Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-90/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iştirakları ilə, 22 fevral 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yekun protokola əsasən, Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə saat 16:10 radələrində ünvan 3 ünvanda, zirzəmidə yerləşən “Playstation” kluba gəlib oyun oynamaq istədiyini bildirmiş, klubun icarədarı Zərərçəkmiş şəxs təkliİ etdiyi kabinetə keçib əyləşərək oynamağa başlamış, burada masanın üzərində olan bir ədəd 650 manat dəyərində “Sony Playstation 5” markalı, CFİ-1208A model oyun aparatı və bir ədədinin dəyəri 100 manat olmaqla, cəmi 200 manat dəyərində 02 ədəd idarə etmə cihazını gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 850 (səkkiz yüz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanda qeydiyyatdadır, hazırda anası ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində dəqiq ünvanını bilmədiyi evdə kirayəşin yaşayır. 10 noyabr 2023-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanda, zirzəmidə yerləşən playstasion kluba gəlmiş və oynamaq istədiyini bildirmişdir. Kulubu işlədən şəxs ona kabinet göstərmiş və orada əyləşib oynaya biləcəyini demişdir. O, otağa daxil olmuşdur. Otaqda tək olduğu üçün orada olan “Sony playstasion 5” qurğusunu və iki ədəd pultunu götürüb, üstündə olan bel çantasına qoymuş və otaqdan, həmçinin klubdan çıxıb oradan uzaqlaşmışdır. İnternet saytlarında həmin oğurladığı “Sony playstasion 5” qurğusunu və iki ədəd pultu necə sata biləcəyi ilə bağlı araşdırma apararkən elan və telefon nömrəsi ilə rastlaşmış, zəng edib əlaqə saxlamış və özünə məxsus “Sony playstasion 5” qurğusunu və iki ədəd pultu satmaq istədiyini bildirmişdir. Telefonda danışan şəxs ünvanı ona izah etmiş və ondan təklif etdiyi əşyaları 700 manata alacağını bildirmişdir. Fətəli xan Xoyki küçəsi Sülh döngəsində yerləşən mağazaya gəlib oğurladığı “Sony playstasion 5” qurğusunu və iki ədəd pultu təqdim edərək, özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Mağazanı işlədən şəxs telefonda danışdıqları kimi 700 manata alacağını demiş, amma qurğunun cərəyan kabellərini istəmişdir. O, həmin kabellərin evdə qaldığını, bir gün sonra gətirib təqdim edə biləcəyini demişdir. Alan şəxs ona 650 manat verəcəyini, kabeli gətirdikdə isə 50 manat qalan məbləği ödəyəcəyini demiş və razılaşmışlar. Həmin şəxs onun şəxsiyyət vəsiqəsinin surətini çıxarmış, alış sənədi tərtib edib ona imzalatdırmış və 650 manat pul verib mah qəbul etmişdir. O, əldə etdiyi puldan "xxxx"a olan 148 manat, “Beynəl.\alq bank”a olan 112 manat kredit borclarını ödəmiş və qalan pula xəstə nənəsinin dərmanlarını almışdır. 1 1 noyabr 2023-cü il tarixdə telefonuna zəng edilərək Səbail rayon polis idarəsinin 39-ctı polis bölməsinə dəvət edilmiş və gəlmişdir. Törətdiyi cinayət əməlini etiraf edir və həmin əməlindən səmimi peşimançılıq keçirir. Əvvəllər heç bir cinayət əməli törətməmişdir. Otaqda tək olmuş. “Sony playstasion 5” qurğusunu və iki ədəd pultu gizlincə oğurlayıb bel çantasına qoymuş, bunu heç kəs görməmiş və hiss etməmişdir. Oğurladığı “Sony playstasion 5” qurğusunu və iki ədəd pultu satarkən alan şəxsə onların özünə məxsus olmasını və ehtiyacı yarandığından satdığını demişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, son sözündə törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət əməli nəticəsində vurmuş olduğu ziyanın tam ödədiyini və gənc olmasını nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismondə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanda qeydiyyatdadır və yaşayır. İki ay əvvəl ünvan 3 ünvanda, zirzəmidə yerləşən “Playstation” klubu icarəyə götürüb işlədir. Klubda olan bütün əşya və avadanlıqlar ona məxsusdur. 10 noyabr 2023-cü il tarixdə saat 16:00 radələrində “Playstation” kluba bir nəfər gələrək oynamaq istədiyini bildirmişdir. O, müştəriyə kabinet göstərib, orada əyləşərək oynaya biləcəyini demişdir. Həmin şəxs kabinetə daxil olub əyləşmiş və oynamağa başlamışdır. Bu vaxt o, kabinetinə keçmişdir. Bir qədər sonra, təxminən saat 17:00 radələrində o, həmin kabinetə baxarkən şəxsin orada olmadığı, masanın üzərində quraşdırılmış “Sony Playstation 5” oyun aparatının və iki ədəd idarəetmə cihazının masanın üzərində olmadığını aşkar etmiş və həmin şəxs tərəfindən oğurlanmasından şübhələnmişdir. O. buna dəqiq əmin olduqdan sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Səbail RPİ-nin 39-cu PB-nə dəvət edildikdən sonra ərizə ilə müraciət etmişdir. 11 noyabr 2023-cü il tarixdə ona məlum olmuşdur ki. həmin əməli törədən şəxs X4r. Həmçinin ona məlum olmuşdur ki. bu şəxs ona məxsus, oğurladığı “Sony Playstation 5” oyun aparatının və iki ədəd idarəetmə cihazının özünə məxsus olmasını deyərək başqa şəxsə satmışdır. Odur ki, əmlakının qaytarılmasına köməklik edilməsini və X3 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Oğurluq hadisəsi 10 noyabr 2023-cü il tarixdə saat 16:10 radələrində ünvan 3 ünvanda, zirzəmidə yerləşən, icarə əsasında işlətdiyi “Playstation” klubda baş vermişdir. O. oğurluq faktını 10 noyabr 2023-cü il tarixdə saat 17:00 radələrində aşkar etmişdir. Məhkəmə əmtəəşiinaslıq ekspertizasının rəyi ilə ona oğurluq nəticəsində 850 manat ziyan vurulmasının müəyyən edilməsi ilə əlaqədar ekspert rəyini miibahisələndirmir. Rəyin nəticəsi ilə razıdır. Zərərçəkmiş şəxs məhkəməyə tərəfindən dəftərxana vasitəsilə daxil olmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam ödənilmiş, onunla barışıq əldə etmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş və Şahid ifadəsində göstərmişdir ki, 8 ildən artıq müddətdir Bakı şəhəri Nərimanov rayonu Fətəli xan Xovski küçəsi Sülh döngəsində yerləşən Playstasion servis mağazasında işləyir. Konsollar və onlara aid olan aksesuarların alış-satışı ilə məşğul olur. 10 noyabr 2023-cü il tarixdə saat 17 radələrində, internetdə yerləşdirdiyi elan əsasında bir nəfər şəxs zəng edib, «Sony Playstation 5» və ona aid iki ədəd konsolu satmaq istədiyini bildirmiş və iinvanı öyrənmişdir. Telefon danışığı zamanı təklif olunan malları 700 manata ala biləcəyini demişdir. Bir müddət sonra şəxs mağazaya yaxınlaşmışdır. Şəxsin təqdim etdiyi mallara baxmış, heç bir problemi olmadığını gördükdən sonra həmin malları dediyi qiymətə ala biləcəyini təkrarən bildirmişdir. Təqdim edilən malın cərəyan kabeli olmamışdır. Təqdim edən şəxs həmin kabellərin evdə qaldığını, bir gün sonra gətirib təqdim edə biləcəyini demişdir. O, bildirmişdir ki, razılaşdıqları 700 manat məbləğdən 650 manatını dərhal, 50 manatını isə kabeli gətirdiyi vaxt ödəyə bilər. Şəxs bununla razılaşmışdır. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş, bu şəxsin Təqsirləndirilən şəxs olması şəxsiyyət sənədinə əsasən təsdiqini tapmışdır. Bu şəxs satdığı əmlakın özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirirmiş. O, alış sənədi tərtib etmiş, Təqsirləndirilən şəxs imzalatdırmış və 650 manat ödəyərək əşyaları qəbul etmişdir. Təqsirləndirilən şəxs satdığı əşyaların özünə məxsus olduğunu, ehtiyacı yarandığı üçün satdığını bildirmiş. Əşyaların oğurluq olması müəyyən edilərsə o, həmin əşyanı almır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 noyabr 2023-cü il tarixli 9/8838 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Sony Playstation 5” markalı, CFİ-1208A model oyun aparatının və 02 ədəd idarə etmə cihazının istifadə olunması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 850,0 manat müəyyən edilir. O cümlədən: 01 ədəd “Sony Playstation 5” markalı, CFİ-1208A model oyun aparatı -650,00 manat; 02 ədəd idarə etmə cihazı -200,00 (2x100) manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Səbail Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(009)-90/2024 saylı qərarına əsasən, xx xxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri H.Z.Tağızadə küçəsi, ev 117-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu PB tərəfindən tərtib edilmiş 16 aprel 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə saat 13:00 radələrində Lənkəran rayonunda saxlanılaraq 39-cu PB-ya gətirilmişdir. Səbail Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(009)-90/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat üzrə dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, əvvəllər məhkum olunmamasını və gənc olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə il tarixdən 17 aprel 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə il tarixdən 17 aprel 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 21 “D” ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC -nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-90/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-90/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver