Məhkəmə qərarları › İş №1(009)-87/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-87/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-87/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1986-cı ildə Ermənistan Respublikasının Spitak şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində radələrində ünvan 2 ünvanında yerləşən, “Troya” klubda olarkən həmin vaxt kluba müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, kənar şəxslərin yanında, onların rahatlığını pozmaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sillə və yumruqla bir neçə zərbə vuraraq üst dodağın yumşaq toxumalarının şişkinliyi və qançırı fonunda selikli qişaya qansızma, eləcə də sol gözün ağlı qişasına qansızma, sol göz orbitası ətrafının qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzəli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 12 radələrində dostları ilə birlikdə istirahət etmək üçün Bakı şəhəri, Səbail rayonunda yerləşən “Troya” kluba getmişdir. O, dostları ilə birlikdə masa arxasında əyləşib spirtli içki içmişdir. Bir qədər istirahət etdikdən sonra o, masanın arxa hissəsinə keçib ayaq üstə dayanmışdır. Bu zaman onun yanında dayanan əvvəllər klubda bir neçə dəfə gördüyü, lakin münasibəti olmayan qadın dayanmışdır. Həmin qadın, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona “burda dayanma” demişdir. O, isə Mədinəyə əyləşdiyi stulun arxa hissəsi olduğundan dayanacağını bildirmişdir. Bundan sonra Mədinə onun ünvanına nalayıq ifadələr işlətmiş və həmin yerdə dayanacağı təqdirdə stulu götürüb başına çırpacağını söyləmişdir. O, isə cavabında “çırpa bilirsənsə çırp” demişdir. Zərərçəkmiş şəxs stulu götürmüş və stulun yan hissəsi ilə onu vurmuşdur. O, içkili olduğu üçün bundan əsəbləşmiş və Mədinənin üz nahiyəsindən bir neçə dəfə sillə zərbəsi endirmişdir. O, həmin xanımın ünvanına söyüş söyməmişdir. Zərərçəkmiş şəxs ilə arasında olan münaqişə təxminən 1 dəqiqə davam etmişdir. Mədinə stulu onun sol ayağına vurmuş və o bu zaman heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, eləcə də istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və işə onun iştirakı olmadan xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ayda bir neçə dəfə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Troya” kluba istirahət etmək üçün gedir. xx xxxxxx 2019-cu il tarixdə o, gecə saat 04 radələrində istirahət etmək üçün “Troya” klubda olarkən bir nəfər əvvəllər tanımadığı sonradan adının Elçin olduğunu bildiyi şəxsin ona nalayiq formada baxdığını görmüşdür. Həmin şəxs ona baxdıqdan sonra yaxınlaşıb yanında dayanmış və yenə də ona nalayiq formada baxmağa davam etmişdir.Yanında olarkən o, Elçinin spirtli içki qəbul etdiyini hiss etmişdir. O, həmin şəxsə bu formada baxmamasını bildirmişdir. Həmin şəxs isə ona “baxmağımı istəmirsənsə kluba” gəlmə demişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Elçin ona “baxsam nə edəcəksən” deyə soruşmuşdur. O, da cavab olaraq “stulu götürüb başına çırpacam” demişdir. Elçin isə ona “çırpayanın var yoxunu” deyərək söyüb təhqir etmişdir.Bu zaman o, barın qarşısında olan stulu götürmüş, lakin stul ağır olduğundan çox yuxarı qaldıra bilməmişdir. Bu zaman həmin şəxs yumruqla onun üz nahiyəsinə bir neçə zərbə endirmiş və o xəsarət almışdır.Sonra o, Səbail RPİ-nin 39-cu PB-nə ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs dekabr ayı ərzində bir neçə dəfə “Troya” klubda görmüşdür, lakin onunla hər hansı ünsiyyəti olmamış və adını bilməmişdir. Hadisəni barmen və mühafizəçi, həmçinin klubda olan müştərilər görmüşdür.Hadisə zamanı ətrafda səs küy olmuş və klubda olan müştərilər ora toplaşmışdır.Hadisə zamanı klubun iş fəaliyyəti qısa müddətlik də olsa dayanmış və müştərilərin istirahəti pozulmuşdur.Həmin şəxslə aralarında münaqişə təxminən 1 dəqiqə davam etmişdir. İş üzrə Şahid1 teleqramla məhkəməyə müraciət edərək üzrlü səbəblərdən məhkəməyə gələ bilməyəcəyini, hazırda Yevlax rayoununun Malbinəsi kəndində olduğunu bildirərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən “Troya” klubda mühafizəçi işləyir. Əsas işi klubda mühafizəni təşkil etməkdir. O, əsasən klubun girişində vətəndaşlar içəri daxil olmamış yoxlayıb sonra buraxır. xx xxxxxx 2019-cu il tarixdə o, klubun giriş hissəsində dayanıb kluba girən müştəriləri yoxlayırmış. Gecə saat təxminən 05 radələrində klubun içərisində dava-dalaş olması barədə ona məlumat vermişlər. O, cəld içəri daxil olmuşdur. İçəri daxil olduqda artıq həmin dalaşan şəxsləri aralamışdılar. O, yaxınlaşdıqda həmin şəxslərin kluba daim gəlib gedən Elçin adlı oğlan və digəri də kluba daim gəlib gedən sonradan adını Zərərçəkmiş şəxs görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Mədinə də Elçinin onun vurduğunu və Elçindən şikayət etdiyini bildirmişdir. O, Mədinənin dodağının zədələndiyini və gözünün içərisinin qızardığını görmüşdür. Bundan sonra o, Elçinə yaxınlaşıb hansı səbəbə belə etdiyini soruşmuşdur. Elçin isəMədinənin onu söydüyünü, buna görə də əsəbləşdiyini və sillə ilə vurduğunusöyləmişdir. Bundan sonra o, müşahidə kameralarına baxmış və Elçinin Mədinənin vurduğunu görmüşdür. Daha sonra Elçinin heç yerə getməməsini tapşırmış və Zərərçəkmiş şəxs ərazi üzrə polis bölməsinə aparmışdır. Bölmədə olarkən hadisənin videogörüntüsünü polis əməkdaşına təqdim etmişdir. Zərərçəkmiş şəxs bölmədə ərizə yazmışdır.Bundan sonra o, Elçinə zəng vuraraq bölməyə gəlməsini bildirmişdir. Onlar Elçini bölmədə nə qədər gözləsələr də, Elçin bölməyə gəlməmişdir. Bu hadisədən sonra Elçin kluba da gəlməmişdir və artıq onun telefonlarına da cavab verməmişdir. Elçin daimi kluba gəlib gedən müştəridir. Zərərçəkmiş şəxs da da kluba daim gəlib gedən müştəri olmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hər hansı münasibətin olması barədə məlumatı yoxdur.Hadisə zamanı klubda müştərilər olmuşdur. Hadisədən sonra xəsarət alan qadının səhhəti qaydasında olmuş, lakin xanım olduqca əsəbi olmuş və özünü vuran şəxsin cəzalanmasını istəmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən “Troya” klubda inzibatçı vəzifəsində işləyir. O, əsasən kluba gələn vətəndaşları qarşılayaraq masalarda əyləşdirir. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 04 radələrində o, klubda olarkən səs küy gəldiyini eşitmiş və səs küy gələn tərəfə doğru getmişdir. O, həmin yerə çatdıqda bir nəfər kluba daim gələn qızın dodağının yaralandığını və digər müştərilərin kluba daimi gələn Elçin adlı şəxsi həmin qızdan araladığını görmüşdür. O, qıza yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Qız isə Elçin adlı şəxsin vurduğunu demiş və şikayət edəcəyini bildirmişdir.O, isə qıza, mühafizəçiyə yaxınlaşmasını bildirmişdir. Bundan sonra həmin məsələ ilə mühafizəçi məşğul olmuş və sonrakı işlərdən onun məlumatı olmamışdır. O, həmin xanımı vuran oğlanın adının Elçin olduğunu bilirmiş. Elçin daimi kluba gəlib gedən müştəridir. Xanımın adın bilməsə də xanım da kluba daim gələn müştəri olmuşdur. Elçinlə xanımın arasında hər hansı münasibətin olması barədə məlumatı yoxdur.Hadisə zamanı klubda müştərilər olmuşdur. Hadisədən sonra xəsarət alan xanımın səhhəti qaydasında olmuş, lakin xanım olduqca əsəbi olmuş və özünü vuran şəxsin cəzalanmasını istəmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 791 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-üst dodağın yumşaq toxumalarının şişkinliyi və qançırı fonunda selikli qişaya qansızma, eləcə də sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntüdə Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən “Troya” klubun içərisində bir nəfər qızla oğlanın söhbət etməsi, videogörüntünün 00:47 saniyəsində qızın barın qarşısından stulu əlinə götürməsi, videogörüntünün 00:48-00:52 saniyələrində oğlanın sağ və sol əlləri ilə qızın üzünə zərbələr endirməsi müşahidə olunur. Bu zaman klubda ictimai qaydanın və insanların istirahətinin pozulduğu və yaxınlıqda olan insanların həmin şəxsi qızdan aralaması müşahidə olunur. xx xxxxxx 2020-ci ildə tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan etmək barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00 radələrində tutularaq Səbail RPİ-nə gətirilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən, həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs Səbail rayon polis idarəsinə təqdim etdiyi ərizədə göstərmişdir ki, ona xx xxxxxx 2019-cu il tarixdə “Troya” klubda xəsarət yetirən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcək də olmayacaqdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciət teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 1(101)-1145/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs - xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014cü i tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir; - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 1(101)-1145/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş və xx xxxxxx 2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, zərərçəkmiş şəxsin sağlamlığına yüngül xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 1(101)-1145/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməl xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərin törədilməsi zamanı residiv nəzərə alınmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək,yəni 01 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçitərəfindən ibtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 720 (yeddi yüz iyirmi) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar