Məhkəmə qərarları › İş №1(009)-81/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-81/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-81/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 17A, mənzil 3-də daimi qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Hacıqabul rayon prokurorluğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılması üçün göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq Bölməsində aparılmış və yekunlaşdırılmışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs bir neçə dələduzluq əməlini törətməkdə ittiham olunur və onların əksər hissəsi Hacıqabul rayonunda baş vermişdir. İbtidai istintaq orqanı sonuncu əməlin Bakı şəhəri Səbail rayonunun ərazisində törədildiyinə istinad edərək cinayət işini baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.8ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Odur ki, qeyd edilən cinayət işinin ibtidai istintaqın yekunlaşdığı yer üzrə, yəni baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilərək cinayət işinin baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəfləri dinləyib, cinayət işinin materallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməlidir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2020-ci ilin iyun ayının əvvəllərində tanış olduğu Zərərçəkmiş şəxs1 özünü “Azerimed” dərman firmasının əməkdaşı kimi təqdim edərək onu həmin dərman firmasında sürücü kimi işə düzəltmək imkanına malik olmasını deyərək işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin sürətlərini çıxararaq ona verməsini bildirməklə Zərərçəkmiş şəxs1 inandırıb etibarını qazandıqdan sonra xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Şirvan şəhəri Xaqani küçəsində onunla görüşərək 500 manat, bundan bir neçə gün sonra xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Şirvan şəhərində yerləşən «Sərvət» adlı kafedə yenidən onunla görüşərək 500 manat olmaqla ümumilikdə ondan 1000 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb vədinə əməl etməyərək öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində təkrarən tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2020-ci ilin iyun ayının əvvəllərində tanış olduğu Zərərçəkmiş şəxs4 özünü dərman firmasının əməkdaşı kimi təqdim etməklə, Zərərçəkmiş şəxs4 “Azerimed” dərman firmasında sürücü kimi işə düzəltmək imkanına malik olmasını bildirərək işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin sürətlərini çıxararaq ona verməsini bildirməklə Zərərçəkmiş şəxs4 inandırıb etibarını qazandıqdan sonra, sonuncu ilə xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xırdalan dairəsi deyilən ərazidə görüşərək ondan 400 manat, həmin ilin iyun ayının 13-də isə Hacıqabul rayon məhkəməsinin yaxınlığında görüşərək 100 manat, iyun ayının sonlarında isə Zərərçəkmiş şəxs4 bacanağının oğlu İlkin Həmzəyevin vasitəsilə Hacıqabul şəhər İcra Hakimiyyətinin yaxınlığında sonuncudan 300 manat olmaqla ümumilikdə 800 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb vədinə əməl etməyərək öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində təkrarən, tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2020-ci ilin iyun ayının əvvəllərində tanış olduğu Zərərçəkmiş şəxs5 özünü “Azerimed” dərman firmasının əməkdaşı kimi təqdim etməklə, Zərərçəkmiş şəxs5un oğlu Məhəmməd Əliyevi həmin firmada sürücü kimi işə düzəltmək imkanına malik olmasını bildirərək işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin sürətlərini və yaşayış yerindən arayış çıxararaq ona verməsini bildirməklə Zərərçəkmiş şəxs5 inandırıb etibarını qazandıqdan sonra, 2020-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs5 yaşadığı Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ev 226-da sonuncudan 500 manat, 2-3 gündən sonra yenidən həmin ünvanda 950 manat pul olmaqla ümumilikdə 1450 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb vədinə əməl etməyərək öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində təkrarən, tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2020-ci ilin iyun ayının əvvəllərində tanış olduğu Zərərçəkmiş şəxs3 özünü Azerimed” dərman firmasının əməkdaşı kimi təqdim etməklə onu həmin firmada sürücü kimi işə düzəltmək imkanına malik olmasını bildirərək işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin sürətlərini və yaşayış yerindən arayış çıxararaq ona verməsini bildirməklə Mirtağı Abbasovu inandırıb etibarını qazandıqdan sonra 2020-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs5 yaşadığı Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ev 226-da görüşərək ondan 700 manat, bir neçə gün sonra isə Mirtağı Abbasovun yaşadığı ünvan 1 ünvanında ondan 300 manat pul vəsaitini vahid niyyətlə alıb vədinə əməl etməyərək öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində təkrarən, tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2020-ci ilin iyun ayının əvvəllərində tanış olduğu Zərərçəkmiş şəxs2 özünü “Azerimed” dərman firmasının əməkdaşı kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 həmin firmada sürücü kimi işə düzəltmək imkanına malik olmasını deyərək işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin sürətlərini və yaşayış yerindən arayışı çıxararaq ona verməsini bildirməklə Zərərçəkmiş şəxs2 inandırıb etibarını qazandıqdan sonra 2020-ci ilin iyun ayının əvvəllərində Hacıqabul şəhərində yerləşən İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkda onunla görüşərək 1000 manat məbləğində pul vəsaitini alıb vədinə əməl etməyərək öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Şirvan Şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində təkrarən, tamah niyyəti ilə dələduzduq, yəni özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2020-ci ilin iyun ayının əvvəllərində tanış olduğu Zərərçəkmiş şəxs6 özünü “Azerimed” dərman firmasının əməkdaşı kimi təqdim edərək onu həmin dərman firmasında sürücü kimi işə düzəltmək imkanına malik olmasını deyərək işə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin sürətlərini çıxararaq ona verməsini bildirməklə Zərərçəkmiş şəxs6 inandırıb etibarını qazandıqdan sonra 2020-ci ilin iyul ayının 12-də Şirvan şəhərində yerləşən «xxxx» ASC-nin Şirvan filialının yanındakı çayxanada onunla görüşərək 350 manat, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs6 qardaşı Elnur Bürcəliyevi də «Azərimed» şirkətində sürücü işinə düzəldə biləcəyinə inandırıb aldatmaqla 2020-ci ilin iyul ayının 12-də Salyan rayonu Qaraçala qəsəbəsindən Şirvan şəhərinə gedən avtomobil yolunda Zərərçəkmiş şəxs6lə görüşərək 400 manat, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs6 qardaşı Hacıalı Bürcəliyevi də «Azərimed» şirkətində sürücü işinə düzəldə biləcəyinə inandırıb aldatmaqla 2020-ci ilin iyul ayının 16-da Zərərçəkmiş şəxs6 «Milliön» ödəmə terminalı ilə X3 adına olan plastik karta göndərdiyi və sonuncdan aldığı 101 manat, iyul ayının 26-da Şahid1 adına olan plastik karta göndərdiyi və sonuncdan aldığı 100 manat, iyul ayının 28-də X2 adına olan plastik karta göndərdiyi və sonuncdan aldığı 201 manat, iyul ayının 29da X1 adına olan plastik karta göndərdiyi və sonuncdan aldığı 313 manat, iyul ayının 31-də Şahid1 adına olan plastik karta göndərdiyi və Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 85 ünvanda yerlşən “SEA PEARL” otelində sonuncudan aldığı 50 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs6 1515 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb vədinə əməl etməyərək öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs6 ümumilikdə 1515 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Şirvan şəhərində ümumilikdə 1000 manat, Zərərçəkmiş şəxs4 Bakı şəhəri Xırdalan dairəsi və Hacıqabul şəhərində ümumilikdə 800 manat, Zərərçəkmiş şəxs5 Hacıqabul şəhərində ümumilikdə 1450 manat, Zərərçəkmiş şəxs3 Hacıqabul şəhərində ümumilikdə 1000 manat, Zərərçəkmiş şəxs2 Hacıqabul şəhərində ümumilikdə 1000 manat və Zərərçəkmiş şəxs6 isə Salyan və Bakı şəhəri Səbail rayonu, Badamdar şossesində ümumikdə 1515 manat ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinin ibtidai istintaqını aparan Hacıqabul rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Ayxan İsgəndərli Təqsirləndirilən şəxs törətdiyi vahid niyyətlə əhatə olunan sonuncu əməlin, yəni Zərərçəkmiş şəxs6 2020-ci ilin iyul ayının 31-də Şahid1 adına olan plastik karta göndərdiyi və Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 85 ünvanda yerlşən “SEA PEARL” otelində Təqsirləndirilən şəxs Şahid1 aldığı 50 manat pulunun Bakı şəhəri Səbail rayonunda baş verdiyinə əsaslanaraq cinayət işini baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətini bir neçə şəxsə qarşı törətmişdir. İş üzrə altı nəfər zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs hər bir zərərçəkmiş şəxsə münasibətdə etdiyi dələduzluq əməli müstəqil cinayət hesab olunduğundan ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət işinin materiallarını nəzərdən keçirərək müəyyən olunmuşdur ki, ittihamda göstərilən dörd cinayət əməli Hacıqabul rayonunda baş vermişdir və cinayət işinin ibtidai istintaqı Hacıqabul rayon Polis Şöbəsinin İstintaq Bölməsində aparılaraq yekunlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan olunsa da, o bir neçə cinayət əməli ( hazırkı halda altı) törətmişdir. Hazırkı cinayət işinin məhkəməyədək icraatı Hacıqabul rayon Polis Şöbəsində başa çatdığından və qeyd edilən cinayət işinə Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığı yer üzrə Hacıqabul Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-nin 299.3.1-ci maddəsinə görə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. CPM-nin 299.4.1-ci maddəsinə əsasən hazırlıq iclasında verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299 və 300.1.4 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar