Məhkəmə qərarları › İş №1(009)-90/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-90/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-90/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 31 may 2022-ci il tarixdə xx xxxxxx 1996-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs dövlət və ictimai əhəmiyyətli özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Dənizkənarı Bulvar İdarəsinə məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Yeni Bulvar” ərazisindən bir metrinin qiyməti 5,26 (beş manat iyirmi altı qəpik) manat, ümumi qiyməti 499,70 (dörd yüz doxsan doqquz manat yetmiş qəpik) manat olan 95 metr uzunluğunda, 4x6 mm2 ölçülü, “NAYY” markalı yerüstü elektrik naqilini və 17 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Dənizkənarı Bulvar İdarəsinə məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Yeni Bulvar” ərazisindən bir metrinin qiyməti 5,26 (beş manat iyirmi altı qəpik) manat, ümumi qiyməti 189,36 (yüz səksən doqquz manat otuz altı qəpik) manat olan 36 metr uzunluğunda, 4x6 mm2 ölçülü, “NAYY” markalı yerüstü elektrik naqilini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Dənizkənarı Bulvar İdarəsinə ümumilikdə 689,06 (altı yüz səksən doqquz manat altı qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 'şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq bir ədəd bükümdə 0,285 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla, ünvan 2 ünvanına qanunsuz daşımış, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin və DİN-nin X8 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 22 yanvar 2022ci il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nə dəvət edilmiş və həmin gün saat 11:45-də Bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibində olan göy rəngli kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,285 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında anası Yeganə Məmmədova ilə birlikdə yaşayır. Narkotik vasitələrin istifadəçisidir və narkotik vasitələri tanımadığı və şəxsiyyətlərini bilmədiyi şəxslərdən əldə etməklə istifadə edir. Narkotik vasitənin əsasən heroindən istifadə edir. Hazırda heç bir yerdə işləmir. Maddi imkanı çox zəif olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 13 yanvar 2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində o, özü tək, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən Dənizkənarı Bulvarda gəzən zaman orada olan, yerüstü elektrik naqilləri görüb oğurlayıb sataraq gəlir əldə etmək qərarına gəlmişdir. Həmin vaxtı o, ətrafda hər-hansı bir şəxsin olmadığını görüb həmin elektrik naqillərinə yaxınlaşaraq əvvəldən üzərində olan divar kağızı kəsən ülgüc vasitəsilə naqili kəsib dairəvi şəkildə dolayaraq çiynində saxlamaqla həmin ərazini tərk etmişdir. O, oğurladığı elektrik naqillərini yaşadığı ünvan 1 ünvanına aparmışdır. O, evin arxa tərəfində naqillərin üst qatını soyub rezinlərindən ayırdıqdan sonra məftillərini həmin gün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində tanımadığı şəxsə ümumilikdə 48 (qırx səkkiz) manat pulun müqabilində satmışdır. O, birinci dəfə, yəni 13 yanvar 2022-ci il tarixdə oğruluq etdikdən sonra, həmin ərazindən yenə də elektrik naqillərini oğurlamaq niyyəti olduğu üçün 15 yanvar 2022-ci il tarixdə axşam saatlarında özü tək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən Dənizkənarı Bulvara getmişdir. Lakin həmin vaxt yaxın ətrafda bulvarın mühafizəçilərinin olduğunu gördüyü üçün heç bir oğurluq etmədən oranı tərk edib yaşadığı evə getmişdir. Lakin 17 yanvar 2022-ci il tarixdə, təxminən saat 17 radələrində yenidən özü tək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən Dənizkənarı Bulvara gedib, yenə də eyni üsulla, yəni həmin vaxtı ətrafda heç kimin olmadığına əmin olduqdan sonra üzərində olan divar kağızı kəsən ülgüc vasitəsilə naqili kəsib dairəvi şəkildə dolayaraq çiynində saxlamaqla həmin ərazini tərk etmişdir. O, oğurladığı həmin elektrik naqillərini də yaşadığı ünvan 1 ünvanına aparmışdır. O, evin arxa tərəfində naqillərin üst hissəsini soyub rezinlərindən ayırdıqdan sonra məftillərini həmin gün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində tanımadığı şəxsə ümumilikdə 20 (iyirmi) manat pulun müqabilində satmışdır. O, oğurladığı elektrik naqillərinin ümumi satışından əldə etdiyi 68 (altmış səkkiz) manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hər iki oğurluğu tək etmiş, onun yanında heç kim olmamış və qeyd olunan oğurluqları törətməyi onu heç kim təhrik etməmişdir. O, etdiyi oğurluqlar barədə heç kimə məlumat verməmiş və naqilləri hər iki dəfə ayrı-ayrılıqda tanımadığı şəxslərə satarkən özünə məxsus olduğunu bildirmişdir Həmçinin 21 yanvar 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən ət bazarının yaxınlığında olan zaman, əvvəllər tanımadığı və anket məlumatlarını bilmədiyi bir nəfər kişi cinsinə aid şəxsin narkotik vasitə satmasını bilib həmin şəxsə yaxınlaşıb öz şəxsi istifadəsi üçün 25 (iyirmi beş) manat pul müqabilində bir büküm “kakos” adlanan, narkotik vasitə heroin əldə etmişdir. O, həmin narkotik vasitəni əynində olan gödəkçənin sol iç cibinə qoyub üzərində gəzdirməklə yaşadığı evə getmişdir. Həmin vaxtdan da narkotik vasitəni istifadə edəcəyi üçün gödəkçəsinin cibində saxlamışdır. 22 yanvar 2022-ci il tarixdə, saat 10:30-da yaşadığı Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi 35, 2 saylı evin qarşısında olarkən tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq özlərini ona təqdim edib, polis əməkdaşları olduqlarını bildirməklə, şübhəli bildikləri üçün onu Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə yollanmışdır. 8-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində hüquqlarının müdafiə edilməsi üçün ona vəkil təqdim olunmuşdur. O, vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra video çəkiliş aparılmaqla onu şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarıda və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol iç cibindən, içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü şəkildə təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu polis əməkdaşlarına bildirmişdir. Həmçinin o, həmin narkotik vasitəni 21 yanvar 2022-ci il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən ət bazarının yaxınlığında olan zaman, əvvəllər tanımadığı və anket məlumatlarını bilmədiyi bir nəfər kişi cinsinə aid şəxsdən 25 manat pul müqabilində almaqla gələcəkdə özü istifadə edəcəyi üçün gödəkçəsinin iç cibində saxlayıb üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin bir ədəd kağız zərfə qoyularaq üzəri möhürlənərək iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Əlavə baxış zamanı üzərindən heç bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Etdiyi cinayət əməllərindən səmimi peşiman olduğunu bildirmişdir. O, saxlanılarkən Polis Bölməsinə dəvət olunarkən və Polis Bölməsində izahat və ifadə verərəkən polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunamasının, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasının, gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin Təchizat şöbəsinin müdiri vəzifəsində işləyir. 13 yanvar 2022-ci il tarixdə, təxminən saat 17 radələrində Şahid1 işlədiyi Dənizkənarı Bulvar İdarəsində olan zaman ərazinin işıqlarının yanmadığını aşkar etmişdir. İşıqların yanmamasının səbəbini araşdıran zaman məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən Yeni Bulvar ərazisindən 95 metr uzunluğunda, 4x6 mm2 ölçülü, “NAYY” markalı yerüstü elektrik naqili naməlum şəxs və ya şəxslər tərəfindən qanunsuz kəsilərək gizli yolla oğurlanmışdır. Oğurluq barədə polisə ərizə ilə müraciət olunmasından ötrü İbrahimov X4 Bulvar İdarəsinə məlumat vermişdir. İdarənin Energetika şöbəsi oğurlanmış elektrik naqilini yenisi ilə əvəz edərək işıqlandırmanı bərpa etmişdir. 17 yanvar 2022-ci il tarixdə, saat 17:30-da yenidən Bulvar ərazisində işıqların yanmadığını və ilk dəfə oğurluq olan ərazidə yenidən naməlum şəxs və ya şəxslər tərəfindən 36 metr uzunluğunda, 4x6 mm2 ölçülü, “NAYY” markalı yerüstü elektrik naqilinin gizli yolla oğurlanmasını aşkar etmişdir. Buna görə Şahid1 bu barədə təkrarən Dənizənarı Bulvar İdarəsinə məlumat vermişdir. Həmçinin hər iki oğurluq cinayəti zamanı elektrik naqillərini bərpa edən zaman 13 və 17 yanvar 2022-ci il tarixlərdə hər birinin qiyməti 150 (yüz əlli) manat olan, ümumilikdə 600 (altı yüz) manat dəyərində, hər hadisə günü iki ədəd olmaqla ümumilikdə dörd ədəd “SMOYA” markalı muftalar qoyulmuşdur. 13 yanvar 2022-ci il tarixdə baş vermiş oğurluq cinayəti zamanı Dənizkənarı Bulvar idarəsinə 499,70 (dörd yüz doxsan doqquz manat yetmiş qəpik) manat, 17 yanvar 2022-ci il tarixdə baş vermiş oğurluq cinayəti zamanı isə Dənizkənarı Bulvar İdarəsinə 189,36 (yüz səksən doqquz manat otuz altı qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Bərpa işləri zamanı qoyulmuş “SMOYA” markalı muftalarla birlikdə Dənizkənarı Bulvar İdarəsinə ümumilikdə 1289,06 (min iki yüz səksən doqquz manat altı qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Dənizkənarı Bulvar İdarəsindən 13.01.2022-ci il tarixdə 95 metr uzunluğunda, 4x6 mm2 ölçülü, “NAYY” markalı yerüstü elektrik naqili, 17.01.2022-ci il tarixdə isə 36 metr uzunluğunda, 4x6 mm2 ölçülü, “NAYY” markalı markalı yerüstü elektrik naqili oğurlanmışdır. 13 yanvar 2022-ci il tarixdə baş vermiş oğurluq cinayəti zamanı Dənizkənarı Bulvar İdarəsinə 499,70 (dörd yüz doxsan doqquz manat yetmiş qəpik) manat, 17 yanvar 2022-ci il tarixdə baş vermiş oğurluq cinayəti zamanı isə Dənizkənarı Bulvar İdarəsinə 189,36 (yüz səksən doqquz manat otuz altı qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Bərpa işləri zamanı qoyulmuş “SMOYA” markalı muftalarla birlikdə Dənizkənarı Bulvar İdarəsinə ümumilikdə 1289,06 (min iki yüz səksən doqquz manat altı qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciə edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanının tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə, saat 10:30 radələrində Təqsirləndirilən şəxs vətəndaş Şahid1 Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ünvanladığı müraciət ilə əlaqədar tərtib edilmiş əməliyyat tapşırığı əsasında ünvan 6 ünvanının qarşısında saxlanılıb Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət edilmişdir. Sonuncu buna etiraz etməmişdir. X6 Məmmədovun xx xxxxxx 1996-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3 dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edildi, həmçinin ona hüquq və vəzifələri izah edildi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə onun üzərinə və əynindəki paltarın yoxlanılacağı, üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə 22 yanvar 2022-ci il tarixdə saat 11:45-də videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs inzibati otaqda olan masaya yaxınlaşaraq həmin vaxtı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən göy rəngli kağıza bükülmüş bir ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 21 yanvar 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən ət bazarının yaxınlığında tanımadığı şəxsdən 25 (iyirmi beş) manat pulun müqabilində alıb, üzərində saxlamaqla özü istifadə edəcəyi üçün üstündə gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş, lakin üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan və müvafiq ekspertiza tədqiqatına təqdim etmək üçün bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış 22 yanvar 2022-ci il tarixdə saat 12:15-də başa çatmış və video çəkiliş dayandırılmışdır. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola heç bir əlavə qeyd qeyd daxil olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş DİN-in Bakı şəhəri Səbail RPİ-nin sahə inspektoru, polis baş leytenantı Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X8 Alayının 4-cü patrul bölüyünün taqım komandiri polis kapitanı Şahid5 Şəfayət oğlu istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə, saat 07:00 radələrində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati ərazisində X8 Alayının 4-cü Patrul Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid4 ilə birlikdə xidmət aparan zaman 8ci Polis Bölməsindən onlara təqdim edilmiş, ərazidə olan elektrik kabelinin oğurluğu ilə əlaqədar şəxsin foto görüntülərini öz xidməti əraziləri üzrə aydınlaşdıraraq onlara verilən eyni foto şəkildəki şəxsin vizual görüntüsü ilə eyniliklə oxşarlığı üst-üstə düşdüyü üçün həmin şəxsin ünvanını dəqiqləşdirib Səbail RPİ-nin 8-ci Polis Bölməsinə bu barədə məruzə etmişlər. Bundan sonra 8-ci Polis Bölməsində əməliyyat qrupu onlarla birgə ünvan 2 ünvanının qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təxminən saat 10:30-da həmin şəxs saxlanılaraq 8-ci Polis Bölməsinə dəvət olunmuşdur. Sonuncu buna etiraz etməmişdir. Polis Bölməsində həmin şəxsin xx xxxxxx 1996-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş DİN-in X8 Alayının 4-cü patrul bölüyünün polis baş serjantı Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid5 Şəfayət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 yanvar 2022-ci il tarixli, 6/417 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №52 möhür əksi”, “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” və s. Sözlər, imzalar olan zərfdəki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,285 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında “şəxsi axtarış və götürmə aparılması”nın əks olunduğu videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs inzibati otaqda olan masaya yaxınlaşaraq həmin vaxtı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən göy rəngli kağıza bükülmüş bir ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 21 yanvar 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən ət bazarının yaxınlığında tanımadığı şəxsdən 25 (iyirmi beş) manat pulun müqabilində alıb, üzərində saxlamaqla özü istifadə edəcəyi üçün üstündə gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş, lakin üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan və müvafiq ekspertiza tədqiqatına təqdim etmək üçün bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bakı- Salyan yolunun sağ tərəfində yerləşən “Yeni Bulvar” adlanan idman alətləri meydançası ilə yeraltı piyada keçidi arasındakı ərazidir və 24 yanvar 2022-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs “ifadənin yerində yoxlanılması haqqında” protokol tərtib edilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs - təmiz çəkisi 0,285 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,235 qram heroin saxlanmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, videogörüntünü, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1ci maddələri ilə ittiham irəli sürülmüşdür və əməl həmin maddələrlə düzgün tövsüf olunmuşdur Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nörməli qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, o cümlədən, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, cinayətin açılmasına fəal kömək etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, gənc olmasını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1ci maddələrinin sanksiyalarında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını və barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edərəkən onun 22 yanvar 2022ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin nəzərə almasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəməyədək icraat dövründə təyin olunmuş və məhkəmə istintaqında tədiqiq edilmiş Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin 08.02.2022-ci il tarixli 602 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opiolidlərin qəbulu nəticəsində yaraan asılılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,235 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “CD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 9 ünvanını hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,235 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (yüz əlli) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar