Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-78/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla həyat və sağlamlıq üçün təhlükəli olmayan fiziki zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmiş və yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 17 aprel 2024-cü il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq, evin yataq otağında olan dolabın bağlı çəkəcəyini sındıraraq oradan 2080 manat nağd pulu və zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 600 manat dəyərində bir cüt qızıl sırğanı talayıb evdən çıxan zaman həmin vaxt həyətə daxil olan zərərçəkmiş şəxsin arvadı Zərərçəkmiş şəxs2 onun cinayətkar əməlini dayandırmağı ilə bağlı tələbinə məhəl qoymadan taladığı əmlakı özündə saxlamaqla Zərərçəkmiş şəxs2 əli ilə itələyib yerə yıxmaqla fiziki ağrı yetirib həyat və sağlamlıq üçün təhlükəli olmayan fiziki zor tətbiq etməklə, hadisə yerindən qaçaraq özgənin əmlakını açıq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2680 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 28 iyul 2024cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanda Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanaraq, qanusuz daxil olub, evin mətbəx otağının həyətə baxan pəncərəsinin dəmir barmaqlığını həyətdən tapdığı əşya ilə qıraraq, pəncərədən evin içərisinə keçib, evin yataq otağında olan paltar dolabının rəfinə qoyulmuş üzərində “Belinda” yazısı həkk olunmuş qutunun içərisindən 3700 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 3700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 19 avqust 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən “İDEA” ictimai çimərliyinin ərazisində avtomobillər üçün ayrılmış duracağda saxlanılmış, Zərərçəkmiş şəxs4 məxsus «Qazel» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açarla açmaqla, avtomobilə daxil olaraq, salonda Zərərçəkmiş şəxs4 məxsus şalvarın cibindən 695 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 695 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bilə-bilə etməyib. Onu tutublar və bölməyə gətiriblər. Tamerlan adlı şəxsi tanımır. Evə girmiş, amma qızılı götürməmişdir. Əməli törədib, amma özündə olmayıb. Pulu da götürüb, amma özündə olmayıb. Götürdüyü pulu nə etdiyini bilmir. Cinayət etdiyini, amma özündə olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, həmin pulu gözünün əməliyyatı üçün götürüb, xahiş edir ki, pulunu qaytarsın, əməliyyatını etsin. Özü fəhlə işləyir. Ümumi 3700 manat pulunu götürüb. 1000 manatını qaytarıb. 2700 manat qalır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, avtomobili yerləşdiririrdi. Həyətə daxil olanda qapı açıq olub. Yoldaşı hay-küy saldı ki, evə oğru girib. Evə daxil olanda yoldaşını itələyib, qaçaraq uzaqlaşıb. Hava qaranlıq olub və yanından cəld qaçıb. Keçən ilin aprel ayında zərər dəyib. Dəymiş ziyan ödənilsin. Evində xəstə uşağı var, o pul onun müalicəsi üçündür. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, uşağının ad günü idi. Oradan gələndə içəri daxil olub. O anda bir oğlan onu itələyib və 3 pilləkəndən aşağı düşüb. Özünü itirib. Xəstə uşağının dərman pulu idi o pullar, xahiş edir ki, ona dəymiş ziyanı ödəsin, tutulmağını istəmir. 2000 AZN pul və qızılını götürüb. Həyətlərində işıqlandırma yoxdur. Qapını açanda üstünə atılıb, itələyib və qaçıb. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun uşağının çörəyini oğurlayıb, günü 30 AZN işləyən insandır. O necə xəstədir ki, gedib açarı arxadan götürüb, qapını açıb, pulları götürüb. 695 azn pulunu götürüb, telefona və pul qabına dəyməyib. Şikayətçidir, zərərin ödənilməsini istəyir. 695 azn zərərdən qaytarılan məbləğ yoxdur. Kameradan görünür ki, o gəlir, açarı götürür, avtomobilə daxil olur. Pul qabından əlavə 2500 AZN da ayrı yerdə idi, onu götürməyibdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xudayar xalası nəvəsidir. Vəsiqəsi olmadığı üçün ona deyib ki, evə pul lazımdır, qızılı lombarda qoyaq. O da onunla razılaşıb, qızılı lombarda qoyub. Götürdüyü pulu da ona qaytarıb. Öz şəxsiyyət vəsiqəsi ilə alıb. 300 AZN pul olub. Hadisədən sonra polisin qızılı götürməsindən xəbəri yoxdur. Polisə sadəcə qızılı lombarda verdiyinə görə çağırılıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, proses çoxdan baş verdiyi üçün xatırlamır. Qızılı Şamil gətirmişdir. Müstəntiq onu yığanda bilib ki, qızıl oğurluqdur. Qızılın dəyəri isə qiymətləndirmədə tam dəqiq qeyd olunub. Lombardda 2 ay müddətində ödəniş müddəti olur. 2 aydan da çox gözləyiblər, gəlməyib və qızılı satışa çıxarıblar. Şamilə nə qədər pul verdiyi yadında deyil, amma sistemdə 300 AZN idi. Qızılı ən sonunda bank götürür satır. Müstəntiq onları yığanda deyiblər ki, Xudayarı tanımırıq. Qızılın şəkillərini çəkməyiblər. Sistemdə Şamilin adı var idi. Girov qoyularkən şəxsiyyət vəsiqəsi, yaş məlumatları əsas olur. Lombard qiyməti ilə sistem qiyməti fərqli olduğu üçün ola bilsin ki, qiymətlər fərqli olub. Sistemdən çıxan qiymətin 480 AZN olması yadında deyil. Müştəriyə verilən qiymət başqa, sistemdə isə tamam başqa olur. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild c.i.v.1). İş materiallarında olan 19 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən “İDEA” ictimai çimərliyinə baxış keçirilmiş, vətəndaş Zərərçəkmiş şəxs4 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bort hissəsindən 695 manat naməlum şəxs tərəfindən oğurlanmışdır. 6 ədəd əl-barmaq izləri götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (İ cild c.i.v.11-13). İş materiallarında olan 21 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v. 31-32). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə saat 19:46-da hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur (İ cild c.i.v. 50). İş materiallarında olan 23 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild c.i.v. 63-64). İş materiallarında olan 23 avqust 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 177.2.3-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə, ********* nömrəsi altında istintaqı davam etdilmişdir (İ cild c.i.v.73- 74). İş materiallarında olan 29 iyul 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild c.i.v. 77). İş materiallarında olan 29 iyul 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında baxış keçirilmiş, 12 ədəd əl-barmaq izləri götürülmüş, hadisə yerinin fotoşəkiləri çəkilərək, kamera görüntüləri götürülərək protokola əlavə edilmişdir (İ cild c.i.v.87-92). İş materiallarında olan 29 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v. 101). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə saat 20:05-də hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur (İ cild c.i.v. 110). İş materiallarında olan 31 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild c.i.v. 131-132). İş materiallarında olan Səbail rayon məhkəməsinin 4(009)-404/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsindən imtina edilərəkəvvəli 29 iyul 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (İ cild c.i.v. 146-147). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə” iltizam növündə qətimkan tədbiri seçilmişdir. İltizam xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır (İ cild c.i.v. 151-154). İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 1000 manat pulunu qaytarmışdır (İ cild c.i.v. 98-99). İş materiallarında olan 10 avqust 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə, ********* nömrəsi altında istintaqı davam etdilmişdir (İİ cild c.i.v.1-2). İş materiallarında olan 23 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İİ cild c.i.v.5). İş materiallarında olan 17 aprel 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 2 ünvana baxış keçirilmiş, hadisə yerinin fotoşəkillər çəkilərək, kamera görüntüləri götürülərək protokola əlavə edilmişdir (İİ cild c.i.v. 14-17). İş materiallarında olan 23 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild c.i.v. 33). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə saat 17:00-da hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur (İİ cild c.i.v. 51-52). İş materiallarında olan 25 aprel 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 180.2.3-cü maddəsinə tövsif edilmişdir (İİ cild c.i.v. 69). İş materiallarında olan 25 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İİ cild c.i.v. 71-73). İş materiallarında olan Səbail rayon məhkəməsinin 4(009)-189/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İİ cild c.i.v. 88-91). İş materiallarında olan 08 iyun 2024-cü il tarixli, 1697 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs dissosiativ-konversion pozuntu (isterik nevroz) kəkələmə əlamətləri ilə (F44.4) aşkar olunur. Bunu hazırki müayinə zamanıtəqdim etdiyi şikayətləri, nitqində kəkələmənin qeyd olunması, davranışının nümayişkarlığı, əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Təqsirləndirilən şəxs qeyd olunan “dissosiativ-konversion pozuntu” onu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda dissosiativ-konversion pozuntu (isterik nevroz) kəkələmə əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan “dissosiativ-konversion pozuntu” cinayət əməli törətdiyi dövrdən sonra yaranmışdır. Təqsirləndirilən şəxs qeyd olunan “dissosiativ-konversion pozuntu” onu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild c.i.v.129-131) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 04 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 1772.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir (İİ cild c.i.v. 133-134). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 23 sentyabr 2024-cü il tarixədək uzadılmışdır (İİ cild c.i.v.156-157). İş materiallarında olan 23 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmasına dair vəsatətə baxılması və təmin edilmədən rədd edilməsi haqqında” qərardan görünür ki, vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (İİ cild c.i.v. 171-172). İş materiallarında olan 23 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir (İİ cild c.i.v.172A-172B). İş materiallarında olan 23 avqust 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.3-cü maddələrindən həmin Məcəllənin 177.1, 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələrinə tövsif edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İİ cild c.i.v. 173-174). İş materiallarında olan 23 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İİ cild c.i.v. 177-179). İş materiallarında olan Səbail rayon məhkəməsinin 4(009)-448/2024 saylı, 23 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İİ cild c.i.v. 200-201). İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X2 zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild c.i.v. 209a-209B). İş materiallarında olan GJN/1 seriyalı, 443384 nömrəli girov biletinin surətindən görünür ki, 2 cüt sırğa Şahid1 tərəfindən VİP Lombarda girov qoyulmuşdur (İİ cild c.i.v. 209 L-209K). İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.2.3, 180.2.4-cü maddələri ilə yenidən yeni ittiham elan edilmişdir (İİ cild c.i.v. 224-225). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmağa görə cinayət məsuliyyətini müəyyən edir. Həmin Məcəllənin 180.2.3-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgə əmlakını açıq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə; 180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X5 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Soyğunçuluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Soyğunçuluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. CM-in 180.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.3 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın bir hissəsini qaytarmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Səbail rayon məhkəməsinin 4(009)- 189/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 23 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmasına dair vəsatətə baxılması və təmin edilmədən rədd edilməsi haqqında” qərarı ilə, vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır və 23 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Səbail rayon məhkəməsinin 4(009)-404/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək əvvəli 29 iyul 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin seçilməsi” barədə 31 iyul 2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə” iltizam növündə qətimkan tədbiri seçilmişdir. İltizam xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 420 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. 04 (dörd) ədəd disk iş materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 21 saylı Vəkil Bürosunun, «Express Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində (təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-78/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-78/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver