Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-82/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,607 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 noyabr 2022-ci il tarixdə, saat 05:40 radələrində Bakı şəhəri, Səbail RPİ-njn 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, həmin tarixdə saat 08:15 radələrindən etibarən orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,607 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Budan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq zavod üsulu ilə istehsal olunmuş “Kalaşnikov” avtomatlarında və RPK-74 əl pulemyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş 5.45*39 mm kalibrli döyüş sursatı hesab olunan və atəş üçün yararlı 01 ədəd patronu əldə edib üzərində saxlamaqla gəzdirmiş, 07 noyabr 2022-ci il tarixdə, saat 05:40 radələrində Bakı şəhəri, Səbail RPİ- nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin Polis Bölməsinin inzibati binasına dəvət olunub, həmin tarixdə saat 08:15 radələrindən etibarən orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən həmin döyüş sursatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Ümumillikdə narkotik vasitə heroini Bakı şəhərinin rayonlarından müxtəlif qiymətlərə alaraq öz şəxsi istifadəsi üçün əldə edir.Həmçinin heroindən istifadə etmədikdə bədənində küt ağrılar olur. Sonuncu dəfə 2022ci ilin noyabr ayında narkotik vasitə heroindən istifadə etmişdir. Beləliklə də 07 noyabr 2022ci il tarixdə saat 05:40 radələrində yaşadığı ünvan 3 ünvanında olduğu zaman özlərini polis əməkdaşı kimi ona təqdim edib xidməti vəsiqələrini göstərərək, Səbail RPİ-nin 41- ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis leytenantı Şahid2 olduqlarını bildirib evə gəldilər və bildirdilər ki, ərazidə soyğunçuluq cinayəti olub və ondan şübhələndikləri üçün polis bölməsinə dəvət edirlər. Həmin vaxt onun əynində olan göy rəngli çins şalvarının sağ yan çibində 1 (bir) büküm narkotik vasitə heroin və bir ədəd patron olduğu üçün həyəcanlandı. Həmin vaxt o özünü polis əməkdaşlarına xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Ağdam rayonu, Qasımlı ərazi dairəsi, Poladlı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etdi. Bundan sonra polis əməkdaşları onu 41-ci Polis Bölməsinə dəvət etdilər. O polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlar ilə birlikdə 41-ci polis bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına getdi. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etdilər.O həmin zaman video çəkiliş aparılmasına etiraz etmədi.Bundan sonra Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis leytenantı Şahid2 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Səbail rayon 3 saylı hüquq məsləhətxanasının vəkili X6 tərəfindən öz razılığı əsasında hüquqlarını müdafiə edilməklə şübhəli şəxs qismində tutuldu.Daha sonra 41-ci Polis Bölməsinin ünvan 4 ünvanında üzərimə video görüntü ilə baxış keçirildi.Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ilkin olaraq sual verildi.Bundan sonra o üzərində saxlamaqla daşıdığı özünə məxsus, 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroini və bir ədəd patronu əynində olan göy rəngli çins şalvarının sağ yan çibindən çıxararaq könüllü olaraq masanın üzərinə qoydu.Sorğu-sual zamanı o bildirdim ki, ondan aşkar edilmiş 1 (bir) büküm narkotik vasitə heroini xx.xx.2022ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə yerləşən yanacaq doldurma məntəqəsində adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 15(on beş) manat pulun müqabilində əldə edərək üzərində saxlamaqla daşımışdır. Üzərindən aşkar edilmiş bir. ədəd patronu 2022-ci ilin yay aylarında Əli kimi tanıdığı şəxsdən Mingəçevir şəhərində özünə boyunbağı düzəltmək üçün pay götürmüşdür. Əli kimi tanıdığı şəxsin anket məlumatlarını bilmir, onunla həmin vaxtı Mingəçevir şəhərində çayxanada tanış olmuş və Əli patronu ona pay vermişdir. Üzərində başqa heçnə aşkar edilmədi. Ondan aşkar edilmiş narkotik vasitə heroin və bir ədəd patron polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırıldı, qablaşdırılmış zərflər 239 saylı möhürlə möhürləndi, bu barədə protokol tərtib edildi, tərtib edilmiş protokol və qablaşdırılmış zərflər o və iştirakçılar, tərəfindən imzalanaraq müvafiq ekspertizaların təyin ediləcəyi bildirildi. Beləliklə də vəkili X1 iştirakı ilə aparaılan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Əvvəlcədən onun özü bildirdi ki, onun üzərində olan narkotik vasitə olan heroindir və bir ədəd patrondur. Hazırda etdiyi cinayət əməlimdən peşmandır. Həmçinin o Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq hərəkətləri olmamışdır. Narkotik vasitə heroini satan şəxs və ona bir ədəd patronu pay verən “Əli” adlı şəxs haqqında heç bir məlumatı yoxdur. xx.xx.2022-ci il. tarixdə və ya başqa vaxtı soyğunçuluq hadisəsi törətməmişdir.Üzərimdə olan narkotik vasitə heroindən və ya patrondan başqa heç bir ünvanda saxlamıram.O narkotik vasitə heroindən istifadə etməyəndə bədənində küt ağrılar olur və hazırda asılı bir vəziyyətə düşmüş, heç bir psixi xəstəlikdən əziyyət çəkmir bununla bağlı olaraq heç bir psixi xəstəxanada qeydiyyatda deyildir. Ona polis əməkdaşları tərəfindən heç bir psixi və ya zorakılıq olmayıb, həmçinin döyülməmiş, onun üzərində olan narkotik vasitə heroin və bir ədəd patron ona məxsudur. Təqsirləndirilən şəxs son sözündə, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı Şahid2 ifadəsində göstərmişdir ki, 07 noyabr 2022-ci il tarixdə saat 05:40 radələrində ünvan 3 ünvanına getdilər. Həmin ünvanda olna şəxs özünü xx.xx.2003- cü ildə Bakı şəhərində anadan olmuş, Ağdam rayonu, Qasımlı ərazi dairəsi, Poladlı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs xahiş etdilər ki, onlarla bərəbar Bakı şəhəri, Səbail rayonu 41-ci polis bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən könüllü olaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə getməsinə razlıq verdi. Beləliklə də Səbail Rayon polis İdarəsinin 41-ci polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Vasif Həsənovun adına raport tərtib edilərək bölməyə narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli şəxs qismində dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə göstəriş versin. Nəticə etibari ilə həmin raportun araşdırılması ona həvalə edildi. Beləliklə də Bakı şəhəri, Səbail rayonu Bakı şəhəri, Səbail rayonu 41-ci polis bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binanın xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında protokol tərtib edildi. Həmin zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi. Həmçinin Təqsirləndirilən şəxs 3 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edildi. Həmin siyahıya əsasən Təqsirləndirilən şəxs hüquqlarının X6 tərəfindən müdafiə edilməsini xahiş etdi. Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman Təqsirləndirilən şəxs izah edildi ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim etsin. Həmçinin Səbail RPİ-nin 41-ci PB-nin polis serjantı Həsənov Xəyal tərəfindən mobil telefondan istifadə edilməklə video çəkiliş həyata keçirilməyə başlanıldı. Beləliklə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə əynində olan göy rəngli çins şalvarının sağ yan çibindən 01 (bir) ədəd bükümü və bir ədəd patronu çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim etdi. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı. İlk öncə onun əynində olan paltarlarına baxıldı, lakin hər hansı bir qanunsuz əşya aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükülünü göstərərək el içində narkotik vasitə olan “kokos” yanı heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 (bir) ədəd bükülünü və 01 ədə patronu hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirildiyi sorğu-sual edilən zaman, Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə yerləşən yanacaq doldurma məntəqəsində adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 15(on beş) manata aldığını, bir ədəd patronu isə 2022-ci ilin yay aylarında Əli kimi tanıdığı şəxsdən Mingəçevir şəhərində özünə boyunbağı düzəltmək üçün pay götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükülünü və 01 ədə patronu ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Səbail RPİ-nin 41-ci PB-nin sabiq təqiqatçısı polis leytenantı Şahid2 tərəfindən müxtəlif zərflərə qoyularaq qablaşdırılacağını bildirildi. Əvvəlcə zərflərin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitə olan heroinə bənzər 01 (bir) ədəd bükülü bir zərfə, 01 ədəd patron isə digər zərfə qoyularaq Səbail RPİ-nin 41-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 239 nömrəli möhür ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalandı. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Nəticə etibari ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə heroin olub-olmamasını və 01 ədəd patron döyüş sursatı olub- olmaması müəyyən etmək məqsədi ilə kimyəvi və ballistik ekspertizalar təyin edilməsi barədə qərarlar qəbul edildi. Həqiqətən də ekspertiza rəyləri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli çins şalvarının sağ yan çibindən 01 (bir) ədəd bükümdə 0,607 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd patron isə zavod üsulu ilə istehsal olunmuş “Kalaşnikov” avtomatlarında və RPK-74 əl pulemyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş 5.45*39 mm kalibrli döyüş sursatıdır və atəş üçün yararlıdır. İbtidai istintraq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olnumuş Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşı Şahid1, Şahid2 göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 6/6451 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №239 dairəvi möhür əksi və “...Vətəndaş Təqsirləndirilən şəxs-imza,vəkil-imza,iştirakçılar-üç-imza;...” sözləri olan zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,607 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən markotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,607 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0.557 qram. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 Ekspertizasının xx.xx.2023-cü tarixli 7118 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq elan olunmuş Azərbaycan Respublikası Daxili X7 Tədqiqatlar İdarəsinin 25 noyabr 2022-ci il tarixli 22/711R nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqim edilmiş 01 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş “Kalaşnikov” avtomatlarında və RPK-74 əl pulemyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş 5.45*39 mm kalibrli döyüş sursatıdır və atəş üçün yararlıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” protokoluna əsasən, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 607 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, daha sonra “şəxsi axtarış və götürmə aparılması” barədə 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli çins şalvarının sağ yan çibindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,607 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli çins şalvarının sağ yan çibindən aşkar edilərək götürülmüş, zavod üsulu ilə istehsal olunmuş “Kalaşnikov” avtomatlarında və RPK-74 əl pulemyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş 5.45*39 mm kalibrli döyüş sursatı hesab olunan və atəş üçün yararlı hesab olunan 01 ədəd patron cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroin təmiz çəkisi - 0,607 qram., tədqiqata sərf edildi - 0,05 qram., qalıq - 0,557 qram və zavod üsulu ilə istehsal olunmuş “Kalaşnikov” avtomatlarında və RPK-74 əl pulemyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş 5.45*39 mm kalibrli döyüş sursatı hesab olunan və atəş üçün yararlı 01 ədəd patron saxlanılması məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. 07 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, 07 noyabr 2022-ci il tarixdə, saat 05:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə göndərilmişdir. 08 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, daha sonra onun barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilməsi üçün Səbail rayon məhkəməsinə təqdimat verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında qaldırılmış vəsatət təmin edilməyərək o, saxlanıldığı Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd olunan Qərar Təqsirləndirilən şəxs 08 noyabr 2022-ci il tarixdə saat 15:00-da elan olunmuşdur. İş materialında olan məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırırlması cəzasına məhkum edilmişdir. Daha sonra Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı Probasiya İdarəsinin Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırırlması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə dair təqdimatı təmin edilmiş və Təqsirləndirilən şəxs çəkilməmiş 01 il 03 ay 24 gün azadlığın məhdudlaşdırırlması cəzası, 07 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(057)-615/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzası 05 oktyabr 2023-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhruetməcəzasının qalan 14 gün hissəsini vaxtından əvvəl çəkməkdən azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilmiş və müdafiəsi ilə əlaqədar dəlil gətirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin təqsirləndirilən şəxsin əməlindən səmimi peşimançılıq çəkməsini, əməlini etiraf etməsini və gənc olmasını cəzasının yüngülləşdirici halları qismində nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 Ekspertizasının xx.xx.2023-cü tarixli 7118 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 92 (doxsan iki) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan - 0,557 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, “Kalaşnikov” avtomatlarında və RPK-74 əl pulemyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş 5.45*39 mm kalibrli döyüş sursatı hesab olunan və atəş üçün yararlı 01 ədəd patronun hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil vderiməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzaların qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1-də olan yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,557 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Kalaşnikov” avtomatlarında və RPK-74 əl pulemyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş 5.45*39 mm kalibrli döyüş sursatı hesab olunan və atəş üçün yararlı 01 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 264 (iki yüz altmış dörd) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC -nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-82/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-82/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver