Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-88/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızınını katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 mart 2025-ci il tarixdə saat 12.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən X4 aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə ziyan vurulmaqla dələduzluq etmişdir. Belə ki, X4 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui istifadə edib, sonuncuya məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə elektrik sayğacı quraşdırmağa köməklik göstərəcəyinə dair yalandan vəd verib inandıraraq, bu adla xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, "20-ci Sahǝ" adlanan ərazisində yerləşən "Orxan" kafesində Zərərçəkmiş şəxsla görüşüb həmin ünvanda sonuncuya məxsus Kapital Banka aid **********499650 nömrəli Bir Bank kart hesabından özünə məxsus Uni Banka aid **********401562 Leo Bank kart hesabına 1800 manat pulu köçürməklə ələ keçirib, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 1800 manat məbləğində ziyan vurulmaqla dələduzluq etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında təqsirləndirilən şəxs X4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3-4 ildir ki, yaşadığı ərazidən tanıyır. Əvvəllər normal yoldaşlıq münasibəti olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə Bəylərlə birlikdə ikisi Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən “Orxan” kafesində oturub çörək yeyən zaman Bəylərdən öz şəxsi təlabatları üçün borca 2000 manat 1 ay ərzində qaytarmaq şərti ilə pul istəmişdir. Əvəzində Bəylərə aylıq 20 manat və sonda 100 manat əlavə pul verəcəyini bildirmişdir. Bəylər həmin vaxt “birbank” kartında 1800 manat pulu olduğunu və həmin pulu borca verə biləcəyini bildirmişdir. Həmin vaxt Bəylərlə razılaşdıqları üçün həmin 1800 manat pulu Bəylər “Leobank” kart hesabına köçürmüşdür. Pulu avqust ayının sonunda Bəylərə qaytaracağına söz versə də, maddi imkanı olmadığından həmin pulu dediyi vaxtda Bəylərə qaytara bilməmişdir. Buna görə də Bəylər barəsində şikayət edəcəyini, onu tutduracağını bildirmişdir. Bundan başqa aralarında heç nə olmamışdır. Bu günədək Bəylərə heç bir məbləğ qaytarmamış, 1800 manat borc aldı pulu 25 oktyabr 2024-cü il tarixədək Zərərçəkmiş şəxs qaytaracağına söz vermişdir. Əməlindən səmimi peşman olduğunu, bir daha analoji hallara yol verməyəcəyini, borcu ödəyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təqsirləndirilən şəxs X6 ifadəsində göstərmişdir ki, 1800 manatı zərərçəkmiş şəxsə tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 il bundan əvvəl Yasamal rayonu ərazisində inşa olunmuş yeni tikililərdən ipoteka şərtləri ilə mənzil almış, şərtlərə uyğun olaraq 20 il müddətində hər ay 1000 manat pul ödəmək öhdəliyi götürmüşdür. İpoteka xərclərini bir qədər yumşaltmaq məqsədilə özünə məxsus ünvan 3 ünvanda yerləşən həyət tipli yaşayış evini satmaq qərarına gəlib, həmin evi təxminən 3 ay əvvəl satmışdı. Lakin həmin evdə uzun müddət yaşayış olmadığından evin işıq və su sayğacları olmamışdır. Evin yeni sahibi isə həmin sayğacların quraşdırılmasım ondan tələb etmişdir. Həmin ərəfələrdə Bayıl qəsəbəsində 20-ci sahədə əvvəllər polis əməkdaşı olmaqla təqaüddə olan və hazırda makler kimi tanıdığı Kamran Əhmədov yaxınlaşaraq satdığı evə su və işıq sayğacları quraşdırmaq niyyətində olub-olmadığını soruşmuş, o da evi satdığını, sayğac quraşdırmaq lazım olacağını sonuncuya bildirmişdir. Elə olmuşdur ki, Kamran həmin evə 700 manat qarşılığında su saycağı quraşdırmışdır. Bundan sonra Kamrana olan inam və etibarı artmışdır. Kamran növbəti dəfə həmin evə işıq sayğacı da quraşdıracağını öz öhdəsinə götürərək, bu məsələni Səbail rayon İşıq İdarəsinin əməkdaşı Rasim adlı şəxsin vasitəsilə həll edəcəyini bildirmişdir. Kamran bildirmişdir ki, evlərə işıq sayğacını İşıq İdarəsinin əməkdaşı Rasim adlı şəxs başqa vətəndaşlara 2500 manat müqabilində təşkil edir, onunla olan münasibətlərinə görə Rasimdən bu işi 2000 manata həll edəcəyini xahiş etmişdir, odur ki, həmin məbləği Rasim müəllimə çatdırmaq lazımdır. Məcbur olub xx.xx.2024-cü il tarixdə axşam saatlarında Kamranla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə adlanan ərazidə yerləşən «Orxan» kafesində görüşmüş, həmin vaxt Kamran yanında Rasimlə telefon əlaqəsi saxlamış və sonuncu telefonda Kamranın telefonuna özünə məxsus bank kartının nömrəsini göndərmişdir ki, evinə işıq sayğacı quraşdırmaq məqsədi ilə 2000 manat həmin karta pul köçürülsün. Lakin Kamrana 2000 manat deyil, 1800 manat ilkin olaraq verəcəyini, qalan 200 manatı isə sayğac quraşdırıldıqdan sonra verəcəyini bildirmiş və Kamran da razılaşmışdır. Kamran Rasimin göndərdiyi Unibanka aid 541124******1562 nömrəli hesab nömrəsinə telefonunda olan birbank tətbiqi vasitəsi ilə ona məxsus Birbanka aid 4169 7388 5249 9650 hesab nömrəsindən 1800 manat pulu, Rasimin göndərdiyi həmin hesaba köçürmüş və bu barədə avtomatik olaraq telefonunda xx.xx.2024-cü il tarixli **********2 nömrəli qəbz tərtib olunmuşdur. Bu vaxt Kamran onun yanında Rasimlə yenidən əlaqə saxlayaraq pulun köçürülüb-köçürülməməsini dəqiqləşdirmiş və Rasim də 1800 manat pulun artıq göndərdiyi karta köçürüldüyünü, həmçinin evi alanın şəxsiyyət vəsiqəsinin sürətinin “whatsapp” vasitəsi ilə artıq telefonunda olduğunu təsdiqləmişdir. Bundan sonra Kamran demişdir ki, narahat olmasın, avqust ayının sonuna kimi həmin ünvana işıq sayğacı quraşdırılacaq. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq qeyd olunan evə işıq sayğacı quraşdırılmamış və Kamranla dəfələrlə görüşüb işin nəticəsini soruşduqda, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək aldatmağa başlamışdır. Belə ki, Kamran bir dəfə pulların Rasimin geri qaytardığını, bir dəfə isə 1800 manat pulun 800 manatının onda, 1000 manatının isə Rasimdə olduğunu demişdir. Onda olan məlumatlara görə İşıq İdarəsinin işçisi Rasim adlı şəxs həmin ərazilərdə ayrı-ayrı mənzillərə qanunla nəzərdə tutulmayan sayğacların qanunsuz quraşdırılması işlərini icra etmişdir. Kamran növbəti dəfə aldadaraq, guya həmin evə sayğacın xx.xx.2024-cü il tarixdə quraşdırılacağına dair yazılı məlumat da vermişdir. Rasim adlı şəxsin anket məlumatlarını bilmir, sonuncunun Bayıl qəsəbəsində elektrik sayğaclarının quraşdırlmasına nəzarət etdiyini bilir. Rasimlə bir dəfə telefonla danışıb, sonuncudan 1800 manat pulunu geri qaytarmasını və ya sayğacı quraşdırmasmı tələb etdikdə, Rasim Kamranla razılaşdığını, pulun Kamranda olduğunu və həmin pulu Kamrandan geri tələb etməyini bildirmiş, həmçinin pulun kartına köçmədiyini, evin sahibinin şəxsiyyət vəsiqəsinin çatmadığını bildirmişdir. Kamran Əhmədova 1800 manat pulu borca deyil, elektrik sayğacının quraşdırlması üçün vermişdir. Bu günədək Kamran həmin puldan heç bir məbləğ geri qaytarmamışdır. 24 sentyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 27 sentyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 07 noyabr 2024-cü il tarixli qərarla X4 təqsirlənidirlən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 07 noyabr 2024-cü il tarixli qərarla X4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Bir Bank” kart hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:38-də Kapital Banka aid **********499650 nömrəli Bir Bank kart hesabından Uni Banka aid **********401562 Leo Bank kart hesabına 1800 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə 1800 manat pul Zərərçəkmiş şəxs məxsus bank kartından çıxarılmışdır. İş materiallarında olan “Leo Bank”a məxsus **********401562 nömrəli bank kartından görünür ki, bank kartı X3 məxsusdur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X4 barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, X2 bir uşağı var: xx.xx.2011-ci il tarixli X5. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, X4 ona olan 1800 manat borcu tam ödəmişdir, barışıblar. Heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə heç bir orqana şikayət etməyəcək. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs X2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, əməlini etiraf edir, dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Beləliklə, X2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə ziyan vurulmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən Cinayət Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Hazırkı işdən isə görünür ki, təqsirləndirilən şəxs X4 Zərərçəkmiş şəxs dəymiş 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X2 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 357-358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən X4 cinayət məsuliyyətindən azad edilsin. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-88/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-88/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver