Məhkəmə qərarları › İş №1(009)-84/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-84/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-84/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 06 iyun 1987-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayon, Alabaşlı qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi nömrəsiz fərdi yaşayış evdə kirayə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psoxotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə, saat 21:10 radələrində Bakı şəhəri, Səbail rayonu Ö.F.Nermanzadə küçəsində olan zaman narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Səbail RPİnin DYPŞ-nin və Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölmənin inzibati binasına dəvət edilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,303 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə istifadıçisisidir, 17 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində narkotik istifadə etmək üçün sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən onlayn qaydasında 35 manata şəxsi istifadəsi üçün onun əvvəlcədən bildirdiyi yerdən, yəni 20-ci sahədə hamamın yanından daşın altına qoyduğu 01 ədəd siqaretin qızılı kağızma bükülmüş bükülünü götürüb üzərində daşıyaraq saxlamış ki axşam olan zaman istifadə etsin. Həmin gün, yəni 17 oktyabr 2023-cü ildə saat 21 radələrində Ö.Nemanzadə küçəsi 88 ünvanının qarşısında olan zaman polis əməkdaşları yaxınlaşraq üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya olub-olmadığını soruşdular, həmin vaxt ifşa olunacağım başa düşüb üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitənin olduğunu etiraf etmişdi. Daha sonra polis əməkdaşları tərəfindən 8-ci Polis Bölməsinə gətirilmiş, orada şəxsiyyəti müəyyən edilərək üzərində axtarış keçiriləcəyi bildirilmişdir. Buna etiraz etməmiş və onlarla birlikdə 8-ci polis bölməsinə gəlmişdi. Polis bölməsində xidməti otaqların birində olan zaman hüquqlarımın müdafiə edilməsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, hüquqlarımın müdafiə edilməsi üçün vəkil dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə polis əməkdaşları tərəfindən video kameradan çəkiliş etməklə baxış keçirilmişdi. Baxış zamanı üzərində qeyri qanuni əşya və ya narkotik vasitə varsa təqdim etməyi təklif edildikdə artıq ifşa olunduğunu başa düşərək əynindəki qara rəngli şalvarın sağ yan cibində öz istifadəsi üçün tanımadığı şəxsdən onlayn qaydada əldə etdiyi 01 ədəd siqaretin qızılı kağızına bükülmüş metamfıtamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdi. Sorğu zamanı tədqim etdiyi bükümün içərisində olan maddənin metamfetamin olmasını bildirmişdir. Bununla bağlı protokol tərtib edildi, təqdim etdiyi həmin büküm kağız zərfdə qablaşdırılıb 52 saylı möhürlə möhürlənib götürülmüşdü. Polislər tərəfindən yazılmış protokol orada ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün orada olan iştirakçəların hamsı tərəfindən imzalanmışdır. Bir daha bildirmişdir ki, 8-ci Polis bölməsində üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitəni tanımadığı şəxsdən onlayn olaraq almışdı. Həmçinin bir daha bildirmişdir ki, bütün prosesslər video çəkilişlə qeydə alınmışdı, narkotik vasitəni özü qəbul etmək üçün almış və narkotik vasitəni aldığı şəxslərin kimliyi barədə heç nə bilmədiyi üçün bu barədə heç bir söz deyə bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşiman olmasını, gənc olmasını həmçinin yaxın vaxtda toyu olacağının nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 8-ci PBnin əməliyyat müvəkilli Şahid1 ifadəsində göstərmişdir ki 17 oktyabr 2023-cü ildə, təxminən saat 21:10 radələrində işlədiyi bölmənin sahə rəisi olan Şahid2, Səbail DYPŞ-nin əməkdaşları Şahid4 və Rafiq Mirzəyevlə birlikdə Səbail rayonu Ö.F.Nemanzadə küçəsində olan zaman həmin küçədə 88 saylı evin qarşısında Təqsirləndirilən şəxsu görüb onun yaxınlığından keçən zaman sonuncu özünü şübhəli apardığına görə yaxınlaşıb söhbət etdikdə verilən şullara adekvat cavab vermədiyi üçün onun narkotik maddəinin təsiri altında olan şəxslər kimi daşınmasında sıibhəli bilib saxlanılaraq 8-ci PB-nin inzibarti binasına dəvət etmişlər. Həmin zaman təhqiqatçı Mahir Feyzullayev tərəfindən videoçəkilişdən istifadə edilməklə orada olan iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X4 yanında Kamran Orucvun üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanmazdan əvvəl sonuncuya hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sair predmetlər varsa onları təqdim etməsi təklif edildiksə Kamran əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş vəziyyətdə içərisində metamfetamin olan bükümü çıxarıb masanın üzərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə mütamfetamin olmasını bildirdi. Sorğu-sual zamanı o, həmin metamfetamini 17 oktyabr 2023-cü ildə günüz vaxtı onlayn olaraq Səbail rayonu 20ci sahə deyilən yerdən hamamın yanında olan daşın altından adını və anket məlumatlarını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 35 manata almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olması müəyyən edildiyindən şübhələr olduğu üçün bükümü kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 52 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxunmuş, orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq retmək üçün protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 8-ci PBnin sahə rəisi Şahid2 Məhəmmədhüseyn oğlu ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023cü ildə, təxminən saat 21:10 radələrində işlədiyi bölmənin əməliyyat müvəkkili Şahid1, Səbail DYPŞ-nin əməkdaşları Şahid4 və Rafiq Mirzəyevlə birlikdə Səbail rayonu Ö.F.Nemanzadə küçəsində olan zaman həmin küçədə 88 saylı evin qarşısında Təqsirləndirilən şəxsu görüb onun yaxınlığından keçən zaman sonuncu özünü şübhəli apardığına görə yaxınlaşıb söhbət etdikdə verilən şullara adekvat cavab vermədiyi üçün onun narkotik maddəinin təsiri altında olan şəxslər kimi daşınmasında stibhəli bilib saxlanılaraq 8-ci PB-nin inzibarti binasına dəvət etmişlər. Həmin zaman təhqiqatçı Mahir Feyzullayev tərəfindən video-çəkilişdən istifadə edilməklə orada olan iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X4 yanında Kamran Orucvun üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanmazdan əvvəl sonuncuya hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sair predmetlər varsa onları təqdim etməsi təklif edildiksə Kamran əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş vəziyyətdə içərisində metamfetamin olan bükümü çıxarıb masanın üzərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə mütamfetamin olmasını bildirdi. Sorğu-sual zamanı o. həmin metamfetamini 17 oktyabr 2023-cü ildə günüz vaxtı onlayn olaraq Səbail rayonu 20-ci sahə deyilən yerdən hamamın yanında olan daşın altından adını və anket məlumatlarını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 35 manata almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olması müəyyən edildiyindən şübhələr olduğu üçün bükümü kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 52 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxunmuş, orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq retmək üçün protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin DYPŞnin YPX-nin kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü ildə, təxminən saat 21:10 radələrində iş yoldaşı Şahid4, 8-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və həmin bölməsinin sahə rəisi Şahid2la birlikdə Səbail rayonu Ö.F.Nemanzadə küçəsində olan zaman həmin küçədə 88 saylı evin qarşısında Təqsirləndirilən şəxsu görüb onun yaxınlığından keçən zaman sonuncu özünü şübhəli apardığına görə yaxınlaşıb söhbət etdikdə verilən şullara adekvat cavab vermədiyi üçün onun narkotik maddəinin təsiri altında olan şəxslər kimi daşınmasında şübhəli bilib saxlanılaraq 8-ci PB-nin inzibarti binasına dəvət etmişlər. Həmin zaman təhqiqatçı Mahir Feyzullayev tərəfindən videoçəkilişdən istifadə edilməklə orada olan iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X4 yanında Kamran Orucvun üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanmazdan əvvəl sonuncuya hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sair predmetlər varsa onları təqdim etməsi təklif edildiksə Kamran əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş vəziyyətdə içərisində metamfetamin olan bükümü çıxarıb masanın üzərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə mütamfetamin olmasını bildirdi. Sorğu-sual zamanı o. həmin metamfetamini 17 oktyabr 2023-cü ildə günüz vaxtı onlayn olaraq Səbail rayonu 20ci sahə deyilən yerdən hamamın yanında olan daşın altından adını və anket məlumatlarını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 35 manata almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olması müəyyən edildiyindən şübhələr olduğu üçün bükümü kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 52 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxunmuş, orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq retmək üçün protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Səbail rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin kiçik inspektoru Şahid4 ifadəsində göstərmişdir ki 17 oktyabr 2023-cü ildə, təxminən saat 21:10 radələrində iş yoldaşı Şahid3, 8-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və həmin bölməsinin sahə rəisi Şahid2la birlikdə Səbail rayonu Ö.F.Nemanzadə küçəsində olan zaman həmin küçədə 88 saylı evin qarşısında Təqsirləndirilən şəxsu görüb onun yaxınlığından keçən zaman sonuncu özünü şübhəli apardığına görə yaxınlaşıb söhbət etdikdə verilən şullara adekvat cavab vermədiyi üçün onun narkotik maddəinin təsiri altında olan şəxslər kimi daşınmasında şübhəli bilib saxlanılaraq 8-ci PB-nin inzibarti binasına dəvət etmişlər. Həmin zaman təhqiqatçı Mahir Feyzullayev tərəfindən video-çəkilişdən istifadə edilməklə orada olan iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X4 yanında Kamran Orucvun üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanmazdan əvvəl sonuncuya hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sair predmetlər varsa onları təqdim etməsi təklif edildiksə Kamran əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş vəziyyətdə içərisində metamfetamin olan bükümü çıxarıb masanın üzərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə mütamfetamin olmasını bildirdi. Sorğu-sual zamanı o, həmin metamfetamin i 17 oktyabr 2023-cü ildə günüz vaxtı onlayn olaraq Səbail rayonu 20-ci sahə deyilən yerdən hamamın yanında olan daşın altından adını və anket məlumatlarını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 35 manata almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olması müəyyən edildiyindən şübhələr olduğu üçün bükümü kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 52 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxunmuş, orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq retmək üçün protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 6/5541 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 52“ dairəvi möhr olan, ‘‘Vət.Təqsirləndirilən şəxs ...” sözləri, soy adı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükülmdə təmiz çəkisi 0,303 qram olan ağ kristallik olan maddə kustar üsualla hazırlanmış psixitrop maddə metamfetanuındir. Metamfetamin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair 18 oktyabr 2023-cü il tarixli akta əsasən, qəbul edilmişdir: qəhvəyi məhlul maddə “0,303 qram”, sərf edilmişdir “0,05 qram”, qalıq qalmışdır “0,253 qram”. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli 6863 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə hissəsində göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmənin aparılması haqqında protokol və video görüntüdən görünür ki, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş X5 iştirakı ilə baş təhqiqatçı Mahir Feyzullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağıza bükülmüş narkotik vasitə olan metamfetamin çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu 20-ci sahəsdən tanımadığı şəxsdən onlayn olraq 35 manata aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 52 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 oktyabr 2022-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq barədə məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və həmin qərar ona 19 oktyabr 2023-cü il tarixdə saat 15:50də elan olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istinaqı zamanı verdiyi etiraf edici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin- Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 şəxsi Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını və ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X1 19 oktyabr 2023-cü il tarixli 6863 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə hissəsində göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 65 (altmış beş) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına - 0.05 qram sərf edildikdən sonra qalan - 0,253 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi nömrəsiz evdə olan yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,253 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC -nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar