Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-80/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,205 qram narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,156 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, 06 yanvar 2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq həmin Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, PB-nin inzibati binasında olan xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol cibindən ağ “Vinchester" yazılı siqaret qutusunun içərisində, satış məqsədi olmadan, əldə edib özündə saxlayaraq daşıdığı, bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,205 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd gümüşü falqaya bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,156 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasınm CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. 06 yanvar 2022-ci il tarixdə hər zaman olduğu kimi onlayn qaydada narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Nəzmi küçəsində əvvəlcədən qoyulduğu yerdən götürüb yaşadığı ünvana qayıdan zaman Bakı şəhəri, Səbail rayonu, Ə.Qardaşları küçəsində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirərək onu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində üzərindən 01 ədəd ağ vərəqə bükülmüş heroin, 01 ədəd gümüşü falqaya bükülmüş metamfetamin aşkar edərək götürülmüşdü. Həmin narkotik vasitəni və psixotrop maddəni tanımadığı və şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən online şəkildə əvvəlcədən qoyulduğu yerdən hər ikisini 10 manat məbləğində pula əldə etmişdir. Narkotik vasitəni və psixotrop maddəni üzərində saxlayaraq gəzdirməyində məqsədi onları özünün qəbul edəcəyi olmuşdur. O, törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, Ə.Qardaşları küçəsi 90 ünvanının yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib onun şəxsiyyəti barədə məlumatı dəqiqləşdirərkən saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirmiş və bu məqsədlə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə getməli olduğunu izah edib onu avtomobillə Polis Bölməsinin inzibati binasına gətirmiş və aidiyyatı üzrə təhvil vermişlər. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərində müdafıəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol cibindən 01 ədəd “Vinchester” adlı siqaret qutusunun içərisindən 01 ədəd baş hissəsi qırılmış ampula, 01 ədəd ağ vərəqə bükülmüş qəhvəyi rəngli toz halında olan maddə, 01 ədəd gümüşü falqaya bükülmüş ağ kristal halında olan narkotikə bənzə maddə və gödəkçənin sağ cibindən 01 ədəd qara rəngli “Line” adlı siqaret qutusu və onun içərisində olan şəffaff sellofanın içərisində ağ kristala bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni 06 yanvar 2022-ci il tarixdə tanımadığı və şəxsiyyəti barədə heç bir məlumatı olmadığı şəxsdən onlayn qaydada əvvəlcədən qoyulduğu yerdən, yəni Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsindən hər ikisini 10 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ilə oxşar məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli kurtkanın sağ cibinin içərisində narkotik vasitə heroin olduğunu, bu narkotik vasitələri 2022-ci ilin 06 yanvar saat 14:00 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları ünvanında yerdən götürüb alıb yaşadığı ünvana getdiyini bildirdi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol cibindən 1 ədəd Vincestir adlı siqaret qutusunun içərisindən 1 ədəd baş hissəsi qırılmış ampula, 1 ədəd ağ vərəqə bükülmüş qəhvəyi toz halında olan maddə, 1 ədəd gümüşü falaqaya bükülmüş ağ kiristal halında olan narkotikə bənzər maddə və sağ cibindən 1 ədəd qara rəngli Line adlı siqaret qutusu və onun içərisində olan şəfaf selofanın içərisində ağ kiristala bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş 1 ədəd gümüşü ağ vərəqəyə bükülmüş toza bənzər qəhvəyi rəngli maddə, 1 ədəd də gümüşü falqaya bükülmüş ağ kiristal və 1 ədəd şəfaf selofanda olan ağ kristala bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 52 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və 01 (bir) ədəd CD disk protokola əlavə edilmişdir. Qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.01.2022-ci il tarixli 6/59 nömrəli Ekspert rəyindən görünür ki, , tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N52” dairəvi möhür əksi “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs ...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz 0,205 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,156 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 06 yanvar 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən təqdim edilən 1 ədəd ağ vərəqdə şəffaf selofanda ağ kristal 20,540 qram, 1 ədəd baş hissəsində əl izi olan şüşə ampul, gümüşü kağızda 0,156 qram ağ kristal, kağız bükümdə 0,205 qram toz qəbul edilmiş, müvafiq olaraq 0,05 qram, 0,05 qram, 0,05 qram nümunələr götürülmüş, 20,490 qram, 0,106 qram, 0,155 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, təhqiqatçının üzərində narkotik vasitələrin olub-olmaması barədə sualına Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasını etiraf edir və əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Vinchester” yazısı olan siqaret qutusunu çıxarıb içərisində olan əşyaları masanın üzərinə boşaldır və orada 04 ədəd filtrli siqaret, bir ədəd tamlığı pozulmuş boş şüşə ampul, 01 ədəd gümüşü falqaya bükülmüş və 01 ədəd kağız büküm aşkar edilir. Falqa büküm açıldıqda içərisində kristalvari şəkildə ağ rəngli maddə, kağız büküm açıldıqda isə tünd qəhvəyi rəngli, toz şəkilli maddənin olması müşahidə edilir. Həmin maddələrin nə olmasına dair suala Təqsirləndirilən şəxs toz şəkilli maddənin bir istifadə üçün nəzərdə tutulan heroin olduğunu bildirir. Üzərində digər nə kimi əşyaların olduğunu soruşduqda əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində “Line” yazısı olan siqaret qutusunu çıxarıb təqdim edir, həmin qutunun içərisində olan sellofan torbada ağ rəngli kristal şəkilli maddə aşkar edilir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs fiziki olaraq şəxsi axtarışını keçirir, lakin hər hansı bir əşya aşkar edilmir. Bundan sonra təqdim olunmuş əşyalar kağız zərfə qoyularaq möhürlənir və elan edilir ki, təqdim olunan maddələrin kimyəvi tərkibini müəyyən etmək üçün ekspertiza tədqiqatına göndəriləcəkdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sergeveviç Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 08 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sergeveviç barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs Sergeveviçin saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti saaxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sergeveviçin barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 0,205 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,156 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, təmiz çəkisi 20,540 qram ağ rəngli kristalşəkilli maddə, narkotik vasitə və psixotrop maddələrə aid olmadığından və bir ədəd baş hissəsi qırılmış şüşə ampulu maddi sübut kimi tanınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sergeveviçin barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29.01.2022-ci il tarixli 418 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Sergeveviçdə ipoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 3 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sergeveviç yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun barəsində 3 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, 14 aprel 2013-cü il təvəllüdlü X8 və 31 iyul 2014-cü il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs Sergeveviçdir. İş materiallarında olan 16 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş - təmiz çəkisi 0, 205 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,156 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 0,155 qram heroin və 0,106 qram metamfetamin və həmin zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 20,540 qram ağ rəngli kristalşəkilli maddə, narkotik vasitə və psixotrop maddələrə aid olmadığından və bir ədəd baş hissəsi qırılmış şüşə ampulu maddi sübut kimi tanınmamış və saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sergeveviçin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Sergeveviçin törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Sergeveviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs Sergeveviçin törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Sergeveviçin cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Sergeveviçə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs Sergeveviçə cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Sergeveviçə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Sergeveviçə təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sergeveviçin 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün tutulduğu müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs Sergeveviçin üzərinə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Sergeveviçin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Sergeveviçin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Sergeveviçə narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 0,155 qram çəkidə narkotik vasitə heroin və 0,106 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Sergeveviçin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Sergeveviçdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 0,155 qram çəkidə narkotik vasitə heroin və 0,106 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmamış – Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd bükümdə təmiz çəkisi 20,540 qram ağ rəngli kristalşəkilli maddə və bir ədəd baş hissəsi qırılmış şüşə ampul hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-80/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-80/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver