Məhkəmə qərarları › İş №1(009)-85/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-85/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-85/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs X9 və onun müdafiəçisi Müdafiəçi1, X1 iştirakları ilə, 28 avqust 1987-ci ildə Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 2022-cı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X8, Ukrayna Respublikasında ziyalı ailəsində böyümüşdür (atası Ukraynada hal-hazırda polis polkovnikidir, anası sahibkardır). X17 Milli Universitetini bitirmiş, həm bakalavr, həm də magistr dərəcələri var. İxtisası beynəlxalq münasibətlərdir. Azərbaycan Respublikasının vətəndaşı X13 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları müxtəlif vaxtlarda İnstaqram sosial şəbəkəsində yaymaqla ona böhtan atmış, həmçinin onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Bundan əlavə İnstaqram sosial şəbəkəsində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Belə ki, X13 ona məxsus olan “jam_quliyev” adlı instaqram səhifəsində (hazırda 63 mindən artıq izləyicisi var) onunla bağlı aşağıdakı təhqir və böhdan xarakterli məlumatları yazmışdır. 1. xx.xx.2021-ci ildə onu “Xarici agent” adlandırdığı bir video yayımlamış və videonun altında da qeyd etmişdir ki, “Valeriya Qurova xarici agent”; 2. xx.xx.2021-ci ildə onun və digər iki şəxsin şəklini birlikdə yayımlayaraq onların barəsində yazmışdır: “Mütəşəkkil cinayətkar qrup”. 3. xx.xx.2021-ci ildə “Ukrayna Prezidentinə müraciət dərc olundu” başlıqlı müraciətdə Cəmil Quliyev onu “Pul tələb edən”, “müxalifət kanalları ilə əməkdaşlıq edən” insan kimi ittiham edib və onun Azərbaycan Respublikasından çıxarılmağını tələb edib. 4. xx.xx.2021-ci il tarixdə yazmışdır ki, “dəyərli izləyicilərim məlumunuz olduğu kimi diqqətdə saxladığım məsələlərdən biri də Ukrayna Respublikasından ölkəmizə gələrək şantajla pul qazanmağa çalışan Hurova Valeriyadır. Bu səbəbdən də bəzi izləyicilərimdən həmin şəxslə bağlı maraqlı məlumatlar əldə etmişəm. Məlum olub ki, V.Hurova iş adamlarından ayrıldıqdan sonra qazanc əldə etmək üçün ən asan yolu seçmiş və qədim peşə ilə (fahişəlik) məşğul olmağa başlamışdır”. Bundan əlavə X13 “bakufakt_az” adlı instaqram səhifəsində (hazırda 138 mindən artıq izləyicisi var) onunla bağlı aşağıdakı təhqir və böhan xarakterli məlumatları yazmışdır. xx.xx.2021-ci il tarixdə onun şəklini paylaşaraq üzərində qeyd etmişdir ki, “X12 vətəndaşı iş adamını şantaj edərək pul tələb edir”. Şəkilin altında isə yazmışdır ki, “Ölkəmizə qonaq adı ilə gəlib iş adamlarını şantaj edən ukrayna vətəndaşının iç üzü açıldı”. Bütün bu qeyd etdiklərindən əlavə X13 onun barəsində aşağıdakı qanunsuz əməllərə də yol vermişdir. 1. xx.xx.2021-ci ildə internetdə onun çimərlik paltarında olan, heç vaxt sosial şəbəkələrdə dərc olunmayan fotoşəkilləri ilə bir video yayımlamışdır. Bu şəkillər şəxsi arxiv üçün çəkilmiş, yalnız onun telefonunda və X6 olmuşdur. Onun üçün hörmətli bir ailənin qızı kimi şəbəkələrdə belə fotoların yayımlanması yolverilməzdir. 2. xx.xx.2021-ci il tarixində porno saytda onun adı ilə səhifə yaratmış və şəkillərini (mayo və paltarda) yerləşdirərək instaqram səhifəsində yayımlamışdır. Ukrayna telefon nömrəsini də göstərmişdir. Halbuki, o, yarım ilə yaxındır həmin nömrəni istifadə etmir. Təkrar bildirir ki, X9 onun barəsində yaydığı məlumatlar tamamilə böhtan xarakterlidir. Belə ki, onun iddia etdiyi kimi onun hədə-qorxu ilə pul tələb etməyi, mütəşəkkil dəstə qrupu üzvü olmağı, şantaj etməyi, xarici agent (casus) olmağı barədə heç bir mötəbər sübutu və bu barədə məhkəmə hökmü yoxdur. Əlavə olaraq qeyd edir ki, o, burada kiminsə pulu ilə deyil, valideynlərinin ona göndərdiyi pul ilə yaşayır. Valideynləri ona mütəmadi olaraq pul göndərir. Ukraynadan onun adına köçürülən pulların müvafiq sənədlərini şikayətə əlavə edir. Göründüyü kimi X13 “İnstaqram” sosial şəbəkəsində 30 avqust 2021-ci il tarixli paylaşmasında ona “xarici agent” deməklə, onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə (casusluq) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham etmişdir. Yəni, yalan olduğunu bilə-bilə onu nüfuzdan salan məlumatları yaymaqla və xüsusilə ağır cinayət törətməkdə əsassız olaraq ittiham etməklə böhtan atmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan əlavə “İnstaqram” sosial şəbəkəsində 04 sentyabr 2021-ci il tarixli paylaşmasında “mütəşəkkil cinayətkar qrup” deməklə onu cinayət əməlini törətməkdə ittiham etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan əlavə “İnstaqram” sosial şəbəkəsində 24 sentyabr 2021-ci il tarixli paylaşmasında ona “şantajla pul tələb edən” deməklə, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-cı maddəsi ilə (hədəqorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham etmişdir. Yəni, yalan olduğunu bilə-bilə onu nüfuzdan salan məlumatları yaymaqla və cinayət törətməkdə əsassız olaraq ittiham etməklə böhtan atmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan əlavə “İnstaqram” sosial şəbəkəsində 25 sentyabr 2021-ci il tarixli paylaşmasında ona “şantajla pul qazanmağa çalışan” deməklə, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-cı maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham etmişdir. Yəni, yalan olduğunu bilə-bilə onu nüfuzdan salan məlumatları yaymaqla və cinayət törətməkdə əsassız olaraq ittiham etməklə böhtan atmışdır. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yenə eyni yazsında həmçinin onun ünvanına “fahişə” yazmaqla kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan əlavə “İnstaqram” sosial şəbəkəsində 29 avqust 2021ci il tarixli paylaşmasında onun barəsində “Ölkəmizə qonaq adı ilə gəlib iş adamlarını şantaj edən ukrayna vətəndaşının iç üzü açıldı”, “X12 vətəndaşı iş adamını şantaj edərək pul tələb edir” yazmaqla, onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-cı maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham etmişdir. Yəni, yalan olduğunu bilə-bilə onu nüfuzdan salan məlumatları yaymaqla və cinayət törətməkdə əsassız olaraq ittiham etməklə böhtan atmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi instaqram sosial şəbəkəsindən edilmiş çıxarışlar, şikayətə əlavə edilmiş diskdə yer alan fotoşəkillər, instaqram çıxarışları, Cəmil Quliyevin video müraciətləri ilə sübut edilir (hamısı kağız və disk şəkilində şikayətə əlavə edilir). Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət-Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Hazırkı iş üzrə sonuncu məlumatlar “İnstaqram” sosial şəbəkəsində yayıldığı və “İnstaqram” sosial şəbəkəsinin Azərbaycan Respublikasında qeydiyyata alındığı ünvan olmadığı üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında olan hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, şikayətə təhqir və böhtan xarakterli məlumatları yaymış şəxs X9 yaşayış yeri üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin Məcəllənin 147.1-ci maddəsi ilə 06 ay müddətə, 147.2-ci maddəsi ilə 02 il müddətə, 148-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 ərizə ilə müraciət edərək, şikayətidə “jam_guliyev” adlı səhifədən V.Qurovaya qarşı təhqir və böhtanlar olması göstərilmişdir. Yalnız şikayətində bir yerdə texniki səhv olaraq “g” əvəzinə “q” göstərilmişdir, ona görə də, şikayətinin 1-ci səhifəsində “jam_quliyev” əvəzinə “jam_guliyev” kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X13 “xarici agent” “Mütəşəkkil cinayətkar qrup” “şantajla pul tələb edən” “şantajla pul qazanmağa çalışan” “fahişə” “Ölkəmizə qonaq adı ilə gəlib iş adamlarını şantaj edən Ukrayna vətəndaşının iç üzü açıldı”, “X12 vətəndaşı iş adamını şantaj edərək pul tələb edir” kimi ifadələri yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. X9 törətdiyi cinayət əməli məhkəmə linqvistik ekspertizasının rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X8 və onun nümayəndəsi Nümayəndə1 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin Məcəllənin 147.1-ci maddəsi ilə 06 ay müddətə, 147.2ci maddəsi ilə 02 il müddətə, 148-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 özünü təqsirli bilməyərək, onun tərəfindən cinayət əməlinin törədilməsini qəbul etmədiyini, onun tərəfindən əsassız paylaşım edilmədiyini, şikayətdə göstərilən paylaşımlarının onun tərəfindən edilmədiyini göstərərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Müdafiəçi1 şikayət ərizəsində X9 hansı cinayətlərin törədilməsi göstərilmədiyini, onun videoda olan müraciətinin sosial şəbəkədə yayımlamadığını, Ukrayna dövlət başçısına göndərdiyini, şikayət ərizəsində qeyd olunan paylaşımların linklərinin əlavə edilmədiyini, beləliklə şikayətin əsassız olduğunu bildirərək, X9 əməlində qeyd edilən maddələr üzrə cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının onun nümayəndəsinin, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iş üzrə ifadələrini, ekspertiza rəyini, görüntülər olan diski və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu bilə bilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin əlamətləri vardır. Belə ki, X8 tərəfindən məhkəməyə ünvanlanan xüsusi ittiham qaydasında şikayətə sosial şəbəkələrdən bir sıra çıxarışlar, diskdə yer alan fotoşəkillər və video müraciətlər əlavə edilmişdir. Həmin çıxarışlara, diskdə yer alan fotoşəkillərə və video müraciətlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, videomüraciət edən şəxs X13 olmaqla, şikayətçinin istinad etdiyi hallar “jam_guliyev” instaqram səhifəsində yayımlanmışdır. Bundan başqa 15 fevral 2022-ci tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, göstərilən işlə bağlı müvafiq araşdırma zamanı ifadə verən X13 “jam_guliyev” instaqram səhifəsinin ona aid olduğunu bildirmişdir. Məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022ci il tarixli, 4/1333 saylı rəyindən də görünür ki, “jam_guliyev” adlı instaqram səhifəsində 25 sentyabr 2021-ci il tarixdə yazılmış “dəyərli izləyicilərim məlumunuz olduğu kimi diqqətdə saxladığım məsələlərdən biri də Ukrayna Respublikasından ölkəmizə gələrək şantajla pul qazanmağa çalışan Qurova Valeriyadır. Bu səbəbdən də bəzi izləyicilərimdən həmin şəxslə bağlı maraqlı məlumatlar əldə etmişəm. Məlum olub ki, V.Qurova iş adamlarından ayrıldıqdan sonra qazanc əldə etmək üçün ən asan yolu seçmiş və qədim peşə ilə (fahişəlik) məşğul olmağa başlamışdır” kimi söz və ifadələrdə, məlumatlarda Valeriya Qurovanın şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlar mövcuddur. Məlumatlarda işlədilmiş “..diqqətdə saxladığım məsələlərdən biri də Ukrayna Respublikasından ölkəmizə gələrək şantajla pul qazanmağa çalışan Qurova Valeriyadır.”, “Məlum olub ki, V.Qurova iş adamlarından ayrıldıqdan sonra qazanc əldə etmək üçün ən asan yolu seçmiş və qədim peşə ilə (fahişəlik) məşğul olmağa başlamışdır” kimi söz, söz birləşməsi və ifadələr təhqiredici xarakterə malikdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə xüsusi ittihamçının onun nümayəndəsinin, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iş üzrə ifadələrini, ekspertiza rəyini, görüntülər olan diski və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddənin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X9 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. ünvan 2 2022-ci il tarixli qərarı ilə X13 barəsində həbs qətimkan tədbirinin seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X9 gənc olmasını ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından X13 barəsində ünvan 2 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X9 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, islah işləri cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X10 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış 04 (dörd) ədəd “CD” diskin iş materiallarında saxlanılmasını, eyni zamanda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə 180 manat ekspertiza xərcinin təqsirləndirilən şəxs X7 tutulmasını, əsaslı hesab edir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancının beş faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancının beş faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancının beş faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq X14oğluna qəti olaraq hər ay qazancının beş faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin olunsun. İslah işləri cəzasının əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. X9 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (011)309/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökmün icrası Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 180 manat ekspertiza xərcinin təqsirləndirilən şəxs X7 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar