Məhkəmə qərarları › İş №1(009)-82/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-82/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-82/2021 09.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilə şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(012)-78/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini vahid niyyətlə təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə müşayiət olunan vahid cinayətkar niyyətlə cinayətdən xəbərsiz tanışı X29 adına sənədləşdirilməklə istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsilə 10 yanvar 2020-ci il tarixdə saat 14:06-da Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində olarkən Bərdə rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şahid5 ***-***-**- ** saylı xidməti telefon nömrəsinə zəng edib, aralarında olan telefon danışığı zamanı özbaşına özünü vəzifəli şəxs, yəni X56 vitse-prezidentinin köməkçisi – şöbə müdiri Anar Kərimli kimi təqdim edərək, həmin Fond tərəfindən xidmətdə fərqlənən müxtəlif şəhər və rayonlar üzrə bələdiyyə sədrlərinə pul və qiymətli əşya mükafatlarının veriləcəyini bildirib, özünün Bərdə rayonu üzrə bələdiyyə sədrlərinin də qeyd edilən qaydada müfakatlandırılmalarını təmin etmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün X57 işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar həmin şəxslərin xeyrinə edəcəyi hərəkətə görə hər biri tərəfindən özü vasitəsilə birbaşa yolla maddi nemət olan 49,8 manat məbləğində pul vəsaitinin poçt vasitəsilə Təqsirləndirilən şəxs adına göndərilməklə rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Şahid5 həmin məsələ barədə Bərdə rayon İcra Hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X16 vasitəsi ilə Bərdə rayonu üzrə Mirzəcəfərli kənd bələdiyyəsinin sədri Şahid6 və Bəcirəvan kənd bələdiyyəsinin sədri X7 məlumat verməsindən sonra özü barəsində həmin şəxslərdə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onlarla razılaşmaqla sövdələşib, həmin adla 10 yanvar 2020-ci il tarixdə hər biri tərəfindən 49,8 manat olmaqla onun adına Bərdə rayonu Hacallı poçt şöbəsi vasitəsilə Şahid6 və Rəfayıl Bəylərov tərəfindən göndərilmiş cəmi 99,6 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 15 yanvar 2020-ci il tarixdə saat 14:56 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində olarkən Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şahid1 ***-***-**-** saylı xidməti telefon nömrəsinə zəng edib, aralarında olan telefon danışığı zamanı özbaşına özünü vəzifəli şəxs, yəni X56 vitseprezidentinin köməkçisi – şöbə müdiri Anar Kərimli kimi təqdim edərək, həmin Fond tərəfindən xidmətdə fərqlənən müxtəlif şəhər və rayonlar üzrə icra hakimiyyəti başçısı aparatlarının əməkdaşlarına, habelə şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinə 408 manat pul və qiymətli əşya mükafatlarının veriləcəyini bildirib, özünün Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirinin və şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin qeyd edilən qaydada müfakatlandırılmalarını təmin etmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün X57 işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar həmin şəxslərin xeyrinə edəcəyi hərəkətə görə hər biri tərəfindən özü vasitəsilə birbaşa yolla maddi nemət olan 49,8 manat məbləğində pul vəsaitinin poçt vasitəsilə Təqsirləndirilən şəxs adına göndərilməklə rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Şahid1 həmin məsələ barədə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid2 və sonuncunun vasitəsilə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati dairələri üzrə 14 nümayəndəsinə – Şaplar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X21, Dalqılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X22, Zivel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X17, Qaraçanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X42, Sarıdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X23, Şurtan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X2, Çıraq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X11, Milli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X24, İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X30, Zar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X18, Kəştək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X3, Yellicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X19, Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X20 və Zəylik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X43 məlumat verməsindən sonra özü barəsində həmin şəxslərdə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onlarla razılaşmaqla sövdələşib, həmin adla 15 yanvar 2020-ci il tarixdə hər biri tərəfindən 49,8 manat olmaqla onun adına Gəncə şəhər 6 saylı poçt şöbəsi vasitəsilə Şahid2 tərəfindən, Gəncə şəhər 23 saylı poçt şöbəsi vasitəsilə Anar Eyvazov, Cehun Allahverdiyev, İlyas Muxtarov, Asəf Muxtarov tərəfindən, Gəncə şəhər Mərkəzi poçt şöbəsi vasitəsilə Mehdi Cabbarov, Zamin Əliyev və Nazim Zeynalov tərəfindən, Kəlbəcər rayon rabitə qovşağı vasitəsilə Kamandar Şükürov, Faiq Abbasov, Tural İsmayılov tərəfindən, Mingəçevir rayonu 8 saylı poçt şöbəsi vasitəsilə İsmayıl Nəsibov tərəfindən, Kəlbəcər rayon rabitə qovşağının Zar poçt şöbəsi vasitəsilə İlqar İsayev tərəfindən, Yevlax rayonu Nurallah poçt şöbəsi vasitəsilə İbrahim Mamedov tərəfindən və Bərdə rayon mərkəzi poçt şöbəsi vasitəsilə Vüqar Bayramov tərəfindən göndərilmiş cəmi 747 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 20 yanvar 2020-ci il tarixdə saat 15:54 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində olarkən İmişli rayon İcra Hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X8 ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, aralarında olan telefon danışığı zamanı özbaşına özünü vəzifəli şəxs, yəni X56 vitseprezidentinin köməkçisi – şöbə müdiri Anar Kərimli kimi təqdim edərək, həmin Fond tərəfindən xidmətdə fərqlənən müxtəlif şəhər və rayonlar üzrə bələdiyyə sədrlərinə qızıl saat mükafatının veriləcəyini, bu münasibətlə Bakı şəhərində tədbir təşkil olunacağını bildirib, özünün İmişli rayonu üzrə bələdiyyə sədrlərinin həmin tədbirdə iştirak etməklə qeyd edilən qaydada müfakatlandırılmalarını təmin etmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün X57 işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar həmin şəxslərin xeyrinə edəcəyi hərəkətə görə hər biri tərəfindən özü vasitəsilə birbaşa yolla maddi nemət olan 49,8 manat məbləğində pul vəsaitinin poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına göndərilməklə rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Mirzə Quliyevin həmin məsələ barədə İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin sədri Şahid4, İmişli rayonu Xəlfəli kənd bələdiyyəsinin sədri X31, İmişli rayonu Muradalılı kənd bələdiyyəsinin sədri X52, İmişli rayonu Xoşçobanlı kənd bələdiyyəsinin sədri X25 və İmişli rayonu Məmmədli kənd bələdiyyəsinin sədri X32 məlumat verməsindən sonra özü barəsində həmin şəxslərdə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onlarla razılaşmaqla sövdələşib, həmin adla 21 yanvar 2020-ci il tarixdə hər biri tərəfindən 49,8 manat olmaqla onun adına İmişli rayon mərkəzi poçt şöbəsi vasitəsilə Şahid4, Şəmşir Əhmədov, Ramiz Əliyev, Əlixan Zeynalov və Aslan Sadıqov tərəfindən göndərilmiş cəmi 249 manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 20 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində olarkən İmişli rayonu üzrə Yalavac kənd bələdiyyəsinin sədri Şahid3 ***-***-**-** saylı, Qızılkənd kənd bələdiyyəsinin sədri X33 ***-***-**-** saylı, Sarxanlı kənd bələdiyyəsinin sədri X12 ***-***-**-** saylı, Oruclu kənd bələdiyyəsinin sədri X13 ***-***-**-** saylı, Qaraqaşlı kənd bələdiyyəsinin sədri X14 ***-***-**-** saylı, Qaravəlli kənd bələdiyyəsinin sədri X5 ***-***-**-** saylı və Bəcirəvan kənd bələdiyyəsinin sədri X4 ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edib, aralarında olan telefon danışığı zamanı özbaşına özünü vəzifəli şəxs, yəni X56 vitseprezidentinin köməkçisi – şöbə müdiri Anar Kərimli kimi təqdim edərək, həmin Fond tərəfindən xidmətdə fərqlənən müxtəlif şəhər və rayonlar üzrə bələdiyyə sədrlərinə pul və qızıl saat mükafatlarının veriləcəyini, bu münasibətlə Bakı şəhərində tədbir təşkil olunacağını bildirib, onların da həmin tədbirdə iştirak etməklə qeyd edilən qaydada müfakatlandırılmalarını təmin etmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün X57 işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə hər biri tərəfindən özü vasitəsilə birbaşa yolla maddi nemət olan 49,8 manat məbləğində pul vəsaitinin poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına göndərilməklə rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində həmin şəxslərdə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onlarla razılaşmaqla sövdələşib, həmin adla 21 yanvar 2020-ci il tarixdə hər biri tərəfindən 49,8 manat olmaqla onun adına İmişli rayon mərkəzi poçt şöbəsi vasitəsilə Şahid3, Cahid Əliyev, Tərlan Xəmmədov, Zülfü Qaraşov, Elçin Quliyev, Mərdəli Məmişov və Kəmaləddin Cəfərov tərəfindən göndərilmiş cəmi 348,6 manat məbləğində pul vəsaitini, ümumilikdə isə 1.444,2 manat məbləğində pul vəsaitini 10 yanvar 2020-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək ünvan 1 ünvanında yerləşən Bakı şəhər Mərkəzi poçt şöbəsinin inzibati binasından alıb şəxsi ehtiyaclarına sərf etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin 1.444,2 manat (bir min dörd yüz qırx dörd manat iyirmi qəpik) məbləğində əmlakını vahid niyyətlə ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid6, Rəfayıl Bəylərovun, Şahid2, Mehdi Cabbarovun, Kamandar Şükürovun, Asəf Muxtarovun, Zamin Əliyevin, Anar Eyvazovun, Nazim Zeynalovun, İbrahim Mamedovun, Vüqar Bayramovun, İlqar İsayevin, İsmayıl Nəsibovun, Cehun Allahverdiyevin, İlyas Muxtarovun, Tural İsmayılovun, Faiq Abbasovun, Şahid4, Şəmşir Əhmədovun, Ramiz Əliyevin, Əlixan Zeynalovun, Aslan Sadıqovun, Şahid3, Cahid Əliyevin, Tərlan Xəmmədovun, Zülfü Qaraşovun, Elçin Quliyevin, Mərdəli Məmişovun və Kamaləddin Cəfərovun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə onları vahid niyyətlə təhrik etmiş, həmin hərəkətləri ilə fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci madəsi ilə təqsirli, Cinayət Məcəlləsinin 310 və 32.4, 312.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, müstəqil jurnalist fəaliyyəti ilə məşğuldur. Jurnalist fəaliyyəti ilə məşğul olarkən kifayət qədər pul qazana bilmədiyindən dövrü olaraq vəzifəli şəxslər və sahibkarlardan müxtəlif səbəblər göstərərək qanunsuz olaraq xırda məbləğdə pullar almış və buna görə də dəfələrlə məhkum olunmuşdur. 2020-ci ilin əvvəllərində yenə də maddi çətinliyi olduğundan Respublika ərazisində yerləşən müxtəlif rayonların icra hakimiyyətlərinin vəzifəli şəxslərinə və bələdiyyə əməkdaşlarına zəng edərək özünü “Qida” jurnalının baş redaktoru kimi təqdim etmiş, onlara işlərində fərqləndiklərinə görə pul mükafatı və qiymətli hədiyyələr veriləcəyini bildirərək “Qida” jurnalının illik abunə haqqı kimi 49.8 manat verilməli olduğunu söyləmişdir. Hədiyyələr və pul mükafatlarının verilməsi üçün isə adları seçilmiş şəxslərin Təqsirləndirilən şəxs adına 49 manat 80 qəpik pul köçürməli olduğunu bildirmişdir. Bəzi rayonlarda zəng etdiyi vəzifəli şəxslər isə ona inanaraq adına poçt vasitəsilə 49 manat 80 qəpik məbləğində pulu göndərmişlər. Göndərilən pulları Bakı şəhərində yerləşən Mərkəzi poçt filialına yaxınlaşaraq şəxsən götürmüş və şəxsi ehtiyaclarına xərcləmişdir. Bu əməlləri törədərkən hər hansı başqa şəxslə əlbir olaraq hərəkət etməmişdir. Bütün zəngləri şəxsən özü etmiş, pulları da özü üçün istəmişdir. O, zəngləri tanışı – İmişli rayonunda yaşayan jurnalist Oktay Abayevin adına olan müxtəlif mobil telefon nömrələri ilə etmişdir. Oktayı jurnalist fəaliyyəti ilə bağlı tanımışdır. Oktayla birgə 2019-cu ildə “Qida” jurnalını təsis etmişlər. Əvvəlcə Oktay həmin jurnalın təsisçisi, özü isə baş redaktoru olmuşdur. Hazırda isə özü rəsmi qaydada “Qida” jurnalının həm təsisçisi, həm də baş redaktorudur. Jurnalın 2019-cu ilin əvvəlində cəmi bir nömrəsi çap olunmuşdur. O, əməllərinin qanunsuz olduğunu bildiyinə görə ifşa olunmamaq üçün Oktaya məxsus olan telefon nömrələrindən istifadə etmişdir. Oktayın onun törətdiyi cinayət əməllərindən məlumatı olmamışdır. 10 dekabr 2020-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyəti başçısının köməkçisi Hətəmov Anar Natiq oğlunun xidməti telefonuna zəng edib həmin icra hakimiyyətinin işçilərinin və rayon üzrə bələdiyyə sədrlərinin Fond tərəfindən mükafatlandırılacağını, mükafat almaq istəyən vəzifəli şəxslərin poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına 49 manat 80 qəpik pul göndərməsinin vacib olduğunu demişdir. Həmin gün Bərdə rayonu üzrə bələdiyyə sədrləri – Şahid6 və X9 hər biri tərəfindən poçt vasitəsilə ona 49 manat 80 qəpik məbləğdə pul göndərilmişdir. Daha sonra isə 15 yanvar 2020-ci il tarixdə o, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Şahid1 zəng edərək Şahid1 də eyni qaydada, Fond tərəfindən həmin icra hakimiyyətinin əməkdaşlarının və rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin mükafatlandırılacağını, mükafat almaq istəyən şəxslərin poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına 49 manat 80 qəpik pul göndərməsinin vacib olduğunu demişdir. Həmin gün isə Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid2 və rayonun inzibati ərazi dairələri üzrə 14 nümayəndəsinin hər biri tərəfindən poçt vasitəsilə onun adına 49 manat 80 qəpik məbləğində pul köçürülmüşdür. Daha sonra 20 yanvar 2020-ci il tarixdə İmişli rayon İcra Hakimiyyəti Başçısının Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X15 və rayon üzrə bələdiyyə sədrlərinə şəxsən zəng edərək onlara da eyni qaydada, icra hakimiyyətinin əməkdaşlarının və rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin mükafatlandırılacağını, mükafat almaq istəyən şəxslərin poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına 49 manat 80 qəpik pul göndərməsinin vacib olduğunu demişdir. Bundan sonra 12 nəfər bələdiyyə sədrinin hər biri tərəfindən poçt vasitəsilə onun adına 49 manat 80 qəpik məbləğində pul köçürülmüşdür. Həmin şəxslər tərəfindən göndərilmiş pulları Bakı şəhərində yerləşən Mərkəzi poçt filialından şəxsən alaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcələəsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək himayəsində bir azyaşlı uşağının olduğunu, anasının ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alıb ona yüngül cəza təyin edilməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şahid1 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şahid1 ibitidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona özünü Anar adı ilə təqdim edərək, 15 yanvar 2020-ci il tarixdə onun ***-***-**-** saylı xidməti telefon nömrəsinə zəng edib, X57 vitse-prezidentin köməkçisi – şöbə müdiri vəzifəsində işlədiyini demiş, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid2 və inzibati ərazi dairələri üzrə 14 nümayəndənin həmin Fond tərəfindən mükafatlandırılacağını, bunun üçün həmin şəxslərin poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına 49,8 manat məbləğində pul vəsaiti köçürməli olduqlarını bildirmişdir. O, bu barədə Şahid2 tapşırıq verərək sonuncunun və qeyd edilən 14 nəfər şəxsin 2 saat ərzində pul vəsaitini göndərmələrini bildirmiş, eləcə də özünü Anar Kərimli kimi təqdim edən şəxsin telefon nömrəsini də bildirərək tapşırığın nəticəsi barədə sonuncuya məlumat verməsini demişdir. Bundan sonra Şahid2 və Kəlbəcər rayonunun inzibati ərazi dairələri üzrə 14 nümayəndəsi Təqsirləndirilən şəxs adına qeyd edilən məbləğdə pul vəsaitini göndərmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid2 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, şəkər xəstəliyindən əziyyət çəkdiyini və bununla bağlı müalicə aldığını, səhhəti ilə əlqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid2 ibitidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 yanvar 2020-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Şahid1 ona zəng edərək X78 tərəfindən ona və Kəlbəcər rayonunun inzibati ərazi dairələri üzrə 14 nümayəndəsinə 408 manat məbləğində pul mükafatının təyin olunduğunu, ona görə də tapşırığa əsasən onun və 14 nəfər şəxsin hər biri tərəfindən poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına 49,8 manat məbləğində pulun göndərilməli olduğunu bildirmiş, həmçinin ***-***-**-** saylı telefon nömrəsini də ona bildirərək tapşırığın nəticəsi haqqında məlumat verməsini demişdir. O, Şahid1 verdiyi siyahı üzrə həmin nümayəndəliklərə zəng edərək tapşırığı çatdırmışdır. Həmin vaxt iş gününün sonu olduğundan o, həmin telefon nömrəsinə zəng edib qeyd edilən məbləğdə pulların həmin gün göndərilə bilməyəcəyini demiş, Anar adlı şəxs isə əsəbi şəkildə ona tapşırığın təcili icra edilməsini bildirmişdir. Buna görə də o, dərhal tələb olunan 49,8 manat məbləğində pulu Gəncə şəhər 6 saylı poçt şöbəsi vasitəsilə Təqsirləndirilən şəxs adına köçürmüşdür. Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə 14 nümayəndəsi – X44, X53, X45, X54, X34, X49, X26, X46, X10, X35, X6, X36, X37 və X47 da 49,8 manat məbləğində pulu həmin gün Təqsirləndirilən şəxs adına poçt vasitəsi ilə göndərmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bərdə rayonu Mirzəcəfərli kənd bələdiyyəsinin sədri Şahid6 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Bərdə rayonu Mirzəcəfərli kənd bələdiyyəsinin sədri Şahid6 ibitidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 yanvar 2020-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyəti başçısının aparatından ona zəng edilmiş, X78 tərəfindən mükafatlandırma tədbirinin keçiriləcəyi və bu münasibətlə Təqsirləndirilən şəxs adına poçt vasitəsi ilə 49,8 manat məbləğində pul vəsaitinin göndərilməli olduğu bildirilmişdir. O, Təqsirləndirilən şəxs tanımamışdır. Həmin gün Bərdə rayonu Hacallı poçt şöbəsi vasitəsi ilə Təqsirləndirilən şəxs adına 49,8 manat məbləğində pul vəsaiti göndərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Bərdə rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şahid5 ibitidai istintaq zamanı verdiyi ifadəsində şahid Bərdə rayonu Mirzəcəfərli kənd bələdiyyəsinin sədri Şahid6 qeyd xususatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadələri elan olunmuş şahidlər İmişli rayon İcra Hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X27, İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin sədri Şahid4 və İmişli rayonu Yalavac kənd bələdiyyəsinin sədri Şahid3 ibitidai istintaq zamanı verdikləri ifadələrində göstərmişlər ki, onlara vəd edilən mükafat müqabilində Təqsirləndirilən şəxs adına poçt vasitəsi ilə 49,8 manat məbləğində pul vəsaiti göndərmişlər, sonradan aldadıldıqlarını başa düşmüşlər. Onlar poçt şöbəsinə gedərək pulu qaytarmaqlarını istədikdə Təqsirləndirilən şəxs artıq pulu götürdüyünü öyrənmişlər. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri üzrə telefon danışıqlarının və SMS mesajlarının izahlı qaiməsini əks etdirən elektron daşıyıcıya (kompakt diskə) baxış keçirilməsi haqqında 26 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin telefon nömrələri vasitəsi ilə 10 yanvar 2020-ci il tarixdə saat 14:06 dəqiqədə Bərdə rayon İcra Hakimiyyətinə məxsus ***-***-**-** saylı xidməti telefon nömrəsinə, 15 yanvar 2020-ci il tarixdə saat 14:56 dəqiqədə Kəlbəcər rayon İcra Hakimiyyətinə məxsus ***-***-**-** saylı xidməti telefon nömrəsinə, 20 yanvar 2020-ci il tarixdə saat 15:54 dəqiqədə İmişli rayon İcra Hakimiyyəti başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X15 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə, 20 yanvar 2020-ci il tarixdə müxtəlif vaxtlarda İmişli rayonu üzrə Yalavac kənd bələdiyyəsinin sədri Şahid3 ***-***-**- ** saylı, Qızılkənd kənd bələdiyyəsinin sədri X33 ***-***-**-** saylı, Sarxanlı kənd bələdiyyəsinin sədri X12 ***-***-**-** saylı, Oruclu kənd bələdiyyəsinin sədri X13 ***-***-**-** saylı, Qaraqaşlı kənd bələdiyyəsinin sədri X14 ***-***-**-** saylı, Qaravəlli kənd bələdiyyəsinin sədri X5 ***-***-**- ** saylı və Bəcirəvan kənd bələdiyyəsinin sədri X4 ***-***-**-** saylı mobil telefon nömrələrinə telefon zəngləri edilmişdir. Antena məlumatına əsasən qeyd edilən bütün telefon zəngləri zamanı zəng edən nömrənin faktiki olduğu yer Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi kimi qeyd olunmuşdur. "xxxx" MMC-dən 2 iyul 2020-ci il tarixli məktubla daxil olmuş məlumatlardan görünür ki, hər biri tərəfindən 49,8 manat olmaqla 10 yanvar 2020-ci il tarixdə Bərdə rayonu Hacallı poçt şöbəsi vasitəsilə Şahid6 və Rəfayıl Bəylərov tərəfindən, 15 yanvar 2020-ci il tarixdə Gəncə şəhər 6 saylı poçt şöbəsi vasitəsilə Şahid2 tərəfindən, Gəncə şəhər 23 saylı poçt şöbəsi vasitəsilə Anar Eyvazov, Ceyhun Allahverdiyev, İlyas Muxtarov, Asəf Muxtarov tərəfindən, Gəncə şəhər Mərkəzi poçt şöbəsi vasitəsilə Mehdi Cabbarov, Zamin Əliyev və Nazim Zeynalov tərəfindən, Kəlbəcər rayon rabitə qovşağı vasitəsilə Kamandar Şükürov, Faiq Abbasov, Tural İsmayılov tərəfindən, Mingəçevir rayonu 8 saylı poçt şöbəsi vasitəsilə İsmayıl Nəsibov tərəfindən, Kəlbəcər rayon rabitə qovşağının Zar poçt şöbəsi vasitəsilə İlqar İsayev tərəfindən, Yevlax rayonu Nurallah poçt şöbəsi vasitəsilə İbrahim Mamedov tərəfindən və Bərdə rayon mərkəzi poçt şöbəsi vasitəsilə Vüqar Bayramov tərəfindən, 21 yanvar 2020-ci il tarixdə İmişli rayon mərkəzi poçt şöbəsi vasitəsilə Şahid4, Şəmşir Əhmədov, Ramiz Əliyev, Əlixan Zeynalov, Aslan Sadıqov, Şahid3, Cahid Əliyev, Tərlan Xəmmədov, Zülfü Qaraşov, Elçin Quliyev, Mərdəli Məmişov və Kəmaləddin Cəfərov tərəfindən Təqsirləndirilən şəxs adına cəmi 1.444,2 manat məbləğində pul vəsaiti göndərilmiş və həmin pul vəsaitləri göndərildiyi gün Təqsirləndirilən şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən Bakı şəhər Mərkəzi poçt şöbəsinin inzibati binasından alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs adına 57 müxtəlif telefon nömrəsi rəsmiləşdirilmişdir. 10 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığından araşdırmanın davam etdirilməsi mümkün olmamış və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin icraatında olan digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə barəsində elan edilmiş axtarış üzrə tutularaq həbsə alınmış və cinayət işi üzrə dayandırılmış icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir. 10 dekabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.1, 310 və 32.4, 312.1-ci maddələrinə tövsif edilmişdir. 11 dekabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 310 və 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 24 iyun 2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin 05.07.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Əli-Bayramlı Rayon Xalq Məhkəməsinin 15.07.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 18.03.1999-cu ildə AR CM-nin 50-2 maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 02 il 01 ay 05 gün müddətinə şərti azad olunub; Neftçala Rayon Xalq Məhkəməsinin 14.01.2000-ci il tarixli hökmü ilə CM-nin 93-7M 2his, 93-3 M 2 His təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 14.11.2005-ci ildə Binəqədi Rayon Məhkəməsinin 25.10.2005-ci il tarixli qərarı ilə 5 ay 25 gün vaxtından əvvəl şərti azad olunub; Zərdab Rayon Məhkəməsinin 12.07.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Ağstafa Rayon Məhkəməsinin 18.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan espublikası Cinayət Məcəlləsinin 178.1-ci (CM 65.2, 67) maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Astara Rayon Məhkəməsinin 30.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (CM 66.5) maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Lənkəran Rayon Məhkəməsinin 02.07.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2-ci (CM 66.3, 66.5) maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.07.2016-cı il tarixli qərarı ilə CM-nin 178.2.2ci maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilərək 06 il 06 aya cəza təyin edilib; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli əməli cinayət hesab edilmədiyinə görə cəzadan azad edilib; Abşeron Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan espublikası Cinayət Məcəlləsinin 320.1 və 320-ci (CM 66.2) maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2019-cu il tarixdən hesablanmışdır. Zərdab Rayon Məhkəməsinin 12 iyul 2007-ci il tarixli 1-34-2007 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 06(altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli 25 aprel 2007-ci il tarixdən hesablanmışdır. Ağstafa Rayon Məhkəməsinin 18 aprel 2013-cü il tarixli, 1(015)-15/2013 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamdan cinayəti təkrar törətməsinə dair bənd çıxarılmış və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və Cinayət Məcəlləsinin 65.2-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Zərdab Rayon Məhkəməsinin 12 iyul 2007-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 31 dekabr 2012-ci il tarixə çəkilməmiş qalan 09 (doqquz) ay 24 (iyirmi dörd) gün hissəsi hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti olaraq ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanın əvvəli 31 dekabr 2012-ci il tarixdən hesablanmışdır. Astara Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli, 1(018) -92/2013 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 18 aprel 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanın əvvəli 31 dekabr 2012-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli, 1(049)-120/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 29, 178.2.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.5-ci maddələrinə əsasən Astara Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli hökmü ilə təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanın əvvəli 31 dekabr 2012-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 7(007)-649/2016 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, Astara Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilmiş, təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddinə 02 (iki) ilə qədər azaldılmış, üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il müdətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.5-ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il 06 (altı) aya qədər azaldılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 7(007)-143/2018 saylı qərarı ilə 15 saylı Cəzaçəkmə Müəssisənin təqdimat təmin edilmiş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Lənkəran Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 29, 178.2.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3, 66.5-ci maddələrinə əsasən Astara Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə üzərində 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış,cəzaçəkmə müddətinin əvvəli 31 dekabr 2012-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(012)-78/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuş, cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2019-cu il tarixdən hesablanmışdır. Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 iyun 2020-ci il tarixli 115 nömrəli yaşayış yeri haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin inzibati ərazi dairəsində arvadı X38 və 2007-ci il təvəllüdlü övladı X55 ilə birlikdə qeydiyyatdadır və onun barəsində nümayəndəliyə müxtəlif şəxslərdən vaxtaşırı olaraq şikayətlər daxil olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən, yəni Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilməsini, CM- nin 310 və 32.4, 312.1-ci maddələri ilə bilməməsini işin halları və şahidlərin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini və himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və qəti cəza təyin edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021ci il tarixli 1(012)-78/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320-ci (CM 66.2) maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməlləri Abşeron Rayon Məhkəməsinin 09 fevrlal 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 2020-ci ildə törədilmişdir. Belə olan halda Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(012)-78/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(012)-78/2021 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(012)-78/2021 saylı hökmünə əsasən 30 iyul 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qətimkan tədbiri məsələsini müzakirə edərək, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(012)-78/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(012)-78/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(012)-78/2021 nömrəli hökmünə əsasən 30 iyul 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 1(012)- 78/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 330 (üç yüz otuz) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 30 ( otuz) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar