Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-89/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçı 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 iyul 2024-ci il tarixdə saat 22 radələrində idarə etdiyi «BMW»markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə 20-ci sahə yol dairəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri,Səbail rayonu,Mühafizə İdarəsinin inzibati binasının, Səbail rayonu, ünvan 2 ünvanın qarşısında “X13” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməmiş,hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yol hərəkəti və X3ı qaydalarını pozaraq şosse yolu sağdan-sola keçən xx.xx.1988-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sol təkəri ilə vurmaqla, sonuncuya sağ pəncənin İİİ ayaq-daraq sümüyünün qapalı sınığı müşayiət olunan,zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törədmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 21 iyul 2024-cü il tarixdə axşam saat 22 radələrində idarə etdiyi ağ rəngli «BMW» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri,Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Bakı-Salyan şossesi ilə 20-ci sahə yol dairəsi istiqamətində saatda təxminən 40 km sürətlə hərəkətdə olarkən yolu keçən qadın piyadanın ayağını arxadan avtombilin qabaq sol təkəri ilə vurmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş materiallarında olan 21 iyul 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, X19 ünvanına sürücü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi, fotoşəkilləri, həmçinin nəqliyyat vasitəsinin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 21 iyul 2024-cü il tarixli 2/19931 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı alkoqol sərxoşluğu vəziyyətinin ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli 356 №-li Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X14 X16 rayon şöbəsinin rəyindən görünür ki, X5 almış olduğu xəsarət-sağ pəncənin İİİ ayaq-daraq sümüyünün qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2024-cü il tarixdə,yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Ekspertin rəyi istintaqda təhlil edilmiş,düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 12 avqust 2024-ci il tarixli baş vermiş yol nəqliyyat hadisəsinin görüntüsü əks olunmuş müşahidə kamerasının görüntüsünə baxış keçirilməsinə dair protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə,saat 22:13 dəqiqədə,Bakı şəhəri,Səbail rayonu, Salyan şossesinin 20-ci sahə istiqamətinin sağ kənarından hərəkət hissəyə yolu sağdan-sola keçmək üçün iki nəfər,kişi və qadın cinsindən olan şəxslərin adi adımla çıxaraq düzünə hərəkət etmələri,kişi cinsindən olan şəxs sol tərəfdə nisbətən irəlidə qadın isə sağ tərəfdə kişidən azca geridə hərəkət etməsi,görüntünün 01 dəqiqə 02 saniyəsində,həmin hərəkət istiqamətinin orta hissəsi ilə hərəkət edən,ağ rəngli minik avtomobili hərəkət istiqamətlərini ayıran qoşa xəttə təxminən bir addım qalmış qadın cinsindən olan piyadanın ayağının daban hissəsinə toxunma¬sı,həmin toxunma anı avtomobilin arxa tormoz işıqlarının yanması və dərhal sürücü avtomobili yolun sağ kənarına verib saxlaması,avtomobildə olan tək sürücü avtomobildən düşüb piyadanın yanına getməsi,həmin hadisə anı hərəkət hissə boş olması, nəqliyyat vasitəsinin hərəkətinə başqa nəqliyyat vasitələri maniyə etməməməsi əks olunmuş,həmin video görüntü köçürülmüş bir ədəd “DVD” formatlı “CD” disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli 8/2379 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, İstintaq tərəfindən verilən məlumatlara əsasən: 1.2. «BMW»markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkət- lərində«X13»Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 22 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Abbasov X10 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4,69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə CM-nin 178-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdur. Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4,69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan 18 noyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2024-cü il tarix saat 20:30da saxlanılaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 19 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin 47/2-27554 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2024-cü il tarixdə Nəsimi rayon ərazisində saxlanaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilərək onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şahadətnamalərin sürətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X12 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli “sübutların qitmətləndirilməsi haqqında” qərarından görünür ki, 31 iyul 2024-cü il tarixli 356№-li və məhkəmə-avtotexniki ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 8/2379 №-li rəyləri , bir ədəd “DVD” formatlı “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin 47/2-2225 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 10 mart 2025-ci il tarixli Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 19 mart 2025-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Füzuli qızı ilə barışdığını, ziyanı tam ödədiyini nəzərə alaraq bəraatverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 19 mart 2025-ci il tarixli Zərərçəkmiş şəxs Füzuli qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yol Hərəkəti və X1ydalarının Pozulmasına dair Cinayət İşləri Üzrə Məhkəmə Təcrübəsi haqqında 15 noyabr 2023-cü il tarixli, 05 saylı Qərarında qeyd olunmuşdur ki, Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və X3ı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırma görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət ərosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə nülki iddiaçı qismində tanına bilər. (Plenumun 18.02.22-ci il tarixli lərarı redaksiyasında). Biri biri ilə əlaqədar olmayan və müxtəlif vaxtlarda yol lərəkətinin və X3ı qaydalarının lozulması qeyd edilən maddələrdə nəzərdə tutulmuş eyni nəticələrə ;əbəb olduqda törədilmiş əməllər CM-nin həmin nəticəyə görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə, belə əməllərin hər birisi müxtəlif nətiəcələrə səbəb olduqda isə həmin əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bu səbəbdən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-89/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-89/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver