Məhkəmə qərarları › İş №1(009)-83/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-83/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-83/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, tərcüməçi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1ənzil ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, aerobika müəllimi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs2, X11 və şəxsiyyəti istintaqa məlum olmayan “Əbubəkir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu barədə aralarındakı razılığa uyğun hərəkət edərək, əvvəlcə şəxsiyyəti istintaqa məlum olmayan “Əbubəkir” adlı şəxs sosial şəbəkə vasitəsilə Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs İrfan oğluna pul müqabilində Bakı şəhərindən onu və ailə üzvlərini X6 getmək üçün viza düzəldəcəyinə köməklik göstərəcəyi barədə yalandan vəd verib inandırdıqdan sonra, digər qrup üzvüləri X16 Dasayevayı, sonuncunun isə Tamara Dunyayevayı yönəltməsi üzrə X17 Hafiz İrfan oğlunu 10 iyun 2024-cü il tarixdə Heydər Əliyev adına X7rşılayıb ünvan 3 ünvanda yerləşən «AEF» hotelində yerləşdırdıkdən sonra həmin gün 403 nömrəli otaqda həmin dövr üçün milli məzənnə ilə 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2500 (iki min beş yüz ) ABŞ dolları və 17 iyun 2024-cü il tarixdə isə eyni adla həmin ünvanda həmin dövr üçün milli məzənnə ilə 4250 (dörd min iki yüz əlli ) manat təşkil edən 2500 (iki min beş yüz ) ABŞ dolları vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, qrup üzvləri arasında əldə edilmiş pul vəsaitlərini oz aralarında bölüb, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs İrfan oğluna ümumlikdə 8.500 (səkkiz min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs1, X11 və şəxsiyyəti istintaqa məlum olmayan “Əbubəkir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu barədə aralarındakı razılığa uyğun hərəkət edərək, əvvəlcə şəxsiyyəti istintaqa məlum olmayan “Əbubəkir" adlı şəxs sosial şəbəkə vasitəsilə Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs İrfan oğluna pul müqabilində Bakı şəhərindən onu və ailə üzvlərini X6 getmək üçün viza düzəldəcəyinə köməklik göstərəcəyi barədə yalandan vəd verib inandırdıqdan sonra, digər üzvləri X16 Dasayevayı, sonuncunun isə Təqsirləndirilən şəxs1yı yönəltməsi üzrə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs İrfan oğlunu 10 iyun 2024-cü il tarixdə Heydər Əliyev adına X7rşılayıb ünvan 3 ünvanda yerləşən «AEF» hotelində yerləşdirdikdən sonra həmin gün 403 nömrəli otaqda həmin dövr üçün milli məzənnə ilə 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2500 (iki min beş yüz ) ABŞ dolları və 17 iyun 2024-cü il tarixdə isə eyni adla həmin ünvanda həmin dövr üçün milli məzənnə ilə 4250 (dörd min iki yüz əlli ) manat təşkil edən 2500 (iki min beş yüz) ABŞ dolları vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, qrup üzvləri arasında əldə edilmiş pul vəsaitlərini öz aralarında bölüb, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs İrfan oğluna ümumlikdə 8.500 (səkkiz min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, heç kəsi aldatmamışdır. Xidmət göstərmişdir. Rəfiqəsi Lalə ona əlavə qazanc üçün viza edən turistik kompaniyada birdəfəlik iş təklif etmişdir. İyunun 10-da turistləri qarşılayıb otelə yerləşdirməli idi. Elə də edib. 10 iyunda onları hava limanında qarşılayıb, taksiyə mindirib “AEF” otelə gətirib yerləşdirib. Nömrədə Salem kiminləsə telefonla danışdıqdan sonra ona 2500 dollar verib. Bu puldan 650 manat otelin pulunu verməli idi, sonra puldan götürüb manata dəyişib 400 manat onlara yemək üçün verməli idi, qalan pulu isə viza üçün firmada maliyyə işləri ilə məşğul olan Məryama verməli idi. Həmin günü üstündə pasport olmadığı üçün Lalə pulu göndərdi. 16 iyunda Lalə deyib ki, sabah otelə gedib onların əl izlərini götür və bunun üçün blank göndərib. Ayın 17-də otelə gedib ər-arvadın əl izlərini götürüb. Sonra onlar ona deyiblər ki, qalıb onlara limonad alım. Aldıqdan sonra oteldən çıxıb evə gəlib. Sonuncu dəfə 22-də otelə gedib. 10 iyunda götürdüyü pasportlarını qaytarıb. Sonra onlarla üzləşməyib. Onun öz iş yeri olduğu üçün onlarla danışmağa heç vaxtı olmayıb. Sonra sentyabr ayında faktiki yaşadığı evin sahibi mənə zəng vurub bildirdi ki, onu polis axtarır. Səhəri günü anası ilə polis bölməsinə yaxınlaşdıqda orda ona bildirdilər ki, bir aydı onu axtarırlar. Onu iki gün saxladılar. Sonra müstəntiq onu çağırıb izahatını yazdırıb sənədlərə qol çəkdirdi. O zaman tərcüməçisi yox idi, sonradan təmin ediblər. İttihamın bir hissənini qəbul edir və ödəniş etməyə razıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, bu firmada əvvəllər təxminən 2 il özü işləyib. Məryam ona yazanda o artıq bir il idi orada işləmirdi. Məryam yazıb ki, işçisi yoxdur. Onlara təcili bir adam lazımdır kimə etibar edə bilər. Bu zaman o deyib ki, bir rəfiqəsi var ona təklif edə bilər. Tamaraya yazıb. Bilirdi ki, onun maddi cəhətdən çətinliyi var. O, razılaşdı. Məryəm ona deyib ki, sən işləmisən bilirsən ki, necə olmalıdır, onunla əlaqədə ol və başa sal. O razılaşdı və deyib ki, kömək edəcək. Ayın 10-u qonaqlar gəliblər. Ona başa salıb ki, hava limanında vaxtında olmaq lazımdır ki, onları vaxtında qarşılaya bilsin. Məryam demişdir ki, otelin bronunu artıq onlar etmişdirlər onun üçün, onları otelə yerləşdirib. 13 gün otel pulu ödənilməlidir, 200 dollar manata dəyişdirilib onlara yemək üçün verilməlidir, qalan pulu yola nə qədər xərclənib hesabatını yazarsız qalan nə pul qalacaq viza üçün ona göndəriləcək. Bunların hamısını Tamaraya izah edib. Ayın 10-da Tamara onları qarşılayıb, otelə aparıb və yerləşdirib. Onunla daim whattsapp vasitəsi ilə əlaqədə olub. Çünki o nə ingilis, nə azərbaycan dilini bilmirdi. O otelə aparıb ödənişi edib. Qəbzi var, 200 dolları manata çevirib ona yemək üçün verib. Sonra onlar xərclər barədə hesabat yazıb qalan pulu Məryəmin adına bank vasitəsilə göndəriblər. İttihamın bir hissəsini qəbul edir və ödəniş etməyə razıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İrfan oğlu bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 onu hava limanından qarşılayıb. Ondan 2500 dollar və sənədlərini alıblar. Bir neçə gün sonra gəlib, sənədlərə imza atdırıb yenidən 2500 dollar alıblar. Bundan bir neçə gün sonra Tamara olduğu otelə gəlib, otel işçilərinə sənəd verib, onunla görüşmədən gedib. Daha sonra otel işçiləri ona kömək ediblər və polisə şikayət edib. Ailəsi ilə birlikdə Pakistandan Bakıya gəlmişdi. Ümumi 4 nəfər olublar. Bütün ailəsi ilə birlikdə ABŞ-a gedəcəkmiş. Danışıq belə olmuşdu ki, Azərbaycanda da 5000 dollar, Pakistanda da 5000 dollar verməli idilər. Pakistandakı pulu qohumuna köçürməlidir. Ailəsinin pasportlarını götürüb və bilirdi ki, 2500 dollar verəcək. Danışmışlar ki, 2500 dollar əvvəldən verilir, viza götürdükdən sonra isə yenidən 2500 dollar ödəməlidir. 2-ci dəfə gələndə onlara deyiblər ki, barmaq izi götürülməlidir. Pul verilən zaman yalnız Təqsirləndirilən şəxs1 iştirak edib. Təqsirləndirilən şəxs2 ümumiyyətlə görməyib. İlk dəfə 2500 dollar, daha sonra da 2500 dollar verməli idi. Tamara ilə Əbubəkir telefonda danışıb və bu danışığa görə Əbubəkir deyib ki, pulu Tamaraya ver. Tamara ondan viza pulu alıb. Otel və.s pulları əvvəlcədən ödəyib. Bakıya 5500 dollar pul ilə gəlib. Onun danışığı Əbubəkir ilə olub. Əbubəkirə əvvəlcədən pul ödəyib ki, onun əvvəlcədən otel və başqa xərclərini ödəsin. Onların danışıqları belə olub ki, 5000 dollar daha sonra da 5000 dollar. 2500 dollar veriblər, amma Əbubəkir deyib ki, 2500 dollar da ver, çünki barmaq izi hissəsindədilər. Viza həll olunur. Əbubəkirlə əlaqəsi sadəcə telefonla olub. Təqsirləndirilən şəxslə əlaqəsi isə sadəcə gəlməzdən öncə onlara gələcəyini deyib. Daha çox telefonla danışıblar. Aralarında müqavilə bağlanmayıb. Əbubəkir bir neçə şəxsləri göstərib ki, bu adamlar o kömək etdiyinə görə Amerikaya gedib çatıb. Onunla əlaqə saxlayan nömrə Amerika nömrəsi idi. Lalə ilə danışığı olmayıb. Onların evində bir qadın yaşayırdı, hansı ki, yoldaşının dostu idi və onlar bir məktəbdə idilər. O öz məzhəbini dəyişmişdi deyə camaat da elə bilirdi ki, onlar da dəyişib. Bu səbəbdən də Pakistandan köçmək istəyirmişlər. Problem sadəcə orada yaşayan camaatla bağlı idi. Sadəcə o pulunu geri istəyir və o puldan heç biri geri qaytarılmayıb. Onlara viza göstəriləndən sonra ödəniş etdi. Viza üçün xərclər 10000 dollar idi. Digər bilet, otel və başqa xərclər buraya daxil deyil. Zərər ödənilməsi qarşılığında şikayətçi olmayacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid X14 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan 15 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (İ cild c.i.v.1-2). İş materiallarında olan 22 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 3 ünvanda yerləşən «AEF» hotelin inzibati binasıdır. Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs İrfan oğlu hotelin 403 nömrəli otağında tanımadığı qadına 5000 ABŞ dolları pul vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (İ cild c.i.v.41-44). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs İrfan oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild c.i.v.62) İş materiallarında olan 23 avqust 2024-cü il tarixli littiham elan edilməsi üçün şəxsin tutulması barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tutulması üçün onun barəsində axtarış elan edilmişdir (İ cild c.i.v.80-81). İş materiallarında olan 23 avqust 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (İ cild c.i.v.82-83). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir (İ cild c.i.v. 88). İş materiallarında olan 08 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (İ cild c.i.v.89). İş materiallarında olan Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilmişdir (İ cild c.i.v.117) İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild c.i.v. 119- 120). İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri X13 görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs1 dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır (İ cild c.i.v.141-143) İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild c.i.v. 145-147). İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat "xxxx" MMC-dən sorğuya cavab gələnədək cinayət işi üzrə icraat dayandırılmışdır (İİ cild c.i.v.2-3). İş materiallarında olan 09 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat "xxxx" MMC-dən sorğuya cavab gəldiyindən təzələnmişdir (İİ cild c.i.v.5-10). İş materiallarında olan 09 noyabr 2024-cü il tarixli cinayət işindən cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən X8 və “Əbubəkir” adlı şəxslər barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir (İİ cila c.i.v.61-63). İş materiallarında olan 11 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İİ cild c.i.v.69-70). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İİ cild c.i.v. 96- 97). İş materiallarında olan 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild c.i.v. 114-115). İş materiallarında olan AZ-İİİ seriyalı, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuş. Ata qrafasında “X2”, ana qrafasında “Təqsirləndirilən şəxs2” qeyd edilmişdir. İş materiallarında olan elektron qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə hotelə 650 manat ödəniş edilmişdir (İİ cild c.i.v. 41). İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 express bankdan X5 hesabına 1439.84 ABŞ dolları köçürülmüşdür (İİ cild c.i.v.42- 43). İş materiallarında olan 22 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild c.i.v.86-87). İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild c.i.v.221). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs İrfan oğlunun xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıb. Ona dəymiş ziyan tam ödənilib. Onlara qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də şikayəti və iddiası olmayacaq. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 13 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 adından X1 hesabına dəymiş zərərin 25 %-i olan 1063 (bir min altmış üç) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 13 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 adından X1 hesabına dəymiş zərərin 25 %-i olan 1063 (bir min altmış üç) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onların həmin cinayəti törətməsi özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs İrfan oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmalarını, ona dəymiş ziyanı tamamilə ödəmələrini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbi olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onların barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 495 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdıqlarını, dəymiş ziyanı tamamilə ödədiklərini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsinlər və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 495 (dörd yüz doxsan beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Müdafiəçi2 ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun, "xxxx" QSCnin Səbail rayon filialındakı hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar