Məhkəmə qərarları › İş №1(009)-89/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-89/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-89/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,365 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanında yerləşən «Bublik» adlı mağazanın qarşısına daşımış, Səbail RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2022-ci il tarixdə, saat 18:00-da ünvan 3 ünvanında yerləşən «Bublik» adlı mağazanın qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına aparılmış, həmin gün saat 19:00-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,365 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa o, təkrar olaraq satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 5 ünvanın qarşısına daşımış, orada özünü şübhəli apardığına görə Bakı şəhəri Səbail RPİ-nin NMB-nin və Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən о, 19 noyabr 2022-ci il tarixdə saat 14:00-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nə aparılmış, həmin gün saat 14:32-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı küçənin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitə istifadəçisi kimi şübhəli olduğundan onu Polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən bölməyə getmişdir. Bölmədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə axtarış aparılan zaman o, əynində olan cins şalvarının arxa cibindən bir ədəd içində metamfetamin olan bükümü çıxardıb masaya qoymuşdur. Metamfetamini saxlanılan gün səhər saatlarında “kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almışdır. Metamfetamin bükümü zərfdə qablaşdırılıb möhürlənmişdir. 19 noyabr 2022-ci il tarixdə A.Nəsirov küçəsi ilə piyada gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə onu Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. Bölmədə polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla ona üzərində qeyri-qanuni əşya varsa könüllü şəkildə təqdim etməyini təklif etdikdə, o, əynində olan cins şalvarın arxa cibindən içərisində narkotik vasitə heroin olan bir bükümü masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitəni Bayıl qəsəbəsi ərazisində tanımadığı şəxsdən 7 manata almışdır. Büküm kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşı Şahid1 ilə birlikdə daxil olmuş məlumat əsasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saat 18:00 radələrində Səbail rayonu, Q.Abbasov küçəsidə saxlanılaraq Səbail RPİ-nin 8-ci Polis bölməsinə aparılmışdır. Bölmədə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bu zaman vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan cins şalvarının arxa sağ cibində olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş bükümdə şəffaf rəngli psixotrop maddə “metamfetamin”ə oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in 52 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri Təqsirləndirilən şəxs və prosesdə iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümü 15 sentyabr 2022-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid1 Bakı şəhəri, Səbail RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, 19 noyabr 2022-ci il tarixdə, saat 14:00-da o, Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Səbail rayonu, A.Nəsirov küçəsi 12 ünvanında xidmət aparan zaman bir nəfər onlarda şübhə yaratdığı üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim etməklə, xidməti vəsiqələrini göstərib, polis əməkdaşı olduqlarını bildirib bir neçə sual vermişlər. Həmin şəxsin suallara qeyri adekvat cavab verməsi, həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına ehtimal yaratdığına görə həmin şəxsi Səbail RPİ-nin 9-cu polis bölməsinə dəvət etmişlər. Həmin şəxs buna etiraz etməyib, onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan gümüşü rəngli falqaya bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kokos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni Bayıl qəsəbəsi ərazisində tanımadığı şəxsdən 7 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid4 Şahid3lə oxşar məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli “cinayət işin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə, saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il saxlanılıb, Səbail RPİ-nin 9-cu PB-nə gətirilmiş, həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və 01 (bir) ədəd CD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2022-ci il tarixli 6/6675 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Saxlanılan şəxs (imza) Xalisov... ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 20 noyabr 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən təqdim edilən 1 ədəd zərfdə 1 büküm 0,176 qram açıq qəhvəyi rəngli maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,126 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı Elmar Məmmədov tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail RPİ-nin 9cu Polis Bölməsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərək, hüquq və vəzifələri izahat olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməyi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan gümüşü rəngli falqaya bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kokos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində tanımadığı şəxsdən 7 manat pulun müqabilində əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilir, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 21 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “cinayət işlərinin birləşdirilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə ünvan 8 ünvanının qarşısında saxlanılıb, Səbail RPİ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd ara rəngli siqaret kağızına bükülmüş kristal halında olan maddə aşkar edilərək bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və 01 (bir) ədəd CD disk protokola əlavə edilmişdir. Qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli 6/5242 saylı Ekspert rəyindən görünür ki, , tədqiqata təqdim olunmuş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza....” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,365 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 88 (səksən səkkiz) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 16 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən təqdim edilən 1 ədəd qara-ağ rəngli kağızda 1,365 qram maddə qəbul edilmiş, 0,05 qram nümunələr götürülmüş, 0,315 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Səbail RPİ-nin CAŞ-ın əməkdaşları Şahid2, Şahid1 və 3 saylı vəkil bürosunun vəkili Səyyarə Əliyevanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. Təhqiqatçı tərəfindən Timur Maratoviçə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sağ cibində olan 01 ədəd bükümü çıxarıb təqdim edir. Aşkar olunmuş həmin 01 ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içində xüsusi görünüşlü və quruluşlu şəffaf rəngli psixotrop maddə “metamfetamin”ə oxşar kütlə olması müəyyən olunur. Həmin 01 ədəd psixotrop maddə “metamfetamin”ə oxşar kütlə zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri AR DİN-in 52 nömrəli möhürü ilə möhürlənir və zərfin üzəri Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümü 15 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı bir nəfər kişidən 20 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5941 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş - təmiz çəkisi 0, 176 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,365 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 0,126 qram heroin və 1,315 qram metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal olaraq nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək və 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 1,315 qram psixotrop maddə metamfetamin və 0,126 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 169 (bir yüz altmış doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək və 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət bir günə iki gün hesablanaraq 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan 1,315 qram psixotrop maddə metamfetamin və 0,126 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 169 (bir yüz altmış doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar