Məhkəmə qərarları › İş №1(009)-84/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-84/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-84/2022 18.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-96/2022 saylı, 19.02.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətikan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 yanvar 2022-ci il tarixdə saat təxminən 05:05 radələrində ünvan 2 ünvanda yerləşən “Şərab Evi” adı ilə fəaliyyət göstərən X5 məxsus marketin jalüz örtüyünü açıb saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq, orada olan kassalardan cəmi 2.035 (iki min otuz beş) manat məbləğdə nağd pul, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 48 (qırx səkkiz) manat olan 12 ədəd göy rəngli nazik ölçülü «Sobranie» adlı, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 48 (qırx səkkiz) manat olan 12 ədəd ağ rəngli nazik ölçülü «Sobranie» adlı, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 40 (qırx) manat olan 10 ədəd ağ rəngli nazik ölçülü «Sobranie Caster» adlı, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 36 (otuz altı) manat olan 09 ədəd qara rəngli qalın ölçülü «Sobranie» adlı, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 44 (qırx dörd) manat olan 11 ədəd göy rəngli qalın ölçülü «Sobranie» adlı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, ümumi dəyəri 42,90 (qırx iki manat doxsan qəpik) manat olan 11 ədəd qalın ölçülü «Sobranie Caster» adlı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, ümumi dəyəri 39 (otuz doqquz) manat olan 10 ədəd ağ rəngli «Sobranie Compact» adlı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, ümumi dəyəri 46,80 (qırx altı manat səksən qəpik) manat olan 12 ədəd qara rəngli «Sobranie Compact» adlı və hər birinin qiyməti 3,50 (üç manat əlli qəpik) manat olmaqla, ümumi dəyəri 21 (iyirmi bir) manat olan 06 ədəd ağ rəngli nazik ölçülü «Winston» adlı tütün məmulatları gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 ümumilikdə 2.400,70 (iki min dörd yüz manat yetmiş qəpik) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin 16 mart 2022-ci il tarixli hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, cinayət işinin istintaq materialları ilə tanış edilməmişdir. Belə ki, 2022-ci ilin fevral ayında Bakı şəhəri Xətai rayonunun ərazisində o oğurluq etmişdir. Buna görə polis tərəfindən axtarılırdı. 16 fevral 2022-ci il tarixdə onu Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tutmuş və 29-cu Polis Şöbəsinə aparmışlar. Bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verdikdən sonra Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları həmin gün onu 29-cu Polis Şöbəsindən götürərək Xətai Rayon Polis İdarəsinin 36cı Polis Bölməsinə aparmışlar. Gecəni 36-cı Polis Bölməsində qalmış, 17 fevral 2022-ci il tarixdə o Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə aparılmış, həmin tarixdə şübhəli şəxs kimi tutulmuş, 19 fevral 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinn materialları ilə tanış etmə protokolunda qeyd edilən tarixdə o, Bakı şəhər Xətai Rayon Polis İdarəsində olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə və Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə sorğu verilərək məhkəmə iclası təxirə salınmışdır. Məhkəmənin 18 mart 2022-ci il tarixli hazırlıq iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərarın çıxarılmasını, eləcə də, vəkil barəsində pozuntu ilə bağlı təqdimatla Vəkillər Kollegiyasına müraciət edilməsi xahiş etdi. Vəsatətini onunla əsaslandırmışdır ki, həmin cinayət işi 02 fevral 2022-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs 30 yanvar 2022-ci il tarixdə ərizə ilə Səbail RPl-nin 41-ci Polis Bölməsinə müraciət edərək, həmin tarixdə saat 06:30 radələrində özünə məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov 7 ünvanda yerləşən “Şərab evi” adı ilə fəaliyyət göstərən marketə qanunsuz daxil olan naməlum şəxs marketdən 500 (beş yüz) manat dəyərində tütün məhsulları və 2.000 (iki min) manat məbləğdə nağd pulunu oğurlanmasını, nəticədə ona 2.500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan dəydiyini bildirməsi faktı və bununla bağlı toplanmış materiallar olmuşdur. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 yanvar 2022-ci il tarixdə saat təxminən 05:05 radələrində ünvan 2 ünvanda yerləşən “Şərab Evi” adı ilə fəaliyyət göstərən X5 məxsus marketin jalüz örtüyünü açıb saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq, orada olan kassalardan cəmi 2.035 (iki min oğuz beş) manat məbləğdə nağd pul, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 48 (qırx səkkiz) manat olan 12 ədəd göy rəngli nazik ölçülü «Sobranie» adlı, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 48 (qırx səkkiz) manat olan 12 ədəd ağ rəngli nazik ölçülü «Sobranie» adlı, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 40 (qırx) manat olan 10 ədəd ağ rəngli nazik ölçülü «Sobranie Caster» adlı, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 36 (otuz altı) manat olan 09 ədəd qara rəngli qalın ölçülü «Sobranie» adlı, hər birinin qiyməti 04 (dörd) manat olmaqla, ümumi dəyəri 44 (qırx dörd) manat olan 11 ədəd göy rəngli qalın ölçülü «Sobranie» adlı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, ümumi dəyəri 42,90 (qırx iki manat doxsan qəpik) manat olan 11 ədəd qalın ölçülü «Sobranie Caster» adlı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, ümumi dəyəri 39 (otuz doqquz) manat olan 10 ədəd ağ rəngli «Sobranie Compact» adlı, hər birinin qiyməti 3,90 (üç manat doxsan qəpik) manat olmaqla, ümumi dəyəri 46,80 (qırx altı manat səksən qəpik) manat olan 12 ədəd qara rəngli «Sobranie Compact» adlı və hər birinin qiyməti 3,50 (üç manat əlli qəpik) manat olmaqla, ümumi dəyəri 21 (iyirmi bir) manat olan 06 ədəd ağ rəngli nazik ölçülü «Winston» adlı tütün məmulatları gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 ümumilikdə 2.400,70 (iki min dörd yüz manat yetmiş qəpik) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. 220020033 nömrəli cinayət işinin materiallarından görünür ki, 04 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham ona elan edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 28 fevral 2022-ci il tarixdə iş üzrə tərtib edilmiş ittiham aktı Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPM-nin 284-286 və 296.3.1-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işi üzrə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin 17.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin polis bölməsinin əməkdaşları tərəfindən tutularaq 16 fevral 2022-ci il tarixdə saat 21:25-də həmin bölməyə gətirilmiş, həmin gün saat 23:00 radələrində Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə təhvil verilmişdir. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”-nın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs həmin polis bölməsinə 16 fevral 2022-ci il tarixdə saat 23:00-da gətirilmiş, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 17.02.2022-ci il tarixdə saat 16:00-da Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 17 fevral 2022-ci il tarixdə saat 17.30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 19 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddə ilə ona ittiham elan edilərək və həmin gün barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.02.2022-ci il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lakin ********* nömrəli cinayət işinin materiallarında olan 17.02.2022-ci il tarixli təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin cinayət işinin materialları ilə tanış olma protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı ilə qeyd olunan tarixdə saat 12:00-dan saat 12:40-dək cinayət işinin materialları ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin inzibati otağında tanış olmuşdur. Göründüyü kimi, işin hallarından məlum olur ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə saat 12:00-dan saat 12:40-dək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin inzibati otağında olmamışdır, həmin tarix və saatda Xətai Rayon Polis İdarəsinin 36cı Polis Bölməsində saxlanılmışdır. Beləliklə müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin məcəllənin 284—286 və 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır, eləcə də, vəkil barəsində qeyd olunan pozuntu ilə bağlı təqdimatla Vəkillər Kollegiyasına müraciət edilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi göstərmişdir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs cinayət işinin istintaq orqanına qaytarılmasını, hazırkı işlə Bakı şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan işlə birləşdirilməsini və bir icraatda aparılmasını xahiş etdi. Məhkəmə cinayət işin materiallarını araşdıraraq hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 284-286-cı maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işi üzrə sorğuya cavab olaraq verilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”-nın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq saat 21:25-də həmin bölməyə gətirilmiş, həmin gün saat 23:00-də Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”-nın çıxarışına əsasən Təqsirləndirilən şəxs həmin polis bölməsinə 16 fevral 2022-ci il tarixdə saat 23:00-da gətirilmiş, 17 fevral 2022-ci il tarixdə saat 16.00-da Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs17 fevral 2022-ci il tarixdə saat 17.30-da Bakı şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Quliyev Mahmud İsmayıl oğlu tərəfindən şübhəli şəxs qismində tutulmuşdur ( ********* nömrəli cinayət işi). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-96/2022 saylı, 19.02.2022-ci il tarixli qərarından görünür ki, 19.02.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmışdır. ********* nömrəli cinayət işinin materiallarında olan 17.02.2022-ci il tarixli təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin cinayət işinin materialları ilə tanış olma protokoluna əsasən Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı ilə qeyd olunan tarixdə saat 12:00-dan saat 12:40-dək cinayət işinin materialları ilə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin inzibati otağında tanış olmuşdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış edilməsi haqqında 17.02.2022-ci il tarixli protokolda təqsirləndirilən şəxsin qeyd edilən tarixdə saat 12:00-dan 12:40-dək cinayət işinin materialları ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin inzibati otağında tanış olduğu qeyd edilmiş və protokol təqsirləndirilən şəxs imzalanmışdır. Lakin təqsirləndirilən şəxsin və onun müdafiəçisinin istintaq materialları ilə tanış edilməsi haqqında 17.02.2022-ci il tarixli protokol tərtib edilərkən Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə saat 12:00-dan saat 12:40-dək Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin inzibati otağında olmamış, həmin tarix və saatda Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində saxlanılmışdır. Təsbit olunan normalara və məhkəmə presedentlərinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—288-ci maddələrinin tələblərinin pozulması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—288-ci maddələrinin tələblərinin pozulması kobud prosessual pozuntu hesab edilir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq Cinayət-Prosessual Məcəlləsinin 284—288-ci maddələrinin tələblərinin pozulması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə qətimkan tədbirinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilməlidir. Həbs etmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 96/2022 saylı 19.02.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 17.02.2022-ci il tarixdən hesablanmışdır. Göstərilənlərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 48-ci maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki: 48.1.1. sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; 48.1.2. şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, sübutların məcmusunun toplanması ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə) gətirib çıxarmamalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Cinayət-Prosessual Məcəlləsinin 211-ci maddəsi cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması şərtlərini və qaydasını müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, cinayət işlərinin birləşdirilməsi bu Məcəllənin 49-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. 49.2. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. 49.3. Toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir. 49.4. Aşağıdakılar bir icraatda birləşdirilə bilməz: 9.4.1. ləğv edilmişdir. 49.4.2. cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə; 49.4.3. cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə; 49.4.4. birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə. 49.5. Cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Hazırki ********* nömrəli cinayət işi üzrə əməl və Bakı şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl eyni şəxs, yəni Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla hazırki ********* nömrəli cinayət işi Bakı şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi ilə birləşdirilməli, ibtidai istintaq aparılmalı və baxılması üçün müvafiq məhkəməyə göndərilməlidir. Həmçinin qeyd olunan cinayət işlərinin Bakı şəhərinin müxtəlif məhkəmələrinə göndərilməsi, həmin işlərə məhkəmələrdə ayrı-ayrı vaxtlarda baxılaraq yekun qərar çıxarılması nəticədə təqsirləndirilən şəxsin hüquqlarını pozmaqla yanaşı süründürməçiliyə səbəb olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 157, 299, 300.1.5, 303.3.8, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilsin. Həbs etmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin müstəntiqi X7 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apelyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar