Məhkəmə qərarları › İş №1(009)-9/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-9/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-9/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Şəki rayonu, Aşağı Layısqı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonu, Aşağı Layısqı kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2022-ci ilin fevral ayının 1-dən 2022-ci ilin fevral ayının 11-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 6/14 saylı binanın 10 savlı mənzildə kirayədə yaşadığı otaqda kreslonun üzərindəki döşəkçənin içində olan yaşıl rəngli sellofan torbadan ayrı-ayrı tarixlərdə vahid niyyətlə əhatə olunmuş qəsdlə hissə-hissə olmaqla ümumilikdə 1300 (min üç yüz) ABŞ dolları, manat məzənnəsi ilə 2210 (iki min iki yüz on) manat nəğd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2210 (iki min iki yüz on) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, günədlik qazancını avtomobillərin parklanması işindən qazanır. 2022-ci ilin yanvar ayının 8-də tanışı Ceyhun vasitəsi ilə Zərərçəkmiş şəxs Nifatlı qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəvov küçəsi 6\14 savlı binanın 10 saylı mənzildə ayı 200 manata kirayədə qalmağa başlamışdır. 01 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Nifatlı qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi 6\14 saylı binanın 10 saylı mənzilində özünün yatdığı qonaq otağında olarkən yatdığı otağı səliqəyə salmaq qərarına gəlmiş, bu məqsədlə ilk gəldiyi gündən yatdığı otaqdakı kreslonun üzərinə yığılmış olan yorğanları götürmüşdür ki, otağın digər tərəfindəki açılan çarpayının üzərinə qoysun və yataq yeri yumşaq olsun. O, kreslonun üzərindən tək-tək yorğanları götürən zaman kreslonun üzərindəki döşəkçənin içindən (moçalkanın içində) yaşıl rəngli sellofan torba tapmışdır. Ona maraqlı gəldiyi üçün həmin yaşıl rəngli sellofan torbanın içini açıb baxan zaman içindən 15 ədəd 100 ABŞ dolları və iki ədəd 50 avroluq əskinaslar olduğunu görmüşdür. Bu zaman evdə tək olmuş və həmin anda pula ehtiyacı olduğundan həmin puldan oğurlamaq qərarına gəlmişdir. Bundan sonra həmin puldan 100 ABŞ dollarını götürmüş və yorğanları əvvəlki kimi kreslonun üzərinə yığıb, içində pul olan yaşıl rəngli sellofan torbanı döşəkçənin içinə qoymuşdur. Oğuraldığı 100 ABŞ dollarını təxminən 2 gün üzərində gəzdirmiş, bu barədə evdə hər hansı söhbət olmadığını və ondan heç kimin heç nə soruşmadığını görüb həmin məbləği milli valyutaya çevirərək şəxsi məsrəflərinə sərf etmişdir. Bundan 1-2 gün sonra yenidən həmin sellofan torbadan 200 ABŞ dolları götürmüş və həmin məbləği milli pula çevirib 160 manata özünə 01 ədəd "REDMİ" markalı telefon, yeni şalvar, köynək və qış gödəkçəsi almışdır. Bundan 2 gün sonra yenidən 100 ABŞ dollarını oradan götürmüşdür. Həmin məbləği də şəxsi məsrəfləri üçün xərcləmişdir. Sonuncu dəfə 10-11 fevral tarixlərində həmin puldan 200 ABŞ dolları götürmüş və həmin məbləğin bir qismini xərcləyərək təxminən 100-150 manat pulu üzərində saxlamışdır. 12 fevral 2022-ci il tarixdə axşam saatlarında işdən kirayədə qaldığı evə qayıdan zaman yatdığı otaqdakı döşəklərin yerdə şəxsiyyət vəsiqəsini istəmiş və o da şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün ümumvətəndaş pasportunu ona vermişdir. Şahnaz ona başqa heç nə deməmişdir. O isə Şahnazın ondan şübhələndiyini anlamış və evinin kirayəsini də ödəmədiyi üçün qaçmaq qərarına gəlmişdir. 13 Fevral 2022-ci il tarixdə səhər saat 07 radələrində gizlincə heç kimə demədən evdən çıxıb Şəki rayonu, Aşağı Layısqı kəndinə ata evlərinə getmişdir. Almış olduğu “REDMİ" markalı telefonu da sonradan itirmiş ona görə də istintaqa təqdim edə bilməmişdir. O, həmin məbləği tam götürərsə Şahnazın bunu biləcəyindən çəkinmiş, ona görə də pulların hamısını götürmək istəməsinə baxmayaraq az məbləğdə pul götürmüşdür ki, Şahnaz selloafan torbaya baxanda orada pul olduğunu görüb onun pulları oğurladığını bilməsin. Sonuncu dəfə Şahnaz onun pulları oğurladığını bildiyinə görə də o, evdən gizlincə qaçıb getmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, ilk dəfədir cinayət əməli törətməsini və gənc olmasını bildirərək barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə tanışı Ceyhun adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs onun yaşadığı mənzilə gəlmişlər və Məzahir onun evində kirayədə qalmaq istədiyini demişdir. O, da kirayə üçün Məzahirdən 200 manat pul istəmiş və Məzahir onunla razılaşmışdır. Bundan sonra Məzahir onunla həmin mənzildə yaşamağa başlamışdır. O, özünə məxsus olan 1300 ABŞ dolları pulunu Məzahirin yatdığı otaqdakı kreslonun üzərində olan döşəkçənin içində yaşıl rəngli selloafn torbaya bükülmüş halda gizlətmişdir. 13 fevral 2022-ci il tarixdə o saat 03 radələrində işdən evə gələn zaman Məzahirin evdə olduğunu, pulların olduğu Məzahirin yatdığı otaqdakı kreslonun üzərinə yığılmış olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş və Məzahirdən otağın niyə dağınıq vəziyyətdə olduğunu soruşmuş. Məzahir isə ona heç bir cavab verməmişdir. O, da gec olduğu üçün və özü də yorğun olduğuna görə əlavə heç bir söz soruşmadan Məzahiri otaqda qoyub yatmağa getmişdir. 13 fevral 2022-ci il tarixdə səhər oyanıb Məzahirin yatdığı otaqda olmadığını görmüş və şübhələnərək 1300 ABŞ dolları pulunu qoyduğu döşəkçənin içinə baxan zaman pullarının yerində olmadığını görmüş və dərhal Məzahirin ona məxsus olan pulları oğurlayıb getdiyini başa düşmüşdür. Bundan sonra bir müddət polisə məlumat vermədən özü Məzahiri axtarmış, lakin tapa bilmədiyi üçün sonradan polisə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona məxsus olan 1300 ABŞ dolları pulu oğurlanmışdır. Etibarlı yer kimi o həmin otaqdakı döçəkçənin içini bilmiş, bu səbəbdən də pulların orada gizlətmişdir. O, Məzahirə etibar etmişdir, ondan əvvəllər oğurluq və ya hər hansı pis hərəkət görmədiyi üçün həmin vaxt ondan heç şübhələnməmişdir. Həmin otağın qapısının cəmi 01 ədəd açarı var idi. həmin açar da Təqsirləndirilən şəxs özündə olmuşdur. həmin otağın nə qapısında, nə dəkı pəncərəsində hər hansı kənar müdaxilə izi, yəni sındırılma və s. olmamışdır. Həmin yaşıl rəngli sellofan torbanın içində cəmi 1300 ABŞ dolları məbləğində pul olmuşdur, pul özünə məxsus olduğundan dəqiq sayını bilmişdir. Zərərçəkmiş şəxs, ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 26 mart 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 28 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin məktubundan və Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş, 26 may 2022-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanlmış və Səbail RPİ-nin MSY-dən azad olunmuşdur. Bakı İstintaq Təcridxanasının 09 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham olunmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək, 25 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək tutulduğu, 02 dekabr 2022-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunacaq cəza müddətindən çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək, 25 may 2022ci il tarixdən 26 may 2022-ci il tarixədək tutulduğu, 02 dekabr 2022-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini hər gün saat 23- 00dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Şəki Rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 582 (beş yüz səksən iki) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar