Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-87/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 22 iyun 2021-ci il tarixdə saat 11:00-da xx xxxx 1975-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, BibiHeybət qəsəbəsi, Məktəb küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,341 qram narkotik vasitə olan “heroin” əldə edərək, daşımaqla üzərində saxlamaqla əlaqədar ittiham elan olunmuş və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarındakı sənədlərin Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə riayət etmədən tərtib olunması nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 1998-ci ildə ailə həyatı qurub. Bir oğlan övladı olmuş və o, İkinci Qarabağ döyüşlərində şəhid olmuşdur. Məhkumluğu olduğundan yoldaşı ilə rəsmi olaraq boşanıblar ki, gələcəkdə ailəsi buna görə problem yaranmasın. 18 may 2020-ci il tarixdə yaşadığı evə təxminən 150-220 metr qalmış, mülki geyimdə bir neçə şəxs ona yaxınlaşıb bildiriblər ki, polis əməkdaşlarıdır. Bundan sonra onu polis bölməsinə getməyə dəvət ediblər. O, polislərin təklifini qəbul edib və birlikdə 8-ci polis bölməsinə gəliblər. Bölmədə ilk olaraq onu əməliyyatçıların otağında saxlayıblar. Təhqiqatçının otağına aparana kimi əməliyyatçı Azər ona aid olmayan narkotik vasitəni götürüb pul kisəsinin cibinə qoymuşdur. Bundan sonra təhqiqatçının otağında daha əvvəl pul kissəsinin cibinə qoyulmuş bükülünü cibindən çıxararaq masanın üzərinə qoyulmuşdur. Onun üzərində isə ümumiyyətlə hər hansı bir qadağan olunmuş əşya olmamışdır. Qeyd edir ki, ona istinad edilən cinayət əməlini törətməmişdir və buna görə də ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Cinayət məsuliyyətindən azad olunmasını və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 8ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Daxil olmuş əməliyyat məlumatı əsasında müəyyən olunub ki, Bibi-Heybət qəsəbəsi sakini Təqsirləndirilən şəxs adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Məlumatın yoxlanılması məqsədi ilə Bölmənin əməliyyat müvəkkili Razi Məmmədovun və köməklik məqsədi ilə çağırılan DİN-in BNMİ-nin əməkdaşları Natiq İsbatov və Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılıb. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onlar Bibi-Heybət qəsəbəsinə yollanıb. Məlumatda onlara bildirilən Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşıb özlərini təqdim edib Cavidi 8-ci polis bölməsinə dəvət ediblər. Əməliyyat qrupunda olan şəxslərin və həmin bölmənin təhqiqatçısı polis kapitanı Əfqan Əliyevin və müdafiəçi qismində dəvət olunmuş Anar Hadıyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilib. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ arxa cibindən olan pul kisəsinin içərisindən bir ədəd siqaretin şəffaf selofanına bükülü halda narkotik vasitəyə oxşar maddə aşkar edilib. Həmin maddə müvafiq ekspertizaya göndərilib və məlum olub ki, həmin maddə narkotik vasitə olan heroindir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid1, X8, həmçinin əlavə şahid qismində dindirilmiş X7, X11 və X9 ifadələrində şahid X3 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermiş və Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparıldığını göstərmişlər. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1 -ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmçinin, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145.1 -ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunan cinayət-prosessual normalarla müqayisə etməklə məhkumun məhkəmə iclasında göstərdiyi 18 may 2020-ci il tarixdə, ünvan 1 ünvanda olduğu zaman üzərində heç bir narkotik vasitə olmadığı halda polislər tərəfindən saxlanılaraq bölməyə aparılmasını göstərməsi, ibtidai istintaq zamanı verdiyi ifadədən imtina etməsi, iş materiallarında üzərinə axtarış və götürmə aparılması haqqında DVD diskdə video görüntünün olmaması sübutların məhkəmədə tədqiq edilməsini mümkünsüz edir və belə olan halda hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinin pozulduğu müəyyən olunur. Nəticə də, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmır, Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236.1-ci maddəsinə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar olunması, cinayətin törədilmə hallarının və cinayət işi üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin və binaların, sənədlərin və əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 242.1 və 242.3-cü maddələrinə əsasən, əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə və yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə müstəntiq axtarış apara bilər. Toplanmış sübutlarla və əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə, müstəntiq həmin əşya və sənədləri götürə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd əks etdirməklə protokol tərtib edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.3-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Halbuki, 18 may 2020-ci il tarixdə 8-ci Polis Bölməsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən video çəkilişdən istifadə etməklə, baxış zamanı video çəkilişdən istifadə edildiyi halda isə həmin görüntüləri əks etdirən daşıyıcını tərtib edilmiş protokola əlavə etməklə özünü ona istinad edilən cinayət əməlində təqsirli bilməyən Təqsirləndirilən şəxs təqsirinin müəyyən edilməsində mötəbər və təkzibedilməz sübut növü əldə edilmiş olunacaqdı. Lakin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi halda həmin görüntüləri əks etdirən DVD diskdə heç bir video görüntünün olmaması nəticə etibarı ilə isə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qanuni və əsaslı olması görüntüsü yaratmağa cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması istintaq və ya digər prosessual hərəkətlərin kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə olan halda qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş 18 may 2020-ci il tarixli protokol mümkün olmayan sübut kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə görə, sübut kimi qəbul edilə bilməz və bu səbəbdən əhəmiyyətsiz hesab edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 124.1.2.-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2 və 124.2.1 -ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Göründüyü kimi ittiahamın əsaslarından digərini təşkil edən sübut - hal şahidlərinin məhkəmədə verdikləri ifadələri ilə ittihamın irəli sürülməsinə əsas olmuş sübutlar ümumiyyətlə təkzib olunur. Məhkəmə iş materiallarında şəxsi axtarış və götürmə protokolunu əks etdirən DVD diskdə video görüntünün olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, sübut kimi qəbul edilə bilməz və bu səbəbdən əhəmiyyətsiz hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyində ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cinayətin törədildiyinə dair "əsaslı şübhə” obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X4rşı, § 32). Beləliklə, səlahiyyətli orqanların şikayətin əsaslı olub-olmadığını yoxlamaq üçün işlə bağlı başlıca faktları vicdanla araşdırmaması 5-ci maddənin § 1 (c) yarımbəndinə ziddir (Stepulyak Moldovaya qarşı, § 73; Elçi və başqaları Türkiyəyə qarşı, § 674). Nəyin "əsaslı" hesab oluna biləcəyi isə işin hallarından asılıdır (Foks, Kempbell və X4rşı, § 32). Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlara, yəni Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş 18 may 2020-ci il tarixli protokolu, habelə əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının, təhqiqatçının və müstəntiqin şahid qismində verdikləri ifadələrini tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutün mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirb toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindəki pul kisəsinin içərisində bir ədəd siqaretin şəffaf sellofanına bükülü halda təmiz çəkisi 0,341 qram narkotik vasitə olan herion əldə edərək, daşımaqla üzərində saxlamasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Buna görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Cinayət mühakimə icraatının obyektivliyi və qərəzsizliyi, habelə ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən və həm də bəraət verən halları, eləcə də onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit olunmuş digər vəzifələr şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi və yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü və ya müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 11-ci maddəsində, "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində və "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, habelə Azərbaycan Respublikası Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayəti törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret cinayət əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları həmin Məcəllənin tələbinə uyğun qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin sübutların mümkünlüyü məsələsini müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatlar, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilər. Həmin maddə məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilə bilməməsini yeganə bir meyarla onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edir. Onlar qanunun pozulması ilə əldə edildikdə və ya istintaq hərəkətləri qanunun pozulması ilə keçirildikdə, məlumatlar, sənədlər və digər əşyalar cinayət işi üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həllində hər hansı halın sübut edilməsində istifadə edilə bilməz. İstintaq və digər prosessual hərəkətin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaqın keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan bu hərəkətin həyata keçirilməsi halı da aiddir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Barbera, Messegue və Jabordo İspaniyaya qarşı” işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi "X12rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21.1 -ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. İş materiallarında olan sənədlərdən görünür ki, Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və həbs qətimkan tədbiri seçilərək Təqsirləndirilən şəxs tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSYnə təhvil verilərək həbs olunmuşdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və maddi sübut kimi saxlanılan 0,341 qram narkotik vasitə olan “heroin” araşdırma sona çatanadək Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346, 347, 349, 350, 352-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinn araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail Rayon Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,341 qram narkotik vasitə olan “heroin” araşdırma sona çatanadək Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 448 (dörd yüz qırx səkkiz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-87/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-87/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver