Məhkəmə qərarları › İş №1(009)-8/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-8/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-8/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Xüsusi ittihamçının nümayəndəsi: Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs: X3 iştirakları ilə, 24 iyul 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 461 ünvanında yaşayan. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X15 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhərində, məhkəmənin binasında 20 iyun 2025-ci il tarixdə qapaqlı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X15 xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək, 24 iyul 1971-ci il təvəllüdlü, son qeydiyyat yeri ünvan 1 ünvanı olan, Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 461 ünvanında yaşayan X3 onu xüsusilə külli miqdarda əmlakı oğurlamaqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi), xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi), qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğunda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3), mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi), terrorçuluğu maliyyələşdirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi) ittiham etdiyi üçün onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, “uzun müddətdir Rusiya Federasiyasının ərazisində yaşayır. Həmçinin Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün tez-tez ölkəyə də gəlib gedir. Dövlətimizə, millətimizə bağlı Azərbaycan Respublikası vətəndaşıdır. O, ümumiyyətlə X4 öncədən tanımamışdır. O, təxminən 2021-ci ildən etibarən onu ittiham edir. Guya onun ticarət işinə mane olduğunu bildirir. Guya onun əmisi oğlanları ilə arasındakı maddi problemlərin yaranmasına səbəb olmuşdur. Əmisi oğlanları belə onun bu işə heç bir aidiyyatı olmadığını bildirmişlər. X29 müxtəlif yalanlarla ətrafındakı şəxslərə böhtan atıb batmış biznesini ayağa qaldırmağa çalışır. Öncədən müxtəlif məzmunlu videolar çəkərək ona göndərib onu həbs etdirəcəyi ilə hədələmişdir. Belə ki, cavabdeh 10 dəqiqə 25 saniyəlik video çəkərək “Mən, X2 şəhərində 25 ilə yaxındır yaşayır, bu gün bir canlı çıxış etmək istəyir. Buradan aidiyyəti qurumlara o cümlədən Respublikanın Prezidenti İlham Əliyev cənablarına, vitse-prezident Mehriban xanım Əliyevaya, DTX naziri Əli Nağıyev cənablarına, DİN naziri Vilayət Eyvazov cənablarına, Respublikanın Baş Prokuroru Kamran Əliyev cənablarına, həmçinin burada qeyd etmək istəyir ki, meyvə-tərəvəz bazasının rəhbəri nüfuzlu iş adamı Qod Nisanov cənablarına. Bu video çıxışı çəkməkdə məqsədi bu müraciəti mediaya çıxarmaq, sosial şəbəkələrdə paylaşmaq, ictimailəşdirməkdir. Həm də bu oğurluq faktını ona törədənləri Sizlərə tanıtmaqdır. Ramin Niyazov kimilərini, Mahir Babayev kimi kriminalları 10 milyonluq Azərbaycan xalqı tanısın. 2020-ci ildə onun Moskvada böyük bir problemi yaranıb və bu gün də onun həyatı təhlükə qarşısındadır, o cümlədən ailəmin həyatı təhlükə qarşısındadır. İki ildir qatı kriminal ünsür Ramin Niyazovun adamlarının təhdidləri, təqibləri altında yaşayır. Onunla hal-hazırda düşmənçilik aparan X12r. Ramin Niyazovun atası Qobustan Təcridxanasında ömürlük həbs cəzası çəkən və X34 ləqəbi ilə tanınan Mübariz Niyazovdur. Ramin Niyazov onun biznesini qohumlarının əli ilə oğurlayıb. İndi də hər vasitə ilə onu susdurmaq, səsini kəsmək, məhv etmək istəyir. Onun əlaltısı, keçmiş polis işçisi olmuş, polisdən qovulan Etibar adlı şəxsdir. Etibar polisdən qovulandan sonra Moskvaya gedib və Raminin kriminal dəstəsinə qoşulub. Dəfələrlə Raminin əlaltısı Etibarın təhdidlərinə məruz qalmışdır. Onu öldürməklə, yox etməklə hədələyib. Etibarla olan telefon danışıqları çıxarıldı, siz də şahid ola bilərsiniz. X1r. Ramin Niyazov əlaltısı Etibarın əli ilə mənim bazaya girişimə qadağa qoydurdular. Ondan sonra məni bazaya çay içmək adı ilə çağırıb, bazanın zərzəmisinə saldırdılar. İki saat söhbətdən sonra İlham Rəhimovun kürəkəni Araz müəllim buraxdırıb. O, zirzəmidə olarkən onun pasportunu kserekopiya eliyib X23 əli ilə Azərbaycan Respublikasına göndərir və girişinə qadağa qoydurur. Ondan sonra onun pasport şəklini böyüdürlər bazanın ərazisində “Cinayətkar axtarırıq” adı ilə bütün insanlara göstərirlər. X33 cənabları, şəxsən sizdən kömək istəyir. Siz Alicənab, çox hörmətli, nüfuzlu, ədalətli bir rəhbərsiz. Onun başına gələn bu oğurluq, çirkin oyunlar sizin yaratdığınız meyvə-tərəvəz bazasında baş verib. Hal-hazırda Ramin Niyazovun kriminal dəstəsi sizin rəhbəri olduğunuz meyvə-tərəvəz bazasında məskunlaşıb, iyrənc əməllərlə məşğuldurlar. Ramin Niyazov adlı bu kriminal sizin ad və nüfuzunuzdan istifadə edərək “FUD SİTİ” meyvətərəvəz bazasında bacarıqlı iş adamlarını əzir, qorxuzur, təhdid edir, bizneslərinə əl qoyur, ya da hər nə yollasa, şərik olur. Ramin Niyazov hər yerdə sizin adınızdan, Alek Yusibovun adından istifadə edir. Özünü sizə ən yaxın adam kimi hamıya deyir. İki gün öncədə Bakıda çox ciddi bir orqanda Ramin Niyazovla mənim üzləşməm zamanı Sizinlə çox yaxın olduğunu vurğuladı. Və qeyd etdi ki, pulum çoxdur, əlim hər yerə çatır. Mənim arxamda Qod Nissanov dayanır. Mənimlə heç kəs bacara bilməz deyir. Mənim başıma gələn bütün bu çirkin əməllər, biznesimin oğurlanmağı Ramin Niyazovun əli ilə baş verib. Atası ömürlük yatan bu kriminal ünsür X24 sizə məxsus “FUD SİTİ” bazasında öz kriminal dəstəsi ilə sözün hər cür mənasında at oynadır. Buna dur deyən yoxdur. Mənə məxsus biznesi oğurlayaraq balalarımın çörək pulunu, çörək haqqını, mənə çatacaq 3 milyon dollar pulu mənimsəyir. Ala bilmirəm. Deməli, mən 2002-ci ildə öz qohumlarımı Bəhman və Bəhruz Verdiyev qardaşlarını aparmışam Moskvaya işləməyə. Təbii ki, öz ata-analarının xahişi ilə. Bu qardaşlar 17 il mənimlə bir yerdə çalışıblar, işləyiblər, 10 il maaş alıblar, 7 il də bu “FUD SİTİ” meyvə-tərəvəz bazası açılanda mən onları öz biznesimə şərik etmişəm. Bu qardaşlar Bəhman və Bəhruz Verdiyev qardaşları mənim bunlara olan inamımdan istifadə edib arendadan yığılan 2 milyon dollar pulu oğurlayıblar və özlərini sığortalamaq üçün çıxıblar Ramin Niyazova. Ramin Niyazova zəng tapşırığı bizim Gəncə şəhərindən gedib. Sabiq icra başçısı Elmar Vəliyevin baş mühasibi işləmiş Vəfa Məlikova zəng edir Ramin Niyazova öz kürəkənini mənim əmimoğlu X25 Niyazova tapşırır ki, onu qoru. Ondan sonra Ramin Niyazov qardaşları yanına çağırır, hər şeyi öyrənir, ondan sonra da belə demək olar ki, mənim müsibətli günlərim başladı. Mən bu işləri oğurluq hadisələrini biləndən sonra qardaşları yanıma çağırdım, haqq-hesab çəkmək istədim, onlar mənə heç nə göstərmədilər və əvəzində mən qarşımda Ramin Niyazovu gördüm. Ramin Niyazov mənə güc tətbiq edərək 17 ilə qurub qaldırdığım 3 milyon dollar aborotu olan biznesi beləcə əlbir olub oğurladılar. Özünəməxsus 2/33 nömrəli “sklada” bu qardaşları yerləşdirərək şərik oldular. Alek Yusibovla mən və Ramin üçlükdə olan 3-cü görüşümüzdə mən Alekdən məni kim tutdurub zirzəmiyə saldırıb soruşduqda Alek and içdi ki, xəbərim yoxdur. O görüşdə Alek mənim biznesimin Ramin tərəfindən oğurlandığını bildirdi. Qod Nisanov cənabları, xahiş edirəm durdurun bu kriminal dələduz ünsürü. X33 cənabları Ramin Niyazov mənim işlətdiyim “skladı” məndən zor gücünə alıb qatı radikal, dindar Emin Cahangirova verib. Emin Cahangirov hal-hazırda vətən xaini kimi həbs olunub. X20 himayəsi altında olan ən yaxın adamıdır. Ramin indi etdiyi bütün çirkin əməlləri Eminin üstünə yıxır. Eminə və Mahirə aid səsyazılarında mənim biznesimi oğurlayanın Ramin Niyazov olduğunu deyirlər. Bu deyənlər Ramin Niyazovun ən yaxın adamlarıdırlar. Bu adamlar İranın Hüseyni terror təşkilatı ilə mütəmadi yardımlar edir. Qasım Süleymani öldürüləndə 1 il yas saxlayıblar. Bu pul köçürmələrini də X31 həyata keçirdir. Bütün bu cinayətlər meyvə-tərəvəz bazasında baş verir. Amid Əliyev hal-hazırda 2/22-ci skaldda oturur. Sklad qatı kriminal olan Mahir Babayevə aiddir. Vətən xaini olan X30 Niyazovun sağ əlidir. Emin və Amid Raminə arxayın olub mənim skladda qalan malımı satıb 100 min dollar pulumu mənimsəyiblər, ala bilmirəm. X26, 7 il işlətdiyim 2/22 nömrəli sklad Ramin Niyazov sizin adınızdan istifadə edərək yerin sahibi, kriminal ünsür Mahir Babayevdən hədə-qorxu yolu ilə almışdır. Adını da qoydular ki, yer hal-hazırda həbsdə olan Emin Cahangirova verilməsə, yeri əlindən alacayıq. Bu barədə, bir çox söhbətlər barədə məndə danışıq, səs yazıları var. Dediklərini bu adamların öz dilindən, səs yazılarına qulaq asmaqla da eşitmək olar. Mahir Babayevi o, sonralar tanımışdır. Bu 90-cı illərdən qalan tək-tük kriminallardandır. Hal-hazırda 2/22 nömrəli sklad buna məxsusdur. Həmin skladda qoyduğu xərci 125 min dollar xərci Mahir Babayevdən ala bilmir. Öz haqqını istəyəndə onu güllələməklə hədələyir. Mahir Babayevin də özünün kriminal dəstəsi var. Hətta bu kriminal Mahir Babayev bir danışığında ona guya ki, məsləhət görür. Deyir, onun çörəyini oğurlasaydılar, o, limonkanı götürüb Alek və Raminin başına atar. Onları da, özünü də öldürər. Başqa bir danışıqda deyir. Dəmiri götürüb başlarına ataram. Mahir Babayev vətən xaini kimi həbsdə olan Emin Cahangirovla çox yaxın münasibətdə olub. Dəfələrlə İrana, Suriyaya, İraqa uçmuşlar. Bu kriminallar “FUD SİTİ” bazasından bəhrələnərək Hüseyni təşkilatına mütəmadi yardımlar edirlər. Hörmətli hüquq-mühafizə orqanları, Sizə müraciət edirəm. Çağırın, araşdırın, bu qədər silah-sursat Mahir Babayevdə hardandır. X21, mənim sizə hörmətim tamdır və Sizin ədalətinizə inanıram. Sizdən xahiş edirəm, Ramin Niyazovun bu kriminal əməllərinə son qoyasız. O sizin yaratdiğınız bazada hər cürə çirkli oyunlardan çıxır və Azərbaycanlı iş adamlarına böyük problemlər yaradır, bizneslərinə əl qoyur ” məzmunda çıxış edərək yalan olduğunu bilə-bilə məni ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham etmişdir. Həmin videoları mənə göndərmişdir. Eldəniz Verdiyev qanunsuz əməllərinə davam etmiş, qanuvericiliyin tələblərini kobud şəkildə pozaraq məni ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham etdiyi məqalələri kütləvi informasiya vasitələrində də yaymışdır. Bu da bir daha təsdiqləyir ki, Eldəniz Verdiyev AR CM-nin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməlidir. Belə ki, Eldəniz Verdiyev tərəfindən xx.xx.2023cü il tarixdə saat 23:07-də gundemxeber.az (link:https://gundemxeber.az/gundemxeber/82788-rusiyada-yasayan-azerbaycanli şadaminin-heyati-tehlukede-qod-nisanovdan-komek-steyir-fotofakt.html), xx.xx.2023-cü il tarixdə saat 19:41-də xalqxeber.az (link: https://xalqxeber.az/society/98229- rusiyadayashayan-azerbaycanli-sh-adaminin-heyati-tehlukede-qodnisanovdan-komek-steyirfotofakt.html), xx.xx.2023-cü il tarixdə azinforum.az (link:https://azinforum.az/manset/az%C9%99rbaycanli-is-adami-son-car%C9%99-kimiqod-nisanovdan-kom%C9%99k-ist%C9%99yib-il%C9%99mi-xilas-edin/), xx.xx.2023-cü il tarixdə saat 10:54-də veteninfo.az (link: https://veteninfo.az/rusiyada-yasayanazerbaycanli-is-adaminin-heyati-tehlukede-qod nisanovdan-komek-isteyir-fotofakt) xəbər saytlarında “Azərbaycanlı iş adamı son çarə kimi Qod Nisanovdan kömək istəyib: “Ailəmi xilas edin” kimi başlıqda xəbərlər yaymışdır. Xəbər saytlarında yayılmış məlumatlar eyni məzmunlu olmaqla bundan ibarətdir: “25 ilə yaxındır ki, Rusiya paytaxtı Moskva şəhərində yaşayan və orda iş adamı kimi tanınan X8 olduqca çətin vəziyyətlə üzləşib. Bu barədə o, Azərbaycanın hüquq-mühafizə orqanlarına, eləcə də Moskvadakı “Food City” meyvə və tərəvəzin topdan satış bazarının sahibi tanınmış iş adamı, əslən Azərbaycandan olan X22 müraciətində bildirib. Eldəniz Verdiyev müraciətində olduqca dəhşətli məqamlara toxunub və araşdırılması vacib olan məsələlər barədə danışıb. Onun çıxışından məlum olub ki, “Food City” bazarında onun timsalında azərbaycanlı iş adamlarının bizneslərini mənimsəyən, onlara bilərəkdən problem yaradan kriminal ünsürlər fəaliyyət göstərirlər. Bu kriminal ünsürlərin fəaliyyətini dayandırmaq üçün azərbaycanlı iş adamlarının ümid yerlərindən birinə çevrilmiş, onlara iş imkanı yaratmış, bizneslərinin inkişafı üçün əlverişli şərtlər təqdim etmiş Qod Nisanovdan kömək istəyən Eldəniz Verdiyev bildirib ki, sözügedən bazarda Ramin Niyazov, Mahir Babayev kimi şəxslər cinayətkar əməllərinə müxtəlif don geyindirərək məhz Qod Nisanovun adından istifadə edirlər. Belə ki, 2020-ci ildə bu şəxslər X13 böyük problemlər yaradıb, özünün və ailəsinin həyatı ciddi təhlükə ilə üzləşib. İş adamı 2 ildən artıqdır ki, Ramin Niyazovun adamlarının təhdidi və təqibi altında yaşayır. Onunla düşmənçilik aparan X9 atası Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən və “gəncəli qanuni oğru Mübariz” ləqəbi ilə tanınan Mübariz Niyazovdur: “Ramin Niyazov mənim biznesimi qohumlarımın əli ilə oğurlayıb, indi isə hər vasitədən istifadə edərək məni məhv etməyə çalışır. Onun bu işdə əlaltısı isə sabiq polis əməkdaşı, polis orqanlarından xaric edilən Etibar adlı şəxsdir. Etibar polisdən qovulduqdan sonra Mokvaya gedərək Ramin Niyazovun kriminal dəstəsinə qoşulub. Dəfələrlə onun təhdidlərinə məruz qalmışam, məni hətta öldürməklə hədələyib. Onunla olan telefon danışıqlarımızı təqdim etməyə hazıram. Sifarişçi isə Ramin Niyazovdur, Məhz o, Etibarın əli ilə mənim meyvə bazasına girişimə qadağa qoydurub, ancaq bununla da kifayətlənməyərək daha sonra məni çay içmək adı ilə çağırıb bazanın zirzəmisinə saldırıb. 2 saata yaxın davam edən söhbətdən sonra bazanın zirzəmisindən məni tanınmış iş adamı İlham Rəhimovun kürəkəni olan Araz müəllim sərbəst buraxdırıb. Ramin Niyazov zirzəmidə saxlandığım müddətdə pasportumun surətini çıxartdıraraq Azərbaycana göndərib və hansısa vasitə ilə ölkəyə girişimə qadağa qoydurub. Bundan sonra isə həmin şəkli böyütdürərək bazanın ərazisində “Cinayətkarı axtarırıq” adı altında nümayiş etdirib. X11 həm həyatı təhlükə altına düşüb, həm də işgüzar nüfuzuna ciddi ziyan dəyib. O, baş verənlərin bütün təfərrüatı ilə danışaraq iş adamlarına öz dəstəyini heç bir zaman əsirgəməyən, onların problemlərinin həllinə daim yardımçı olan Qod Nisanovdan kömək istəyib: “Siz ədalətli rəhbərsiniz, sahibi olduğunuz meyvə-tərəvəz bazasında iş adamı kimi çalışdığım müddətdə bunun dəfələrlə şahidi olmuşam. Müraciətimin bir ünvanı olaraq Sizi seçməyim də təsadüfi deyil. Çünki mənim başıma gətirilən çirkin oyunlar, oğurluq sizin yaratdığınız, rəhbəri olduğunuz meyvə-tərəvəz bazasında baş verir, bu insanlar həm də Sizin böyük zəhmət hesabına qoruduğunuz nüfuzunuza ciddi ziyan vurmağa çalışırlar. Bu cinayətkar dəstə hazırda da Sizin rəhbəri olduğunuz ticarət bazasında məskunlaşıb və iyrənc əməllərlə məşğuldur. Onlar Sizin adınızdan sui-istifadə edərək iş adamlarını qorxudur, biznesini əlindən alır və ya təhdid yolu ilə bizneslərinə şərik olurlar. Bütün bunlardan xəbərdar olduğunuz təqdirdə is adamlarının qəniminə çevrilmiş bu mütəşəkkil dəstəyə qarşı qanun çərçivəsində bütün zəruri tədbirləri görəcəyinizə tam əminəm. Ramin Niyazov hər yerdə Sizin, Oleq Yusifobun adından istifadə edir və hətta Bakıda nüfuzlu bir orqanda mənimlə üzləşmədə də Sizinlə yaxın olduğunu iddia edib. Ramin Niyazov hətta “Pulum çoxdur, əlim hər yerə çatır” deyərək qanunsuz əməllərini vurğulamaqdan çəkinməyib. Açıq şəkildə “Mənim arxamda Qod Nisanov dayanır, mənimlə heç kəs bacara bilməz ” deyə iddia etdi. Başıma gələn bütün çirkin əməllər məhz onun əli ilə baş verib. Bu cinayətkar dəstə Sizin sahibi olduğunuz bazada qanunsuz əməllərlə məşğuldur, mənə çatacaq 3 milyon dolları açıq səkildə mənimsəyir. Mən illərlə zəhmət hesabına əldə etdiyim vəsaiti onlardan ala bilmirəm ”. İş adamı bütün bu proseslərdə öz qohumu olan şəxslərin də iştirakçı olduğunu bildirib: “2002-ci ildə öz qohumlarım Bəhram və Bəhruz Verdiyev qardaşlarını valideynlərinin xahişi ilə Moskvaya öz yanımda işləməyə aparmışam. Bu qardaşlar 17 il mənimlə birgə işləyiblər. 10 il maaş alaraq fəaliyyət göstəriblər, son 7 il Moskvada “Food Sity” açılanda onları öz biznesimə şərik etmişəm. Bu qardaşlar mənim onlara olan inamımdan sui-sitfadə edərək icarədən toplanan 2 milyon dollar pulu mənimsəyiblər. Özlərini sığortalamaq üçün Ramin Niyazovla əlaqə saxlayıblar. Ona isə tapşırıq Gəncə şəhərindən gedib. Belə ki, sabiq icra başçısı Elmar Vəliyevin baş mühasibi işləmiş X35 Niyazova zəng edərək öz kürəkəni, mənim isə əmim oğlu olan Bəhman Verdiyevi “tapşırıb”, onu himayə etməsini istəyib. Bu zəngdən sonra Ramin Niyazov mənim əmim oğlu olan bu qardaşları yanına çağırıb və mənim müsibətli günlərim bundan sonra başlayıb. Mənə məxsus olan vəsaitin mənimsənildiyini, oğurlandığını bildikdən sonra qardaşlarla məsələni müzakirə etmək istədim. Onlardan topladıqları və mənə məxsus olan vəsaitin aqibətini soruşanda “meydana” Ramin Niyazov səidi. Məlum oldu ki, Ramin Niyazov mənim öz şərikimə çevirdiyim əmim oğullarının əli ilə mənə çirkin vlan qurub. Ramin Niyazov mənə güc tətbiq edərək 17 itə qurduğum 3 milyon dollar dövriyyəsi olan biznesimi mənimsədi, oğurladı, mənə arxa çevirmiş və biznesimin oğurlanmasında Ramin Niyazova dəstək vermiş əmim oğullarını özünə məxsus olan 2/33 nömrəli anbara yerləşdirərək şərik etdi. X16 “Food Sity”də iş adamlarına qənim kəsilən bu cinayətkar dəstəni durdurmağı xahiş edib. O, ümid etdiyini bildirib ki, Qod Nisanov bütün həyatı boyu böyük əziyyət hesabına əldə edilən vəsaitin oğurlanmasına, cinayətkar dəstə tərəfindən mənimsənilməsinə, beləliklə bütöv bir ailənin həm həyatı, həm də yaşayışının təhdid altına düşməsinə imkan verməyəcək: “Ramin Niyazov mənim işlətdiyim anbarı məndən zor gücünə olaraq qatı dindar kimi tanınan Emin Cahangirova verib. Emin Cahangirov hazırda “vətən xaini” kimi həbs olunub. O, Ramin Niyazovun ən yaxın adamıdır, indi Ramin etdiyi bütün cinayətkar əməlləri Emin Cahangirovun üstünə yıxmağa cəhd edir. Eminə və Mahirə aid səs yazılarında mənim biznesimi oğurlayan şəxsin məhz Ramin Niyazov oduğu deyilir. Bunu deyənlər Raminin ən yaxın adamlarıdır, iranda fəaliyyət göstərən “Hüseyniyyun ” qatı dini qruplaşmaya mütəmadi olaraq maddi yardım edirlər, general Qasım Süleymani öldürüləndə bir il ona yas saxlayıblar. Bu pul köçürmələr də X32 vasitəsilə həyata keçirilib. Bütün bu cinayət əməllər məhz həmin meyvə-tərəvəz bazasında baş verir. Amid Əliyev hazırda həmin bazadakı 2/22 nömrəli anbarda oturur. Anbar qatı kriminal ünsür kimi tanınan Mahir Babayevə məxsusdur. Emin və X36 arxayın olaraq onun anbarda qalan 100 min dollar dəyərindəki malını sataraq mənimsəyiblər. Bu vəsaiti, anbara çəkdiyi 125 min dollar xərci də onlardan ala bilmir. Onu da xatırladım ki, Ramin Niyazov 7 il ərzində mənim istifadəmdə olan 2/22 nömrəli anbarı məhz sizin adınızdan istifadə edilərək verin sahibi, kriminal ünsür Mahir Babayevdən hədə-qorxu yolu ilə alıb. İddia etdilər ki, əgər anbar hazırda həbsdə olan Emin Cahangirova verilməsə, yeri əlindən alacaqlar. Dediklərini sübut edəcək səs yazıları var. Həmin səs yazılarında bu faktları məzh həmin şəxslər özləri təsdiqləyirlər. Mahir Babayev 90-cı illərdən qalan azsaylı kriminallardan biridir. Hazırda bazadakı 2/22 saylı anbar ona məxsusdur. Bu anbara çəkdiyim 125 min dollar xərci də ondan ala bilmirəm. Öz haqqımı istəyəndə məni güllələməklə hədələyir. Mahir Babayevin də öz kriminal dəstəsi var. Törətdiyi cinayət əməlləri barədə öz dili ilə etiraflara dair səs yazısı mövcuddur. Hətta bir danışığımızda Mahir Babayev mənə “Mənim çörəyimi oğurlasalar, mən “limonka”nı götürüb Oleq və Raminin başına ataram, onları da, özümü də öldürərəm” deyə “məsləhət” verir, məni cinayətə sövq edir. Mahir Babayev “vətən xaini” kimi hazırda həbsd olan Emin Cahangirovla çox yaxın münasibətdə olub, dəfələrlə İrana, Suriyaya, İraqa gediblər. Bu kriminallar Sizin bazanızdan bəhrələnərək “Hüseyniyyun” kimi radikal birləşmələrə maddi yardım göstərirlər”. İş adamı əmindir ki, hüquq-mühafizə orqanları bu şəxslərin bu qədər silah- sursatı harda əldə edilməsini araşdırsa, ortaya bir çox dəhşətli faktlar çıxacaq. Eldəniz Verdiyev bildirib ki, başına gətirilən bütün bu dəhşətli oyunlar Qod Nisanovun adından istifadə edən cinayətkar dəstənin əslində öz cinayətkar fəaliyyətinə başqa don geyindirməyə çalışmasıdır: “X33 ! Mən əminəm ki, uzun illər Rusiyadakı azərbaycanlı iş adamlarına hər cür dəstək verən, onların iqtisadi cəhətdən daha da möhkəmlənməsinə yardımını əsirgəməyən, daha yaxşı iş şəraiti yaratmaq üçün bütün imkanlarını səfərbər edən bir şəxs kimi Sizin adınızdan istifadə edilərək mənə qarşı törədilən çirkin əməllərin sahibləri qanun qarşısında cavab verəcəklər. Çünki söhbət təkcə mənim şəxsimdən getmir, mənim 17 illik əziyyətim bir qrup şəxs tərəfindən mənimsənildiyi kimi, işgüzar nüfuzum da ciddi zədə alıb. Hər şeydən əvvəl isə ailəm ciddi təhdid altındadır və mən əminəm ki, ailə dəyərlərinə hörmət edən biri kimi Siz bir insanın öz ailəsi ilə təhdid olunmasına imkan verməyəcəksiniz”. Onun tərəfindən xəbər saytlarında yayılan məlumatlar şikayətə əlavə edilmişdir. Xəbər sayıtlarında yayılmış məlumatların məzmunundan, işarələnmiş cümlələrdən də göründüyü kimi, məqalə şəxsən Eldəniz Verdiyevin dilindən yazılmış və onun şəxsən verdiyi məlumata istinad edilmişdir. Bu da bir daha təsdiqləyir ki, bu məlumatlar şəxsən Eldəniz Verdiyevin sifarişi əsasında yayılmışdır. Hazırda məqalələr ətrafında olan bir çox şəxslərdə mövcuddur. Xəbər saytlarmdakı məlumatlar kütləvi informasiya vasitələri ilə yayıldığı üçün onun tanışları, qohumları arasında şərəf və ləyaqəti alçaldılmışdır. Ümumiyyətlə məqalələrin məzmunun da göründüyü kimi cavabdeh Eldəniz Verdiyev onu dəfələrlə “qatı kriminal ünsür, vətən xaini,” adlandırmış, onu oğurlamaqda, əmlakını məhv etməkdə, onu ölümlə hədələməkdə, İran İslam Respublikası ilə əlaqəsinin olduğunda ittiham etmişdir. Yəni yayılmış məlumatların məzmunundan da göründüyü kimi o, sözün əsl mənasında onu dünyanın ən qatı cinayətkarı kimi təqdim etmiş, ona böhtan atmışdır. X14 ittihamları, böhtanları ilə onun əlaqəsi yoxdur. Yayılmış məlumatların onda mənəvi sarsıntılar, gərginlik yaratmışdır. Hazırda bir çox şəxs həmin məqalələrdəki ittihamları oxuyub, onun oğru, vətən xaini, qatı cinayətkar olduğuu zənn edə bilər. Eldəniz Verdiyevin məqsədi öz ifadəsində də qeyd etdiyi kimi on milyon Azərbaycan xalqının qarşısında onu rəzil edərək qorxmağına, ona heç bir əsas olmadan külli miqdarda pul ödəməyinə nail olmaqdır. Eldəniz Verdiyev yalan olduğunu bilə-bilə həmin məlumatları xəbər saytları vasitəsi ilə yayaraq onu xüsusilə ağır cinayət törətməkdə ittiham edib ona böhtan atmışdır. Kütləvi informasiya vasitələri ilə yayılmış məlumatlardakı tərəfindən işarələnmiş cümlə və ifadələrdən də göründüyü kimi o, məni xüsusilə külli miqdarda əmlakı oğurlamaqda (AR CM-nin 177.4-cü maddəsi), xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə (AR CM-nin 178.4-cü maddəsi), qabaqcadan əlbir olan bir qrııp şəxs halında adam oğurluğunda (AR CM-nin 144.2.3 maddəsi), mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməkdə (AR CM-nin 228.3-cü maddəsi), terrorçuluğu maliyyələşdirməkdə (AR CM-nin 214-1-ci maddəsi) ittiham edir. Həmçinin mənim iyrənc əməllərlə məşğul otduğumu bildirir. AR CM-nin 177.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 177.1-177.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən məlumatların sonuncu dəfə (xx.xx.2023-cü il saat 10:54) yayılışı kütləvi informasiya vasitəsi veteninfo.az xəbər saytıdır. Veteninfo.az. xəbər saytının hüquqi ünvanı ünvan 3 şikayət “Xüsusi ittiham qaydasında şikayətlərə dair islərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə və AR CPM-nin 74.2.2-ci maddəsinə əsasən, Bakı səhəri Səbail Rayon Məhkəməsinə verilmişdir. Yuxanda qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, xx.xx.1971-ci il təvəllüdlü, son qeydiyyat yeri ünvan 1 ünvanı olan, Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 461 ünvanında yaşayan X8 məni xüsusilə külli miqdarda əmlakı oğurlamaqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi), xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi), qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğunda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3), mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi), terrorçuluğu maliyyələşdirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi) ittiham etdiyi üçün onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş edirəm”. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən xüsusi ittihamçı X15 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, X3 onu xüsusilə külli miqdarda əmlakı oğurlamaqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi), xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi), qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğunda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3), mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi), terrorçuluğu maliyyələşdirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi) ittiham etdiyi üçün onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, şikayətə etiraz edir. Onun 53 yaşı var, Gəncə şəhərində doğulmuşdur, ali təhsillidir, ailəlidir, 2002-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində biznes fəaliyyəti ilə məşğul olur, Azərbaycana maddi yardımlar edən iş adamı kimi tanınmışdır. Verilmiş xüsusi ittiham şikayətinin hər hansı bir hüquqi əsası yoxdur. Bunların nəzərə alınıb, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçilər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 X3 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəis müavini, ali fizika təhsilli, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru kiçik ədliyyə müşaviri X27 ifadəsində bildirmişdir ki, ekspert tədqiqatına təqdim olunmuş “Azərbaycan dilində olan video” adlı videofonoqramın müşaiyət olunduğu audiofonoqram videofonoqramın əvvəlindən olmaqla 0 dəq 38, 42-ci san-nə qədər, 1 dəq 06,90-cı sandən 1 dəq 19,314-cü san-nə qədər, 2 dəq dəq 17,779-cu san-dən 3 dəq 08,99-cu san-nə qədər, 4 dəq 14,26-cı san-dən 4 dəq 22,96-cı san-nə qədər, 4 dəq, 45,35-ci san-dən 6 dəq 31,20-ci san-nə qədər, 10 dəq 00,55-ci san-dən videofonoqramın axırına qədər olan hissəsi bir, qalan hissəsi isə başqa bir fonoqramın hissələridir. Ekspert tədqiqatına təqdim olunmuş “Azərbaycan dilində olan video” adlı videofonoqramda şifahi nitqi qeydə alınmış K1 və K2 diktorları üçün əsas tonun minimal qiymətləri diktordaxili variativlik daxilində olsa da (101 Hs və 109 Hs), maksimal qiymətlərində fərq diktordaxili variativlikdən kənara çıxır (163 Hs və 234 Hs). Səsin auditiv əlaməti olan tembrmüqayisə olunan diktorlar üçün kəskin fərqlənmir. Səs diapazonlarında fərq var, 11 hissədən ibarətdir, siqnalın tərkibini müəyyən edərkən 11 hissənin 2 videonun hissəsi olduğuna şübhə yoxdur. ekspert rəyi eyni adam məsələsinə cavab vermir. Tembr oxşarda ola bilər fərqli də, fonoqram səs siqnallarına deyilir, audioaxının videoaxına sintezi var. Məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2025-ci il tarixli, 4/305 saylı rəyindən görünür ki, ekspert tədqiqatına təqdim olunmuş “Azərbaycan dilində olan video” adlı videofonoqramın müşaiyət olunduğu audiofonoqram videofonoqramın əvvəlindən olmaqla 0 dəq 38,42-ci san-nə qədər, 1 dəq 06,90-cı san-dən 1 dəq 19,314-cü sannə qədər, 2 dəq dəq 17,779-cu san-dən 3 dəq 08,99-cu san-nə qədər, 4 dəq 14,26-cı sandən 4 dəq 22,96-cı san-nə qədər, 4 dəq, 45,35-ci san-dən 6 dəq 31,20ci san-nə qədər, 10 dəq 00,55-ci san-dən videofonoqramın axırına qədər olan hissəsi bir, qalan hissəsi isə başqa bir fonoqramın hissələridir. Ekspert tədqiqatına təqdim olunmuş “Azərbaycan dilində olan video” adlı videofonoqramda şifahi nitqi qeydə alınmış K1 və K2 diktorları üçün əsas tonun minimal qiymətləri diktordaxili variativlik daxilində olsa da (101 Hs və 109 Hs), maksimal qiymətlərində fərq diktordaxili variativlikdən kənara çıxır (163 Hs və 234 Hs). Səsin auditiv əlaməti olan tembr müqayisə olunan diktorlar üçün kəskin fərqlənmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçıların, nümayəndənin, təqsirləndirilən şəxsin və müdafiəçinin iş üzrə ifadələrini, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilmələrinnə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu biləbilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə araşdırılması zamanı xüsusi ittihamçı X9 təqsirləndirlən şəxs X8 tərəfindən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan edilməsi öz təsdiqini tapmadı. Yuxarıda sadalanmış qanunvericiliyin müvafiq normalarından da göründüyü kimi, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilərdi. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişdə səsləndirilən fikirlərin, iki ayrı videonun 11 hissəsi olduğu müəyyən edilmişdir. Bu cür yanaşma ekspert rəyində öz əksini tapmışdır. Bunun əksini təsdiq edən heç bir sübut isə xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, E.Verdiyevin təqsirli olmasına əsaslı şübhələr var və bu hal onun xeyrinə həll edilməlidir. İş üzrə xüsusi ittiham şikayətində qeyd olunan məlumatların birbaşa olaraq təqsirləndirilən şəxs tərəfindən yayılmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İttiham tərəfi sübut qismində məlumatın yayılmasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Ekspertiza rəyinin nəticəvi hissəsindən xüsusi ittihamın əsasını təşkil edən videoya ilkin çəkildiyi andan sonra müdaxilənin edilməsi, ayrı-ayrı fonoqramlardan istifadə edilməsi müşahidə olunur. Nəzərə alınmalıdır ki, iş üzrə istinad olunan böhtan xarakterli ifadələrin səsləndirildiyi hissələr məhz iş üzrə təqsirləndirilən şəxsin özünün videoda görünmədiyi, hər hansı digər görüntülər göstərilərkən arxa fonda səsləndirilən fonoqramda öz əksini tapmaqdadır. Bu isə böhtan xarakterli ifadələrin təqsirləndirilən şəxs tərəfindən yayılmasını şübhə altına alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, X3 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Belə olan halda X3 bəraət almış təqsirləndirilən şəxs kimi vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə habelə belə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. X5 vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar