Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-8/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 7-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında inzibati binada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 on dörd yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 2019-cu ilin yay aylarında gecə saatlarında yaşadığı ünvan 2 mənzil 7-də qonaq otağında yerləşən divanda ona aşkar surətdə on dörd yaşına çatmadığı məlum olan, yəni xx xxxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı əsasında onun əynindəki gecə paltarını soyunduraraq dodaqlarından və sinə nahiyyələrindən öpmüş, eyni zamanda sonuncunun arxa keçəcək dəliyindən qeyri-təbii yolla cinsi əlaqədə olaraq, seksual xarakterli digər hərəkətlər etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 on dörd yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 2019-cu ilin yay aylarında gündüz radələrində dostu Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 mənzil 7-də yataq otağında yerləşən yataqda ona aşkar surətdə on dörd yaşına çatmadığı məlum olan, yəni xx xxxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı əsasında onun dodaqlarından və sinə nahiyələrindən öpmüş, eyni zamanda sonuncunun arxa keçəcək dəliyindən qeyri-təbii yolla cinsi əlaqədə olaraq, seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, arvadı Şahid2 və sonuncu ilə birgə nikahlarından olan bir azyaşlı övladı ilə birlikdə yaşayırlar. Həyat yoldaşı Minayə evdar qadındır. O, yaşadıqları evdə qeyri-rəsmi olaraq dayəliklə məşğul olur. Zərərçəkmiş şəxs da onların evində yaşamışdır. 2019-cu ilin yay aylarında dəqiq xatırlamadığı gündə işdən evə gələndə evdə ilk baxışdan təxminən 12-13 yaşlarında olan bir qız uşağını görmüşdür. Həyat yoldaşı Minayədən həmin qız uşağının kim olmasını soruşduqda o, həmin qız uşağını tanışının vasitəsilə anası Zeynəb adlı xanım ona dayəlik etmək üçün gətirdiyini bildirmişdir. Eyni zamanda Minayənin ona Günayın anası ona gecə qalmaq şərtilə gündəlik 10 manat pul verəcəyini, üç günün pulu, yəni 30 manat pulu isə əvvəlcədən verdiyini bildirmişdir. Yaşadıqları ev bir yataq və bir qonaq otağından ibarətdir. Mətbəx və sanitar qovşağı isə qonaq otağında yerləşir. Günay da onların yaşadığı evdə qonaq otağında divanda yatırdı. Günayı gördüyü gecə Günay divanda yatdığı üçün onunla heç bir söhbət etməmişdir. Günay təxminən onların yaşadığı evdə 3 ay qalmış, sonra onun anası Zeynəb onu götürüb aparmışdır. Günayın ifadələrində dedikləri yalandır. Heç bir vaxt istər özü, istərsə də dostu Kənan ona qarşı seksual xarakterli hərəkətlər etməmişlər, Günayla qeyri-təbii və təbii yolla cinsi əlaqədə olmamışlar. Gecələr yatanda yataq otaqlarının qapısını bağlı vəziyyətdə saxlamışdır. Günayın yatdığı yerlə yataq otaqlarının arasında təxminən 4-5 metr məsafə var. Günay onlarda qaldığı müddət ərzində dostu Kənan onlara gəlib təxminən 10 günə yaxın onlarla qalmışdır. Həyat yoldaşı Minayə hərdən azyaşlı uşağı ilə birlikdə bacısıgilə gedib-gəlirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun yaxın dostudur. 2019-cu ilin yay aylarında təxminən 10 günə yaxın müddət ərzində Rufətin yaşadığı evdə qalmışdır. Rufətgildə o səbəbdən qalmışdır ki, işlədiyi yer yaşadığı evdən uzaqda yerləşir və özünə iş yerinə yaxın ev kirayələmək üçün müvəqqəti Rufətgilə gəlmişdir ki, ev axtarışını və işə gedibgəlməyi asanlaşdırsın. Həmin müddət ərzində onların evində bir nəfər azyaşlı qız uşağı qaldığını görmüşdür. Belə ki, Rufətin həyat yoldaşı Minayə evdar qadın olduğu və evdə uşaqlara pul müqabilində dayəlik etdiyi üçün, onlardan həmin qız uşağının kim olmasını soruşduqda Rufətin ona həmin qız uşağının adının Günay olduğunu və anası onlara baxmaq üçün gətirdiyini demişdir. Rufətin evi iki otaqdan ibarətdir. Otaqların biri yataq, digəri isə qonaq otağı olmaqla qonaq otağında mətbəx və sanitar qovşaq yerləşir. Həmin zamanlar gecə növbəsində işlədiyi üçün Rufətgildə qaldığı müddət ərzində səhər saat təxminən 09:30 radələrində gəlib axşam saat təxminən 18 radələrində evdən çıxıb işə gedirdi. Günayın Rufətgilin evində qonaq otağında divanda yatdığını, özü isə gündüz vaxtları Rufətgildə olduğu üçün onların yataq otağında azyaşlı uşaqlarının yatağında istirahət edirdi. Heç bir vaxt Günayla aralarında Günayın ifadəsində qeyd etdiyi kimi hadisə baş verməmişdir. Eyni zamanda onunla Rufətin arasında da belə bir hadisə olmasına inanmınr. Orada qaldığı müddət ərzində Günayla daima xoş rəftar etmiş və onunla aralarında hər hansı bir münaqişə və s. olmamışdır. Əvvəllər Rufətgildə qalıb yaşamamış, yalnız qeyd etdiyi kimi 2019-cu ilin yay aylarında Günay onlarda qaldığı müddət ərzində təxminən 10 günə yaxın Rufətgildə qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay ayında anası Zeynəb ona baxa bilmədiyindən, onu Minayə adlı qadına təhvil vermişdir. Həmin gündən sonra o Minayəgildə qalmışdır. Minayə, onun əri Rufət və onların bir azyaşlı uşağı ilə birlikdə yaşamışlar. Onlarda qaldığı müddət ərzində gecələri qonaq otağında divanda yatmışdır. Minayə isə həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə yataq otaqlarında yatmışlar. Onların yaşadıqları ev isə bir qonaq otağı və bir yataq otağından ibarət olmuşdur. Qonaq otağında mətbəx və sanitar qovşaq yerləşmişdir. Minayəgilin yaşadığı evdə qaldığı gündən bir neçə gün sonra gecə saatlarında Minayəgildə qonaq otağında divanda yatarkən kiminsə onun qoluna və belinə toxunduğunu hiss etmiş, ayılanda Minayənin həyat yoldaşı Rufət olduğunu görmüşdür. Rufət həmin zaman əlini onun belinə, sonra isə arxa nahiyələrinə sürtməyə başlamışdır. Sonrakı günlərin birində gecə saatlarında Minayəgildə qonaq otağında yatarkən yenə də Rufətin ona yaxınlaşdığını, həmin zaman Rufətin yenə də əllərini onun belinə, döşlərinə və arxa onba nahiyələrinə sürtdüyünü, sonra cinsiyyət orqanını çıxarıb onun arxa keçəcək dəliyinə yeritmişdir. O səs çıxarmış, Minayə səsi eşidib gəlmiş və nə baş verdiyini soruşmuş, o da Minayəyə ərinin hərəkətlərindən danşmış, Minayə də getmişdir. Rufətlə 2-3 dəfə təbii yolla cinsi əlaqədə olmuşdur, Rufət onun üstünə uzanmışdır. Rufətlə təbii Kənanla isə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bir dəfə Kənan evdə olarkən Minayə evdə olmuş, hər üçü yemək yemişlər. Yemək yeyəndən sonra Minayə ona Kənanı ovuşdarmağı demişdir. Rufət Minayə evdə olmayan vaxt onunla əxlaqsız hərəkətlər edirdi, Rufətlə gecə vaxtı olurdu cinsi əlaqədə, Kənanla isə gündüz vaxtı. Dili tutulurdu, ona görə də Rufət getdikdən sonra bu barədə Minayə danışmışdır. Rufətin dostu Kənan Rufətgildə bir neçə gün qalmışdır. Kənanın Rufətgilin evində qaldığı müddət ərzində günortadan sonra gündüz vaxtları olarkən, Rufət işdən evə gəlmiş, lakin Minayə evdə olmamış, özü isə Rufətgilin yataq otağında olmuşdur. Həmin zaman Kənan yataq otağına gəlmiş və ona yaxınlaşıb onun öpməyə başlamış, eyni zamanda öz şalvarını aşağı çəkib cinsiyyət orqanı çıxarıb onunla qeyri- təbii yolla cinsi əlaqədə olmuşdur. Kənandan xoşu gəldiyi üçün ona mane olmamışdır. Bu barədə də heç kəsə heç bir söz deməmişdir. Lakin Rufət və Kənan seksual xarakterili hərəkətləri etmək üçün ona qarşı hər hansı bir zor tətbiq etməmişlər. Sığınacaqda olanda psixoloq Gülnaz xanımla söhbətlər etmiş, söhbət zamanı əvvəllər cinsi əlaqədə olması barədə ona danışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi yazılı ifadəsində qeyd etmişdir ki, “Kənan mnə arxa tərəfdən olub. Rüfət mənə qabaq tərəfdən olub” və “ Kənan məni uzadıb eləməyə başladı arxadan. Rüfət mən qabaqdan olub” Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmış Şahid1 Səfər qızı ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Baxımsız, Kimsəsiz və Sosial Təhlükəli Vəziyyətdə olan X4 üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində mütəxəssis psixoloq vəzifəsində işləyir. xx xxxxxxx 2019-cu il tarixdə Səbail rayon İcra Hakimiyyəti tərəfindən Zərərçəkmiş şəxs kimsəsiz və baxımsız kimi müəssisəyə gətirilmiş və həmin gündən sonra o, müəssisədə rəsmi qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs ilə tərəfindən dəfələrlə aparılmış psixoloji söhbətlər zamanı o, 2019-cu ilin yay aylarında anası tərəfindən Minayə adlı qadının evinə sonuncunun ona dayəlik etməsi üçün yerləşdirildiyini, təxminən üç aya yaxın müddət Minayə adlı qadının evində yaşadığını bildirmişdir. Belə ki, həmin evdə özünün qonaq otağında divanda, Rufət və həyat yoldaşı Minayənin isə öz yataq otaqlarında yatdıqlarını, həmin müddət ərzində Minayənin həyat yoldaşı Rufətin gecə radələrində ona yaxınlaşıb əlini onun belinə, sinəsinə və onba nahiyələrinə sürtdüyünü, eyni zamanda Rufətin onun dodaqlarından, döşlərindən öpüb cinsiyyət orqanını çıxarıb onun arxa keçəcək dəliyinə yeritməklə onunla qeyd etdiyi kimi seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Bundan başqa tərəfindən Günayla psixoloji söhbətlər zamanı Günay dəfələrlə ona yuxarıda qeyd etdiyi hadisəni şərh etmişdir. Bundan əlavə Günayın ona Rufətin evində yaşadığı müddət ərzində sonuncunun dostu Kənan adlı şəxsin təxminən 10 günə yaxın onların evində qonaq kimi yaşadığını və Minayənin azyaşlı uşağı ilə bacısıgilə getdiyi günlərin birində günortadan sonra gündüz radələrində Rufət, Kənan və Günay evdə olarkən, Kənan yataq otağında Günayın yanına yaxınlaşıb onu həmin otaqda olan yatağa uzandırıb onun dodaqlarından, döşlərindən öpərək onu soyundurduğunu, həmçinin cinsiyyət orqanını çıxarıb Günayın arxa keçəcək dəliyinə yeritməklə onunla seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Yuxarıda qeyd etdiyi hadisələri Günayın ona dəfələrlə onunla apardığı psixoloji söhbətlər zamanı hər dəfə eyni ilə şərh etmişdir. Bu barədə müəssisənin rəhbərliyi Xəyalə xanıma məruzə etdikdən sonra sonuncu tərəfindən Günayın cinsi zorakılığa məruz qalması barədə Səbail rayon prokurorluğuna müraciət ünvanlanmışdır. Günayla aralarında olan söhbətlər zamanı onun əqli inkişafında, eyni zamanda onun bu kimi hadisələri və ümumiyyətlə özündən uydurmağa meilli olması tərəfindən aşkar edilməmişdir. Onunla dəfələrlə olan söhbətlər zamanı hər dəfə qeyd etdiyi hadisələri əksiksiz olaraq təsvir edib şərh etmişdir. Həmçinin həmin hadisələri şərh edərkən psixi sarsıntı keçirərək titrəmələri, ağlamaları və s. hərəkətləri də onun həmin hadisələri özündən uydurmağa meilli olmamasına dəlalət etdiyini göstərmişdir. Günay 2020-ci ilin fevral ayında həkim müayinəsindən keçmiş və və ona “seksual inkişafın pozuntusu nəticəsində psixi və davranış pozuntularıheteroseksual tip” diaqnozu qoyulmuşdur. Bununla bağlı Zərərçəkmiş şəxs müalicə almışdır. Şahid1 Zərərçəkmiş şəxs müxtəlif ifadələrin verməsini müalicədən sonra yaranmış utanclıq hissi və bisavad olduğu ilə əlaqələndirmişdir. Şahid1 təqsirləndirilən şəxslərə ağır cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həyat yoldaşıdır. Birgə nikahlarından bir azyaşlı uşaqları vardır. Heç bir yerdə işləmədiyi üçün yaşadığı evdə tanışlarının azyaşlı uşaqlarına pul müqabilində dayəlik edir. Təxminən 2019-cu ilin iyun ayının axırlarında tanışının vasitəsilə Zeynəb adlı qadın onlara gələrək azyaşlı qızına dayəlik etməyi ondan xahiş etmişdir. Uşağın gecə qalmaq şərtilə gününü 10 manata razılaşmışlar. İlkin olaraq Zeynəb ona üç günün pulunu, yəni 30 manat vermişdir. Bundan sonra Zeynəbin qızı onlarda qalmağa başlamışdır. İlkin olaraq Günay adını Aysun olduğunu, lakin sonradan onun əsl adı Günay olduğunu bildirmişdir. Günay təxminən onlarda üç ay qalmışdır. Yaşadıqları ev bir yataq və bir qonaq otağından ibarətdir. Qonaq otağında isə mətbəx və sanitar qovşaq yerləşir. Günay onlarda yaşadığı müddət ərzində qonaq otağında divanda yatırdı. Eyni zamanda həmin müddət ərzində istər özünün, istərsə də həyat yoldaşı Rufətlə Günayın aralarında hər hansı bir xoşagəlməz rəftar və olmamışdır. Həyat yoldaşı Rufətin yaxın dostu olan Kənanın da Günayın onlarda qaldığı müddət ərzində təxminən 10 günə yaxın gəlib onların evində qalmışdır. Kənan həmin vaxtlar gecə smenində işlədiyi üçün səhər saat təxminən 09:30 radələrində onlara evə gəlmiş və axşam saat 18 radələrində də yeməyini yeyib işə getmişdir. Günayın ifadələrində dedikləri tamamilə yalandır. Onun qeyd etdiyi kimi Rufətin gecə radələrində qonaq otağına keçib Günaya qarşı qeyd olunan seksual xarakterli hərəkətləri etməsi mümkün deyil. Çünki həmin zaman özü yataq otağında olmuş, eyni zamanda Kənanın da ona qarşı bu cür hərəkətlər etməsi mümkün deyil. Belə ki, həmin vaxtlar özü daima evdə olmuşdur. Günay onlarda qalan müddət ərzində gecələr yatanda yataq otağının qapısını bağlamışlar. Yataq otağı ilə Günayın yatdığı divan arasında təxminən 5 metr məsafə olmuşdur. Günayın 2006-cı il təvəllüdlü olmasını özü və həyat yoldaşı Rufət, eləcə də Kənan əvvəlcədən bilmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti X2 xx.xx.2019-cu il tarixli, 618 saylı rəyi müdafiə edərək ifadəsində göstərmişdir ki, rəyin təsviri hissəsində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs təbii yolla cinsi əlaqədə olmamışdır, qızlıq pərdəsi elastik deyil, qızlıq pərdəsinin tamlığı pozulmadan təbii yoll cinsi əlaqəyə girmək mümkün deyil. Zərərçəkmiş şəxs müayinə zamanı nə bildirmişdir ki, o da qeyd olunmuşdur. Zərərçəkmiş şəxs aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmaya dəlalət edə bilər. Arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması insanlarda pataloji qəbizlik olanda xəstəliyə çevrilir, bu halda yoxlanılır. Zərərçəkmiş şəxs səhhətində belə halların baş veribverməməsi də soruşuldu. Müayinə zamanı da həmin əlamətlərin olmadığı aşkarlandı. Arxa keçəcəyin büzücü əzələsinin boşalmasının müddətini yalnız cinsiyyət orqanlarında xəsarət və xəsarət izi aşka olunanda təyin etmək mümkündür. Xəsarət aşkar olunmadıqda büzücü əzələnin boşalmasının müddəti qeyd olunmur . Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət aşkar olunmadısa, müddəti təyin etmək mümkün deyil. Xəsarətin izi varsa xəsarət əlamətlərinə görə təyin etmək olur. Bu hallarda ekspert rəydə göstərir ki, arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması qeyri təbii yolla cinsi əlaqədə olmağa dəlalət edə bilər. Anamnez toplanır və müayinə olunan şəxsin dedikəri ilə müqayisə edilir və nəticədə rəy verilir. Anamnez toplayanda şəxsdən qəbizlik barədə soruşulur. Zərərçəkmiş şəxs müayinə zamanı fikirlərin sərbəst şəkildə ifadə edirdi. Zərərçəkmiş şəxs bildirmişdir ki, onunla təbii yolla da cinsi əlaqədə olmuşlar və qan gəlib, amma müayinə zamanı bu aşkar edilmədi. Həmin hal Günaydan soruşulmur. Ekspert aşkar etdiklərini rəydə qed edir və rəyi istintaq orqanına təqdim edir. Arxa keçəcəyin büzücü əzələsinin boşalması digər xəstəlikdən irəli gəlməsi çox nadir hallarda olur, hazırkı halda isə bu inkar olunur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 618 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmaya dəlalət edə bilər. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 01 noyabr 20-ci il tarixli 2220 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Materialdan və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəliyin və kəmağıllılığın əlamətləri aşkar olunmayıb. Həmin dövürdə Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək iqtiradında olmuşdur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hal-hazırda psixiatrik müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçilik, sərbəstliyə və müstəqilliyə can atmaq, diqqət mərkəzində olmağa maraq göstərmək, cəlbedici davranışı ilə ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir. Onda özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə pataloji meyillilik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs intellektual imkanları, yaş və fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla, o, hal-hazırda qərarın təsvir hissəsində göstərilən, ona qarşı edilmiş hərəkətlərin xarakter və mənasını, mahiyyətini dərk etmək, anlamaq qabiliyyətinə malikdir. Lakin yetkinlik yaşına çatmadığından ola biləcək nəticələri proqnozlaşdırmaya bilərdi. Respublika Psixiatriya Xəstəxanasının Zərərçəkmiş şəxs adına olan ambulator kitabçadan çıxarışın surətindən görünür ki, Zərərçəkmiş şəxs “seksual inkişafın pozuntusu nəticəsində psixi və davranış pozuntularıheteroseksual tip” diaqnozu qoyulmuşdur və müalicə üçün X8 göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 676 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2438 saylı rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs1 intellektual-mnestik imkanları normaya uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. Emosional-iradi sferasında hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Özünü psixoloji müdafiə etməyə meyillilik, eqosentrizim, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 intellektual imkanları nəzərə alınmaqla o, öz hərəkətlərini ölçüb biçmək və törətdiyi hadisəni düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə pataloji meyillilik əlamətləri müəyyən edilmir, lakin fərtdi-psixi xüsusiyyətləri ilə əlaqədar situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs1 hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 677 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2375 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs2 intellektual-mnestik imkanları normaya uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, tez özündən çıxmaq, çılğınlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 intellektual imkanları nəzərə alınmaqla o, öz hərəkətlərini ölçüb biçmək və törətdiyi hadisəni düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə pataloji meyillilik əlamətləri müəyyən edilmir, lakin fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs2 hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid1 Səfər qızı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmışdır. xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham elan edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(009)-631/2019 saylı qərarı ilə vəsatət təmin edilərək Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(009)-633/2019 saylı qərarı ilə vəsatət təmin edilərək Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(103)-733/2019 saylı qərarı ilə apelyasiya şikayətinin təmin edilməmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 bir yetkinlik yaşına çatmayan uşağı vardır – xx xxx 2014-cü tarixdə anadan olmuş X14 qızı. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X11 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməyərək on dörd yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmamaları və seksual xarakterli digər hərəkətlər etməmələri şahid ifadələri, ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən qaydada ifadə vermələrini və özlərinin onlara qarşı elan olunmuş ittihamda təqsirli bilməmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə on dörd yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 152.2ci maddəsi ilə tövsif edilməli və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını və cinayət məsuliyyətinə cəlb edilməməsini, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkən şəxsin qanuni nümayəndəsinin ona ağır cəza təyin edilməməsi barədə xahişini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq xx xxxxxxx 2019-cu il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını və cinayət məsuliyyətinə cəlb edilməməsini, həmçinin zərərçəkən şəxsin qanuni nümayəndəsinin ona ağır cəza təyin edilməməsi barədə xahişini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq xx xxxxxxx 2019-cu il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının istintaqda müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının istintaqda müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 144 (bir yüz qırx dörd ) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-8/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-8/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver