Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-89/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1970-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ev 4A-da yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid vasitəsilə tanış olduğu sonuncunun qohumu Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra, ona yaranmış etibarından sui istifadə edib, digər şəxsə məxsus olan Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,8 ha torpaq sahəsinin 0,5 ha sahəsini ona satmaq adı ilə aldadıb həmin torpaq sahəsinə çıxarış almağı vəd verib, ilk dəfə 2021-ci ilin oktyabr ayının əvvəllərində Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 2000 manat və 10 dekabr 2021-ci il tarixdə eyni yerdə 500 manat məbləğdə pulu alıb verdiyi vədə əməl etməyib aldatmaqla 2500 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, torpaqların və evlərin alqı-satqısı ilə məşğul olur. 2021-ci ilin iyul ayının ortalarında Aqil adlı tanışının vasitəsi ilə İlkin adlı şəxslə tanış olmuş və o Badamdar qəsəbəsində torpaq sahəsi almaq istədiyin bildirmişdir. Bu məqsədlə o onu Badamdar qəsəbəsinə aparıb 3-cü yaşayış massivində yerləşən orada olan adını bildirmək istəmədiyi tanışına məxsus 0,8 ha ölçüdə olan torpaq sahəsini ona göstərmiş və İlkin həmin torpaq sahəsini bəyənərək 0,5 ha ölçüdə torpaq sahəsini almaq istədiyini və 4-5 ay ərzində həmin torpaq sahəsinin pulunu düzəldəcəyini bildirmişdir, belə ki, həmin torpaq sahəsinin 0,1 ha ölçüsünü 23.000 manata razılaşmışlar və onun əlində o qədər pul olmamışdır. Həmin vaxt torpaq sahəsinin sənədləri düzəltmək üçün və beh olaraq İlkin ona 7000 manat vermiş, lakin o həmin pulun 5000 manatını ona qaytarmış və demişdir ki, beh lazım deyil yalnız sənədlərin düzəlməsi üçün tələb olunan pulu götürəcək və onun ona verdiyi puldan 2000 manat pulu özündə saxlamışdır. Bir müddət sonra isə sənədlərin düzəlməsi üçün yenə də pul tələb olunan da o İlkinə müraciət edərək ondan əlavə olaraq 500 manat almışdır. İlkin həmin 500 manatı onunla görüşərək Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində vermişdir. O, həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə məşğul olmuş, lakin bir müddət sonra sənədlərin düzəldilməsi mümkün olmadığı üçün o bu barədə İlkinə məlumat vermiş və eyni zamanda təklif etmişdir ki, ona başqa torpaq sahələri göstərsin, lakin İlkin imtina etmiş və pulunu geri tələb etməyə başlamış, o isə həmin pulu xərclədiyini lakin qısa müddət ərzində düzəldərək qaytaracağını vəd vermişdir. Hazırda da qısa müddət ərzində İlkinə vurulmuş 2500 manat maddi ziyanı tam şəkildə ödəyəcəyinə vəd verir. Təqsirləndirilən şəxs həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir övladı olmasını və ərizə təqdim edərək barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində özünə Badamdar qəsəbəsi ərazisindən torpaq sahəsi almaq qərarına gəlmiş və Badamdar qəsəbəsi 3-cü yaşayış massivində qohumu Aqilə məxsus torpaq sahəsinin yaxınlığında daş hasarın üzərində 055-270- 70-90 saylı nömrəni görüb həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Sadiq kimi təqdim etmiş və torpağın sahibi olmasını həmçinin iki gündən sonra gələrək torpaq sahəsini göstərə biləcəyini bildirmişdir. İki gündən sonra o Sadiqlə zəngləşərək qohumu Aqil ilə birlikdə Sadiq ilə görüşmüşlər. Sadiq onlara torpaq sahəsini göstərdikdən sonra o həmin torpaq sahəsinin 0,8 ha ölçüdə olmasını görüb ondan yalnız 0,5 ha ölçüdə torpaq alacağını bildirmişdir. Həmin vaxt Sadiq torpaq sahəsinin 0,5 ha ölçüsünə görə yeni çıxarış almaq adı ilə ondan 2000 manat pul istəmiş və o da həmin pulu ona vermişdir. Sadiq pulu alarkən bir həftə ərzində sənədləri hazırlayacağını bildirmişdir. Bir həfətədən sonra isə Sadiqlə əlaqə saxladıqda o müxtəlif bəhanələr gətirmiş və uzun müddətdən sonra son nəticədə sənədlərin hazır olması üçün 500 manat pulunun çatmamasını bildirmişdir. O, Sadiqlə 2021-ci ilin dekabr ayının 10-u tarixində Badamdar qəsəbəsi 3-cü yaşayış massivində görüşərək 500 manat pulu ona vermiş və Sadiq yenə də bir həftə ərzində sənədləri düzüldərək ona verəcəyini bildirmiş, lakin o Sadiqə pulu verdikdən sonra o yenə də onu aldatmağa və son nəticədə ondan yayınmağa başlamışdır. Belə olan halda isə o Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinə gedərək Sadiq barəsində şikayət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacanağıdır, təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində İlkin ona müraciət edərək Badamdar qəsəbəsi ərazisindən torpaq sahəsi almaq istədiyini bildirmişdir. Bu məqsədlə o, bir-neçə yerlərə baxdıqdan sonra Badamdar qəsəbəsi 3- cü yaşayış massivində satışa qoyulmuş torpaq sahəsini görmüş və bu barədə İlkinə məlumat verdikdən sonra onunla birlikdə həmin torpaq sahəsinə gedib baxmışlar. Onlar torpaq sahəsinə baxdıqdan sonra daş hasarın üzərində ***-***-**-** saylı nömrəni görüb həmin nömrə ilə əlaqə saxlamışlar və həmin nömrə ilə əlaqə saxladıqda on həmin şəxsin Sadiq olmasını bilmiş və onu tanımışdır, belə ki, o əvvəllər ondan torpaq sahəsi almış və aralarında heç bir problem olmamışdır. Təxminən iki gündən sonra onlar Sadiqlə bir daha zəngləşərək görüşmüşlər. Sadiq onlara torpaq sahəsini göstərdikdən sonra İlkin həmin torpaq sahəsinin 0,8 ha ölçüdə olmasını görüb ondan yalnız 0, 5 ha ölçüdə torpaq alacağını bildirmişdir. Həmin vaxt Sadiq torpaq sahəsinin 0,5 ha ölçüsünə görə yeni çıxarış almaq adı ilə İlkindən 2000 manat pul istəmiş və İlkin də həmin pulu ona vermişdir. Sadiq pulu alarkən bir həftə ərzində sənədləri hazırlayacağını vəd vermişdir. Bir həfətədən sonra isə Sadiqlə əlaqə saxladıqda o müxtəlif bəhanələr gətirmiş və uzun müddətdən sonra son nəticədə sənədlərin hazır olması üçün 500 manat pulunun çatmamasını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, İlkin Sadiqlə 2021 -ci ilin dekabr ayının 10-u tarixində Badamdar qəsəbəsi 3-cü yaşayış massivində görüşərək 500 manat pulu ona vermiş və Sadiq yenə də bir həftə ərzində sənədləri düzəldərək ona verəcəyini bildirmiş, lakin İlkin Sadiqə pulu verdikdən sonra Sadiq yenə də onu aldatmağa və son nəticədə ondan yayınmağa başlamışdır. Belə olan halda isə İlkin Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinə gedərək Sadiq barəsində şikayət etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Sadiq Allavherdiyevin üzünə qarşı deyərək təsdiq etmişdir İş materiallarında olan sənədlərdən görünür ki, istintaq zamanı Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Şahid ifadəsində göstərdiklərini Sadiq Allavherdiyevin üzünə qarşı deyərək təsdiq etmişdir Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin götürülmüş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 11 iyun 2019-cu il tarizli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir və hazırda məhkumluğu yoxdur. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 iyul 2005-ci il tarixli X2 adlı övladı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 162 (yüz altmış iki) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-89/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-89/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver