Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-86/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Salyan Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli, 1(057)-71/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi CM-nin 67.1ci maddəsinə əsasən cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 30 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 iyun 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 47-ci küçədə yerləşən X3 məxsus olan, yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin giriş qapısı vasitəsilə qanunsuz daxil olub, otaqda saxlanılan 1800 manat dəyərində 1 ədəd uzunluğu 240 sm, eni isə 180 sm olan masa və 8 ədəd uzunluğu 110 sm, eni isə 51 sm ölçüdə oturacaq hissəsi (55x43sm) parçadan ibarət olan klassik dizaynlı mebel dəstini gizli talamaqla zərərçəkmiş şəxs X3 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evində ailəsilə birlikdə kirayədə yaşayır. 2012-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və 2015-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilmiş, 2018-ci ilin avqust ayında cəzanın sonu ilə azadlığa buraxılmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq iş olduqda fəhləliklə məşğul olaraq qazanc əldə edir. Badamdar qəsəbəsində fəhlə işlədiyi vaxt Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yarımtikili fərdi yaşayış evdə kimsənin yaşamadığını müşahidə edib bilmişdir. Maddi vəziyyətilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlmiş və həmin evə daxil olaraq oradan hər hansı bir əşya oğurlamağı və satışından qazanc əldə etməyi düşünmüşdür. Bunun üçün o, 15 iyun 2020-ci il tarixdə saat 20 radələrində oğurluq etmək məqsədilə 3-cü yaşayış massivində yerləşən bu evin yanına gəlmişdir. Evin hasarında olan dəmir tor vasitəsilə həyətə daxil olmuşdur. Həyətdə yarımtikili, qapı və pəncərələri olmayan evin olduğunu, həmin evin yanında kiçik sahəli tikilinin olduğunu görmüşdür. Həmin tikilinin plastik qapısı tam açıq vəziyyətdə olmuşdur. Həmin qapıdan daxil olmuş, orada mebel əşyalarının, paltaryuyan, televizor və qaz sobasının olduğunu görmüşdür. Lakin həmin əşyaların köhnə olduğunu görüb, arasında olan mebel dəsti, yəni oturacaqlarla masanı oğurlamağa qərar vermişdir. Masa sökülmüş vəziyyətdə olmuşdur. Həmin yerdən o, istifadəsində olan ***-***-**-** nömrəsindən hazırda xatırlamadığı taksi şirkətinə zəng etmiş və həmin ünvana taksi sifariş etmişdir. Bir neçə dəqiqə sonra nömrə nişanını və markasını bilmədiyi taksi avtomobili gəlmişdir. O, həmin mebel dəsti taksi avtomobilinə yükləmişdir. Daha sonra oradan uzaqlaşıb tanışı Elçin adlı şəxsin Badamdar qəsbəsi 3-cü yaşayış massivində yerləşən yaşadığı yarımtikili evin qarşısına gəlmişdir. Daha sonra oğurladığı mebeli taksidən düşürüb Elçinin evinə aparmışdır. Lakin Elçin evdə olmadığından bu barədə Elçinin xəbəri olmamışdır. Elçinin yaşadığı evin qapısında kilid olmurmuş, sadəcə örtülərək bağlanırmış, bu səbəbdən də o, Elçinin yaşadığı evə daxil ola bilmişdir. Növbəti gün Elçini gördükdə bildirmişdir ki, yaşadığı evin ikinci mərtəbəsinə xalası oğluna məxsus mebel dəsti qoymuşdur və xalası oğlunun gəlib götürəcəyini bildirmişdir. O, Elçinə həmin mebeli 3-cü yaşayış massivində yerləşən və sonuncunun ona göstərdiyi evdən oğurladığını deməmişdir. Düşünmüşdür ki, həmin mebelə müştəri taparaq satışından pul əldə edər. Lakin müştəri tapmaqda çətilik çəkdiyi üçün uzun müddət keçmiş və mebel isə Elçinin yaşadığı evdə qalmışdır. 02 iyul 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və etdiyi cinayət əməlini etiraf etmiş, mebel dəstini isə təqdim etmişdir. Məhkəmənin iclasında iştirak edən zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu H.ünvan 1 ünvanda yaşayır. Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 47-ci küçədə (həmin ərazidə dəqiq ünvan bilinmir) ona məxsus olan yarımtikili fərdi yaşayış evinin yanında 2013-cü ildə təxminən 50 kv/metr sahəsi olan həyət evi tipli tikili olmuş və həmin tikilidə nəzarət etmək üçün 2017-ci ilə qədər müddət ərzində yaxın tanışları yaşamışlar. Həmin vaxtdan sonra ev boş qalıb, yəni heç kim yaşamayıb. Ətrafda yaşayış evləri olduğuna görə heç bir təhlükə olmadığını güman edirmişlər, ona görə də evdə bütün məişət əşyaları olmaqla evin qapısını bağlamışlar və hərdən özləri və qardaşı evə nəzarət edirmişlər. 09 dekabr 2019-cu il tarixdə o, həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasına getmiş, bütün dünyada yayılan Covid19 pandemiyası ilə əlaqədar ölkədə və ətraf ölkələrdə yaranmış karantin rejimi ilə bağlı bir neçə ay müddətində Azərbaycan Respublikasına qayıda bilməmişlər. 18 iyun 2020-ci il tarixdə qardaşı Şahid1 ona zəng vuraraq evə baxan zaman evdəki əşyaların oğurlandığını aşkar etməsini bildirmiş və o, qardaşı Şamilə bildirmişdir ki, təxminən 23 000 manat dəyərində əşyalar oğurlanmışdır. 30 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışlar. Ona məxsus olan həmin evdən 830 manat dəyərində bir ədəd Bakon tipli kondisioner, “Polo” firmasının istehsalı olan 600 manat dəyərində hamam aksesuarları, bir ədəd masa, səkkiz ədəd stolu ilə dəst ümumi dəyəri 4200 manat, bir ədəd uşaq maşını, CİP model dəyəri 400 manat, kombi qızdırıcıları su ilə altı ədəd, elektriklə 3 ədəd “Panasonic”, “ Zass”, “Ufoo” firmasının istehsalı 300 manat, bir ədəd işlək vəziyyətdə olan soyuducunun motoru 700 manat dəyərində, 1 ədəd “BMW” markalı maşının 100 ABŞ dolları dəyərində olan radiatoru, qış yolka dəsti oyuncaqları ilə birlikdə 500 manat dəyərində, bir ədəd uşaq kolyaskası 400 manat dəyərində, 2 ədəd ümumi dəyəri 800 manat olan xalça, asma tavan qutuda 15 kvadrat metr 200 manat dəyərində, iş alətləri 300 manat dəyərində olan əşyalar naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu əşyaların içində işlənmiş əşyalar da olmuşdur. Oğurlanmış əmlakın ümumi dəyəri 9 400 (doqquz min dörd yüz) manatdır. O, həmçinin Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs X2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ev 50 ünvanda ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü masiv 47-ci küçədə, dəqiq ünvanı məlum olmayan, bacısı X3 məxsus olan yeni tikilməkdə olan üçmərtəbəli fərdi yaşayış evinin yanında da hal-hazırda istifadəsiz əşyaların saxlanılması üçün nəzərdə tutulan təxminən 50 kv/metr sahəsi olan həyət evi tipli tikili vardır. X10 2019-cu ilin dekabr ayında həyat yoldaşı və uşaqları ilə birlikdə Rusiya Federasiyasına getmiş, pandemiya başlayandan Azərbaycan Respublikasına qayda bilməmişlər. Bu səbəbdən Badamdar qəsəbəsində olan, bacısına məxsus yarımtikli binaya özü nəzarət edirdi və tez-tez gedib ora vaxırdı. 14 iyun 2020-ci il tarixdə o evə getmiş və tikilidə olan əşyaların yerində olduğunu görmüşdür. 18 iyun 2020-ci il tarixdə saat 22:30 radələrində qeyd olunan tikiliyə, xüsusən də tikilinin yanında olan istifadəsiz əşyalar qoyulmuş yerə baxmaq üçün getmiş, qapıya baxan zaman skoçla bağlandığını görüb şübhələnmiş və skoçu açıb içəri girən zaman otaqda ortaya yığılmış mebellərin yerində olmadığını görmüş, əşyaların oğurlandığını anlayaraq bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bacısı ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Sonuncu dəfə həmin tikilidə 4-5 gün əvvəl olmuşdur. Məhkəmə Elspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 oktyabr 2020-ci il tarixli 9/3711 №-li ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd uzunluğu 240 sm, eni isə 180 sm olan masa və 8 ədəd uzunluğu 110 sm, eni isə 51 sm ölçüdə oturacaq hissəsi (55x43sm) parçadan ibarət olan klassik dizaynlı mebel dəstinin istifadə olunması və xüsusiyyətləri nəzərə alınmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1800,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. 12 dekabr 2020-ci il tarixli qərarı ilə 1 ədəd uzunluğu 240 sm, eni isə 180 sm olan masa və 8 ədəd uzunluğu 110 sm, eni isə 51 sm ölçüdə oturacaqlardan ibarət olan klassik dizaynlı mebel dəsti maddi sübut hesab edilmişdir. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 30 aprel 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü masiv 47-ci küçədə yerləşən fərdi yaşayış evindən X3 məxsus oğurlanmış 1 ədəd masa və 8 ədəd stul, 3 divar kağızı və taxta parçası Səabail RPİ-nin 41-ci Polis Bölməsində saxlanılır. X3 dəgələrlə ona məxsus əşyaları Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inzibati bimasından götürməsini bildirməsinə baxmayaraq o yaxınlaşıb özünə məxsus əşyaları götürməmişdir. 19 iyun 2020-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. 02 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli şəxs qismində tutulmuşdur. 03 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, 4(009)-336/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. 03 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-86/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Aslan Əsgərov barəsində əvvəl seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. 29 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 7 ünvanında Səbail RPİ-nin 41ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman əlində olab bıçaqla qol və qarın nahiyyələrinə kəsici-deşici zərbələr vuraraq özünə yetirdiyi xəsarətlərə görə polis işçiləri tərəfindən dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmış və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş 17/38-3838, 07.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları tərəfindən tutulmuş və 18 may 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 21 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs gizli taladığı əmlakın dəyəri 1800 manat müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 21 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. 22 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilmişdir. 21 dekabr 2020-ci il tarixli qərarla X2 evindən 830 (səkkiz yüz otuz) manat dəyərində 1(bir) ədəd Bakon tipli kondisioner, “Polo” firmasının istehsalı olan 600 (altı yüz) manat dəyərində hamam aksesuarları (unitaz, tülpan, duş avadanlıqları, əl-üz yuyan və s.), 1 (bir) ədəd uşaq maşını CİP model dəyəri 400 (dörd yüz) manat, kombi qızdırıcıları su ilə (radiatorlar) 6 (altı) ədəd, elektriklə 3 ədəd “Panasonic”, “Zass”, “Ufoo” firmasının istehsalı 300 manat, bir ədəd işlək vəziyyətdə olan soyuducunun motoru 700 manat dəyərində, 1 ədəd “BMW” markalı maşının 100 ABŞ dolları dəyərində olan radiatoru, qış yolka dəsti oyuncaqları ilə birlikdə 500 (beş yüz) manat dəyərində, 1 ədəd uşaq kolyaskası 400 manat dəyərində, 2 ədəd ümumi dəyəri 800 (dörd yüz) manat olan xalça, asma tavan qutuda 15 kvadrat metr 200 manat dəyərində, iş alətləri 300 (üç yüz) manat dəyərində, ümumi dəyəri 5270 (beş min iki yüz yetmiş) manat olan əşyaların oğurlanması faktına görə hazırkı cinayət işindən ayrıca icraata materialı ayrılmışdır. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli tələbnaməyə əsasən 07.05.1982-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.05.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; - Salyan Rayon Məhkəməsinin 06.03.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 11 (on bir) ay 16 (on altı) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir; - Salyan Rayon Məhkəməsinin 27.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü (CM 67.1) maddələri ilə təqsirli bilinərək 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Salyan Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli, 1(057)-71/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.05.2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üç yetkinlik yaşına çatmayan uşağı var – 05.03.2007-ci il tarixdə anadan olmuş X8, 30.03.2012-ci l tarixdə anadan olmuş X7 və 25.06.2015-ci il tarixdə anadan olmuş X11 Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını, eləcə də dəymiş ziyanın aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 27 may 2015ci il tarixli, 1(057)-71/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.05.2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 30 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin iki il keçmədən, yəni 15 iyun 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində təhlükəli residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 02 iyul 2020-ci il tarixdən 03 iyul 2020-ci il tarixədək, yəni 01 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 29 aprel 2021-ci il tarixdə məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində saxlanılan 1 ədəd uzunluğu 240 sm, eni isə 180 sm olan masa və 8 ədəd uzunluğu 110 sm, eni isə 51 sm ölçüdə oturacaq hissəsi (55x43sm) parçadan ibarət olan klassik dizaynlı mebel dəsti hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs X3 qaytarılması təmin edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 iyul 2020-ci il tarixdən 03 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 05 (beş ) 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində saxlanılan 1 ədəd uzunluğu 240 sm, eni isə 180 sm olan masa və 8 ədəd uzunluğu 110 sm, eni isə 51 sm ölçüdə oturacaq hissəsi (55x43sm) parçadan ibarət olan klassik dizaynlı mebel dəsti hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs X3 qaytarılması təmin edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 ( dörd yüz iyirmi) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-86/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-86/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver