Məhkəmə qərarları › İş №1(009)-79/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-79/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-79/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM Bakı şəhəri Səbail Rayon Məhkəməsi Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.2 və 178.2.4-cü maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya həyat yoldaşı Şahid yenidən 2-ci qrup əlillik dərəcəsinə görə sosial pensiyanın ödənilməsini bərpa etdirəcəyinə dair yalandan vəd verib inandıraraq, ilk dəfə 2024-cü ilin oktyabr ayının əvvəllərində 5500 manat, bundan üç gün sonra isə 500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 2 ünvanda 33 saylı şəhər poliklinikasının həyətində alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonucunun bacısı X4ma xəstəliklə bağlı sosial pensiya düzəltdirəcəyinə dair yalandan vəd verib inandıraraq ilk dəfə 2024-cü ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs məxsus 2500 manat, bundan iki gün sonra 2500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 3 ünvanında yerləşən “Bravo” marektinin yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya habelə sonuncunun bacısı X2 Abşeron rayonu, Xırdalan şəhərində və Masazır qəsəbəsində yerləşən ƏƏSMN sifarişi əsasında tikilimiş hazır təmirli “MİDA” binalarında iki ədəd mənzil alınmasına köməklik edəcəyini yalandan vəd verib inandıraraq ilk dəfə 2022-ci ilin noyabr ayının əvvəllində Zərərçəkmiş şəxs məxsus 6000 manat, bundan 10 gün sonra 4000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 3 ünvanında yerləşən “Bravo” marektinin yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından suiistifadə edib, sonucuya həmin ev ünvanlarının Abşeron rayonu, Xırdalan şəhəri və Masazır qəsəbəsindən Bakı şəhəri Yasamal rayonunda yerləşən “MİDA” binalarına dəyişdirilməsini təmin edəcəyinə dair yalandan vəd verib aldadaraq 2022-ci ilin noyabr ayının ortalarında ilk dəfə Zərərçəkmiş şəxs məxsus 4000 manat, habelə bundan bir neçə gün sonra isə 2000 manat manat pulu, habelə 2023-cü ilin fevral ayında həmin evlərin “Asan Xidmət”də sənədləşdirilməsi ilə bağlı pul lazım olduğunu bildirib əlavə olaraq 400 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 3 ünvanında yerləşən “Bravo” marektinin yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 6400 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ümumilikdə 10040 manat pul almışdır. Qeyd etdiyi məbləği Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid yenidən 2-ci qrup əlillik dərəcəsinə görə sosial pensiyanın ödənilməsini bərpa etdirəcəyinə daha sonra Zərərçəkmiş şəxs bacısı X2 xəstəliklə bağlı sosial pensiya düzəltdirəcəyinə daha sonra Zərərçəkmiş şəxs bacısı X2 Abşeron rayonu, Xırdalan şəhərində və Masazır qəsəbəsində yerləşən ƏƏSMN sifarişi əsasında tikilimiş hazır təmirli “MİDA” binalarında iki ədəd mənzil alınmasına köməklik edəcəyini daha sonra Zərərçəkmiş şəxs həmin ev ünvanlarının Abşeron rayonu, Xırdalan şəhəri və Masazır qəsəbəsindən Bakı şəhəri Yasamal rayonunda yerləşən “MİDA” binalarına dəyişdirilməsini təmin edəcəyinə dair vədlər verməklə almışdır. Həmçinin bildirmişdir ki, həmin puldan 2040 manatını Zərərçəkmiş şəxs qaytarmış və 8000 manat borcu qalmışdır. Həmin qalan məbləği bir neçə məhkəmə proseslərində zərərçəkmiş şəxsə qaytarmaq istəməsi ilə bağlı təkliflər etmiş lakin zərərçəkmiş şəxs həmin məbləği götürməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvvəllər işlədiyi Səbail rayonu Bayıl qəsəbəsində yerləşən doğum evinə öz gəlinlərini müayinəyə gətirən vətəndaş Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır. Tanışlıqlarından bir müddət ötdükdən sonra aralarında daha yaxın səmimi münasibət yaranmış və Rəna ondan ailəsi haqqında maraqlanmağa başlamışdır. O, həyat yoldaşı Şahid müharibə veteranı olduğunu, müharibədə yaralandığına görə təxminən 18 ildir ki, 2-ci qrup əlil kimi pensiya aldığını, lakin hal-hazırda pensiyasının dayandırıldığını və onun 2-ci qrup əlillikdən 3-cü qrup əlilliyə keçirildiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, həyat yoldaşı müharibə veteranı olduğuna görə uzun müddətdir ki, onlar Səbail Rayon İcra Hakimiyyətində ev növbəsindədirlər. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan TSEK-in (VETEK) işlərini tanışları ilə birlikdə görür. Müəyyən pul müqabilində vətəndaşlara pensiyaların təyin olunması, pensiyası kəsilən şəxslərin pensiyalarının yenidən bərpa edilməsi və əlillik dərəcəsi (qrupu) aşağı salınmış şəxslərin əlillik dərəcəsinin yenidən əvvəlki qrupa qaytarılması və.s bu kimi işləri nazirliyin aidiyyatı vəzifəli şəxsləri ilə bir yerdə görür. Onu inandırmaq üçün bildirmişdir ki, həmin tanışlarının köməkliyi ilə özünə sosial ev almış, atasına və özünə 2-ci qrup əlillik dərəcəsinə görə pensiya düzəltdirmişdir. Əgər istəsə onun da yoldaşının pensiyasını yenidən 2-ci qrup pensiya alan kimi əvvəlki qaydada bərpa etdirə bilər. O, Təqsirləndirilən şəxs dediklərinə inandığına görə 2022-ci ilin oktyabr ayının əvvəlində ünvan 2 ünvanda 33 saylı şəhər poliklinikasının həyətində görüşüb Rənanın idarə etdiyi maşının içində ona ilk dəfə 5500 (beş min beş yüz) manat pul vermişdir, 2-3 gün sonra əlavə 500 (beş yüz) manat pulu da ünvan 2 ünvanda 33 saylı şəhər poliklinikasının həyətində Rənaya vermişdir. 2022-ci ilin oktyabr ayının əvvəlində ilk dəfə Təqsirləndirilən şəxs pul verəndə həyat yoldaşının qeydiyyatda olduğu Səbail rayonunda yerləşən poliklinikada həyat yoldaşına məxsus olan tibbi-karta adlanan sənədi də götürüb bir yerdə ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif etmişdir ki, digər qohum- tanışlarına da pensiya düzəltmək lazımdırsa, özü həll edə bilər və o, Rənanın bu təklifinə əsasən bacısı X4ma xəstəliyinə görə pensiya düzəltmək üçün Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının axırlarında ünvan 3 ünvanında yerləşən “Bravo” marektinin yaxınlığında Rənanın idarə etdiyi avtomobilin içində bacısının sənədləri ilə bir yerdə birinci dəfə 2500 manat, təxminən 2 gün sonra əlavə olaraq 2500 manat verib 2 dəfəyə ümumilikdə ona 5000 (beş min) manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həyat yoldaşı müharibə veteranı olduğuna və ev növbəsində olduğuna görə Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş Xırdalan və Masazırda yerləşən hazır binalardan təmir olunmuş iki ev almalarını təşkil edəcəkdir. O, uzun illər ev növbəsində qalıb, lakin ev əldə edə bilmədiyinə görə Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Nəticədə 2022-ci ilin noyabr ayının əvvəlində ev məsələsinin həll edilməsi üçün Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən “Bravo” marektinin yaxınlığında Rənanın idarə etdiyi avtomobilin içində əvvəlcə 6000 manat, təxmini 10 gün sonra yenidən 4000 manat pul vermişdir. 2022ci ilin noyabr ayının ortasında ev növbəsinin Xırdalan və Masazırdan Bakı şəhəri, Yasamal rayonunda yerləşən MİDA evlərinə dəyişdirilməsi üçün Təqsirləndirilən şəxs təklifinə əsasən ona həmin ünvanda əvvəlcə 4000 (dörd min) manat pul vəsaiti və bir neçə gün sonra 2000 (iki min) manat pul vəsaiti vermişdir. 2023-cü ilin fevral ayında “Asan Xidmətdə” evlərin sənədləşmə işinin aparılması üçün həmin ünvanda Təqsirləndirilən şəxs hər mənzil üçün 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat vermişdir. Bir neçə gün sonra əlilliyə görə pensiya alacaq həyat yoldaşına qulluq etdiyinə görə aylıq müavinət alması üçün Rəna əlavə olaraq ondan həmin ünvanda 400 (dörd yüz) manat məbləğində pul vəsaiti almış və Təqsirləndirilən şəxs ona söz vermişdir ki, ən geci 2023-cü ilin mart ayının 20-nə qədər həm evlərin açarları ona təqdim olunacaq, həm də yoldaşının pensiya işi həll olunacaqdır. Ümumilikdə o, Təqsirləndirilən şəxs 27800 (iyirmi yeddi min səkkiz yüz) manat pul vəsaiti vermişdir. Nəticədə Təqsirləndirilən şəxs ona qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq edərək vəd verdiyi heç bir işi görməmişdir. 2023-cü ilin sentyabr ayından hazıardək Rənaya verdiyi pulları dəfələrlə geri tələb etməsinə baxmayaraq, hər dəfə bir bəhanə gətirərək ona heç bir məbləğ qaytarmamışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının əvvəlində yoldaşına aid tibb sənədləri qaytarmış, lakin pulu verməkdən yenə də imtina etmişdir. Nəticədə məcbur qalıb Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq əməlləri barədə şikayət etmək qərarına gəlmişdir. Həmçinin bildirmişdir ki, bacısı İradə Səfərlinin adma sosial pensiya düzələdilməsi məqsədi ilə verdiyi 5000 manat pul və bacısı İradə Səfərlinin adma “MİDA” dan sosial mənzil almaq üçün verdiyi 6000 manat pul ona məxsus olmuş, həmin məbləğləri o, bacısı İradəyə kömək məqsədi ilə bacısının əvəzindən özü vermişdir. Təqsirləndirilən şəxs izahatına əlavə olaraq təqdim etdiyi mesajlardan və qəbzlərdən görünür ki, X3 və Şölə adlı qadının adına müxtəlif tarixlərdə və məbləğlərlə cəmi 2040 manat pul ödəmişdir və bu barədə sizinlə onun arasında “Watsapp” yazışmaları mövcuddur bu barədə nə deyə biləcəyinə dair verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin pulların Rənanın ondan aldığı pula heç bir aidiyyatı yoxdur, belə ki, o, Rənanı hazırda anket məlumatlarını bilmədiyi Şölə adlı qızıl satan qadınla tanış etmiş və Rəna həmin qadından qızıl almış, sonra isə qızılların pulunu Rəna həmin Şölə adlı qadına hissəhissə ödəməli imiş, lakin Rəna qızıl pullarını ödəməkdə gecikmələr etdiyi üçün və Rənanı Şölə ilə o, tanış etdiyinə görə Şölə də Rənanın özünə olan borcunu ödəməsi təmin etməsinini ondan tələb etmişdir. O da məcbur qalıb buna görə də bu barədə Rəna ilə “Watsapp” vasitəsi ilə danışmışdır. Həmçinin əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona “Aynur” adlı şəxs barəsində hər hansı məlumat verməmiş və ya özünün onu “Aynur” adlı şəxslə tanış etməsini təklif etməmişdir, o, bu işlərin həlli zamanı “Aynur” adlı heç kimi tanımamışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə nəticəsində ona 27800 (iyirmi yeddi min səkkiz yüz) manat ziyan dəymişdir. Eyni zamanda zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs maddi ziyanın vurulmasına görə 27400 manat məbləğində pul vəsaitinin və hazırki iddiaya görə dövlət rüsumu olaraq ödədiyi 175 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, birinci Qarabağ müharibəsi iştirkaçısı olduğu üçün 1993-cü ildən 2-ci qrup əlillik dərəcəsi almış və buna görə dövlət tərəfindən ona sosial pensiya ödənilirdi. Lakin, yenidən kommisiyalarm keçirilməsi ilə əlaqədar olaraq 2-ci qrup əlilliyi ləğv olunmuş və ona 3-cü qrup əlillik və ona uyğun sosial pensiya verilmişdir. O isə bununla razılaşmamış və 2-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi üçün yenidən bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə müraciət etmişdir, lakin bir neçə dəfə müraciət etsə də 2-ci qrup əlillik dərəcəsini bərpa etdirə bilməmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının sonlarında həyat yoldaşı Zərərçəkmiş şəxs Xanmməməd qızı rəfiqəsi Təqsirləndirilən şəxs adlı tanışı olduğunu həmin Rəna adlı xanımın onun 2-ci qrup əlilliyini bərpa edilməsinə kömək edəcəyini bildirib, 2022-ci ilin oktyabr ayının əvvəllərində ilkin olaraq həyat yoldaşı Zərərçəkmiş şəxsndan bu işin həlli üçün 5500 manat pul istəmiş və onlar həmin məbləği topladıqdan sonra həyat yoldaşı Xalidə 5500 manat pul ilə birlikdə ona məxsus olan tibbi kartam Rənaya, Bakı şəhər Səbail rayonu, 20-ci sahədə yerləşən polklinkada vermişdir. Təxminən bir həftə sonra Rəna həyat yoldaşı Xalidədən əlavə olaraq 500 manat pul istəmişdir. Sonra yoldaşı Xalidə həmin 500 manatı aparıb həmin ünvanda Rənaya vermişdir. Rəna onlardan 6000 manatı aldıqdan sonra yoldaşı Xalidəyə 2023-cü ilin mart ayında onun 2-ci qrup əlilliyinin bərpa ediləcəyini bildirmişdir. Onlar da Rənanın vədlərinə inanıb deyilən vaxtı gözləməyə başlamışdırlar. 2023-cü ilin fevral ayında Rəna yoldaşı Xalidə ilə əlaqə saxlayıb, yeni qərar çıxarıldığını əlilik dərəcəsi olan şəxslərə baxanlara da dövlət tərəfindən sosial pensiya verildiyini deyib, bu pensiyanın yoldaşı Xalidənin adma düzəlməsini istəyəcəkləri halda əlavə olaraq 400 manat verməli olduqlarını demişdir. Onlar da Xalidənin dediklərinə inandıqları üçün yenidən 400 manat pulu toplamış və yoldaşı Xalidə həmin məbləği aparıb Rənaya vermişdir. Bundan sonra onlar gözləməyə başlamış və 2023-cü ilin mart ayı keçsə də onun 2-ci qrup əlilliyim bərpa olunmamışdır və onlar bu barədə Rəna ilə danışan zaman Rəna müxtəlif bəhanələrlə işi uzatmaqda davam etmişdir. Bundan sonra onlar Rənanın onları aldadaraq pullarını ələ keçiridiyini başa düşmüşdürlər. Həmçinin ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs onun işini həll edəcəyini bildirdiyi zaman həmçinin həyat yoldaşı Zərərçəkmiş şəxsnm bacısı İradə Səfərliyə də sosial pensiya düzəldəcəyini yalandan vəd verib aldadaraq yoldaşı Xalidə vasitəsi ilə İradədən 2022-ci ilin oktyabr ayında 5000 manat pul almışdır. Həmçinin Təqsirləndirilən şəxs “MİDA”-nın Abşeron rayonu Xırdalan şəhəri və Masazır qəsəbəsində yaşayış binalarından bizim ailəmiz üçün iki ədəd təmirli 3 otaqlı mənzil alamağa köməklik edəcəyini yalandan vəd verib yoldaşı Xalidədən 2022-ci ilin noyabr ayının əvvəllərində iki mənzil üçün cəmi 10000 manat pul almışdır. Budan sonra guya ki, həmin ev növbələrini Bakı şəhəri, Yasamal rayonunda yerləşən “MİDA” yaşayış kompleksinə dəyişdirilməsinə köməklik edəcəyini yalandan vəd verib aldadaraq yoldaşı Xalidədən 6000 manat pul almışdır. Bundan sonra yenidən həmin evlərin sənədləşməsi işinin “Asan Xidmət’’də tezləşdirilməsi üçün hər mənzilə 200 manat olmaqla cəmi 400 manat pul istəmiş və onlar da Rənaya inandıqları üçün yoldaşı Xalidə həmin 400 manat məbləği Rənaya vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir və zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları təqsirləndirilən şəxsin üzünə demişdir. İş materiallarında olan 22 oktyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan və video görüntüdən görünür ki, bir ədəd diski xidməti otaqda olan “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açdıqda diskin içində 24 ədəd video-fayl, 03 ədəd səs faylı və 09 ədəd şəkil fayl aşkar olundu. Video-diskdə olan video faylları açılaraq baxılan zaman müəyyən olundu ki, həmin videolar “Samsung” markalı mobil telefonun ekranının video çəkilişidir, “Watsapp” mesajlaşma proqramında “Ftk Rəna x” adlı istifadəçidən göndərilmiş müxtəlif müddətli səs mesajlarından görünür ki, qadın səsli şəxs sənədləşmənin gecikməsi, tezliklə işin həll olunacağı, Xalidə qadlı qadına borcunun olması etiraf etməsi məzmununda söhbətlər baş vermişdir. Video-diskdə olan səs faylları açılaraq baxılan zaman müəyyən olundu ki, iki qadın arasında telefon əlaqəsi olur, söhbətin məzmunu bir tərəfin digər tərəfə olan borcunun təsdiq edilməsi ilə bağlı olmuşdur. Həmin səs fayllarmın hamısı eyni məzmunludur. Video-diskdə olan şəkil faylları açılaraq baxılan zaman müəyyən olundu ki, həmin şəkillərdə Təqsirləndirilən şəxs qızma məxsus olan şəxsiyyət vəsiqəsinin ön hissəsinin şəkili, həmçinin Şahid xəstəlik qeydiyatı barədə sənədin elektron şəkili, “Watsapp” mesajlaşma proqramı vasitəsi ilə “Ftk Rəna x” adlı istifadəçidən göndərilmiş mesajın məzmununda “Sabahın xeyir bacı danışdım ayın 28 nə sənədləşmədi fso” mesajının şəkili olması aşkar olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş, 25 sentyabr 2025-ci il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin rədd edilməsi barədə qərar qəbul edilmiş, ona görə də həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Səbail RPİ-nin müstəntiqi Şəmsəddin Balayevə verilmiş iltizamdan görünür ki, Zərərçəkmiş şəxs aldığı 27.800 manat pulu xx.xx.2024-cü il tarixədək Səbail RPİ-nin müstəntiqi Şəmsəddin Balayevin iştirakı ilə zərərçəkmiş şəxsə geri ödəyəcəyini göstərmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Səbail RPİ-nin müstəntiqi Şəmsəddin Balayevə verilmiş iltizamdan görünür ki, Zərərçəkmiş şəxs aldığı 27.800 manat pulu xx.xx.2024-cü il tarixədək Səbail RPİ-nin müstəntiqi Şəmsəddin Balayevin iştirakı ilə zərərçəkmiş şəxsə geri ödəyəcəyini göstərmiş və öz imzası ilə təsdiq etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs, dəymiş ziyandan 8000 manat məbləğində pulu Zərərçəkmiş şəxs qaytarmaq üçün təkliflər etmiş lakin Zərərçəkmiş şəxs həmim məbləği götürməkdəm imtina etmiş və dəymiş ziyanın tam məbləğini yəni, 27800 manatın ödəniləcəyi təqdirdə həmin vəsaiti qəbul edəcəyini bildirmişdir. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın müəyyən hissəsini ödəmək üçün cəhdlər etməsi ilə bağlı addımını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı dörd epizod üzrə təkrarən dələduzluq əməlləri törədilməklə xeyli miqdarda ziyan vurulmasını, eyni zamanda Zərərçəkmiş şəxs hazırda şikayətçi olmasını və dəymiş ziyanın tam həcmdə tələb edilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 23 sentyabr 2024-cü il saat 16.00-dan 25 sentyabr 2024-cü il tarixədək tutulduğu müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı mülki iddia ərizəsi təqdim edərək təqsirləndirilən şəxsin cinayət əməlləri nəticəsində 27400 (iyirmi yeddi min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzinə 175 (yüz yetmiş beş) manat pul tutulub ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Həmin qərarın 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Odur ki, məhkəmə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin cinayət əməlləri nəticəsində vurulmuş 27400 (iyirmi yeddi min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzinə 175 (yüz yetmiş beş) manat pulun tutulmasına dair mülki iddiasının təmin edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsnun cəzaçəkməsinin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun tutulmasına dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 27400 (iyirmi yeddi min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzinə 175 (yüz yetmiş beş) manat pul tutulub Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar