Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-87/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilimiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə saat 22:30 radələrində onun idarə etdiyi «Toyota Prius» markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkət edən arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminidə mübahisə etmiş, Zərərçəkmiş şəxs hərəkətdə olan avtomobilin qapısını açmaq istədiyindən avtomobili ünvan 3 ünvanda saxlamış, burada avtomobildən düşüb qaçmaq istəyən Zərərçəkmiş şəxs tutub yerə yıxmış, qısqanclıq zəminində onun baş və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərbələri vuraraq sonuncuya başın sağ təpə nahiyyəsinin hematoması, hər iki gicgah nahiyyələrinin, sağ budun orta 1/3-nin bayır səthinin qançırları, eləcə də, sağ diz oynağı nahiyyəsinin ön səthinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 16 fevral2022-ci il tarixdə saat təxminən 22:30 radələrində o, Badamdar qəsəbəsinə yoldaşı Laləni evə yola salmaq üçün gəlmişdir. Lalənin işlədiyi “OBA” marketə yaxınlaşan zaman Lalənin tanıdığı, amma adını bilmədiyi digər kişi ilə yan-yana getdiyini görmüşdür. Yaxınlaşıb həmin adama demişdir ki “bəs bizim aramızda salam əleykim var idi, bu nə hərəkətdi edirsən” . Həmin şəxs ona cavab vermişdir ki, “Sən səhv başa düşmüsən, mən pul xırdalamağa gedirdim.” Sonradan o, Laləyə avtomobilə əyləşməyi bildirmiş, Lalə avtomobilə əyləşmiş, onlar həmin yerdən uzaqlaşmışlar. Evə gedən zaman aralarında söz mübahisəsi yaranmış və yoldaşı avtomobil hərəkətdə olan zaman qapını açıb düşmək isləmiş və o, bunu görən kimi avtomobili saxlamışdır. Lalə avtomobildən düşən kimi özünü yerə yıxmış və qışqırmağa başlamışdır. Bundan sonra o, avtomobildən düşüb Laləni yerdən durğuzmağa çalışmışdır. Lalə, yerdən durmaq istəməmiş və nəticədə o, Lalənin sifət nahiyəsindən sillə ilə vurmuşdur. Lalədən “Niyə qışqırırsan” deyə soruşmuşdur. Lalə də ona cavabında “ Əl çək məndən, mən səninlə heç yerə getmirəm.” deyə bildirmişdir. Sonradan o, Laləni yerdən qaldıraraq birtəhər avtomobilə əyləşdirmiş, evə yola salmışdır. Sonradan ona polis əməkdaşları zəng vurmuşlar və o, könüllü olaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə yaxınlaşmışdır. O, Laləni 16 fevral 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsinə daxil olduqdan sonra küçənin başladığı yerdən bir qədər irəlidə olan yerdə, üzündən sillə, yumruq və təpiklə vurmuş, sonra Laləni yerdən qaldırıb avtomobilə mindirmişdir. Lalə başından və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. O, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, ev 31-də yaşayır. Təxminən 10 ildir ki, yoldaşı Təqsirləndirilən şəxs Tofıq oğlu ilə ailə qurmuşlar. Bu nikahdan iki azyaşlı övladı var. Demək olar ki, 10 ildir ki, onların arasında ailə problemləri var. Yoldaşı hər dəfə onu cüzi şeylərə görə qısqanır və nəticədə onu döyür. 16 fevral 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində o, Badamdar qəsəbəsində yerləşən iş yerindən çıxan zaman Telman onun iş yerinə avtomobil ilə yaxınlaşmış, düşüb onunla mübahisə etməyə başlamış və zorla avtomobilə otuzdurmuşdur. Avtomobildə olan zaman Telman onu Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsinə döymək üçün aparırmış. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfıq küçəsində o, avtomobilin qapısını açıb düşmək istəmişdir. Telman görəndə ki, o, avtomobilin qapısını açır, tez avtomobili saxlamışdır. O, avtomobildən düşüb qaçmaq istəmişdir. Telman onun dalınca qaçıb, onu tutub yerə yıxmış və təpikləməyə başlamışdır. O, Telmanın əlindən çıxmaq üçün qışqırıb kömək istəməyə başlamışdır. Telman onun qışqırığını eşidib, onun üstünə çıxıb, onun üz nahiyyəsindən bir neçə dəfə yumruq və təpik vurmuşdur. Hadisə yerinə digər avtomobillər yaxınlaşıb ona köməklik etmək isləyən zaman, Telman onu tez yerdən qaldırıb yenidən avtomobilə itələmişdir. Həmin vaxt onların ardınca avtomobil gəldiyinə görə Telman onu evə düşürmüş və özü isə harasa getmişdir. Sonradan o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən zəng vurub polisə çağırmışlar. Telman onu 16 fevral 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsinə daxil olduqdan sonra, küçənin başladığı yerdən bir qədər irəlidə yerə yıxıb, üzündən sillə, yumruq və təpik ilə vurub, sonradan yerdə sürümüşdür. O, başından və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs onu yersiz yerə qısqanmışdır. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə-tibb ekspertizasının 17 fevral 2022-ci il tarixli 102 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – başın sağ təpə nahiyyəsinin hematoması, hər iki gicgah nahiyyələrinin, sağ budun orta 1/3-nin bayır səthinin qançırları. Eləcə də, sağ diz oynağı nahiyyəsinin ön səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16 fevral 2022-ci il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. 17 fevral 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 mart 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, bəraətverici əsaslar olmadan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, həmçinin özünün və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-87/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-87/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver