Məhkəmə qərarları › İş №1(009)-8/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-8/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-8/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il ildə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 09 aprel 2015-ci il tarixli YB/3D-31/2 nömrəli müqavilə ilə arvadı Şahid10 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən "xxxx" MMC tərəfindən tikilən yaşayış binasının 3D korpusundakı 31 nömrəli iki otaqlı mənzili özəlləşdirdikdən sonra satacağı ilə bağlı Zərərçəkmiş şəxs3 yalan vədlər verərək, faktiki olaraq mənzili sonuncuya satmaq niyyəti olmadan Bakı şəhəri 3 saylı notariat ofisində Şahid10 tərəfindən verilmiş 21 may 2013-cü il tarixli 3935 reyestr nömrəli etibarnamə əsasında Zərərçəkmiş şəxs3 ilə 30 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində 3M-1302 reyestr nömrəli beh müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla Zərərçəkmiş şəxs3 notariusun bankda olan depozit hesabına keçirdiyi 37600 manat pulunu notariusun depozit hesabından çıxararaq ələ keçirməklə 6 ay müddətində, yəni 30 iyun 2016-cı il tarixədək olan müddət ərzində qəsdən alqı-satqı müqaviləsini rəsmiləşdirməyərək Zərərçəkmiş şəxs3 37600 (otuz yeddi min altı yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Türkiyə Respublikasından geyim əşyaları sifariş verərək gətirəcəyi ilə bağlı Zərərçəkmiş şəxs2 yalan vədlər verərək, faktiki olaraq heç bir geyim əşyası sifariş vermək və gətirmək niyyəti olmadan 20 mart 2016-cı il tarixdən 2017-ci ilin yanvar ayının sonlarına qədər olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən geyim əşyalarının satışı ilə məşğul olduğu mağazada Zərərçəkmiş şəxs2 20 mart 2016-cı il tarixdə həmin günün məzənnəsi ilə 6388 manat 40 qəpik təkşil edən 4000 ABŞ dolları pulunu, həmin ilin mart ayının axırlarında uyğun dövrün məzənnəsi ilə 635 manat 4 qəpik təşkil edən 400 ABŞ dolları pulunu, 20 aprel 2016-cı il tarixdə həmin günün məzənnəsi ilə 3025 manat 60 qəpik təşkil edən 2000 ABŞ dolları pulunu, 20 may 2016-cı il tarixdə ünvan 2 ünvanında yerləşən “Tayqa” ticarət obyektinin qarşısında həmin günün məzənnəsi ilə 2997 manat 40 qəpik təşkil edən 2000 ABŞ dolları pulunu, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən geyim əşyalarının satışı ilə məşğul olduğu mağazada 20 iyun 2016-cı il tarixdə həmin günün məzənnəsi ilə 3042 manat təşkil edən 2000 ABŞ dolları pulunu, 2017-ci ilin yanvar ayının əvvəllərində uyğun dövrün məzənnəsi ilə 7096 manat 80 qəpik təşkil edən 4000 ABŞ dolları pulunu və həmin ayın ortalarında uyğun dövrün məzənnəsi ilə 8933 manat 50 qəpik təşkil edən 5000 ABŞ dolları pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 32118 (otuz iki min yüz on səkkiz) manat 74 (yetmiş dörd) qəpik məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə biyan kökü bitkisinin bitdiyi əraziləri icarəyə götürərək xarici ölkələrdən gələn sifarişlər əsasında satmaqla bağlı şərikli biznes əlaqələrinə girib qazanc əldə edəcəkləri ilə bağlı Zərərçəkmiş şəxs1 yalan vədlər verərək, faktiki olaraq heç bir biznes əlaqəsinə girmək və qazanc əldə etmək niyyəti olmadan 2018-ci ilin fevral ayının əvvəllərindən 2019-cu ilin iyul ayının sonlarına qədər olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında yerləşən "xxxx" MMC-nin 6 saylı poçt filialının 108 saylı poçt şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 2018-ci ilin fevral ayının əvvəllərində 2200 manat, 2018-ci ilin fevral ayının ortalarında 2500 manat, 2018-ci ilin fevral ayının sonlarında uyğun dövrün məzənnəsi ilə 595 manat təşkil edən 350 ABŞ dolları, bir neçə gün sonra 6340 manat, hər ay 700 ABŞ dolları gəlir götürərək biyan kökü bitkisinin satışı ilə bağlı şərikli biznes əlaqələrinə yatırmaq üçün elektron valyuta mübadiləsi sistemi olan “Kriptovalyuta”ya depozit qoyacağı ilə bağlı yalan vədlər verərək 2018-ci ilin mart ayının ortalarında uyğun dövrün məzənnəsi ilə 20995 manat təşkil edən 12350 ABŞ dolları, biyan kökü bitkisinin satışı ilə bağlı şərikli biznes əlaqələrinə əlavə olaraq yatırmaq üçün 2018-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Nizami” metrostansiyasının yaxınlığında 10000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında yerləşən "xxxx" MMC-nin 6 saylı poçt filialının 108 saylı poçt şöbəsinin inzibati binasında 2018-ci ilin may ayının ortalarında uyğun dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları, 2018-ci ilin may ayının ikinci yarısında 700 manat, həmin ayın axırlarında 1000 manat, 2019-cu ilin iyul ayının ikinci yarısında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 31-ci küçədə yerləşən 1 saylı evin qarşısında küçədə 2000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 47180 (qırx yeddi min yüz səksən) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Bəylar oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 onu aldadaraq 47180 manat pul almamışdır. Belə ki, 2006-cı il tarixdə Nərimanov rayon məhkəməsində icra şöbəsində icra məmuru işlədiyi vaxt Zərərçəkmiş şəxs1 icra şöbəsində əmlak mübahisəsi olduğu üçün tanımışdır. Bundan sonra onunla əlaqəsi olmamışdır. 2017-ci il tarixdə Lamiyənin müdiri olduğu "xxxx" MMC-nin 6 saylı poçt filialının 108 saylı poçt şöbəsində təsadüfən görüşmüş və bir-birilərinin telefon nömrələrini götürmüşlər. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs1 ilə şərikli olaraq biyan kökünün Saatlı, Ağcabədi, Bərdə rayonlarında olan torpaq sahələrindən yığılaraq xarici ölkələrə satılması ilə bağlı biznes əlaqəsinə girmiş və Zərərçəkmiş şəxs1 həmin iş üçün pul vermişdir. Biyan kökü biznesinin uğursuz olmasına səbəb Myanmaya 66 ton, təqribi qiyməti 70000-ə manata yaxın biyan kökü konteynerlərlə göndərilmiş, lakin okeanı keçən zaman mallar xarab olmuşdur. Belə ki, rəsmi sənədlər - müvaqilə, bəyənnamə, "xxxx" MMC tərəfindən təqdim olunmuş sorğuya cavabdan da 2018-ci il ərzində biyan bitkisinin kökü ilə biznes əlaqələrinin olduğunu, həmin dövr ərzində Azərbaycan Respublikasının müxtəlif rayonlarından birgə tədarük edilən "xxxx" MMC-yə məxsus müəssisədə qurudulduğu, qablaşdırılaraq onun direktoru olduğu "xxxx" MMC-yə təhvil verildiyi, həmin malların İran İslam Respublikasına məxsus yük maşınlarına yüklənərək Bəndrəbas limanına göndərildiyinin öz təsdiqini tapmışdır. Lakin biyan kökü ilə bağlı işləri uğurla nəticələnmədiyi üçün onunla Mingəçevir şəhərində məişət avadanlıqları mağazası açmağa qərar vermişlər. Biyan kökü ilə bağlı biznes Zərərçəkmiş şəxs1 həmin iş üçün də 25000 manat pul qoymuşdur. Belə ki, Lamiyə ilə həmin işləri həyata keçirmək üçün ümumilikdə 30000 manat məbləğində pul qoymuş, lakin işlərinin nəticəsi müsbət olmadığından və ziyana getdikləri üçün Lamiyənin pulundan cəmi 1000 manata yaxın məbləğ qaytara bilmişdir. Həmçinin, Lamiyəyə Mingəçevir şəhərində açdığı məişət avadanlıqları mağazasında qalan malları pul əvəzində verməyi təklif etmiş, lakin o, razılaşmamışdır. Bundan başqa 2011-ci il tarixdə də hazırda xatılamadığı tanışlardan kimsə onunla əlaqə saxlayaraq Şəlalə adı bir şəxsin "xxxx" ASC-də probleminin olduğunu və həmin şəxslə görüşərək ona məsləhətlər verməsini xahiş etmiş, o da Şahid4 ilə görüşmüş və onun probleminin həlli üçün çalışmışlar. Həmin vaxtdan etibarən Şahid4 ilə münasibəti yaranmışdır. 2017-ci il tarixdə də onunla münasibəti qutarmışdır. Şəlalə ilə müəyyən biznes əlaqələrinə girmiş, Əhmədli qəsəbəsində şərikli olaraq “MG Motors” şirkətinin rəsmi dillerini işlətmişlər. Onunla Türkiyə Respublikası və Moskva şəhərində də yaşamış, həmin ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmuş, Şahid4 ilə sonuncu dəfə ünvan 4 ünvanı ilə üzbəüz yerləşən obyektdə geyim əşyalarının satışı ilə şərikli olaraq məşğul olmuşlar. Belə ki, o, Zərərçəkmiş şəxs1 47180 manat pul alaraq mənimsəməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs3 göstərdikləri həqiqətə uyğun deyil. Ona görə ki, həqiqətən də o, notarial qaydada arvadı Şahid10 ona verdiyi etibarnamə əsasında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MMC tərəfindən tikilən binada olan evini Zərərçəkmiş şəxs3 satmaq qərarına gəlmiş və onunla razılaşmışdır ki, evin pulunun yarısını beh kimi versin, 6 aydan sonra da pulun qalan hissəsini notarial qaydada ödəniş etsə, evin alqı-satqısı həyata keçiriləcəkdir. Çünki işlətdiyi mağazaya geyim əşyaları gətirmək üçün Şəlalə ilə ona pul lazım olduğundan Zərərçəkmiş şəxs3 aldıqları behi həmin geyim əşyalarının gətirilməsi üçün istifadə etməyi düşünmüşlər. Həmin pulla o, Şəlalə ilə birlikdə mağazaya geyim əşyaları almış və satmışdır. Zərərçəkmiş şəxs3 6 ay ərzində evin qalan pulunu gətirmədiyi üçün müqavilənin şərtlərini pozduğundan evi 3-4 ay sonra digər şəxsə satmışdır. O, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməmiş, behi götürdükdən sonra ümumi razılığa əsasən bir müddət sonra ona xahiş edərək verdiyi behi geri qaytarmasını istədiyindən İradəyə ilkin olaraq 3800 ABŞ dolları və iki il müddətində hər ay 1190 manat olmaqla əlavə olaraq 28560 manat pulu əlbəəl ödəməklə ümumilikdə 35020 manat pul qaytarmışdır. Lakin Zərərçəkmiş şəxs3 demişdir ki, ona verdiyi pulları faizə silmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 heç bir məbləğdə pullar almamışdır. O, Zərərçəkmiş şəxs2 birlikdə işlədiyi Şahid4 vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs2 arabir onun işlətdiyi mağazaya gəlib-gedərkən görmüşdür. Amma ondan nəinki 32118,74 AZN almış, ümumiyyətlə, heç bir məbləğdə pul almamışdır. Şahid4 Səbail Rayon Məhkəməsinə ünvanladığı ərizəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 19400 ABŞ dolları pul onun özü tərəfindən borc kimi alınmışdır. Həmin pul vəsaiti Türkiyə Respublikasından Zərərçəkmiş şəxs2 üçün hər hansı bir mal gətirilməsi məqsədi ilə alınmamışdır. Onun şikayət etməsinə səbəb Şahid4 və Zərərçəkmiş şəxs1 olmuşdur. Hesab edir ki, Şahid4 da ola bilsin ki, Zərərçəkmiş şəxs2 borc pul almışdır, qaytara bilmədiyi üçün, həmin ərəfədə də onunla münasibətləri kəskinləşdiyindən və sonuncunun da bununla bağlı düzgün məlumat vermədiyindən, Zərərçəkmiş şəxs2 onun barəsində şikayət etmişdir . Belə ki, Zərərçəkmiş şəxs2 hesab etmişdir ki, Şahid4 Gülnazdan aldığı borcu ona vermişdir, həmçinin Şahid4 aldığı borcu Müşviqə verdiyini ona bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 və qeyrilərinə qarşı dələduzluq edib pullarını mənimsəmədiyi üçün özünü təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 4-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 31-ci küçə, ev 1-də yaşayır. Hazırda "xxxx" MMC-nin 6 saylı poçt filialının 116 saylı poçt şöbəsinin müdiri işləyir. 2018-ci ilin iyun ayının ortalarına qədər olan müddət ərzində və sonuncu dəfə 2019-cu ilin iyul ayının ikinci yarısında yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 31-ci küçədə yerləşən 1 saylı evin yanında Təqsirləndirilən şəxs ona biyan kökü bitkisinin bitdiyi əraziləri icarəyə götürərək xarici ölkələrdən gələn sifarişlər əsasında satmaqla bağlı şərikli biznes əlaqələrinə girib qazanc əldə edəcəkləri ilə və həmin biznes əlaqələrinə yatırmaq üçün elektron valyuta mübadiləsi sistemi olan “Kriptovalyuta”ya qoyacağı ilə bağlı yalan vədlər verərək ümumilikdə dələduzluq yolu ilə ondan 47180 manat pul almışdır. Qalan 25820 manat pulu isə ondan borc istəyərək almışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayının əvvəllərində ona zəng edərək pulunun olmadığı üçün ondan borc pul istəmiş, o da Müşviqə onu aldadaraq aldığı pulları qaytarması lazım olduğu halda ondan nə üzlə borc pul istədiyini soruşanda Müşviq, ona istədiyi pulun heç nəyə aidiyyəti olmadığını, bir neçə şəxslərə borcları olduğunu, hətta xərcliyi də olmadığını deyərək ondan borc pul istədiyini demişdir. Az müddət də olsa, Müşviqlə mehriban münasibətləri olmuş və o Müşviqdən nə qədər borc pula ehtiyacı olduğunu soruşanda Müşviq, ona bildirmişdir ki, onun 25000 manat lazımdır. İlk öncə o Müşviqə o qədər pulunun olmadığını, onu aldadaraq pullarını aldığını deyib ona borc pul verməkdən imtina etmiş və ondan Mingəçevir rayonunda biyan kökü aldığı torpaq sahələrini ona göstərməsini tələb etmiş, Müşviq də onunla razılaşmışdır. Lakin işləri olduğundan Mingəçevir şəhərinə 2018-ci ilin iyul ayının əvvəllərində gedə bilmişdir. Həmin vaxta qədər Müşviq dəfələrlə ona zəng edərək ona 25000 manat borc pul verməyi xahiş edib bəzi borclarını verərək özündə cibxərcliyi etmək istədiyini bildirmişdir. 2018-ci ilin iyun ayının ortalarında Müşviq, onun işlədiyi "xxxx" MMC-nin 6 saylı poçt filialının 108 saylı poçt şöbəsinin inzibati binasında xidməti otağına gəlib ona cibində pulunun belə olmadığını deyərək ona köməklik edib borc pul verməyini istəmişdir. O isə borc kimi 3580 manat pul vermişdir. Müşviq də ondan biyan kökü biznesi ilə bağlı aldığı 45180 manat pulu da işləri uğurla nəticələndikdən sonra qazancla birlikdə qaytaracağını demişdir. 2018-ci ilin iyul ayının əvvəllərində o Mingəçevir şəhərinə getmiş və Müşviq orada onu qarşılayaraq otellərin birinə aparmışdır. Müşviq ona bildirmişdir ki, həmin torpaq sahələrinin yolu bərbad vəziyyətdədir, getmək olmur. Müşviq ona Mingəçevirdə uzaqdan müxtəlif torpaq sahələri göstərərək həmin torpaq sahələrində bitən biyan kökü bitkisini yığmaq üçün torpaq sahələrini icarəyə götürdüyünü, həmin torpaq sahələrinə gedə bilmədikləri üçün sonradan şəkillərini çəkib ona göndərəcəyini bildirmişdir. Bundan başqa, həmin vaxt Müşviq, ona Bərdə rayonunda da torpaq sahəsi icarəyə götürüb həmin bitkini yığdırmaqla məşğul olduğunu demişdir. Onlar otelə qayıtmış və o, Müşviqin otelə də verməyə pulunun olmadığını görmüşdür. Müşviq orada ona yenə də xahişlər edərək ondan borc kimi istədiyi 25000 manat puldan 3580 manat verdiyini, 21000 manat da ona borc versə, bəzi borclarını ödəyəcəyini və cibxərcliyi də olacağını demişdir. Onun üstündə 4000 manat pul olmuş və Müşviqə orada 3600 manat pul verərək qalanını da əgər tapa bilsə verəcəyini, lakin tez bir zamanda həmin borcu qaytarmağı demişdir. Müşviq də ona tez bir zamanda həmin borcu qaytaracağına söz vermiş, biyan kökü ilə bağlı aldığı pulları da biyan kökünü xarici ölkələrə satdıqdan sonra qaytaracağını bildirmişdir. Səhərisi gün o, Bakı şəhərinə qayıtmış, çox keçmədən Müşviq ona “whatsapp” proqramı vasitəsilə müxtəlif torpaq sahələrinin şəkillərini göndərərək həmin torpaq sahələrində biyan kökü bitkisini yığmaqla məşğul olduğunu bildirmişdir. Bundan sonra, o Müşviqə 2019-cu ilin yanvar ayına qədər pul verməmiş, Müşviqin biyan kökü bitkisini sataraq pullarını qaytarmasını gözləmişdir. Hətta Müşviqə demişdir ki, heç qazanc da istəmir, onun verdiyi pulları ona qaytarsın, kifayət edəcəkdir. Təqsirləndirilən şəxs ona dəfələrlə zəng edərək əlavə olaraq da ona borc pul verməsini xahiş edəndə ona borc verməyə pulunun olmadığını, ondan biyan kökü bəhanəsi ilə aldığı pullarını qaytardıqdan sonra ona borc pul verəcəyini bildirmişdir. 2019-cu ilin yanvar ayında Müşviq onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, biyan kökü bitkisinin yığılıb satılması ilə bağlı işləri uğursuz olmuş və heç nə qazana bilməmişdir. O Müşviqə onu aldatdığını deyərək pulunu tez qaytarmasını tələb etdikdə, Müşviq and-aman edərək elə bir niyyətinin olmadığını, onun pulunu qaytarmaq istədiyini, atasının ona Mingəçevir şəhərində məişət əşyaları mağazası açdığını və mağazada satışdan əldə olunan gəlirlə onun pulunu bir neçə ay ərzində qaytaracağını bildirmişdir. O da Mingəçevir şəhərinə gedərək heç olmasa orada onun hansısa mağaza işlədib-işlətmədiyini görmək üçün Müşviqlə görüşmüşdür. Müşviq orada onu bir məişət əşyalarının satışı mağazasına apararaq bildirmişdir ki, həmin mağaza özünündür. O mağazanı görəndə bir qədər özünə gəlmiş və düşünmüşdür ki, Müşviq həmin mağazadan əldə olunan gəlirlə onun pulunu qaytaracaqdır. Həmin vaxt Müşviq ondan yenə də borclarını qaytara bilmədiyini və ona borc pul verməyini istəmişdir. O Müşviqə ondan biyan kökü biznesi bəhanəsi aldığı pulları qaytardığı halda heç ona borc kimi verdiyi 7180 manatı da istəməyəcəyini demişdir. Lakin Müşviq biyan kökü ilə bağlı aldığı ümumilikdə 45180 manat pulu ona mağazanın fəaliyyətindən əldə olunan gəlirlə qaytaracağını bildirmişdir. O Müşviqlə dəfələrlə əlaqə saxlayaraq ondan pulunu geri tələb etmiş, 2019-cu ilin iyul ayında Müşviq onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, yay ayları olduğu üçün mağazaya çoxlu sayda kondisioner gətirəcək və satıb çoxlu qazanc əldə edərək ondan biyan kökü ilə bağlı aldığı 45180 manat pulu qaytaracaqdır. Onun Müşviqə inanmaqdan başqa çarəsi olmamışdır. Müşviq yenə də bəzi borclarını verə bilmədiyini, hətta xərcliyinin olmadığını, ailəsini dolandıra bilmədiyini deyərək ondan yenə də borc pul istəmiş, o Müşviqdən nə qədər pula ehtiyacı olduğunu soruşanda Müşviq ona 20000 manata yaxın borc pula ehtiyacı olduğunu demişdir. O ona həmin məbləğdə pulunun olmadığını deyəndə Müşviq ona çoxsaylı xahiş edərək ona borc pul verməyini, əks təqdirdə tamamilə batacağını demişdir. O Müşviqin çoxsaylı zəngləri və xahişlərindən bezib hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 31-ci küçədə yerləşən 1 saylı evi girov qoyaraq Bank "xxxx" ASC-nin Səbail rayon filialından 3 il müddətinə ayda 1350 manat ödəmək şərti ilə 35000 manat pul kredit götürmüş, həmin puldan 10000 manat Bəsxanıma olan borcunu qaytarmış, Müşviq Bakı şəhərinə gəlmiş və o 2019-cu ilin iyul ayının birinci yarısında yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 31-ci küçədə yerləşən 1 saylı evin yanında Müşviqlə görüşərək ona 18640 manat pul vermiş, Müşviq ona narahat olmamasını, aybaay götürdüyü pulun kreditini ödəyəcəyini bildirərək əlavə olaraq qeyd etmişdir ki, tez bir zamanda ondan biyan kökü biznesi ilə bağlı aldığı 45180 manat pulu qaytaracaqdır. Müşviq bundan sonra, onunla əlaqə saxlayaraq biyan kökü biznesi ilə bağlı işlərinin uğursuz olduğunu düşündüyü halda işləri yenidən bərpa etdiyini, 2000 manat olsa sonuncu xərclərə sərf edib biyan kökünün satışından çoxlu pul əldə edərək ondan aldığı 45180 manat pulu qaytacarağını bildirmiş, həmçinin, Müşviq, 45180 manat pulu qaytardıqdan sonra ondan borc kimi aldığı 25820 manat pulu da tez bir zamanda qaytaracağına söz vermişdir. O məcbur qalıb Müşviqlə razılaşmış və Müşviq, 2019-cu ilin iyul ayının ikinci yarısında yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 31-ci küçədə yerləşən 1 saylı evin yanına gələrək onunla görüşmüş və o Müşviqə 2000 manat pul vermişdir. Bundan sonra, Müşviq növbəti ayda banka olan 1350 manat kreditdən 900 manatı ödəmiş, lakin Müşviq onun pulunu dediyi vaxtda qaytarmamışdır. O dəfələrlə Müşviqlə əlaqələr saxlayıb ondan pullarını tələb etsə də, Müşviq, onun pulunu qaytarmamışdır. Müşviq həbs olunduqdan sonra isə anası tərəfindən Müşviqin ondan biyan kökü biznesi bəhanəsi ilə aldadaraq aldığı 47180 manat və borc kimi aldığı 25820 manat pul tam olaraq ödənilmişdir. Belə ki, Müşviq ondan 2018-ci ilin iyun ayının ortalarında 3580 manat, 2018-ci ilin iyul ayının əvvəllərində 3600 manat, 2019-cu ilin iyul ayının birinci yarısında 18640 manat olmaqla ümumilikdə 25820 manat pulu alarkən heç bir vəd verməmişdir. Müşviq ondan həmin pulları borc kimi almışdır. Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 47180 manat, borc kimi də müxtəlif tarixlərdə 25820 manat almaqla ondan 73000 manat pul almışdır. Həmin pul Müşviqin anası tərəfindən ona Müşviq həbs olunduqdan sonra 21 dekabr 2020-ci il tarixdə tam olaraq ödənilmişdir və o da bununla bağlı istintaqa ərizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam olaraq ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını, həmçinin verilmiş mülki iddiadan imtina etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 6 ünvanın ətrafında olan mağazalardan alver etmiş, həmin mağazaların içərisində ən çox paltar aldığı mağaza Şahid4 Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 203 ünvanında yerləşən “Öz Kardeşler” restoranı ilə üzbəüz yolun digər tərəfində yerləşən ünvanda işlətdiyi geyim əşyalarının satışı mağazası olmuşdur. Şahid4 ilə münasibəti yaranmış və övladları da həmin mağazadan özlərinə geyim əşyaları alırmışlar. Şahid4 mağazasına gedib gələrkən orada Şəlalə ilə birlikdə həmin mağazanı icarəyə götürüb işlədən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2015-ci ilin axırlarında o özünə ev almaq və artıq kirayədən çıxmaq istəmişdir. Şəlalənin icarəyə götürüb işlətdiyi həmin mağazaya gedibgələrkən orada özünə ev almaq istəməyi ilə bağlı söhbətlər etmiş, həmin söhbətləri eşidən Təqsirləndirilən şəxs ona Şəlalə ilə birlikdə icarəyə götürüb işlətdikləri həmin mağazaya geyim əşyaları gətirmək üçün onlara pul lazım olduğunu, ona görə də, Abşeron rayonu, Masazır qəsəbəsində olan binalardan birində olan evini satmaq istədiyini, həmin evi əgər istəsə ona sata biləcəyini demiş, o da Müşviqin Şəlalənin tanışı və birlikdə işlədiklərini nəzərə alaraq, Müşviqin ona yaxşı vəziyyətdə, yaxşı təmirli ev satacağını və qiymətini də münasib edəcəyini düşünmüşdür. Ona görə də, o, Müşviq, Şəlalə və qızı Nərminlə birlikdə Müşviqin Abşeron rayonu, Masazır qəsəbəsinə gedərək, orada yerləşən "xxxx" MMC tərəfindən tikilən binada olan mənzilə baxmışlar. Mənzil iki otaqlı olmaqla, əla təmirli olmuş və onun mənzildən xoşu gəlmişdir. Müşviqə bu barədə fikrini bildirmiş və Müşviq mənzilin arvadı Şahid10 adına olduğunu demişdir. Müşviqlə evin qiymətini 75000 manata razılaşmışlar. Həmin vaxt Müşviq ona təkrarən bildirmişdir ki, mağazaya geyim əşyaları gətirmək üçün onlara təcili pul lazımdır və evin sənədləri, yəni çıxarışı tam hazır olana qədər notarial qaydada beh kimi ona evin pulunun yarısını ödəsin. Onun da həmin vaxt "xxxx" ASC-də olan depozit hesabında 25000 ABŞ dolları pulu olmuş, həmin pulu hər ay faizi olaraq 270 ABŞ dollar pulu götürərək kirayədə yaşadığı evin kirayə haqqını verə bilməsi üçün depozit hesabına qoymuş, Müşviq beh kimi evin pulunun yarısını ondan istədiyi üçün onunla razılaşmışdır. Bir neçə gün sonra, yəni 30 dekabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə "xxxx" ASC-də olan depozit hesabındakı pulu bankın Xətai rayonu filialından çıxartmış, pulu 5 illik müqaviləyə əsasən bankdan tez çıxartdığı üçün 25000 ABŞ dolları yox, 23687 ABŞ dolları pulu, yəni həmin günün məzənnəsi ilə 36937 manat pulu depozit hesabından çıxartmışdır. Müşviqlə birlikdə 51 saylı notariat ofisinə getmiş, Müşviqin ona göstərdiyi həmin mənzil arvadının adına olsa da, Müşviq etibarnamə əsasında beh müqaviləsinin rəsmiləşdirilməsi zamanı özü iştirak etmişdir. Müşviqin arvadı Şahid10 müqaviləni rəsmiləşdirmək üçün gəlməmiş, müqaviləyə əsasən o bankdan çıxardığı pulun üstünə də özündə olan puldan qoyaraq notariusun bankda olan depozit hesabına 37600 manat pul keçirmişdir. Bundan sonra, Müşviqlə onun arasında beh müqaviləsi rəsmiləşdirilmiş, qalan 37400 manat pulu da, ev 6 aydan sonra evin alqı-satqısı zamanı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədən də göründüyü kimi, Müşviq 30 iyun 2016-cı il tarixədək 6 ay ərzində evin sənədləri, yəni çıxarışı tam hazır olduqdan sonra evin alqı-satqısını həyata keçirəcəyinə söz vermişdir. Bundan 2-3 ay sonra Rusiya Fedrasiyasında yaşayan bacısı Afətə xahiş edərək Müşviqdən aldığı evin pulunun qalanını verməsi üçün ona 37400 manat pul verməsini xahiş etmişdir. Çünki, bacısı Afətə əvvəlcədən ev almağı və beh müqaviləsi bağlayaraq Müşviqə 37600 manat pul verməyi barədə məlumat vermişdir. Bacısı Afət də ərinin adını xatırlamadığı dostunun vasitəsilə ona 27000 ABŞ dolları pul göndərmişdir. O Müşviqə zəng etmiş, lakin onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra, onu axtarmış, lakin tapa bilməmişdir. Şəlalənin yanına gedərək dəfələrlə Müşviqin harada olmasını soruşmaqla, evin qalan pulunu düzəltdiyini bildirmiş, Şəlalə isə Müşviqin Türkiyə Respublikasında olduğunu demişdir. Belə ki, o Müşviqi tapa bilməmiş, təxminən müqavilə bağlandığı gündən bir il sonra Müşviqlə, Şəlalə ilə icarəyə götürüb işlətdiyi həmin mağazada rastlaşmış və onu axtarıb tapa bilmədiyini, pulu düzəltdiyini və evin alqı-satqısını etmək istədiyini bildirmişdir. Müşviq də ona hələ ki, evin sənədlərini tam hazır etmədiyini, bir qədər də gözləməsini bildirmişdir. Müşviqin onu müxtəlif bəhanələrlə aldadıb evin alqı-satqısını həyata keçirməmiş, sonra yenə də onunla əlaqə saxlaya bilməmişdir. Bir müddət sonra Müşviqlə yenidən kirayədə evin həyətində və ona 37600 manat pulu geri qaytarmasını tələb etmişdir. Çünki artıq o Müşviqin bu müddət ərzində əgər evin alqı-satqısını həyata keçirmirsə ondan pulunu geri almağı düşünmüş, Müşviq bildirmişdir ki, bir qədər gözləsin, biznes işləri ilə məşğuldur, mağaza açır, pul qazanıb pulunu qaytaracaqdır. Lakin Müşviq, onun pulunu yenə də qaytarmamışdır. 2019-cu il tarixdə Müşviq ona hissə-hissə poçt vasitəsilə cəmi 750 manat pul qaytarmış, bundan başqa, ona heç nə ödəməmişdir. Sonradan yəni 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs hərəkətlərinə görə onun atası Bəylərlə Mingəçevir şəhərinə gedərək evində görüşmüş və Bəylər bildirmişdir ki, oğlu Müşviq ona deyib ki, ondan aldığı 37600 manat pulu guya ona geri qaytarıb. Həmçinin, Müşviqin atası Bəylər ona bildirmişdir ki, Müşviq həmin evi başqa şəxsə satmışdır, oun hərəkətlərinə görə oğlu ilə və onun anası ilə əlaqə saxlamır münasibətləri də yaxşı deyil. O həmin vaxt Müşviqin onu aldadaraq pulunu mənimsədiyinə tam olaraq əmin olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MMC tərəfindən tikilən binada olan arvadı Şahid10 adına olan mənzilini satmaqla bağlı ona yalan vədlər verib 30 dekabr 2015-ci il tarixdə onunla notarial qaydada beh müqaviləsi bağlamaqla 37600 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək evin alqı-satqısını həyata keçirməmiş və evi başqa şəxsə satmışdır. "xxxx" ASC-də olan depozit hesabındakı pulu Müşviqə verdiyi üçün də 5 ildir ki, hər ay 270 ABŞ dolları olmaqla, 16200 ABŞ dolları faiz olaraq ala bilməmişdir. Yəni ki, Təqsirləndirilən şəxs onu aldatdığı üçün həmin pulu almaqdan da məhrum olub. 2019-cu il tarixdə Müşviq ona hissə-hissə poçt vasitəsilə cəmi 750 manat pul qaytarmış, bundan başqa, ona heç nə ödəməmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Elman qızının ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını və mülki iddiadan imtina etdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 müxtəlif məzmunlu ifadələr verərək ilkin olaraq göstərmişdir ki, 2014-2015-ci il tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində obyektlərdən birini icarəyə götürərək müxtəlif növ geyim əşyaları satmışdır. 2015-ci il tarixdə həmin ərazi söküntü ilə bağlı plana düşdüyündən o satdığı geyim əşyalarını oradan çıxartmışdır. Tanışı Şahid4 xahiş edərək onun hazırda Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 203 ünvanında yerləşən “Öz Kardeşler” restoranı ilə üzbəüz yerləşən ünvanda işlətdiyi geyim əşyalarının satışı mağazasına gətirmiş və orada satmağa başlamışdır. Həmin ərəfədə Şahid4 mağazanı Təqsirləndirilən şəxs ilə birlikdə işlətdiyi üçün orada o Təqsirləndirilən şəxslə tanış olmuşdur. O Şəlaləyə bildirmişdir ki, yenidən başqa bir mağaza icarəyə götürənə qədər hələlik malları onun mağazasında satsın. Bunu Müşviq də bilirdi. Gündüz vaxtları Şəlalənin satıcısı malların satışını həyata keçirirmiş, axşamtərəfi o mağazaya gedərək satılan mallarının pulunu götürürdü. Həmin vaxtlarda Təqsirləndirilən şəxslə iş qurmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, əgər yeni mağaza icarəyə götürərək geyim əşyaları satışı ilə məşğul olmaq istəyirsə, ona pul versin və o Türkiyə Respublikasına gedərək oradan müxtəlif növ geyim əşyaları gətirsin və o da həmin malları yeni icarəyə götürəcəyin mağazada satsın. O düşünmüşdür ki, əgər Müşviq Türkiyə Respublikasına gedirsə və onun üçün mal gətirmək istəyirsə Müşviqə pul versin və onun üçün geyim əşyaları gətirsin. Belə ki, Təqsirləndirilən şəxs ona Türkiyə Respublikasından geyim əşyaları gətirməsi üçün ümumilikdə onun 19400 ABŞ dolları pul vermişdir. Daha sonra Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməyərək bildirmişdir ki, o pulu borc şəklində Şahid4 vermişdir. Belə ki, Şahid4 Türkiyədən mal gətirməsi üçün getmiş, həmin vaxt Təqsirləndirilən şəxs də onunla getmişdir. Mallar gətirdikdən sonra onun pulu qaytarmalı idi. Pulu o Türkiyədən mal gətirməsi üçün deyil, borc şəkilində vermişdir. Pulu Şahid4 versə də, 19400 ABŞ dolları məğləğində pulu ona Təqsirləndirilən şəxs tam şəkildə qaytarmışdır. Səhvə yol vermiş, hadisədə Müşviqin hər hansı günahı olmamışdır. Borc şəklində verdiyi pulu bağışlayır. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs və Şahid4 hər hansı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq eməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı izahat və ifadələrini elə verməyinə səbəb Müşviqlə münasibətlərinin pisləşməsi olmuşdur. Müşviqlə mehriban münasibətdə olmuş, birgə biznes də qurmuşlar. O düşünmüşdür ki, Müşviqi sadəcə polisə dəvət edib, pul ödətdirəcəklər. Eyni zamanda da, İradəni Müşviqlə o tanış etdiyinə görə o cür ifadələr vermişdir. Hazırda dedikləri həqiqətdir. Belə ki, Zərərçəkmiş şəxs3 onun vasitəsilə Müşviqlə tanış olmuşdur. İradə mağazada ev almaqla bağlı söhbət etmiş, həmin vaxt Müşviq bildirmişdir ki, onun Masazır qəsəbəsində hündürmərtəbəli binada iki otaqlı evi var, satmaq istəyir. Zərərçəkmiş şəxs3 Müşviqlə birlikdə həmin evə baxmış və 75000 manata razılaşmışlar. 30 dekabr 2015-ci il tarixdə notariat kontorunda 37600 manat ilkin olaraq beh müqaviləsi bağlamışlar. Həmin müqaviənin şərtlərinə əsasən qalmış 37400 manatı Zərərçəkmiş şəxs3 6 ay müddətində notariusun depozit hesabına keçirməli və alqı-satqı yekunlaşmalı idi. Lakin beh müqaviləsi bağlandıqdan sonra 6 ay ərzində Zərərçəkmiş şəxs3 qalmış 37400 manatı gətirməməsi səbəbindən alqı-satqı baş tutmamışdır. Onlara mal almaq üçün pul lazım olmuşdur, Zərərçəkmiş şəxs3 ilə Müşviqin arasında bağlanmış beh müqaviləsinin müddəti bitdikdən sonra Müşviqlə birgə işlətdikləri mağazaya mal almaq üçün pula ehtiyac olduğundan, müqavilənin müddəti bitdikdən bir ay sonra Müşviq həmin mənzili başqa bir şəxsə satmışdır. Əldə edilən pulla da mağazaya mal alıb, satmışlar. Bundan sonra İradə ondan və Müşviqdən narazı qalmış, verdiyi behi geri tələb etmişdir. Müşviq də həmin pulu birdəfəyə deyil, hissə-hissə qaytaracağını vəd etmişdir. Müşviq ilkin olaraq 3800 ABŞ dolları və iki il müddətində hər ay 1190 manat (700 yeddi yüz ABŞ dolları) olmaqla, ümumilikdə 35020 manat əlbəəl, lakin cəmi 750 manatını poçt vasitəsilə Zərərçəkmiş şəxs3 göndərmişdir. Həmin məbləğdən 4000 manatını Müşviq ona vermiş, o özü şəxsən Zərərçəkmiş şəxs3 vermişdir. Lakin Müşviqə qarşı əsəbi olduğu üçün və qarşı tərəf, yəni Zərərçəkmiş şəxs3 həmin pulu ondan tələb edəcəyindən qorxduğu üçün, Müşviq tərəfindən İradəyə hər ay 1190 manat əlbəəl verilməsini təsdiq etməmişdir. Çünki Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, onun yazdıqlarını ifadəsində təsdiq etməsə, həmin pulları ondan tələb edəcəkdir. Həqiqətdə isə, hər ay Zərərçəkmiş şəxs3 1190 manat əlbəəl pul verilmişdir. Həmin pulların da çox hissəsini Müşviq özü, Müşviq xaricdə olanda isə bank vasitəsilə ona göndərmişdir, o da pulu qəbul edib, Zərərçəkmiş şəxs3 şəxsən özünə vermişdir. Lakin söhbət əsnasında Zərərçəkmiş şəxs3 ona söyləmişdir ki, Müşviqlə onun ona ödədiyi pulları faizə silir və beh müqaviləsi əsasında verdiyi 37600 manatı ona yenidən bir dəfəyə tam şəkildə ona ödənilsin. İşlətdikləri mağazaya mal almaq üçün pula ehtiyacları olduğundan mağazaya gəlib-gedən və onun tanış olduğu Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs 37500 manatı borc şəklində və müəyyən faiz ödəmək şərti ilə qəbul etmiş və qarant olaraq mənzilin alqı-satqısı ilə əlaqədar beh müqaviləsi bağlamışlar. Ərizəsində qeyd etdiyi kimi, hər ay Təqsirləndirilən şəxs və ya onun özü tərəfindən cəmi 35020 manat ona pul qaytarılmışdır. Zərərçəkmiş şəxs3 verilmiş 35020 manatı faizə sildiyini, beh müqaviləsi əsasında vermiş olduğu 37600 manatı ona yenidən tam birdəfəlik şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə gedişatı zamanı məcburiyyət qarşısında qalan Təqsirləndirilən şəxs 37600 manat pul məbləğini Zərərçəkmiş şəxs3 tam şəkildə qaytarmışdır. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun bacısıdır. 2015-ci ilin axırlarında bacısı Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı üçün özünə ev almaq istəmişdir. Bacısı İradənin "xxxx" ASC-də olan depozit hesabında 25000 ABŞ dolları pulu olmuş və həmin puldan hər ay faiz olaraq 270 ABŞ dollar pul götürərək kirayədə yaşadığı evinin kirayə haqqını ödəyirdi. Bacısı demək olar ki, bütün işlərini onunla məsləhətləşdiyi üçün həmin ərəfədə ona zəng edərək bir nəfər Şəlalə adlı tanışının işlətdiyi mağazaya şərik olan Təqsirləndirilən şəxs məxsus evi almaq istədiyini bildirmişdir. O bacısına bunun sevindirici bir iş olduğunu, lakin bütün sənədləşməyə fikir verməsini və sənədlərin yerində olmasını demişdir. Bundan sonra bacısı İradə, bacısı qızı Nərmin, Təqsirləndirilən şəxs və Şəlalə xanımla birlikdə Müşviqə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MMC tərəfindən tikilən binada olan mənzilə baxmış və bəyənmişlər. Elə həmin vaxt bacısı İradə ona zəng edərək Müşviqin evinə baxdıqlarını, bəyəndiklərini, ev Müşviqin olsa da, arvadının adına olduğunu bildirmiş və əlavə olaraq Müşviqə təcili pul lazım olduğunu, xaricdən işlətdikləri mağazaya yeni mallar gətirəcəyini, bunun üçün Müşviqin ondan ən azı evin yarı pulunu beh kimi istədiyini bildirmişdir. O Təqsirləndirilən şəxslə telefonda danışmış və Müşviq ona bildirmişdir ki, narahat olmasın, ilin axırlarıdı, bayram günləridi, ona görə də, MTK-nın rəhbərliyi işləmir, bayram qurtardıqdan sonra 2016-cı ilin yanvar ayının 5-də evi Zərərçəkmiş şəxs3 adına keçirəcək, evin qalan pulunu da İradə 6 aydan sonra ödəyəcəkdir. Müşviq ona bildirmişdir ki, İradənin ona verəcəyi pulla bağlı notarial qaydada beh müqaviləsi bağlayacaqlar. Belə ki, 30 dekabr 2015-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxslə birlikdə gedərək "xxxx" ASC-də olan depozit hesabındakı pulu çıxartmış və Müşviqlə birlikdə notariat ofisinə gedərək beh müqaviləsini rəsmiləşdirmişlər. O həmin proseslərdə iştirak etməmişdir. Lakin proseslərdən məlumatı olmuşdur. Bacısı İradə müqaviləyə əsasən bankdan çıxardığı pulun üstünə də özündə olan puldan qoyaraq notariusun bankda olan depozit hesabına 37600 manat pul keçirtmişdir. Lakin Müşviq xarici ölkəyə getdiyi üçün 2016-cı ilin yanvar ayının 5-də evi İradənin adına keçirtməmişdir. Onunla əlaqə saxlamaq istəsələr də, mobil telefonları bağlı olmuşdur. Bundan 2-3 ay sonra Rusiya Federasiyasında yaşayan bacısı Afətə məxsus onun adına olan torpaq sahəsi 48000 manata satılmış, o, bacısı Afətdən xahiş etmişdir ki, həmin pulun 37400 manatını İradəyə borc kimi versin, İradə aldığı evin qalan pulunu keçirtsin və İradə gələcəkdə ona borcunu hissə-hissə qaytarsın. Pul bacısı Afətə təcili lazım olmadığından onunla razılaşmış və İradəyə 27000 ABŞ dolları borc olaraq vermişdir. Bundan sonra, Müşviqlə əlaqə saxlayaraq qalan pulu ona verməklə evi bacısının adına keçirtməyi düşünsələr də, Müşviqlə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra, Müşviqi axtarsalar da, lakin tapa bilməmişlər. Bacısı İradə dəfələrlə Şəlalənin yanına gedərək Müşviqin harada olmasını soruşmaqla, evin qalan pulunu düzəltdiyini və vermək istədiyini bildirmiş, Şəlalə isə Müşviqin Türkiyə Respublikasında olduğunu demişdir. Belə ki, Müşviqi tapa bilməmişlər. Təxminən müqavilə bağlandıqdan bir il sonra bacısı İradə Müşviqlə təsadüfən Şəlalənin mağazasında rastlaşmış və onu axtarıb tapa bilmədiyini, pulu düzəltdiyini və evin alqı-satqısını etmək istədiyini bildirmişdir. Müşviq də ona hələ ki, evin sənədlərini tam hazır etmədiyini, bir qədər də gözləməsini demişdir. Yenə də Müşviqlə əlaqə saxlaya bilməmişlər. Bir müddət sonra bacısı İradə ilə birlikdə Müşviqlə görüşərək ondan 37600 manat pulu geri qaytarmağı tələb etmişlər. Çünki artıq onlar Müşviq bu müddət ərzində əgər evin alqı-satqısını həyata keçirmirsə deməli İradəni aldatdığını düşünmüşlər. Müşviq də gözləmələrini, biznes fəaliyyəti ilə məşğul olduğunu, mağaza açdığını, pul qazanıb pulu qaytaracağını deymişdir. X16 pulunu yenə də qaytarmamışdır. 2019-cu ildə Müşviq İradəyə poçt vasitəsilə cəmi 750 manat pul qaytarmışdır. Bundan başqa, heç nə qaytarmamışdır. Sonradan, yəni 2019-cu ildə o bacısı İradə ilə birlikdə Təqsirləndirilən şəxs hərəkətlərinə görə onun atası Bəylərlə Mingəçevir şəhərinə gedərək evində görüşmüş və Bəylər bildirmişdir ki, oğlu Müşviq ona deyib ki, İradədən aldığı 37600 manat pulu guya ona geri qaytarıb. Həmçinin, Müşviqin atası Bəylər bildirmişdir ki, Müşviq həmin evi başqa şəxsə satmışdır. Həmin vaxt onlar Müşviqin evi başqa şəxsə satdığını bilmiş və Müşviqin bacısı İradəni aldadaraq pulunu mənimsədiyinə tam olaraq əmin olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MMC tərəfindən tikilən binada olan arvadının adına olan mənzilini satmaqla bağlı bacısı İradəyə yalan vədlər verib 30 dekabr 2015-ci il tarixdə onunla notarial qaydada beh müqaviləsi bağlamaqla 37600 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək evin alqı-satqısını həyata keçirməmiş və evi başqa şəxsə satmışdır. İş üzrə Şahid10 məhkəməyə teleqramla müraciət edərək səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakı küçəsi, ev 23Ada yaşadığını, Təqsirləndirilən şəxs onun əri olduğunu bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, təxminən 7 il əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında əri Təqsirləndirilən şəxs ev alaraq evi onun adına rəsmiləşdirmişdir. MMC ilə onun arasında müqavilə bağlanmış, 30 dekabr 2015-ci il tarixdə əri Təqsirləndirilən şəxs ona verdiyi etibarnamə əsasında adına olan həmin evi bir nəfər qadına satmaq üçün beh müqaviləsi bağlamışdır. Bunu o, sonradan bilmişdir. 2016-cı ilin iyul ayında da Müşviq həmin evi satmışdır. O, bu kimi məsələlərə qarışmır, ona görə də, əri Təqsirləndirilən şəxs notarial qaydada etibarnamə vermişdir. Zərərçəkmiş şəxs3 tanımır. Qeyd etdiyi kimi, evin alqı-satqısını və bu kimi işləri əri Təqsirləndirilən şəxs həyata keçirtmişdir. Əri Təqsirləndirilən şəxs Səbail rayon Polis İdarəsi tərəfindən həbs edildikdən sonra onun barəsində şikayətlər olduğunu bilmişdir. Lakin həmin şikayətlərin məzmununu bilmir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun xalasıdır. Zərərçəkmiş şəxs2n geyim əşyalarının satışı ilə məşğul olur. 2017-ci ilin yanvar ayının əvvəllərində xalası Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, onun bir Müşviq adında tanışı var və Türkiyə Respublikasından müxtəlif növ geyim əşyaları gətirir, Müşviq ona Türkiyə Respublikasına gedəcəyini, əvvəlcədən sifariş verdiyi geyim əşyalarını gətirəcəyini bildirib və ondan bunun üçün müxtəlif tarixlərdə 10000 ABŞ dolları civarında pul alıb, yenidən ondan 4000 ABŞ dolları verməsini deyərək Türkiyə Respublikasından daha çox geyim əşyası gətirib ona verəcəyini demişdir. Xalası Gülnaz ondan 4000 ABŞ dolları borc pul istəyərək bildirmişdir ki, Müşviq adlı şəxs malları gətirdikdən sonra sataraq tez bir zamanda pulunu qaytaracaqdır. O da 2017-ci ilin yanvar ayının əvvəllərində xalası Gülnaza 4000 ABŞ dolları pulu borc olaraq vermişdir. Bundan sonra, xalası Gülnaz 2017-ci ilin yanvar ayının ortalarında yenə də ondan həmin məqsədlə 5000 ABŞ dolları borc pul istəyərək Müşviq adlı şəxsin geyim əşyası gətirmək üçün ondan 5000 ABŞ dolları pul istədiyini bildirmişdir. O da xalası Gülnaza daha pulunun olmadığını, bu səbəbdən də ona əlavə olaraq borc pul verə bilməyəcəyini demiş, xalası Gülnaz da həmin 5000 ABŞ dolları pulu borc olaraq digər xalasının yoldaşı Şahid6 alaraq Müşviq adlı şəxsə vermişdir. O, Təqsirləndirilən şəxs görməmiş və ona şəxsən pul verməmişdir. Xalası Zərərçəkmiş şəxs2 4000 ABŞ dolları pulu ondan borc olaraq alıb Müşviqə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uşaq yaşlarından tanıyır və həmyerlisidir. O, boşandıqdan sonra işləmədiyi və onun gəlir yeri olmadığı üçün mənzilini kirayəyə verərək 2015-ci ildən Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 31-ci küçədə yerləşən 1 saylı evdə yaşayırlar. Lamiyə də ərindən boşandığı üçün birlikdə bir evdə yaşayırlar. Lamiyə işlədiyi üçün ev işlərində ona köməklik edir. 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 ona evdə olarkən bildirmişdir ki, Müşviq adlı bir tanışı ilə biznes əlaqəsinə girmək istəyir, həmin biznes üçün pul qoymaq lazımdır. O Lamiyədən nə qədər pul qoyacağını soruşanda Lamiyə bildirmişdir ki, Müşviq adlı şəxs ona bildirib ki, nə qədər çox pul qoysa, o qədər də yaxşı qazanc əldə edəcəkdir. Lamiyənin evində 25000 ABŞ dolları pulu olmuş və bunu da o bilirmişdir. Lamiyə çox vaxt işdə olduğu üçün pulun yerini ona demişdir. O Lamiyəyə Müşviq adlı şəxsə pul verəndə ehtiyatlı olmasını, aldanılmamasını məsləhət görmüş, çünki söhbət zamanı Lamiyə ona Müşviq adlı şəxsin ondan əri ilə birlikdə olan evinin satılıb-satılmamasını, neçəyə satılmasını soruşduğunu demişdir. Onda Müşviq adlı şəxsin Lamiyədə pul olduğunu öyrənib aldadıb əlindən alacağı ilə bağlı şübhələr yaranmış, belə də olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 2018-ci ilin fevral ayından başlayaraq Müşviqin istəyi ilə ona pullar verməyə başlamışdır. Onun özünün pulu qutardığı üçün Bela adı ilə tanıdıqları Bəsxanımdan da borca 10000 manat pul alıb Müşviqə vermişdir. Lamiyə, hər dəfə pulu verəndə o yenə də Lamiyəyə ehtiyatlı olmasını demişdir. X18 inandığını, onun etibarını qazandığını, Müşviqin özünü pul alıb aldadan bir insan kimi tanıtmadığını demişdir. O da Lamiyəyə həmin məsələdə çox təkidlə qarşı çıxa bilməmiş, düşünürdü ki, işlərin axırı yaxşı olar. Ona görə də, çox da Lamiyənin üstünə getməmişdir. Müşviqin Lamiyəyə “whatsapp”la göndərdiyi səsli mesajları ona qulaq asdırmış və həmin şəxs Müşviqə biyan kökünün hansısa rayonlardan yığılaraq xarici ölkələrə satılması ilə əlaqədar hər dəfə müxtəlif məbləğlərdə pul lazım olduğunu demişdir və Lamiyə də aparıb həmin məbləğlərdə pulları Müşviq adlı şəxsə vermişdir. Lamiyə Müşviqin şəkillərini də ona göstərmişdir və o Müşviqi üzdən tanımışdır. Bir müddət sonra, yəni 2018-ci ilin iyun-iyul aylarında Lamiyədən işlərin nə yerdə olduğunu soruşanda Lamiyə Müşviqin ona işlərin qaydasında olduğunu və işlərin sonunda yaxşı qazanc əldə edəcəklərini dediyini bildirmişdir. Lamiyə Mingəçevir şəhərinə də getmişdi ki, orada Müşviqin icarəyə götürdüyü torpaq sahələrinə baxsın. 2019-cu ilin əvvəllərində artıq Lamiyə narahat olmuş, çünki Müşviq ona verdiyi sözləri tutmamış və Lamiyədən aldığı pulların müqabilində nə qazanc vermiş, nə də ki, pullarını geri qaytarmışdır. Həmçinin, Müşviq ona biyan kökü ilə bağlı işlərin baş tutmadığını, Mingəçevir şəhərində mağaza açıb işlədərək pul qazanıb ondan aldığı pulları ödəyəcəyini demişdir. 2019-cu ilin iyul ayında Lamiyə evdə olarkən bildirmişdir ki, Müşviq ona zəng edib demişdir ki, ona 18640 manat pul lazımdır. Lamiyə də 18640 manatı Müşviqə verməyi düşünmüşdür. O artıq Müşviq adlı şəxsin Lamiyəni aldatdığını, ondan istifadə edib pulunu mənimsədiyini bilmişdir. Ona görə də, Lamiyəyə pulu ona verməməsini, ziyanın yarısından dönməsini bildirmişdir. Lamiyə isə Müşviqin and-aman edərək aldığı pulu tez bir zamanda qaytaracağını dediyini bildirmişdir. Nəticədə 2019-cu ilin iyul ayında Lamiyə evini bankda girov qoyaraq 35000 manat pul kredit götürmüş, həmin puldan 10000 manatını aparıb Bəsxanımın borcunu vermiş, 18640 manatını da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 31-ci küçədə yerləşən 1 saylı evin yanına gələn Müşviqə küçədə vermişdir. Çox keçmədən elə iyul ayında Müşviq adlı şəxs yenidən Lamiyədən 2000 manat pul istəmişdir ki, Mingəçevir şəhərində yerləşən mağazaya kondisioner gətirəcək, satıb onun pulunu qaytaracaq, lakin 2000 manat pulu çatmır. Lamiyə də bildirmişdir ki, Müşviq ona deyib ki, daha bu axırıncı istədiyi puldur. Bundan sonra ondan aldığı bütün pulları qaytaracaqdır. Müşviq yenə də Lamiyənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 31-ci küçədə yerləşən 1 saylı evin yanına gəlmiş və Lamiyə çıxıb pulu aparıb Müşviqə vermişdir. Daha o, həmin vaxt Lamiyə ilə birlikdə küçəyə çıxmamışdır. X9 70000 manatdan çox aldığı pulları geri qaytarmamışdır. Ona dəfələrlə müxtəlif bəhanələr gətirmiş, Lamiyə də məcbur qalıb Müşviq barəsində şikayət etmişdir. Lamiyə hər dəfə Müşviq adlı şəxsə müxtəlif məbləğlərdə pullar vermişdir. O, həmin məbləğləri tam xatırlamır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 1990-cı ildən tanıyır, həmin illərdə birlikdə Axundov kitabxanasında işləmiş, münasibətləri də yaxşı olmuşdur. Hazırkı dövrə qədər də rəfiqə olduqlarını, bir-birilərinin evinə gediş-gəlişləri olduğunu bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs görməmiş, lakin rəfiqəsi Zərərçəkmiş şəxs1 tanışı kimi adını eşitmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə bağlı bir rəfiqə kimi ona danışmış, Müşviqin adını Lamiyədən çox eşitmişdir. Zərərçəkmiş şəxs1 2019cu ilin iyul ayından sonra onunla söhbət edərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan 2018-ci ilin fevral ayından başlayaraq 2019-cu ilin iyul ayına qədər olan müddət ərzində dəqiq xatırlamadığı məbləğdə pulunu alıb ki, guya biyan kökü yığdıraraq xarici ölkələrə satıb qazanc əldə edəcəklər, həmçinin, Mingəçevir şəhərində mağaza açıb işlədəcəklər. O da, Zərərçəkmiş şəxs1 həmin məbləğdə pulları Təqsirləndirilən şəxs və ya yaxşı tanımadığı qeyrisinə verməsi ilə bağlı iradlarını bildirmişdir. Lamiyə də Müşviqin ona özünü inandırdığını, ondan həmin pulları hissə-hissə alaraq yaxşı qazanc əldə edəcəklərini söz verdiyini bildirmişdir. Ona görə də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 istintaqa 1 ədəd yaddaş kartı təqdim edərək həmin yaddaş kartında Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı pulları ondan tələb etməsi ilə bağlı olan telefon danışıqları zamanı mobil telefonunun avtomatik səs yazan proqramı vasitəsilə qeydə alınmış səs yazılarının (fonoqram) olduğunu bildirmişdir. 14 oktyabr 2020-ci il tarixli baxış protokoluna əsasən Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd yaddaş kartına baxış keçirilmiş, baxış zamanı yaddaş kartında ümumilikdə dörd ədəd “WhatsApp Audio 2019-11-08 at 14.12.33 (1)”, “WhatsApp Audio 2019-11-08 at 14.12.33”, “WhatsApp Audio 2019-11-08 at 14.12.34 (1)” və “WhatsApp Audio 2019-11-08 at 14.12.34” adlı fayl olduğu aşkar edilmişdir. Həmin fayllara baxış zamanı müəyyən edilmişdir ki, “WhatsApp Audio 2019-11-08 at 14.12.33 (1)” adlı fayl 1 dəqiqə 45 saniyə, “WhatsApp Audio 2019-11-08 at 14.12.33” adlı fayl 3 dəqiqə 59 saniyə, “WhatsApp Audio 2019-11-08 at 14.12.34 (1)” adlı fayl 2 dəqiqə 1 saniyə, “WhatsApp Audio 2019-11-08 at 14.12.34” adlı fayl 1 dəqiqə 24 saniyədən ibarətdir. Fayllarda kişi və qadın cinsindən olan şəxslərin aralarında olan söhbətlər öz əksini tapır. Belə ki, bir qadın cinsindən olan şəxs kişi cinsindən olan şəxsdən pulunu tələb edir. Kişi cinsindən olan şəxs də yanında başqa şəxslər olduğunu, sonra söhbət edəcəyini, sonra da kobud şəkildə hara şikayət etmək istəsə etməsini deyir, qadın cinsindən olan şəxs onun evini girova qoyduğunu, ondan aldığı pulların biyanda, “Krpitovalyuta”da, mağazada batdığını dediyini bildirir. Kişi cinsindən olan şəxs tez bir zamanda həll edəcəyini, torpaq götürdüyünü, müştəri çıxdığını, çökəyə torpaq tökdüyünü, satıb pulunu qaytaracağını bildirir. Qadın cinsindən çıxan şəxs 70000 manatdan çox pulunun batdığını, 50000 manat pulunun elə biyanda batdığını deyir. Kişi cinsindən olan şəxs də hələ həmin məbləğləri hesablayacaqlarını, 18000-dən əlavə 46-47 min olduğunu deyir, lakin qadın cinsindən olan şəxs 46-47-min yox, 50000 manat olduğunu qeyd edir. Kişi cinsindən olan şəxs də hesablaşma aparacaqlarını, 72000-in içində “Bela”dan aldıqları pulun da olduğunu deyərək, artıq biyan işi ilə bağlı 50000 manat pul verməsi ilə razılaşır. Qadın cinsindən olan şəxs hər ay pulunu verməsini istəyəndə kişi cinsindən olan şəxs onun banka olan kreditini ödəyəcəyini, krediti bağlayıb 35000 manat ödənildikdən sonra digər puldan həmin pulu siləcəyini, nə qalıbsa verəcəyini, sabah pul götürüb “Bela”nın pulunu verəcəyini deyir. Bundan sonra, qadın cinsindən olan şəxs “Bela”nın pulunu keçirib-keçirməməsini soruşur, kişi cinsindən olan şəxs də onun vaxtının olmadığını, hazırda işinin olduğunu, danışa bilmədiyini, qadın cinsindən olan şəxs də kövrələrək onu 70000-dən çox ziyana saldığını deyərək, pulunu qaytarmasını, onu nə günə qoyduğunu bildirir. Bundan sonra, kişi cinsindən olan şəxs axşama torpaq işinin öz həllini tapdığını, “Bela”nın pulunu gətirib verəcəyini, qadın cinsindən olan şəxs də kartına köçürməsini bildirir. Qadın cinsindən olan şəxs də ayın sonunda bankın kreditini keçirməsini dedikdə, kişi cinsindən olan şəxs də razılaşır. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqdim etdiyi bir ədəd yaddaş kartında olan səs yazılarında olan qadın cinsindən olan şəxs o, kişi cinsindən olan şəxs isə Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs pulunu tələb edir, ondan bankdan evini girov qoydurub götürtdüyü krediti ödəməsini tələb edir, lakin Təqsirləndirilən şəxs hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağını, rəfiqəsi “Bela” kimi tanıdıqları Şahid1 aldığı pulu qaytaracağını desə də, onu aldadaraq qaytarmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 15 yanvar 2021-ci il tarixli 4/1026 nömrəli rəyində tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri aşağıdakı kimi verilmişdir: “WhatsApp Audio 2019-11-08 at 14.12.33 (1)” K1- Alo Q1- Alo K1- Hə Q1- Mənim pulumu qaytar K1- Lamiyə mən dedim axı mən yoldaşlarnanam söhbət eliyirəm Q1- Sən yalan hər dəfə, 9 –dan sora nə bilim kimnən olursan, 10-a kimi mənnən söhbət ... vaxd uzadırsan? K1- Lamiyə başa düşmədin mən torpağa görə düşmüşəm. Vaxd uzatmıram e, nə eliyəssənsə ged elə. Yəni, gözlüyürsənsə gözlə, gözləmirsən ged biləcəyivi elə, məni yığma onda Q1- A nə qədər insafsızsan K1- A başa düşmürəm, ay insan sən indi danışmağ isdirsən ama vaxdım yoxdu Q1- Sən indi məni niyə bugünə qoydun? K1- A qoydum qoymadım batdı getdi Q1- Demirsən arvadımın evi var, nə bilim maşını var. Onu niyə gedib qoymadın məni qoyurdun? Yaxın idi də o sənə? K1- Ay bala, ay insan mən sənə söz deyirəm sən başa düşmürsən? Q1- Dedin biyana, biyanda batdı. Apardım pulu nə bilim kriptovalyuta orda batdı, gəldin kənddəki biyanda batdı, maqazində batdı, noldu hamısında batdı? K1- Batdı Q1- Batmıyıb e, sən məni /// “WhatsApp Audio 2019-11-08 at 14.12.33” K1- Alo Q1- Alo K1- Hə, Lamiyə Q1- Müşviq bax Bella məni uje neçə gün idi xəbər yox idi mən də elə bilirdim ki, sən pulunu keçirtmisən. Uje bugün məni bezdirib K1- Lamiyə həll eliyəcəm. Bircə gün gözdə, bircə gün Q1- Sənə zəng vurur götür denən həll eliyəcəm də K1- Götürmürəm. Bircə gün gözdə torpağ tökdürürəm bu abyektə. Buranı düzəltmişəm müşdəri çıxıb, qoy görüm nağayrıram. Bu dəyqə düşmüşəm onun dalınca. Olan qopanın hamısın verib 30 maşın torpağ tökmüşəm bu çökəyə. Diyanmışam burda Q1- Bellanın pulunu verəydin də K1- Az bədbaxd qızı deyirəm müşdəri çıxıb buranı satım sənnən canımı kutarım mən Q1- A nə vaxd satacağsan? K1- İndi adam gəlir səhər tezdənnən gəlib baxmalıdırlar. Düzəldirəm o çökək, partdıyıb kanalziyasiya, qamışdıq, deyirlər bataqlıqdı Q1- Neçiyə satırsan? K1- A sənə nə dəxli var? Q1- Nətər mənə dəxli var, mənə nə qədər pul çatacağ, dəxli yoxdu mənə? K1- Sənə cəmi 18 min, 20 min pul ödüyəcəm Q1- Niyə bəs mənim 70 minnən pulum K1- Onu hələ açcot eliyəciyik 70-di, 70 deyil Q1- Açcot eləmişiy sənnən 70 min çıxıb yalannan mənə/// K1- A yox, hardan 70 min çıxıb az mənə nağıl danışırsan? Q1- ... danacağ e, a K1- Hə, bə nə? Q1- 50 min, biyanda batdı da elə K1- 50 min piyanda nədi a? Q1- Allah sənin bəlanı versin Müşviq. İndi danırsan? K1- Oturub hesablıyacıyıq. Bu azalmağa doğru getmir, elə arta-arta gedir? Q1- Pul veribsən ki, azalsın? K1- Axırıncı dəfə biz oturub hesablıyanda bu 18 minnən əlavə, 46-dı, 47-di, nəydi Q1- Xeyr, 50 min idi dəqiq K1- Açcotunu aparacıyıq. Mən var da, yazıb götürmüşəm səndən Q1- 50 min idi da, 50 min idi, hardan idi? 50 min idi. 18 min də üsdə gəldi dalınnan neçə dəfə banga pul keçirmişəm, nə qədər eliyir? K1- Ə keçirən bu biri başınnan da azalır da. Be belə veribsənsə bu biri başından azalır da. Sən hesablamısan, heylə döyül, bircə dəyqə dayan. Sən bangın nəyini hesablıyıbsan, 35 mini? Q1- Sora da mən bangı hesablamamışam e, mən sənə verdiyim pulu hesablamışam K1- O pulun içində sənin verdiyin, o 72-in içində o (Belanın) şeyi də gedir Q1- 50 min mənim biyana pulum getmişdi K1- Başa düşdüm e, Bellaya 5 min vermisən? Q1- Mənim deyirəm 50 min biyana pulum getmişdi, 50 min. Eləmi? Sora da 18 min verdim, dalınnan da 3 dəfə banka pul keçirmişəm K1- Sata bilsəm 20 min saa pul gətirib verəcəm ki, mənnən bir 7-8 ay uzağ dur Q1- Nətər 7-8? Sora neyniyim mən? Camahatın borcun ... K1- Helə, helə, helə. Heç bu da yoxdu. Bədbaxd qızı bədbaxd guya bu var? Gözdə, gözdə də az, bə nağayrım mən, onu kim verəsidi mənə? Yüz oyun qurmuşam bayaqdan Q1- Sora hər ay ... hər ay mənim pulumu .... K1- Mən özüm bilirəm. Bangını ödüyəcəm, bangını. Bağlıyıb kutarannan sora 35 min ki, bağlanacağ e, təmiz, borcdan, aramızdakı haqq-hesabdan 35 mini siləciyik, nə qalacağsa onu verəcəm Q1- Axır da, ver, ver, nə deyirəm ki? K1- Hə, də mən bilirəm, nə deyirəm. Təki düzəlsin Q1- Ver mənim pulumu ver, ay qardaş mən öldüm mən, belə şey olmaz K1- Təki düzəlsin də. Dilin qatlanacağ ayın 11-i. Az 230 manat, maşının biri 11 manatdan gedib katlavannan/// Q1- Ə bə mən neyniyim Bella mənim üsdümə dirənib K1- Başa düşmür e, katlavannan, Xırdalanda yer qazırlar, oranı danışmışam zibili gətirsinlər bura doldurun. Doldururam ki, oranı /// Q1- İndi Bellanın pulunu vermiyəssən sən? K1- Ə sabah verəcəm də öyün yıxılmasın, sabah pul götürürəm. İmkan ver də mənə Q1- İndi guya sabah yer satılmasa Bellanın pulunu vermiyəssən də belə çıxır? K1- Yo, yo, yo, sabah pul/// Yerə görə demirəm az, yer hələ 20 gün çəkəcəy. Ok-ni alannan sora. Sabah özüm pul götürürəm, verəcəm Bellanın pulun Q1- Allaha and olsun, mən gözdüyürəm, gözdüyürəm, şeyə çatmıram, ama belə olmaz. Öz-özümə oturub fikirləşirəm ilahi nujeli insan bu qədər vijdansız ola bilər e, nujeli sən bu qədər vijdansızıymışsan? K1- Gəldim qardaş. Ə di yaxşı dana, danışarıq dana. Ölür e, elə danışağdan Q1- Nətər ölmürəm, bu boyda borcun içindəyəm nağayrmalıyam ki? “WhatsApp Audio 2019-11-08 at 14.12.34 (1)” K1- Alo, hə Q1- Sən indi Bellanın pulunu keçirtmiyəcəysən Müşviq? K1- Keçirdəcəm, imkan ver də mənə, dedim axı bu dəyqə məşğulam Q1- Yox e, rayonnan gələndə dedin pul gətirib gəlirəm keçirdəcəm K1- Keçirdəcəm. İmkan ver, işnən məşğulam bu dəyqə Q1- İmkan ver deyəndə guya mən sənə nağayrram ki? K1- Vaxdım alırsan mənim Q1- Ə sən Allah mən həmişə sənin vaxdını alıram e. Mən saa deyirəm Bellanın pulunu keçird, ayın 11-i də bang gəlir. Mənə sənin başqa şeyin lazım döyül e, ged nağayrsan qayır. Mənim pulumu keçir. Məni 70 minnən çox ziyana salmısan, mən ölürəm, bangı da keçirsəm 100 neçə minə gəlib çıxır. Mən neyniyim? Allahın vijdanın olsun e. Mən heş nə eləmirəm, sənə höysələynən deyirəm, deyirəm K1- A, hösələli ol. Gəlmişəm bu dəyqə ancağ bu dəyqə torpağın üsdünə düşürəm, imkan ver mənə Q1- Yox, sən mənim vəziyyətimi bilirsən də məni nə günə qoymusan K1- Bilirəm, bilirəm heş nə dəyişmir onsuz da. Belə danışmağnan heş nə dəyişmir Q1- Nətər dəyişmir? Sən bil ki, bir insanı bugünə salmısansa bu insan artıq ölümdü də uje K1- Bilirəm .... canım kutarsın Q1- Yox mən küçədə ac qlanannan sora sən bilmirsən mən nələr eliyə bilərəm? K1- Az cəhənnəmə elə, ged bugünnən elə Q1- Vecinə döyül də məni bugünə qoymusan? K1- A vecimə döyül yox e, nəyisə dəyişməyə gücüm çatmırsa talehimnən barışmalıyam da Q1- Müşviq məni niyə bugünə qoydun ki? Düşmənçiliyim var idi sənnən, nə pisdiy eləmişdim sənə? K1- A yoxdu. Ay bala insanlarnanam bu dəyqə, qoy dedim sənnən rahat danışaram. Davay da, yaxşı Q1- Niyə bugünə qoydun məni? K1- Davay yığacam səni, sağ ol “WhatsApp Audio 2019-11-08 at 14.12.34” K1- Alo Q1- Hə K1- Hə, neynirsən? Q1- Heş nə, evdəyəm K1- Evdəsən, işdə? Q1- Evdə K1- Hə, heş nə. Mən indi torpağı məşğulam bunnan, axşam da şey eliyib Bellanın pulunu düzəldib gətirib verəcəm sənə Q1- Vermə e, kartına otuzdur da K1- Hər nədisə eliyəcəm də, dedim biləsən Q1- Hə, şükür Allaha. Noldu, yer satılır? K1-Hə, deyəsən razılaşırlar qoy görəy. Tezdənnən buraları zadı kutarmışam. Allah kərimdi görəy. Düzəltdirib eləmişəm. Düzəltdirə-düzəltdirə 3-4 dənə adam gəlib maraqlanıb Q1- ... K1- Ora çökəy-mökəy yerdi, bir az camahata /// Q1- Müşviq ayın 14-ü bangı keçirdərsən K1- Hə, toparliyacam gətirib hamısın bangə keçirdəcəm, gözdə də Q1- ... belə şeylər.... hamısı olmuyub yalannan /// K1- İndi bilmirəm də, mən çalışıram ödəməyə Q1- Çalışıram yox e, maqazin.... götürmürdün, aylıq ödə də K1- Səni yığdım ki, yəni ... Q1- Başa düşürəm e, aylıq ödüyərsən də mənim bangımı K1- Yaxşı, yaxşı, yaxşı Qeyd olunan rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir:

1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SP” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.

2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SP” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlarda 1 (bir) nəfər kişi və 1 (bir) nəfər qadın cinsinə məxsus şəxs iştirak etmişdir.

3. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SP” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1 məxsusdur.

4. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SP” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramların qeydə alındıqları fayllar ilkin olmayıb, yazılışdan sonra mesencr proqram vasitəsilə emal olunmuşdur.

5. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SP” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlarda situasiya ilə əlaqəli olmayan məntiqi rabitənin pozulması, yazı qurğusunun dayanması kimi montaj əlamətləri qeydə alınmadı. Lakin mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından fonoqramlarda digər dəyişikliklərin olub-olmaması barədə ətraflı tədqiqatın aparılması mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manatdır. Azərbaycan Respublikası DİN-in BDYPİ-dən daxil olmuş 28 oktyabr 2020-ci il tarixli 016- 99478-1220 saylı məkubdan və məktuba olan əlavədən görünür ki, Təqsirləndirilən şəxs adına 20 may 2002-ci il tarixdən “VAZ 21074” markalı **-KO-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 30 oktyabr 2020-ci il tarixli **********74 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi, 23a fərdi yaşayış evi 27 aprel 2013-cü il tarixdə, Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 37B ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi 08 mart 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 5(009)-4742/2020 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs adına olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi, 23a fərdi yaşayış evi, Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 37 B ünvanında yerləşən 0,06 ha həyatyanı torpaq sahəsinə və “VAZ 21074” markalı və **-KO-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış keçirilməsi haqqında 04 dekabr 2020-ci il tarixli protokola əsasən diskin yaddaşına “55818_Zəng Statistika (Qarşı Abunə)-**********44”, “55819_SMS Məzmun (Qarşı Abunə)-**********44” və “55820_B-S Yer Dəyişdirmə(Hamısı)-**********44” adlı 3 ədəd fayl əlavə edilmişdir. Hər üç faylda məlumatlar yalnız 01.08.2017-ci il tarixdən etibarən verilmiş, 2015-2016-cı illər üçün məlumatlar verilməmişdir. ***-***-**-** telefon nömrəsinin xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi müəyyən edilir. “55818_Zəng Statistika (Qarşı Abunə)-**********44” adlı fayla baxış keçirdikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** telefon nömrəsi arasında 18.06.2020-ci il tarixdə 25 dəfə, Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** telefon nömrəsi arasında 16.12.2017-ci il tarixdən 28.09.2020-ci il tarixədək olan müddət ərzində 2948 dəfə, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında 13.12.2017-ci il tarixdən 25.07.2019-cu il tarixədək olan müddət ərzində 351 dəfə, Şahid9 məxsus ***-***-**-** telefon nömrəsi arasında 03.02.2018-ci il tarixdən 23.04.2019-cu il tarixədək olan müddət ərzində 85 dəfə, ***-***-**-** telefon nömrəsi arasında 04.02.2018-ci il tarixdən 22.12.2018-ci il tarixədək olan müddət ərzində 29 dəfə, Şahid4 məxsus ***-***-**-** telefon nömrəsi arasında 09.08.2017-ci il tarixdən 05.02.2020-ci il tarixədək olan müddət ərzində 1115 dəfə danışıqlar olmuşdur. “55819_SMS Məzmun (Qarşı Abunə)-**********44” adlı fayla baxış keçirdikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** telefon nömrəsi arasında 10.01.2018-ci il tarixdən 27.09.2020-ci il tarixədək olan müddət ərzində 5503 dəfə sms giriş-çıxışı olmuş, ilk əvvəllər hər iki nömrə arasında sevgi mesajları olsa da, 2019-cu ilin əvvəllərindən Lamiyyə Binnətovaya məxsus qeyd olunan nömrədən Təqsirləndirilən şəxs məxsus qeyd olunan nömrəyə pulunun alınaraq aldadılması və verilmiş pulların geri tələb edilməsi, ediən zənglərinə cavab verilməməsi və telefon zənglərinə cavab verilməsinə dair tələblərin irəli sürülməsi ilə bağlı smslər daxil olmuş, lakin daxil olmuş smslərə mahiyəti üzrə cavablar verilməmişdir. Həmçinin ***-***-**-** telefon nömrəsinə 20.04.2018-ci il tarixdə Şahid9 məxsus ***-***-**-** telefon nömrəsindən “Müşviq salam ferhaddı mene zeng vur” mətnli, ***-***-**-** telefon nömrəsindən isə 21.11.2018-ci il tarixdə “Müşviq salam,Ferhaddı.Mene zeng vur!”, 24.12.2018-ci il tarixdə “Müşviq salam! Men İrade xanım gilde seni gözleyirem.Sen hardasan,telefonu niye götürmürsen?Men seni başa düşmedim?Mene nağıl danışırsan?”, 21.02.2019-cu il tarixdə “Müşviq ev meselesine göre seni axtarıram.Tecili zeng vur” mətnli smslər daxil olmuş, lakin cavab verilməmişdir. “55820_B-S Yer Dəyişdirmə(Hamısı)-**********44” adlı fayla baxış keçirdikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** telefon nömrəsi 2018-ci ilin fevral ayının əvvəllərində, ortalarında və sonlarında, bir neçə gün sonra, yəni 2018-ci ilin mart ayının əvvəllərində və ortalarında, həmçinin, 2018-ci ilin may ayının ortaları, ikinci yarısı və axırlarında, həmin ilin iyun ayının ortalarında ünvan 10 ünvanının ətrafındakı ərazilərdə, 2018-ci ilin iyul ayının əvvəllərində Mingəçevir şəhərində, 2018-ci ilin iyul ayının əvvəlləri, birinci yarısı və ikinci yarısında Bakı şəhərinin müxtəlif ərazilərində, eləcə də, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs 12.01.2016-cı il tarixdən 31.01.2016-cı, 01.02.2016-cı il tarixdən 08.02.2016-cı, 12.03.2016-cı il tarixdən 28.01.2017-ci, 26.12.2017-ci il tarixdən 30.08.2019-cu il tarixlərdə və 04.09.2019-cu il tarixdən sonrakı dövr ərzində Azərbaycan Respublikasının ərazi hüdudları daxilində olmuşdur. 30 dekabr 2015-ci il tarixli məxaric orderinə əsasən Zərərçəkmiş şəxs3 həmin tarixdə "xxxx" ASC-də olan ******************** nömrəli hesabdan 23687 ABŞ dolları məbləğində pul çıxartmışdır. 30 dekabr 2015-ci il tarixli beh müqaviləsindən görünür ki, Şahid10 "xxxx" MMC tərəfindən 09.04.2015-ci il tarixdə verilmiş YB/3D-31/12 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış binalarının 3D korpusundakı 31 nömrəli iki otaqlı mənzili özəlləşdirdikdən sonra satacağı Zərərçəkmiş şəxs3 75000 manata satmağı qərara almışdır. Zərərçəkmiş şəxs3 37600 manat beh məbləğini notariusun depozit hesabı vasitəsilə ƏlirzayevPərvin Ruslan qızına ödəyir. Mənzilin dəyərinin qalığını, yəni 34400 manatını Zərərçəkmiş şəxs3 30 iyun 2016-cı il tarixədək mənzilin sənədləri hazır olduqdan sonra bağlanacaq alqı-satqı müqaviləsinə əsasən notariusun bankda olan depozit hesabı vasitəsilə Şahid10 ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tam ödənildiyi andan mənzil Zərərçəkmiş şəxs3 sərnəncamına keçir və Şahid10 həmin mənzil üzərində bütün hüquqları itirilmiş hesab olunur. 30 iyun 2015-ci il tarixədək Şahid10 birtərəfli qaydada müqaviləni poza, həmin mənzili sata, dəyişə, girov qoya və ya həmin mülk üzərində heç bir dəyişiklik edə bilməz. Razılaşdırılmış vaxt başa çatdıqdan sonra Zərərçəkmiş şəxs3 tərəfindən mənzilin dəyəri tam ödənilməzsə mənzil Şahid10 sərəncamında qalır və müqavilə qüvvəsini itirilmiş hesab edilir, həmçinin, ödənilmiş beh Şahid10 qalır. Əgər razılaşdırılmış vaxtda Şahid10 mənzili satmaqdan imtina edərsə ilkin ödənilən beh ikiqat həcmində Zərərçəkmiş şəxs3 qaytarılacaq. Müqavilə tərəfi kimi Şahid10 əvəzində müqaviləni Bakı şəhəri, 3 saylı notariat ofisində 21 may 2013-cü il tarixli 3935 reyestr nömrəli etibarnamə əsasında Təqsirləndirilən şəxs imza etmişdir. 01.07.2019-cu il tarixindən 01.01.2020-ci il tarixədək Zərərçəkmiş şəxs3 adına göndərilmiş pul köçürmələrinin siyahısından görünür ki, Təqsirləndirilən şəxs 01.02.2019, 26.02.2019 və 04.03.2019-cu il tarixlərdə Zərərçəkmiş şəxs3 adına ümumilikdə 750 manat pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş 25 iyul 2016-cı il tarixli YB/3D-31/3 nömrəli “mənzil müqaviləsi”ndən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən "xxxx" MMC tərəfindən tikilən yaşayış binasının 3D korpusundakı 31 nömrəli, iki otaqlı mənzil X4 34370 manata satılmışdır. İş materiallarına əlavə edilmiş 10 iyul 2019-cu il tarixli DEN-A0039-08/19A nömrəli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs1 "xxxx" ASC-in “Səbail” filialından 36 ay müddətində 35000 manat məbləğində kredit götürmüşdür. 21 oktyabr 2020-ci il tarixdə 18.03.2016, 28.03.2016, 20.04.2016, 20.05.2016, 20.06.2016, 06.01.2017, 10.01.2017, 13.01.2017, 16.01.2017, 20.02.2018, 28.02.2018, 15.03.2018 və 15.05.2018-ci il tarixlərdə bir ABŞ dollarının manata olan məzənnə dəyərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytı “cbar.az”-dan 26 vərəqdə çıxarışlar edərək cinayət işinin materiallarına əlavə edilmişdir. 16 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 2018-ci ilin fevral ayından 2019-cu ilin iyul ayınadək Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək müxtəlif ünvanlarda ondan ümumilikdə 73000 manat pulunu birgə iş qurub qazanc əldə etmək adı ilə alması və heç bir iş görməyərək pulunu ələ keçirməsi ilə bağlı 09 noyabr 2019-cu il tarixdə Səbail Rayon Polis İdarəsinə verdiyi ərizəsi və həmin ərizə ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 18 sentyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İlkin araşdırma müddətində Zərərçəkmiş şəxs2 23 yanvar 2020-ci il tarixdə Səbail Rayon Polis İdarəsinə ərizə verərək Təqsirləndirilən şəxs onun mağazasına sənaye malları alıb gətirmək adı ilə 2017-ci ilin mart və aprel aylarında müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 19400 ABŞ dolları pulunu ələ keçirdiyini bildirmişdir. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs3 ərizə verərək tanışı Şahid4 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs 30 dekabr 2015-ci il tarixdə özünə məxsus evini ona satacağı adı ilə onun 37600 manat pulunu beh kimi alaraq ondan xəbərsiz həmin evi digər şəxsə satmaqla pulunu mənimsəyib ona qarşı dələduzluq etdiyini bildirmişdir. 16 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Elman qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Təqsirləndirilən şəxs 20 oktyabr 2020-ci il tarixdə, saat 17:54-də şübhəli şəxs qismində tutulmuşdur. 22 oktyabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmiş, eyni tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-534/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-819/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 22 oktyabr 2020-ci il tarixli, 4(009)-534/2020 saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli, 4(009)-644/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti seçilmiş həbs qətimkan tədbirinin qalan müddəti həddində, yəni 20 fevral 2021-ci il tarixədək müəyyən edilmişdir. 21 dekabr 2020-ci il tarixdə X1 Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək oğlu Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 dəymiş 73000 manat məbləğində ziyanı ödəmək istədiyini bildirmiş və təqdim etdiyi həmin məbləğdə pulun Zərərçəkmiş şəxs1 təqdim edilməsini xahiş etmişdir. 21 dekabr 2020-ci il tarixli protokola əsasən X5 təqdim etdiyi 73000 manat pul götürülərək Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 21 dekabr 2020-ci il tarixdə Səbail Rayon Polis İdarəsinə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini, ona görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də bununla əlaqədar heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacağını bildirmişdir. 28 dekabr 2020-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, eyni tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. 06 yanvar 2021-ci il tarixdə iş üzrə ibtidai istintaq müddəti 2 ay olmaqla 5 ayadək, yəni 16 fevral 2021-ci il tarixə kimi uzadılmışdır. 16 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri nəzərə alınmışdır. 22 yanvar 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli, 256 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs Bəylər oğlu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvan 12 evdə daimi pasport qeydiyyatındadır. Ailə tərkibi yoldaşı – Şahid10, qızı –X8, oğlu-X7 İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Bəəylər oğlu Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, ünvan 12 ünvanında yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs1 mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətləri və qanunazidd hərəkətləri nəticəsində vurduğu maddi zərərə görə itirilmiş gəlir kimi 20000 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 Elman qızı mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs verdiyi 37600 manat və mülki dövriyyə şəraitində bankdan əldə edəcəyi gəlir (əldən çıxmış fayda) olan 16200 ABŞ dolları məbləğində vəsaitin alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 notaial qaydada təsdiq edilmiş ərizəsi və məhkəmə iclasında təqdim etdiyi ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə etiraz etmir. Həmçinin verilmiş mülki iddiadan imtina edir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Elman qızının notaial qaydada təsdiq edilmiş ərizəsi və məhkəmə iclasında təqdim etdiyi ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Mülki iddiadan imtina edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsinə əsasən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi və məhkəməyə verdiyi ilkin ifadəsi digər iş materialları ilə də uyğun gəlməsini qeyd edərək həmin ifadələrin daha doğru və mötəbər olmasını qəbul edir, qiymətləndirir və həmin ifadələrini əsas götürür. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Keşdazlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 1 nömrəli Tusi adına yataqxanada yaşadığını, hazırda səyyari olaraq geyim əşyaları sataraq dolandığını, onu ətrafındakılar, tanışları, qohumları hamısı “Aybəniz” adı ilə tanıyaraq çağırdıqlarını bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, 2014-2015-ci il tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində obyektlərdən birini icarəyə götürərək müxtəlif növ geyim əşyaları satırmış. 2015-ci il tarixdə həmin ərazi söküntü ilə bağlı plana düşdüyündən o satdığı geyim əşyalarını oradan çıxartmış, tanışı Şahid4 xahiş edərək onun hazırda Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 203 ünvanında yerləşən “Öz Kardeşler” restoranı ilə üzbəüz yerləşən ünvanda işlətdiyi geyim əşyalarının satışı mağazasına gətirmiş və orada satmağa başlamışdır. Həmin ərəfədə Şahid4 mağazanı Təqsirləndirilən şəxs ilə birlikdə işlətdiyi üçün orada o Təqsirləndirilən şəxslə tanış olmuşdur. O Şəlaləyə bildirmişdir ki, yenidən başqa bir mağaza icarəyə götürənə qədər hələlik malları onun mağazasında satsın. Bunu Müşviq də bilirmiş. Gündüz vaxtları Şəlalənin satıcısı malların satışını həyata keçirirmiş, axşamtərəfi o mağazaya gedərək satılan mallarının pulunu götürür və mallarını gözdən keçirirmiş. Həmin vaxtlarda Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əgər yeni mağaza icarəyə götürərək geyim əşyaları satışı ilə məşğul olmaq istəyirsə, ona pul versin və o Türkiyə Respublikasına gedərək oradan müxtəlif növ geyim əşyaları gətirsin və o da həmin malları yeni icarəyə götürəcəyin mağazada satsın. O Müşviqin sözlərinə inanıb düşünmüşdür ki, əgər Müşviq Türkiyə Respublikasına gedirsə və onun üçün mal gətirmək istəyirsə Müşviqə pul versin və onun üçün geyim əşyaları gətirsin. Müşviq ona bildirmişdir ki, nə qədər çox pul verə bilsə, o qədər çox mal gətirər və satışdan da çox qazanc əldə edə bilər. O Müşviqə bildirmişdir ki, o qədər çox pulu yoxdur, evində 4400 ABŞ dolları pulu vardır. Müşviq də bildirmişdir ki, həmin pulu gətir ona versin, o da yavaş-yavaş malları sifariş etsin, Şəlalə ilə icarəyə götürüb işlətdiyi həmin mağazada mallar satıldıqca hər ayın 20-si malların satışdan əldə olunan pulları ona versin və pulların hamısı yığılsın. O da Müşviqlə razılaşmışdır. Belə ki, 20 mart 2016-cı il tarixdə o, 4000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs Şəlalə ilə birlikdə icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 203 ünvanında yerləşən “Öz Kardeşler” restoranı ilə üzbəüz mağazada Şəlalənin yanında vermiş, Müşviq yenə də bildirmişdir ki, həmin pullar müqabilində Türkiyə Respublikasında yavaş-yavaş malları sifariş edəcəkdir. İlin axırına qədər pulların hamısı yığıldıqdan sonra Türkiyə Respublikasına gedəcək və ona nə qədər çox pul verəcəksə, o qədər də çox geyim əşyası gətirəcəkdir. O, 4000 ABŞ dollarını Müşviqə verəndə 400 ABŞ dolları pulu evində saxlamışdır ki, özünə hansısa ehtiyacı üçün lazım olar. Lakin Müşviq 4000 ABŞ dollarını aldıqdan sonra bildirmişdir ki, 400 ABŞ dollarını da gətirsin, evində saxlamasın, o, sifarişləri artırsın. Nə qədər çox pul olsa o qədər yaxşı nəticə verəcəkdir. Ona görə də, o 2016-cı ilin mart ayının axırlarında 400 ABŞ dolları pulu da gətirib həmin mağazada Şəlalənin yanında Müşviqə vermişdir. Şəlalə ilə icarəyə götürüb işlətdiyi həmin mağazada mallar satıldıqca hər ayın 20-si malların satışdan əldə olunan pulları Müşviqə vermək və Müşviqin də hər dəfə də pulu aldıqca sifariş verməsi, ilin axırında da Türkiyə Respublikasına gedərək malları gətirməsi ilə bağlı razılaşmışlar. Belə ki, mağazada olan ona məxsus geyim əşyaları satıldıqca Müşviqə 20 aprel 2016-cı il tarixdə 2000 ABŞ dolları, 20 may 2016-cı il tarixdə 2000 ABŞ dolları və 20 iyun 2016-cı il tarixdə 2000 ABŞ dolları olmaqla ümumilikdə 10400 ABŞ dolları pul vermişdr. 20 aprel 2016-cı il tarixdə 2000 ABŞ dolları pulu Müşviqə Şəlalə ilə icarəyə götürüb işlətdiyi həmin mağazada Şəlalənin yanında vermişdir. 20 may 2016-cı il tarixdə isə həmin mağazada malların satışından əldə olunan pulu götürmüş, həmin vaxt Müşviq orada olmadığı üçün pulu evinə aparmışdır. Həmin gün axşamtərəfi mağazaya qayıtmış və Müşviq də oraya gəlmişdir. Müşviq elə həmin gün axşam saatlarında onu öz avtomobili ilə evinə aparmışdır ki, pulu ondan alsın. Şəlalə də mağazada qalmışdır. Müşviq onun evinin yanında olan “Tayqa” marketin qabağında gözləmiş, o da evində olan puldan 2000 ABŞ dolları götürüb elə həmin marketin qarşısında Müşviqə vermişdir. 20 iyun 2016-cı il tarixdə 2000 ABŞ dolları pulu Müşviqə Şəlalə ilə icarəyə götürüb işlətdiyi həmin mağazada Şəlalənin yanında vermişdir. Hər ayın 20-si ona məxsus geyim əşyalarının satışından əldə olunan pulları dərhal mağazanın yanında olan və həmin vaxt fəaliyyət göstərən “exchange”, yəni pulların mübadiləsi yerində ABŞ dollarına çevirib Müşviqə dollar şəklində vermişdir. Ona qalan pul hər dəfə 2000 ABŞ dollarından bir qədər çox olmuş, 2000 ABŞ dollarını Müşviqə vermiş, qalanını isə öz ehtiyaclari üçün götürmüşdür. Bundan sonra, ona məxsus mallar az qalıb və onların satışından əldə olunan pullar o qədər çox olmayıb ki, Müşviqə versin. Həmin pulları hər ayın 20-si götürüb ehtiyaclarına xərcləyirmiş. Müşviq ona demişdir ki, verdiyi 10400 ABŞ dolları həcmində Türkiyə Respublikasında əlaqələri vasitəsilə geyim əşyaları sifariş verib, 2017-ci ilin yanvar ayında Türkiyə Respublikasının İstanbul şəhərinə getməyi planlaşdırıb, İstanbul şəhərinə getdikdə sifariş verdiyi malları alıb ona gətirəcəkdir. 2017-ci ilin yanvar ayının əvvəllərində Müşviq ona bildirmişdir ki, həmin ayın axırında Türkiyə Respublikasına gedir, nə qədər imkan varsa ona əlavə olaraq da pul versin, o da çox mal gətirsin. O pulu yox olmadığını Müşviqə demiş, Müşviq də ona bildirmişdir ki, bu bir şansdır, danışmışıb, orada yaxşı mallar vardır, əlavə qohumlardan, tanışlardan kimdənsə pul tapıb ona versin ki, çox mal gətirsin, malları satıldıqdan sonra həmin şəxslərin pulunu ödəsin. Müşviq ona hazırda 4000 ABŞ dolları tapıb ona verməsini, o da həmin məbləğdə sifariş verəcəyini, bir-iki həftədən sonra da 5000 ABŞ dolları tapmasını demişdir. O Müşviqə inandığı üçün Müşviq dediyi kimi çoxlu mal gətirəcəyini və o da həmin malların satışından yaxşı qazanc əldə edəcəyini düşünmüş, 2017-ci ilin yanvar ayının əvvəllərində bacısı oğlu Şahid7 bu barədə məlumat vermiş və Vüqardan ona 4000 ABŞ dolları pul verməsini xahiş etmişdir. Vüqar da Şəlalənin icarə götürüb işlətdiyi həmin mağazaya gəlmiş və ona Şəlalənin yanında 4000 ABŞ dolları pul vermişdir. Həmin gün Müşviq mağazaya gəlmiş və o Şəlalənin yanında 4000 ABŞ dolları pulu Müşviqə vermişdir. Müşviq də bildirmişdir ki, həmin pula sifariş verəcək, nə qədər bacarsa 5000 ABŞ dolları da tapıb ona versin ki, sifarişini versin. O da bir həftədən sonra bacısının əri Şahid6 ona 5000 ABŞ dolları borc pul verməsini xahiş etmiş, Yadigar, ondan pulu nə səbəbə görə istədiyini soruşanda ona bu barədə məlumat vermişdir. Yadigar da bildirmişdir ki, özünə avtomobil almaq üçün pul yığıb və 5000 ABŞ dolları vardır. Yadigar ona öz evində 5000 ABŞ dolları pul vemiş və o 2017-ci ilin yanvar ayının ortalarında həmin pulu Şəlalənin icarəyə götürüb işlətdiyi mağazada Şəlalənin yanında Müşviqə vermişdir. Müşviq ona bildirmişdir ki, həmin ayın axırında Türkiyə Respublikasına gedəcək, ona əvvəl verdiyi 14400 ABŞ dolları müqabilində geyim əşyaları sifariş vermiş, əlavə olaraq verdiyi 5000 ABŞ dollarına da əlavə geyim əşyaları alıb gətirəcəkdir. Müşviq ona bildirmişdir ki, tez bir zamanda geniş sahəli mağaza tapsın və malları gətirdikdən sonra həmin mağazaya yerləşdirsin. O da Müşviqə inanaraq həmin ərazilərdə icarəyə verilən mağazalarla maraqlanmış, lakin Müşviq ona verdiyi vədlərə əməl etməmiş və onu aldatmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Türkiyə Respublikasından geyim əşyaları gətirəcəyi vədini verib ondan 20 mart 2016-cı il tarixdə 4000 ABŞ dolları, həmin ilin mart ayının axırlarında 400 ABŞ dolları, 20 aprel 2016-cı il tarixdə 2000 ABŞ dolları, 20 may 2016-cı il tarixdə 2000 ABŞ dolları, 20 iyun 2016-cı il tarixdə 2000 ABŞ dolları, 2017-ci ilin yanvar ayının əvvəllərində 4000 ABŞ dolları və həmin ayın ortalarında 5000 ABŞ dolları pulunu alaraq verdiyi vədlərə əməl etmədən ümumilikdə onun 19400 ABŞ dolları pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Həmin pullardan 20 may 2016-cı il tarixdə verdiyi 2000 ABŞ dollarını yaşadığı evin yanında “Tayqa” marketin yanında, qalan pulları isə həmin vaxtlarda Şəlalə ilə birlikdə icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 203 ünvanında yerləşən “Öz Kardeşler” restoranı ilə üzbəüz mağazada Şəlalənin yanında vermişdir. Müşviq hər dəfə müxtəlif bəhanələr gətirərək guya pulunu qaytaracağına dair sözlər versə də, hazırkı dövrə qədər ona verdiyi pullardan heç nə qaytarmamışdır. Zərərçəkmiş şəxs2 ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, bundan əvvəl müstəntiqlər onun izahatını alarkən o fikrini tam izah edə bilməmiş və Təqsirləndirilən şəxs verdiyi pulların tarixlərini dəqiq qeyd edə bilməmişdir. Hazırkı ifadəsində isə Təqsirləndirilən şəxs verdiyi pulların tarixlərini, məbləğlərini və verdiyi ünvanları dəqiq qeyd edib. Ərizədə də tarixləri düşünmədən səhv yazıb. Sənaye malları dedikdə geyim əşyaları nəzərdə tutmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsinə tənqidi yanaşaraq məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində, həmçinin məhkəməyə ünvanladığı ərizəsində ibtidai istintaq zamanı vermiş olduğu izahatları və ifadəsini təsdiq etmədiyini, oxumadan izahat və dindirmə protokoluna imza etdiyini, izahat və ifadələrini elə verməyinə səbəb kimi Təqsirləndirilən şəxslə münasibətlərinin pisləşməsini əsas gətirərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmişdir. Məhkəmə qeyd edilən şahidin bu ifadəsini qeyri-ciddi, səmimi və doğru olmayan ifadələr kimi qiymətləndirir, həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadələrinin daha doğru və mötəbər olduğunu, digər iş materialları ilə də uyğunluq təşkil etdiyini bildirir və həmin ifadələrini əsas götürərək doğru ifadələr kimi qəbul edir. Belə ki, Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifalərini həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Qeyd edir ki, Şahid4 məhkəmə baxışı zamanı verdiyi bu ifadə təqsirləndirilən şəxsin müdafiəyəsinə yönəlmişdir, ona görə də məhkəmə hesab edir ki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi doğru olmaqla qəbul edilməli və əsas götürülməlidir. İbtidai istintaq zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32A, mənzil 85-də yaşadığını, Rusiya Federasiyasında anadan olsa da, rus milliyətli deyil, azərbaycanlı olduğunu, hazırda işləmədiyini, Təqsirləndirilən şəxs 2011-ci il tarixdən tanıdığını bildirməklə, mahiyyəti üzrə göstərmişdir ki, 2011-ci il tarixdə "xxxx" ASC-də kredit ödənişi ilə bağlı problem olduğundan və həmin bankın əməkdaşı tərəfindən ona qarşı qanunsuzluq olduğuna görə həmin vaxt tanışlarından biri Nərimanov rayon icra şöbəsində baş icraçı işləyən Təqsirləndirilən şəxslə bu barədə məsləhətləşməsini tövsiyə etmiş, o da Təqsirləndirilən şəxslə Bakı şəhəri ərazisində görüşərək problemini ona danışmışdır. Belə ki, Müşviqlə həmin vaxtdan tanışlığı yaranmış, o, həmin vaxtlarda Bayıl qəsəbəsində yerləşən “MG Motors” şirkətinin rəsmi dilleri olmuşdur. Müşviq də bunu bilmişdir. Bir neçə ay sonra Müşviqlə münasibətləri daha da dərinləşmiş, Müşviq 2012-ci ilin yaz aylarında Əhmədli qəsəbəsində yeni obyekt icarəyə götürmüş və ondan xahiş edərək rəsmi dilleri olduğu “MG” motorsda olan avtomobillərdən götürərək orada satmağa başlamışdır. Həmçinin, Müşviq onu qısqandığı üçün onunla birlikdə yanında işləməsini istəmişdir. O da Bayıl qəsəbəsində olan mağazanı bağlayaraq Müşviqlə birlikdə işləməyə başlamışdır. Həmin vaxtlarda Müşviq tanışları Vüsal və Yaşar adlı şəxslərlə şərikli biznes əlaqələrinə girmiş, Vüsal və Yaşar adlı şəxslər Müşviqin həmin biznesə yatırdığı təxminən 250000 manat civarında pulu mənimsədikləri üçün Müşviq ziyana düşmüş, Türkiyə Respublikası və Moskva şəhərinə həmin şəxsləri axtararaq pulunu geri almaq üçün getmiş, lakin bunun heç də müsbət nəticəsi olmamışdır. Bundan sonra, o, Müşviqlə Moskva şəhərinə gedərək bizneslə məşğul olmuş və Müşviq müəyyən qədər borclarından ödəmişdir. Belə ki, Müşviq həmin vaxtlarda xarici ölkələrə çox gedib gəlmiş və Müşviqin xarici ölkələrə çıxışları işlədiyi orqan tərəfindən müəyyən edildiyi üçün Müşviq 2014-cü il tarixdə işlədiyi İcra və Probasiya orqanlarından xidmətdən azad edilmişdir. Bundan sonra, yəni 2015-ci ilin əvvəllərində Müşviqlə ünvan 4 ünvanı ilə üzbəüz yerləşən obyektdə geyim əşyalarının satışı ilə məşğul olmağa başlamışlar. Həmin yer hazırda Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 203 ünvanında yerləşən “Öz Kardeşler” restoranı ilə üzbəüz yerləşirmiş. Mağaza onun adına olmuş və o həmin obyekti bələdiyyədən almışdır. Müşviqin çoxlu borcları olduğundan, “Topaz” mərc oyunlarında külli məbləğlərdə pullar uduzduğundan onunla münasibəti olduğuna görə həmin borclarının ödənilməsi üçün ondan da xahiş etdiyi üçün Müşviqlə 2018-ci il tarixdə münasibətlərini tam kəsmişdir. Ziyana getdiyi üçün 2018-ci ilin payız aylarında mağazanı da bağlamış və obyekti bələdiyyəyə təhvil vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ilin axırlarında Zərərçəkmiş şəxs3 guya ona məxsus evi satacağı ilə aldadıb beh kimi ondan notarial qaydada müqavilə bağlayaraq 37600 manat pulunu ələ keçirmiş və 2016-cı ilin mart ayından başlayaraq 2017-ci ilin yanvar ayının axırlarına qədər rəfiqəsinin xalası Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək ona məxsus ümumilikdə 19400 ABŞ dolları pulunu ələ keçirmişdir. O həmin faktların şahidi olmuşdur. Ona görə də, Zərərçəkmiş şəxs3 düz qeyd edir. Belə ki, Zərərçəkmiş şəxs3 işlətdiyi mağazanın yanında kirayədə yaşadığı üçün tez-tez qızları ilə birlikdə mağazaya gələrək geyim əşyaları alırmışlar. Zərərçəkmiş şəxs3 ilə münasibətləri yaranmış və Zərərçəkmiş şəxs3 onun yanına gəlib gedəndə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2015-ci ilin axırlarında Zərərçəkmiş şəxs3 özünə ev almaq istədiyi üçün bu barədə ona da demişdir. Müşviqin də bu söhbətlərdən məlumatı olmuşdur. Həmin vaxtlarda mağazaya geyim əşyaları gətirmək lazım olduğu üçün onlara pul lazım olmuş, Müşviq də Abşeron rayonu, Masazır qəsəbəsində olan binalardan birində olan evini satmaq qərarına gəlmiş və həmin evi əgər istəsə İradəyə sata biləcəyini demişdir. İradə də Müşviq, o və qızı Nərminlə birlikdə Müşviqin Abşeron rayonu, Masazır qəsəbəsinə gedərək, orada yerləşən "xxxx" MMC tərəfindən tikilən binada olan mənzilinə baxaraq evi bəyənmişdir. Müşviq mənzilin arvadı Şahid10 adına olduğunu bildirmişdir. Müşviqlə evin qiymətini İradə 75000 manata razılaşmışlar. Həmin vaxt Müşviq İradəyə bildirmişdir ki, mağazaya təcili geyim əşyaları gətirmək üçün onlara pul lazımdır və evin sənədləri, yəni çıxarışı tam hazır olana qədər notarial qaydada beh kimi ona evin pulunun yarısını versin. İradə də onunla razılaşmışdır. O da İradənin beh kimi verəcəyi həmin pulla mağazaya geyim əşyaları gətirib satacaqlarını düşünmüşdür. İradə bildirmişdir ki, onun "xxxx" ASC-də olan depozit hesabında 25000 ABŞ dolları pulu var və hesabından çıxarıb verəcəkdir. Belə ki, 30 dekabr 2015-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında notarial qaydada beh müqaviləsi bağlanmış və Müşviq ondan 37600 manat pul almışdır. Bir müddət sonra o, Müşviqdən geyim əşyalarını sifariş verib-verməməsini soruşmuş, Müşviq də həmin pulu hansısa borcuna verdiyini deyəndə o, Müşviqə iradlarını bildirmiş və həmin pulu İradədən beh kimi sırf geyim əşyaları gətirmək məqsədilə aldıqlarını bir daha qeyd etmişdir. Müşviq isə tez bir zamanda onun pulunu qazanıb qaytaracağını demişdir. Müşviq İradə ilə 6 aya qədər evin sənədlərini düzəldəcəyinə və qalan pulu alaraq evin alqı-satqısını həyata keçirəcəyinə dair söz verdiyi üçün o, Müşviqlə mübahisə də edərək tez bir zamanda Zərərçəkmiş şəxs3 pulunu qaytarmasını tələb etmiş, 6 ay keçdikdən sonra İradə Müşviqlə əlaqə saxlaya bilmədiyi üçün ona yaxınlaşmış və Müşviqi tapmasını istəmişdir. O da Müşviqlə əlaqə saxlayaraq tez bir zamanda ya evin qalan pulunu İradədən alıb evi ona satmasını, ya da ki, onun pulunu qaytarmasını, İradənin evinin kirayə haqqını verə bilmədiyini dediyini bildirmişdir. Müşviq də yeni biznes əlaqələrinə girəcəyini və İradənin pulunu qaytaracağını, məcbur olub İradədən aldığı pulla borclarını verdiyini demişdir. O, İradəni Müşviqlə tanış etdiyi üçün məcbur qalıb İradənin kirayədə yaşadığı evinin kirayə haqqını öz hesabından ödəməyə başlamış, hazırkı dövrə qədər də Zərərçəkmiş şəxs3 kirayə haqqı kimi ona kömək etmək məqsədilə 4000 manata yaxın pul ödəmişdir. O, artıq Müşviqin borclarından bezmişdir. Zərərçəkmiş şəxs2 da ifadəsində düz qeyd edir. Belə ki, o Müşviqə dəfələrlə Zərərçəkmiş şəxs3 pulunu tapıb qaytarmasını tələb edəndə Müşviq pul taparaq mağazaya Türkiyədən geyim əşyaları sifariş verəcəyini və 2017-ci ilin əvvəllərində Türkiyə Respublikasına gedərək geyim əşyaları gətirib sataraq İradədən aldığı pulu qaytaracağını demişdir. Rəfiqəsinin xalası “Aybəniz” kimi tanıdıqları Zərərçəkmiş şəxs2 da Bakı şəhəri, Nərimanov rayonunda icarəyə götürüb işlətdiyi mağazanın yeri də yeni tikintilərlə bağlı plana düşdüyü üçün Zərərçəkmiş şəxs2 mağazada olan geyim əşyalarını yer olmadığından onun mağazasında satmaq üçün xahiş etmiş və o da buna razılıq vermişdir. Belə ki, Zərərçəkmiş şəxs2 da mallarını onların mağazasında satmağa başlamışdır. Müşviq də Gülnazla belə tanış olmuşdur. Həmin vaxtlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, əgər yeni mağaza icarəyə götürərək geyim əşyaları satışı ilə məşğul olmaq istəyirsə, ona pul versin və o, Türkiyə Respublikasından həmin pulların müqabilində geyim əşyaları sifariş versin. Sonra da gedərək oradan müxtəlif növ geyim əşyaları gətirsin və o da həmin malları yeni icarəyə götürəcəyi mağazada satsın pul qazansın. Gülnaz da Müşviqlə razılaşmışdır. Müşviq Gülnaza nə qədər çox pul verə bilsə, o qədər çox mal gətirəcəyini və satışından da çox qazanc əldə edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 hər ayın 20-si satılan mallarını haqq-hesab edir və satışdan əldə olunan pulu götürürmüş. Belə ki, həmin vədləri verərək Müşviq Gülnazdan 20 mart 2016-cı il tarixdə 4000 ABŞ dolları, həmin ilin mart ayının axırlarında 400 ABŞ dolları, 20 aprel 2016-cı il tarixdə 2000 ABŞ dolları, 20 may 2016-cı il tarixdə 2000 ABŞ dolları, 20 iyun 2016-cı il tarixdə 2000 ABŞ dolları, 2017-ci ilin yanvar ayının əvvəllərində 4000 ABŞ dolları və həmin ayın ortalarında 5000 ABŞ dolları pul almış, lakin ona heç bir mal gətirməyərək pullarını mənimsəmişdir. Həmin pullardan 20 may 2016-cı il tarixdə verdiyi 2000 ABŞ dollarını yaşadığı evin yanında Müşviqə vermiş, qalan pulları isə həmin vaxtlarda Müşviqlə birlikdə işlətdikləri Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 203 ünvanında yerləşən “Öz Kardeşler” restoranı ilə üzbəüz mağazada onun yanında vermişdir. Müşviq hər dəfə müxtəlif bəhanələr gətirərək guya onun pulunu qaytaracağına dair sözlər versə də, hazırkı dövrə qədər nə İradədən, nə də ki, Gülnazdan aldığı pulları qaytarmayaraq ələ keçirmişdir. Müşviqin etdiyi həmin qanunsuz əməllərinə görə onunla çox mübahisə etmiş, həmin şəxslərin pullarını qaytarmasını tələb etmiş, lakin Müşviq, ona da qaytaracağı ilə bağlı vədlər versə də, həmin şəxslərin pullarını qaytarmamışdır. Ona görə də, o, Müşviqlə münasibətlərini kəsmiş və ondan ayrılmışdır. DİN-in Baş İstintaq və Təhqiqat idarəsində verdiyi izahatında 2016-cı ilin mart ayında Müşviqə təcili pul lazım olduğu üçün Aybəniz kimi tanıdığı Zərərçəkmiş şəxs2 müvəqqəti olaraq ona borc verməsini xahiş etməsi, həmin məqsədlə Müşviqin Zərərçəkmiş şəxs2 evinin yaxınlığında olan “Tayqa” marketin yanında 4000 ABŞ dolları, daha sonra isə 400 ABŞ dolları alaraq şəxsi ehtiyaclarına xərcləməsi, bundan sonra, Müşviqin Zərərçəkmiş şəxs2 mağazaya geyim əşyaları gətirmək üçün əlavə olaraq pullar aldıqdan sonra Türkiyə Respublikasından Moskva şəhərinə 40000 ABŞ dolları fəyərində geyim əşyaları aparsa da, sata bilməyib ziyana düşməsi, bunu da ona bacısının əri Rəşadın deməsi, bundan sonra, Müşviqin yenə də ondan pul tapmasını xahiş etdiyi üçün əlbəəl Zərərçəkmiş şəxs2 4000 ABŞ dolları, sonra da 5000 ABŞ dolları götürərək Müşviqin borclu olduğu adlarını xatırlamadığı şəxslərə verməsi, bundan başqa, 2018-ci ilin sonlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ev satmaq adı ilə onunla müqavilə bağlayaraq müəyyən məbləğdə pulunu alması qeyd edilsə də, görünür ki, onun verdiyi izahat təhrifedici şəkildə yazılmışdır. Çünki, o, DİN-in Baş İstintaq və Təhqiqat idarəsində elə izahat verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hansı məqsədlə hansı məbləğlərdə pullar alıb mənsimsədiyini ifadəsində olduğu kimi qeyd etmiş, Müşviqlə münasibəti olduğu üçün bacısının əri Rəşad da onu tanımışdır. Müşviq Rəşada da ziyana düşdüyünü demişdir. Ona görə də, o, izahat verərkən elə demişdir. Düzdür, Müşviq ziyana düşübdür. Lakin bu onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldığı pullarla aldığı mallarla ziyana düşməsi demək deyil. İzahat verərkən Müşviqin ziyana düşdüyünü desə də, onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldığı pullarla aldığı geyim əşyalarının satışı ilə bağlı ziyana düşdüyünü deməmişdir. O, Müşviqin borclarına görə Zərərçəkmiş şəxs2 borca pul istəməmişdir. X15 Respublikasından sifariş verərək geyim əşyaları gətirəcəyi adı ilə ondan davamlı olaraq 19400 ABŞ dolları pul almışdır. Ona da demişdir ki, Zərərçəkmiş şəxs2 aldığı pullarla 2017-ci ilin əvvəllərində Türkiyə Respublikasına gedib geyim əşyaları gətirəcəkdir. Həmçinin, əlavə olaraq da geyim əşyaları gətirərək satıb Zərərçəkmiş şəxs3 pulunu da qaytaracaqdır. Lakin Müşviq verdiyi sözlərə əməl etməmişdir. Müşviqin bu qanunsuz əməllərinə görə Müşviqdən ayrılmış və münasibəti kəsmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 da 37600 manat pulu 2018-ci il tarixdə deyil, 30 dekabr 2015-ci il tarixdə almışdır. O, Müşviqdən ayrıldıqdan sonra bilmişdir ki, Müşviq Lamiyə adlı şəxslə də münasibət saxlayıb biyan kökü yığdıraraq xarici ölkələrə satmaq adı ilə ondan 70000 manatdan çox pul alıb mənimsəmişdir. Məhkəmə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər iş materialları ilə də uyğun gəlməsini qeyd edərək həmin ifadələrin daha doğru və mötəbər olmasını qəbul edir, qiymətləndirir və həmin ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində müsbət xasiyyətnaməni, dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət, tələbinin və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 20 oktyabr 2020-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 13 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəsini alanadək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Elman qızının mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı sürdüyü mülki iddialardan imtina etdiklərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Elman qızının mülki iddiaları üzrə icraatlara xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 346.1.18-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı məsələsi məhkəmə tərəfindən müzakirə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 254-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslər mülki iddialardan imtina etdiyindən Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi, 23a fərdi yaşayış evi, Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 37B ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və “VAZ 21074” markalı **-KO-*** dövlət nömrə nişanlı avtomobil üzərinə qoyulmuş həbs ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 300 (üç yüz ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 oktyabr 2020-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 14 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi, 23a fərdi yaşayış evi, Mingəçevir şəhəri, 1-ci İxtiyar Qasımov döngəsi, 37B ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və “VAZ 21074” markalı **- KO-*** dövlət nömrə nişanlı avtomobil üzərinə qoyulmuş həbs ləğv edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası üzrə icraata xitam verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 Elman qızının mülki iddiası üzrə icraata xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 300 (üç yüz ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar