Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-9/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 48/2020 saylı 22.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-180/2022 saylı, 26.04.2022ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-48/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə çəkilməmiş 02 il 06 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmış, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 may 2022-ci il tarixdə saat 10.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yeri hesab edilən mənzilə qanunsuz daxil olmaqla və qanunsuz olaraq informasiya texnologiyalarından istifadə etməklə təkrarən özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 iyun 2020-ci il tarixə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küşəsi ev 170 saylı evin giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz içəri, mənzilə daxil olaraq orada Zərərçəkmiş şəxs6 məxsus 280 manat dəyərində “Samsung A 6+” markalı mobil telefonu, həmin mobil telefonun üzərində olan 5 manat dəyərində ***-***-**-** GSM nömrəni masanın üzərindən gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 285 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq informasiya texnologiyalarından istifadə etməklə 2020-ci ilin yay aylarında Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC-nə məxsus 5167 5133 4900 0844 nömrəli plastik kartı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatda qalmasını görərək həmin kartı əldə etmiş, qeyd edilən kartı bir neçə gün üzərində daşıdıqdan sonra həmin kartdan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatdan vahid niyyətlə 07 iyul 2020-ci il tarixdə saat 18:28:20-də 310 manat, 11 iyul 2021-ci il tarixdə saat 18:19:30-da 182 manat, 14 iyul 2021-ci il tarixdə saat 17:25:02-də 653 manat, 07 avqust 2021-ci il tarixdə saat 18:47:22- də 350 manat və 14 avqust 2021-ci i! tarixdə saat 23:23:20-də 159 manat pulu cinayətdən xəbərsiz olan tanımadığı ayrı-ayrı şəxslərin vasitəsilə nəğd şəkildə çıxardaraq Zərərçəkmiş şəxs4 ümumilkdə 1654 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə istintaqa məlum olmayan şəxslə bir qrup şəxs halında 21 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerdə hərəkət edən Zərərçəkmiş şəxs5 yaxınlaşmış, içərisində hər birinin dəyəri 20 (iyirmi) manat olan ***-***-**-** və 055-242- 74-35 saylı mobil telefon nömrələrinin olduğu dəyəri 410 (dörd yüz on) manat olan **********70865 və **********70 873 İMEİ kodlu “Xiaomi not 8” markalı mobil telefonu sonuncudan danışmaq adı ilə götürərək qaçmağa başlamış, həmin vaxtı Zərərçəkmiş şəxs5 telefonu geri verməsi ilə əlaqədar çağırışlarına məhəl qoymayıb, şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını anlayaraq, aldatma yolu ilə əldə etdiyi mobil telefonu özündə saxlamaq məqsədi ilə hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 əmlakını açıq yolla talayıb ona ümumilikdə 450 (dörd yüz əlli) manat maddi ziyan vuraraq təkrarən soyğunçuluq etmiş, həmin vaxt Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ilə birlikdə ona yaxınlaşıb fikrini yayındırmağa çalışan istintaqa məlum olmayan şəxsi tutub saxlayarkən isə sonuncu da hərəkətlərinin aşkar xarakter aldığını dərk edib zərərçəkmiş Zərərçəkmiş şəxs5 əlindən çıxıb qaçmışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09.11.2020ci il tarixdə, saat 08:00-dan 09:00-dək olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzi Təsərrüfat bazarı, 3-cü korpus, 2-ci sıra, 58 saylı mağazaya açıq qapıdan keçmək yolu ilə mağazanın içərisində olan masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus ön hissəsində 8 manat dəyərində üzlük, arxa hissəsində isə 25 manat dəyərində dəri üzlük olan 200 manat dəyərində balansında 17 manatlıq danışıq dəqiqələri olan 050- ***-**-** mobil nömrə kartı altında işləyən “**********44302” imei kodlu 1000 manat dəyərində 01 ədəd “İpone XS” markalı mobil telefon aparatını və Zərərçəkmiş şəxs3 məxsus ön hissəsində 5 manat dəyərində üzlük, arxa hissəsində isə 5 manat dəyərində dəri üzlük olan 50 manat dəyərində balansında 10 manatlıq danışıq dəqiqələri olan ***-***-**-** mobil nömrə kartı altında işləyən “**********48340” imei kodlu 250 manat dəyərində 01 ədəd “Samsung J3 (PRO) markalı mobil telefon aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 1233 manat, Zərərçəkmiş şəxs3 isə 310 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2021-ci il tarixdə saat 17:38-də Səbail rayonu, X8 küçəsi 19 ünvanda yerləşən «Burger House» restoranında olarkən restoranın inibatçısı Zərərçəkmiş şəxs1 məxsus bir ədəd dəyəri 50 manat olan içində 600 manat nəğd pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və hər birinin dəyəri 8 manat olan 3 ədəd bank kartları olan pul kisəsini bar masasının üzərindən gizli yolla talayaraq təkrarən oğurluq etməklə zərərəçəkmiş şəxsə 674 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti aşağı olmuşdur. Bu məqsədlə 24 iyun 2020-ci il tarixdə gecə saat 03 radələrində ünvan 1 ünvanın qarşısından keçərkən mənzilin qapısının açıq olmasını görüb içəri daxil olmuş və mənzildə masanın üzərində olan 01 ədəd «Samsung A6+» və bir ədəd sadə model «Nokia» markalı mobil telefonların olmasını görüb həmin telefonları oradan götürərək uzaqlaşmışdır.Daha sonra mobil telefonların içində olan nömrələri çıxardıb atmış, həmçinin oğurladığı «Nokia» markalı mobil telefonu işlətmək istəsə də telefonun ekranının açıq olmadığını və pis işləməsini görərək həmin telefonu heç kimə sata bilməyəcəyini düşünüb həmin telefonu da atmış, «Samsung A6+» marklı mobil telefonu isə Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yeləşən “Velotrek” deyilən yerdə adını xatırlamadığı telefon mağazasında Elvin adlı şəxsə 120 manata satmışdır. Bundan sonra, 21 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsində piyadaların hərəkət etdiyi yerdə dayanaraq ətrafa baxmış və həmin vaxt qarşıdan təxminən 60-65 yaşlarında bir kişinin əlində mobil telefonla ona tərəf gəldiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb, Sabirabad rayonundan gəldiyini və mobil telefonu olmadığı üçün dostu ilə əlaqə yarada bilmədiyini deyib, dostuna zəng etmək üçün həmin şəxsə mobil telefonu ona verməyi xahiş etmişdir. Həmin şəxs danışmaq üçün mobil telefonu ona vermiş və o yalandan dostunun mobil nömrəsini yığırmış kimi özünü göstərmiş, daha sonra telefonu sahibinə qaytarmışdır. Bir müddət sonra telefonu yenidən zəng vurmaq üçün istəmiş, həmin şəxs könüllü sürətdə telefonu ona vermiş, o dostu ilə danışırmış kimi etmiş, həmin vaxt isə telefonunu aldığı şəxs oturacaqda əyləşmişdir. O, özünü telefonla danışarkən yol izah edirmiş kimi göstərmiş və oradan tədricən uzaqlaşmışdır. Həmin şəxsin onun arxasınca baxdığını və arxasınca mobil telefonu ona geri qaytarmağını tələb etdiyini eşitməmişdir və həmin şəxs ümumiyyətlə onun arxasınca gəlməmişdir. O, oradan uzaqlaşdıqdan sonra yolun kənarında dayanaraq mobil telefonu işlək vəziyyətdə olubolmadığını yoxlamağa başlamış, telefonun “Xiaomi not 8” markalı olduğunu və üzərində iki mobil nömrələrin olduğunu görmüşdür. O, dərhal mobil telefonu söndürərək, üzərindəki nömrələri çıxarıb yolun kənarına atmış, daha sonra həmin gün saat 18 radələrində Memar Əcəmi metrostansiyasının yaxınlığında xatırlamadığı mobil telefon mağazalarından birinə daxil olaraq, oradaki əvvəllər tanımadığı satıcıya yaxınlaşaraq özünə məxsus “Xiaomi not 8” mobil telefonunu satmaq istədiyini bildirmişdir. Satıcı telefona baxdıqda 150 pul müqabilində ondan həmin telefonu ala biləcəyini bildirmiş və o dərhal onunla razılaşaraq həmin telefonu 150 manata satmış və əldə etdiyi 150 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə vaxtı o tək olmuşdur. Həmçinin bildirmişdir ki, o soyğunçuluq cinayətini törətməmiş, sadəcə həmin şəxsi aldadaraq mobil telefonunu almış və şəxs tərəfindən həmin telefon könüllü olaraq danışmaq üçün ona təqdim edilmişdir. Bundan başqa, 2020-ci ilin noyabr ayının ortalarında səhər saatlarında gödəkçə almaq məqsədi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə getmiş, bir qədər gəzdikdən sonra mağazalardan birinin qapısının açıq olduğunu, eləcə də həmin mağazada masanın üstündə iki ədəd mobil telefonun olduğunu görmüşdür. Mağazanın içərisində satıcının olmadığını görüb bir qədər ətrafa baxmış və onu heç bir kəsin görmədiyini müəyyən etmişdir. Dərhal mağazanın içərisinə daxil olub masaya yaxınlaşaraq masanın üzərində olan 02 ədəd mobil telefonu götürüb əynindəki gödəkçənin cibinə qoyaraq tələm-tələsik mağazadan bayıra çıxmışdır. Sonra isə “Sədərək” TM-dən çıxaraq oradan bir qədər aralanıb oğurladığı mobil telefonlara baxmış və görmüşdür ki, oğurladığı telefonlardan biri “İphone XS”, digəri isə “Samsung J3 (PRO) markalı mobil telefon aparatlarıdır. Həmin mobil telefonların üzərində nömrələr olmuş, lakin o qeyd edilən nömrələrdən istifadə etmədiyi üçün mobil telefonlardan nömrələri çıxarıb xatırlamadığı yerdə tullamışdır. Bundan sonra oğurladığı mobil telefonları satmaq qərarına gəlmiş, həmin gün mobil telefonları satmaqdan ötrü Neftçilər metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların alışı-satışı və təmiri ilə məşul olan dükanlardan birinə daxil olub mobil telefonları göstərib satdığını demişdir. Orada satdığı telefonların qiyməti ilə əlaqədar razılığa gələ bilməmiş və həmin vaxt dükanın içində tanımadığı müştərilərdən biri onun satmaq istədiyi mobil telefonları görmüş və “İphone XS” markalı telefonu bəyənmişdir. O, həmin şəxsə maddi çətinliyi olduğunu, eləcə də satdığı mobil telefonun sənədi özündə olmadığını söyləmiş və həmin şəxslə 170 manat pul müqabilində razılığa gələrək “İphone XS” markalı mobil telefonu ona satmış və əldə etdiyi pulları övladının xəstəliyi üçün dərmanlara xərcləmişdir. Bir neçə gündən sonra “Samsung J3 (PRO)” markalı mobil telefonu məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park 3” yaşayış kompleksində yaşayan və meyvə-tərəvəz alveri ilə məşğul olan Hüseyn adlı şəxsin mağazasına “Samsung J3”markalı mobil telefonu girov qoyub əvəzində təxminən 50 manatlıq bazarlıq etmiş və pulu axşam gətirib telefonu götürəcəyini bildirmiş, lakin pul tapa bilmədiyi üçün bir daha Hüseyn adlı şəxsin yanına getməmiş və mobil telefon onda qalmışdır. Sonuncu dəfə isə 14 fevral 2021 -ci il tarixdə saat 17:30 radələrində Fəvvarələr Meydanında gəzişərkən ayaqyoluna getmək üçün X8 küçəsində yerləşən «Burger House» kafesinə girmiş və ayaqyoluna girib çıxdıqdan sonra əllərini silmək məqsədi ilə bar masasına yaxınlaşıb oradan salfet götürüb əllərini silmiş və bu zaman bar masasının üzərində bir ədəd qəhvəyi rəngli dəri pul kisəsinin olmasını görmüşdür. O, ətrafda kimsənin onu görmədiyini bilib həmin pul kisəsini oğurlayıb əynində olan gödəkçənin iç cibinə qoymuş və kafedən çıxmışdır. Bir qədər aralandıqdan sonra pul kisəsinin içinə baxdıqda orada 600 manata yaxın pul olmasını görüb həmin pulu cibinə qoymuş və pul kissəsini içində olan bank kartları və sənədlərlə birlikdə atmışdır. Qeyd edilən cinayətləri etdiyi üçün peşmandır. Ona görə özünü qismən təqsirli bilir ki, Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC-nə məxsus 5167 5133 4900 0844 nömrəli plastik kartı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatda qalmasını görərək həmin kartı əldə etməsi, qeyd edilən kartı bir neçə gün üzərində daşıdıqdan sonra həmin kartdan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatdan cinayətdən xəbərsiz olan tanımadığı ayrı-ayrı şəxslərin vasitəsilə nağd şəkildə çıxarmamışdır. Həmin cinayət əməli ilə hər hansı bir əlaqəsi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı Qaradağ Rayon Polis İdarəsində istintaq aparılarkən ona müxtəlif təzyiqlər göstərildiyi üçün məcburiyyətdən o həmin əməli etdiyi bildirmişdir. Həmin əməli o tərətməmiş, törətdiyi digər əməllərə görə peşmandır, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində, Təsərrüffat bazarında 3-cü korpus, 2-ci sırada yerləşən 58 nömrəli dükanda müxtəlif növ işıq ləvazimatların satışı ilə məşğul olur. Ondan başqa həmin dükanda Zərərçəkmiş şəxs3 da onunla birlikdə satıcı işləyir. Hər gün saat 08 radələrində dükana gəlirlər və təxminən saat 16 radələrində dükanı bağlayırlar. 09 noyabr 2020-ci il tarixdə səhər 08 radələrində dükana gəlib işləməyə başlamışlar, bir qədər işlədikdən sonra özünə məxsus 2,270 manat dəyərində “İPHONE XS 256”markalı “mobil telefonunu dükanın içərisində yerləşən masanın üzərinə qoymuş, həmin vaxt onunla birlikdə satıcı işləyən Zərərçəkmiş şəxs3 da özünə məxsus “Samsung J3” markalı mobil telefonu da həmin masanın üzərinə qoyub dükandan bayıra çıxaraq müştərilərə satdıqları mallarla bağlı məlumat vermişlər.Təxminən 20 dəqiqə keçmişdir ki, dükanın içərisinə qayıdıb mobil telefonundan istifadə etmək istəyərkən görmüşdür ki, ona məxsus “İPHONE XS ", Röyala məxsus “Samsung J3” markalı mobil telefonları masanın üzərində yoxdur. Bir qədər dükanın içərini axtarmışlar, lakin mobil telefonları tapa bilməmiş və bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir qədər sonra Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları işlədiyi dükana gəlib sənədləşdirmə aparmışlar. “İPHONE XS 256” markalı mobil telefonu 2,270 manata almışdı, ona görə “İPHONE XS 256” markalı mobil telefonuna görə dəymiş ziyanın 2270 manat təşkil etdiyini göstərmişdir. Lakin həmin telefondan istifadə etdiyinə görə düşünür ki, onun mobil telefonunun dəyəri 1000 manat təşkil edir. Baş vermiş oğurluq hadisəsi qonşu dükana quraşdırılmış kameraya qeyda alınmış, həmin videogörüntü Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşlarına təqdim olunmuşdur. Zərərçəkmiş şəxs2 ərizə göndərərək Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşə heç bir şikayət və tələbini olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 Raqif oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzinin Təsərrüffat bazarı, 3- cü korpus, 2-ci sırada yerləşən 58 nömrəli dükanda müxtəlif növ işıq ləvazimatların satışı ilə məşğul olur. Ondan başqa həmin dükanda Zərərçəkmiş şəxs2 da onunla birlikdə satıcı işləyir. Hər gün saat 08 radələrində dükana gəlirlər, həmin gün təxminən saat 16 radələrində dükanı bağlayırlar. 09 noyabr 2020-ci il tarixdə səhər 08 radələrində dükana gəlib işləməyə başlamışlar, bir qədər işlədikdən sonra özünə məxsus 250 manat dəyərində “Samsung J3”markalı “**********48340” imei kodlu mobil telefonunun dükanın içərisində yerləşən masanın üzərinə qoymuş, həmin vaxt onunla birlikdə satıcı işləyən Zərərçəkmiş şəxs2 da özünə məxsus “İPHONE XS 256 "markalı mobil telefonu da həmin masanın üzərinə qoyub dükandan bayıra çıxaraq müştərilərə satdıqları mallarla bağlı məlumat vermişlər. Təxminən 20 dəqiqə keçmişdir ki, dükanın içərisinə qayıdıb mobil telefonlarından istifadə etmək istəyərkən görmüşlər ki, ona məxsus “Samsung J3”markalı, Rəşada məxsus “İPHONE XS 256” markalı mobil telefonları masanın üzərində yoxdur. Bir qədər dükanın içərisini axtarmışlar, lakin mobil telefonlarını tapa bilməmişlər. Bundan sonra Rəşad DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir qədər sonra Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları işlədikləri dükana gəlib sənədləşdirmə aparmışlar. Baş vermiş oğurluq hadisəsi zamanı mobil telefon nömrəsinin balansında 10 manatlıq kontur olmuş, oğurlanmış “Samsung J3” markalı markalı mobil telefonunun üzərində 5 manatlıq üzlük və arxasında isə 5 manatlıq dəri üziük olmuşdur. Zərərçəkmiş şəxs3 Raqif oğlu məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Səbail rayonu, X8 küçəsi 19 saylı ünvanda yerləşən «Burger House» restoranında inzibatçı işləyir, 14 fevral 2021-ci il tarixdə saat 17:00 radələrində işlədiyi restorana gəlmiş və müştəri sıx olduğu üçün tələsik halda əynində olan gödəkçəni çıxardaraq əlində olan pul kisəsini bar masasının üstünə qoyub işinə başlamışdır. Təxminən 1 saatdan sonra isə bara yaxınlaşaraq pul kisəsinii götürmək istədikdə görmüşdür ki, pul kisəsi yerində yoxdur və naməlum şəraitdə oğurlanmışdır. O, bunu bildikdən sonra DİN-nin 102 zəng xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir.Ona məxsus olan və oğurlanmış pul kisəsi qəhvəyi rəngli dəri materialdan «Mango» markalı olmuş, onu bir il əvvəl 50 manata almış, pul kisəsinin içində 600 manat nağd pul, şəxsiyyətini təsdiq edən sənəd, sürücülük vəsiqəsi və hər birinin dəyəri 8 manat olan bank kartları olmuşdur, ümumilikdə ona 674 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 24 iyun 2020-ci il tarixdə təxminən 02 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 170 saylı evdə olarkən özünə məxsus 2018-ci ildə 650 manata aldığı “Samsung A6” markalı mobil telefonunu masanın üzərinə qoymuş və evin qapısını da yatanda açıq vəziyyətdə qoymuşdur. X16 da axşam evə gələrək o, da özünə məxsus “Nokia” markalı mobil telefonu masanın üzərinə qoyaraq yatmışdır. Səhər saat 8 radələrində yuxudan oyandıqda onun və qardaşının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişlər. Ona məxsus “Samsung A6” markalı mobil telefonun hazırki, işlənmiş vəziyyətdə qiyməti təxminən 350-400 manat təşkil edər, mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrə olmuşdur, həmin nömrəni 5 manata almışdır. Qardaşı Amidə məxsus “Nokia” markalı mobil telefonun hazırki işlək vəziyyətdə qiyməti isə təxminən 20-30 manat təşkil edir, həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyin nəticə hissəsində göstərilən qiymətlə razıdır, ona məxsus “Samsung A 6 Plus” markalı mobil telefonun hazırda işlənmiş vəziyyətdə qiyməti elə təxminən 280 manat təşkil edər, ona məxsus ***-***-**-** saylı nömrənin isə qiyməti 5 manat təşkil etmişdir. Buna görə də baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 285 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, onkoloji xəstəliyi ilə əlaqədar mütəmadi olaraq Bakı şəhərinə gələrək, həkim müayinəsində olur. 21 sentyabr 2020-ci il tarixdə yenə də xəstəliyi ilə əlaqədar həkimə getmək üçün Bakı şəhərinə gəlmiş, həmin gün həkim müayinəsində olduqdan sonra saat 15 radələrində “Papanin” adlanan ərazi ilə piyada gəzərək, “Yeganə” şadlıq sarayının yaxınlığında olan çay evi istiqamətində hərəkət etmişdir. Yolda olduğu zaman ona bir nəfər daha əvvəllər tanımadığı sonradan adını Ceyhun olduğunu bildiyi oğlan yaxınlaşmışdır. Həmin vaxt onun mobil telefonu əlində olmuşdur. Ceyhun ona müraciət edərək, bildirmişdir ki, mobil telefonları olmadığı üçün görüşəcəyi şəxslə əlaqə saxlaya bilmir. Buna görə də həmin gənc oğlan ondan xahiş etmişdir ki, ona mobil telefonunu versin ki, o, tanışları ilə əlaqə saxlasın. Həmçinin söhbət əsasında o, danışan zaman ona müraciət edən şəxs onun hansı rayondan olduğunu soruşmuş və cavab olaraq həmin şəxsə Sabirabad rayonundan olduğunu söyləyən zaman, o, sevincli şəkildə bildirmişdir ki, onlar da Sabirabad rayonundandırlar. Həmin şəxsə bir növ inamı yarandığına və özünə məxsus dəyəri 410 manat olan “XİAOMİ not 8” markalı mobil telefonu Ceyhuna danışmaq üçün vermişdir. Ceyhun ona yaxınlaşdığı yerdə oturacaq olmuşdur. Oturacaqda digər şəxs əyləşmişdir və həmçinin qara rəngli əl çantası oturacağın üzərinə qoyulmuşdur. Ceyhun isə mobil telefonu danışmaq üçün istəmişdir. O da oturacağa tərəf getmiş və digər şəxslə birlikdə oturacaqda əyləşmişdir. O öz telefonunu danışmaq üçün Təqsirləndirilən şəxs vermiş və Ceyhun telefonla danışdıqdan sonra telefonu geri qaytarmışdır. Bir müddətdən sonra o həmin ərazidən getmək istəyərkən isə Ceyhun yenidən əlaqə saxlamaq üçün ondan mobil telefonu istəmiş, o isə mobil telefonu danışmaq üçün vermişdir. Ceyhun onun mobil telefonunu danışmaq üçün alaraq kiməsə mobil telefon vasitəsi ilə zəng etmiş və danışa-danışa özünü yol başa salan kimi göstərib onlardan aralaşmağa başlamışdır. Ondan danışmaq üçün mobil telefonu götürürərək telefonla danışa-danışa yolu digər istiqamətə keçmiş və qəfildən yoxa çıxmışdır. Həmin vaxt o, oturaqcaqda yanında oturan şəxsin qolundan tutmuş və telefonunu götürən şəxsin hara getməsini soruşmuş, cavab olaraq həmin şəxs bildirmişdir ki, telefonu götürən şəxsi tanımır. Bu zaman artıq o əsəbləşmiş və həmin şəxsin qolundan tutaraq polis axtarmağa başlamışdır və həmin şəxs onun polis axtarmağını gördüyü zaman qəfil onun əlindən çıxaraq qaçmışdır. O, həmin şəxsin arxası ilə qaçıb onu tutmağa çalışsa da, yaşı və səhhəti buna yol vermədiyi üçün müsbət nəticə əldə edə bilməmişdir. Bundan sonra o Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilmiş və ondan izahat alınmışdır. Hadisə 21 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsində yerləşən iki yolun arasında olan aralıqda piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerdə baş vermişdir, həmin şəxsləri daha öncə heç tanımamışdır. Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Təqsirləndirilən şəxs yanında olan digər şəxs onun fikrini yayındırmaq, telefonun götürülməsində hər hansı bir iştirakı olmamış, sadəcə oturacaqda əyləşmişdir. Həmçinin bildirmişdir ki, telefonu götürən Ceyhun anidən yoxa çıxmış və onun arxasınca telefonu geri verməsi ilə bağlı hər hansı çağırışlar, hərəkətlər etməmiş, yanında əyləşmiş şəxsi tutaraq həmin şəxsin kim olduğunu soruşmuş və ərazidə polis əməkdaşlarını axtarmışdır. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək həmçinin bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikasının vətəndaşıdır, ailə üzvləri ilə birlikdə Xızı rayonu Məşədi Həsən kəndində yaşayır, Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin qazanxanasında operatoru vəzifəsində mülki işçi kimi işləyir. Əmək haqqı 355 manatdır, əmək haqqını "xxxx" ASC- nə məxsus 5167 5133 4900 0844 nömrəli üzərində “mastercard” yazılmış plastik kart vasitəsi ilə alır. 09 iyun 2020-ci il tarixdə səhhətində olan problemlərlə əlaqədar olaraq hərbi hissənin mühafizə və təminat bölüyünün təsərrüfat tağımının komandiri, baş gizir Fuad Miriyevə istifadəsində olan plastik kartını verərək ondan xahiş etmişdir ki, kartında olan pulu bankomatdan çıxarıb ona versin. Həmin gün, yəni 09 iyun 2020-ci il tarixdə konkret saat yadında qalmasa da günorta saatlarında özünə məxsus olan 5167 5133 4900 0844 nömrəli üzərində “mastercard” yazılmış plastik kartı Fuad Miriyevə vermiş, plastik kartını Fuad Miriyevə verərkən kartında ümumilikdə 912 manat 31 qəpik pul olmuşdur. 10 iyun 2020-ci il tarixdə Fuad Miriyev pul kartının Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən bankomatların birində qaldığını ona bildirmiş və həmin vaxt kartın bankomatda qalmasına dair qəbzi ona təqdim etmişdir. 18 iyun 2020-ci il tarixdə o Sumqayıt şəhərində yerləşən "xxxx" ASC-nin filialına müraciət etmiş və orada ona kartının bankomatda qalmasının görünmədiyini deyərək ona məsləhət bilmişlər ki, o Bakı şəhəri Yasamal rayonunda yerləşən "xxxx" ASC-nin filialına müraciət etsin. O həmin filala müraciət etmiş və onun 3 aylıq əmək haqqı məvacibinin kartda olduğunu, lakin hərbi hissənin maliyyə xidmətinin həmin pulu ala biləcəyini, onun isə həmin pulu almaq hüququnun olmadığını bildirmişlər və o da həmin gün pulu almadan evə qayıtmışdır. 2020 ci ilin iyul ayında o kartının itirilməsi səbəbindən dəyişdirilməsi barədə yuxarı komandanlığa raportla müraciət etmiş və 23 avqust 2020-ci il tarixdə ona təzə kart verilmişdir. Həmin kartın üzərindəki yazılar 4127 2081 2309 5738-dir. 2020-ci ilin may ayndan etibarən aylıq məvacibini ala bilməmiş və hazırda ümumilikdə kartında 1622 manat pul olmalı olduğu halda 0,76 qəpik pul olmuşdur. Kartında olan pulları onun icazəsi olmadan gizli olaraq tanımadığı naməlum şəxs(şəxslər) oğurlamışlar və ona 1622 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ittiham və müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi tanımır. Zərərçəkmiş şəxsi hərbi hissədə mülki işçidir. 10-12 iyun 2020-ci il tarixdə hərbi hissənin mülki işçisi Khalida Hüseinova ona yaxınlaşaraq xahiş etmişdir ki, yolların bağlı olması ilə əlaqədar olaraq (pandemiya səbəbindən) onun iki aylıq əmək haqqısını alsın. Sual olaraq ondan bütün məbləğin çıxarıb-çıxarmamasını soruşmuş, o isə qarşılığında bütün məbləği çıxartmasını, həmin məbləği müalicəsi üçün yığdığını bildirmişdir.İş vaxtı bitdikdən sonra o, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən yaşadığı evə getmiş, yaşadığı evin yaxınlığında olan bankomata yaxınlaşaraq Khalida Hüseinovaya məxsus kartı saat 19:30-20:30 radələrində bankomata salmışdır. Kodu yığdıqda bankomatın ekranına “Hörmətli müştəri kartınız bank tərəfindən saxlanılmışdır” yazısı çıxmış və bu barədə qəbz əldə etmişdir. Khalida Hüseinovanın əlaqə nömrəsi onda olmadığından mənzil istismar xidmətinə, Abuzərova zəng vuraraq hadisəni bildirmiş və ondan Khalida Hüseinova ilə əlaqə saxlamasını və ona bu barədə bildirməsini xahiş etmişdir. Lakin cavabında isə “sabah hadisəni danışıb çeki verərsən” deyə Abuzərov ona bildirmişdir. Səhəri gün işə gəldikdə Khalida Hüseinovaya olanları bildirmiş və çeki ona təqdim etmişdir. Bundan sonra mənzil istismar xidmət rəisi maliyə xidmət rəisinə kartın bankomatda qaldığına dair raport yazmışdır. Maliyə xidməti də yeni kart sifariş vermiş, lakin kartın verilməsi 2 ay gecikmişdir. 2 ay sonra Khalida Hüseinova təzə kartında 0,76 manat məbləğ olduğunu görmüş və bu barədə maliyə xidmət rəsinə bildirmişdir ki, pul onun hesabına köçürülməyib. Bankla əlaqə saxlanılmış, pulun köçürüldüyü məlum olmuşdur. Maliyə Xidmət rəisi bankdan çıxarış alaraq gətirdikdə aydın olmuşdur ki, pul həqiqətən köçürülüb və karta 912 manat pul olub, təxminən 26-27 gün sonra kartdan pul çəkilmişdir. Araşdırma aparılmış, Sumqayıt Hərbi Prokuroluğuna çağırılaraq izahatı alınmışdır. Ona kartın kodun başqa bir şəxsin bilib-bilməməsi barədə soruşulmuş, o isə cavabında kartın üzərində olan nömrənin pozulduğunu, cızılmış vəziyyətdə olduğunu bildirmişdir. Daha sonra prokurorluqdan ona bildirmişlər ki, pullar Lökbatan dairəsində çəkilib. Bu səbəbdən də araşdırma Qaradağ Rayon Polis İdarəsində aparılacaq. Məhkəmə iclasında “Burger House” restoranında baş vermiş oğurluq hadisəsi ilə bağlı cinayət işinə əlavə edilmiş CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 14.02.2021-ci il tarixdə Səbail rayonu, X8 küçəsi 19 ünvanında yerləşən inzibatçı işlədiyi “Burger House” restoranında müxtəlif rakurslardan götürülmüş fotoşəkillər vardır. Videogörüntü olan fayllara baxdıqda Təqsirləndirilən şəxs kafeyə daxil olması, kafedə hərəkət edərək masaya yaxınlaşması və saat 17:38-də masanın üzərindən pul qabını sağ əli ilə götürərək əynində olan gödəkçənin iç cibinə qoyması əks olunduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında “Sədərək” Ticarət Mərkəzi Təsərrüfat bazarı, 3-cü korpus, 2-ci sıra, 58 saylı mağazadan oğurluq faktını özündə əks etdirən elektron dayışıyıcıda olan videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “Sədərək” Ticarət Mərkəzi Təsərrüfat bazarı, 3-cü korpus, 2-ci sıra, 58 saylı mağazadan ətrafa nəzər saldıqdan sonra mağazaya daxil olaraq masanın üzərindən mobil telefon aparatını götürdükdən sonra oranı iti addımlarla tərk edir. Məhkəmə iclasında "xxxx" ASC tərəfindən təqdim edilmiş CD disklərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs4 məxsus plastik kartdan cəmi 5 dəfə bankomat vasitəsi ilə istifadə edilmişdir. ilk dəfə 07.07.2020-ci il tarixdə saat 18:12-də, ikinci dəfə 11.07.2020-ci il tarixdə saat 18:03-də, üçüncü dəfə 14.07.2020-ci il tarixdə saat 17:08-də eyni şəxs, arıq bədən quruluşlu cavan oğlan tərəfindən istifadə edilmiş, dördüncü dəfə 07.08.2020-ci il tarixdə saat 18:29-da 25-30 yaş arası qadın, beşinci dəfə isə 14.08.2021-ci il tarixdə saat 11:06-da kişi cinsli şəxs tərəfindən istifadə olunmuşdur. 15 mart 2021-ci il tarixli qərarla 14 fevral 2021-ci il tarixdə Səbail rayonu, X8 küçəsi 19 ünvanında yerləşən inzibatçı işlədiyi “Burger House” restoranında Zərərçəkmiş şəxs1 məxsus bir ədəd dəyəri 50 manat olan pul kisəsinin içərisində 600 manat məğd pul, şəxsiyyət vəsiqəsi , sürücülük vəsiqəsi, bank kartları ilə birlikdə oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 21 mart 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 26 mart 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 24 mart 2021-ci il tarixdə saat 16:30–da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 24 mart 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaqın CM-nin 177.1 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-57/2021 saylı, 26.03.2021-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 24 mart 2021-ci il tarixdən hesablanmışdır. 26 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarla Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-57/2021 saylı, 26.03.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. 05 aprel 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işinin Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsindən ötrü Qaradağ rayon prokurorluğu vasitəsi ilə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. 09 aprel 2021-ci il tarixli qərarla Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********** nömrəli cinayət işi Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə birləşdirilmişdir və istintaqının sonuncu nömrə altında aparılması qərara alınmışdır. 01 dekabr 2020-ci il tarixli qərarla “Sədərək” Ticarət Mərkəzi Təsərrüfat bazarı, 3-cü korpus, 2-ci sıra, 58 saylı mağazadan Zərərçəkmiş şəxs2 məxsus 050- ***-**-** mobil nömrə kartı altında işləyən “**********44302” imei kodlu 1000 manat dəyərində 01 ədəd “İpone XS” markalı mobil telefon aparatını və Zərərçəkmiş şəxs3 məxsus ***-***-**-** mobil nömrə kartı altında işləyən “**********48340” imei kodlu 250 manat dəyərində 01 ədəd “Samsung J3 (PRO) markalı mobil telefon aparatınının oğurlanması faktı ilə bağlı CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 01 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 yanvar 2021-ci il tarixdə CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş üzrə məhkəmə-əmtəəşünasılıq ekspertizasının 14 yanvar 2021-ci il tarixli 9/5782 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş «Samsung» markalı, «SM-J3110» (J3 pro) mobel mobil telefon aparatının satış üçün kompelktləşdirilməsinə daxil edilən akssesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 80, 00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 01 fevral 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat təzələnmiş, 01 fevral 2021ci il tarixdə CPM-nin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraat yenidən dayandırılmış, 24 mart 2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. 04 dekabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC-nə məxsus 5167 5133 4900 0844 nömrəli plastik kartı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatda qalmasını görərək həmin kartı əldə etmiş, qeyd edilən kartı bir neçə gün üzərində daşıdıqdan sonra həmin kartdan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatdan vahid niyyətlə 07 iyul 2020-ci il tarixdən 14 avqust 2021-ci il tarixdək ümumilkdə 1654 manat nağd pulun informasiya texnologiyalarından istifadə edilməklə naməlum şəxslər tərəfindən gizli olaraq talanması faktına əsasən CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır 10 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 fevral 2021-ci il tarixdə CPM 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 24 mart 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 200030326 nömrəli cinayət işi üzrə 25 mart 2021-ci il tarixli elektron daşıyıcıya baxış keçirilməsi barədə protokola əsasən elektron daşıcıya baxış keçirilərkən müəyyən olunmuşdur ki, "xxxx" ASC-yə məxsus **********000844 nömrəli plastik kartdan cəmi 5 dəfə bankomat vasitəsi ilə istifadə edilmişdir. ilk dəfə 07.07.2020-ci il tarixdə saat 18:12-də, ikinci dəfə 11.07.2020-ci il tarixdə saat 18:03-də, üçüncü dəfə 14.07.2020-ci il tarixdə saat 17:08-də eyni şəxs tərəfindən istifadə edilmiş, dördüncü dəfə 07.08.2020-ci il tarixdə saat 18:29-da 25-30 yaş arası qadın, beşinci dəfə isə 14.08.2021-ci il tarixdə saat 11:06-da kişi cinsli şəxs tərəfindən istifadə olunmuşdur. 25 mart 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.1 və 177.2.3-1-ci maddələrindən CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilən qəbzə əsasən X4 “Samsung J3” markalı telefonu təhvil almışdır. 27 aprel 2021-ci il tarixli qərarla Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı sonuncu nömrə altında davam etdirilmişir. 07 yanvar 2021-ci il tarixli Nəsimi rayon prokurorluğunun qərarı ilə Zərərçəkmiş şəxs5 müraciəti əsasında toplanmış 1162/20 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01.10.2020-ci il tarixli qərarı ləğv edilmiş və fakta görə CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 27 yanvar 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs5ı Nadir oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 16 fevral 2021-ci il tarixli fotoşəkillər üzrə tanımaya təqdim etmə barədə protokola əsasən Zərərçəkmiş şəxs5 tanınmalı olan Təqsirləndirilən şəxs fotoşəkilini ona oxşayan 3 kişi cinsindən olan şəxslərin fotoşəkilləri ilə birlikdə ayrıca fotocədvəldə yapışdırılmış, nömrələnmiş və möhürlənmiş halda təqdim etmiş və Zərərçəkmiş şəxs5 fotocədvəldə 3 nömrəsi ilə nömrələnmiş fotoşəkili göstərərək hadisə baş verən gün onun mobil telefonunu danışmaq adı ilə götürüb, hadisə yerindən uzaqlaşan şəxsi üz quruluşunun formasından tanıdığını bildirmişdir. 02 mart 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmiş və həmin tarixli qərarla iş üzrə icraat dayandırılmışdır. İş üzrə məhkəmə-əmtəəşünasılq ekspertizasının 11 mart 2021-ci il tarixli 9/1328 saylı rəyi ilə müəyyən edilmişdir ki,ekspertiza təyini haqqında göstərilən 01 ədəd «Xiaomi Note 8» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən akssesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 240,00 manat, ***-***-**-** saylı GSM nömrə 4, 0 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 26 mart 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və eyni tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Eyni tarixli qərarla barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. 17 sentyabr 2020-ci il tarixli qərarla 24 iyun 2020-ci il tarixə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küşəsi ev 170 saylı evdən Zərərçəkmiş şəxs6 məxsus 280 manat dəyərində “Samsung A 6+” markalı mobil telefonu, həmin mobil telefonun üzərində olan 5 manat dəyərində ***-***-**-** GSM nömrəni masanın üzərindən oğurlanması faktı ilə bağlı CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş üzrə məhkəmə-əmtəəşünasılq ekspertizasının 07 sentyabr 2020-ci il tarixli 9/2962 saylı rəyi ilə müəyyən edilmişdir ki,ekspertiza təyini haqqında göstərilən 01 ədəd «Samsung» markalı «A 6 Plus» modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən akssesuarların olmamasını və istifadə olmasını nəzərə alaraq, nəzəri nesablama yolu ilə orta bazar qiyməti təxminən 280, 00 manat, ***-***-**-** saylı GSM saylı GSM nömrə 4,0 manat müəyyən olunur, Nokia markalı mobil telefonun modeli haqqında məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 21 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 20 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin tarixli qərarla təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. 20 aprel 2021-ci il tarixli qərarla Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. 21 aprel 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 180.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. 26 aprel 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Səbail RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaqının aparılması üçün Səbail RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. 27 aprel 2021-ci il tarixdə ********* nömrəli cinayət işi aparılan ********* nömrəli cinayət işi ilə birləşdirilərək ********* nömrə altında istintaq aparılmışdır. 16 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 180.2.1 və 180.2.2-ci maddələri ilə tövsif olunmaqla yenidən ittiham elan olunması qərara alınmış və barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınmışdır. 18 may 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərara əsasən “Burger House” restoranında baş vermiş oğurluq hadisəsi və “Sədərək” Ticarət Mərkəzi Təsərrüfat bazarı, 3-cü korpus, 2-ci sıra, 58 saylı mağazadan oğurluq faktını özündə əks etdirən “DVD” disklər iş üzrə maddi sübut kimi tanınmış, həmçinin Zərərçəkmiş şəxs3 Raqif oğluna məxsus Samsung SM- J3110 modelli mobil telefon aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. 18 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə bir qrup şəxs halında soyğunçuluq cinayətini törətmiş şəxsin şəxsin müəyyən edilməsi faktı üzrə CM-nin 180.2.1-ci maddəsi ilə ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. 18 may 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1, 180.2.1 və 180.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 mart 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.12.2007-ci il tarixli hökmü ilə CM-nin 178.1ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzası tətbiq olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.04.2009-cu il tarixli hökmü ilə CM-nin 221.2.1, 127.2.3, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, CM-nin 66.1 və 66.3-cü maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02.05.2013-cu il tarixli qərarı ilə 07 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdır. 30.12.2013-cü il tarixdə təyin edilmiş şərti sınaq müddəti başa çatmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.06.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 23.06.2016-cı il tarixdə Milli Məclisin 20.05.2016-cı il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-də CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə 19.03.2019-cu il tarixli qərarla CM-nin 85, 39.1.11, 156.9, 280 maddələri rəhbər tutularaq barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilərək həbsdən azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2020 saylı 22.01.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 185.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2020 saylı 22.01.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 185.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)- 180/2022 saylı, 26.04.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 48/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli hökmü ilə CM-nin 185.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilmiş və çəkilməmiş 02 il 06 01 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)- 409/2019 saylı, 26.09.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-306/2021 saylı, 24.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün, yəni 08 iyun 2021-ci il tarixədək uzadılmışdır. Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bir azyaşlı övladı var – 29.07.2015-ci il təvəllüdlü X5 İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli, 1(009)-179/2021 saylı qərarına əsasən "xxxx" ASC-dən daxil olmuş məktuba əsasən Xalidə Hüseynovaya məxsus 5167-5133-4900-0844 saylı plastik kart 09.06.2020-ci il tarixdə həqiqətən də Sumqayıt şəhəri, 9-cu mikrorayon (H.Əliyev adına park) ünvanında yerləşən bankomat tərəfindən saxlanılmışdır. Qeyd olunan əməliyyata dair excel faylda bankomat ünvanına dair məlumatı, word faylda kartın bankomatda saxlanıldığına dair çıxarışı (vərəqin ən aşağı hissəsində Pick up qeydi -- kartın bankomat tərəfindən saxlanması anlamına gəlir) və kartın bankomata daxil edildiyinə dair (şəklin sağ yuxarı küncündə İNSERTED qeydi), kartın Pin kodunun daxil edilməsinə dair (PİN ENTERED) və kartın bankomatda saxlanmasına dair (RETAİNED BY HOST) fotogörüntüləri disk şəklində məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli, 1(009)-9/2022 saylı qərarına əsasən "xxxx" ASC-dən daxil olmuş məktuba əsasən "xxxx" ASC-nin müştərisi Xalidə Hüseynovanın ******************** saylı əmək haqqı hesabına bağlı 5167-5133-4900-0844 saylı plastik kart 07.02.2019-cu il tarixdə sifariş edilmiş və 09.06,2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon (H.Əliyev adına park) ünvanında yerləşən bankomat tərəfindən saxlanılmışdır (bu barədə məhkəməyə məlumat verilmişdir). Plastik kart bankomatda saxlandıqdan sonra 10.06.2020-ci il tarixdə ******************** saylı əmək haqqı hesabına bağlı 4127-2081-2803-7941 saylı plastik kart sifariş edilmiş (12.06.2020-ci il tarixdə 32 ədəd əmək haqqı kartı N saylı hərbi hissənin etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən təhvil alınmışdır) və 08.07.2020-ci il tarixdən 14.08.2020-ci il tarixədək olan dövr ərzində 310 manat, 182 manat, 653 manat, 350 manat və 159 manat olmaqla, ümumilikdə 1654 manat məbləğində vəsait nağdlaşdırılmışdır (fotogörüntülər disk daşıyıcıda təqdim olunur). 18.08.2020-ci il tarixdə Xalidə Hüseynovaya məxsus ******************** saylı əmək haqqı hesabına bağlı 4127-2081-2309-5738 saylı yeni plastik kartın sifariş edilməsi səbəbindən (16 ədəd əmək haqqı kartının təhvil alınmasına dair 21,08.2020-ci il və 25.08.2020-ci il tarixli məxaric qəbzlərinin surətləri və etibarnamə əlavə olunur) 1654 manat məbləğində nağdlaşdırma əməliyyatı aparılmış 4127-2081-2803-7941 saylı plastik kart etibarsız hesab olunmuş və 09.09.2020-ci il tarixdə növbəti istifadə zamanı 276 saylı bankomat tərəfindən saxlanmışdır. Aparılmış əməliyyatlara dair məlumatlar məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələrinə əsasən onlara dəymiş ziyan ödənilmiş, onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə ünvanlanmış teleqramlara əsasən onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 16.03.2022-ci il tarixli, 17911 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin (450 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 125 manat məbləğində pul ödənişi etmişdir. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə - təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq informasiya texnologiyalarından istifadə etməklə 2020-ci ilin yay aylarında Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC-nə məxsus 5167 5133 4900 0844 nömrəli plastik kartı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatda qalmasını görərək həmin kartı əldə etmiş, qeyd edilən kartı bir neçə gün üzərində daşıdıqdan sonra həmin kartdan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatdan vahid niyyətlə 07 iyul 2020-ci il tarixdə saat 18:28:20-də 310 manat, 11 iyul 2021ci il tarixdə saat 18:19:30-da 182 manat, 14 iyul 2021-ci il tarixdə saat 17:25:02-də 653 manat, 07 avqust 2021-ci il tarixdə saat 18:47:22- də 350 manat və 14 avqust 2021-ci il tarixdə saat 23:23:20-də 159 manat pulu cinayətdən xəbərsiz olan tanımadığı ayrı-ayrı şəxslərin vasitəsilə nağd şəkildə çıxardaraq Zərərçəkmiş şəxs4 ümumilkdə 1654 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi epizodu üzrə aşağıdakıları qeyd edir. Məhkəmə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanılmış sübutları araşdırıb, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, Zərərçəkmiş şəxs4, şahid X10 ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə qanunsuz olaraq informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 1654 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi epizodu üzrə cinayət hadisəsi olmadığından CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bilmişdir ki, Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC-nə məxsus 5167 5133 4900 0844 nömrəli plastik kartı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatda qalmasını görərək həmin kartı əldə etməsi, qeyd edilən kartı bir neçə gün üzərində daşıdıqdan sonra həmin kartdan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatdan cinayətdən xəbərsiz olan tanımadığı ayrı-ayrı şəxslərin vasitəsilə nağd şəkildə çıxarmamış və həmin cinayət əməli ilə hər hansı bir əlaqəsi yoxdur. İstintaq zamanı Qaradağ Rayon Polis İdarəsində istintaq aparılarkən ona müxtəlif təzyiqlər göstərildiyi üçün məcburiyyətdən o həmin əməli etdiyini göstərmişdir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs4 Sumqayıt Hərbi Prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, 09 iyun 2020-ci il tarixdə o, özünə məxsus 5167 5133 4900 0844 ( etibarlılıq müddəti 02.22) nömrəli (kartın üzərində “Xalida Huseynova” kimi qeyd edilmişdir) kartını iş yoldaşı Fuad Miriyevə vermiş və kartında olan pulu çıxararaq ona verməsini istəmişdir. Növbəti gün – 10 iyun 2020-ci il tarixdə Fuad Miriyev ona yaxınlaşaraq çeki təqdim etmiş və demişdir ki, kart bankomatda qalmışdır. Daha sonra Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 23 avqust 2020-ci il tarixdə ona 4127 2081 2309 5738 (etibarlılıq müddəti 08/23) nömrəli yeni kart verilmiş və həmin kartı bankomata salanda balansda 1622 manat olmalı olduğu halda 0,76 qəpik pul olmuşdur. "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinin Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ünvanladığı 16.11.2020-ci il tarixli, 42-7146/2020 saylı məktubunda isə X3 adına olan 4127 20** ****7941 nömrəli əmək haqqı kartında 07.07.2020-ci il tarixdən 14.08.2020-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatların cədvəli göstərilmişdir. (cinayət işi 1 cild, səhifə 219) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, pul məbləğləri 5167 5133 4900 0844 nömrəli plastik kartdan deyil, Zərərçəkmiş şəxs4 məxsus digər 412720****7941 nömrəli kartdan çıxarılmışdır. Qeyd edilən hallar müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli, 1(009)-179/2021 saylı qərarı ilə 09.06.2020-ci il tarixdən - 12.06.2020-ci il tarixinədək olan dövrdə Huseinova Khalidənin sahibliyində olan "xxxx" ASC-yə məxsus 412720****7941 nömrəli kart ilə bağlı hər hansı əməliyyatın, o cümlədən hər hansı uğursuz əməliyyatın aparılıb-aparılmaması (kartın bankomat tərəfindən udulduğu təqdirdə hər hansı qəbzin verilib-verilməməsi), 09.06.2020-ci il tarixdən - 12.06.2020-ci il tarixlərdə 412720******7941 nömrəli kartla aparılmış əməliyyatlara dair bankomat fotoşəkillər barədə məlumatlar məhkəməyə təqdim edilməsi qərara alınaraq, icrası "xxxx" ASC-yə həvalə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli, 1(009)-179/2021 saylı qərarına əsasən "xxxx" ASC-dən daxil olmuş məktubda Xalidə Hüseynovaya məxsus 5167- 5133-4900-0844 saylı plastik kartın 09.06.2020-ci il tarixdə həqiqətən də Sumqayıt şəhəri, 9-cu mikrorayon (H.Əliyev adına park) ünvanında yerləşən bankomat tərəfindən saxlanıldığı qeyd olunmuş, qeyd olunan əməliyyata dair excel faylda bankomat ünvanına dair məlumatı, word faylda kartın bankomatda saxlanıldığına dair çıxarışı (vərəqin ən aşağı hissəsində Pick up qeydi -- kartın bankomat tərəfindən saxlanması anlamına gəlir) və kartın bankomata daxil edildiyinə dair (şəklin sağ yuxarı küncündə İNSERTED qeydi), kartın Pin kodunun daxil edilməsinə dair (PİN ENTERED) və kartın bankomatda saxlanmasına dair (RETAİNED BY HOST) fotogörüntüləri disk şəklində məhkəməyə təqdim edilmişdir. 5167 5133 4900 0844 , 4127 2081 2309 5738 və 4127 2081 2803 7941 nömrəli kartlar üzrə bütün məlumatların, o cümlədən hansı kart hansı tarixdə bankomatda qalıb-qalmaması, kimin istifadəsində olduğu barədə məlumatların, hesabdan çıxarışları, əməliyyatların aparılması və əməliyyatların aparılması ilə bağlı fotoşəkillərin məhkəməyə təqdim olunması, həmçinin Zərərçəkmiş şəxs4 adına 2020-ci il ərzində neçə ədəd aktiv plastik kart olması və hər kart üzrə 2020-ci ilin dövr ərzində hesabdan çıxarışların məhkəməyə təqdim olunması, Zərərçəkmiş şəxs4 adına aşkar edilmiş kartların hansı tarixlərdə bankomatda qalması, o cümlədən bankomatda qaldıqdan sonra həmin kartların kimin tərəfindən təhvil alınması və həmin kartlar üzərində hansı əməliyyatlar aparılması haqqında məlumatın, həmçinin həmin kartlarla aparılmış əməliyyatlara dair bankomat fotoşəkillərinın əldə olunması 5167 5133 4900 0844 , 4127 2081 2309 5738 və 4127 2081 2803 7941 nömrəli kartlar üzrə bütün məlumatların, o cümlədən hansı kart hansı tarixdə bankomatda qalıb-qalmaması, kimin istifadəsində olduğu barədə məlumatların və bununla bağlı fotoşəkillər məhkəməyə təqdim olunması zərurəti yaranmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli, 1(009)-9/2022 saylı qərarı ilə Zərərçəkmiş şəxs4 adına 2020-ci il ərzində neçə ədəd aktiv plastik kart olması və hər kart üzrə 2020-ci ilin dövr ərzində hesabdan çıxarışlar, Zərərçəkmiş şəxs4 adına aşkar edilmiş kartların hansı tarixlərdə bankomatda qalması, o cümlədən bankomatda qaldıqdan sonra həmin kartların kimin tərəfindən təhvil alınması və həmin kartlar üzərində hansı əməliyyatlar aparılması haqqında məlumat, həmçinin həmin kartlarla aparılmış əməliyyatlara dair bankomat fotoşəkillər məhkəməyə təqdim edilməsi və 5167 5133 4900 0844 , 4127 2081 2309 5738 və 4127 2081 2803 7941 nömrəli kartlar üzrə bütün məlumatların, o cümlədən hansı kart hansı tarixdə bankomatda qalıb-qalmaması, kimin istifadəsində olduğu barədə məlumatların və bununla bağlı fotoşəkillər məhkəməyə təqdim olunması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli, 1(009)-9/2022 saylı qərarına əsasən "xxxx" ASC-dən daxil olmuş məktubda "xxxx" ASC-nin müştərisi Xalidə Hüseynovanın ******************** saylı əmək haqqı hesabına bağlı 5167-5133-4900-0844 saylı plastik kart 07.02.2019-cu il tarixdə sifariş edilmiş və 09.06.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon (H.Əliyev adına park) ünvanında yerləşən bankomat tərəfindən saxlanılmışdır. Plastik kart bankomatda saxlandıqdan sonra 10.06.2020-ci il tarixdə ******************** saylı əmək haqqı hesabına bağlı 4127-2081-2803-7941 saylı plastik kart sifariş edilmiş (12.06.2020-ci il tarixdə 32 ədəd əmək haqqı kartı N saylı hərbi hissənin etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən təhvil alınmışdır) və 08.07.2020-ci il tarixdən 14.08.2020-ci il tarixədək olan dövr ərzində 310 manat, 182 manat, 653 manat, 350 manat və 159 manat olmaqla, ümumilikdə 1654 manat məbləğində vəsait nağdlaşdırılmışdır (fotogörüntülər disk daşıyıcıda təqdim olmuşdur). 18.08.2020-ci il tarixdə Xalidə Hüseynovaya məxsus ******************** saylı əmək haqqı hesabına bağlı 4127-2081-2309- 5738 saylı yeni plastik kartın sifariş edilməsi səbəbindən (16 ədəd əmək haqqı kartının təhvil alınmasına dair 21.08.2020-ci il və 25.08.2020-ci il tarixli məxaric qəbzlərinin surətləri və etibarnamə əlavə olunur) 1654 manat məbləğində nağdlaşdırma əməliyyatı aparılmış 4127- 2081-2803-7941 saylı plastik kart etibarsız hesab olunmuş və 09.09.2020-ci il tarixdə növbəti istifadə zamanı 276 saylı bankomat tərəfindən saxlanmışdır. Belə ki, istinad edilən cinayət hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən izahatında Sumqayıt şəhəri, 9-cu mikrorayon Zəngəzur Restoranınınb yaxınlığında olarkən "xxxx" ASC-yə məxsus bankomatdan səs gəldiyini eşitdiyini oraya yaxınlaşdırqda aparatda kart olduğunu görmüş, kartı oradan götürmüşdür. Bir neçə gün sonra “Qobu Park” yaşayış massivində övladını götürməyə gələrkən tanımadığı şəxsdən kartdan pul çıxarmasını xahiş etmiş, bu hərəkətlə hissə-hissə ümumilikdə təxminən 1500-1600 manat pul çıxarmışdır. (cinayət işi 1 cild, 239-cu səhifə) Həmçinin iş materiallarında olan 26 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində suallara cavab olaraq göstərmişdir ki, “Sual: Siz, yuxarıda qeyd etdiyiniz oğurluqdan başqa da oğurluq etdiyinizi və plastik kartdan pul çıxartdığınızı bildirirsiniz. Həmin hadisə ilə bağlı ətraflı olaraq nə deyə bilərsiniz? Cavab: Bildirirəm ki, 2020-ci ilin yay aylarında Novxanı qəsəbəsində yerləşən bağdan çıxıb ərzaq almaq üçün Sumqayıt şəhərinə getmişdim. Sumqayıt şəhəri 9-cu mikrayonda yerləşən “Zəngəzur” restoranının yaxınlığında olarkən orada “Beynalxalq” Bankın bankomatmdan siqnal səsləri eşitdim. Aparatın yanına yaxınlaşdıqda aparatda kart olduğunu görüb kartı götürdüm. Ətrafa baxıb kartın sahibini gözləsəm də heç bir kəsin gəlmədiyini görüb oradan uzaqlaşdım. Kartın üzərinə nəzər saldıqda gördüm ki, pul çıxartmaq üçün üzərində kod yazılmışdır. Lakin, orada kartdan pul çıxartmaqda ehtiyat etdim və düşündüm ki, əgər burada pul çıxartsam məni tapıb məsuliyyətə cəlb edərlər. Bu səbəbdən də kartı özümdə saxladım. Bir neçə gün sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış mərkəzinə övladımı götürməyə gəlmişdim. Həmin vaxt pulum olmadığı üçün Lökbatan qəsəbəsində yerləşən “Oba” marketin yanına gəlib orada “Beynalxalq” Bankın bankomatına yaxınlaşıb yoldan keçən tanımadığım bir nəfər şəxsdən kartdan pul çıxartmasını xahiş etdim. Bu yolla da ayrı-ayrı vaxtlarda 5 dəfəyə hissə ümumilikdə təxminən 1500-1600 manat kartdan pul çıxartdım. Əldə etdiym pulları isə ev üçün ərzaq və dərmanlara xərcləmişdim. Bundan başqa hansısa bir cinayət hadisəsi törətməmişdim. Sual: Qeyd edilən kartdan pul çıxarmanız 2020-ci ilin təxminən hansı aylarına təsadüf edirdi? Cavab: Bildirirəm ki, qeyd edilən kartdan 2020-ci ilin yay aylarında pul çıxarmışdım. Lakin hazırda dəqiq tarixləri bilmirəm. Sual: Ümumiyyətlə qeyd edilən kartdan digər şəxsin köməyindən istifadə etmədən birbaşa özünüz pul çıxartmısmızımı? Cavab: Xeyr. Qeyd edilən kartdan hər dəfə tanımadığım ayrı-ayrı şəxslərin köməyindən istifadə etməklə pul çıxartmışam. Özüm bir başa pul çıxartmamışam. Əvvəllər məhkumluq həyatı yaşadığım üçün bu cür əməllərin cinayət olduğunu bilirdim. Bu səbəbdən də kartdan özüm pul çıxartmaqda ehtiyat edirdim. Sual; “Azərbaycan Beynəlxalq Bankın” Təhlükəsizlik departamentinin təqdim etdiyi 01 ədəd elektron daşıyıcıya iştirakınızla baxış keçirilərkənmüəyyən edilmişdir ki, ilk dəfə qeyd edilən kartdan 07.07.2020-ci il tarixdə saat 18:12-də, ikinci dəfə 11.07.2020-ci il tarixdə, saat 18:03-də, üçüncü dəfə 14.07.2020-ci il tarixdə saat 17:08-də eyni şəxs, yəni elektron daşıyıcıda olan foto şəkillərə əsasən təxminən 25 yaş arası, arıq bədən quruluşlu cavan oğlan istifadə etmişdir. Bundan sonra qeyd edilən kartdan 4-cü dəfə 07.08.2020-ci il tarixdə, saat 18:29-da təxminən 25-30 yaş arası olan, arıq bədən qruluşlu qadın, sonuncu dəfə, yəni 5-ci dəfə isə 14.08.2020- ci il tarixdə, saat 11:06-da üz cizgiləri dəqiq görünməyən, lakin kişi cinsli şəxs istifadə etmişdir. Necə oldu ki, birinci, ikinci və üçüncü dəfə həmin kartdan eyni şəxs istifadə etmişdir. Bununla bağlı ətraflı olaraq nə deyə bilərsiniz? Cavab: Mən elektron daçşıyıcıya iştirakımla baxış keçirilərkən ..verdiyiniz suala aydınlıq gətirmişdim. Bir daha bildirirəm ki, həmin şəxslərin qeyd edilən kartın oğurluq olmasından məlumatları olmamışdır və onlara bununla bağlı heç bir söz deməmişdim. Bildirirəm ki, 25 yaş arası olan şəxs mənim tanışımdır, həmin şəxs Lökbatan qəsəbəsində yaşayır. Sadəcə olaraq kartı ona verib xahiş etmişdim ki, nənəmin kartıdır, pul çıxartmağa bacarmıram. Bu səbəbdən də həmin şəxs 07.07.2020-ci il tarixdə saat 18:12-də, 11.07.2020-ci il tarixdə, saat 18:03-də və 14.07.2020- ci il tarixdə saat 17:08-də mənim xahişimə əsasən həmin kartdan pul çıxardıb mənə təqdim etmişdir. 07.08.2020-ci il tarixdə, saat 18:29-da isə qeyd edilən bankomatm yanında tanımadığı təxminən 25-30 yaş arası qadına həmin kartı vermişdim onun vasitəsi ilə, sonuncu dəfə isə 14 avqust 2020-ci il tarixdə, saat 11:06-da tanımadığım bir nəfər cavan oğlanın vasitəsi ilə həmin kartdan bankomat aparatından pul çıxartmışdım. Hər dəfə kartdan pul çıxarılarkən mən bankomatm müşahidə kamerasından bir qədər aralıda durmuşdum ki, məni çəkməsin.” Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 08.07.2020-ci il tarixdən 14.08.2020-ci il tarixədək olan dövr ərzində 310 manat, 182 manat, 653 manat, 350 manat və 159 manat olmaqla, ümumilikdə 1654 manat məbləğində vəsait nağdlaşdırılması Zərərçəkmiş şəxs4 məxsus 09.06.2020-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon (H.Əliyev adına park) ünvanında yerləşən bankomat tərəfindən saxlanılmış 5167-5133- 4900-0844 saylı plastik kart vasitəsi ilə deyil, Zərərçəkmiş şəxs4 məxsus 10.06.2020-ci il tarixdə sifariş verilmiş və 4127-2081-2803-7941 saylı plastik kart vasitəsi ilə nağdlaşdırılmışdır. Beləliklə, məhkəmə iclasında ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda qeyd edilən epizod üzrə yalnız təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsinə əsasən verilməsi müəyyən edilmiş ki, həmin ifadə də qeyd edilən cinayət hadisəsinin mövcud halları ilə ziddiyyət təşkil edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs əməli törətməsini inkar etmiş və istintaq zamanı ona təzyiq göstərilməsi səbəbindən həmin məzmunlu ifadə verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq informasiya texnologiyalarından istifadə etməklə 2020-ci ilin yay aylarında Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC-nə məxsus 5167 5133 4900 0844 nömrəli plastik kartı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatda qalmasını görərək həmin kartı əldə etmiş, qeyd edilən kartı bir neçə gün üzərində daşıdıqdan sonra həmin kartdan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatdan vahid niyyətlə 07 iyul 2020ci il tarixdə saat 18:28:20-də 310 manat, 11 iyul 2021-ci il tarixdə saat 18:19:30-da 182 manat, 14 iyul 2021-ci il tarixdə saat 17:25:02-də 653 manat, 07 avqust 2021-ci il tarixdə saat 18:47:22- də 350 manat və 14 avqust 2021-ci il tarixdə saat 23:23:20-də 159 manat pulu cinayətdən xəbərsiz olan tanımadığı ayrı-ayrı şəxslərin vasitəsilə nəğd şəkildə çıxardaraq Zərərçəkmiş şəxs4 ümumilkdə 1654 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi faktına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini araşdırmadan yalnız təqsirləndirilən şəxsin ifadəsinə istinad edilərək onun tərəfindən cinayətin hadisəsinin törədilməsi barədə əsassız nəticəyə gəlmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş, əksinə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq informasiya texnologiyalarından istifadə etməklə 2020-ci ilin yay aylarında Zərərçəkmiş şəxs4 istifadəsində olan "xxxx" ASC-nə məxsus 5167 5133 4900 0844 nömrəli plastik kartı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatda qalmasını görərək həmin kartı əldə etmiş, qeyd edilən kartı bir neçə gün üzərində daşıdıqdan sonra həmin kartdan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən "xxxx" ASC-nə məxsus bankomatdan vahid niyyətlə 07 iyul 2020ci il tarixdə saat 18:28:20-də 310 manat, 11 iyul 2021-ci il tarixdə saat 18:19:30-da 182 manat, 14 iyul 2021-ci il tarixdə saat 17:25:02-də 653 manat, 07 avqust 2021-ci il tarixdə saat 18:47:22- də 350 manat və 14 avqust 2021-ci il tarixdə saat 23:23:20-də 159 manat pulu cinayətdən xəbərsiz olan tanımadığı ayrı-ayrı şəxslərin vasitəsilə nəğd şəkildə çıxardaraq Zərərçəkmiş şəxs4 ümumilkdə 1654 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi, yəni irəli sürülmüş ittihamda CM-nin 177.2.3-cü maddəsi üzrə cinayət hadisəsi olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi olmadıqda; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X12rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxsin təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Beləliklə, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə yekun nəticəyə gəlir ki, baş vermiş hadisədə hər hansı cinayətin, eləcə də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən “cinayət hadisəsi olmadıqda” əsası ilə təqsirləndirilən şəxsə bəraət verilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Zərərçəkmiş şəxs4 adına "xxxx" ASC-nə 10.06.2020-ci il tarixdə sifariş verilmiş və 08.07.2020-ci il tarixdən 14.08.2020-ci il tarixədək olan dövr ərzində 310 manat, 182 manat, 653 manat, 350 manat və 159 manat olmaqla, ümumilikdə 1654 manat məbləğində vəsaitin 4127-2081-2803-7941 nömrəli plastik kartdan nağdlaşdırılması epizodu üzrə araşdırma aparılması və hüquqi qiymət verilməsindən ötrü Bakı şəhəri Qaradağ Rayon Prokurorluğuna məlumat verilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə - təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə istintaqa məlum olmayan şəxslə bir qrup şəxs yaradaraq qrup halında 21 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerdə hərəkət edən Zərərçəkmiş şəxs5 yaxınlaşmış, içərisində hər birinin dəyəri 20 manat olan ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin olduğu dəyəri 410 manat olan **********70865 və **********70 873 İMEİ kodlu “Xiaomi not 8” markalı mobil telefonu sonuncudan danışmaq adı ilə götürərək qaçmağa başlamış, həmin vaxtı Zərərçəkmiş şəxs5 telefonu geri verməsi ilə əlaqədar çağırışlarına məhəl qoymayıb, şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını anlayaraq, aldatma yolu ilə əldə etdiyi mobil telefonu özündə saxlamaq məqsədi ilə hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 əmlakını açıq yolla talayıb ona ümumilikdə 450 manat maddi ziyan vuraraq təkrarən soyğunçuluq etməsi epizodu üzrə aşağıdakıları qeyd edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməsi ittihamı verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, cinayətdə iştirakçılıq cinayət məsuliyyətinin əlavə əsaslarını yaratmır. Hər bir iştirakçı törətdiyi əmələ görə fərdi məsuliyyət daşıyır. İştirakçılıqla törədilən cinayətlərdə cinayət məsuliyyətinin əsaslarının qeyd edilən anlamı onun fərdiləşməsi prinsipi ilə uyuşur. Hər bir iştirakçını məsuliyyəti, sadə və yaxud da mürəkkəb iştirakçılığın olmasından asılı olmayaraq, törədilən cinayətdə iştirakın xarakterindən və dərəcəsindən asılı olaraq həll edilir. Məhkəmə cinayətdə iştirak edən şəxsin əməlinin kriminal məqsədə nail olunmasında əhəmiyyətini, bele əməlin vurulan ziyanın xarakterinə və miqyasına təsiri nəzərə alınır. Cinayətdə iştirakçılığa görə məsuliyyət fərdi hərəkət edən və cinayət törədən şəxsin məsuliyyətinə bərabər tutulur. Cinayətdə iştirakçılığın formaları dəstə üzvləri arasında əlbirlik və mütəşəkkillik əlamətlərinə görə fərqlənir. İştirakçılığın formaları cinayətin edilməsi ilə bağlı iki və daha artıq şəxsin əlbir olmasına və hərəkətlərinin qarşılıqlı əlaqə üsullarına görə fərqlənən birgə kriminal fəaliyyət tipləridir. Qüvvədə olan qanunvericilikdə cinayətdə iştirakçılığın bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik formaları fərqləndirilir. Bu təsnifat cinayətdə iştirakçılığın obyektiv və subyektiv meyarları əsasında aparılır. Cinayət törədən dəstə üzvləri arasında əlbirlik səviyyəsinə görə qabaqcadan əlbir olan və olmayan dəstəyə ayrılır. Qabaqcadan əlbir olmayan dəstə - sadə iştirakçılıq adlandırılan bu formada dəstə üzvləri arasında cinayət əməlinin törədilməsinə dair razılıq onların düşdükləri münaqişəli şəraitin təsiri altında yaranır. Belə formada iştirakçılıq üçün cinayətə qədər hazırlıq hərəkətləri aparmaq və cinayətin planlaşdırılması xarakterik hal deyil. Cinayətin qabaqcadan əlbir olan dəstə -müxtəlif rolların yerinə yetirilməsi ilə bağlı olan iştirakçılıqdan biri bilavasitə cinayəti törədir, başqaları ona kömək edir.Mürəkkəb iştirakçılıqda cinayətin iştirakçıları müxtəlif vəzifələr yerinə yetirsə də, bunların hamısı nəticə etibarı ilə cinayətin icraçısının fəaliyyəti ilə yaxından, yaxud da uzaqdan rabitədə olur və iştirakçının cinayətdə birgə iştirakını yaradır. İştirakçılığın kriminal dəstə formasında üzvlər arasında birgə törədilməsinə dair əvvəlcədən razılıq olur. Razılıq adətən qəsd obyekti və cinayətin predmeti ilə bağlı olur. İştirakçılığın cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi qüvvədə olan CM-in 177.2.1, 178.2.1, 179.2.1, 180.2.1, 181.2.1, 182.2.1, 183.2.2, 184.2.1 və s. maddələrində məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi müəyyən edilmişdir. Qabaqcadan əlbir olan dəstənin hər hansı formasında iştirakçılığı deyil, qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutulur. Əgər cinayətin obyektiv cəhəti bir nəfər tərəfindən törədilirsə, digər iştirakçılar isə başqa funksiyaları yerinə yetirirlərsə məsuliyyət qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, mürəkkəb iştirakçılıq üstündə yaranacaqdır. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-nin 180.2.1-ci maddəsində soyğunçuluğun tövsifedici əlaməti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutur. Belə ki qabaqcadan əlbir olma dedikdə iki və daha artıq şəxsin birgə soyğunçuluq törətməsi üçün əməlin törədilməsinədək razılığa gəlməsi başa düşülür. Belə razılıq cinayətdən əvvəl istənilən anda (cinayətə hazırlıq və ya cinayətə cəhd mərhələsində), lakin hər bir halda özgənin əmlakını götürməyə bilavasitə yönəlmiş əvvəl əldə edilməlidir. Əks təqdirdə - razılıq əmlakın götürülməsi prosesində əldə olunduqda qabaqcadan əlbir olma əlaməti olmayacaqdır. Təhlil edilən tövsifedici əlamətin mövcud olması üçün daha bir mühüm şərt əməlin qabaqcadan əlbir olan ən azı iki icraçı tərəfindən (birgə icraçılıqla) törədilməsidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı qərarının 9-cu bəndinə görə CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs Yahyabala oğluna verilmiş ittihamda sözügedən epizod üzrə cinayətin obyektiv cəhəti bir nəfər tərəfindən, yəni Təqsirləndirilən şəxs Yahyabala oğlu tərəfindən törədilmiş, həmçinin məhkəmə iclasında da iştirak edən zərərçəkmiş şəxs Hadıyev X6 Ceyhunun yanında olan digər şəxsin onun fikrini yayındırmaq, telefonun götürülməsində hər hansı bir iştirakı olmadığını sadəcə oturacaqda əyləşdiyini bildirmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Oğurluq, soyğunçuluq və quldurluq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarına əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Məhkəmə iclasında ifadə verərkən Zərərçəkmiş şəxs5 göstərmişdir ki, telefonu götürən şəxs anidən yoxa çıxmış və onun arxasınca telefonu geri verməsi ilə bağlı hər hansı çağırışlar, hərəkətlər etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmçinin göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs aldatma yolu ilə dələduzluq cinayətini törətmiş, əmlakın sahibi ona inanmış və onun tərəfindən əmlak könüllü sürətdə təqsirləndirilən şəxsə verilmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs CM-nin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham təqsirləndirilən şəxsə nisbətdə müvafiq olaraq əvvəl törətmiş olduğu oğurluq cinayətinə görə irəli sürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, sözügedən cinayət əməli 24 iyun 2020-ci il tarixdə törədilmiş cinayət əməlindən sonra baş verdiyindən dələduzluğun təkrar törədilməsi kimi qiymətləndirilməli, Təqsirləndirilən şəxs Yahyabala oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə tövsif olunmalıdır. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Yahyabala oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı işdən isə görünür ki, Təqsirləndirilən şəxs Yahyabala oğlu Zərərçəkmiş şəxs5 Nadir oğluna dəymiş 450 manat məbləğində maddi ziyanı tamamilə ödəmiş, Zərərçəkmiş şəxs5 Nadir oğlunun təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 125 manat dövlət büdcəsinə ödəniş etmişdir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yahyabala oğlu Zərərçəkmiş şəxs5 Nadir oğluna dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Təqsirləndirilən şəxs Yahyabala oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən (24 iyun 2020-ci il tarixdə, 09 noyabr 2020ci il tarixdə və 14 fevral 2021-ci il tarixdə törədilmiş cinayət əməlləri) cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2020 saylı 22.01.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 185.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-180/2022 saylı, 26.04.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-48/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli hökmü ilə CM-nin 185.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilmiş və çəkilməmiş 02 il 06 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunduğunu, bundan əvvəl talama cinayətini törətdiyini, cəzanı çəkib qurtarmadan yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2020 saylı 22.01.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 01 (bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla 09 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 24 mart 2021ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış “Burger House” restoranında və “Sədərək” Ticarət Mərkəzi Təsərrüfat bazarı, 3-cü korpus, 2-ci sıra, 58 saylı mağazadan oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 Raqif oğluna məxsus “Samsung SM-J3110” modelli mobil telefon aparatının saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə ekspertizasının xərcləri ümumilikdə 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1(006)-48/2020 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 01 (bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Burger House” restoranında baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Sədərək” Ticarət Mərkəzi Təsərrüfat bazarı, 3-cü korpus, 2-ci sıra, 58 saylı mağazadan oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 Raqif oğluna məxsus “Samsung SM-J3110” modelli mobil telefon aparatının saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizalarının xərcləri, ümumilikdə – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Zərərçəkmiş şəxs4 adına "xxxx" ASC-nə 10.06.2020-ci il tarixdə sifariş verilmiş və 08.07.2020-ci il tarixdən 14.08.2020-ci il tarixədək olan dövr ərzində 310 manat, 182 manat, 653 manat, 350 manat və 159 manat olmaqla, ümumilikdə 1654 manat məbləğində vəsaitin 4127-2081-2803-7941 nömrəli plastik kartdan nağdlaşdırılması epizodu üzrə araşdırma aparılması və hüquqi qiymət verilməsindən ötrü Bakı şəhəri Qaradağ Rayon Prokurorluğuna məlumat verilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 960 (doqquz yüz altmış) manat tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-9/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-9/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver