Məhkəmə qərarları › İş №1(009)-88/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-88/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-88/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu Tircan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Səbail rayonunun ərazisində yerləşən Xəqani bağına gedərək orada iki qadınla söhbət edən, tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşıb, heç bir səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, onun qadınlarla burada oturub söhbət etməsini düzgün hesab etmədiyini düşünüb eqoizm nümayiş etdirməklə, özünün düşündüyünü cüzi səbəb kimi bəhanə etməklə, söhbət əsnasında sonuncunu münaqişə etmək üçün bağın içində yerləşən hovuzun kənarına aparmış, orada gözlənilmədən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən vurmuş, sonuncu üzü üstə yerə yıxılmış, nəticədə üst dodağın sol yarısının sıyrığı, solda dodaq haşiyəsinin və selikli qişasının mərkəzə yaxın proyeksiyasının cərrahi tikişli əzilmiş yarası, alt çənədə sağ 4-cü dişin travmatik amputasiyası, diş ətinə qansızma kimi həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül, çənə sümüyünün iki tərəfli yerdəyişmiş qapalı sınığı ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən az ağır dərəcəli bədən xəsarətləri yetirmiş, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Cafecity” kafesində xidmətçi işləyir. Pandemiya ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdən etibarən işləmir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində onunla birlikdə işləyən iş yoldaşları Xəyal və hər ikisinin adı Rüstəm olan üç iş yoldaşı ilə işdən çıxdıqdan sonra pivə içmişlər. O, sonra əlavə viski də içmişdir. İş yoldaşları ilə xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə saat 05 radələrinə qədər Nizami küçəsi tərəfdə gəzişmişlər və gəzərək Xaqani bağına getmişlər. Bağın içində bir nəfər tanımadığı oğlan iki qızla söhbət edirmiş. Baxanda qızların yüngül həyat tərzi keçirdikləri görünürmüş. Onlar da bu şəxslərlə söhbət etmiş, söhbət əsnasında qızların yanında olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs adlı şəxs olmuşdur. Sərxoş olduğu üçün Elnur Zrynalovla mübahisənin hansı səbəbdən yarandığını xatırlamır. Aralarında mübahisə yaranmış, onunla birlikdə olan iş yoldaşları onu çəkib oradan kənara aparmışlar. Onlar da bağın içində olmuş, lakin biraz kənarda olmuşlar. O, iş yoldaşlarının söhbətə başlarının qarşıdığını görmüş, sonunculardan ayrılıb həmin Zərərçəkmiş şəxs yanına qayıtmışdır və yumruq zərbəsi ilə oğlanın sifət nahiyyəsindən vuranda oğlan üzü üstə yerə yıxılmışdır. Həmin vaxt bunu görən dostları qaçaraq gəlmişlər ki, onları aralaşdırsınlar. Lakin çata bilməmişlər, çünki o, həmin oğlanı vurmuş, oğlan yerə yıxılmışdır. Onlar oradan uzaqlaşaraq getmiş, təxminən 20 dəqiqədən sonra fikirləşmişdir ki, qayıdıb oğlana kömək etsinlər, lakin qayıdan zaman oğlanın orada olmadığnı görmüşlər. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi birlikdə ünvan 1 ünvanda qeydiyyatda olsa da, Abşeron rayonu, Koroğlu küçəsi ev 52 ünvanda yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Səbail rayonu ərazisində yerləşən Xaqani adlanan bağa getmiş, bağda iki qızın oturduğunu görmüş, qızların yanında oturacaqda oturaraq söhbət etmiş, söhbət əsnasında qızlarla tanış olmuş, biri adının Leyla, digəri isə Səbinə olduğunu demişlər. Birlikdə xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə saat 02-03 radələrinə qədər orada söhbət edirmişlər, həmin vaxt bağa dörd nəfər gənc oğlan gəlmiş, üz-üzə oturacaqda oturararaq söhbət edir arada qızlarla danışırmışlar. O, telefonu qıza saxlamaq üçün verəndə, həmin dörd oğlandan biri “sən telefonu civiyə niyə verirsən” deyə bildirmişdir. O, cavabında sonradan adını Ruslan olduğunu bildiyi çəxsə «bizim qızlarla aramızda elə bir münasibət yoxdu nə üçün belə deyirsən» deyə cavab vermişdir. Ruslan Priyevə sözü acıq gəlmiş, onunla mübahisə etməyə başlamış, o, Ruslanın sərxoş olduğunu hiss etmiş və sakit olub getməsini xahiş etmişdir. Ruslan da demişdir ki “kənara gəl səninlə söhbətim var”, o, Ruslanın yanına gedəndə Ruslanlaın yanında gələn oğlanlardan biri aralaşdıraraq aparmış, o, yenə də öz yerinə gəlib oturmuşdur. O, buna əhəmiyyət verməyərək qızlarla danışığını davam etmişdir. Oğlan onunla üz-üzə oturacaqda oturubmuş, yumruğunu digər əilnin içinə vuraraq “kimisə döyəcəm” deyirmiş, lakin o, bu oğlana əhəmiyyət verməmişdir. Bir gədər müddət keçdikdən sonra Ruslan gözlənilmədən yenə də onu kənara çağırmış, o Ruslanın dalaşmaq niyyəti olduğunu hiss etmiş və dava etmək istəmədiyini, ondan uzaq olmasını, gecəni gedib polis bölməsində keçirmək istəmədiyini bildirmişdir. Ruslan təkidlə onu Xaqanı bağının içində olan hovuzun yaxınlığına aparmış, orada gözlənilmədən yumruqla onu vuranda o, yıxılmış, hovuzun kənar hissəsinə sifəti dəyəndə huşunu itirmişdir. Təcili yardım briqadası onu 3 saylı Şəhər Klinik Xəstəxanasına xəstəxanasına aparmışdır. Xəstəxanada stasionar müalicədə olmuş, çənəsini əməliyyat etmək istəyirmişlər, lakin razı olmamış, oradan çıxmışdır. Ruslan Priyev ona qarşı əvvəldən aqressiv münasibətdə olmuş və onunla elə bir əsaslı səbəb olmadan dalaşmışdır. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdən etibarən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Cafecity” kafesində abuyer, yəni yeməklərə nəzarətçi işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23-də onunla birlikdə işləyən iş yoldaşları Şahid1, Ruslan və Şahid3lə birlikdə işdən çıxdıqdan sonra gəzib əylənmək qərarına gəlmişlər, marketdən pivə alıb içmişlər. xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə saat 05 radələrinə qədər Nizami küçəsi tərəfdə gəzişmiş və gəzərək Xaqani bağına getmişlər. Oturacaqda oturmuşlar, yanlarında olan oturacaqda bir oğlan iki qadınla birlikdə oturub söhbət edirmişlər. O, telefonla mesaj yazırmış, həmin vaxt Şahid1 yaxud Xəyal evə getmələri üçün taksi sifariş etmişlər, sonuncular taksini qarşılamaq üçün getmişlər. Həmin vaxt Ruslan onun yanında oturubmuş, iki qızla oturan oğlanla söhbət edirmiş. Ruslanla həmin oğlan arasında söhbət səmimi olmuş, o, mübahisə hiss etməmiş, çünki oğlan Ruslanla normal danışırmış. Xəyal ilə Rüstəm onları çağırmışlar ki, taksi çatır. O, oturduğu yerdən qalxmış, Ruslana getmələri barədə bildirmiş və əlində telefon getmişdir. Ruslan arxasınca gəlirmiş və deyinməyini eşidirmiş, lakin niyə deyindiyini bilmirmiş. O, Xəyal ilə Rüstəmə yaxınlaşanda Ruslanın arxadan gəlmədiyini görmüşdür. Hamısı dərhal geri qayıtmışlar və görmüşlər ki, Ruslanın danışdığı oğlan yerdə uzanaqlı vəziyətdədir. Ruslan həmin oğlan yumruqla vurduğunu demişdir. Onlar oradan uzaqlaşmış, təxminən 15 dəqiqədən sonra yenidən qayıtmışlar ki, vurulan oğlana köməklik göstərsinlər, lakin oğlan oradan gedibmiş. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə etdiklərini görməmişdir. Ruslanın yumruqla vurduğu oğlan Ruslanla çox səmimi danışırmış, o, bu şəxslər arasında mübahisə olduğunu görməmişdir. Təqsirləndirilən şəxs hansı səbəbdən geri qayıtdığını bilmir. O, qayıdan zaman Ruslana nə üçün belə etdiyini soruşmuş, Ruslan bildirmişdir ki, qarşı tərəf Ruslan söyüş söyüb, Ruslan da həmin şəxsi yumruqla vurub. Hadisə bağda olub orada o, Ruslan, Rüstəm, Ruslanın vurduğu oğlan olmuşdur. Ruslanın deməsinə görə oğlana bir yumruq vurub, oğlan yerə yıxılıb. Həmin vaxt həmin oğlan xəsarət alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yeddi ilə yaxındır ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Cafecity” kafesində baş xidmətçi işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23-də onunla birlikdə işləyən iş yoldaşları Xəyal, Ruslan və onun adaşı olan Şahid3, birlikdə işdən çıxdıqdan sonra marketdən pivə alıb içmişlər. xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə saat 05 radələrinə qədər Nizami küçəsi tərəfdə gəzişmişlər və gəzərək Xaqani bağına getmişlər. Bağda dördü bir oturacaqda oturmuşlar, orada başqa tanımadığı şəxslər də olmuşdur. O, taksi çağırmış, sonra Xəyal ilə birlikdə takisini qarşılamaq üçün ikisi oradan uzaqlaşmışlar. Bir neçə dəqiqə söhbət etdikdən sonra onlar Ruslan və Rüstəmin yanına qayıtmışlar, sonuncularla birlikdə yenidən taksi ilə evə getmək üçün qayıdan zaman Ruslan gözlənilmədən onların arasından çıxaraq onlardan uzaqlaşmış, bu zaman onlar geri qayıdanda bir nəfər oğlanın yerdə uzandığını görmüşlər. Ruslan oğlanı yumruqla vurubmuş. Ruslanın vuraraq xəsarət yetirdiyi Zərərçəkmiş şəxsla hansı səbəbdən mübahisə etməsini bilməmişdir, çünki həmin vaxt Xəyal ilə taksi qarşılamaq üçün oradan uzaqlaşıbmışlar. Hadisə bağda olub, orada o, Ruslan, Xəyal, adaşı Rüstəm və Ruslanın vurduğu oğlan olmuşdur, bəlkə də ətrafda kimsə olub, lakin o, xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayından etibarən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Cafecity” kafesində xidmətçi işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23-də onunla birlikdə işləyən iş yoldaşları Rüstəm, Ruslan və Şahid3lə birlikdə işdən çıxdıqdan sonra gəzib əylənmək qərarına gəlmişlər, marketdən pivə alıb içmişlər. xx xxxxxxxx 2020-ci il tarixə keçən gecə saat 05 radələrinə qədər Nizami küçəsi tərəfdə gəzişmiş və gəzərək Xəqani bağına getmişlər. Bağda oturacaqda oturmuşlar, orada başqa tanımadığı şəxslər də olmuşdur. O, sifarişlə taksi çağırmış, sonra Rüstəm ilə birlikdə takisini qarşılamaq üçün ikisi oradan uzaqlaşmışlar. Bir neçə dəqiqə söhbət etdikdən sonra onlar Ruslan və Rüstəmin yanına qayıtmış, sonuncularla birlikdə yenidən taksi ilə evə getmək üçün qayıdan zaman, Ruslan gözlənilmədən onların arasından çıxaraq onlardan uzaqlaşmış, bu zaman onlar geri qayıdanda bir nəfər oğlanın yerdə uzandığını görmüşlər. Ruslan oğlanı yumruqla vurubmuş. Onlar oradan uzaqlaşmış, təxminən 15 dəqiqədən sonra yenidən qayıtmışlar ki, vurulan oğlana köməklik göstərələr, lakin oğlan oradan getmişdir. Ruslanın vuraraq xəsarət yetirdiyi Zərərçəkmiş şəxsla hansı səbəbdən mübahisə etməsi barədə məlumatı yoxdur, çünki həmin vaxt Rüstəm ilə taksi qarşılamaq üçün oradan uzaqlaşmışdır. Hadisə bağda olub, orada o, Ruslan, Şahid1 və Şahid3 və Ruslanın vurduğu oğlan olmuşdur, bəlkə də ətrafda kimsə olub, lakin o, xatırlamır. Məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 493 №-li rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – üst dodağın sol yarısının sıyrığı , solda dodaq haşiyyəsinin və selikli qişasının mərkəzə yaxın proyeksiyasının cərrahi tikişli əzilmiş yarası, alt çənədə sağ İV dişin travmatik amputasiyası, diş ətinə qansızma, çənə sümüyünün ikitərəfli yerdəyişmiş qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə qeyd olunan nahiyyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə çənə sümüyünün iki tərəfli yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilmələri barədə fikir söyləmək mümkündür. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən, həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Zərərçəkmiş şəxs Azər oğlunun ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Azər oğlu Təqsirləndirilən şəxs qarşı yazdığı şikayət ərizəsindən imtina edir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - İsmayıllı rayonu, Tircan kəndi ünvanındakı yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - İsmayıllı rayonu, Tircan kəndi ünvanındakı yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 288 (iki yüz səksən səkkiz) manat tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar