Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-90/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2001-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 26 iyun 2022-ci il tarixdə, gecə saat 00:40 radələrində,idarə etdiyi mexaniki nəqliyyat vasitəsi hesab edilməyən, mühərriyin həcmi 50m3 olan,“Tufan M-50” markalı iki təkərli moped ilə Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi ilə üzü Əhməd Cavad küçəsi istiqamətində hərəkətdə olarkən,“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini,yəni sürücü hərəkəti istiqamətində yolayrıcı qarşısında 2.5 “Dayanmadan keçmək qadağandır”yol nişanının olmasını nəzərə alaraq, idarə etdiyi “Tufan M-50” markalı mopedi yolayrıcına daxil olmadan dayandırmalı, kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli,bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunduğunu vəziyyətdə yolayrıcına daxil olaraq hərəkətinə davam etməli olduğu halda bunlara riayət etməmiş,hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yol hərəkətinin digər iştirakçısı kimi idarə etdiyi “Tufan M-50” markalı mopedlə 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının qarşısında dayanmadan yolayrcına daxil olaraq mopedin qabaq hissəsi ilə Əhməd Cavad küçəsi ilə üzü “Axundov bağı” istiqamətində hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi “Toyota-Prius” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfi ilə toqquşmuş, nəticədə'Tufan M-50” markalı mopedin yedəyində əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sol dirsək oynağının 90° bucaq altında əlverişli funksional vəziyyətdə ankilozu (hərəkətsizliyi) və sol əlin funksiya pozulması (deformasiyası,əzələ qüvvəsinin azalması,tutma qabiliyyətinin pozulması) ilə müşayiət olunan sol mil-bilək oynağının və əl darağının travması ilə nəticələnən sol mil sinirinin posttravmatik nevriti; sol bud sümüyünün və sol said sümüklərinin yerini dəyişmiş qapalı sınıqları;sağ bud və sağ baldır nahiyə- lərinin qançırları, eləcə də,hər iki dirsək oynağı nahiyəsinin və sol saidin sıyrıqları ilə müşayiət olunan, həmin xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (40%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən, Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2020-ci ildə aldığı və özünə məxsus 50m3 “Tufan M- 50” markalı ikitəkərli motosikletlə Bakı şəhəri ərazisində kuryer xidməti ilə məşğul olur. İdarə etdiyi mootosiklet 50m3-luq olduğundan, həmin motosikletə dövlət qeydiyyat nişanı və idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. 26 iyun 2022-ci il tarixdə, gecə saat 01 radələrində, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsindən o, idarə etdiyi motosikletin yedəyinə tanışı Zərərçəkmiş şəxs götürmüş, həmin vaxt motosikletində cəmi bir ədəd baş üçün qoruyucu dəbilqə olduğundan o, həmin dəbilqəni yedəyə minən Zərərçəkmiş şəxs başına geyindirmiş o, özü isə dəbilqəsiz motosikleti idarə edərək orta sürətlə saatda 30-40 km sürətlə hərəkətdə olub Azərbaycan Respublikası Baş Prokurorluğun inzibati binasının qarşısından, M.Muxtarov küçəsi ilə hərəkətdə olub qarşıdakı Ə.Cavad küçəsinin kəsişməsindən keçərkən, soldan gələn nəqliyyat vasitəyə fikir vermədiyindən, soldan Ə.Cavad küçəsi ilə hərəkət edən markasına fikir vermədiyi minik avtomobilinin sağ tərəfindən, motosikletin qabaq hissəsi ilə hərəkətdə olduğu sürətlə yol kəsişməsinin tam ortasında toqquşmuş, zərbədən o və yedəkdə olan tanışı Zərərçəkmiş şəxs yerə atılmışlar. Sonra isə o, başından aldığı zərbədən heç nə xatırlamır. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə,gecə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsindən o, evinə getmək üçün tanışı Məhəmmədin idarə etdiyi iki təkərli motosikletin yedəyinə minmiş, həmin vaxt motosikletində cəmi bir ədəd baş üçün qoruyucu dəbilqə olduğundan, həmin dəbilqəni Məhəmməd onun başına geyindirmiş, özü isə dəbilqəsiz motosikleti idarə etmişdir. Məhəmməd idarə etdiyi motosikleti orta sürətlə hərəkət etdirib Azərbaycan Respub Baş Prokurorluğun inzibati binasının qarşısından M.Muxtarov küçəsi ilə hərəkətdə olub qarşıdakı Ə.Cavad küçəsinin kəsişməsindən keçərkən soldan gələn nəqliyyat vasitəsi ilə toqquşmuş, zərbədən o və Məhəmməd yerə atılmış, Məhəmmədin başında dəbilqə olmadığından ağır xəsarət almış, o, özü isə qolundan və ayağından xəsarət almış, hadisə zamanı o, motosikletdə arxada oturduğundan və başında dəbilqə olduğundan yol qəzası hansı şəraitdə baş verməsini görməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə gecə saat 00:40 radələrində o, etibarnamə ilə idarə etdiyi “Toyota-Prius” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səbail rayonu,Ə.Cavad küçəsi ilə bir tərəfli yolla “Axundov bağı” istiqamətində saatda 30-40 km sürətlə hərəkətdə olub, həmin küçə ilə kəsişən bir tərəfli M.Muxtarov küçəsinə çatdıqda,həmin küçə ilə qarşısından sürətlə tək sürücü olan bir ədəd iki təkərli motosiklet keçib getdiyini görüb o, idarə etdiyi avtomobilin sürətini saatda 20 km həddinə kimi azaldın yol kəsişməsini kəçərkən sağ tərəfdən M.Muxtarov küçəsindən saatda təxminən 60-70 km sürətlə başqa iki təkərli motosikletin gəldiyini görüb,idarə etdiyi avtomobili sol tərəfə M.Muxtarov küçəsinə yönəldərək tormoz əyləcini basmışdır. Bu zaman motosiklet qabaq hissəsi ilə zərbə ilə idarə etdiyi avtomobilin qabaq sağ qapı hissəsinə dəyib toqquşmuş, zərbədən motosikletin başında dəbilqəsi olmayan süürücüsü, tanımadığı cavan oğlan və yedəyində başında dəbilqəsi olan tanımadığı qız asfalt örtüyün üzərinə atılmışlar. O, dərhal avtomobilindən düşüb həmin şəxslərə yaxınlaşmış, həmin şəxslərin huşu özlərində olsa da,ağır xəsarətlər almalarını görüb təcili yardıma zəng edib çağırmışdır. Hadisə vaxtı idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmaqla sürəti saatda 20km olmuş, hadisə zamanı hərəkət hissə yol kənarındakı fənərlər və idarə etdiyi avtomobilin qabaq yaxın işıqları ilə işıqlanmış, hadisə zamanı hərəkətdə olan nəqliyyat vasitələri və yol kənarında hadisənin şahidləri olmamış, hadisə günü heç bir spirtli içki qəbul etməmiş, hadisə anında tormoz əyləcindən istifadə etmişdir. Məhkəmə-tibbi ekspertizasının 29 iyul 2022-ci il tarixli 444a №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol said sümüklərinin qapalı yerdəyişmiş sınığı və sol mil sinirinin post travmatik nevriti, sağ bud və sağ baldır nahiyələrinin qançırları, hər iki dirsək oynağı nahiyəsinin ve sol saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin sağlamlığa zərərvurma dərəəcəsi Zərərçəkmiş şəxs müalicəsi başa çatdıqdan və ya hadisə baş verən gündən (xx.xx.2022-ci il tarixindən) 120 gün keçdikdən sonra təkrar müayinəsi keçirilməklə əlavə olaraq təyin ediləcəkdir. Məhkəmə-tibbi ekspertizasının 17 noyabr 2022-ci il tarixli 06/444a №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol dirsək oynağının 90° bucaq altında əlverişli funksional vəziyyətdə ankilozu (hərəkətsizliyi) və sol əlin funksiya pozulması (deformasiyası,əzələ qüvvəsinin azalması,tutma qabiliyyətinin pozulması) ilə müşayiət olunan sol mil-bilək oynağının və əl darağının travması ilə nəticələnən sol mil sinirinin posttrav- matik nevriti;sol bud sümüyünün və sol said sümüklərinin yerini dəyişmiş qapalı sınıqları; sağ bud və sağ baldır nahiyələrinin qançırları,eləcə də,hər iki dirsək oynağı nahiyəsinin və sol saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi,o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində mopedin sərnişini qismində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3dən çox hissəsinin (40%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı vəsatətlə müraciət edərək məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edildiyini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Müdafiəçi2 vəsatətin təmin edilməsini, cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarının vəsatət barədə fikirlərini dinləyib, dövlət ittihamçısının vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 267.1 maddəsinə əsasən sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Beləliklə məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək CPM-nin 318.2-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməklə, Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx ) manat tutulub “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-90/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-90/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver