Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-83/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 17 sentyabr 2003-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 03 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində, ünvan 2 ünvanının qarşısında saxladılmış sürücü Zərərçəkmiş şəxs məxsus “Lexus GX460” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avotmobilin qapısının açıq olmasından istifadə edib içərisinə daxil olmaqla oradan sonuncuya məxsus qiyməti 300 manat olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi 2.700 manat dəyərində bir ədəd “İphone13Pro” markalı İMEİ**********51753 və **********90247 kodlu mobil telefonunu talamaqla zərərçəkmiş şəxsə ümumlikdə 3.000 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində İstiqlaliyyət küçəsi ilə yolun sağ tərəfindəki səki ilə piyada gedərkən, yolun sağ tərəfində yerləşən aptekin qarşısında dayanan ağ rəngli “Lexus” avtomobilinin sürücü tərəfdən qapı şüşəsinin yarıya kimi açıq olduğunu görmüş və avtomobilin qapısının açıq olduğunu başa düşmüşdür. O, heç kəsin olmadığını görüb avtomobilin sürücü tərəfdən qabaq qapısını açmış və avtomobilin salonundan bir ədəd tünd göy rəngində “İphone 13Pro” markalı mobil telefonunu götürmüş, avtomobilin qapısını örtüb oradan uzaqlaşmışdır. Sonra o, "İçəri şəhər” metrosundan “Neftçilər” metrosuna getmiş, metrodan çıxaraq orada yerləşən mobil telefon aparatlarının satışı ilə məşğul olan mağazaların sırası qarşısında, tanımadığı bir nəfərə telefonu tapdığını bildirərək 190 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, şikayətçi olduğunu və vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində o, tək idarə etdiyi “Lexus GX460” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ilə üzü Prezident Aparatının inzibati binası istiqamətində hərəkətdə olduğu zaman həmin küçənin sağ tərəfində yerləşən "Emin” adlı aptekin qarşısında avtomobili saxlamış və avtomobilin qapılarını bağlamadan bir neçə dəqiqəlik aptekə dərman almaq üçün getmişdir. Təxminən 5-6 dəqiqədən sonra o, avtomobilə qayıdıb sükan arxasına əyləşdikdə, avtomobilin sürətlər qutusu olan hissədə qoyduğu ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonun yoxa çıxmasını görüb oğurlanmasını başa düşmüş, “Emin” aptekinin girişində müşahidə kamerası quraşdırıldığını görüb həmin aptekə qayıtmış və aptekin qarşısında saxladığı avtomobilin qapılarının açıq olmasından istifadə edilib salonundan mobil telefonu oğurlanmasını bildirərək aptekdə işləyən şəxsdən mobil telefonu oğurlayan şəxsin müəyyən edilməsi üçün aptekin girişindəki müşahidə kamerasının görüntülərinə baxmasına şərait yaratmasını xahiş etmişdir. Həmın şəxs də görüntüləri ona göstərmiş və o, görüntüyə baxarkən bir nəfər cavan oğlanın avtomobilin yanından keçərkən sürücü tərəfdən qapının kilidinin açıq olmasından istifadə edib sürücü tərəfdən qapını açıb salondan mobil telefonunu götürüb qaçaraq oradan uzaqlaşmasını görmüşdür. Bundan sonra o, ərazi üzrə Səbail RPİ-nin 9-cu PB-nə gedib “İphone 13 Pro” markalı mobil telefonunun oğurlanması barədə şikayət ərizəsi vermiş, oğurlanmış mobil telefonun **********51753 və **********90247 İMEİ kodu “İphone 13 Pro” markalı mobil telefonun dəyəri 2.700 manat, ***-***-**-** saylı mobil nömrənin dəyəri 300 manat olmasını, oğurluq nəticəsində ona cəmi 3.000 manat maddi ziyan dəyməsini, avtomobilindən oğurluq etmiş və müşahidə kamerası ilə gördüyü cavan oğlanı tanımamasını, əvvəllər görməməsini bildirmişdir. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş, hadisə yerinin ünvan 2 ünvanda yerləşən “Emin optika”nın qarşısı olması müəyyən edilmişdir. Hadisə yerinin şəkilləri çəkilərək baxış keçirilməsi barədə protokola əlavə edilmişdir. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli “video görüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən “Emin” aptek mağazasının qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinə dair video görüntü köçürülmüş bir ədəd “DVD-R” formatlı diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 15:56 dəqiqədə 1 nəfər şəxs ünvan 2 ünvanın qarşısında saxladılmış sürücü Zərərçəkmiş şəxs məxsus “Lexus GX460” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avotmobilin qabaq sol qapısından içəri daxil olmuş və daha sonra qaçaraq oradan uzaqlaşmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video-görüntüdə əks olunmuş şəxsin özü olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli “ittiham elan etmək üçün şübhəli şəxsin tutulması məqsədilə axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli protokoldan və Səbail RPİ-nin 9-cu PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY- dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında saxladılmış zərərçəkmiş şəxs X2 məxsus avtomobilin dayandığı yeri və həmin avtomobilin salonundan bir ədəd “İphone 13Pro” markalı mobil telefonu gizli olaraq oğurlayıb götürərək, oradan uzaqlaşdığı istiqaməti əyani olaraq göstərmişdir. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ünvan 2 ünvanda yerləşən “Emin” aptek mağazasının qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinin video görüntüləri köçürülmüş bir ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(009)-83/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin ifadəsi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 09 mart 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay, 24 (iyirmi dörd) gün müddət, yəni cəmi 01 (bir) ay, 26 (iyirmi altı) gün müddətin bir günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunacaq cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi,ev 10 A ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 (bir) disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 09 mart 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay, 24 (iyirmi dörd) gün müddət, yəni cəmi 01 (bir) ay, 26 (iyirmi altı) gün müddət bir günə iki gün hesablanaraq 03 (üç) ay 22( iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq qəti olaraq 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi,ev 10 A ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia yoxdur. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı vəkil bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-83/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-83/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver