Məhkəmə qərarları › İş №1(009)-90/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-90/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-90/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şamaxı şəhəri, N.Nəcəfov küçəsi, 74 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 178.1, 180.2.2, 32.4, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Səbail rayonu, Rəşid Behbudov küçəsi 20 saylı ünvanda “Kaspi” adı altında fəaliyyət göstərən hosteldə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 aldatmaqla etibarından-sui istifadə edərək Zərərçəkmiş şəxs2 istifadəsində 2 ədəd sim kart olan - birinin qiyməti 13 manat, digərinin qiyməti 25 manat olan 490 manat dəyərində “Redmi 7” markalı mobil telefon aparatını danışmaq adı ilə almaqla ələ edib, zərərçəkmiş şəxsə ümumilikdə 528 manat məbləğində ziyan vuraraq dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama niyyəti ilə yetkinlik yaşına çatmayan- cinayəti törətməkdən könüllü imtina etmiş Şahid2 Qəhrman oğlu, Şahid1 və cinayətin subyekti hesab olunmayan Şahid3 vədlər verərək cinayətkar fəaliyyətə cəlb etməklə təhrik edib Pakistan İslam Respublikası vətəndaşı Ali X26ın əmlakını açıq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə gecə vaxtı saat 02 radələrində Ali X26ın hostel kimi (günlük mehmanxana) istifadə etdiyi Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 16/18 evin 41 saylı mənzilində bir gecəlik qalmaq adı ilə müraciət edib Ali X26ın razılığı ilə mənzilə daxil olub, sonuncunun gözü qarşısında mənzildə olan qonaq otağındakı kreslonun üzərindən Şahid3 vasitəsi ilə Ali X26a məxsus içərsində 5100 manat məzənnəsində 3000 ABŞ dolları və 40 manat pul olan 20 manat dəyərində pul qabını qanunsuz olaraq əldə edib saxlayaraq aradan çıxmasına maneçilik törədən Ali X26ın sağ qolunu dişləyərək həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sağ dirsək oynağının bayır səthinin qançırla əhatə olunmuş səthi yaralarla nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsə xeyli miqqdarda 5160 manat məbləğində ziyan vuraraq soyğunçuluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 170.1, 178.1, 180.2.2, 32.4, 180.2.4 və 180.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü 170.1, 178.1, 180.2.2, 32.4, 180.2.4-cü maddəsi ilə təqsirli bilmiş, həmin Məcəllənin 180.2.5-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Səbail rayonu, Rəşid Behbudov küçəsində xarici vətəndaşlardan kimisə aldadıb danışmaq adı ilə telefonunu alıb aparıb satmaqla pul əldə etmək məqsədi ilə gəzirmiş. Belə ki, xx xxxxxx 2019cu il tarixdə saat 14 radələrində Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən “Kaspi hostel”ə getmiş orada bir X25 Razaya yaxınlaşaraq, danışmaq üçün telefon istəmiş, sonuncu da “Redmi 7” markallı mobil telefonu ona vermiş, o, bir qədər yalandan telefonla danışmış və sonra həmin X25 Razaya qonaqların “Sahil” metrostansiyasının yaxınlığına gəldiklərini, bunun üçün də onunla gəlməsini istəmişdir. X6 inanaraq onunla getmiş, o, X25 Razanı aldadaraq binaların arasına girmiş və oradan uzaqlaşmışdır. O, xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində “Xalqlar Dostluğu” metrostansiasının yaxınlığında yerləşən internet kluba getmiş və həmin vaxt klubda Aslan, Abbas və Anaradlı şəxslər olmuşlar. Həmin günü onlar saat 23 radələrində internet klubdan çıxaraq Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Sultan” şadlıq sarayının qarşısına getmişlər və həmin vaxt toy olmadığına görə o, şəhərin mərkəzi hissəsinə “Sahil” metrosunun yaxınlığına getməyi təklif etmişdir. Abbas, Aslan və Anarla birlikdə “Sahil” metrosu istiqamətinə getmişlər ,orada o, Aslana, Abbasa və Anara, Fəvvarələr Bağının yaxınlığında Ali X26 adlı pakistanlının icarəyə yer götürüb hostel kimi istifadə etdiyini və həmin pakistanlını aldadaraq onun yaşadığı yerdən pul və ya qiymətli əşyalar götürmək lazım olduğunu demişdir. Abbas, Aslan və Anar onun bu təklifi ilə razılaşmışlar. Birlikdə bir binaya yaxınlaşmışlar, binaya daxil olub dördüncü mərtəbəyə qalxıb o, X2 mənzilin qapısını döymüş X15pını açmışdır.O, Ali X22 bir qədər danışdıqdan sonra onlar içəri daxil olmuşlar. O, Şahid2 Rusiya vətəndaşı kimi, Aslanı və Abbası isə digər xarici vətəndaş kimi təqdim etmişdir. Onlar içəri otaqlara baxandan sonra Ali X26a demişlər ki, aşağıda taksidən əşyalarını götürüb geri qayıdacaqlar.O, gedib zibilikdə qara selofan torpa tapmış, sonra da Aslan, Anar və Abbasla birlikdə xx xxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində o, qapını döymüş və X15pını açmış, X8rı içəri dəvət etmiş, onlara otaqlardan birinə keçmələrini demiş, və onlar otağa daxil olduqda X21pını bağlayaraq telefonunu götürüb DİN-nin “102” xidmətinə zəng etmişdir. O, Ali X26ın əlindən mobil telefonu almış, 102 nömrəsini silib telefonu yenidən Ali X26a vermişdir. Ali X26 digər telefonu ilə onların fotoşəkillərini çəkmiş və ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir .O, şəxsiyyət vəsiqəsini Abbasa vermiş, Abbas da həmin vəsiqəni Ali X26 vermişdir ki, Ali X26 polisə zəng etməsin. X9 şəxsiyyət vəsiqəsini cibinə qoyduqdan sonra qapını açmış və onlara otaqdan çıxmalarını bildirmişdir. Abbasla Anar dərhal otaqdan çıxaraq oradan getmiş, O və Aslan isə orada qalmışdır. O, Ali X26 şəxsiyyət vəsiqəsini tələb etmiş, Ali X26 isə şəxsiyyət vəsiqəsini vermədiyinə görə aralarında mübahisə yaranmış, sonrasında onlar dartışan zaman o, Ali X26ın sol qolunu dişləmiş və oradan qaçıb getmişdir. O, X1 ünvandan kənarda Aslan, Abbas və Anarla birləşmiş və onlar “Nizami” metrosu istiqamətinə getmişlər. Buradan Aslan, Abbas və Anar taksiyə minərək evlərinə, o, isə “Sahil” metrosu istiqamətinə getmiş, metronun yaxınlığında olan yaşayış binalarının birinə daxil olaraq orada yatmışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, ittihamda göstərilən 5100 manat pulu o götürməmişdir, ümümiyyətlə zərəçəkmiş şəxs Ali X26ın əl çantasını görməmiş və içində nə qədər məbləğdə pul olduğunu bilməmişdir. O Ali X26dan verdiyi şəxsiyyət vəsiqəsini almaq məqsədi ilə sonuncuya xəsarət yetirmişdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında zəzərçəkmiş şəxs Ali X26 bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən ev 16/18, mənzil 41də olan zaman qapı döyülmüş o, qapını açmış və əvvəllər də bir neçə dəfə gördüyü, sol gözü kor təxminən 24-25 yaşlı orta boylu başında papaq olan bir nəfər kişinin və təxminən 13-14 yaşlı 3 uşağın mənzilinin qapısının qarşısında dayandığını görmüşdür. Sonradan adını öyrəndiyi bir gözü kor olan Təqsirləndirilən şəxs onunla birlikdə olan uşaqları göstərib, uşaqların qalmağa yeri olmadığını, onlara qalmağa yer vermək lazım olduğunu demiş,o Təqsirləndirilən şəxsla razılaşaraq, hər adama 6 manat verməli olduqlarını bildirmişdir. Razılaşdıqdan sonra Hafiz və uşaqlar gedib aşağıdan geyim əşyalarını gətirəcəklərini deyərek getmişlər və bir neçə dəqiqə keçdikdən sonra geri qayıtmışlar. Həmin vaxtı Hafizin əlində qara selofan torba olmuş, o, Hafiz və uşaqları mənzilinə dəvət etmiş, Hafizin əlində olan torbanın içərisi boş olduğundan şübhələrək, torbanı ondan almış, içərisinə baxanda torbanın boş olduğunu görmüş və ona görə də mənzilin qapısını bağlamışdır. Polisə zəng etmək istəyən zaman uşaqlardan biri sonradan adını öyrəndiyi Aslan telefonu onun əlindən almış, söndürüb geri qaytarmışdır. O, uşaqlara onların şəkillərini çəkmək istədiyini bildirmiş, onların şəkillərini çəkmiş, bundan sonra uşaqlar onun evində qalmaq istəmədiklərini demişlər. Hafiz ona qapını açmasını uşaqları yola salmasını, özünün isə qalacağını bildirmişdir. O,Hafizdən şəxsiyyət vəsiqəsini istəmiş, Hafiz şəxsiyyət vəsiqəsini vermiş, o, vəsiqəni götürüb cibinə qoymuş ,bundan sonra qapını açmış və sonradan adlarını öyrəndiyi Abbas və Anar mənzildən çıxmışlar. Həmin an Aslan ondan su istəmiş, o Aslan üçün suyu gətirməyə gedən zaman, Aslanın divanın üstündən içərisində 3000 ABŞ dolları və 40 manat pul olan 20 manat dəyərindəki pul qabını götürüb mənzildən qaçmaq istəyəndə o Aslanı tutmaq istəmiş, Hafiz isə onu tutaraq Aslanın ardınca getməyinə mane olmuş və bu zaman onlar dartışmışlar Hafiz onun sağ qolunu dişləyib qaçıb getmişdir. İş üzrə zərərçəkmiş şəxs X25 Raza ərizə göndərərək ibtidai istintaq müddətində verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş və hazırda Pakistan İslam Respublikasında olduğunu göstərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş X25 Raza ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə Pakistandan dostu Bakı şəhərinə gəlmiş və o, “Kaspi” hosteldə qalırmış. O, dostu ilə görüşmək məqsədi ilə, xx xxxxxx 2019-cu il tarixdə saat 20-radələrində “Kaspi” hostelə getmiş, orada olan zaman sonradan adını soyadını öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşmış, üç nəfər qonağı gəldiyini, qalmaq üçün “Kaspi” hostelə gətirmək istədiyini və bunun üçün də, qonaqlara otelin yerini məkan bildirimi olaraq atmaq ,onlarla danışmaq üçün ondan mobil telefonunu istəmişdir, o, “Redmi 7” markalı telefonunu həmin şəxsə vermişdir. O bildirmişdir ki, “Redmi 7” markalı telefonu 490 manata almış, telefonun istifadəsində 2 ədəd sim kart olan 13 və 25 manatlıq mobil nömrə olmuşdur. Ümumilkdə telefonunu 528 manat qiymətləndirmişdir. Daha sonra Təqsirləndirilən şəxs,ondan qonaqlarını qarşılamaq üçün, birlikdə Sahil metrosunun yaxınlığına getməyini xahiş etmiş, o ,Hafizlə Sahil metrosunun yaxınlığına getmiş, həmin vaxt Hafiz, onun telefonu ilə danışaraq Səbail rayonu Sahil bağı yaxınlığında Rəşid Behbudov küçəsində olan yaşayış binalarının aralarından birinə girmiş və gözdən itmişdir. O, Hafizi binanın girişində bir neçə dəqiqə gözləmiş, Hafizin gəlmədiyini görüb binanın girişinə doğru getmiş və həmin binanın qarşı hissəsində başqa bir çıxışının olduğunu görmüşdür və bu zaman Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür. Səhəri günü o, Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsinə getmiş, orada baş vermiş hadisə ilə bağlı ərizə yazaraq müraciət etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmamış Şahid2 Qəhraman oğlu (xx.xx.2005-ci il tarixdə doğulmuş) dindirmə zamanı ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019- cu il tarixdə saat 17 radələrində tanışları, Şahid3, Təqsirləndirilən şəxs və Şahid1la birlikdə şəhər mərkəzində gəzən zaman Təqsirləndirilən şəxs tanıdığı Pakistanlı, hostel işlədən, sonradan adını öyrəndiyi Ali X26ın evindən pul və ya hər hansı qiymətli əşya götürüb bölüşdürəcəkdir. Onlar da Hafizlə razılaşaraq, Hafizin dediyi yerə getmişlər. O, Hafiz, Aslan və Abbas ilə onun tanımadığı bir binaya yaxınlaşmışlar, onlara gedəcəkləri yerin hostel olduğunu, bunun üçün də onu Rusiya Federasiyası vətəndaşı kimi təqdim edərək, orada olan qiymətli əşya və ya pulları götürəcəklərini demişdir. Sonra onlar Hafizin ardınca həmin binanın 4 cü mərtəbəsinə qalxmış, Hafiz qapıların birini döymüş, qapını açan hündür boy, bığlı bir kişi ilə Hafiz bir qədər ingiliscə danışdıqdan sonra hamısı içəri daxil olmuş və Hafiz onları müştəri kimi təqdim edib, otaqları gəzdirməyə başlamışdır. Daha sonra onlar pakistanlı kişiyə əşyalarının aşağıda olduğunu bildirmiş və müvəqqəti oranı tərk etmişlər. Aşağı düşəndə Hafiz haradansa qara rəngli selofan torba tapmış, pakistanlıya bu torbanın içində onlara məxsus olan geyim əşyaları olduğunu deyəcəyini bildirmiş, sonra da dəyərli əşya və pulları götürüb qaçmalı olduqlarını demişdir. xx xxxxxx 2019-cu il saat 02 radələrində Hafizin ardınca həmin binanın 4 cü mərtəbəsinə qalxmış, Hafiz yenə həmin qapını döymüş, Abbasla öz aralarında geri qayıtmağı Hafizin dediyi işi görməkdən imtina edəcəkləri barədə razılaşmışlar. Lakin Hafiz qapını döydüyü üçün pakistanlı qapını açdı, artıq gec idi, biz geri qayıda bilmədik, ona görə də Hafizin ardınca mənzilə daxil olduq, Abbasla mənim pakistanlıdan hər hansı qiymətli əşya və pul götürmək niyyətimiz yox idi, həmin an Pakistanlı Hafizin əlindəki selofan torbadan şübhələndiyi üçün Hafizlə Ali X26 arasında mübahisə yaranmış, Pakistanlı telefonla polisə zəng edən zaman Aslan ona mane olmaq üçün telefonu Ali X26ın əlindən almış, və nömrəni silmiş, yenidən ona qaytarmışdır. Ali X26 digər telefonunu götürərək Hafizin, Anarın, Aslanın və onun şəkilini çəkmişdir, Ali X26 şəxsiyyət vəsiqəsini istəmiş, bu vaxt Abbas Hafizdən şəxsiyyət vəsiqəsini müvəqqəti olaraq pakistanlıya verməsini və pakistanlı şəxsiyyət vəsiqəsinin şəklini çəkdikdən sonra şəxsiyyət vəsiqəsini ondan alıb Hafizə geri qaytaracağını bildirmiş, Hafiz də şəxsiyyət vəsiqəsini Abbasa vermiş, Abbas da həmin vəsiqəni pakistanlıya vermişdir, bundan sonra pakistanlı şəxsiyyət vəsiqəsini cibinə qoymuş, sonra da qapını açmış, o, dərhal mənzildən çıxmış, oradan uzaqlaşıb həyətə düşüb binanın yaxınlığında onları gözləmişdir. Bir qədər keçdikdən sonra birinci Abbas sonra da Aslan və Hafiz gəlmiş və birlikdə oradan uzaqlaşmışlar. O, nə baş verdiyini soruşmuş, Hafiz heçnə alınmadığını bildirmiş, Aslan Hafizə əlində pulqabı gördüyünü bildirmiş, Hafiz də əlində heçnə olmadığını bildirmişdir, sonra o, Aslan və Abbasla bilikdə taksiyə minmiş, yaşadığı evə getmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmamış Şahid3 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə gecə vaxtı tanışları Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2la birlikdə şəhərin mərkəzində gəzən zaman Təqsirləndirilən şəxs onlara təklif etmiş ki, tandığı Pakistan İslam Respublikası vətəndaşı yaxınlıqda hostel işlədir, gedək onun yaşadığı yerdən dəyərli əşyalar və pul götürüb bölüşdürsünlər.Onlar Hafizin təklifi ilə razılaşmış və Hafizin dediyi yerə getmişlər. Birlikdə bir binaya yaxınlaşmışlar, binaya daxil olub dördüncü mərtəbəyə qalxmışlar, Hafiz orada qapıların birini döymüş X15pını açmışdır. Hafiz Ali X22 bir qədər danışdıqdan sonra onlar içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs içəri daxil olan zaman Şahid2 Rusiya vətəndaşı kimi, onu və Şahid1 isə digər xarici vətəndaş kimi təqdim etmişdir. Onlar içəri otaqlara baxandan sonra Ali X26a demişlər ki, aşağıda taksidən əşyalarını götürüb geri qayıdacaqlar. Aşağı düşən zaman Təqsirləndirilən şəxs hardansa qara rəngli selofan torba tapmış və onlara demiş ki, Ali X26 şübhələnməsin deyə əlindəki selofan torbanın içərisində onlara məxsus olan geyim əşyaları olduğunu deyəcək. xx xxxxxx 2019-cu il saat 02 radələrində onlar Təqsirləndirilən şəxs ardınca yenidən həmin binanın 4 cü mərtəbəsinə qalxmışlar, Təqsirləndirilən şəxs qapını döymüş, X15pını açmış və Təqsirləndirilən şəxsla ingilis dilində bir qədər danışdıqdan sonra onlar içəri daxil olmuşlar. Ali X26 Hafizin əlindəki torbanın içərisində nə olduğunu soruşan zaman Hafiz Ali X26a torbanın içərisində paltar və yemək olduğunu bildirmişdir. Ali X26a Hafizin əlindəki selofan torbaya baxmaq istəyəndə torbanın boş olduğunu görmüş, dərhal evin qapısını içəridən bağlamış və onları otaqda əyləşdirmişdir. İçəridə olan zaman Təqsirləndirilən şəxsla Ali X26 arasında mübahisə yaranmış, Ali X26 telefonla polisə zəng etmək istəyəndə o, Ali X26a mane olmaq üçün telefonu əlindən almış və nömrəni silib yenidən X13ytarmış, Ali X26 digər telefonunu götürmüş Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və onun şəkillərini çəkmiş və Təqsirləndirilən şəxs da şəxsiyyət vəsiqəsini istəmişdir. Təqsirləndirilən şəxs Ali X22 mübahisə etdiyini görüb o, Şahid1 və Şahid2la öz aralarında danışmışlar ki, Hafizdən şəxsiyyət vəsiqəsini alıb Ali X26a versinlər. Şahid1 Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini müvəqqəti olaraq Ali X26a verməsini, Ali X26 şəxsiyyət vəsiqəsinin şəklini çəkdikdən sonra şəxsiyyət vəsiqəsini Ali X26dan alıb Hafizə geri qaytaracağını demişdir. Hafiz öz şəxsiyyət vəsiqəsini Abbasa vermiş, Abbas da həmin vəsiqəni Ali X26a təqdim etmişdir. Bundan sonra Ali X26 Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini cibinə qoymuş və qapını açmışdır. Qapını açan zaman Şahid2la Şahid1 otaqdan çıxmışlar. O, Təqsirləndirilən şəxs əlində qara rəngli, uzunsov formalı və uzun kəməri olan pul qabı görmüşdür. O, həmin an Ali X26dan içmək üçün su istəmiş, Ali X26 da su gətirməyə getmişdir. O, fikrini dəyişib Ali X26ın mənzilindən çıxıb gedən zaman Təqsirləndirilən şəxs da onun ardınca gələrkən X8rın arxalarınca gəlmiş və Təqsirləndirilən şəxs pul qabını alan zaman Ali X22 əlbəyaxa olmuşlar. O, dərhal oradan qaçmış Anar və Abbasın onu gözlədiyi yerə getmişdir. Binanın yaxınlığında Abbas və Anar onları gözləyirmiş. Təqsirləndirilən şəxs sonrada onlara yaxınlaşmış, o, Hafizdən əlində nə olduğunu soruşmuş, sonuncu da əlində papaq, o, isə papağın cibində olduğunu, əlində kəmərli pulqabı gördüyünü Hafizə söyləmişdir. Bir neçə dəqiqə söhbət etdikdən sonra o, Abbas və Anarla taksiyə minərək yaşadıqları evə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, Bakı şəhərində yaşayır. O, azərbaycan və ingilis dillərində sərbəst danışa və yaza bilir. O, Bakı şəhərində Pakistan Milli Bankında mütəxəssis işləyir və bir neçə aydır ki, həmyerlisi Ali X26ı tanıyır. Ali X26 Bakı şəhərinə gəldikdən sonra onunla tez-tez görmüş və o, Bakı şəhərini Ali X26 tanıtdırmışdır. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə X14 zəng edərək demiş ki, hostel kimi işlətdiyi Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 16/18 nömrəli evin 01 nömrəli mənzilə bir neçə nəfər gecə qalmaq adı ilə müraciət etmiş, sonra da həmin şəxslər X3 evdən içərisində 3000 ABŞ dollar olan pulqabını götürüb getmişlər. Ali X26 telefonunda pulu götürən şəxslərin fotoşəkilləri olduğunu ona bildirmiş, o da Ali X26 Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə aparmışdır. O, Ali X26ın adından şikayət ərizəsi yazmış və bütün olanları ərizədə göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş yetkinlik yaşına çatmamış Şahid1 (xx.xx.2005-ci ildə doğulmuş) ibitidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixində gecə vaxtı tanışları Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2la birlikdə şəhərin mərkəzində gəzən zaman Təqsirləndirilən şəxs onlara təklif etmiş ki, tanıdığı Pakistan İslam Respublikası vətəndaşı yaxınlıqda hostel işlədir, gedək onun yaşadığı yerdən dəyərli əşyalar və pul götürüb bölüşdürsünlər. Onlar Hafizin dediyi yerə getmişlər və onun tanımadığı bir binaya yaxınlaşmışlar. X27 Federasiyası vətəndaşı kimi təqdim edəcəyini demiş və birlikdə binaya daxil olub 4-cü mərtəbəyə qalxmış, orada qapıların birini döymüşlər. Qapını Ali X26 açmış Hafiz bir qədər ingiliscə danışdıqdan sonra hamısı içəri daxil olmuş və Hafiz onları müştəri kimi təqdim edib, otaqları gəzdirməyə başlamışdır. Daha sonra onlar pakistanlı kişiyə əşyalarının aşağıda olduğunu bildirmiş və müvəqqəti oranı tərk etmişlər. Aşağı düşəndə Hafiz haradansa qara rəngli selofan torba tapmış, Ali X26a torbanın içində onlara məxsus olan geyim əşyaları olduğunu deyəcəyini bildirmiş, sonra da dəyərli əşya və pulları götürüb qaçmalı olduqlarını demişdir. xx xxxxxx 2019-cu il saat 02 radələrində Hafizin ardınca həmin binanın 4 cü mərtəbəsinə qalxmış, Hafiz yenə həmin qapını döymüş, dü. O, geri qayıtmağı Anarla danışmış, sonuncu da onunla razılaşmış, lakin Hafiz həmin an qapını döydüyündən X15pını açmış, artıq gec olduğundan o, geri qayıda bilməmişdir. Ona görə də Hafizin ardınca mənzilə daxil olmuş, Anarla onun Ali X26dan hər hansı qiymətli əşya və pul götürmək niyyəti olmamışdır yox idi. Ali X26 içəridə olanda Hafizin əlindəki selofan torbadan şübhələndiyi üçün Hafizlə Ali X26 arasında mübahisə yaranmış, Ali X26 telofanla polisə zəng etmək istəyən də Aslan ona mane olmuş, telefonu pakistanlının əlindən almış, və nömrəni silmiş, ona qaytarmışdır, Ali X26 digər telefonunu götürərək onların hər birinin şəkilini çəkmiş və Hafizdən şəxsiyyət vəsiqəsini istəmiş, bu vaxt o, Hafizdən şəxsiyyət vəsiqəsini müvəqqəti olaraq pakistanlıya verməsini və pakistanlı şəxsiyyət vəsiqəsinin şəklini çəkdikdən sonra şəxsiyyət vəsiqəsini ondan alıb Hafizə geri qaytaracağımı bildirmiş Hafiz öz şəxsiyyət vəsiqəsini ona vermiş, o da həmin vəsiqəni pakistanlıya vermiş, bundan sonra pakistanlı şəxsiyyət vəsiqəsini cibinə qoymuş, və qapını açmış, Anar dərhal mənzildən çıxmış, o, da mənzildən çıxıb bir neçə addım mənzildən uzaqlaşan zaman Aslan uca səslə onu Hafizə köməyə çağırmış, o, geri qayıtmış və görmüşdür, Ali X26 Hafizi tutub pul qabını ondan almaq istədiyini polis-polis deyə uca səslə çağırdığını eşitmiş, sonra o, binanın həyətinə düşmüş, Anarın gözlədiyini görmüş, Anarla birlikdə Aslanı və Hafizi gözləmiş, bir neçə dəqiqədən sonra Hafizlə Aslan birlikdə gəlmiş, Aslan Hafizə əlində pul qabı olduğunu bildirmiş, Hafiz də əlində heçnə olmadığını bildirmişdir, sonra o, Aslan və Anarla bilikdə taksiyə minmiş, yaşadığı evə getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 16/18 evin 41 saylı mənzilinə baxmaq istəmiş, o vasitəçi ilə razılaşmış və onlar Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 16/18 evin 41 saylı mənzili Ali X26 və digər 2 nəfər şəxs ilə görüşmüşlər. X9 evinə baxmış və evi kirayə götürmək istəmişdir, Ali X26 həmçinin bildirmişdir ki, onun ailəsi Pakistan Respublikasından gələcək və onlar birlikdə bu mənzildə yaşayacaqlar. O, Ali X26a evi kirayə vermişdir. Sonradan eşitmişdir, Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 16/18 evin 41 saylı mənzildə X13rşı soyğunçuluq cinayəti olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında mobil telefonların alışı və satışı ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi mağzada olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb “Redmi 7” markalı mobil telefonu satdığını bildirmiş, o da telefonu 40 manata alacağını bildirmiş, Təqsirləndirilən şəxs razılaşmış, o, Müdafiəçi 40 manat vermiş və həmin mobil telefonu almışdır. O, Təqsirləndirilən şəxs aldığı “Redmi 7” markalı mobil telefonun Müdafiəçi hansı yolla əldə etdiyi barədə məlumatı olmamış, nə də ki, Müdafiəçi bu barədə ona heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Səbail rayonu, Rəşid Behbudov küçəsi 20 saylı ünvanda “Kaspi” adı altında fəaliyyət göstərən hosteldə çəkilmiş müşahidə kameralarından götürülmüş 01 ədəd diskdə olan video görüntülərə baxış zamanı xx xxxxxx 2019-cu il tarixdə Səbail rayonu, R.Behbudov küçəsi 20 saylı ünvanda xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 mobil telefon alıb danışması müşahidə olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 16/18 evin həyətində çəkilmiş müşahidə kameralarından götürülmüş 01 ədəd diskdə olan video görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs, Şahid3, X10 və Şahid1 qeyd olunan ünvana gəlmələri və bir qədər sonra getmələri müşahidə olunur. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 180.2.2 və 180.2.5-ci maddələrinə tövsif edilmişdir. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1, 180.2.2 və 180.2.5-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1, 178.1, 180.2.2, 32.4, 180.2.4 və 180.2.5-ci maddələri ilə yeni məzmunlu ittiham elan edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(009)-676/2019 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 720 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Pakistan Respublikası vətəndaşı X23 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ dirsək oynağının bayır səthinin qançırla əhatə olunmuş səthi yaralar toplusu məhdud təsir səthli bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə qeyd olunan nahiyənin dişlənməsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X23 bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma nəticəsində deyil, kənar şəxs tərəfindən qeyd olunan nahiyənin dişlənməsi nəticəsində törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 16 saylı (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Şahid3 müəyyən edilmiş sümük yaşı 13-14 ilə uyğun gəlməsi qeyd edilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Şahid2 Qəhraman oğlu və Şahid1 xx xxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 16/18 evin 41 saylı mənzilində olan zaman cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edərək cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandıraraq cinayəti törətməkdən könüllü imtina etmişlər. Azərbaycan Respublikası CPM-nin 30.2-ci maddəsinə görə cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Şahid2 Qəhraman oğlu və Şahid1 əməllərində Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddəsinin tərkibi əlamətləri olmadğından sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı ilə Şahid2 və Şahid1 barəsində cinayət təqibinə xitam verilmişdir. Şahid3 soyğunçuluq cinayət əməlini törədən zaman cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddində olmamasına əsaslı şübhələr olduğundan məhkəmə-tibbi ekspertiza təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Şahid3 müəyyən edilmiş sümük yaşı 13-14 ilə uyğun gəlir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarda göstərilmişdir ki, məhkəmə-tibb ekspertizasının rəyi ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin yaşı müəyyən olunarkən onun doğum günü ekspertiza rəyində göstərilən ilin son günü hesab olunur. Belə şəxsin yaşı minimum və maksimum illər üzrə müəyyən edildikdə isə ekspertlərin təklif etdikləri minimum yaş əsas götürülür. Şahid3 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından ona ittiham elan etmək mümkün olmamış və ona görə də Şahid3 aid hissədə sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək xx xxxxxx 2019-cu il tarixdə gecə vaxtı saat 02 radələrində zərərçəmiş şəxs Ali X26ın evindən pul qabını götürməməsi bildirməsi işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Cinayət əməllərin törədilməsinə görə Təqsirləndirilən şəxs CM-nin 170.1, 178.1, 180.2.2, 32.4, 180.2.4 və 180.2.5-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 180.2.4 və 180.2.5-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı verilmiş ifadələrdən müəyyən olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs təklifi ilə özgənin əmlakını talama niyyəti ilə Şahid3, Şahid2 Qəhraman oğlu və Şahid1 razılaşaraq Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 16/18 evin 41 saylı mənzilinə getmişlər, həmin zaman zərərçəkmiş şəxs Ali X26 mənzildə tək olmuş, lakin Şahid2 və Şahid1 şüurlu surətdə öz iradələri ilə başladıqları cinayəti könüllü olaraq dayandıraraq mənzili tərk edib oradan uzaqlaşıb getmişlər. Lakin Təqsirləndirilən şəxs və Şahid3 öz kriminal niyyətlərini həyata keçirmək üçün fəal hərkətlər etmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Alı X26ın sağ qolunu dişləyərək xəsarətlər yetirməklə zərərçəkmiş şəxsə xeyli miqqdarda yəni, 5160 manat məbləğində ziyan vurmuşdur. Göründüyü kimi, xx xxxxxx 2019-cu il tarixdə gecə vaxtı saat 02 radələrində Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 Qəhraman oğlu və Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək soyğunçuluq cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutmuşlar. Lakin Şahid2 və Şahid1 cinayət törətməkdən könüllü imtina etmişlər, bundan başqa xx.xx.2019-cu ildə soyğunçuluq cinayət əməlini törədən zaman Şahid3 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamışdır. CM-in34.2-ci maddəsinə görə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd olunan normanın mənasına görə qabaqcadan əlbir olan dəstənin hər hansı formada iştirakçılığını deyil, qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, soyğunçuluq cinayətinin obyektiv cəhəti Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş, digər şəxslər Şahid2 Qəhraman oğlu və Şahid1 iştirakları olmamış və iştirakı olan Şahid3 isə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamışdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, yaşına görə (Azərbaycan Respublikası CM-nin 20-ci maddəsi) və ya anlaqsızlığa görə (CM-nin 21-ci maddəsi) cinayətin subyektləri hesab olunmayan şəxslərdən istifadə etməklə törədilən cinayət iştirakçılıq yaratmır. Bununla belə, yuxarıda göstərilən əsaslara görə cinayət məsuliyyəti daşımayan yetkinlik yaşına çatmamış şəxs cinayət xarakterli əməl törətdikdə, onu cinayət fəaliyyətinə cəlb etmiş və ondan cinayətin vasitəsi kimi istifadə etmiş şəxs cinayətin icraçısı kimi məsuliyyət daşıyır. Həmin bəndin 2-ci hissəsində isə qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan şəxsi cinayətə təhrik edən yetkinlik yaşına çatmış şəxsin hərəkətlərində törədilmiş cinayətin tərkib əlamətləri olduqda, o, Azərbaycan Respublikası CM-nin 170-ci maddəsi ilə yanaşı, həm də konkret cinayətin törədilməsinə təhrikə görə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası CM-in 32.4.-cü maddəsinə görə ələ alma, sövdələşmə, hədəqorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. İbtidai istintaq orqanı Ali Məhkəmənin qeyd olunan qərarın 9-cu bəndinin 2-ci hissəsinə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə yanaşı, həm də soyğunçuluq cinayətin törədilməsinə təhrikə görə CM-nin 32.4,180.2.4 və 180.2.5-ci maddələri ilə ittiham elan etmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Təqsirləndirilən şəxs Habil Əsgərovun soyğunçuluq cinayətinin obyektiv cəhətin icrasında cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsdən istifadə etməklə törətməsinə görə CM-nin 32.2-ci maddəsinə əsasən onun özü həmin cinayətin bilavasitə icraçısı sayılır. Bu səbəbdən də Təqsirləndirilən şəxs soyğunçuluğa təhrikə görə CM-nin 32.4-cü maddəsi ilə məsuliyyətə cəlb etməyə lüzum yoxdur. Onun əməli CM-nin 180.2.4 və 180.2.5-ci maddələri ilə birbaşa əhatə olunur. Digər tərəfdən də, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməyə görə, yəni CM-nin 170.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Ona görə də, CM-nin 32.4-cü maddəsinin tətbiq olunması artıqdır. Beləliklə təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 178.1, 180.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsi xaric edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 178.1, 180.2.2, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsəməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 170.1, 178.1, 180.2.2, 180.2.4 və 180.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzəaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs faktiki tutulduğu vaxtdan, xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 178.1, 180.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 01 (bir) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 06 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4 və 180.2.5-ci maddələri ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsi xaric edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar