Məhkəmə qərarları › İş №1(009)-85/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-85/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-85/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi, Təqsirləndirilən şəxs X13, X1 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Ukrayna Respublikasının Çerkas rayonu, Uman şəhərində anadan olmuş, Ukrayna Respublikası vətəndaşı, ukrayna milliyyətinə mənsub, subay, orta təhsilli, Polşa Respublikasında təsis olunmuş "xxxx" MMC-də sürücü və elektrik vəzifəsində işləmiş, məhkumluğu olmayan, Ukrayna Respublikasının Çerkas rayonu, Uman şəhəri, Uritskoqo küçəsi, ev 73, mənzil 61 ünvanında qeydiyyatda olan və Polşa Respublikası, Vroslav şəhəri, Meşkovska küçəsi, ev 11D ünvənında yaşamış və hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İvan Kravçuk digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırlanmasının və uyğunlaşdırılmasının əsas məqsədi kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə olan kompüter proqramları istehsal etmək, saxlamaq və yaymaqla qəsdən kompüter sistemlərinə əhəmiyyətli zərər vurmuş, ictimai əhəmiyyətli infrastruktur obyektlerinin kompüter sistemlərinə kompüter məlumatlarının bloklanması yolu ilə kompüter sisteminin işləməsinə buna hüququ olmadan qəsdən ciddi maneə törətmişdir. Belə ki, o, 2022-ci ilin may ayında Polşa Respublikasının Vroslav şəhərində olarkən Mənzil X10 elektron sisteminə girişi təmin edən ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin "X6 Mərkəzi" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən "e-gov.az" portalı və "ASAN Login" vahid giriş sisteminin fəaliyyət göstərdiyi kompüter sisteminə paylanılmış xidmətdən imtina hücumu («DDOS» hücum) təşkil etmək üçün şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırlanmasının və uyğunlaşdırılmasının əsas məqsədi kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə olan kompüter proqramı istehsal etməklə, saxlamaqla, eləcə də qeyd olunan proqramı "Telegram" ani mesajlaşma tətbiqi vəsitəsilə qabaqcadan əlbir olduğu həmin tətbiqdə "mida" və "midas5min" adları ilə qeydiyyatdan keçmiş şəxsiyyətləri istintaqa məlum olmayan hesabların istifadəçilərinə yayaraq qəsdən dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına əhəmiyyətli zərər vurmuş, həmçinin o, 15 sentyabr 2022-ci ildə ünvan 1 ünvanına qoşulmuş kompüter sistemi, eləcə də qabaqcadan əlbir olduğu şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə məxsus 185.25.119.57,137.184.14237,143.244.184.250,159.89.228.253,165.227.187.48,159.65.2 20.89, 157.245.210.217, 192.81.216.55,66.175.222.195, 209.141.56.216, 104.28.249.48, 104.28.249.49, 104.28.217.48,104.28.249.46, 104.28.249.50, 104.28.217.42, 104.28.249.51 ,104.28.217.46, 104.28.217.49, 104.28.249.52, 104.28.217.51, 104.28.249.43, 178.128.177.166, 207.154.208.217 178.62.144.84 174.138.6.8, 139.162.156.92, 37.99.224.225, 194.1 16.72.46, 188.1 16.63.163, 163.172.28.169, 51.254.21 1.171, 185.207.107.184, 45.95.55.77, 159.69.117.155, 217.150.210.20, 142.44.241.192, 192.99.101.142,51.222.13.193, 142.47.88.20, 178.128.177.166, 46.32.230.136 və 146.59.155.82 saylı İP ünvənlarına qoşulmuş kompüter sistemləri vəsitəsi ilə Mənzil X10 elektron sisteminə girişi təmin edən ictimai əhəmiyyətli infrastruktur obyekti olan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "X6 Mərkəzi" publik hüquqi şəxsinin nəzdində fəaliyyət göstərən "e-gov.az" portalının və "ASAN Login" vahid giriş sisteminin fəaliyyət göstərdiyi kompüter sistemlərinə paylanılmış xidmətdən imtina hücumu («DDOS» hücum) edərək kompüter məlumatlarının bloklanması yolu ilə həmin kompüter sistemlərinin işləməsinə buna hüququ olmadan qəsdən ciddi maneə törətmiş və bu maneə nəticəsində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən 6.497 şəxsin iştirakı ilə həyata keçirilən həmin mənzil seçimi prosesi baş tutmamış, Azərbaycan Respublikası Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə "X6 Mərkəzi" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən "e-gov.az" portalı və "ASAN Login" vahid giriş sisteminin xidmətlərinə istifadəçilərin əlçatanlığı üzrə 1.870.243 manat, işçi resursu sərfi üzrə 322.165 manat, infrastruktur üzrə 949.264 manat olmaqla cəmi 3.141.672 manat və Mənzil İnşaat Dövlət Agentliyinə 483.170 manat olmaqla ümumilikdə 3.624.842 manat məbləğində əhəmiyyətli maddi zərər vurulmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 273-1.4.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 273-1.4.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ukrayna vətəndaşıdır. 2022-ci ilin yanvar ayında o, Polşa Respublikasına köçmüş və orada yaşamaq üçün maddi cəhətdən çətinlik çəkmişdir. Orada elektrik kimi işləmiş, lakin aldığı əmək haqqı onu qane etməmişdir. Təxminən 2022ci ilin may-iyun aylarında "Teleqram" ani mesajlaşma tətbiqi vasitəsi ilə tanımadığı "mida" və ya "midas5min" adlı istifadəçi adından ona bildiriş daxil olmuş, həmin istifadəçi onu "Teleqram" ani mesajlaşma tətbiqində üzv olduğu "Mikrotik" adlı qrupdan tapmışdır. O, həmin istifadəçi adları tərəfindən "Mikrotik" qrupunda ünvanlanmış «DDOS» hücumdan qorunmaq üçün kim köməklik göstərə bilər?" tipli elan görmüşdür. Həmin yazının altından "+" rəyi yazmış və daha sonra ona geri dönüş etmişlər. Ona yazan adam öz şəxsiyyəti barədə heç bir məlumat verməmiş, o, da öz növbəsində bununla bağlı hər hansı məlumat soruşmamışdır. Müraciət edən şəxs "Counter-Strike" oynamaq üçün oyun serveri olduğunu və həmin serverə dəfələrlə «DDOS» hücumun baş verdiyini bildirmişdir. O, müraciət edən şəxsdən lokal və ya internet serverinin olduğunu soruşmuş, Müraciet eden şəxs isə lokal serverinin olduğunu, lakin a internet üzərindən «DDOS» hücumun edildiyini bildirmişdir. O, bu hücumların qarşısını almaq üçün müraciət edenə "mikrotiki" üçün proqram təminatını məsləhət görmüşdür. Lakin bu məsləhət işə yaramamış, belə ki, səhər həmin şəxs yenidən yazaraq yenidən «DDOS» hücum edildiyini bildirmişdir. Bu dəfə o, müraciət edən şəxsə yeni server yaratmasını və həmin yeni serverə onun dediyi proqram təminatını qoyduqdan sonra «DDOS» hücum etməyi təklif etmişdir. Onu təklif etdiyi proqram təminatı yaxşı olduğu təqdirda «DDOS» hücumun qarşısını alacaqdır, qarşısını almayacağı təqdirdə isə həmin proqram təminatının üzərində yenidən işləyəcəyini bildirmişdir. İşin sonunda isə bunu bacaracağı təqdirdə müraciət edən şəxs ona küllü miqdarda pul vəsaiti verecəyini demiş, lakin tam məbləğ barədə razılığa gəlməmişlər. Bir həftə ərzində o, internet vəsitesi ile «DDOS» hücum hazırlamaq üçün proqram təminatı, tətbiqlər və "skriblər” axtararaq tapmışdır. Həmin hücumu etmək üçün yoxlama məqsədli onun istifadəsində olan Almaniyaya məxsus "Hetzner" şirkəti vasitəsi ilə aldığı 159.69.117.155 İP ünvandan istifadə etmiş və hücum edilməsi üçün hər şeyi hazır edərək ona məxsus serverin parol və istifadəçi adını "Teleqram" ani mesajlaşma tətbiqi vəsitəsilə müraciət edən şəxsə göndərmişdir. Belə ki, müraciət edən şəxs «DDOS» hücum ediləcək yerin İP ünvanını və məlumatlarını orada yerləşən xanaya doldurmaqla istifadə edə bilərdi. O, məlumatları müraciət edən şəxsə atmazdan öncə həmin şəxsə bu onun lokal İP ünvanıdır və həmin yerde öz lokal İP ünvanı yazmağını bildirmişdir. O, bunu sırf sınaq məqsədli etmiş və düşünmüşdür ki, həmin şəxs öz oyun serverinə hücum edəcək və hər şey qaydasında gedərsə ona söz verilən müəyyən miqdarda pul vəsaitini verəcəkdir. 2 gündən sonra həmin şəxs yeniden ona yazmış və bu hücumun kömək etmədiyini və başqasından yardım alacaqlarını bildirmişdir. O, göstərdiyi xidmətin müqabilində müəyyən miqdarda vəsait tələb etsə də, müraciət edən şəxs bütün məlumatları silərək əlaqəyə çıxmamışdır. O bir neçə ay həmin şəxsi axtarmış, lakin tapa bilməmişdir. Bundan xeyli vaxt sonra ona məlum olmuşdur ki, Ukraynada yaşadığı evdə polis tərəfindən axtarış olmuş və axtarışın səbəbi isə Azərbaycanın dövlət orqanının saytına «DDOS» hücum olması və nəticədə evlər ile bağlı müsabiqənin baş tutmaması olmuşdur. Lakin o, həmin vaxt Polşada olduğundan və həyat yoldaşı ilə arasının yaxşı olmadığından hadisə ile bağlı tam məlumat ala bilməmişdir. Daha sonra Polşanın sərhədində onu saxlamışlar və o, özünə vəkil tutmuşdur. «DDOS» hücumunu yaratmış, 159.69.117.155 İP ünvanı ona məxsus olmuşdur. O, «DDOS» hücumunu hücum etməmiş, onun həmin İP ünvanından başqa tanımadığı şəxs istifadə edərək «DDOS» hücumu icra etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nüməyəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının 15-də Azərbaycan Respublikasının Mənzil X16 tərəfindən növbəti dəfə 442 mənzil satışa çıxarılmışdır. Mənzillər satışa çıxarılarkən hər bir şəxsə bərabər hüquqlar yaradılmışdır. Mənzil seçimi prosesi başlamazdan öncə Azərbaycan Respublikası Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "X6 Mərkəzi" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən "e-gov.az" portalı və "ASAN Login" vahid giriş sistemi paylanılmış xidmətdən imtina hücumu («DDOS» hücum) nəticəsində çökmüşdür. Qeyd olunan kiberhücum nəticəsində Mənzil İnşaat Dövlət Agentliyinə 483 170 manat məbləğində maddi zərər vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nüməyəndəsi qismində dindirilmiş Cavadov X5 Tural Faiq oğlu oxşar məzmunlu ifadə verərək Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 3.141.672 manat ziyan vurulduğunu bildirmişdir. ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi proses iştirakçılarına elan edilmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində doğulmuşdur və rəsmi olaraq "xxxx" MMC-nin direktoru Həsən Həşimovun sürücüsü kimi işləyir. Qeyri- rəsmi bərbər kimi fəaliyyət göstərir. Subaydır və anası X4 ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşayır. O, İvan Kravçuk ilə sosial şəbəkə "Facebook" vasitəsi ilə tanış olmuşdur. Belə ki, o, 3-4 aydır ki, ona məxsus "Емин Мамедов (Emin Mammedov)" adlı istifadeçi hesabı ila "Украiнки в Баку та Aзербайджанi" adlı qrupa daxil olmuşdur. Qeyd olunan qrupa Bakı şəhərində yaşayan Ukraynalı xanımlar ilə tanış olmaq üçün daxil olmuşdur. 08 fevral 2024-cü il tarixdə "İvan Kravchuk" adlı "Facebook” istifadəçisi həmin qrup vasitəsi ilə ona Bakı şəhərində rus dilli vəkil lazım olduğunu qeyd etmişdir. Onun da, rus dilli Nail adlı vəkil dostu var. Düşünmüşdür ki, həm Nail pul qazansın həm də ki, İvan Kravçukun işin həll etsin. O, İvanı şəxsən tanımır, sadəcə köməklik məqsədi ilə yazmışdır. Daha sonra İvan Kravçuk şəxsi mesaj bölməsindən ona yazmış və onunla zəng vasitəsi ilə əlaqə saxlamışdır. Danışıq zamanı İvan ona Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən "İnterpol" vasitəsi ilə axtarışa verildiyini bildirmişdir. O, isə öz növbəsində İvandan bu barədə daha ətraflı danışmasını istəmişdir. İvan da ona məxsus mobil telefon və ip adresler vasitəsi ilə "MİDA"-nın təşkil etdiyi sosial evlərin satışa çıxarıldığı sayta kiberhücum olduğunu, buna görə müsabiqənin 15 sentyabr 2022-ci ildə baş tutmadığını və qeyd olunan kiberhücuma görə barəsində cinayət işi açılaraq onun axtarışa verildiyini bildirmiş, bu səbəbdən bu iş ilə bağlı Bakı şəhərində rus dilli vəkil lazım olduğunu vurğulamışdır. O, İvanın cinayət törətdiyini bilmirmiş və xarici vətəndaş olmasına baxmayaraq, bu cür kiberhücum etdiyini gördükdə sonuncuya köməklik göstərməkdən imtina etmişdir. O, İvanla əlaqəni tamamilə kəsmişdir. İvan ilə həmin söhbət təxminən 8-10 dəqiqə "Facebook Messenger" vasitəsi ilə aparılmışdır. Nəticədə, o, İvana tanışı Nail adlı vəkilin nömrəsini verməmişdir. Belə ki, cinayətkar olduğunu və "İnterpol"-da axtarışda olmasını eşitdikdə qorxmuşdur. Həmin gündən sonra o, İvanla hər hansı əlaqə saxlamamış, İvan barədə hər hansı əlavə məlumatı olmamışdır. İş materiallarında olan 14 avqust 2023-cü il tarixli qərarından görünür ki, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə görə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarışa verilmiş və həmin tarixdə barəsində 14 gün müddətində Səbail rayon Məhkəməsinin hakimi X3 qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, İvan Kravçuk Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü maddəsilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarından görünür ki, İvan Kravçuk 17 fevral 2024-cü il tarixdə Polşa Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. İş materiallarında olan 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, İvan Kravçuk barəsində həbsdə saxlanılma müddəti 01 ay 19 gün müddətində uzadılmışdır. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, İvan Kravçuk barəsində həbsdə saxlanılma müddəti 02 ay müddətində uzadılmışdır. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, İvan Kravçuk barəsində həbsdə saxlanılma müddəti 02 ay müddətində uzadılmışdır. İş materiallarında olan 08 avqust 2024-cü il tarixde İvan Kravçuk barəsində həbsdə saxlanılma müddəti ibtidai istintaq müddəti həddində, yəni 03 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, İvan Kravçuk barəsində həbsdə saxlanılma müddəti 17 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, İvan Kravçuk barəsində həbsdə saxlanılma müddəti 03 noyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, İvan Kravçuk barəsində həbsdə saxlanılma müddəti 17 dekabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Mənzil İnşaat Dövlət Agentliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 16 noyabr 2024-cü il tarixli, 11-6/2-1002/2024 nömrəli etibarnamədən görünür ki, Azərbaycan Respublikasının Mənzil X10 Hüquq Şöbəsinin müdiri Nümayəndə1 zərərçəkmiş şəxsin nümayəndəsi kimi təqdim edilmiş və 16 noyabr 2024-cü il tarixli qərarla iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır. İş materiallarında olan 18 noyabr 2024-cü il tarixli, 3-45/3-1571/2024 nömrəli etibarnamədən görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri Nümayəndə2 zərərçəkmiş şəxsin nümayəndəsi kimi təqdim edilmiş və 18 noyabr 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır. İş materiallarında olan arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “X6 Mərkəzi” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən “e-gov.az” portalı və “ASAN Login” vahid giriş sisteminin xidmətlərinə istifadəçilərin əlçatanlığı üzrə 1.870.243 manat, işçi resursu sərfi üzrə 322.165 infrastruktur üzrə 949.264 manat olmaqla cəmi 3.141.672 manat və Mənzil İnşaat Dövlət Agentliyinə 483.170 manat olmaqla ümumilikdə 3.624.842 manat məbləğində əhəmiyyətli maddi zərər vurulmuşdur. İş materiallarında olan 05 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, İvan Kravçuka məxsus "Xiomi Mi 9T Pro" markalı mobil telefonunun yaddaşından silinmiş "Telegram Messenger" ani mesajlaşma sisteminin kontaktlarından müəyyən edilmiş "Name: dddddosik User İİ): 857801356”, "Name: DDos User İD: 748381429", "Name: DDOS User İD: 280268272”, "Name: DDoS+ User İD: 440117117”, "Name: Mad:) Username:: ddosov User İD: 261177852", "Name: İOpvıüı Username: ddos_rev UserİD: 479390211", "Name: MR.Dosik User İİ): **********", "Name: St.Vladosik User İD: **********”, "Name: Vladosik2701 User İD: 727775042", "Name: Bnaa Username: Vladosikgood User İD: **********", "Name: A.Aziz User İD:**********", "Name: abbas wazir User İD: **********", "Name: Almaz User İD: **********", "Name: Almazik User İD: **********", "Name: X30 İD: 473407250", "Name: AZAD MAGAMEDOV User İD: 970319048", "Name: Azad User İD: **********", "Name: X24 D. **********", "Name: X28 İD: **********", "Name: X29 İD: 234645865", "Name: X11: azizman17 User İD: 696871465", "Name: X22: Aziz_Sharp User İD: 56939874", "Name: X25: AMAL2222255 User İD: ********* Main: **********55", "Name: midasss Username: midas5min User İD: **********", "Name: @mida User İD: **********", "Name: Aze_030 User İD: 662145481", "Name: X26 İD: **********", "Name: hasan hasanov User İD: 639432941", "Name: X27 İD: **********", "Name: X23: rahimbos User İD: **********, "Name: Yusif (Joseph) Hasanov User İD: 354592053", "Name: Hasan M Username: h mirzayev User İD: 2992539” və "Name: Mikhail Username: Misihasan User İD: 706001468" istifadəçi adları aşkarlanmış və həmin istifadəçi adların Xiomi Mi 9T Pro" markalı mobil telefonunun yaddaşından silindiyi müəyyən edilmişdir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli 4/1899 nömrəli Dövlət Təhlükəsizliyi Xidməti İqtisadiyyatın Əks-Kəşfiyyat Təminatı baş idarəsinin məktubundan görünür ki, ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə Almaniya Federativ Respublikasının səlahiyyətli orqanına ünvanlanmış qarşılıqlı hüquqi yardım sorğuları üzrə daxil olmuş məlumatlar DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin (KM) mütəxəssisləri tərəfindən təhlil edilərək müəyyən edilmişdir ki, MİDA-nın informasiya sistemlərinə qarşı həyata keçirilmiş kiberhücum zamanı qeydə alınan 159.69.117.155 ip ünvanının xx.xx.2018-ci il tarixdən bulud server xidməti göstərən sistemə aid olduğu və müvafiq İPnin xx.xx.2022-ci il tarixdən bloklandığı vurğulanmışdır. Almaniyalı tərəfdaşların verdiyi məlumata əsasən, qeyd olunan İP ünvanlı server "İvan Kravchuk"un adına (ünvan: "Urickogo 73, 20300 UMAN UKRAİNE", əlaqə vasitəsi +**********60, e-poçt: Elektron ünvan , bank kartının nömrəsi: "**********248257", etibarlılıq müddəti kimi "06/23” qeyd olunmuşdur) qeydiyyata alınmışdır. Lakin, KM tərəfindən göstərilən telefon nömrəsi və Elektron ünvan elektron poçt ünvanının sahibi barəsində məlumatların əldə edilmesi mümkün olmamışdır. Bundan əlavə, Almaniya Federativ Respublikasından daxil olmuş məlumatda "Hetzner" şirkəti tərəfindən İP ünvana dair istifadəçi məlumatları göstərildiyindən hər hansı əməliyyat- texniki məzmunlu spesifik suallar yaranmamışdır. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli 17/1088 nömrəli Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları Mərkəzindən məktubla daxil olmus arayışdan görünür ki, 15 sentyabr 2022-ci il tarixində kompüter məlumatlarının ötürülməsi yolu ilə ictimai əhəmiyyətli infrastruktur obyektinə məxsus kompüter sisteminin işləməsinə qəsdən ciddi maneə törədilməsi faktına dair ********* nömrəli cinayət işi DTX istintaq baş idarəsində başlamışdır. Həmin cinayət işi üzrə hüquqi yardımın göstərilməsi məqsədilə 28 iyul 2023-cü il tarixində Ukraynanın Çerkast vilayətində Milli Kiberpolisin istintaq idarəsinin inzibati binasında müxtəlif şəbəkə avadanlıqları, fleş tipli yaddas kartları, "DVR" cihazları, "notebook" tipli kompüter və digər avadanlıqlara baxış keçirilmiş, qurğuların yaddaş nüsxələri əldə edilmişdir. Daha sonra "USB" tipli fleş yaddaş daşıyıcısının tərkibində saxlanılan məlumatlara baxış keçirilmiş, müxtəlif media (foto, audio, video) tipli müxtəlif formatlı, həmçinin mətn tərkibli fayllarının axtarışı icra olunmuşdur. Alena_Passport" adlı qovluğun tərkibində ümumilikdə 51 ədəd fayl və 1 ədəd qovluq müəyyənləşdirilmişdir. Həmin qovluğa keçirilmiş baxış nəticəsində X7 adına olan şəxsiyyəti təsdiq edən sənədlərin,boşanma haqqında şəhadətnamənin, övladlarının doğum haqqında şəhadətnamələrin, şəxsin hərbi geyimində fototəsvirləri və tərcümeyi halına dair mətnli qeydlər aşkarlanmışdır. "Vanya_Passport" adlı qovluğun tərkibində 25 ədəd fayllar və 2 ədəd qovluq müəyyənləşdirilmişdir. Baxış nəticəsində X20 adına olan şəxsiyyəti təsdiq edən sənədlərin, boşanma haqqında şəhadətnamənin, vergi ödəyicisinin fərdi eyniləşdirmə nömrəsinin təsvirləri aşkarlanmışdır. "Kod Maksim" adlı qovluqda 7 ədəd fayl aşkar edilmişdir. Baxılan faylların məzmunlarında X14 şəxsiyyətini təsdiq edən sənədlərin, vergi ödəyicisnin fərdi eyniləşdirmə nömrəsinin təsvirləri aşkarlanmışdır. İş materiallarında olan 26 sentyabr 2024-cü il tarixli 17/1557 Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları Mərkəzindən nömrəli məktubla daxil olmuş arayışdan görünür ki, "MikroTik" markalı "RouterBOARD 3011 UiAS" modelli "719F06E14FBE" seriyalı (eyniləşdirmə nömrəsi) cihaz çoxtəyinatlı, yüksək ötürmə sürətlərini dəstəkləyən lokal, eyni zamanda xarici şəbəkə bağlantılarını effektiv şəkildə idarə etmək üçün nəzərdə tutulmuş şəbəkə idarəetmə vasitəsidir ("router”). "MikroTik" markalı "RouterBOARD 3011 UiAS" modelli "719F06E14FBE" seriyalı şəbəkə cihazı işlək vəziyyətdədir və istifadə üçün yararlıdır. "MikroTik" markalı "RouterBOARD 3011 UiAS" modelli "719F06E14FBE" seriyalı şəbəkə cihazında 159.69.117.155 ünvanı ilə əlaqəli "telegram" icraçı kodu (”script") aşkarlanmışdır. "MikroTik" markalı "RouterBOARD 3011 UiAS” modelli '1 719F06E14FBE” seriyalı şəbəkə cihazının 01 noyabr 2020-ci il tarixli sazlanma faylında (*.rsc formatlı konfiqurasiya faylı) "159.69.117.155” və "159.69.12.28" ünvənlı "OVPN" serverine qoşulmaq üçün texniki göstəricilər müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-5/2024 saylı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli 17/1556 saylı arayışdan görünür ki, təqdim edilmiş bir ədəd "Nokia 105" markalı "TA-1203” modelli arxa məlumat lövhəsinə görə "**********28893" İMEi kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş qara rəngli sensor ekran və "Android" əməliyyat sistemi ilə təchiz olunmuş "Xiaomi” markalı arxa məlumat lövhəsinə görə "MCE8" modelli mobil smartfon hal-hazırda işlək vəziyyətə gətirmək mümkün olmadı. Ekspert tərəfindən şərti olaraq 1 rəqəmi ilə işarələnmiş "32" GB flaşkart tipli, şərti olaraq 2 rəqəmi ile işarələnmiş fləşkart tipli "16" GB, şərti olaraq 4 və 5 rəqəmi ila işarələnmiş "Micro SD" "4" GB, şərti olaraq 8 və 9 rəqəmi ile işarələmiş flaşkart tipli "16” GB, şərti olaraq 10 reqami ile işaralenmiş flaşkart tipli "4" GB hacimli xarici yaddaş qurğuları işlək vəziyyətdədirlər. Şərti olaraq 3, 4, 11, 12, 13 rəqəmi ilə işarələnmiş xarici yaddaş qurğuları hal-hazırda işlək vəziyyətdə deyildirlər. Ekspert tərəfindən şərti olaraq 6 rəqəmi ile işarələmiş üzərinde "MicroTik" yazısı olan cihazı Routerə qoşmaqla cihazın menyunda konfiqurasiya etmək kimi xüsusiyyətlərə malikdir. Üzərində 7 yazısı yazılmış "USB Serial adapter" hər hansısa bir qurğu (elektron lövhə) ilə əlaqə yaratmaq üçün cihazdır. Ekspert tərəfindən şərti olaraq 14 rəqəmi ile işarələnmiş üzərində "Guardant Code" yazısı olan və həmin şirkətin proqram təminatının lisensiya vasitəsi ilə işlətmək üçün elektron açardır. Təqdim olunan üzərində "Partizan" yazısı olan arxa məlumat lövhəsinə görə "Partizan” markalı "CHD-30S" modelli "********.44.1268538" seria nömrəli müşahidə kameralarından videogörüntüləri qeydə alan "DVR" tipli cihaz halhazırda işlək vəziyyetdədir. Təqdim olunan üzərində "Partizan" yazısı olan arxa məlumat lövhəsinə görə "Partizan" markalı "CHD-30S" modelli "********.44.1268656 seria nömrəli müşahidə kameralarından videogörüntüləri qeydə alan "DVR" tipli cihaz hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunan üzərində "Hıkvısıon" yazısı olan arxa məlumat lövhəsinə görə "Hıkvısıon" markalı arxa məlumat lövhəsinə görə "DS-7616NlQİ” modelli "C84117272" seria nömrəli müşahidə kameralarından videogörüntüleri qeydə alan "DVR" tipli cihaz hal-hazırda işlək vəziyyətdədir. Rəyin "Tədqiqi hissəsi"nin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Nokia 105" markalı "TA-1203" modelli mobil telefonun yaddaşında olan məlumatlar üzrə tədqiqat işinin aparılması mümkün olmadı. Tədqiq olunan "Nokia 105" markalı "TA-1203" modelli mobil telefonun əsas menyusunun "KOHTaKTbl" bölməsində 05 (beş) ədəd kontakt müəyyən olundu, lakin rəyin "Tədqiqi hissəsi"nin 4-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş qara rəngli "Xiaomi" markalı arxa məlumat lövhəsinə görə "MCE8" modelli mobil smartfonu hal-hazırda işlək vəziyyətə gətirmək mümkün olmadığından yaddaşında hər hansı bir məlumatın olub-olmaması və yaddaşından hər hansı bir məlumatın pozulub-pozulması üzrə tədqiqat işini aparmaq mümkün olmadı. Tədqiqatın növbəti mərhələsində fleşkart tipli yaddaş qurğularının daxilində ola biləcək məlumatlar üzrə tədqiqat işləri aparıldı. Beləliklə ekspert tərəfindən şərti olaraq "1, 2, 5, 8, 9 və 10" rəqəmləri ilə işarələnmiş xarici yaddaş qurğularının halhazırda mövcud olan müxtəlif formatlı (.exe; hin; .jpg; .txt; .pdf; .doc; ,xls; və sairə) fayllar müəyyən olundu, həmin fayllar "Ekspertiza 5-747" adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Şərti olaraq "1, 2, 5, 8, 9 və 10" rəqəmləri ilə işarələnmiş xarici yaddaş qurğularının yaddaşında xüsusi bərpaedici proqram vasitəsilə aparılmış bərpa nəticəsinde əldə edilmiş müxtəlif formatlı (.exe; hin; .jpg; .txt; .pdf; .doc; ,xls; və sairə) fayllar müəyyən olundu, həmin fayllar Ekspertiza 5-747" adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş "Western Digital" markalı 8 "TB" həcimli "HDD (maqnit informasiya yaddaş daşıyıcısı)" sərt disk "Trecorder” adlı kompleks qurğuya "SLAVE" ilə qoşularaq daxili yaddaşına baxış keçirildikdə sərt diskin yaddaşının aktivləşdirilməməsi aşkar olundu. "Acer" markalı "D270” modelli notebook tipli kompüterin daxili yaddaşında hər hansı bir məlumatın olubolmamasını müəyyən etmək üçün qeyd olunan cihazın onun "HDD (maqnit informasiya yaddaş daşıyıcısı)" sərt diski sökülərək "Trecorder" adlı kompleks qurğuya "SLAVE" ilə qoşulduqdan sonra "AccessData FTK İmager" proqram təminatı vasitəsi ilə yaddaşında olan məlumatların (İMAGE) nüsxəsi çıxarıldı və həmin məlumatlar "Ekspertiza 5-747" adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan "Partizan" markalı "CHD-30S" modelli "********.44.1268656" seriya nömrəli müşahidə kameralarından videogörüntüləri qeyde alan "DVR" tipli cihaz daxilindəki sərt diskinin yaddaşında aşkar olunmuş mövcud və silinmiş (xx.xx.2023 -xx.xx.2023 cü il) zaman aralığında olan video fayılar müəyyən olundu və həmin fayllar "Ekspertiza 5-747" adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan "Partizan" markalı "CHD-30S" modelli "********.44.1268538" seriya nömrəli və "Hıkvısıon" markalı "DS-7616Nl-Q1" modelli "C84117272" seriya nömrəli müşahidə kameralarından videogörüntüleri qeydə alan ”DVR" tipli cihazların daxilindəki sərt disklərin yaddaşında mövcud və silinmiş məlumatlar aşkar olundu, lakin "HX-Recovery for DVR&NVR V 4.4.9 Enterprise" proqram təminatı vasitəsilə həmin video görüntüləri xarici yaddaş qurğusuna köçürərkən texniki xəta verməsi səbəbindən həmin video görüntüləri köçürərərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Ekspertizanın tayini haqqında qerarda ekspert qarşısında qoyulmuş ”2-ci, 3-cü və 4-cü" suallar 17/1556 nömrəli 26 sentyabr 2024-cü il tarixli Kibertehlükasizlik emeliyyatları merkezi tərəfindən 6 vərəq arayışda cavablandırılmışdır. "MikroTik" markalı "RouterBOARD 3011 UiAS" modelli "719F06E14FBE" seriyalı (eyniləşdirmə nömrəsi) cihaz çoxtəyinatlı, yüksək ötürmə sürətlerini dəstəkləyən lokal, eyni zamanda xarici şəbəkə bağlantılarını effektiv şəkildə idarə etmek üçün nəzərdə tutulmuş şəbəkə idarəetmə vasitəsidir ("router"). "MikroTik” markalı "RouterBOARD 3011 UiAS” modelli "719F06E14FBE" seriyalı şəbəkə cihazı işlək vəziyyətdədir və istifadə üçün yararlıdır. "MikroTik" markalı "RouterBOARD 301 1 UiAS" modelli "719F06E14FBE" seriyalı şəbəkə cihazında 159.69.117.155 ünvanı ilə əlaqəli "telegram” icraçı kodu (”script") aşkarlanmışdır. "MikroTik" markalı "RouterBOARD 3011 UİAS” modelli "719F06E14FBE” seriyalı şəbəkə cihazının 01 noyabr 2020-ci il tarixli sazlanma faylında (*.rsc formatlı konfıqurasiya faylı) "159.69.117.155" və "159.69.12.28” ünvanlı "OVPN" serverinə qoşulmaq üçün texniki göstəricilər müəyyənləşdirilmişdir. İş materiallarında olan 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X15 məxsus olan "Xiaomi Mi 9T Pro" markalı mobil telefon, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsi ilə Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş "SAMSUNG" HE5021J markalı sərt disk və Ukrayna Milli Polisinin Kiberpolis Departamenti tərəfindən göndərilmiş 1 ədəd "Smartbuy Fleşkart", 1 ədəd "Mikrotile Fleşkart", 1 ədəd "qara korpuslu 32 GB Fleşkart", 1 ədəd "Qara korpuslu Fleşkart", 1 ədəd "Translend 4GB Mikro Fleşkart", 1 ədəd "SenDisk 4GB Fleşkart", 1 ədəd "USB adaptor", 1 ədəd "TP-link router”, ı ədəd "MOL:WD82PURZ-85TEUYO HARD DİSK", ı ədəd "Xiomi" markalı mobil telefon, ı ədəd "ACER NUSGDEV002237İDAB77614" markalı kompüter, ı ədəd "6 çıxışlı AJAX USB", 1 ədəd "Ağ korpuslu Fleşkart", 1 ədəd "Nokia İMEİ**********28893 (daxilinda SİM kart olan)" markalı mobil telefon, 1 ədəd "Ajax HubzPlus (daxilinde SİM kart Kiyevstar olan)”, 1 ədəd "PARTİZAN Videoregistr", 1 ədəd "Mikrotik SN:8A450B485D3C/948 nömrəli router" , 1 ədəd "Mikrotik SN:692B05C3C9D5/618 nörnreli router", ı adad "UBİQUİTTİ USB SWİCH (daxilinde 8GB Fleşkart olan)", 1 ədəd "Kustar üsulla hazırlanmış yaşıl rəng SİMBOX" (SİM-kartlı), 1 ədəd "Qara korpuslu **********0040 nömrəli yönləndirici", 1 ədəd "Mikrotik SN:F19F06E14FBE/630 nömrəli router”, 2 ədəd "ağ reng UBİQUİTTİ Acsess Point", ı ədəd "PARTİZAN videoregstr”, ı ədəd "HİKVİSİON videoregstr” və ı ədəd "BDCOM" markalı modem iş üzrə maddi sübut kimi tanınaraq məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan X8 İvan Andreyeviçlə bağlı daxil olan məktubdan görünür ki, FP 824537 nömrəli Ukrayna pasportunun sahibi olan xx.xx.1983-cü il təvəllüdlü Kravçuk İvan 06 oktyabr 2023-cü il tarixdə “Dorohusk” SNM vəsitəsilə Ukraynadan Polşaya daxil olarkən saxlanılmışdır. İş materiallarında olan 01 oktyabr 2025-ci il tarixli Polşa Ədliyyə Nazirliyindən daxil olmuş məktubdan görünür ki, 01 oktyabr 2025-ci il tarixində Polşa Respublikasının Ədliyyə Naziri Ukrayna vətəndaşı İvan Kravçuk barəsində cinayət təqibinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273-1.4.2-ci maddəsində nəzərdə tutulan əməllə əlaqədar genişləndirilməsinə razılıq vermişdir. İş materiallarından müəyyən edilmişdir ki, X13 himayəsində yetkinlik yaşına çatmamış 12 yaşlı övladı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvəriciliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət vərilməsi baxımından kifayət edir. X20 özünü təqsirli bilməməsi zərərçəkmiş şəxsin nümayəndələrinin ifadələri, ekspertiza rəyləri ilə, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Göstərilənləri nəzərə alaraq, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 273-1.4.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respuublikası tərəfindən müvafiq bəyanat və qeyd-şərtlərlə ratifikasiya edilmiş Kibercinayətkarlıq haqqında Konvensiyanın 1-ci maddəsində «kompüter sistemi»nin anlayışı kimi müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunun nəzərdə tutulduğu qeyd edilmişdir. Həmin maddədə «kompüter verilənləri» dedikdə faktların, məlumatların və ya anlayışların kompüter sistemində, o cümlədən kompüter sistemində hər hansı funksiyanın həyata keçirilməsini təmin edən proqram vasitəsilə emal üçün yararlı olan istənilən təqdim formasını nəzərdə tutulduğu qeyd edilmişdir. Təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə cinayət hesab edilən əməlin törədilmə üsulunu müəyyən etmək və istifadə edilən texniki vasitə və proqramların anlayışını aydınlaşdırmaq zəruridir. Kibercinayətkarlıq haqqında Konvensiyanın 2-ci maddəsində hər bir tərəf kompüter sisteminə və ya onun hər hansı hissəsinə belə hüquq olmadan qəsdən daxil olmanın daxili qanunvericilikdə cinayət əməli kimi tövsif edilməsi üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür. Hər bir Tərəf bu əməllərin, təhlükəsizlik tələblərini pozmaqla, kompüterdə mövcud olan verilənlərin ələ keçirmək niyyəti və ya digər bəd niyyətlə, yaxud başqa kompüter sistemləri ilə bağlı olan kompüter sistemlərinə münasibətdə törədildiyi halda cinayət əməli hesab olunmasını tələb edə bilər. Kibercinayətkarlıq haqqında Konvensiyanın 5-ci maddəsində ər bir Tərəf daxili qanunvericiliyində kompüter verilənlərinin daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya təcrid edilməsi üsulu ilə kompüter sistemlərinin fəaliyyətinə belə hüquq olmadan qəsdən ciddi maneə törədilməsi əməlini cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür. Məhkəmə, X13 himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. X13 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü maddəsinə əsasən 273.1- 273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-1.4.2-ci maddəsinə əsasən Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi bu Məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi olan qurğuların və ya kompyuter proqramlarının istehsalı, həmin cinayətlərin törədilməsi məqsədi ilə idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı, yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, əhəmiyyətli zərər vurduqda abaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, təqsirləndirilən şəxs X18 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq X18 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 273-1.4.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X18 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvəfiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 273-1.4.2-ci maddələri ilə təyin edilmiş kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmalı və X18 qəti cəza təyin edilməlidir. İş materiallarında olan X8 İvan Andreyeviçlə bağlı daxil olan məktubdan görünür ki, FP 824537 nömrəli Ukrayna pasportunun sahibi olan xx xxxxxx 1983-cü il təvəllüdlü Kravçuk İvan 06 oktyabr 2023-cü il tarixdə “Dorohusk” SNM vəsitəsilə Ukraynadan Polşaya daxil olarkən saxlanılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, X13 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 06 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. X20 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. X20 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən X20 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının ərazi hüdudlarından kənara məcburi çıxarılmalıdır. X13 ərazi hüdudlarından kənara çıxarılmasının icrası cəzaçəkmə müəssisəsinə həvələ edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddələrinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan "Xiaomi Mi 9T Pro" markalı mobil telefon, 1 ədəd “Nokia” İMEİ**********28893 (daxilində SİM kart olan) markalı mobil telefon, 1 ədəd "Xiaomi" markalı mobil telefon və 1 ədəd "ACER NUSGDEV002237İDAB77614" markalı kompüter , "SAMSUNG" HE5021J markalı sərt disk, 1 ədəd "Smartbuy Fleşkart", 1 ədəd "Mikrotile Fleşkart", 1 ədəd "qara korpuslu 32 GB Fleşkart", 1 ədəd "Qara korpuslu Fleşkart", 1 ədəd "Translend 4GB Mikro Fleşkart", 1 ədəd "SenDisk 4GB Fleşkart", 1 ədəd "USB adaptor", 1 ədəd "TP-link router”, 1 ədəd "MOL:WD82PURZ-85TEUYO HARD DİSK", 1 ədəd "6 çıxışlı AJAX USB", 1 ədəd "Ağ korpuslu Fleşkart", 1 ədəd "Ajax HubzPlus (daxilində SİM kart Kiyevstar olan)”, 1 ədəd "PARTİZAN Videoregistr", 1 ədəd "Mikrotik SN:8A450B485D3C/948 nömrəli router", 1 ədəd "Mikrotik SN:692B05C3C9D5/618 nömrəli router", 1 ədəd "UBİQUİTTİ USB SWİCH (daxilində 8GB Fleşkart olan)", 1 ədəd "Kustar üsulla hazırlanmış yaşıl rəng SİMBOX" (SİM-kartlı),1 ədəd "Qara korpuslu **********0040 nömrəli yönləndirici", 1 ədəd "Mikrotik SN:F19F06E14FBE/630 nömrəli router” , 2 ədəd "ağ rəng UBİQUİTTİ Acsess Point", 1 ədəd "PARTİZAN videoreqstr”, 1 ədəd "HİKVİSİON videoregstr” və 1 ədəd "BDCOM" markalı modem Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil vərilməklə dövlət nəfinə müsadirə edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –200 (iki yüz) manat məbləğində pul vəsaiti X12 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-1.4.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və X18 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X13 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 06 oktyabr 2023-cü il tarixdən hesablansın. X20 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X20 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən X20 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının ərazi hüdudlarından kənara məcburi çıxarılsın. X13 ərazi hüdudlarından kənara çıxarılmasının icrası cəzaçəkmə müəssisəsinə həvələ edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan "Xiaomi Mi 9T Pro" markalı mobil telefon, 1 ədəd "Nokia İMEİ**********28893 (daxilində SİM kart olan)" markalı mobil telefon, 1 ədəd "Xiaomi" markalı mobil telefon və 1 ədəd "ACER NUSGDEV002237İDAB77614" markalı kompüter ,"SAMSUNG" HE5021J markalı sərt disk, 1 ədəd "Smartbuy Fleşkart", 1 ədəd "Mikrotile Fleşkart", 1 ədəd "qara korpuslu 32 GB Fleşkart", 1 ədəd "Qara korpuslu Fleşkart", 1 ədəd "Translend 4GB Mikro Fleşkart", 1 ədəd "SenDisk 4GB Fleşkart", 1 ədəd "USB adaptor", 1 ədəd "TP-link router”, 1 ədəd "MOL:WD82PURZ-85TEUYO HARD DİSK", 1 ədəd "6 çıxışlı AJAX USB", 1 ədəd "Ağ korpuslu Fleşkart", 1 ədəd "Ajax HubzPlus (daxilində SİM kart Kiyevstar olan)”,1 ədəd "PARTİZAN Videoregistr",1 ədəd "Mikrotik SN:8A450B485D3C/948 nömrəli router", 1 ədəd "Mikrotik SN:692B05C3C9D5/618 nömrəli router", 1 ədəd "UBİQUİTTİ USB SWİCH (daxilində 8GB Fleşkart olan)", 1 ədəd "Kustar üsulla hazırlanmış yaşıl rəng SİMBOX" (SİM-kartlı),1 ədəd "Qara korpuslu **********0040 nömrəli yönləndirici", 1 ədəd "Mikrotik SN:F19F06E14FBE/630 nömrəli router” , 2 ədəd "ağ rəng UBİQUİTTİ Acsess Point", 1 ədəd "PARTİZAN videoreqstr”, 1 ədəd "HİKVİSİON videoregstr” və 1 ədəd "BDCOM" markalı modem Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil vərilməklə dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –200 (iki yüz) manat məbləğində pul vəsaiti X12 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vəsitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti vərilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti vərilmədikdə, hökm həmin müddət başa çatdığı vəxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədovə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar