Məhkəmə qərarları › İş №1(009)-82/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-82/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-82/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçı 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx.xx.1995-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs ilə «Facebook» sosial şəbəkəsində Biznes Dostu qrupunda tanış olaraq «Vencur» şirkətinin rəhbəri olduğunu və guya onun «Dada Media» şirkətinin dahada inkişaf etdirməsinə 3050 manat pula yatırım etməkdə köməklik edəcəyini bildirib, sonuncunun ona qarşı yaranmış etibarından sui istifadə edərək, hər hansı bir səlahiyyətlərə malik olmadığı halda yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə 13 fevral 2024-cü il tarixdə saat təxminən 20 radələrində ünvan 2 ünvanda görüşərək orada Zərərçəkmiş şəxs adına olan 4169 7388 0071 0331 nömrəli Kapital banka aid hesab kartından, onun mobil telefonun «Vohtsapla» göndərdiyi onun adına olan 4169 7385 4448 3062 nömrəli Kapital banka aid hesab kartına köçürülmüş 100 manat pulu,13 fevral 2024-cü il tarixdə saat təxminən 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda olarkən adına olan 4169 7385 4448 3062 nömrəli Kapital banka aid hesab kartından, onun adına olan 4169 7388 0071 0331 nömrəli Kapital banka aid hesab kartına köçürülmüş 450 manat pulu, 05 mart 2024-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ünvan 4 ünvanda olarkən adına olan 4169 7385 4448 3062 nömrəli Kapital banka aid hesab kartından, onun adına olan 4169 7388 0071 0331 nömrəli Kapital banka aid hesab kartına köçürülmüş 1000 manat pulu, 21 mart 2024cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda olarkən adına olan 4169 7385 4448 3062 nömrəli Kapital banka aid hesab kartından, onun adına olan 4169 7388 0071 0331 nömrəli Kapital banka aid hesab kartına köçürülmüş 1000 manat pulu və 29 mart 2024-cü il tarixdə saat təxminən 18:30 radələrində Zərərçəkmiş şəxs ünvan 5 ünvanda olarkən adına olan 4169 7385 4448 3062 nömrəli Kapital banka aid hesab kartından, onun adına olan 4169 7388 0071 0331 nömrəli Kapital banka aid hesab kartına köçürülmüş 500 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs 3050 ( üç min əlli ) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5, özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ziyanı tam ödəmişdir və əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, X5 tərəfindən ona vurulmuş 3050 manat məbləğində ziyanı tam ödənilmişdir və onun X2 şikayəti yoxdur. İş materiallarında olan 05 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarında olan 06 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərarından görünür ki, X5 tutulmaqla barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 02 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X5 barəsindətarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 05 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, X5 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 05 noyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, təqsirləndirilən şəxs X3 barəsində “başqa yerə getməmək haqda iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs «Dada Media» şirkətinin dahada inkişaf etdirməsinə 3050 manat pulunu 13 fevral 2024-cü il tarixdə X6 adına olan 4169 7388 0071 0331 nömrəli Kapital banka aid hesab kartından, onun adına olan 4169 7385 4448 3062 nömrəli Kapital banka aid hesab kartına 100 manat ,13 fevral 2024-cü il tarixdə 450 manat, 05 mart 2024-cü il tarixdə 1000 manat, 21 mart 2024-cü il tarixdə 1000 manat və 29 mart 2024- cü il tarixdə 500 manat pulun köçürməsi barədə zərərçəkmiş şəxs Ülvi Yunisovun istintaqa təqdim etdiyi ümumlikdə 3050 manat puların ödəniş qəbzələri və aralarında «Vohtsapp» yazışmalarının mətinləri, zərərçəkmiş şəxsin ifadəsi, baxış protokolu, ödəniş qəbzləri, “Vothsapp” yazışmalarının mətinləri, eləcə də iş üzrə əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərqrından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə saxlanılaraq 08 fevral 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan 12 mart 2025-ci il tarixli Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X5 ilə barışmış, dəymiş ziyan tam ödənilmiş və onun X4 qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan 12 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs X3 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsinə razıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X5 ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxs X5 cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut maddi sübut yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan yoxdur. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar