Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-84/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2000-ci ildə Xaçmaz rayonu, Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 iyul 2025-ci il tarixdə saat 10:45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, habelə, təkrarən özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsində yerləşən «Gloria Jeans» adlı kofeşopun yaxınlığında Zərərçəkmiş şəxs3 ona ödəniş etmək üçün verdiyi Kapital Bank ASC-nə aid 523915******7848 saylı bir bank kartından xx.xx.2024-cü il tarixdə saat 00.51-dən saat 02.45-ədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə, hissə-hissə olmaqla ümumilikdə 819 manat məbləğində pul vəsaitini başqa bank kartlarına köçürüb ələ keçirərək, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 03.00 radələrində Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsində yerləşən «Gloria Jeans» adlı kofeşopun yaxınlığında Zərərçəkmiş şəxs3 məxsus içində dəyərı 12 manat təşkil edən 055 *** ** ** saylı mobil nömrə olan bir ədəd dəyəri 1.000 manat təşkil yerləşən «Gloria Jeans>> adlı kofeşopun yaxınlığında Zərərçəkmiş şəxs3 məxsus içində edib qacmaqla, özgənin əmlakını açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1.012 edən "Poco X5 pro" markalı mobil telefonu sonuncunun əlindən dartıb alaraq hadisə yerini tərk manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il Fəvvarələr meydanında Xeyrullayeva adalarinda Bakı şəhəri Səbailando 100 manat nağd pul, hesabında 10 manat pul olan 03 ədəd Kapital bank ASC-nə aid bank kartları, dəyəri 05 manat təşkil edən bir ədəd Azercell şəbəkəsinə dair nömrə və dəyəri 20 manat təşkil edən 01 ədəd mikrokart olan 50 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 185 (yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 08.00 radələrində Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində Zərərçəkmiş şəxs2 məxsus içində dəyəri 10 manat təşkil edən 055 *** ** ** saylı mobil nömrə olan bir ədəd dəyəri 330 manat təşkil edən Xiaomi Redmi 9 markalı mobil telefonu və "xxxx" ASC-nə aid 540269 *******9895 nömrəli bank kartını sonuncunun əlindən alıb hadisə yerindən qacaraq, ümumilkdə 340 manat dəyərində özgə əmlakını açıq talamaqla soyğunçuluq etdikdən sonra, cinayət əməllərini davam etdirməklə həmin tarixdə saat 09.35 radələrində ünvan 2 ünvanda yerləşən bankomatdan cinayət yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs2 məxsus həmin kartın hesabından 714 manat pulu çıxardıb ələ keçirərək elektron məlumat daşıyıcısından istifadə etməklə özgə əmlakını gizli talayıb Zərərçəkmiş şəxs2 714 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə Nizami küşəsində siqaret istəmək məqsədilə tanış olmuş və söhbət etmişlər. Daha sonra bir neçə mağazaya gedib su, pivə, kabab almışlar. Emil pivə alanda posterminal vasitəsilə kartla ödənişi etmişdir. Lakin kabab alanda posterminal olmadığı üçün o, telefonda olan tətbiq vasitəsilə kartdan satıcının kartına pul göndərmək üçün proqrama daxil olarkən kartın şifrəsini görmüşdür. Daha sonra Emil mağazada ödəniş etmək məqsədilə kartı ona vermişdir. Emildən kartı götürəndən sonra taksiyə minərək 28 May ərazisinə getmiş və orda bankomat vasitəsilə kartda olan 714 manatı (4 manat komissiya tutulmuş, 710 manat kartdan çıxarmışdır) oğurlamışdır. Emilin əlindən kartı götürüb qaçmamış, özü ona vermişdir və Emilin telefonu ilə bağlı heç bir məlumatı yoxdur, telefonu oğurlamamışdır. “Gloria Jeans”-də DJ işləyirmiş və Zərərçəkmiş şəxs3 ilə orada tanış olmuşlar. Zərərçəkmiş şəxs3 azərbaycan dilini bilmədiyi üçün məkana girə bilməyib və “google translate” proqramı vasitəsilə tərcümə edərək ona kömək etmiş və Zərərçəkmiş şəxs3 qonaqlıq istədiyini bildirmiş və başqa kluba getmişlər. Orda pivə, Red Bull və s. kimi içkilər içmişlər və Zərərçəkmiş şəxs3 sərxoş olmuşdur. Sərxoş olduğu üçün nə qədər ödəniş ödədiyini xatırlamır, amma özü kart vasitəsilə ödənişlər edirdi. Gecənin sonunda ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs3 telefonunu əlindən alaraq qaçmışdır, lakin onun kartına toxunmamışdır. Məhkəmə iclasında ifadə verən və zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs1 tanımır, onu əvvəllər heç vaxt görməmişdir və onun barəsində heç bir oğurluq və ya soyğunçuluq əməli törətməmişdir. Anası yataq xəstəsi olduğu üçün dəymiş ziyanın heç birini ödəmək imkanları olmayıb, lakin ödəmək niyyətində olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində gece saat 04 radələrində Bakı şəhəri, “Sahil” bağı ərazisində tanımadığı bir nəfər ondan siqaret istəmiş, lakin siqareti olmadığını, əvəzində tütün verə biləcəyini bildirdikdə şəxs razılaşmışdır. Belə şəkildə tanış olaraq təxminən 1 saata yaxın söhbət etmişlər və daha sonra o Qabilə su içmək istədiyini demiş və birlikdə mağazaya getmişlər. Bir neçə mağazaya girərək su, kabab, pivə almışlar və pivəni alanda kartla ödəniş etdiyi üçün kartı əlində saxlamış, kababı alanda isə posterminal olmadığı üçün ödənişi satıcının kartına göndərmək üçün proqrama daxil olarkən Qabil də yanında olmuş və şifrəni görmüşdür. Proqramın giriş şifrəsi ilə kartın pin kodu eyni olmuşdur. Kabab sifariş verəndən sonra həmin məkan ilə üzbəüz duran zaman Qabil onun əlindən telefon və kartı dartıb alaraq qaçmışdır. Qabilin arxası ilə getməyə cəhd etsə də, bacarmamışdır. Qabilə kartı özü verməmiş, kartını və telefonunu onun əlindən götürərək qaçmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, gece saatlarında Nizami küçəsində adını xatırlamadığı restorana daxil olaraq içki sifariş etmiş və Qabil ofisiant kimi içkini gətirib masaya təqdim etmişdir. Daha sonra özü sərxoş olduğu üçün kartı ödəniş etmək məqsədilə Qabilə vermişdir. Daha sonra su almaq istəyəndə kartda pul olmadığını görmüşdür. Qabil onun sərxoş olduğundan istifadə edərək telefonunu götürüb qaçmışdır. Səhər saatlarında banka gedərək çıxarış əldə etmiş və görmüşdür ki, xx.xx.2024-cü il tarixdə saat 00:51-dən 02:45-dək olan müddət ərzində kartından hissə-hissə olmaqla 803 manat pul oğurlanmış, yəni başqa bank kartlarına köçürülmüşdür. Həmçinin Qabil onun sərxoş olduğundan istifadə edərək telefonunu götürüb qaçmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qabili tanımadığını və onu əvvəllər gördüyünü xatırlamadığını bildirmiş və bunu da gözünün və yaddaşının zəif olması ilə əlaqələndirmişdir. Rəfiqələri ilə birlikdə olduğunu və çantası balaca olduğu üçün pul kisəsi içinə yerləşmədiyini və əlində saxladığını bildirmişdir. Rəfiqələri biraz kənarda dayanan zaman 2-3 nəfər tanımadığı şəxs ona yaxınlaşmış və yerə düşən çantasını götürüb vermişlər. Onlar gedəndən sonra fərqinə varmışdır ki, pul kisəsi əlində deyil, yəni onlar oğurlamışlar. Pul kisəsində 100 manat nağd pul, içərisində 50 manat pul məbləği olan bank kartları və metro kartı olmuşdur. Hadisədən bir neçə saat keçəndən sonra telefona kart hesabından 10 manat ödəniş edildiyti ilə bağlı bildiriş gəlmiş və həmin bildirişdə mağazanın adı və ünvanı qeyd olunmuşdur. Həmin mağazaya gedərək video görüntülərə baxaraq əmin olmuşdur ki, pul kisəsini Təqsirləndirilən şəxs oğurlamışdır. Dəymiş zərər ödənilməyib və təqsirləndirilən şəxs barəsində şikayəti var. 11 iyul 2024-cü tarixdə Zərərçəkmiş şəxs2 şikayəti əsasında Nəsimi Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 11 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 13 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan olunmuşdur. 13 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Rami oğlu müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 15 iyul 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 27 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 şikayəti əsasında Səbail Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 02 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 30 iyul 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs1h qızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 12 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 14 avqust 2024-cü il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. 14 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12 avqust 2024-cü il tarixdən hesablanmışdır. 17 sentyabr 2024-cü il tarixli qərarla Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 177.2.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi məqsədilə aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. 04 oktyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə başlanılmış cinayət işi ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İcraatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında bir icraatda istintaq davam etdirilmişdir. 23 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətdə, yəni 27 dekabr 2024-cü il tarixədək uzadılmışdır. 19 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs törətdiyi cnayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1 və 180.2-ci maddələrinə tövsif edilmiş və həmin maddələrlə yenidən ittiham olunmuşdur. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması, hadisə yerinə baxışın aparılması və üzləşdirmə protokolları, bank çıxarışları cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Nəsimi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir və hazırda iş icraatdadır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmiş və təkrarən gizli olaraq özgənin əmlakını talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi və təkrarən özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.3-1 və 180.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsi, yəni Zərərçəkmiş şəxs2 məxsus telefonu, Zərərçəkmiş şəxs3 məxsus bank kartındakı pul vəsaitinin və Zərərçəkmiş şəxs1 məxsus pul qabını oğurlamaması barəsində olan ifadəsi iş materiallarında olan sənədlər, ekspert rəyi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 12 avqust 2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin hesablanması zamanı həmin tarixlər nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 450 (dörd yüz əlli) manat Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-84/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-84/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver