Məhkəmə qərarları › İş №1(009)-79/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-79/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-79/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 10 iyun 2021-ci il tarixdə saat 09:.30-da xx xxxxxx 1975-ci ildə Qazax rayonu Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Qazax rayonu Ağköynək kəndinə qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 7 mənzil 11 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda yerləşən “xxxx” MMC-nin “Kontakt Home” mağazasına müştəri qismində daxil olub mağazadan qiyməti 623,99 (altı yüz iyirmi üç manat doxsan doqquz qəpik) manat olan 01 ədəd “Asus” X509MA-EJ324 (90NB0Q33-M06210) markalı, L5N0CX08P524219 seriyalı notebooku, qiyməti 75 (yetmiş beş) manat olan “X12 Note 9” markalı mobil telefonun 01 ədəd qutusunu və qiyməti 54 (əlli dörd) manat olan “Samsung Galaxy A 11” markalı mobil telefonun 01 ədəd qutusunu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə ümumilikdə 758,99 (yeddi yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Səbail rayonu Bülbül prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Kontakt Home” mağazasına müştəri qismində daxil olub satış vitrinin üzərinə qoyulmuş qiyməti 549.99 (beş yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat olan 01 (bir) ədəd “APPLE 4k TV 32 GB MQD22” markalı, SDY6D3G1YJ1WF seriyalı TV BOX aparatı və qiyməti 549.99 (beş yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat olan 01 (bir) ədəd “APPLE 4k TV 32 GB MQD22” markalı, SDY6D3TCDJ1 WF seriyalı TV BOX aparatını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Kontakt Home” mağazasına cəmi 1.099.98 (bir min doxsan doqquz manat doxsan səkkiz qəpik) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 08 oktyabr 2020-ci il tarixində saat 17 radələrində Zərərçəkmiş şəxs1 qızna məxsus ünvan 3 ünvanda yerləşən “Pero” mağazasına müştəri qismində daxil olub vitrində qoyulmuş əşyalara baxan zaman mağazanın işçilərinin diqqətinin yayınmasından istifadə edərək vitrində qoyulmuş hər birinin qiyməti 42,50 (qırx iki manat əlli qəpik) manat olan 02 ədəd qara rəngli oyuncaq avtomobili, qiyməti 57 (əlli yeddi) manat olan 01 ədəd elektron qələm yonanı, qiyməti 1.590 (bir min beş yüz doxsan) manat olan 01 ədəd “Ronson” markalı pero uclu hədiyyəlik qələmi, qiyməti 450 (dörd yüz əlli) manat olan 01 ədəd “Tarker” markalı pero uclu qələmi və hər birinin qiyməti 1.000 (bir min) manat olan 02 ədəd masaüstü dəstinin tərkib hissəsini təşkil edən saatları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4.192 (dörd min yüz doxsan iki) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2020-ci il tarixdə saat 16:40 radələrində Bakı şəhəri Səbail rayonu Bülbül prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Kontakt Home” mağazasına müştəri qismində daxil olub satış vitrinin üzərinə qoyulmuş, mağazaya məxsus qiyməti 2799.99 (iki min yeddi yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat olan 01 (bir) ədəd “Acer Nitra 7” markalı “NHQ5FER00D9450FF633400” seriya kodlu notebooku gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Kontakt Home” mağazasına həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, bildirmişdir ki, işsiz olduğuna görə ailəsini dolandırmaqda çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, 24 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanda yerləşən “Kontakt Home” mağazasının qarşısından keçərkən, həmin mağazaya daxil olmuş, oradan oğurluq etmək fikrinə gəlmişdir. “Kontakt Home” mağazasında işçilər və müştərilər olmuşdur. O, əvvəlcə vitrinə baxmış, açıq vitrində satıb pul əldə edə biləcəyi məhsul görmüş və işçilərin diqqətinin yayındığını görüb üzərində “Asus” markası olan notebooku və notebookun yanında olan “X12 Note 9” və “Samsung Galaxy A11” markalı mobil telefonların qutularını götürüb qara rəngli gödəkçəsinin içinə gizlətmişdir. O, qutuları götürərkən görmüşdür ki, qutuların içərisində mobil telefon yoxdur, yəni qutular boşdur. O, notebooku götürən zaman onu heç kim görməmişdir. Daha sonra sakitcə mağazadan çölə çıxmış və həmin yerdən uzaqlaşmışdır. O, notebooku oğurladıqdan sonra metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən Lombarda getmiş, Lombarda getməkdə məqsədi həmin Lombarda 300 manat borclu olması və oğurladığı notebooku Lombarda girov qoymaq niyyəti olmuşdur. O, həmin notebooku girov qoyduqdan bir müddət sonra əlində bir az pul olduğundan, Lombarda gedib 300 manat pul verib “Asus” markalı notebooku geri götürərək özündə saxlamışdır. 21 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları onu Nəsimi rayonu ərazisindən 20-ci Polis bölməsinə dəvət etmişlər və o, Polis bölməsində törətdiyi cinayət əməlini etiraf edərək notebooku polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa, o, 08 oktyabr 2020-ci il tarixdə günorta radələrində Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Kontakt Home” mağazasının qarşısından keçərkən mağazada adamların çox olduğunu görmüş və mağazaya daxil olub oğurluq etmək qərarına gəlmişdir. Sonra o, mağazaya daxil olmuş, orada olan iki ədəd “Apple TV box” götürüb əlindəki çantasının içərisinə qoyaraq oradan çıxmışdır. O, həmin malı satmaq qərarına gəlmiş, lakin üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün tanışı Şahid1 metronun “Neftçilər” stansiyasının yaxınlığına çağırmışdır ki, oğurladığı malı Zaurun şəxsiyyət vəsiqəsi ilə satıb pul əldə etsin. Bundan sonra o, taksiyə əyləşib metronun “Neftçilər” stansiyasına tərəf getmiş, Zaurla görüşmüş və Zaura özünə məxsus əşyanı satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, ona görə də, Zaurun şəxsiyyət vəsiqəsi ilə satmaq lazım olduğunu demişdir. Zaur ona problem olmadığını bildirmiş, lakin Zaura oğurluq etməsi ilə bağlı heç bir şey bildirməmişdir. Onlar birlikdə metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən parkın yanında olan mağazaların birinə daxil olub orada olan satıcıya yaxınlaşmışlar. O, satıcıya bildirmişdir ki, onda təzə 02 ədəd “Apple TV box” aparatı vardır və onları satmaq istəyir. Satıcı ondan aparatları neçəyə satmaq istədiyini soruşduqda, o, aparatların ikisinə 400 manat pul istədiyini demişdir. Satıcı mağazanın müdiri ilə danışdıqdan sonra iki ədəd “Apple TV box” üçün 400 manat pul verə biləcəyini demiş, bundan sonra Zaur şəxsiyyət vəsiqəsini çıxarıb satıcıya vermiş, satıcı Zaurun şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıb özündə saxlamışdır. O. həmin iki ədəd “Apple TV box” aparatını satıcıya verdikdən sonra 400 manat pulu almış və Zaurla birlikdə oradan uzaqlaşaraq getmişdir. O, əldə etdiyi pulu özünün və ailəsinin ehtiyaclarına xərcləmişdir. Bundan başqa, onun himayəsində olan 03 azyaşlı qız uşağı dəfələrlə qələm və digər aksesuarlar istəmiş, ölkədə olan “koronovirus” pandemiyası ilə bağlı işsiz olduğu üçün özünə iş axtarmışdır. Ona görə də, eyni tarixdə, yəni 08 oktyabr 2020-ci il tarixdə saat təxminən 16:00 radələrində metronun “28 May” stansiyasının yaxınlığında, ətraf ərazilərdə gəzişdikdən sonra piyada “Beş mərtəbə” deyilən əraziyə doğru hərəkət etmişdir. Həmin gün saat təxminən 17 radələrində o, Yasamal rayonu Ş.Qurbanov küçəsi 2/15 saylı ünvanda yerləşən “Pero” adlı dəftərxana mağazasının qarşında dayanmış, sonra içəri daxil olmuş və içəridə olan zaman üç yaşlı “Dəniz” adlı qızının ondan istəkləri yadına düşmüşdür. O, bir müddət içəridə gəzdikdən sonra qızının istədiyi əşyalara baxmış, cibində sadəcə 02 manat pulu olmuşdur. O, mağazanın içərisində olan zaman satıcının başının qarışıq olmasını fürsət bilərək, ilk dəfə qızı üçün içəridən 02 ədəd qara rəngli avtomaşın götürüb yan tərəfində asılı olan qara rəngli çantanın içərisinə qoymuşdur. Bundan sonra 03 ədəd qələmi və 01 ədəd kağız kəsən əşyanı götürüb qara rəngli yan çantasına qoymuş, ən son olaraq görünüşü xoşuna gəldiyi üçün 02 ədəd saatı götürərək çantasının içinə qoymuşdur. Sonra isə o, mağazanı tərk edərək yaşadığı Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 7 mənzil 11 ünvana getmiş, oğurladığı əşyaların hamısını qızına vermişdir. Bundan başqa, o, yenə oğurluq etmək qərarına gəlmiş və 10 oktyabr 2020-ci il tarixdə 16:30 radələrində Bakı şəhəri Səbail rayonu metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazasından oğurluq etmək üçün mağazanın qarşısına getmişdir. Lakin həmin vaxt şəxsiyyət vəsiqəsi olmadığından, tanışı Zaura zəng edib bildirmişdir ki, notebook alacaqdır, amma satmaq lazımdır, ona görə, Zaura onunla getməsini bildirmişdir. Zaur onunla razılaşmış və onlar birlikdə Səbail rayonu metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazasına getmişlər. O, Zaura çöldə gözləməyi, tez notebooku alıb çıxacağını demiş, sonra özü “Kontakt Home” mağazasına daxil olmuş, orada vitrində olan üzərinə “ACER Nitro” yazısı yazılmış notebooku götürmüş, əynində olan gödəkçəsinin iç tərəfinə qoymuşdur. Sonra o, cəld mağazadan çıxmış və dayanacağa gedib avtobusa oturaraq Zaurla birlikdə yenidən metronun “Neftçilər” stansiyasında yerləşən parkın yanında olan iki ədəd “Apple TV box” aparatını satdığı mağazaya getmişdir. O, mağazaya daxil olaraq bu dəfə “ACER Nitro” markalı notebooku olduğunu və satmaq istədiyini bildirmişdir. Satıcı ondan notebooku neçəyə satmaq istədiyini soruşduqda, o, həmin notebooku 1.110 manata satmaq istədiyini bildirmişdir. Daha sonra satıcı ona 1.070 manat pul verə biləcəklərini demişdir. O, mağaza ilə razılaşmış, mağazaya bir ədəd “ACER Nitro” markalı notebooku verib əvəzində 1.070 manat pul alaraq oradan uzaqlaşmışdır. O, “ACER Nitro” markalı notebooku Zaurun şəxsiyyət vəsiqəsi ilə satmış, əldə etdiyi puldan Zaura heç nə verməmiş, Zaurun ümumiyyətlə onun oğurluq etməsindən xəbəri olmamışdır. O, Səbail rayonu ərazisində yerləşən “Kontakt Home” mağazasından iki dəfə, yəni 08 oktyabr 2020-ci il tarixdə iki ədəd “Apple TV box” aparatı, 10 oktyabr 2020-ci ili tarixdə isə bir ədəd «ACER Nitro» markalı notebooku oğurlamış və həmin malları metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən mağazaya tanışı Şahid1 şəxsiyyət vəsiqəsi ilə satmış, əldə etdiyi cəmi 1.470 manat pulu özü və ailəsinin ehtiyaclarına xərcləmişdir. O, malları satdığı mağazanın adını bilməmiş, mağaza Bakı şəhəri Nizami rayonu metronun “Neftçilər” stansiyasının yaxınlığındakı parkın yanında yerləşir. O, oğurladığı iki ədəd “Apple TV box” aparatını və bir ədəd “ACER Nitro” markalı notebooku satarkən onların oğurluq olduğunu bildirməmiş, mağazada həmin malların özünə məxsus olduğunu demişdir. O, 20 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılmış, Polis Bölməsində olduğu zaman etdiyi əməlləri səmimi etiraf edərək öz razılığı ilə yaşadığı ünvana getmiş və oğurladığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir. O, ünvan 3 ünvanda yerləşən “Pero” mağazasından əşyaları qızı Dənizin şəxsi istifadəsi üçün oğurlamış və oğurladıqdan sonra onları qızma vermişdir. Bütün oğurluqları o, tək törətmiş, baş vermiş cinayət zamanı ona heç kim köməklik etməmişdir. O, yuxarıda göstərdiyi cinayət əməllərindən başqa heç bir cinayət hadisəsi törətməmiş, oğurluq etməsi barədə heç kimə heç bir məlumat verməmişdir. O, uzun illər əvvəl narkotik vasitələr qəbul etməyə başlamış, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, onları yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunun, ailəli olmasının, barışığa cəhd göstərməsinin, zərərçəkmiş şəxs X2 ona qarşı şikayət və tələbi olmadığını, onunla barışdığını, hazırki cinayət əməlini ehtiyacdan törətdiyinin, himayəsində bir azyaşlı övladının olmasının, cinayət açılmasında fəal kömək edilməsinin və etiraf etməsinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahid ifadələri və cinayət işi üzrə digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 03 ilə yaxındır, “Kontakt Home” mağazalar şəbəkəsində müxtəlif vəzifələrdə işləmiş, lakin “Kontak Home” mağazasının Sahil filialında 2019-cu ilin oktyabr ayından mağaza müdiri vəzifəsində çalışır. 20 oktyabr 2020-ci il tarixdə mağazada olarkən satıcı ona yaxınlaşaraq, mağazanın vitrinində satış üçün qoyulmuş notebooklardan bir ədədinin olmadığını bildirib kameralara baxmalı olduğunu söyləmişdir. Bundan sonra o, kameralara baxaraq, 10 oktyabr 2020-ci il tarixdə saat 16:40 radələrində 01 nəfər hündürboy, gözündə eynək, başında papaq və ağzında maska olan şəxsin mağazaya daxil olduğunu və notebookların satışı şöbəsinə keçdiyini, daha sonra saat 16:42-də həmin şəxsin vitrində olan notebooklardan 01 ədədini götürüb gödəkçəsinin iç cibinə qoyaraq mağazadan çıxıb getdiyini aşkar etmişdir. Sonra o, işçilərə bildirmişdir ki, mağazada olan malları saysınlar, satıcılar ona bildirmişlər ki, mağazada 01 ədəd “Aser Nitra 7” markalı NHQ5FER00D9450FF633400 seriyalı notebook yoxdur. Həmin notebookun mağaza qiyməti 2799.99 manat təşkil edir. Bundan sonra satıcılar bildirmişlər ki, daha iki ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 549.99 manat təşkil edən 01 ədəd “APPLE 4k TV 32 GB MQD22” markalı, SDY6D3G1YJ1WF seriyalı TV BOX aparatı, 01 ədəd “APPLE 4k TV 32 GB MQD22” markalı, SDY6D3FCDJ1 WF seriyalı TV BOX aparatı yoxdur. Sonra o, yenidən 17 sentyabr 2020-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində olan kamera görüntülərinə baxış keçirmiş, 08 oktyabr 2020-ci il tarixdə günorta saatlarında həmin şəxsin 01 ədəd “APPLE 4k TV 32 GB MQD22” markalı SDY6D3G1YJ1WF seriyalı TV BOX aparatı, 01 ədəd “APPLE 4k TV 32 GB MQD22” markalı SDY6D3FCDJ1 WF seriyalı TV BOX aparatının oğurlayaraq mağazadan çıxdığını müəyyən etmişdir. Beləliklə, oğurluq nəticəsində “Kontakt Home” mağazasına cəmi 3899.97 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “xxxx” MMC-nin “Kontank Home” mağazasının müdürü vəzifəsində işləyir, mağaza ünvan 5 ünvanda yerləşir. 24 oktyabr 2020-ci il tarixdə o, mağaza qalığını yoxlayan zaman 01 ədəd boz rəngli “Asus” X509MA-EJ324 (90NB0Q33- M06210) markalı, L5N0CX08P524219 seriya kodlu notebookun və “X12 Note9” və “Samsung Galaxy A11” markalı mobil telefon aparatlarının boş qutularının yerində olmadığını müəyyən etmişdir. Sonra o, mağazada olan daxili kamera görüntülərinə baxmış, hündürboylu, ağ rəngli gödəkçə geyinmiş şəxsin 24 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində mağazadan oğurluq etdiyini görmüş və həmin gün bu barədə polisə məlumat vermişdir. Mağazadan oğurlanmış “Asus” X509MA-EJ324 (90NB0Q33-M06210) markalı, L5N0CX08P524219 seriya kodlu notebookun sənədləri notebookun oğurlanmış qutusunda olmuş, notebookun orta bazar qiyməti 623,99 (altı yüz iyirmi üç manat doxsan doqquz) manat təşkil etmiş, “X12 Note9” mobil telefonun hər bir qutusunun qiyməti 75 manat və “X11 1” markalı mobil telefonun hər bir qutusunun qiyməti 54 manat təşkil etmişdir. Oğurluq nəticəsində “xxxx” MMC-nin “Kontakt Home” mağazasına 758,99 (yeddi yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan olunmuş X5, ünvan 6 ünvanda yerləşən “PERO” adlı dəftər-kitab mağazasını işlədir, mağazaya tez-tez insanlar gəldiyi üçün o, daimi olaraq kassa hissəsində olur. 08 oktyabr 2020-ci il tarixdə saat təxminən 17 radələrində mağazaya içəriyə bir nəfər şəxs daxil olmuş, təxminən 01 saat içəridə gəzdikdən sonra heç bir şey almadan mağazanı tərk etmişdir. Sonra o, içəridə olan əşyalara baxış keçirən zaman ayrı-ayrılıqda hər birinin dəyəri 42,50 manat olan 02 ədəd qara rəngli oyuncaq avtomobilin, dəyəri 57 manat təşkil edən 01 ədəd elektron qələm yonanın, dəyəri 1.590 manat təşkil edən 01 ədəd “Ronson” markalı pero uclu hədiyyəlik qələmin, dəyəri 450 manat təşkil edən 01 ədəd “Tarker” markalı pero uclu qələmin və dəyəri 1000 manat təşkil edən 02 ədəd stul üstü dəstə məxsus saatların oğurlandığını aşkar etmişdir. Bundan sonra o, video görüntülərə baxan zaman 01 nəfər şəxsin müştəri qismində mağazaya daxil olaraq bir saat gəzdiyini və həmin əşyaları götürüb yan tərəfində yerləşən çantaya qoyduğunu müəyyən etmişdir. “Pero” adlı mağazanın giriş və içəri hissəsində video müşahidə kameraları yerləşir. Hadisə 08 oktyabr 2020-ci il tarixində saat 17 radələrində baş vermiş və baş vermiş hadisə vaxtı ona ümumilikdə 4.192 manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X5 teleqram ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmadığını, onunla barışdığını, dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1, Təqsirləndirilən şəxs bir-iki aydır ki, tanıyır, Ayazla normal dostluq münasibətləri vardır. 08 oktyabr 2020-ci il tarixdə günorta radələrində Ayaz ona zəng edərək bildirmişdir ki, iki ədəd “Apple TV box” aparatı vardır, lakin üzərində şəxsiyyət vəsiqəsi olmadığından, həmin aparatı sata bilməyəcəyini deyib onun şəxsiyyət vəsiqəsi ilə satmaq istədiyini soruşduqda, O, Ayaza problem olmadığını demişdir. Bundan sonra Ayaz onu metronun “Neftçilər” stansiyasının yaxınlığına çağırmışdır. Ayaz taksidən düşüb onunla görüşmüş, onlar birlikdə metronun “Neftçilər” stansiyasının yaxınlığına yerləşən parkın yanında olan mağazaların birinə daxil olub orada olan satıcıya yaxınlaşmışlar. Ayaz satıcıya bildirmişdir ki, satmaq istədiyi iki ədəd “Apple TV box” aparatı vardır. Satıcı Ayazdan neçəyə satmaq istədiyini soruşduqda, Ayaz satıcıya ikisinə ümumilikdə 400 manat pul istəmiş, sonra onun şəxsiyyət vəsiqəsini götürüb satıcıya vermiş, satıcı həmin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmış və oraya qeydiyyat apardıqdan sonra Ayaz həmin iki ədəd “Apple TV box” aparatını satıcıya vermiş və qarşılığında 400 manat pul almışdır. Sonra Ayazla birlikdə mağazadan çıxıb oradan uzaqlaşaraq getmişlər. Ayaz əldə etdiyi puldan ona heç nə verməmişdir. Sonra 10 oktyabr 2020-ci il tarixdə 16:00 radələrində o, Ayazla metronun “Neftçilər” stansiyası yaxınlığında görüşmüş, birlikdə metronun “Sahil” stansiyasına tərəfə getmişlər. Ayaz yolda ona bildirmişdir ki, kreditə notebook almaq istəyir. Onlar metronun “Sahil” stansiyasından çıxıb “Kontakt Home” mağazısına tərəf getmişlər, mağazaya çatdıqda Ayaz mağazanın giriş tərəfində gözləməsini və özü mağazaya girərək notebook alıb çıxacağını söyləmişdir. O da, Ayazı mağazanın çölündə gözləmiş, bir qədər sonra Ayaz mağazadan çıxaraq getməyi demişdir. Onlar avtobus dayanacağına çatdıqda, Ayaz bildirmişdir ki, mağazadan kreditə “Acer” markalı notebook almışdır və notebooku satmaq istəyir. Onlar yenidən metronun “Neftçilər” yanında olan iki ədəd “Apple TV box” aparatını satdıqları mağazaya getmişlər, Ayaz notebooku həmin mağazaya 1070 manata onun şəxsiyyət vəsiqəsinin surəti ilə satmış və oradan ayrılaraq getmişlər. Ayaz həmin puldan ona heç bir məbləğdə pul verməmişdir. O, Təqsirləndirilən şəxs iki ədəd “Apple 4k TV” markalı aparatını və bir ədəd “Acer” markalı notebook oğurluqla əldə etməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 03 ilə yaxındır ki, o, ünvan 7 ünvanda yerləşən “Bestec” adlı mağazanı şərikli olaraq işlədir, lakin iki aya yaxındır, həmin mağazanı özü tək işlədir, işlətdiyi mağazada telefonların, kompyüterlərin alışı, satışı və təmiri ilə məşğul olurlar. 08 oktyabr 2020-ci il tarixdə günorta vaxtı mağazada olarkən bir nəfər hündürboylu, gözündə eynək, ağzında maska və başında papaq olan bir nəfər şəxs və sonuncunun yanında bir nəfər orta boylu, keçəl, arıq bədən quruluşlu şəxs mağazaya daxil olmuşlar. Hündür boy şəxs özünü Ayaz kimi təqdim etmiş və özünə məxsus iki ədəd “Apple 4k TV” markalı aparatının olduğunu və həmin aparatın ikisini ümumilikdə 400 manata satmaq istədiyini bildirmişdir. O da, həmin şəxslə razılaşmış, Ayaza 400 manat pul təqdim edərək iki ədəd “Apple 4k TV” markalı aparatını almışdır. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini istədikdə, Ayaz ona şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, lakin dostunun vəsiqəsini verə biləcəyini demiş, o, Ayazla razılaşmışdır. Daha sonra o, Ayazın ona verdiyi şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıb qeydiyyat apardıqdan sonra aparatları Ayazdan almışdır. Sonra o, həmin aparatları mağazada ikisini ümumilikdə 500 manata satmış, lakin aparatları satdığı şəxsin heç bir məlumatı onda yoxdur. Bundan sonra 10 oktyabr 2020-ci il tarixdə saat 17:00 radələrində həmin şəxslər yenidən mağazaya daxil olmuşlar. Ayaz ona bildirmişdir ki, özünə məxsus “Acer” markalı notebook vardır və həmin notebooku satmaq istəyir. O, Ayazdan həmin notebooku neçəyə satmaq istədiyini soruşduqda, Ayaz həmin notebooka görə 1100 manat pul istəmiş, o, həmin notebooku 1070 manata ala biləcəyini demiş və Ayaz onunla razılaşmışdır. Ayaz üzərində şəxsiyyət vəsiqəsinin olmadığını deyib 2 gün əvvəl vermiş olduğu şəxsiyyət vəsiqəsinə qeyd aparmasını xahiş etmişdir. O da, həmin kserosurətə notebookun qeydiyatmı apardıqdan sonra notebooku almış, 1070 manat pulu Ayaza vermişdir. Daha sonra “Acer” markalı notebooku mağazada 1250 manata satmışdır. Ayaz malları ona satarkən həmin malların özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmiş, o, həmin malların oğurluq olduğunu bilməmişdir. O, malları satdığı adamların heç bir anket məlumatını bilməmişdir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: 20 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsi 2/15 ünvanda yerləşən “Pero” mağazasından oğurlanmış X4 məxsus 02 ədəd qara rəngli oyuncaq avtomobil, 01 ədəd elektron qələm yonan alət, 01 ədəd “Ronson” markalı pero uclu hədiyyəlik qələm, 01 ədəd “Tarker” markalı pero uclu qələm və 02 ədəd masaüstü dəstinin tərkib hissəsini təşkil edən saatlar hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvandan maddi sübut qismində götürülmüş, göstərilən əşyalar 14 dekabr 2020-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınaraq qəbzlə sahibi Ayna Pənahəliyevaya geri qaytarılmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4773 saylı, 01 dekabr 2020-ci il tarixli rəyində göstərilmişdir ki, aparılmış ekspert rədqiqatı nəticəsində ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin 10 oktyabr 2020-ci il tarixdə respublika-daxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: 2 ədəd metaldan hazırlanmış qara rəngli işıqları yanan, qapıları açılan oyuncaq “Limuzin” markalı avtomaşın 60,00 manat; 1 ədəd elektron qələm yonan 10,00 manat; 1 ədəd “Ronson” markalı pero uclu hədiyəlik qələm 1590,00 manat; 1 ədəd “Tarker” markalı diyircəkli uclu qələm 450,00 manat; 2 ədəd stolüstü dəstə məxsus saat 70,00 manat. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2020ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Səbail Rayon Məhkəməsinin 24 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 22 oktyabr 2020ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 dekabr 2016-cı il tarixli X6 adlı övladı var. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi, yəni 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsi tərəfindən 11 aprel 2001-ci il və 16 avqust 2002-ci il tarixlardə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ilk olaraq 02 (iki) il müddətinə, sonra isə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07 dekabr 2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsi tərəfindən 14 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15 sentyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs növbəti dəfə 11 iyun 2014cü il tarixdə Qazax rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən, cəzası 03 (üç) il 06 (altı) ay müddətə endirilmiş və 29 dekabr 2016-cı il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qərarı ilə cəzadan 08 (səkkiz) ay 15 (on beş) gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işinə münasibətdə əvvəlki məhkumluqları ödənilmiş şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaratmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslərdən ikisinin onunla barışmamasını, ona qarşı şikayətlərinin olmalarını, əvvəllər oxşar cinayətin törədilməsinə görə məhkum olunmasını, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi cinayətinin törədiləsində ittiham olunmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs hazırki əməlindən səmimi peşiman olmasını, ailəli olmasını, zərərçəkmiş şəxs X2 ona qarşı şikayət və tələbi olmadığını, onunla barışdığını, hazırki cinayət əməlini ehtiyacdan törətdiyinin, himayəsində bir azyaşlı uşağının olmasını, cinayət açılmasında fəal kömək edilməsini və əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 22 oktyabr 2020-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı və 346.1.19cu maddələrinə əsasən iş üzrə maddi sübutlar olan 02 ədəd qara rəngli oyuncaq avtomobil, 01 ədəd elektron qələm yonan alət, 01 ədəd Ronson markalı pero uclu hədiyyəlik qələmin, 01 ədəd Tarker markalı pero uclu qələmin və 02 ədəd masaüstü dəstinin tərkib hissəsini təşkil edən saatların zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 22 oktyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan 02 ədəd qara rəngli oyuncaq avtomobilin, 01 ədəd elektron qələm yonan alətin, 01 ədəd Ronson markalı pero uclu hədiyyəlik qələmin, 01 ədəd Tarker markalı pero uclu qələmin və 02 ədəd masaüstü dəstinin tərkib hissəsini təşkil edən saatların zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 75 (yetmiş beş) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi Oqtay qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən pul tutulub, Bakı şəhəri 12 saylı vəkil bürosunun “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar