Məhkəmə qərarları › İş №1(009)-79/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-79/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-79/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Mollaoba kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 may 2022-ci il tarixdə saat 12:30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs taksi xidməti göstərən Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes-Benz E 200” markalı, ** FH *** dölət qeydiyyat nömrəli avtomobil ilə sifariş etdiyi ünvan 2 ünvanda yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının qarşısına gəldikdən sonra 22 yanvar 2022-ci il tarixdə saat 10:30 radələrində sonuncunun istifadəsində olan “Samsung Galaxy A51” markalı mobil telefonu zəng etmək adı ilə Zərərçəkmiş şəxs alaraq oradan qaçıb uzaqlaşarkən, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arxasınca ucadan səsləyib çağırsada o, çağırışlara məhəl qoymayaraq Zərərçəkmiş şəxs məxsus üzərində 30 (otuz) manat dəyərində ***-***-**-** saylı GSM nömrə və üzərində 3 (üç) manat dəyərində şəffaf rəngli qoruyucu üzlüyü olan 300 (üç yüz) manat dəyərində bir ədəd «Samsung» markalı «SM-A515F/DSN (A51) modelli mobil telefon aparatını açıq talayıb oradan qaçıb uzaqlaşmaqla, özgənin əmlakını açıq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 333 (üç yüz otuz üç) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «20 Yanvar» stansiyasının yaxınlığında olmuş və taksi ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən «Oksford» məktəbinin yanına getmək istəmişdir. Buna görə də o, saat 10:10 radələrində metronun «20 Yanvar» stansiyasının yaxınlığında dayanmış «Mercedes Benz E-200» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, həmin avtomobilin sürücüsünə onu Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən «Oksford» məktəbinin yanına aparmağı xahiş etmişdir. O, həmçinin gediş haqqını qeyd olunan ünvana çatdıqda ödəyəcəyini bildirmişdir. Taksi sürücüsü Mühəddin onu qeyd etdiyi ünvana çatdırmışdır. O, avtomobildən düşüb taksinin pulunu götürmək üçün bir nəfər şəxsə zəng etmiş, lakin həmin şəxs ona pul verməmişdir. O, yenidən həmin avtomobilə yaxınlaşıb Mühəddindən zəng etmək üçün mobil telefonunu istəmişdir. Mühəddin özünə məxsus «Samsung Galaxy» markalı, «A51» modelli mobil telefonu ona vermişdir. Ona pul lazım olduğu üçün o, həmin mobil telefonu götürüb dərhal oradan yaxınlıqda yerləşən yeni tikili binalar istiqamətdə qaçmışdır. Taksi sürücüsü Mühəddin avtomobildən düşüb onun arxası ilə qaçmış və onu səsləmişdir. Lakin o, dayanmayaraq oradan qaçıb uzaqlaşmışdır. O, binaların arasında başqa bir markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib oranı tərk etmiş və həmin taksi ilə avtovağzala getmişdir. O, mobil telefonu tanışı Şahid 145 manata satmışdır. Şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə və kağızın üzərində telefonun özünə məxsus olduğunu yazmaqla ad soyadını yazıb imzalamaqla satmışdır. Elşən adlı şəxsə borcu olduğu üçün əldə etdiyi pulu Elşənə ödəmişdir. Sonra isə polis əməkdaşları onu tutub Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. O da, törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, eləcə də zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E-200» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 22 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində o «20 Yanvar» metrostansiyasının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs ona əl işarəsi etmiş və o, avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs avtomobilin ön oturacağına əyləşib ona bildirmişdir ki, onu Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısına aparsın. O da, Təqsirləndirilən şəxs qeyd olunan ünvana aparmaq barədə razılaşsa da, aralarında gediş haqqı barədə heç bir danışıq olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan ünvana çatdıqda pul alıb ona verəcəyini bildirmişdir. O, idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs qeyd olunan ünvana, yəni DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısına aparmışdır. Oraya çatdıqda Təqsirləndirilən şəxs avtomobildən düşüb qeyd olunan İdarənin həyətinə daxil olmuş və ondan gözləməyi xahiş etmişdir. O, da avtomobildə əyləşib Təqsirləndirilən şəxs gəlməsini gözləmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs oradan çıxıb ona yaxınlaşaraq kiməsə zəng etmək məqsədilə ondan mobil telefonunu istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırda xatırlamadığı mobil nömrəni ona söyləmişdir. O da özünə məxsus «Samsung Galaxy» markalı, «A51» modelli mobil telefonda Təqsirləndirilən şəxs ona dediyi nömrəni yığmaqla mobil telefonu Təqsirləndirilən şəxs vermişdir. O, telefonu Cavidə verən zaman o, avtomobildə sükan arxasında əyləşmişdir, Cavid isə avtomobilin ön sol qapısının yanında ayaqüstə dayanmışdır. O, mobil telefonunu Cavidə verən kimi Cavid dərhal oradan qaçmışdır. O da dərhal avtomobilin qapısını açıb avtomobildən düşərək Cavidin arxası ilə təxminən 5-6 metr qaçmış, aralarında təxminən 15 metr məsafə var idi, o, uca səslə Cavidə telefonunu qaytarmağı bir neçə dəfə təkrar etmişdir. Lakin Cavid dayanmayaraq oradan uzaqlaşmışdır. O isə Cavidə çata bilməyəcəyini görüb avtomobilə geri qayıtmış və bu barədə polisə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Şəki şəhərində mobil telefonların alqı-satqısı ilə məşğul olur. O, Bakı şəhərində mobil telefonları alıb Şəki şəhərinə aparıb satır. 22 yanvar 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs hazırda xatırlamadığı mobil nömrədən ona zəng edərək özünə məxsus mobil telefonu satmaq istədiyini bildirmişdir. Bu məqsədlə həmin gün saat 11:30 radələrində o, Beynəlxalq avtovağzalda Cavid ilə görüşmüşdür. Həmin vaxt Cavid «Samsung Galaxy» markalı, «A51» modelli mobil telefonu göstərib, özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. O, neçə manata satmasını Caviddən soruşmuş, Cavid isə həmin mobil telefonu 145 manata satdığını ona demişdir. O, almaq istədiyini Cavidə demiş və şəxsiyyət vəsiqəsini soruşmuşdur. Cavid şəxsiyyət vəsiqəsini təqdim etmiş və vəsiqənin surətini çıxartdıqdan sonra kağızın üzərində qeydlər aparmışlar. Cavid də telefonun özünə məxsus olmasını öz imzası ilə imzalamışdır. Həmin gün ona məlum olmuşdur ki, Cavid ona satdığı mobil telefonu həmin gün səhər saatlarında soyğunçuluq yolu ilə əldə etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan mobil telefonu ona satarkən o, Təqsirləndirilən şəxs həmin mobil telefonu soyğunçuluq yolu ilə əldə etməsini bilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2022-ci il tarixli, 9/596 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-A515F/DSN(A51)” modelli mobil telefon aparatının satışı üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğu nəzərə alınaraq orta bazar qiyməti təxminən 300 manat, 1 ədəd istifadə olunmuş şəffaf rəngli qoruyucu üzlük 3 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 22 yanvar 2022-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 22 yanvar 2022-ci il tarixli götürmə haqqında protokola əsasən Şahid Təqsirləndirilən şəxs 145 manata aldığı “Samsung A51” markalı mobil telefonu könüllü təqdim etmişdir. Mobil telefonun üzərində mobil nömrə olmamış, şəffaf üzlük olmuşdur. 22 yanvar 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə saat 23:35-də şübhəli şəxs qismində tutulmuşdur. 24 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 24 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 24 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 16 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs götürərək ələ keçirdiyi “Samsung” markalı, “SM-A515F/DSN(A51)” modelli mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır. 17 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan qəbzə əsasən Zərərçəkmiş şəxs ona məxsus “Samsung” markalı, “SM-A515F/DSN(A51)” modelli mobil telefon aparatı təhvil almışdır. İş materiallarında olan 04.05.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 29 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, 20 avqust 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək, 02 (iki) gün gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 22 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs götürüb ələ keçirdiyi “Samsung” markalı, “SM-A515F/DSN(A51)” modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 22 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs götürüb ələ keçirdiyi “Samsung” markalı, “SM-A515F/DSN(A51)” modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar