Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-8/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X6 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs2, Müdafiəçilər: Bakı şəhəri, 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqisrləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz şəhərində anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxx 1981-ci ildə Özbəkistan Respublikası, Yanqiyar şəhərində anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və hazırda barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbir seçimiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 ona qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncuya X45u həbsdən azad etdirəcəyinə dair yalan vəd verib inandıraraq 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 4 ünvanında yerləşən evində 5.000 manat, 2021-ci ilin avqust ayında həmin ünvanda 10.000 manat, sonuncu dəfə 28 avqust 2021-ci il tarixdə həmin ünvanda 3.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 18.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı X12 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya bacısı oğlunu həbsdən azad etdirəcəyinə dair yalan vəd verib inandıraraq 10 sentyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən mənzildə 15.100 manat, 12 sentyabr 2021-ci il tarixdə həmin ünvanda 1.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs X16 ümumilikdə 16.100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunu 1 saylı “ASAN xidmət” mərkəzinə işə düzəldəcəyinə dair yalan vəd verib inandıraraq 2021-ci ilin sentyabr ayının ortalarında ünvan 6 ünvanda yerləşən “Halal Süfrə” restoranının qarşısında 6.000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 6.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı X13 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncuya məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Xaşaxuna bağları adlanan ərazidə 90 ha torpaq sahəsinə sənədləşmə aparacağına dair yalan vəd verib inandıraraq 2021-ci ilin dekabr ayının sonlarında ünvan 7 ünvanında yerləşən evində 20.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərər çəkmiş şəxs X17 ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncunun tanışı olan və hazırda X26 xidmət aparan X9 Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Bakı şəhəri X47 İdarəsinə köçürülməsinə yalandan vəd verib inandıraraq 02 avqust 2022ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Gloria” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs1 tanışı X10 15.000 manat pulu, 2022-ci ilin avqust ayının sonunda ünvan 8 ünvanında yerləşən “Gloria” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs1 tanışı X10 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcada əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncunun tanışı olan və hazırda X26 xidmət aparan X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X47 İdarəsinə köçürülməsinə yalandan vəd verib inandıraraq 02 avqust 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Gloria” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs1 tanışı X10 15.000 manat pulu, 2022-ci ilin avqust ayının sonunda ünvan 8 ünvanında yerləşən “Gloria” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs1 tanışı X10 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın dörd epizodu üzrə özünü təqsirli bilmiş, bir epizodu üzrə isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Naxçıvan MR. ünvan 10 ünvanında daimi qeydiyyatdadır, lakin 2019-cu ildən Bakı şəhərində, hal-hazırda isə ailəsi ilə birgə ünvan 12 ünvanında kirayəşin yaşayır. Əvvəllər məhkum olunmamışdır. 2003-cü ilin oktyabr ayından 2019-cu ilin noyabr ayına kimi Naxçıvan MR. Şahbuz rayon prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləmişdir. Öz ərizəsi ilə işdən çıxmış, halhazırda hər hansı bir rəsmi işlə məşğul olmur. O, 2019-cu ilin iyul ayında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində fərdi yaşayış evi almış, həmin ilin noyabr ayından 2021-ci ilin dekabr ayına kimi ailəsi ilə birgə həmin evdə yaşamışdır. X18 orada yaşayarkən tanımışdır. Belə ki, 2021-ci ilin avqust ayında təsadüfən Naxçıvanlı kimi tanıdığı Emin ondan xahiş etmişdir ki, tanışı, yəni Esmirənin oğlu cinayət əməlinə görə həbs olunub, işinə kömək etmək lazımdır. O, da buna etiraz etməmiş, Eminlə birgə Esmirənin yaşadığı Yeni Suraxanı qəsəbəsində yerləşən evinə getmişlər. Orada Esmirə ilə söhbət edərkən oğlu İmranın başqasına ağır xəsarət yetirdiyinə görə barəsində olan cinayət işi ilə bağlı həbsdə olduğunu, ona görə də oğlu İmrana məhkəmədə kömək etməyini xahiş etmişdir. O, da uzun müddət prokurorluq orqanında işlədiyi üçün tanıdığı vəkil X4 vasitəsilə köməklik göstərə biləcəyini demişdir. Həqiqətən də o, Rəşadla bu barədə danışdıqda Rəşad ona kömək edəcəyi təqdirdə Esmirədən 5.000 manat alacağını demişdir. O, bu barədə Esmirəyə dedikdə pulun məbləği ilə razılaşmış və əvvəlcədən Esmirə yaşadığı ünvanda 3.000 manat pulu ona vermişdir. O, da həmin pulu alaraq Rəşada çatdırmışdır. Həmin günü Esmirə onunla söhbət edərkən özünün Xəzər rayonu Xaşaxuna bağ sahəsində 1 ha torpaq sahəsi olduğunu, lakin səndləri qaydasında olmadığı üçün sata bilmədiyini, ona görə də sənəd düzəltmək istədiyini demişdir. O, da Esmirəyə tanıdığı Türk vətəndağı Adəm Tancı adlı iş adamının Bakı şəhərində mebel fabriki və pendir məhsulu hazırlanması üçün boş torpaq sahəsi almaq istədiyini deyərək, həmin torpağı Türk vətəndaşına satmağı təklif etmişdir. Esmirə isə həmin torpağın qiymətinin 500.000 manat dəyərində olduğunu və satıldığı təqdirdə isə ona 50.000 manat hörmət edəcəyini bildirmişdir. O, da bu barədə Türk vətəndağı Adamə dedikdə, iki gün sonra Adəm Bakı şəhərinə gəlmiş və onunla görüşmüş, oradan Esmirə ilə birgə üçü Xaşaxunaya gedib, torpaq səhəsinə baxmışlar. Həmin torpaq sahəsinin Esmiranın babasına məxsus olduğunu, lakin Sabunçu rayon icra başçısının müavini Gülağa tərəfindən əlindən alındığını bildirmişdir. Göstərilən torpaq sahəsində isə parnik salınmışdır. Həmin parniki isə Gülağanın saldığını demişdir. X40 həmin torpağın özünə məxsus olmasına dair sənəd istədikdə Esmirə köhnə sənədlər və məhkəmə qərarları göstərərək bu barədə Sumqayıt İnzibati İqtisad məhkəməsinə müraciət etdiyini və qısa müddət ərzində məhkəmə xeyrinə qərar çıxarılacağını demişdir. Adəm və o Esmirəyə bu barədə Sabunçu rayon İcra Başçısının müavini Gülağa Əliyevdən maraqlanacaqlarını demişlər. Buna görə həmin sənədlərin həqiqiliyi ilə maraqlanmaq məqsədilə Adəm Esmirədən etibarnamə istəmiş, Esmirə də səhəri günü Adəmin adına Suraxanı rayon Əmircan qəsəbəsində yerləşən natoriat kontorunda etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Adəmlə o, Sabunçu RİH-nə gedərək orada o, qəbul şöbəsində gözləmiş, Adəm isə tək Gülağanın qəbuluna girmiş, təxminən 20 dəqiqə sonra çıxaraq oradan gedərkən yolda ona həmin torpaq sahəsinin sənədlərinin Gülağanın hansısa qohumunun adına olduğunu və Esmirəyə aidiyyəti olmadığını bildirmişdir. Bu barədə Esmirəyə dedikdə isə Gülağanın sənədlərinin qanunsuz olduğunu demişdir. Buna baxmayaraq Adəm artıq bu işlə maraqlanmamışdır. O, isə Esmirə ilə oğlunun işi ilə bağlı görüşmüş, bundan bir həftə sonra Esmirə ilə birlikdə Rəşadın işlədiyi “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən ofisinə getmişlər. Orada Esmirə onun yanında əlavə olaraq 2.000 manat pulu özü şəxsən Rəşada vermişdir. Həmin günü də X34 ilə müqavilə bağlamış və məhkəmə prosesində iştirak etsə də, İmrana köməklik edə bilməmiş və Esmirə pulunu tələb etdikdə Rəşad pulun 3.000 manatını müqavilə bağladığını və rüsum olaraq dövlətə ödədiyini demiş, qalan 2.000 manatı isə digər işlərə xərclədiyini demişdir. Esmirə hər gün onun evinə gələrək ondan pulu tələb etdiyi üçün o, özü 2.000 manat pulu Esmirəyə vermişdir. Vəkil Rəşadın isə 3.000 manat pulu qaytarması barədə məlumatı yoxdur. O, 2021-ci ilin dekabr ayının sonlarında evini sataraq oradan köçdükdən sonra isə Esmirə ilə heç bir əlaqəsi olmayıb, çünki telefon nömrəsini də dəyişmişdir. O, Esmirədən 20.000 manat pul almamışdır. O, Esmirədən 3.000 manat alaraq oğlu İmranın işinə kömək etməsi üçün vəkil Rəşid İbrahimova vermiş, qalan 2.000 manatı isə Esmirə özü Rəşada vermişdir. Esmirənin torpaqla bağlı onun barəsində göstərməsinin səbəbini bilmir. O, Esmiranın torpağını dostu türk vətəndaşı Adəm Tancıya almaq məqsədi ilə Esmirayla görüşmüş və iş həll olunmadığından Esmira ilə işi baş tutmamıdşır. Ona görə də o və ya X42 hər hansı məbləğdə pul alamamışlar. Belə ki, onlar Esmirənin torpağını almaq istəyirmiş, lakin torpağın Esmirəyə aid sənədi olmamış və həmin torpaq sahəsi Esmirənin adını bilmədiyi qonşusunun babasına məxsus olmuşdur. Adem Tancı hazırda Türkiyə Respublikasında Ankara şəhərindədir. Bundan başqa o, 2021-ci ilin iyun ayında Hacı Sərdar adlı şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs5 adlı şəxslə tanış olmuşdur. Zərərçəkmiş şəxs5 həyat yoldaşı İbrahim Bağırovun həbsdə olduğunu bildirərək kömək edib edə bilməyəcəyini soruşmuşdur. O da Nigara yoldaşını həbsdən azad etdirə biləcəyini, bunun üçün 18.000 manat pul lazım olduğunu demişdir. Bu məqsədlə 2021-ci ilin iyun ayının ortalarında Nigarın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz fərdi evdə Nigarla görüşmüşdür. Orada Nigardan 5000 manat pul almışdır. Sonra 2021-ci ilin avqust ayında hissə-hissə olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi Göy küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında Nigardam cəmi 10.000 (on min) manat pul almışdır. Sonuncu dəfə isə 28 avqust 2021-ci il tarixdə yenə də Nigarın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz fərdi evdə Nigardan 3.000 (üç min) manat pul almışdır. O, söz vermişdir ki, Nigarın həyat yoldaşını qolbaqla məhkəmədən buraxacaqlar. Lakin bu istiqamətdə heç bir görməmiş və aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Hacı Sərdar adlı şəxsin vasitəsi ilə Gülnara Pirimova adlı şəxslə tanış olmuşdur. Gülnara bacısı oğlu Nurlan Məmmədovun həbsdə olduğunu bildirərək kömək edib edə bilməyəcəyimi soruşmuşdur. O, da Gülnaraya kömək edə biləcəyini bildirmiş və 10 sentyabr 2021- ci il tarixdə Hacı Sərdarın, həm də qonşuluqda yaşayan Vahidin iştirakı ilə 15.100 manat pulu Gülnaradan yaşadığı ünvan 13 ünvanında almışdır. Həmin vaxt o, Gülnaranın bacısı oğlunun işini tezliklə həll edəcəyini və həbsdən azad olunacağını bildirmişdir. Təxminən iki gün sonra, yəni 12 sentyabr 2021-ci il tarixdə əlavə pul lazım olduğunu deyərək yenə də Gülnaranın yaşadığı ünvan 13 ünvanında 1.000 manat pul almışdır. Beləliklə də o, Gülnaradan həbsdə olan bacısı oğlunu həbsdən çıxarıb işini həll etməyə köməklik etmək adı ilə ümumilikdə 16.100 manat pul almışdır. Lakin bu istiqamətdə heç bir iş görməmiş və aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Gülnaradan pul alarkən həmin vaxt orada olmuş Zərərçəkmiş şəxs3 adlı şəxslə tanış olmuşdur. Həmin ərəfədə Vahid işsiz olduğunu ona bildirmişdir. O, da Vahidi “ASAN” xidmət mərkəzinə işə düzəldə biləcəyini demişdir. Bundan sonra Vahidə bu işi həll etmək üçün 6000 manat pul verməli olduğunu, pulu verdikdən yaxın müddət ərzndə “ASAN” xidmət mərkəzlərindən birinə işçi kimi düzələcəyinə söz vermişdir. Bu səbəbdən 2-3 gün sonra, yəni 2021-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Halal süfrə” restoranının qarşısında Vahidlə görüşmüşdür. Həmin vaxt Vahiddən 6.000 manat almışdır. Sonra isə 2021-ci ilin oktyabr ayında işə çıxacağını Vahidə demişdir. Lakin bu istiqamətdə heç bir iş görməmiş və aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra Vahid artıq ondan pulu geri istəməyə başlamışdır. O, isə Vahidə yalandan pulun özündə olmadığını “Adəm” adlı şəxsdə olduğunu bildirmişdir. Bundan başqa o, təxminən 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs2 vasitəsilə Şahid1 ilə tanış olmuşdur. Aralarında mehriban münasibətlər olmuşdur. Hazırda tarixini dəqiq xatırlamadığı vaxtda o, Ceyhunla görüşəndə ona Bakı Metropolitenində polis nəfəri işləyən Əsgər adlı şəxsin xidməti iş yerini dəyişərək Dövlət yol patrul xidməti orqanlarında işlə təmin olunmasında köməklik etməyini xahiş etmişdir. Bundan sonra Ceyhun bu barədə Təqsirləndirilən şəxs2 də məlumat vermişdir. Belə olduğu təqdirdə Seymur ona bildirmişdir ki, yaxın tanışları var, bu məsələni həll edə bilər. Sonra Seymurla birlikdə 7-ci mikrorayonda adını xatırlamadığı restoranda olanda Seymur ona bir qədər yaşlı adamı təqdim edərək həmin şəxsin Seyidov Mirdamət olduğunu, əvvəllər DYP orqanlarında işləyərək hazırda təqaüddə olduğunu və həmin köçürmə işini bu şəxsin həll edəcəyini bildirmişdir. Seyidov Mirdamət demişdir ki, bu işin həlli üçün ümumilikdə 15.000 manat pul lazımdır, ilkin olaraq 10.000 manat, əmr olanda isə əlavə 5.000 manat verilməlidir. O, da öz növbəsində bu söhbəti Şahid1 bildirmişdir. Ceyhun da bu söhbətə razılıq verərək, həmin işə düzəlmək istəyən şəxsdən 20.000 ala biləcəyini bildirmişdir. Danışıqları belə olmuşdur ki, alınacaq 20.000 manatın 15.000 manatı işin həllinə sərf olunacaq, qalan 5.000 manat isə 4 nəfərin, yəni Mirdamətin, Ceyhunun, Seymurun və onun arasında bölünəcək. Nəhayət, o, 02 avqust 2022-ci il tarixdə Səbail rayonu ərazisində İçərişəhərin yaxınlığında Şahid1la görüşmüş və ilkin olaraq 15.000 manat pul almışdır. Pulu aldıqdan sonra artıq o, Nərimanov rayonunda Nərimanov Metrostansiyasının yaxınlığında yerləşən “Diamond” restoranına gəlmiş və orada onu gözləyən Mirdaməd və Seymurun yanına getmişdir. Oraya çatanda o, pulu yenidən sayaraq Seymurun iştirakı ilə 15.000 manat pulu Mirdamətə vermişdir. X35 15.000 manatı götürüb kafedən çıxıb getmişdir. Bu hadisədən bir müddət keçdikdən sonra Seymur ona zəng edib artıq işin həll olunduğunu bildirərək, Ceyhunun verməli olduğu qalan 5.000 manatın almaq vaxtının gəldiyini demişdir. O, da Ceyhunla İçərişəhər metrostansiyasnın yanında görüşüb 5.000 manatı almışdır. Həmin puldan 2.500 manatını ilkin danışığa görə Seymura vermiş, qalan 2.500 manatı onda qalmışdır. Bir neçə vaxtdan sonra həmin işin alınmadığını görmüşdür. Qalan 15.000 manat Mirdamətdə olan pul, onda və Seymurda olan 5.000 manat pul üzərində qalmışdır. Artıq günlər keçir, iş həll olunmamışdır. O, vəziyyətin belə olduğunu görüb Mirdamətlə danışanda şikayət edəcəyini bildirəndə, Mirdamət ondan aldığı kart hesabına 1.000 manat pul köçürmüş, qalan 14.000 manatı isə tezliklə qaytaracağını bildirmişdir. O, 1.000 manatı Ceyhuna vermişdir. O, Seymurdan 2.500 manatı istəyəndə, Seymur həmin pulu öz problemlərinin həllinə sərf etdiyini, lakin tezliklə qaytaracağını demişdir. Hətta, işin ilkin mərhələsində X27 işə düzəltmək istədiyi Əsgər adlı şəxsi əvvəlcə Bakı şəhər BPİ-də, sonra isə Nəsimi RPİ-də tanımadığı şəxlərlə görüşdürmüş və həmin şəxlər də Əsgərə bir qədər gözləmək lazım olduğunu bildirərək yalan vədlər vermişlər. Lakin Şahid1 işini düzəltmək üçün ona verdiyi 20.000 manat pulun müqabilində heç bir iş görülməmiş, həmçinin onun tərəfindən Ceyhundan alınaraq Seymura və Mirdamətə verilmiş 20.000 manat pul da sahibinə qaytarılmamışdır. O, da özünü bu işdə təqsirkar bilir. Lakin qeyd etdiyi kimi onun Ceyhundan aldığı 20.000 manatın 2.500 manatı onda qalmış, 2.500 manatı Seymura, qalan 15.000 manatı Mirdamətə verilmişdir. Təqsirləndirilən şəxs1 son sözündə X17 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Xaşaxuna bağları adlanan ərazidə 90 ha torpaq sahəsinə sənədləşmə aparacağına dair epizdod üzrə özünü təqsirli bilmədiyini, X11 20.000 manat pul almayıb bu hissədə ona bəraət verilməsini, digər epizodlar üzrə özünü təqsirli bildiyini və ziyanın ödənildiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini və cəza təyin olunarkən bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin aprel ayından tanıyır. Şahid1 2022-ci ilin mart ayından tanıyır. 2022-ci ilin ayını xatırlamadığı vaxtda, yəni təxminən bir neçə ay əvvəl Ramin onunla görüşərək Ceyhunun bir nəfər şəxsi işə qəbul etdirmək istəməsi barədə məlumat vermişdir. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Diamond” restoranında Ramin və Mirdaməd ilə görüşmüşdür. Həmin vaxt Ramin artıq Ceyhundan 15.000 manat pul alıb oraya gəlmişdir. Onun yanında Ramin 10.000 manat pulu Mirdamədə vermişdir. Ramin 10.000 manat pulu Mirdamədə verən vaxt o, öz mobil telefonu ilə gizlin olaraq bunu qeydə almışdır. Qalan 5.000 manat puldan isə 2.500 manat pulu Ramin özünə götürüb, qalan 2.500 manat pulu Ramin ona vermişdir. Təxminən 10 gün sonra yenə həmin ünvanda Ramin və Mirdaməd ilə görüşmüşdür. Ramin oraya gələn zaman Ceyhundan 5.000 manat pulu götürüb oraya gəlmişdir. “Diamond” restoranında Ramin onun yanında 5.000 manat pulu Mirdamədə vermişdir. Təxminən 15-20 gün keçdikdən sonra iş alınmadığı üçün Ceyhun Ramindən 20.000 manat pulu tələb etmişdir. Buna görə də Ramin 2.500 manat pulu ondan tələb etmişdir. O, da Raminin ona vermiş olduğu 2.500 manat pulu Raminin özünə qaytarmışdır. Belə ki, o, 2.500 manat pulu ödəmə terminalı vasitəsilə Raminin kart hesabına göndərmişdir. Həmin pulun ödənilməsinə dair qəbzi istintaqa təqdim etmişdir. O, istintaq zamanı Zərərçəkmiş şəxs1 19.000 (on doqquz min) manat pulu hebs olunmamaq üçün ödəmişdir. Zərərçəkmiş şəxs1 və Natiq Şərifovu o, iş ilə bağlı pullar veriləndən sonra, iş alınmadığı təqdirdə görüşən vaxt tanımışdır. Lakin əvvəllər həmin şəxsləri tanımamışdır. Lakin o, Sahibəddini tanımır, görüşməmişdir. Ramin Mirdamədi onun hesabına tanımışdır. Lakin Ramin və Mirdaməd bu işlə bağlı artıq öz aralarında o, olmayan müddətdə söhbət etmişlər, tam razılıq əldə olunduqdan sonra Ramin ona bu barədə məlumat vermişdir. O, da Raminə bildirmişdir ki, Mirdamədi tanıyır, yəqin ki, iş görmək olar. Alınacaq 20.000 manatın 15.000 manatı işin həllinə sərf olunması, qalan 5.000 manatı isə 4 nəfərin, yəni Mirdamətin, Ceyhunun, Raminin və onun arasında bölünməsi danışığında o, iştirak etməmişdir. Ramin pulu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Diamond” restoranına gətirmiş, Mirdamədi özü oraya dəvət etmiş və Ramin 10.000 manat pulu onun iştirakı ilə Mirdamədə vermişdir. Yerdə qalan 5.000 manat pulu isə Ramin ilə o, öz arasında tən yarı bölərək adama 2.500 manat pul götürmüşlər. Təxminən 10 gün keçdikdən sonra Mirdaməd Raminə demişdir ki, yerdə qalan 5.000 manat pul verilməsə əmr verilməyəcəkdir. Ramin də Ceyhundan 5.000 manat pulu alaraq qeyd olunan restoranda onun yanında Mirdamədə vermişdir, iş alınmadığı üçün Ramin onun payına düşən 2.500 manat pulu ondan istədiyi üçün o, Raminin ona göndərdiyi həyat yoldaşı Ülviyə Abbasovaya məxsus "xxxx" ASC-yə aid **********808780 saylı hesab nömrəsinə ümumilikdə 3.000 (üç min) manat pul göndərmişdir. O, pulu köçürdükdən sonra Ramin ilə əlaqə saxlayıb, bu barədə məlumat vermişdir. Ramin də pulu götürdüyünü təsdiq etmişdir. Ramin ona tikinti işlərində köməklik etdiyi üçün o, hər ay Raminə təxminən ***-**** manat arası pul verirmiş. Raminə 3.000 manat pul göndərməklə, 500 manat əlavə göndərməyinə səbəb bu olmuşdur. Təqsirləndirilən şəxs2 son sözündə özünü təqsirli bilmədiyini, Təqsirləndirilən şəxs1 ona verdiyi 2500 manat pulu, Şahid1 Təqsirləndirilən şəxs1 şikayət verməmişdən qabaq qaytardığını, üç uşağının olmasını və əvvəllər məhkum olunmadığını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 10 il olar ki, tanıyır. X23 təxminən bir il olar ki, tanıyır. Təqsirləndirilən şəxs1 02 avqust 2022-ci il tarixdə tanımışdır. 2022-ci ilin təxminən iyul ayının sonunda Natiq Şərifov yaxın qohumu olan Əsgər adlı şəxsin uzun illər Azərbaycan Respublikası Daxili işlər Nazirliyində xidmət etdiyini, Əsgərin əvvəllər Binəqədi RPİ-də, sonradan X47 İdarəsində işlədiyini, sonuncu dəfə isə müvafiq əmrlə Bakı Metropolitenində polis serjantı vəzifəsinə təyin edildiyini bildirmişdir. Belə ki, Natiq Şərifov ona bildirmişdir ki, Əsgərin arzusu yenidən X47 İdarəsində xidmət aparmaqdır. Natiq Şərifov yaxın qohumu olan Əsgərlə yaxın münasibətdə olduğundan Əsgərə yardım etmək üçün özünün məlumatı olmadan bu məsələni həll etməyə qərar vermişdir. Bu minvalla Natiq Şərifov ona müraciət etmiş, bu məsələdə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, da Əsgərin DYPİ-nə bərpa olunması üçün Şahid1 müraciət etmişdir. Bir neçə gündən sonra Şahid1 tanışı olan, Təqsirləndirilən şəxs1 bu işi həll edə biləcəyini demişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Ceyhuna özünü Rafiq Abbasovun qohumu kimi təqdim etmişdir. 02 avqust 2022-ci il tarixdə o, Natiq Şərifovdan 15.000 (on beş min) manat pulu alıb gətirib Ceyhuna vermişdir ki, həmin pulu işin alınması üçün Raminə versin. Həmin gün, yəni 02 avqust 2022-ci il tarixdə Ceyhun həmin pulu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “Gloria” kafesinin yaxınlığında əlbə-əl Raminə vermişdir. Həmin vaxtı o, kənarda dayanmışdır. Ramin 1 həftə ərzində işin həll olunacağını Ceyhuna demişdir. Bundan təxminən 3-4 gün sonra Ramin onları əmin etmək məqsədilə ***-***-**-** mobil nömrəsindən zəng edildiyini, həmin nömrədən zəng edən şəxsin Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-mayor Rafiq Abbasovun işçisi, polkovnik Bədəlov olduğunu və yaxın günlərdə işə qəbul ediləcək şəxsin DİN-in Baş Kadrlar İdarəsinə dəvət olunacağını bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, əslində ***-***-**-** saylı nömrədən zəng edən şəxs Mirdaməd adlı şəxs olmuş, həmin şəxs özünün bildirməsinə görə əvvəllər Azərbaycan Respublikasının rayonlarının birində DYPİ-nin rəisi olmuşdur. Bundan sonra Ramin ***-***- **-** saylı mobil nömrədən zəng etmiş şəxsin Sahib Paşayev olduğunu, keçmiş polkovnik olduğunu, Bakı şəhəri DYPİ-nin rəisi, Rəşid Piriyevin qaynı olduğunu bildirmiş və həmin şəxsin Bakı şəhəri Nəsimi RPİ-nə gəlməsini bildirmişdir. Həmin vaxt o, Natiq Şərifov və qohumu Əsgər ilə birlikdə Bakı şəhəri Nəsimi RPİ-nə getmişdir. Lakin o, içəri girməmişdir. Sonradan ona məlum olmuşdur ki, Natiq Şərifov və yaxın qohumu orada X5 ilə görüşmüşlər. Sahibəddin özünün əvvəllər köhnə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmasını, rütbəsinin polkovnik olmasını, Bakı şəhəri Nəsimi RPİ-nin idarə rəisinin və Nəsimi RPİ-nin kadrlar şöbəsinin rəisi ilə yaxın olmasını, qısa müddətdə vakant yerin olacağını, təxminən bir həftə sonra Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nə təyinat alacağını Natiq Şərifov və Əsgərə bildirmişdir. Təxminən 15-20 avqust 2022-ci il tarixdə Ramin Ceyhuna artıq əmr verilmək üzrə olduğunu, bu səbəbdən yerdə qalan 5.000 (beş min) manat pulu da vermək lazım olduğunu bildirmişdir. Ceyhun bu barədə ona dedikdə o, Natiq Şərifova bu barədə məlumat vermişdir. Təxminən 15-20 avqust 2022-ci il tarixdə o, Natiq Şərifovdan 5.000 manat pulu götürüb Ceyhuna vermişdir. Həmin tarixdə Ceyhun Bakı şəhəri, Səbail rayonu, istiqlaliyyət küçəsində yerləşən “Gloria” kafesinin yaxınlığında əlbə-əl Raminə vermişdir. Həmin vaxt o, yenə Ceyhun ilə Ramindən kənarda dayanıb müşahidə etmişdir. X28 qohumu Əsgərin işi ilə bağlı o, Natiq Şərifovdan aldığı ümumilikdə 20.000 manat pulu Şahid1 vermişdir. Ceyhun da həmin pulları Təqsirləndirilən şəxs1 vermişdir. Lakin Ramin vədinə əməl etməyərək dələduzluq etmişdir. Buna görə də Natiq Şərifov verdiyi pulu ondan istəmiş və o da, Ramin 20.000 manat pulu qaytarmadığı üçün məcbur olub öz şəxsi vəsaiti hesabına 20.000 manat pulu tam şəkildə Natiq Şərifova qaytarmışdır. Buna görə də hazırda qeyd olunan 20.000 manat pul ona məxsusdur və Ramin həmin pulu ona qaytarmalıdır. Raminin dələduzluq etməsi nəticəsində ona 20.000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın ödənildiyini, təqisrləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, ünvan 14 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun Xəzər rayonunda Xaşaxuna bağları adlanan ərazidə 90 ha torpaq sahəsi var, həmin torpaq sahəsini X14 200.000 manata almışdır. Həmin torpaq sahəsinin sənədlərini öz adına rəsmiləşdirməyə 2021-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 ondan 20.000 manat pul müqabilində həll edəcəyinə söz vermişdir. Onun 5.000 manat pulu olsa da, 15.000 manatı çatmamışdır. Ona görə də həmin ərəfədə o, tanışı İradədən borc olaraq 15.000 manat pul istəmişdir. 15.000 manat pulu İradədən borc olaraq almış və özündə olan 5.000 manat pulla birlikdə 2021-ci ilin dekabr ayının sonlarında ünvan 16 ünvanında 20.000 manat pulu əlbə-əl Raminə vermişdir. O, pulu Raminə verərkən qonşusu Şahid2 və gəlini Şahid3 onun Raminə pul verməyinin şahidi olmuşlar. Ramin sonradan onu aldadaraq işini həll etməmiş, nədə ki, pulunu qaytarmamışdır. Ona görə də bu barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, hal-hazırda da Ramindən şikayətçidir və onun pulunun Ramindən alınıb ona qaytarılmasını xahiş edir. O, Raminə verdiyi 20.000 manat puldan başqa Rəşad adlı şəxsə 2.000 manat pul vermişdir. Lakin 2.000 manat pulun Raminə verdiyi 20.000 manat pula heç bir aidiyyatı yoxdur. Ramin hazırki vaxta kimi 20.000 manat puldan ona hər hansı bir məbləğdə pul qaytarmamışdır. Həmçinin o, sonradan İradədən aldığı 15000 manat borcu qaytarmışdır. Buna görə də ona maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X24 eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək, ittiham aktına əsasən X30 təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı X13 ona qarşı yaranmış etibarından suiistifadə edərək sonuncuya məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Xaşaxuna bağları adlanan ərazidə 0.90 ha torpaq sahəsinə sənədləşmə aparacağına dair yalan vəd verib inandıraraq 2021-ci ilin dekabr ayının sonlarında ünvan 17 ünvanında yerləşən evində 20.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs X17 ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdiyini, Təqsirləndirilən şəxs1 tərəfindən vurulan ziyanın ibtidai istintaq zamanı sübuta yetirildiyini bildirərək, Təqsirləndirilən şəxs1 20.000 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181 və 183cü maddələrinə uyğun olaraq mülki iddianının icraata qəbul olunmasına dair qərar qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, ünvan 13 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bacısı oğlu X2 rayonunda narkotik vasitələrin satışı və istifadə edilməsinə görə həbs edilmiş və bu işini yüngülləşdirməyə kömək etməsi üçün dosttanışlardan məsləhətli bir adam axtarırmış. Bu söhbəti bilən kəndin ağsaqqalı Hacı Sərdar ona demişdir ki, bir dostu vardır və həmin şəxs kömək edə bilər. O, da razılaşmışdır. Bu söhbətdən 2-3 gün sonra Hacı Sərdarla birlikdə bir nəfər tanımadığı şəxs yaşadığı ünvan 13 ünvanına gəlmiş və Hacı Sərdar orada onu Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Ramin bəzi sənədlərə baxdıqdan sonra nə kömək lazım olsa deyə biləcəyini və bunun üçün 15.100 manat pul tələb olunduğunu bildirmişdi. O, da Təqsirləndirilən şəxs1 dediklərinə inanmış və 10 sentyabr 2021-ci il tarixdə Hacı Sərdarın, həm də qonşuluqda yaşayan Vahidin iştirakı ilə 15.100 manat pulu Raminə yaşadığı ünvan 13 ünvanında vermişdir. Həmin vaxt Ramin bacısı oğlunun işini tezliklə həll edəcəyini və həbsdən azad olunacağını bildirmişdir. Bundan sonra Ramin verdiyi vədlərə əməl etməmiş və o, Ramindən işi həll etməyini və verdiyi vədlərə əməl etməyini tələb etməyə başlamışdır. Təxminən iki gün sonra, yəni, 12 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvan 13 ünvanında Raminə əlavə 1.000 manat pul vermişdir. Beləliklə də Ramin ondan ümumilikdə 16.100 manat pul almışdır ki, həbsdə olan bacısı oğlunu həbsdən çıxarıb işini həll etməyə köməklik edəcəkdir. Lakin Ramin verdiyi vədlərə əməl etməmiş və aldığı pulu qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs X25 ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, ünvan 20 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. X45 28 may 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinişdir. Həmin ərəfədə maddi imkanı olmadığı üçün vəkil tuta bilməmişlər. Yoldaşının tutulmasını yaşadığı məhəllədə və ətraf ərazidə hamı bilirmiş. 2021-ci ilin iyun ayında kənddə Hacı Sərdar deyilən şəxs ona zəng edərək, həyat yoldaşını qurtarmaq lazım olduğunu və bu işdə köməklik edə biləcək tanışları olduğunu bildirmişdir. Bundan sonra Sərdar ona demişdir ki, Təqsirləndirilən şəxs1 adlı tanışı vardır və Ramin neçə illər dövlət işində işlədiyi üçün yoldaşına bu işdə köməklik edə bilər. O, da buna razılıq vermişdir. Bundan sonra Hacı Sərdar özünün Ramin adlı şəxslə görüşüb ona xəbər edəcəyini bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra Hacı Sərdar yenidən zəng edərək Ramin adlı şəxslə danışdığını, evə gəldikdə baş verənləri olduğu kimi Raminə danışmağını bildirmişdir. Biraz sonra Hacı Sərdar bir nəfər şəxslə həyətə gəlmiş və həmin şəxsi Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. O, baş verənləri danışmış, Ramin də dinlədikdən sonra 18.000 manata işi həll edə biləcəyini bildirmişdir. Həmin vaxt Ramin əvvəlcə ilkin olaraq 5.000 manat verməyini demişdir. Bu hal onu da qane etdiyi üçün həmin gün 2021-ci ilin iyun ayının ortalarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz fərdi evdə Raminin yanında Sərdara əlbə-əl 5.000 (beş min) manat pul vermişdir. Sərdar da həmin pulu sayıb, onun yanında Raminə vermişdir. Sonra 2021-ci ilin avqust ayında hissə-hissə olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Göy küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında Raminə cəmi 10.000 (on min) manat pul vermişdir. Sonuncu dəfə isə 28 avqust 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz fərdi evdə Raminə əlbə-əl 3.000 (üç min) manat pul vermişdir. Ramin söz vermişdir ki, həyat yoldaşını qolbaqla məhkəmədən buraxacaqlar. Lakin sonuncu dəfə pulu aldıqdan sonra Ramin onunla əlaqəni kəsmiş, buna görə də o, dəfələrlə Raminə zəng edərək işin nə yerdə qaldığını soruşsa da, əvvəlcə müxtəlif bəhanələr gətirmiş, sonra isə ümumiyyətlə Raminə zəng çatmamışdır. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 ona qarşı dələduzluq edərək 18.000 manat pulunu ələ keçirmiş və verdiyi vədə uyğun olaraq heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 21 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 2021-ci ilin sentyabr ayının ortalarında onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs4 adlı xanımın Təqsirləndirilən şəxs1la qohumunun işi ilə bağlı problemi həll etməsində danışıqlarında iştirak etmişdir. Orada onun iştirakı ilə Gülnarə 15.100 manat pulu əlb-əl Raminə vermişdir. O, da həmin ərəfədə işsiz olduğu üçün Ramin onu da “ASAN” xidmət mərkəzinə işə düzəldə biləcəyini demiş və o, da inanmışdır. Bundan sonra Ramin ona bu işi həll etmək üçün 6.000 manat pul verməli olduğunu, pulu verdikdən yaxın müddət ərzində onu “Asan” xidmət mərkəzlərindən birinə işçi kimi düzəldəcəyinə söz vermişdir. O, da Raminə inandığı üçün Raminin bu vədinə inanmış və bu söhbətdən 2-3 gün sonra, yəni 2021-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Halal süfrə” restoranının qarşısında Raminlə görüşmüşdür. Həmin vaxt Ramin özünü ona Türk vətəndaşı kimi təqdim etmiş və onu 6.000 manat müqabilində 1 saylı “ASAN” xidmət mərkəzinə şöbə müdiri kimi işə düzəldəcəyinə söz vermişdir. O, da Raminə inandığı üçün həmin restoranın qarşısında 6.000 manat pulu sayaraq Raminə vermişdir. Ramin də pulu sayıb götürmüş və cibinə qoymuşdur. Sonra isə 2021-ci ilin oktyabr ayında işə çıxacağını demişdir. O, da razılaşmışdır. Həmin müddətdən deyilən vaxta kimi gözləmiş, lakin bir müsbət nəticə olmamışdır. Bundan sonra o, Raminlə mütəmdi olaraq danışıb əlaqə saxlamağa başlamış və işin niyə gecikdiyini soruşmuşdur. Ramin isə müxtəlif bəhanələr gətirərək yaxın müddətdə işin düzələcəyini bildirmişdir. Bir müddət sonra Ramindən şübhələnib verdiyi 6.000 manat pulunu geri qaytarmasını tələb etməyə başlamış, bu zaman pulun özündə olmadığını, onunla görüşdüyü zaman yanında gələn “Adəm” adlı şəxsdə olduğunu bildirmişdir. O, Adəm adlı şəxslə əlaqə saxladıqda isə sonuncu verdiyi pulun ona məlum olmayan, yəni görmədiyi və tanımadığı Türkiyə Respublikasında yaşayan “Qorxmaz” adlı şəxsdə olduğunu bildirmişdir. O, Qorxmazla əlaqə saxlamış və Qorxmaz da ona demişdir ki, Adəmin göndərdiyi pul hesabına oturduğu zaman pulunu qaytaracaqdır. Lakin həmin vaxtdan hal-hazıradək həmin üç nəfər şəxs onun verdiyi 6.000 manat pulu ona qaytarmamışlar və onu işə düzəltməyərək ona qarşı dələduzluq etmişlər. Təqsirləndirilən şəxs1 Suraxanı RPİ-nin İstintaq şöbəsində istintaqın gedişi zamanı ona 6.000 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs3 ona dəymiş maddi ziyanın tam ödənildiyi üçün onun hazırda Təqsirləndirilən şəxs1 və ya hər-hansı başqa bir şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun yaxın dostudur. Təqsirləndirilən şəxs1 2022-ci ilin təxminən mart-aprel ayından tanışı Seymurun vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1 ona müraciət edərək yaxın dostunun qohumu olan Əsgər adlı şəxsin uzun illər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət etdiyini, Əsgərin əvvəllər Binəqədi RPİ-də, sonradan X47 İdarəsində işlədiyini, sonuncu dəfə isə müvafiq əmrlə Bakı Metropolitenində polis serjantı vəzifəsinə təyin edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, həmin yaxın dostu Natiq Şərifov həmişə bildirmişdir ki, Əsgərin arzusu yenidən X47 İdarəsində xidmət aparmaqdır. Natiq yaxın qohumu olan Əsgərlə yaxın münasibətdə olduğundan Əsgərə yardım etmək üçün özünün məlumatı olmadan bu məsələni həll etməyə qərar vermişdir. Bu minvalla X46 Həsənova müraciət etmiş, bu məsələdə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 da Natiq Şərifovun DYPİ-nə bərpa olunması üçün ona müraciət etmişdir. O, Təqsirləndirilən şəxs1 keçmiş prokurorluq əməkdaşı kimi və özünün deməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, generalmayor Rafiq Abbasovun yaxın qohumu kimi tanıyır. Raminlə ortaq dostlar vasitəsilə tanış olmuşdur. Raminlə görüşlər zamanı ona polis orqanlarında vəzifəyə təyinatla bağlı məsələlər olarsa köməklik edə biləcəyini bildirmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs1 ona dediyi, yəni Natiq Şərifovun yaxın qohumunun X47 İdarəsinə işə bərpa olunması məsələsini Raminə demişdir. Qısa müddət sonra Ramin ona bildirmişdir ki, Natiq Şərifovun qohumu Əsgərin məsələsini həll edə bilər və həmin şəxsin Azərbaycan Respublikası DİNin DYPİ-də yol patrul xidmətinin əməkdaşı kimi vəzifəyə təyin etdirə biləcəyini bildirmişdir. Lakin bununla bağlı müəyyən xərclərin çıxacağını bildirmiş və bu işi həll etməsi üçün 20.000 (iyirmi min) manat pul lazım olduğunu demişdir. Belə ki, Ramin ilkin olaraq 15.000 (on beş min) manat pulu vermək lazım olduğunu, əmr çıxdıqdan sonra qalan 5.000 (beş min) manat pulu vermək lazım olduğunu bildirmişdir. Raminin ona dedikləri barədə o, Zərərçəkmiş şəxs1 və Natiq Şərifova demişdir. Zərərçəkmiş şəxs1 02 avqust 2022-ci il tarixdə Natiq Şərifovdan 15.000 (on beş min) manat pulu alıb ona gətirib vermişdir ki, o, həmin pulu işin alınması üçün Raminə versin. Həmin gün, yəni 02 avqust 2022-ci il tarixdə o, həmin pulu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “Gloria” kafesinin yaxınlığında əlbə-əl Raminə vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 da onun yanında olmuşdur. Ramin 1 həftə ərzində işin həll olunacağını demişdir. Bundan təxminən 3-4 gün sonra Ramin onu əmin etmək məqsədilə bildirmişdir ki, 05593379-99 mobil nömrəsindən zəng edilmiş, həmin nömrədən zəng edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin rəisi, general-mayor Rafiq Abbasovun işçisi, polkovnik Bədəlovdur və yaxın günlərdə işə qəbul ediləcək şəxsin DİN-in Baş Kadrlar İdarəsinə dəvət olunacağını bildirmişdir. Sonradan məlum olmuşdur ki, əslində ***-***-**-** saylı nömrədən zəng edən şəxs Mirdaməd adlı şəxs olmuş, həmin şəxs özünün bildirməsinə görə əvvəllər Azərbaycan Respublikasının rayonlarının birində DYPİ-nin rəisi olmuşdur. Bundan sonra Ramin ***-***-**-** saylı mobil nömrədən zəng etmiş şəxsin Sahib Paşayev olduğunu, keçmiş polkovnik olduğunu, Bakı şəhəri DYPİ-nin rəisi, Rəşid Piriyevin qaynı olduğunu bildirmiş və ona həmin şəxsin Bakı şəhəri Nəsimi RPİ-nə gəlməsini bildirmişdir. Həmin vaxt Natiq Şərifov qohumu Əsgər ilə birlikdə Bakı şəhəri Nəsimi RPİ-nə getmişdir. Sonradan məlum olmuşdur ki, Natiq Şərifovun yaxın qohumunu Bakı şəhəri Nəsimi RPİ-nin kadrlar şöbəsinin məsul əməkdaşı qəbul etmiş və Natiq Şərifovun qohumuna qısa müddətdə vakant yerin olacağını, təxminən bir həftə sonra Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nə təyinat alacağını bildirmişdir. Təxminən 15-20 avqust 2022ci il tarixdə Ramin ona demişdir ki, artıq əmr verilmək üzrədir, bu səbəbdən yerdə qalan 5.000 (beş min) manat pulu da vermək lazım olduğunu bildirmişdir. O, artıq Natiq Şərifovun qohumuna zənglər edildiyini və Natiq Şərifov ilə qohumunun Nəsimi RPİ-nə getmələrini bildiyindən Raminin dediklərinə inanıb etiraz etməyib qalan 5.000 manat pulu Zərərçəkmiş şəxs1 alıb yenidən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən “Gloria” kafesinin yaxınlığında əlbə-əl Raminə vermişdir. Həmin vaxt Ramin ilə onun yanında heç kim olmamışdır. Beləliklə o, Natiq Şərifovun tanışı Zərərçəkmiş şəxs1 verdiyi və sonuncunun ona verdiyi ümumilikdə 20.000 (iyirmi min) manat pulu Natiq Şərifovun qohumu Əsgərin iş yerinin dəyişdirilməsi ilə bağlı Raminə vermiş olmuşdur. Lakin sonradan məlum olmuşdur ki, Ramin həmin pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, sonuncu dəfə o, 5.000 manat pulu Zərərçəkmiş şəxs1 götürüb Raminə verən vaxtı təxminən 3-4 günə işin həll olunacağını bildirmişdir. Bundan sonra Ramin işə düzələcək Əsgər adlı şəxsin 25 avqust 2022-ci il tarixdə əmrinin veriləcəyini bildirmişdir. Sonra Ramin həmin işin 29 avqust 2022-ci il tarixdə alınacağına vəd vermişdir. Bundan sonra o, əmrin çıxmadığını görüb Ramindən pulu istəməyə başlamışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində Ramin ondan aldığı 20.000 manat puldan 10.000 manat pulu X3 verdiyini bildirmişdir. Lakin Ramin qalan pulu hansı şəxsə verməsini bildirməmişdir. Ramin onun Zərərçəkmiş şəxs1 alıb verdiyi 20.000 manat pulu ona qaytarmadığı üçün Zərərçəkmiş şəxs1 məcbur olub öz şəxsi vəsaiti hesabına 20.000 manat pul tam şəkildə Natiq Şərifova qaytarmışdır. Buna görə də hazırda qeyd olunan 20.000 manat pul Zərərçəkmiş şəxs1 məxsusdur. O, Raminə 15.000 manat və əlavə 5.000 manat pul verməklə ümumilikdə 20.000 manat pul vermişdir. Raminin həmin puldan hansı şəxslərə verməsi barədə onun heç bir məlumatı yoxdur. Əvvəlcədən Ramin işin 15.000 manata düzələcəyini bildirmiş, o, da Raminə bildirmişdir ki, 15.000 manata işi düzəlt, o, da işə düzələn şəxsdən hörmət əlaməti olaraq əlavə 5.000 manat pul götürər. Lakin Ramin sonradan bu işin 15.000 manata yox, 20.000 manata alınacağını bildirmişdir. Mirdamədi o, ümumiyyətlə tanımır, görüşü və danışığı olmamışdır. Ramin ondan aldığı 20.000 manat puldan hazırda xatırlamadığı tarixdə ona kart vasitəsilə cəmi 1.000 (min) manat pul göndərmişdir. O, pulu əlbə-əl Raminə vermişdir. Raminin həmin pulu hansı şəxslərə verməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X24 onun qayınanasıdır. 2016-cı ildən o, Kamranla ailə həyatı qurduqdan sonra bir ünvanda yaşayır. X15 Təqsirləndirilən şəxs1 tərəfindən aldanılması faktı üzrə göstərə bilər ki, 2021 -ci ilin dekabr ayının sonlarında, günü xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs1 qayınanasına məxsus olan və Xəzər rayonu Xaşaxuna kəndi ərazisində yerləşən torpaq sahəsinin sənədlərini düzəltmək üçün 20.000 manat pulu şəxsən onun yanında yaşadığı ünvan 16 ünvanında alaraq söz verdiyi işi həll etməmiş, nədə ki, aldığı pulu qaytarmamışdır. Qayınanası Esmirə həmin pulun 15.000 manatını İradədən borc olaraq almışdır. Təqsirləndirilən şəxs1 qayınanası Esmirəni aldatması barədə X33 rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 22 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 6 ilə yaxın müddətdir ki, yaşadığı Yeni Suraxanı qəsəbəsində “Mini Market” ərzaq mağazasında satıcı işləyir. X13 Təqsirləndirilən şəxs1 barəsində Suraxanı rayon polis idarəsinin 31 -ci polis bölməsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. X24 ilə qohumluq əlaqəsi yoxdur, Uzun müddətdir ki, tanışlıq münasibəti vardır. Belə ki, eyni qəsəbədə yaşamaqla eyni məktəbin sinfində oxumuşlar. Ona görə də rəfiqədirlər. 2021-ci ilin dekabr ayının sonlarında saat 21 radələrində o, işdən evə gedərkən Esmirənin xəstə olmasını bildiyi üçün görmək məqsədi ilə yaşadığı evə getmişdir ki, vəziyyəti ilə maraqlansın. Söhbət əsnasında Esmirə ona demişdir ki, Xəzər rayonu Xaşaxona kəndində olan torpaq sahəsinin sənədlərini düzəltmək üçün 20.000 manat pul lazımdır, 5.000 manatı var, 15.000 manatı isə çatmır. Ona görə də ondan borc olaraq 15.000 manat pul istəmişdir. Həmin ərəfədə o, "xxxx" ASC-dən öz oğluna ev tikmək üçün 9.500 manat pul götürmüş, lakin tikintini sonra başlayacağını nəzərə alıb, Esmirəyə üç ay müddətinə borc pul verə biləcəyini demişdir. Ona görə də Bankdan götürdüyü 9.500 manatın üstünə evində olan 5.500 manat pulu da əlavə edib, 1 gün sonra 15.000 manat pulu Esmirənin yaşadığı evdə vermişdir. 2021-ci ilin dekabr ayının sonlarında Esmirə yaşadığı ünvan 16 ünvanında 20.000 manat pulu onun və gəlini Günayın yanında əlbə-əl Raminə vermişdir. O, pulun verilməsində şəxsən iştirak etmişdir. 15000 manat pul Esmirəyə məxsusdur. Çünki sonradan Esmirə ondan aldığı borcu ona qaytarmışdır. Bu səbəbdən də ona maddi ziyan dəyməmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq orqanına təqdim etdiyi içərisində səs yazıları olan 01 ədəd “CD” disk götürülmüş və Şahid1 iştirakı ilə qeyd olunan səs yazılarına baxış keçirən zaman aşağıdakıları bildirmişdir: “WhasApp Audio 2022-10-21 at 15.56.33” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin deyir ki, əgər o adamı DİN-nin Baş kadrlar idarəsinə çağıracaqlar, əgər orda yoldaşa deyilən təklif onu qane etməsə deyərsiz, orada verdiyi haqq- hesabı qaytararlar; “WhasApp Audio 2022-21 at 15.56.33” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. İşə düzəlmək istəyən Əsgəri Bakı şəhər DYPİ-nə Üzeyir müəllimin yanına çağırmışlar, Əsgər oraya gedib çıxdıqdan sonra bildirmişdir ki, Üzeyir müəllim demişdir ki, “burada sənlik iş yoxdur”. Mən də Raminə zəng edib, bu məsələ ilə bağlı soruşduqda Ramin bir neçə dəqiqə sonra mənə yenidən zəng edib anlaşımamamzlıq olduğunu, Əsgərin yenidən oraya qayıtmasını bildirdi. Həmin gün Əsgəri Sahib qarşılayıb Bakı şəhəri Nəsim RPİ-nə getmişlər. - “Whatpp Audio 2022-10-21 at 15.56.33” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin deyir ki, əgər işin gedişatından varmı? Mən də verdiyim əmanəti qaytarmasını bildirdim. Ramində pul verilən şəxsin rayonda olduğunu, gələndə verəcəyini bildirir. - “WhatsAp Audio 2022-10-21 at 15.56.34” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin deyir ki, pul ilə bağlı səs göndərmişdir. - “WhatsApp Audio 2022-10-21 at 15.56.34” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs sonradana mənə deyildiyi kimi Mirdamədə məxsusdur. Mirdaməd qeyd edir ki, ümumi söhbətlərin içində olan səs yazısıdır. İşin həll olunmadığı üçün mən Təqsirləndirilən şəxs1 etirazımı bildirdikdə Ramin mənim səsimi Mirdamədə göndərmiş və sonuncu mənim səsimə qulaq asaraq işin həll olunacağına dair vədlər verməsinə dair səs yazısıdır. - “WhatsApp Audio 2022-1-21 at 15.56.35” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Mən Ramindən işin nəticəsi barədə soruşduqda Ramin deyir ki, işə düzələn şəxs barədə metropolitenin polis rəisinə tapşırıblar. - “WhatsApp Audio 2022-10-21 at 1.56.35” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs yazısını mənə Ramin mənə göndərmişdir. Həmin səs yazısının hansı şəxsə məxsus olmasını bilmirəm. - “WhatsApp Audio 2022-10-21 at 15.6.36” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin bu səs yazısında zəng vurub çağıracaqlarını qeyd edir. - “WhatsApp Audio 2022-10-21 at 15.56.28 (1)” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin deyir ki, işə düzələn şəxsin tələbnaməsi verilib, Bakı şəhəri DYPİ-nə çağırılacağını bildirir. - “WhatsApp Audio 2022-10-21 at 15.56.28” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin 2-ci dəfə pulu istəməsi barədə mənə səs göndərmişdir. - “WhatsApp Audio 2022-10-21 at 15.56.29 (1)” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Təqsirləndirilən şəxs1 işə düzələn şəxsin çağırılacağını qeyd edir. - “WhatsApp Audio 2022-10-21 at 15.56.29” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Təqsirləndirilən şəxs1 işə düzələn şəxsin çağırılacağını qeyd edir. - “WhatsApp Audio 2022-10-21 at 15.56.30 (1)” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin qeyd edir ki, həmin şəxs qəbula gedib orada gözləyir. - “WhatsApp Audio 2022-10-21 at 15.56.30 (2)” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin qeyd edir ki, işə düzələcək şəxsi qəbula çağıracaqlar. - “WhatsApp Audio 2022-10-21 at 15.56.31” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin qeyd edir ki, işə düzələcək şəxs saat 3-də Nəsimi RPİ-də olsun, polkovnik qəbul edəcək. - “WhatsApp Audio 2022-10-21 at 15.56.35” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin ediləcək şikayətə etirazını bildirirək kimdən kimə şikayə etmələrini qeyd edir və işin düzəcəyinə vəd verir. - “WhatsApp Audio 2022-10-21 at 15.56.36” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin qeyd edir ki, nahar fasiləsindən sonra daxili telefonla zəng edib tapşıracaqlar və iş 5 günə düzələcək. - “WhatsApp Audio 2022-10-21 at 15.56.37” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin qeyd edir ki, kimə ki, pul çatıb, geri tələb olunsa Əsgərə problem olaraq, bu da bizə lazım deyil. - “WhatsApp Audio 2022-10-21 at 15.56.35” adlı faylı dinlədikdən sonra bildirdi ki, bu səsi Mirdaməd Raminə ataraq qeyd edir ki, narahatçılığa əsas yoxdur. Həmin səsin sahibi guya Baş Kadrlar İdarəsinin əməkdaşıdır. Lakin həmin şəxsi tanımıram, kim olmasını bilmirəm. - “WhatsApp Audio 2022-10-21 at 15.56.34” adlı faylı dinlədikdən sonra bildirdi ki, həmin səs Təqsirləndirilən şəxs1 məxsusdur. Ramin qeyd edir ki, 15.000 manat puldan əlavə 5.000 manat pul verilməlidi ki, Əsgərin əmri verilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat mərhələsində təqdim etdiyi videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, çəkiliş Təqsirləndirilən şəxs2 tərəfindən aparılmış, görüntüdə Təqsirləndirilən şəxs1 10.000 manat pulu sayaraq Mirdamət Əsgərova verir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(006)-106/2022 saylı, 25 avqust 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqirləndirilən şəxs Əsgərov Mirdamət Mirhüseyn oğlu sağalanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Akademik “C.M.Abdullayev adına X1” X41 Əsgərov Mirdamət Mirhüseyn oğlunun sağlamlıq vəziyyəti barədə mütəmadi olaraq məlumat verməsi tapşırılmışdır. İş materiallarından görünür ki, Şahid1 tərəfindən Səbail Rayon Prokuroroluğuna ünvanlanmış şikayət ərizəsi 20 sentyabr 2022-ci il tarixdə Prokurorluğa daxil olubdur. Şikayət ərizəsində Təqsirləndirilən şəxs1 adlı şəxsin cinayət məsuliyyətinə cəlb olunması və ona dəymiş 20.000 manat məbləğində zərərin ödənilməsi üçün tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan pul vəsaitinin köçürülməsi haqqında qəbzlərdən görünür ki, 08 sentyabr 2022-ci il tarixdə saat 08:10 və 08:11-də ayrılıqda 1500 manat pul vəsaiti “416973******7646” kart hesabından “416973******8780” kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan göründüyü kimi, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Səbail RPİ-nin İŞ-nin 03 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Rəfaeloviçin ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 yanvar 2023-cü ildə, saat 15:30-da saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməinə dair vəsatətin təmin edilməməsi, qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Suraxanı RPİ-nin İŞ-nin 04 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuş və onun tutularaq Suraxanı RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Suraxanı Rayon Polis İdarəsinin 03 senyabr 2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 sentyabr 2022-ci il tarixdə saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-517/2022 saylı, 03 sentyabr 2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 02 noyabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-606/2022 saylı, 14 oktyabr 2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində Suraxanı Rayon Məhkəməsinin 4(010)-517/2022 saylı, 03 sentyabr 2022ci il tarixli qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş və barəsində 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəlinin tutulduğu vaxtdan hesablanması müəyyən edilmişdir. Həmin qərardan görünür ki, 14 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuşdur və iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan və Suraxanı Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 21 oktyabr 2022-ci il tarixdə, saat 09:15 radələrində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin MSYnə təhvil verilmişir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-606/2022 saylı, 09 dekabr 2022ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddətinin uzadılması vaxtının sonuna qədər, yəni 17 fevral 2023-cü ilədək həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Səbail RPİ-nin İŞ-nin 03 yanvar 2023-cü il tarixdə qərarı ilə Təqsirləndirilən şəxs1 ittiham elan etmək üçün tutulması müəyyən olunmuş və barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 yanvar 2023-cü ildə, saat 15:30-da saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməinə dair vəsatətin təmin edilməməsi, qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 13 fevral 2023-cü il tarixdə Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən Təqsirləndirilən şəxs1 ev dustaqlığında qalma müddətinin uzadılmasına dair Səbail RPİnin İstintaq Şöbəsi tərəfindən verilmiş vəsatətdən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbir seçilmişdir. Təqsirləndirilən şəxs1 ev dustaqlığında qalma müddəti bitdikdən sonra onun barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-164/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının 30 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 23 yanvar 2024-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə müvafiq olaraq cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün onlara isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblər nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə ittiham aktında Təqsirləndirilən şəxs2 qabaqcada əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi, Təqsirləndirilən şəxs1 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq hərəkətlərini törətməkdə ifadə olunur. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-nin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri - təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (ələlxüsüs “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən CPM-də daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən qanunların tələbinə uyğun hazırki cinayət işi üzrə həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı iclasında tədqiq edilmiş sübutları işin faktikı hallarına uyğun qiymətləndirib, cinayət və Cinayət-Prosessual qanunların tətbiqinin qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları müəyyən etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, verilmiş ittihamın dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərəçəkmiş tərəfin, təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmadığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə bəraət verilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalı, eyni zamanda ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs2 istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri üzrə istintaq orqanının gəldiyini nəticəni işin həqiqi hallarına uyğun hesab etmir, həmin nəticənin tərəflər arasında mövcüd olmuş real münasibətləri əks etdirmədiyini bildirir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Təsvir olunan normalara əsasən müdafiə tərəfinin dəlillərini baxılan işin materialları, o cümlədən iş üzrə tərtib edilmiş ittiham aktı ilə müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxs2 verilən ittihama əsasən o, tanışları Təqsirləndirilən şəxs1 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncunun tanışı olan və hazırda X26 xidmət aparan X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X47 İdarəsinə köçürülməsinə yalandan vəd verib inandıraraq 02 avqust 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Gloria” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs1 tanışı X10 15.000 manat pulu, 2022-ci ilin avqust ayının sonunda ünvan 8 ünvanında yerləşən “Gloria” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs1 tanışı X10 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdiyi bildirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1 və həmin epizod üzrə Şahid1 ifadələri və iş üzrə digər sübutlar ilə elan olunmuş ittihamda göstərilən işin halları uzalaşmır. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktik hallarının sözügedən epizodda dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı da aydın olur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri üzrə obyektiv nəticəyə gəlmək üçün Təqsirləndirilən şəxs2 özünün də etiraf etməsinə əsasən Təqsirləndirilən şəxs1 pul vəsaiti alarkən əsl niyyətinin nədən ibarət olduğu, həmin vəsaitin qarşılığında zərərçəkmiş Zərərçəkmiş şəxs1 hər hansı vəd vermişdimi, tərəflər bir birlərini tanıyırlarmı, onların arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olması istiqamətlər üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Cinayət işinin materiallarında olan Şahid1 20 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Bakı şəhəri Səbail rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib və Təqsirləndirilən şəxs1 adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş 20.000 manat zərərin ödənilməsi üçün tədbir görülməsini xahiş etmişdir, həmçinin cinayət işinin materiallarında olan 08 sentybar 2022-ci il tarixli ********* nömrəli və 08 sentyabr 2022-ci il tarixli ********** nömrəli qəbzlərdən görünür ki, həmin tarixlərdə Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 arvadının sərəncamında olan "xxxx" ASC-yə məxsus **********808780 nömrəli karta 1500+1500 ümumilikdə 3000 (üç min) manat pul köçürülmüşdür və bu fakt məhkəmə baxışı zamanı öz təstiqini tapmışdır. Həmçinin cinayət işinin materiallarında olan 03 noyabr 2022-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldan, 23 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmiş pulun 08 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 pulu geri istəməsi səbəbindən ona qaytarmış və bu hal məhkəmə baxışı zamanı da öz təstiqini tapmışdır. Daha sonra cinayət işinin materiallarında olan Şahid1 20 sentyabr 2022-ci il tarixli ərizəsinin məzmunundan da görünür ki, Şahid1 Təqsirləndirilən şəxs2 adını heç bir yerdə göstərməmiş, bütün pul məbləğini Təqsirləndirilən şəxs1 şəxsən verdiyini bildirmişdir və bu hal da Şahid1 məhkəmə baxışı zamanı elan edilmiş ifadəsində öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanları nəzərdən keçirib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aldığı pulun qarşılığında zərərçəkmiş şəxsə heç bir vəd verməmiş və heç bir niyyəti belə olmamışdır. Bu hal ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Şahid1 23 noyabr 2022-ci il tarixdə keçirilmiş üzləşmə protokolunda öz əksini tapmışdır. Tərəflər arasında olan münasibətə gəldikdə isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Şahid1 ilə tanış etməsi və bundan sonra onların hər hansı bir sövdələşməyə girmələri və nəticə etibarı ilə bu sövdələşmənin gələcəkdə dələduzluq cinayətinin bir epizoduna gətirib çıxaracağını Təqsirləndirilən şəxs2 ehtimal edə bilməzdi. Belə ki, Təqsirləndirilən şəxs2 Ceynuh İsmayılovdan pulun alınması zamanı iştirak etməmiş, yalnız pulun Təqsirləndirilən şəxs1 tərəfindən Mirdamət Seyidova verilməsi zamanı iştirak etmiş və həmin məqam da Təqsirləndirilən şəxs2 tərəfindən videoyazı vasitəsilə qeydə alınmış və istintaq orqanına təqdim edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 pul alarkən onun dələduzluq niyyəti olması, zərərçəkmiş şəxsə hər hansı vəd verməsi iş materiallarında olan sübutlara əsasən öz təsdiqini tapmır və onun götürdüyü pulu daha sonra, yəni zərərçəkmiş şəxs Şahid1 şikayət ərizəsindən əvvəl, yəni 08 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qaytarması dələduzluq cinayətinin dispozisiyasına ümumiyyətlə uyğun gəlmir. Beləliklə, məhkəmə cinayət işinin yuxarıda müqayisəli təhlil edilən halları ümumişdirilməklə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə X26 xidmət aparan X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X47 İdarəsinə köçürülməsinə vəd verməsi və bununla bağlı onun pulunu ələ keçirmək niyyətində olması hər hansı sübutla təsdiq olunmur və işin həqiqi halları ilə uzlaşmır. Düzdür, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 2500 manat pul almışdır və daha sonra Təqsirləndirilən şəxs1 həmin pul məbləğini Şahid1 şikayət ərizəsi verməsində əvvəl Təqsirləndirilən şəxs1 geri qaytarmışdır, lakin bu hal dələduzluğun dispozisiyasına uyğun gələn aldatma kimi qiymətləndirilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs2 əməlində qabaqcada əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi barədə ittiham tamamilə əsassız olmaqla həmin ittihama görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 cə 178.2.4-cü maddələri ilə təqsirli bilinə bilməz. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə qeyd edir ki, cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: -özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi. Talama cinayətlərindən sayılan dələduzluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Hətta, zərəçəkmiş şəxsin maddi zərər görməsi təqsirkarın başqa kriminal xarakterli niyyət və məqsədləri ilə bağlı olduqda belə, müstəsna olaraq bundan çıxış etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibinin mövcudluğu barədə mühakimə yürütmək düzgün deyil. Çünki, yuxarıda təsvir edilmiş talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispoziyasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamından gedirsə, təqsirkarın zərəçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunmalıdır. Beləliklə, məhkəmə belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və X29 İsmayılov arasındakı işə düzəltmə məsələsi barədə razılaşmaları üzrə, eləcə də pulların götürülməsi barədə danışıqlarda hər hansı əhəmiyyətli bir iştirakı və rolu olmayan Təqsirləndirilən şəxs2 aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, sonrakı dövrdə isə ona verilmiş pulun ərizə verilməmişdən əvvəl geri qaytarması ittihamın özünün və ittiham tərəfinin təqdim etdiyi sübutların kifayət qədər ziddiyyətli və ehtimal xarakterli olması nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək Təqsirləndirilən şəxs2 dələduzluq cinayətinin subyektinə çevirmir və əməllərində cinayət tərkibinin olmadığını təsdiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2 və 21.3-cü maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun əməlində cinayət tərkibinin olmadığı müəyyən edildikdə, cinayət hadisəsi olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə həmin şəxsin barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, verilmiş ittihamın dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərəçəkmiş tərəfin, təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və o törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç az yaşlı uşağın olmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, onlara cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, həmin epizodlar üzrə əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddətlər daxildir. Hazırki cinayət işinin materiallarına göründüyü kimi Təqsirləndirilən şəxs1 02 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022ci il tarixədək tutulduğu, 03 sentyabr 2022ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu, 21 oktyabr 2022-ci il tarixdən 09 dekabr 2022ci il tarixədək həbsdə olduğu, 09 dekabr 2022-ci il tarixdən 09 yanvar 2023-cü ilədək ev dustaqlığında olduğu, 09 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək tutulduğu, 11 yanvar 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət, yəni 05 (beş) ya 04 (gün) ona təyin olunmuş azadlıqdan məhruemə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-164/2023 saylı, 17 oktyabr 2023-cüil tarixli qərarı ilə axtarış elan olunmaqla seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar tutulduğu 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X13 Təqsirləndirilən şəxs1 qarşı 20.000 manat məbləğində maddi ziyanın ödənilməsinə dair mülki iddiası əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 ona qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncuya X45u həbsdən azad etdirəcəyinə dair yalan vəd verib inandıraraq 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 4 ünvanında yerləşən evində 5.000 manat, 2021-ci ilin avqust ayında həmin ünvanda 10.000 manat, sonuncu dəfə 28 avqust 2021-ci il tarixdə həmin ünvanda 3.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 18.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, məhkəmə zərərçəkmiş şəxs X13 Təqsirləndirilən şəxs1 qarşı 20.000 manat məbləğində maddi ziyanın ödənilməsinə dair mülki iddiası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona həmin maddələr üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 02 sentyabr 14 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu, 21 oktyabr 2022-ci il tarixdən 13 fevral 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, yəni 05 (beş) ay 04 (gün) müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs X13 Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası təmin olunsun. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 20.000 (iyirmi min) manat maddi ziyan tutularaq zərərçəkmiş (mülki iddiaçı) X17 ödənilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-8/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-8/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver