olmadığından ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə daxil olmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, ona dəymiş ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanan ərizə və ona əlavə olunmuş 30 mart 2023-cü il tarixli 13317 saylı qəbzdən görünür ki, ona elan olunmuş ittihamın məbləğinin 25 (iyirmi beş) faizi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Odur ki, bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarına olan mülki iddia ərizəsindən, mülki iddiaçı və onun nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı 33.600 manat məbləğində ziyan vurulmasına dair mülki iddia verilmiş, "xxxx" MMC mülki iddiaçı, Nümayəndə isə onun nümayəndəsi qismində tanınmışdır. Mülki iddiaçının nümayəndəsi Nümayəndə ibtidai istintaq orqanına və məhkəməyə ünvanlanmış ərizələrindən görünür ki, "xxxx" MMC Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur, dəymiş ziyan ödənilmişdir, mülki iddiadan edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə olan halda "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiadan imtinası qəbul olunmalı və mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1 və 186.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair mülki iddiadan imtina qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar