Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-84/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 27 aprel 2021-ci il tarixdə saat 09:30-da xx xxxxxx 1990-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 127də qeydiyyatda olan, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində Nəsimi Rayon Məhkəməsinin 4(006)-575/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 24 iyul 2020-ci il tarixdə saat 10 radələrində X3 yaşadığı Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi ev 6, 14 saylı mənzilə açıq qapıdan qanunsuz olaraq daxil olmaqla, həmin mənzilin qonaq otağında olan masanın üzərindən sonuncuya məxsus olan bir ədəd 600 manat dəyərində “Samsung Galaxy S 7” markalı mobil telefonu və bir ədəd içərisindəki ***-***-**-** saylı mobil nömrə ilə birlikdə ümumi dəyəri 400 manat olan “Xiomi Note 8” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, gününün çox hissəsini dilənməklə keçirir. O, Nəsimi rayonunun inzibati ərazisində oğurluq etdiyinə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təmin olunub. Barəsində cinayət işi başlanılıb. O, həmin cinayət işi üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs olunub. Hal-hazırda qeyd etdiyi cinayət işinin məhkəmə istintaqı davam edir. Mahiyyəti üzrə bildirir ki, 24 iyul 2020-ci il tarixdə saat 10 radələrində “Malakanka” deyilən ərazidə gəzirmiş. Həmin ərazidə binaya daxil olub orada yaşayan şəxslərdən pul dilənmək istəyirmiş. Bu məqsədilə o həmin binaya daxil olub. Binaya daxil olduqdan sonra o, yuxarı mərtəbəyə qalxıb. Hansı mərtəbə olduğunu tam xatırlamır amma o, yadında qalıb ki, oğurluq etiyi qapı blokun sol tərəfində yerləşirmiş. O, həmin qapının bir az aralı olduğunu görüb. Qapı dəmir material olub amma hansı rəngdə olmasını tam xatırlaya bilmir. O, həmin qapını döyməyə başlayıb. Bir neçə dəfə döydükdən sonra evə daxil olub ev sahibini “ay ev yiyəsi” deyərək çağırmağa başlayıb. Səsinə heç kim səs verməyib. O, içəridə sol tərəfdə yerləşən otağa daxil olub. O, həmin otaqda stolun və digər əşyanın üzərində olan iki ədəd mobil telefonu götürüb. Hər iki telefonu götürdükdən sonra evi axtarmadan həmin yeri tərk edib. Yolda hər iki telefona nəzər yetirib. Həmin telefonlardan biri Samsung digəri isə Xiomi markalı olub. Hər iki mobil telefon sensor ekran, rəngləri xatırladığı qədəri ilə qara olub. O yolda hər iki telefonun işləyib-işləmdəyini yoxlayırmış. Samsungun parolda olduğunu görüb onu bir qədər aralıda zibil qabına atıb. Elə düşünüb ki, həmin mobil telefon işləmir. Xiomi markalı mobil telefonu isə 5-mərtəbələr adlanan yerdə tanımadığı adama satıb. Həmin şəxsə yaxınlaşıb əli yandıda olduğunu, mobil telefonun özünə məxsus olduğunu satmaq istədiyini həmin şəxsə bildirib. Həmin şəxs ondan telefonu hansı qiymətə satdığını soruşduqda o həmin şəxsə mobil telefonu 40 manata satdığını bildirib. Həmin şəxs ona nə üçün ucuz satdığını soruşduqda həmin şəxsə təkrar olaraq əliyandıda olduğunu rayona getmək üçün pul lazım olduğunu bildirib. Həmin şəxs mobil telefonu ondan 40 manata alıb. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, azadlıqda olarsa dəymiş ziyanın ödənilməsinə cəhd göstərməsinin və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 sentyabr 2020-ci il tarixdə yaşadığı evdən saat 11 radələrində ərzaq məhsulları almaq üçün çıxıb. Evdən çıxan zamanı evin dəmirdən olan çöl qapısını açarla bağlamayıb. O həmişə evdən müvəqqəti bayıra çıxanda qapını açarla bağlamır. Yalnız uzun müddətli harasa gedəndə və axşam saatlarında qapını açarla bağlayırmış. Ona məxsus olan “Samsung” markalı və “Xiomi” markalı mobil telefonları evin qonaq otağında yerləşən masanın üzərində qoyubmuş. Evdən müvəqqəti olaraq çıxdığı üçün telefonları özü ilə götürməyib. Təxminən 20-25 dəqiqədən sonra o lazım olan şeyləri alıb geri qayıtıdıqdan sonra evə gəlib. Evə gələndə qapı örtülü vəziyyətdə olub. Aldığı ərzaqları yerbəyer etdikdən sonra mobil telefonları götürmək qərarına gəlib. Qonaq otağına getdikdən sonra hər iki mobil telefonunun yerində olmadığını aşkar edib. Mobil telefonunun oğurlandığını bilib bu barədə DİNin 102 xdimətinə məlumat verib. Sonra polis əməkdaşları evinə gəldi. Həmin mobil telefonların ümumi dəyəri 1000 manatdır. “Samsung Galaxy S7” markalı mobil telefonu 2 il əvvəl 600 manata alıb, “Xiomi Not 8” markalı mobil telefonu təxminən 1 il əvvəl 400 manata alıbmış. Hər iki mobil telefonun qutuları onda deyil onları atıb. Ona görə də onların imei kodları barədə tam ətraflı məlumat verə bilmir. “Samsung” markalı mobil telefonun üzərində sim nömrə olmayıb. Telefonu internetdə istifadə etmək üçün alıbmış. “Xiomi” markalı mobil telefonun üzərində isə ***-***-**-** saylı mobil nömrəni pulsuz alıb. Ümumilikdə ona 1000 manat ziyan dəyib. Zərərçəkmiş şəxs X4 əlavə dindirməsi zamanı ifadəsində ekspertiza rəyi ilə razı olmadığını ona dəymiş ziyanın 1000 manat kimi hesablanmısını bildirmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını ona qarşı şikayətçi olduğunu və onun cəzalanmasını xahiş etdi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 dekabr 2020-ci il tarixli 9/5557 nömrəli rəyindən görünür ki, 01 ədəd “Samung Galaxy S7” markalı mobil telefonun 2020-ci ilin iyul ayına orta bazar qiyməti təxminən 250 manat, 01 ədəd “X7 8” markalı mobil telefonun isə orta bazar qiyməti təxminən 280 manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Zərərçəkmiş şəxs rəylə razılaşmadığından ibtidai istintaq orqanı tərəfindən vurulmuş ziyan 1000 manat olaraq hesablanmışdır və təqsirləndirilən şəxsə bu məbləğ həddində ittiham elan olunmuşdur. Məhkəmə iclasında videogörüntülərə və videogörüntülərdən götürülmüş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əlində bir ədəd qara rəngli mobil telefon və şalvarının sağ yan cibində isə digər mobil telefonlar var. Məhkəmə istintaqında və ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs hər iki mobil telefonun 24 iyul 2020-ci ildə oğurlanmış mobil telefonlar olduğunu bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, iş materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli və Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmlərindən görünür ki, Babayev X5 Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 05 avqust 2019-cu il tarixdə o, cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra 28 iyul 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs 24 iyul 2020-ci il tarixdə hazırki iş üzrə cinayət hadisəsini törədildikdən sonra 28 iyul 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə olan halda məhkəmə hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsini tətbiq olunmasını və cəzaların birləşdirilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq müəyyən edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməsini əsaslı hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırldaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, zərərçəkmiş şəxsin şikayətçi olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, əməlində residivin olmasını, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakının gizli talamasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü və Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Nəsimi Rayon Məhkəməsinin 4(006)-575/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Ramil Lətiflinin qətimkan tədbirinin seçilməsi haqqında 25 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.4, 353.4.5 və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini və əməlində residivin olmasını, həmçinin Nəsimi Rayon Məhkəməsinin 4(006)-575/2020 saylı, 25 sentyabr 2020ci il tarixli qərarı ilə barəsində “həbs qətimkan” tədbirinin seçilməsini nəzərə alaraq, seçilmiş “həbs qətimkan” tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, cəzaçəkməsinin əvvəlinin Nəsimi Rayon Məhkəməsinin 4(006)-575/2020 saylı, 25 sentyabr 2020ci il tarixli qərarı ilə müəyyən olunmuş vaxtdan yəni 23 sentyabr 2020-ci il tarixdən hesablanmasını və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə təyin olunmuş, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə müəyyən edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın əvvəli Nəsimi Rayon Məhkəməsinin 4(006)-575/2020 saylı, 25 sentyabr 2020ci il tarixli qərarı ilə müəyyən olunmuş vaxtdan, yəni 23 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-84/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-84/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver