Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-88/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid2, Müdafiəçi: Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə saat 12:35-də xx xxxxxx 1951-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Masallı rayon, Öncəqala kəndində qeydiyyatda olan. Bakı şəhəri, Səbail rayonu. 20-ci sahə, Nestrov küçəsi 8D-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 2015-ci ilin əvvəllərində nəvəsi X4 ilə Şahid1 evli olduqları müddət ərzində sonuncuların yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu 54V ünvanında ona aşkar surətdə on dörd yaşına çatmadığı məlum olan, xx xxxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən onun dodaqlarından, boyun və sinə nahiyələrindən öpərək, sonuncunun cinsiyyət orqanına öz cinsiyyət orqanını sürtməklə, eləcə də Zərərçəkmiş şəxs cinsiyyət orqanından öpərək, on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs nəvəsi Rahilə ilə Zaməddinin evli olduqları müddət ərzində bir qohum kimi sonuncunun evinə gedibgələndə görüb tanıdığını, eyni zamanda Zaməddinin ona deyəndə onların evlərində müəyyən elektrik nasazlıqları ilə bağlı təmir işlərini gördüyünü, təxminən 3-4 il əvvəl Zaməddinin onun nəvəsi Rahilədən ayrıldığını, hazırda Zaməddinin başqa bir qadınla evli olduğunu, onlarla qohum olduğu müddət ərzində Zaməddingilə gedəndə Günay azyaşlı balaca qız olduğu üçün bir nəvə kimi onu görüb üzündən öpdüyünü, lakin heç bir vaxt ona qarşı ehtiras hissi ilə əxlaqsız hərəkətlər etmədiyini. Həmçinin Təqsirləndirilən şəxs, hazırki cinayət əməlini törətmədiyini, Zərərçəkmiş şəxs qarşı heç bir əxlaqsız hərəkətlər etmədiyini, sadəcə olaraq onu nəvəsi yaşında olduğu üçün üzündən öpdüyünü, yaşını, ailə vəziyyətini, əvvəllər məhkum olunmamasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, tanınmaya təqdim etmə, üzləşdirmə, hadisə yerinə baxış və ifadənin yerində yoxlanması protokolları, ekspert rəyləri və digər istintaq sənədlərilə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi Şahid2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bildirmişdir ki, valideynləri ayrılmışdır. Məhkəmə prosesində anasını istədiyi üçün anası ilə qalmış, daha sonra təxminən 2019-cu ilin sentyabr ayında anası ona baxa bilmədiyi üçün onu Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 nəzdində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsinə gətirmişdir. Rəhbərlik tərəfindən həmin müəssisəyə qeydiyyata alınmış və həmin gündən həmin müəssisədə yaşamış, müəssisədə olan müddət ərzində sosial-psixoloji reabilitasiya işləri üzrə psixoloq Gülnaz xanımla hərdən tez-tez söhbətlər etmiş, söhbət zamanı ona keçmiş həyatında olan cinsi zorakılığa məruz qalmağı ilə bağlı hadisələri ona danışmışdır. Əvvəllər anası ilə birlikdə dayısı Zaməddinin evində qalan vaxtlar onun evinə tez-tez qohumu olan Fikrət adlı şəxs gəlib-getmişdir. Fikrət, Zaməddinin evində elektriklə bağlı nasazlıq olanda gəlib təmirlə bağlı işlər görmüşdür. Bir gün Fikrət evə gələndə özü evdə tək olmuş, Zaməddin və anası isə işə getmişdir. Fikrət tək evə gəlib ondan xoşu gəldiyini bildirib ona yaxınlaşıb dodaqlarından, boynundan, sinəsindən öpməyə başlamış, sonra Fikrət onun əynində olan paltarlarının hamısını soyundurmuş, Fikrət özü isə tək şalvarını və turusasını aşağı çəkib cinsiyyət orqanını çıxartmış, daha sonra onu anası ilə onun qaldığı yataq otağında olan stolun üstünə çıxarıb uzatmış və cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtmüş, eyni zamanda Fikrət onun cinsiyyət orqanından öpmüş, lakin cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə yeritmədiyini və Fikrətlə cinsi əlaqədə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər etmək üçün ona hər hansı bir zor tətbiq etməmiş, eyni zamanda ona qarşı hər hansı bir hədə-qorxu gəlməmiş, anası ilə birlikdə dayısı Zaməddinin evində qaldığı müddət ərzində dayısı Zaməddinin Rahilə adlı qadınla evli olduğunu, lakin sonradan onların ayrıldıqlarını eşitdiyini, daha sonra Zaməddinin Əfsanə adlı qadınla ailə qurduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs təxminən 2015-ci ilin əvvəllərində Zaməddingilə gəlib-gedəndə ona qarşı əxlaqsız hərəkətlər etmiş, həmin zamanlar yaşı çox az olduğundan Fikrətin ona qarşı etdiyi əxlaqsız hərəkətlərin mahiyyətini dərk etməmiş, ona görə də bu barədə heç kəsə heç bir söz deməmiş, eyni zamanda Fikrətin ona əxlaqsız hərəkətləri edəndə evdə ikisindən başqa heç kəs olmadığını, belə ki, anasının və dayısının səhər evdən çıxıb, axşamlar evə gəldiyini bildirmişdir. Rahilənin isə hərdən evdən çıxıb harasa getdiyini, lakin Rahilə ona bu barədə heç nə demədiyi üçün onun hara getdiyini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 nəzdində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsində mütəxəssis psixoloq vəzifəsində işlədiyini, xx xxxxxxx 2019-cu il tarixdə Səbail rayon İcra Hakimiyyəti tərəfindən Zərərçəkmiş şəxs kimsəsiz və baxımsız kimi müəssisəyə gətirildiyini və həmin gündən sonra o, müəssisədə rəsmi qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs ilə tərəfindən dəfələrlə aparılmış psixoloji söhbətlər zamanı o, dayısı Zaməddinin yaşadığı evində anası ilə birlikdə yaşadığı müddət ərzində dayısı Zaməddinin qohumu Fikrət adlı şəxsin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Belə ki, Günay dayısı Zaməddinin yaşadığı evində sonuncunun qohumu Fikrət adlı şəxsin onlara evdə baş verən elektrik nasazlıqları ilə bağlı təmir üçün gəldiyini, həmin günlərin birində Fikrət Zaməddingilin evinə gəldiyini, həmin zaman Zaməddin və Günayın anası evdə olmadıqlarını, Fikrət Günayı anası ilə yatdığı otağa aparıb onu soyundurub dodaqlarından, döşlərindən və cinsiyyət orqanından öpdüyünü demiş, yuxarıda qeyd eldiyi hadisələri Günayın ona dəfələrlə onunla apardığı psixoloji söhbətlər zamanı hər dəfə eyni ilə şərh etdiyini, bu barədə müəssisənin rəhbərliyi Xəyalə xanıma məruzə etdikdən sonra sonuncu tərəfindən Günayın cinsi zorakılığa məruz qalması barədə Səbail rayon prokurorluğuna müraciət ünvanlandığını, Günayla aralarında olan söhbətlər zamanı onun əqli inkişafında, eyni zamanda onun bu kimi hadisələri və ümumiyyətlə özündən uydurmağa meyilli olması tərəfindən aşkar edilmədiyini, onunla dəfələrlə olan söhbətlər zamanı hər dəfə qeyd etdiyi hadisəni əksiksiz olaraq təsvir edib şərh etməsi, həmçinin həmin hadisəni şərh edərkən psixi sarsıntı keçirərək titrəmələri, ağlamaları və s. hərəkətləri də onun həmin hadisəni özündən uydurmağa meyilli olmamasına dəlalət etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısı qızıdır. Günaya qarşı əxlaqsız hərəkətlər olunması ilə bağlı sonradan məlumatı olmuşdur. Təqsirləndirilən şəxs tanıyır və Təqsirləndirilən şəxs onun birinci həyat yoldaşı X1 babasıdır. Rahilə Eyvazova ilə təxminən 2012-ci illərdə ailə həyatı qurmuş və təxminən üç il evli qaldıqdan sonra müəyyən məsələlərə görə onunla rəsmi olaraq ayrılmış, təxminən 6 aydan sonra hazırki həyat yoldaşı X3 ilə ailə həyatı qurmuşdur. Rahilə və Əfsanə ilə evli olduğu müddət ərzində bacısı Zeynəb və qızı Günay onun yaşadığı evdə yaşamışlar. Əfsanə ilə ailə qurduqdan sonra 7 ay başqa bir evdə yaşamış, sonra həmin evə qayıtmış və bacısı ilə aralarında olan müəyyən məsələlərə görə 2017-ci ilin avqust ayında onu və qızı Günayı evdən çıxartmış, 2019-cıı ilin avqust ayının ortalarından sonra Rusiya Federasiyasına getmiş və təxminən iki aya yaxındır Bakı şəhərinə qayıtmışdır. Rusiya Federasiyasında olarkən həyat yoldaşı Əfsanə ilə danışanda sonuncunun ona 2015-ci ilin yay aylarında Rahilə ilə evli olduğu müddət ərzində Rahilənin babası Fikrətin Günaya qarşı yaşadıqları evdə əxlaqsız hərəkətlər etdiyini demiş, lakin əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs nəvəsi Rahilə ilə evli olduğu müddət ərzində Fikrətin onların yaşadığı evə gəlib-getmiş, eyni zamanda Fikrət onların evində olan müəyyən elektrik nasazılıqları ilə bağlı təmir işləri də görmüşdür. Həmin zamanlar özü evdə olmadığı vaxtlarda da Fikrətin onun evinə gəlib-getmiş və həmin zamanlar Fikrətin bir qohum kimi gəlib getdiyini zənn etmişdir. Özünün evdə olmadığı zamanlar da Rahilənin müəyyən vaxtlarda ona zəng vurub tək müəyyən yerlərə getməsi barədə məlumat vermiş, Rahilə müəyyən yerlərə gedəndə Günayı özü ilə aparmışdır. Bundan başqa Günayın anası Zeynəbin də səhər çıxıb axşamlar evə gəldiyini, ona görə də Günayın müəyyən vaxtlarda evdə tək qaldığı hallar olduğunu göstərmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş X3 ifadəsində göstərmişdir ki, Şahid1 onun həyat yoldaşıdır. Zaməddinlə xx xxxx 2016-cı il tarixdə rəsmi ailə qurmuş və birgə nigahlarından bir azyaşlı qız övladları olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs da tanıyır, Zərərçəkmiş şəxs onun həyat yoldaşı Zaməddinin doğma bacısı qızıdır, əvvəllər Günay və anası Zeynəbin Zaməddinin evində yaşamışlar. Lakin Zeynəb həyat yoldaşından rəsmi olaraq ayrılmışdır. Zaməddinlə ailə quran gündən yəni, xx xxxx 2016‑cı il tarixdən təxminən 7 ay müddətində 2017-ci ilin fevral ayınadək Bakı şəhərində Keşlə qəsəbəsində kirayəşin yaşamışlar. Zaməddinlə kirayədə yaşadığı müddət ərzində isə Günayla anası Zeynəbin Zaməddinin evində yaşamışlar. 2017‑ci ilin fevral ayında Zaməddinin Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu 54V-də yerləşən evinə qayıtmışdır. Günayla anası Zeynəbin 2017-ci ilin avqust ayında Zaməddinin evdən çıxmışlar, həmin gündən sonra onlarla aralarında əlaqə kəsilmişdir. X6 qoyub Türkiyə Respublikasına getdiyini eşitmişdir. Həyat yoldaşı Zaməddinin Fikrət adlı bir tanışı var idi, belə ki, Fikrət adlı şəxs onlarla yaxınlıqda yaşayırmış. Günay və anasının onlarla təxminən 6 ay ərzində yaşadıqları müddət ərzində heç bir yerdə işləmədiyi üçün daimi olaraq evdə olmuş və Fikrət adlı şəxs həmin müddət ərzində onların yaşadığı evə gəlməmiş, lakin Zaməddinlə həmin evdə yaşamadığı müddət ərzində Fikrət adlı şəxs həmin evə gəlib-getməsi, həmçinin Günaya qarşı əxlaqsız hərəkətlər etməsi barədə hər hansı bir məlumatı olmamışdır. Həmin Fikrət adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu və Səbail rayonu, 20-ci sahədə yaşadığını bildiyini, həyat yoldaşı Zaməddinin deməsinə görə onlar ailə qurmamışdan əvvəl Fikrətin daimi olaraq yaşadıqları evə gəlib-getdiyini, evdə olan müəyyən elektrik və s. nasazıqlarla bağlı təmir işlərini gördüyünü göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş xx xxxxxx 2019-cu il tarixli şəxsin tanınması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs biribirilərindən kəskin fərqlənməyən üç nəfər şəxslərlə birlikdə azyaşlı Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və sonuncu Təqsirləndirilən şəxs tam yəqinliklə tanıyaraq, sonuncunun ona qarşı əxlaqsız hərəkətlər edən şəxs olduğunu bildirmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2006-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur və yetkinlik yaşına çatmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 618 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmaya dəlalət edə bilər. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasından alınmış xx xxxxxx 2020-ci il tarixli MPEM-89 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Materialdan və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəliyin və kəmağıllılığın əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hal-hazırda psixiatrik müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstraverte daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçilik, sərbəstliyə və müstəqilliyə can atmaq, diqqət mərkəzində olmağa maraq göstərmək, cəlbedici davranışı ilə ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir. Onda özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə pataloji meyillilik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs intellektual imkanları, yaş və fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla, o, hal-hazırda qərarın təsvir hissəsində göstərilən, ona qarşı edilmiş hərəkətlərin xarakter və mənasını, mahiyyətini dərk etmək, anlamaq qabiliyyətinə malikdir. Lakin yetkinlik yaşına çatmadığından ola biləcək nəticələri proqnozlaşdırmaya bilərdi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Təcrübi və Tədris Birliyindən alınmış xx xxxxxx 2020-ci il tarixli 48 saylı rəydən görünür ki, X2 xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasından alınmış xx xxxx 2020-ci il tarixli 735 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli və psixi durumunda hər hansı bir dəyişiklik aşkar olunmur. Düzgün qavramaq, təsvir etmək, məlumat çatdırmaq və ifadə vermək qabiliyyətinə malikdir. Emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq, tənzimlənməsində hər hansı bir dəyişiklik müəyyən edilmir. Eqosentrizm, kobudluq, höcətlilik, kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa pataloji meyillilik əlamətləri aşkar olunmasa da, situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail rayon prokuroru Natiq Əsədovun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini, öz müdafiəsi üçün dəlil gətirərək zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs öz nəvəsi yaşında olduğu üçün yalnız üzündən öpdüyünü, uşağa qarşı hər hansı bir əxlaqsız hərəkət etmədiyini həmçinin hadisənin baş verdiyi evə yalnız elekriklə bağlı yaranan problemləri həll etmək üçün getdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, eləcə də cinayət işinin materiallarında olan digər sənədlərlə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətməsi yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, ilk dəfə az ağır cinayət törətməsini və yaşını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, “Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1997-ci il tarixli 3 nömrəli qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124‑cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun əməlində cinayət tərkibi var və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, ona aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməsi ilə əlaqədar cinayəti törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmasını və həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq onun üzərində qəti cəza saxlanılmalınmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini nəzərə alaraq, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməklə həbs qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəlinin hökm elan edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351- 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili X5tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəməyədək icraat dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat tutulub “xxxxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına, Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-88/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-88/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver