Məhkəmə qərarları › İş №1(009)-80/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-80/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-80/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 1,121 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib əynində olmuş açıq göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşımış, Səbail RPİ-nin 41-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyul 2022-ci il tarixdə saat 16:45 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 41-ci PBnin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olmuş açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 1,121 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən və vaxta satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,727 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd siqaretin gümüşü-ağ rəngli kağız kəsiyi bükümdə təmiz çəkisi 0,140 qram olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin X2 və DİNin X13 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 sentyabr 2022-ci il tarixdə saat 19:00-da Bakı şəhəri Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq, Səbail RPİ-nin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış və götürmə aparılarkən, əynində olmuş göy rəngli cins şalvarın arxa sağ cibində ağ rəngli plastik qabın içində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,727 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü-ağ rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,140 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə olan marixuana və heroin istifadə etmişdir. 22 iyul 2022-ci il tarixdə günorta saatlarında «Kubinka»da tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata 01 ədəd gümüşü bükümdə heroin alaraq əynində olmuş cins şalvarın cibində gizlətmişdi. Həmin gün saat təxminən 16:45 radələrində yaşadığı evin yaxınlığında olan zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin istifadəçisi olduğundan şübhələndiklərini bildirərək, 41-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək onlarla bölməyə getmişdir. Bölmədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman o, cins şalvarın cibindən içərsində narkotik vasitə heroin olan 01 ədəd gümüşü rəngli bükümü çıxarıb masaya qoymuşdur. Narkotik vasitə heroin polis əməkdaşı tərəfindən zərfdə qablaşdırılmışdır. 27 sentyabr 2022-ci il tarixdə istifadə etmək məqsədilə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat narkotik vasitə marixuana və heroin əldə etmişdir. Həmin gün saat təxminən 19 radələrində 20-ci Sahədə A.İsmayılov küçəsindən keçəndə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin istifadəçisi olduğundan şübhələndiklərini bildirərək, Səbail RPİ-nə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə idarəyə getmişdir. Polis İdarəsində vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Bu zaman şalvarının cibindən 01 ədəd içərisində heroin və marixuana olan ağ rəngli plastmas qutunu çıxararaq masaya qoymuşdur. Təqdim etdiyi narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmışdır. Törətdiyi əməlindən peşmandır. Bir neçə aydır müalicə alır və tam sağalmışdır. Məhkəmədən bunu nəzərə almağını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin X3 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi Bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. 27 sentyabr 2022-ci ildə, təxminən saat 19 radələrində Səbail rayon 20-ci Sahə qəsəbəsi Arif İsmayılov küçəsində X14 4-cü patrul bölüyünün əməkdaşları ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanaraq Polis İdarəsinə dəvət edilmişdir. İdarənin inzibati binasında təhqiqatçının iş otağında video-çəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki cins şalvarın qabaq sağ cibindən bir ədəd «Samsung» markalı mobil telefonu və şalvarının arxa sağ cibindən bir ədəd ağ rəngli plastmas qabı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin ağ rəngli plastmas qabın içərisinə baxış keçirilən zaman 01 ədəd yarımçıq yanmış siqaret dənəsi, 02 ədəd gümüşü rəngli bükülü aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükülülərdən birinin içərisində qurudulmuş marixuana, digərində isə heroin olduğunu bildirərək həmin narkotik vasitələri Səbail rayonu 20-ci Sahə qəsəbəsi Arif İsmayılov küçəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün bir ədəd zərfə qablaşdırılaraq, zərfin üzəri DİN-nin «Zərflər üçün» 51 nömrəli möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nm 4-cü Patrul Bölüyünün polis nəfərləri, polis serjantı Şahid4 və Şahid5 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 göstərmişdir ki, 22 iyul 2022-ci ildə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşı Şahid3lə birlikdə daxil olmuş məlumat əsasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:45 radələrində ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına dəvət olunmuşdur. Vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqlq Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş 01 ədəd gümüşü rəngli büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisindən xüsusi görünüşlü və quruluşlu qəhvəyi rəngli narkotik vasitə “heroin”-ə oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in 239 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edənlər tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümü 22 iyul 2022-ci il tarixdə “Kubinka” kimi tanınan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 15 manata aldığını və üzərində saxladığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahin oğlu Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli cinayət işin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 19:00 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhə edilən şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Rzayev X10 rayonu, Arif İsmayılov küçəsində saxlanaraq Səbail RPİ-nə gətirilmiş, İdarənin inzibati binasında Təhqiqat Şöbəsinin təhqiqatçısı Pərviz Mustafayevin iş otağında videoçəkilişdən istifadə edilməklə, 3 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd «Samsung» markalı mobil telefonu və şalvarının arxa sağ cibindən bir ədəd ağ rəngli plastmas qabı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin ağ rəngli plastmas qabın içərisinə baxış keçirilərkən, 01 ədəd yarımçıq yanmış siqaret dənəsi, 02 ədəd gümüşü rəngli kağız bükülü aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükülülərdən birinin içərisində qurudulmuş marixuana, digərinin içərisində isə heroin (kokos) olduğunu bildirərək, həmin narkotik vasitələri Səbail rayonu, 20-ci Sahə qəsəbəsi, Arif İsmayılov küçəsində üzdən tanıdığı, lakin adını bilmədiyi 30-35 yaşlarında olan bir nəfərdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd zərfə qablaşdırılmış, zərfin üzəri DİN-in «Zərflər üçün» 51 nömrəli möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməkimyəvi ekspertizanın 28 sentyabr 2022-ci il tarixli, 6/5565 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №51» möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,727 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 28 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin TŞ-si tərəfindən 02 ədəd gümüşü bükümdə, 01 ədəd bükümdə bitki mənşəli kütlə, 01 ədəd bükümdə 0,727 qram qəhvəyi kütlə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,677 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməbioloji ekspertizanın 28 sentyabr 2022-ci il tarixli, 7/1116 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...Təqsirləndirilən şəxsM imza...’’ yazılan zərfdə 01 ədəd gümüşü-ağ rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,140 qram olan yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatın dəyəri 88 (səksən səkkiz) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 28 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin TŞ-si tərəfindən gümüşü ağ kağızda, 0,140 qram kütlə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,09 qram kütlə geri qaytarılmışdır. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Səbail RPİ-nin polis əməkdaşlarının və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Səbail RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Pərviz Mustafayev tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın öz sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu və şalvarının arxa sağ cibindən bir ədəd ağ rəngli plastmas qabı çıxararaq masanın üzərinə qoymuş, ağ rəngli plastmas qabın içərisinə baxış keçirilən zaman 01 ədəd yarımçıq yanmış siqaret dənəsi və 02 ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Sorğu-sual zamanı o, bükümlərdən birinin içərisində qurudulmuş marixuana, digərinin içərisində isə, heroin (kokos) olduğunu bildirərək həmin narkotik vasitələri Səbail rayonu, 20-ci Sahə qəsəbəsi, Arif İsmayılov küçəsində üzdən tanıdığı, lakin adını bilmədiyi 30-35 yaşlarında olan bir nəfərdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm kağız zərfdə qablaşdırılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 29 sentyabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışıdr. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və ********* nömrə altında istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan 23 iyul 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 22 iyul 2022-ci il tarixdə, saat 16:45 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhə edilən şəxs qismində tutulmuşdur. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində Səbail rayon Badamdar qəsəbəsi Badamdar şossesi 31 ünvanda yerləşən A.Abbaszadə küçəsinin qarşısında şübhəli şəxs qismində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması üçün Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına dəvət etmişlər, ona hüquqlarının müdafiə edilməsi məqsədi ilə 12 saylı Vəkil Bürosunun vəkili X8 təqdim olunmuş, onlar konfedensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, bu barədə müvafiq qərar və protokol tərtib edilmiş və həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək Təqsirləndirilən şəxslə aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmiş, buna etiraz etmədikdən sonra onun üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofanda gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin bükümün içərisində olan narkotik vasitəni 22 iyul 2022-ci ildə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə 01 ədəd kağız zərfə qablaşdırılaraq zərfin üzəri DİN-in 239 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməkimyəvi ekspertizanın 23 iyul 2022-ci il tarixli, 6/3997 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №239» dairəvi möhür əksləri olan «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,121 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 23 iyul 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən 1,121 qram qəhvəyi rəngli maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 1,071 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 23 iyul 2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Səbail RPİ-nin 41-ci PB-nin polis əməkdaşları və 12 saylı Vəkil bürosunun vəkili Mübariz Məmmədovun iştirakı ilə Səbail RPİ-si 41-ci Polis Bölməsinin təhqiqatçısı Ənvər Məlikov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilir, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə, Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur və həmin gümüşü rəngli bükümün içərisində heroin (kokos) olduğunu, onu 22 iyul 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində «Kubinka» adlanan yerdə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra həmin büküm kağız zərfdə qablaşdırılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 24 iyul 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışıdr. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 06 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə Azərbaycan Respublikasının DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” və “cinayət işi üzrə icraataın dayandırılması haqqında” qərarlardan görünür ki, 18 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Səbail RPİ-nin məktubundan və axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdi. İş materiallarında olan 03 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərarlardan görünür ki, Rzayev X10 RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 10 noyabr 2022-ci il tarixli, 6688 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,140 qram qurudulmuş marixuanın çəkisinə görə cinayət məsuliyyəti yaratmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,121 qram və 0,727 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,140 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1,071 qram və 0,677 qram qalıq çəkisi və narkotik vasitə qurudulmuş marixuananın 0,09 qram qalıq çəkisi saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 23 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixdə təkrar könüllü surətdə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 26 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək, 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək, 03 noyabr 2022-ci il tarixdə tutulduğu cəmi 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 1,121 qram və 0,727 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 1,071 qram və 0,677 qram qalıq çəkisi və təmiz çəkisi 0,140 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonra 0,09 qram qalıq çəkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 263 (iki yüz altmış üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək, 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək, 03 noyabr 2022-ci il tarixdə tutulduğu cəmi 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Bakı şəhər Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Səbail RPİ-də saxlanılan maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,121 qram və 0,727 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 1,071 qram və 0,677 qram qalıq çəkisi və təmiz çəkisi 0,140 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonra 0,09 qram qalıq çəkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 263 (iki yüz altmış üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar