Məhkəmə qərarları › İş №1(009)-79/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-79/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-79/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" MMCdə sürücü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə saat 08.55 radələrində idarə etdiyi “Honda Cıvıc” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan şosesindən Azneft meydanı istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobillə hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq, yəni 70 km/saat sürətlə hərəkət etmiş və hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozaraq Bakı şəhəri Səbail rayonu Aqil Quliyev küçəsi 4 saylı binanın qarşısında yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tərəfi ilə vuraraq ölümlə səbəbli əlaqəsi olan baş beynin və qişalarının əzilib dağılması, evakuasiyası (kəllə boşluğundan xaricə çıxması) baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, kəllə əsası və kəllə qapağı sümüklərinin soxsaylı qəlpəli sınıqları, sol almacıq və ənd sümüklərinin sınıqları. Başın sol təpə- ənsə nahiyəsinin iri ölçülü əzilmi-cırılmış yarası, başın yumşaq toxumalar altına və hər iki gicgah əzələsinə qansızmalar, sol göz qapaqlarının qançırları, sağ gicgah-alın və qaş nahiyəsinin, burunun, çənə nahiyəsinin, üst dodağın, alın nahiyəsinin, sol göz qaapaqlarının, sol gicgah nahiyəsinin, sağ gözaltı-almacıq nahiyəsinin, sağ qulağın sıyrıqları; - hər iki acciyərin və qaraciyərin cırılmış yaraları, diafraqmanın cırılması, dalağın, hər iki böyrəyin və böyrəkətrafı yumşaq toxumaların qansızmaları, soldan İİ-V, sağdan İİİ-İV qabırğaların sınıqları qabırğaarası əzələlərə qansızmalar; sol bud sümüyünün qapalı sınığı və sol bud nahiyəsinin iri ölçülü qançırı; sol bazu oynağı nahiyəsinin, sağ əlin İ barmağının sağ dirsək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları, sol dirsək oynağı və said nahiyəsinin iri ölçülü sıyrığı; sağ bud və diz oynağı nahiyəsinin iri ölçülü qançırı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə etiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, idarə etdiyi Honda Cıvıc markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə 28 avqust 2023-cü il tarixdə saat 08:30 radələrində evdən çıxmış və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi Günaydm restoranı qarşısından keçən 4 xətli birtərəfli yolun soldan ikinci palasası ilə hərəkətdə olan zaman gözlənilmədən yolun kanarında dayanmış avtobusun qabağ hissəsmndən iti qaçışla yola bir nəfər orta yaşlarında kişinin daxil olduğunu görmüşdü. Dərhal avtomobili sola qaçırıb soldan birinci palasaya keçmiş, lakin buna baxmayaraq birinci palasanın üstündə avtomaşının qabaq sağ tini ilə həmin şəxsi vurmuşdu. Həmin şəxs zərbədən yerə yıxılmış, o isə biraz qabağa sürüb avtomaşını saxlamışdı. O, dərhal ilkin olaraq təcili tibbi yardıma zəng vurmuş, hadisə yerinə 5 dəqiqədən sonra polis əməkdaşları qəlmiş və təxminən 15 dəqiqədən sonra təcili yardım maşını gəlmişdi. Həkim ona və polis əməkdaşlarına bildirmişdi ki, avtomorbillə vurduğu həmin şəxs hadisə yerində ölmüşdür. Hadisə baş verən yerdə yeraltı piyada keçidi olsa da həmin kişi piyada keçidindən istifadə etməmişdir. Hadisə zamanı o, avtomobili saatda 70 km sürətlə idarə etmişdir. Hadisə bir anda baş verdiyinə görə və piyada iti qaçışla qaçdığına görə piyadanı 2-3 metr məsafədədən görmüş, lakin piyadanı gördüyü andan əyləcə basıb avtomobili yolun sol istiqamətinə aparmış, buna baxmayaraq hadisənin qarşısını almaq mümkün olmamışdı. Həmin idarə etdiyi avtomobil başqa şəxsin adına olsa da, atası Fəxrəddin qeyd edilən avtomobili həmin şəxsdən alqı-satqı yolu ilə onun üçün almışdır, avtomobil ona məxsusdur və yaxın adam olduğuna görə atasına həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Onun isə sürücülük vəsiqəsi olsa da, həmin hadisə baş verən zaman avtomobili idarə etmək üçün etibarnaməsi olmayıb, o, həmin hadisə zamanı avtomobili etibarnaməsiz idarə etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşiman olunduğunu, himayəsində üç azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, sonuncunun şikayət və tələbinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinn ifadəsi, “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqmda” 28 avqust 2023-cü il tarixli və diskə baxış protokolları, məhkəmə-tibbi ekspertizanın 28 avqust 2023-cü il tarixli 53 saylı və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 8/3057 saylı ekspert rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Nəqliyyat vasitələrinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 28 avqust 2023-cü il tarixli 2/30141 saylı aktı, əldə olunmuş maddi sübut və iş üzrə toplanılmış digər materiallarla tam təsdiq olunaraq sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş mərhum Zərərçəkmiş şəxs hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma oğludur. Mərhum oğlu Zərərçəkmiş şəxs heç bir yerdə işləmirdi. 28 avqust 2023-cü il tarixdə günorta saatlarında qohumları tərəfindən ona zəng edilib məlumat verildikdən sonra ona məlum olmuşdur ki, mərhum oğlu Zərərçəkmiş şəxs 28 avqust 2023-cü il tarixdə təxminən saat 08:45-də Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Aqil Quliyev küçəsi 4 saylı binanın qarşısından keçən mərkəzi yolda piyada qismində “Honda Civic” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu vurması nəticəsində hadisə yerində dünyasını dəyişmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ərizə ilə məhkəməyə və istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyanın tam ödənilməsini və onunla barışdığını göstərmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsində bildirmişdir ki, Honda Cıvıc markalı, ** HT *** dövlət qeydiyat nişanlı, xetcbek tipli, 2016-cı il buraxılışlı, ******* mühərrik, SHHFK7H51HU404319 ban nömrəli, göy metalik rəngli avtomobil hal-azırda BB seriyalı 367472 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən onun mülkiyyətimdədir, lakin o, həmin avtomobili 06 avqust 2023-cü il tarixdə X1 “etibarnamə” ilə 28.000 (iyirmi səkkiz min) manata satmışdır. Qeyd etdiyi həmin Honda Cıvıc markalı, ** HT *** dövlət qeydiyat nişanlı avtomobilin hal-hazırda sahibi X2r və avtomobilin ona heç bir aidiyəti yoxdur. İstintaqda araşdırma aparılan yol-nəqliyyat hadisəsi zamanı zərər görən Honda Cıvıc markalı, ** HT *** dövlət qeydiyat nişanlı avtomobilin faktiki sahibi o, olmadığı üçün zərərçəkmiş şəxs kimi tanımamasını xahiş etmişdir. 28 avqust 2023-cii il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona hər hansı bir məbləğdə maddi ziyan dəyməmişdir. Həmçinin ibtidai istintaq zamanı Şahid istintaq orqanına ərizə ilə müraciət edərək bildirmişdir ki, Honda Cıvıc markalı, ** HT *** dövlət qeydiyat nişanlı, xetcbek tipli, 2016-cı il buraxılışlı, ******* mühərrik, SHHFK7H51HU404319 ban nömrəli, göy metalik rəngli avtomobil hal-azırda onun mülkiyyətində olsa da o, həmin avtomobili 06 avqust 2023-cü il tarixdə X1 “etibarnamə” ilə 28.000 (iyirmi səkkiz min) manata satmışdır. Qeyd etdiyi həmin Honda Cıvıc markalı, ** HT *** dövlət qeydiyat nişanlı avtomobilin hal-hazırda sahibi X2r. İstintaqda araşdırma aparılan yol-nəqliyyat hadisəsi zamanı zərər görən Honda Cıvıc markalı, ** HT *** dövlət qeydiyat nişanlı avtomobilin faktiki sahibi o, olmadığı üçün zərərçəkmiş şəxs kimi tanınmamasını xahiş etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 28 avqust 2023-cü il tarixli 53 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində baş beynin və qişalarının əzilib dağılması, evakuasiyası (kəllə boşluğundan xaricə çıxması) baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, kəllə əsası və kəllə qapağı sümüklərinin soxsaylı qəlpəli sınıqları, sol almacıq və ənd sümüklərinin sınıqları, başın sol təpə-ənsə nahiyəsinin iri ölçülü əzilmicırılmış yarası, başın yumşaq toxumalar altına və hər iki gicgah əzələsinə qansızmalar, sol göz qapaqlarının qançırları, sağ gicgah-alın və qaş nahiyəsinin, burunun, çənə nahiyəsinin, üst dodağın, alın nahiyəsinin, sol göz qaapaqlarının, sol gicgah nahiyəsinin, sağ gözaltı-almacıq nahiyəsinin, sağ qulağın sıyrıqları; - hər iki acciyərin və qaraciyərin cırılmış yaraları, diafraqmanın cırılması, dalağın, hər iki böyrəyin və böyrəkətrafı yumşaq toxumaların qansızmaları, soldan İİ-V, sağdan İİİ-İV qabırğaların sınıqları qabırğaarası əzələlərə qansızmalar; sol bud sümüyünün qapalı sınığı və sol bud nahiyəsinin iri ölçülü qançırı; sol bazu oynağı nahiyəsinin, sağ əlin İ barmağının sağ dirsək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları, sol dirsək oynağı və said nahiyəsinin iri ölçülü sıyrığı; sağ bud və diz oynağı nahiyəsinin iri ölçülü qançırı xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ACİR zərər vurmanın əlamətlərinə malikdirlər və həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin və onun qişalarının əzilib dağılması, evakuasiyası (kəllə boşluğundan xaricə çıxması), kəllə əsası və kəllə qapağı sümüklərinin çoxsaylı qəlpəli və yerdəyişən sınıqları, kimi həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, M.Q. Rüstəmovun ölümü onun meyitinin meyitxanada müayinəsindən başlanandan (xx.xx.2023-cü il tarixdə saat 14.30-dan) 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qurupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, iş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 8/3057 nömrəli rəyindən görünür ki, Honda Cıvıc markalı, ** HT *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqmda” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cii maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan 28 avqust 2023-cü il tarixdə tərtib edilmiş “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi 2/30141 saylı X15 markalı, ** HT *** dövlət nömrə nişanlı avtomaşını idarə edən Təqsirləndirilən şəxs “Ayıq” olduğu qeyd edilmişdir. Məhkəmə iclasında video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 28 avqust 2023-cü il tarixdə saat 08:55 radələrində Bakı şəhəri Səbail rayonu Salyan şosesindən Azneft meydanı istiqaəmtində hərəkətdə olan göy metalik rəngli Honda markalı avtomobil Aqil Quliyev küçəsi 4 saylı binanın qarşısından keçən mərkəzi yolda yolun hərəkət hissəində ikinci xətdən birinci xəttə keçərək yolun hərəkət hissəsi ilə piyada hərəkət edən kişi cinsli şəxsi avtomobilin qabaq sağ hissəsi ilə vurur, nəticədə həmin şəxs asfaltın üstünə yıxılır. Daha sonra hadisə yerinə çox saylı insanların yığılması müşahidə olunur. Təqsirləndirilən şəxs adına olan AC seriyalı 535892 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2027-ci il tarixə kimidir. BB seriyalı 367472 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, Honda Cıvıc markalı, ** HT *** dövlət qeydiyat nişanlı, xetcbek tipli, 2016-cı il buraxılışlı, ******* mühərrik, SHHFK7H51HU404319 ban nömrəli, göy metalik rəngli avtomobil ünvan 2 ünvanda yaşayan Şahid mülkiyyətindədlir. İş materiallarında olan Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, X9 himayəsində 28 noyabr 2009-cu il təvəllüdlü X5, 10 avqust 2014-cü il təvəllüdlü X10 və 07 iyul 2014-cü il təvəllüdlü X6 adlı uşaqları var. İş materiallarında olan reyestrdə 7E-11461 nömrəsi ilə qeydə alınmış “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair Etibarnamə”-nin surətindən görünür ki, həmin etibarnamə ünvan 3 ünvanda yaşayan Şahid tərəfindən “X17 minik” markalı ** HT *** dövlət qeydiyyat nişanlı, xetcbek tipli, 2016-cı il buraxılışlı, ******* mühərrik, SHHFK7H51HU404319 ban nömrəli, göy metalik rəngli avtomobilin X1 etibar edilməsinə dair 06 avqust 2023-cü il tarixdə tərtib edilmişdir, 10 ay 26 gün müddətinə verilib, xx.xx.2024-cü il tarixədək qüvvədədir. Yəni hadisə baş verən tarixdə, 28 avqust 2023-cü il tarixdə etibarnamə qüvvədə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, əməlindən səmimi peşaman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyanın tam ödənilməsini və barışmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X7 ilə barışıq əldə etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq ilk dəfə məhkumluğunun olmuş və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 04 (dörd) il 05 (beş) aydan artıq cəza təyin oluna bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ekspertiza rəyini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əml akın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manatın Təqsirləndirilən şəxs tutulmasını, iş üzrə maddi sübut bir ədəd “DVD” formatlı CD diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən Bakı şəhəri 03 saylı Vəkillər Bürosunun vəkili tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd “DVD” formatlı CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 162 (yüz altmış iki) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Kapital Bank” 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar