Məhkəmə qərarları › İş №1(009)-82/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-82/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-82/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-204/2021 saylı 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 09 mart 2022-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 mart 2022-ci il tarixdə saat 13:15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir selofan bükümündə 0,436 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsi 90 saylı binanın qarşısına qədər daşımış, 07 dekabr 2021-ci il tarixdə saat 20:50-də Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 8-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq 8-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin gün orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki yaşıl rəngli puloverin sağ yan cibindən satış məqsədi olmadan, əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd selofan bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,436 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kağız bükümündə 0,163 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsi 188 saylı binanın qarşısına qədər daşımış, 06 yanvar 2022-ci il tarixdə saat 14:10-da Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq 8-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin gün orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli puloverin sağ yan cibindən satış məqsədi olmadan, əldə edib özündə saxlayaraq daşıdığı, bir ədəd kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,163 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır və heç bir yerdə işləmir. Uzun illərdir ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli olaraq “şüşə” adlanan psixotrop maddə metamfetamini könüllü olaraq qəbul edir. Narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən alır və bu cür əmələ görə əvvəllər məhkum olunmuşdur. 4 il əvvəl isə idarə etdiyi avtomaşınla avtoqəzaya uğradıqdan sonra bədənindəki dözülməz ağrılardan yaxa qutarmaq üçün ailə üzvlərindən xəbərsiz narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 07 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu “Ağ şəhər” adlanan ərazidən tanımadığı şəxsdən narkotik vasitə heroini bir ədəd bükümü 25 manata alıb evə qayıdarkən saat 20:30 rədələrində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparmışlar. Polis bölməsində onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş və ona təqdim edilmişdir. Ona izah edilmişdir ki, üzərinə videoçəkilişlə baxış keçiriləcək. Baxış keçirməzdən əvvəl, polis əməkdaşı üzərində narkotik vasitə və ya digər qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Bu zaman o, bir ədəd şəffaf selofana bükülmüş narkotik vasitə heroinin bir ədəd bükümü və həmin narkotik vasitəni alarkən onun çəkisini müəyyən etmək üçün istifadə etdiyi bir ədəd elektron tərəzini təqdim etmişdir. Polis əməkdaşı həmin narkotik maddə olan bükümü və elektron tərəzini zərfə qoyub möhürləyərək götürmüş, bu barədə protokol tərtib edilmişdir. Bundan başqa 06 yanvar 2022-ci il tarixdə o, narkotik vasitə heroinə olan növbəti tələbatını ödəmək üçün saat 13:30 radələrində yenidən Bakı şəhəri, Xətai rayonu, «Ağ şəhər» adlanan əraziyə getmiş və orada tanımadığı şəxsdən 10 manat müqabilində bir büküm heroin alıb əynindəki boz rəngli puloverin cibinə qoyaraq yaşadığı ünvana qayıdan zaman ünvan 3rşısında mülki geyimində olan şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduqlarını bildirib onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişdilər. Polis bölməsində vəkilinin və polis əməkdaşlarının iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən bir ədəd ağ vərəqəyə bükülmüş heroin aşkar edilərək götürülmüş və həmin büküm zərfə qoyularaq möhürlənmişdir. O və orada olan digər şəxslər narkotik vasitənin qablaşdırıldığı zərfi və şəxsi axtarışla bağlı tərtib olunmuş protokolu imza etmişdilər. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, xəstəliyi ilə əlaqədar ayağında çürümənin inkişaf etdiyini, bu səbəbdən əsanın köməyi ilə hərəkət etmək məcburiyyətində olduğunu, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi halda onun həyat şəraitinin və sağlamlıq vəziyyətini həddən artıq ağırlaşacağını çəkdiyini nəzərə alaraq, ona daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşı Şahid4 oğlu ifadəsində bildirmişdir ki, 07 dekabr 2021-ci il tarixdə xidmət etdiyi bölməyə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroini qanunsuz əldə edərək istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 ibarət birgə əməliyyat qrupu təşkil edilmişdir. 07 dekabr 2021-ci il tarixdə saat 20:10 radələrində İslam adlı şəxsin yaşadığı evin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə ünvan 5 ünvanın yaxınlığına gəlmiş və bir neçə dəqiqə sonra məlumatda göstərilən əlamətlərə bənzər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb saxlamış və özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdilər. Həmin şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib sonuncunu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişdilər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə sonuncunun şəxsi axtarış aparılacağını izah edilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları qoyması xahiş edilmişdir. Təqsirləndirilən şəxs bir ədəd elektron tərəzini və içərisində qəhvəyi rəngli maddə olan şəffaf selofan bükümünü çıxarıb masa üzərinə qoymuş və təqdim etdiyi predmetlərin elektron tərəzi və narkotik vasitə heroin olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin olduğunu, onu şəxsi istifadəsi üçün tutulmamışdan bir neçə saat əvvəl Xətai rayonunun ərazisində yerləşən «Ağ şəhər» adlanan yerdə tanımadığı şəxsdən alıb yaşadığı ünvana gətirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və elektron tərəzi bir zərfə qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 06 yanvar 2022-ci il tarixdə xidmət etdiyi polis bölməsinə Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları, ev 90 mənzil 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrinin əldə edib istehlak etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra ondan və bölmənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o təyin olunmuşdur. Təqsirləndirilən şəxs adlı şəxsi ifşa etmək üçün daxil olmuş məlumat əsasında saat 14 radələrində Əlibəyov Qardaşları ev 90 ünvanının qarşısına gələrək özlərinə əməliyyat mövqeyi seçmişdilər. Təxminən 10 dəqiqədən sonra məlumatda göstərilən əlamətlərə bənzər şəxsin piyada hərəkət etdiyini görüb sonuncuya yaxınlaşıb saxlamış və özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra onlar daxil olmuş məlumat əsasında sonuncunu narkotik vasitələrinin qanunsuz daşınmasında şübhəli bildikləri söyləyib Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara tabe olaraq onlarla 8-ci Polis Bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs izah olunmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün üzərinə şəxsi axtarış keçiriləcəkdir. Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli kağızdan bükümü çıxarıb onlara təqdim etmiş və həmin bükümün içərisində «kakos» adlandırdığı maddənin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, təqdim etdiyi bükümü açsın və içərisindəki maddəni onlara nümayiş etdirsin. Təqsirləndirilən şəxs bükümü açdıqda içərisində toz şəkilində, tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki narkotik maddəni saxlanılmamışdan az əvvəl Xətai rayonun ərazisində yerləşən «Ağ şəhər» kimi təqdim etdiyi yaşayış massivində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs həmçinin narkotik vasitələrinin satışı ilə də məşğul olması göstərildiyini, lakin sonuncunun ətrafında apardıqları əməliyyat sorğusu və digər əməliyyat tədbirləri ilə İslamın əvvəl narkotik vasitələrinin satışı ilə məşğul olması nəticə etibarı ilə təsdiqini tapmadığını bildirmişdir. Cinayət işində olan Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 07 dekabr 2021-ci il tarixdə saat 22:00-dan 22:25-dək olan müddətdə 8-ci Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynindəki yaşıl rəngli koftanın sağ cibindən bir ədəd şəffaf selofandan olan bükümü və bir ədəd elektron tərəzini çıxarıb həmin bükümdə naroktik vasitə heroin olduğunu, bu narkotik vasitəni 07 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” adlanan yerdən tanımadığı şəxsdən alıb yaşadığı gətirdiyini bildirmişdir. Aşkar edilmiş maddə götürülərək qablaşdırılmışdır. Cinayət işində olan Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 06 yanvar 2022-ci il tarixdə saat 14:59-dan 15:30-dək olan müddətdə 8-ci Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynindəki boz rəngli idman puloverin sağ cibindən bir ədəd ağ rəngli kağızdan olan bükümü çıxarıb həmin bükümdə narkotik vasitə heroin olduğunu, bu narkotik vasitəni 06 yanvar 2022-ci il tarixdə saat 13:25 radələrində Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” adlanan yerdən tanımadığı şəxsdən alıb yaşadığı gətirdiyini bildirmişdir. Aşkar edilmiş maddə götürülərək qablaşdırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 08 dekabr 2021-ci il tarixli 6/5412 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) ... » sözləri olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,436 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahl İ) daxildir. Heroinin təmiz çəkisi 0,436 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,386 qram Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 yanvar 2022-ci il tarixli 6/63 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş Təqsirləndirilən şəxsun üzərindən…» sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,163 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahl İ) daxildir. Heroinin təmiz çəkisi 0,163 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,123 qram Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65,00 (altmış beş) manatdır. 07 dekabr 2021-ci il tarixdə saat 20:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 08 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 08 dekabr 2021-ci il tarixli qərarla 07 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə videogörüntünün əks edildiyi video-disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. 09 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 09 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 09 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 17 dekabr 2021-ci il tarixli 5146 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 06 yanvar 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 0,386 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. 06 yanvar 2022-ci il tarixdə saat 14:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 07 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 07 yanvar 2022-ci il tarixli qərarla 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə video görüntünün əks edildiyi video-disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 08 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 10 yanvar 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 0,163 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 18 yanvar 2022-ci il tarixli 237 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 03 fevral 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. 19 fevral 2022-ci il tarixi qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəl elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 yanvar 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.06.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19.03.2012-ci il tarixli qərarı ilə CM 76.3.1-ci maddəsinə əsasən 05 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən 01 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -09.12.2021-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. (210020323 nömrəli cinayət işi) İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-162/2011 saylı, 02.06.2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-121/2020 saylı, 02.09.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-204/2021 saylı, 27.10.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 121/2020 saylı, 02.09.2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 06 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası qeyd edilən hökmlə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-29/2022 saylı 18.02.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-204/2021 saylı, 27.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 15.03.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-204/2021 saylı, 27.10.2021ci il tarixli hökmü ilə 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmiş Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 7(009)-29/2022 saylı 18.02.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, 09.03.2022-ci il tarixdə cəza müddəti başa çatdığından idarənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş 45 saylı MKİS tərəfindən tərtib olunmuş xasiyyətnaməyə əsasən ünvan 1 ünvanında yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vəsaitə heroin əldə edib saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, xəstəlikdən əziyyət çəkdiyini, eləcə də barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyi təqdirdə onun həyat şəraiti və səhhətinə mənfir təsir göstərəcəyini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək, həmçinin 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək, yəni 04 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 08 (səkkiz) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydalarının 3-cü maddəsinin 7-ci bəndində qeyd olunmuşdur ki, narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 62 yaşı olduğundan ona məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 17 dekabr 2021-ci il tarixli 5146 saylı və 18 yanvar 2022-ci il tarixli 237 saylı rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,123 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,386 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının tədqiqatının xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 07 dekabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək, həmçinin 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək, yəni 04 (dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,123 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,386 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd elektron tərəzi hökm qanuini qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının tədqiqatının xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150( bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar