Məhkəmə qərarları › İş №1(009)-91/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-91/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-91/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1978-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, İİ qrup əlil, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 54/11 saylı, xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarın 1.1.11-ci bəndində qeyd edilmiş “ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması” və “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 24 sentyabr 2021-ci il tarixli, 280 nömrəli Qərarın 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş “2021-ci il oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə icazə verilməsi”, habelə “həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələri” ilə bağlı tələblərini tamah niyyəti ilə qəsdən pozaraq icarəçisi və faktiki rəhbəri olduğu ünvan 3 ünvanında yerləşən “Hollywood Cinema” klubunda 30 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarının istifadəsi qadağan olunduğu halda klubda müştərilərə qəlyan avadanlıqlarının verilməsini, istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələrinə icazə verildiyi halda saat 00:00-dan sonra kluba gələn müştərilərin COVİD-19 pasportlarının olub-olmamasının yoxlanmasını təmin etməyərək COVİD-19 pasportları olmayan Şahid17 və X8 müştəri qismində buraxıb orada kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsini təşkil etməklə xüsusi karantin rejimini pozaraq koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmış, koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri yoxlama tədbirləri zamanı 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən “Hollywood cinema” klubunda kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsi, müştərilərə qəlyan avadanlıqlarının verilməsi aşkar edilmiş və həyata keçirilən profilaktik tədbirlər nəticəsində klubun qanunsuz fəaliyyətinin qarşısı alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Hollywood Cinema” klubunun həm icarəçisi, həm də faktiki rəhbəri kimi fəaliyyət göstərir. O, həmin obyekti 2021-ci ilin avqust ayından müqavilə əsasında icarəyə götürmüş və 4-5 ay olardı ki, işlətmişdir. O, həmin obyektdə ümumi rəhbərliyi həyata keçirir, həmçinin oradakı ofsiantların ümumi fəaliyyətinə nəzarət edir. Bütün maddi məsələlər onun tərəfindən həyata keçirilir. Klub hər gün saat 12:00-da açılmış və 00:00-dək fəaliyyətini davam etdirmişdir. Qanunvericiliyin tələbinə görə 2021-ci ilin sentyabr ayının 1-dən başlayaraq vaksinasiya yoxlanılması olduğu üçün hər gün həmçinin 29 oktyabr 2021-ci il tarixdə də qəbul olunan müştərilərin “Covid-19” pasportunun olması qapıdakı müvafiq əməkdaş tərəfindən yoxlanılmışdır. Klub 13 otaqdan ibarət olmaqla 2, 4, 7 və 30 nəfər üçün nəzərdə tutulmuşdur. Lakin pandemiya ilə əlaqədar müəyyən edilmiş xüsusi karatin rejimi ilə bağlı otaqlara nəzərdə tutulduğundan yarı sayda müştəri buraxılır. Kluba gələn müştərilərin yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı peyvənd olunmaları klubun girişində dayanan Aysel adlı işçiləri tərəfindən xüsusi proqram təminatı vasitəsi ilə yoxlanıldıqdan sonra onlar kluba buraxılmışlar. 30 oktyabr 2021- ci il tarixdə saat 01 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminə riayət edilib-edilməməsini yoxlamaq məqsədi ilə kluba daxil olmuşlar. Obyektin tələb olunan vaxtda bağlanmamasının səbəbi müştərilərin vaxtında obyekti tərk etməklə bağlı onların tələblərini icra etməmələri olmuşdur. Bu vaxt klubda fərqli-fərqli otaqlarda müştərilər olmuşdur. Polis əməkdaşları tərəfindən klubda qanunvericiliklə müəyyən edilmiş vaxtın ötürülməsi səbəbindən xüsusi karantin rejiminin pozulması aşkar edildikdən sonra kulubun fəaliyyəti dayandırılmışdır. Müştərilər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilmişlər. 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində klubdakı otaqlarda müştərilər olmuşdur. 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində icarə əsasında işlətdiyi “Hollywood Cinema” klubunda aşkar edilmiş müştərilərə vaxtında klubu tərk etmələri o və işçiləri tərəfindən bildirilsə də onlar çıxmamış, bəziləri isə hesabı bağlayıb çıxmağa hazırlaşırdılar. 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində klubda olan müştərilərin hər birinin yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı peyvənd olunmaları xüsusi proqram təminatı vasitəsi ilə yoxlanılmışdır. 30 oktyabr 2021-ci il tarixdə Şahid17 yə X1 necə daxil olmaları ona məlum deyil. Müştərilərin qəlyan avadanlığından istifadə etməsindən onun xəbəri olmamışdır, o, kiməsə belə bir göstəriş verməmişdir. Bundan başqa bildirmişdir ki, 29-30 oktyabr 2021-ci il tarixlərdə klubda Şahid3 deyil, başqa Aysel adında hostes fəaliyyət göstərmişdir. Həmçinin qeyd etmişdir ki, cinayət işi materiallarıda qəlyan avadanlığının hazır vəziyyətdə otaqda olmasına baxmayaraq müştərilərin istifadəsində olmayıb. Avadanlıq masann yanında olsa da, ondan istifadə etməyiblər. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərindən “Hollywood Cinema” klubunda texnik kimi çalışır. İşlədiyi klub kinoteatr, karaoke və restoran fəaliyyətini həyata keçirir. Onun əmək funksiyası klubda quraşdırılmış texnikaların işinə nəzarət etməkdən ibarətdir. İş vaxtı saat 12:00-dan başlayır və 23:00-dək davam edir. 2021-ci ilin iyul və sentyabr aylarında yeni növ koronavirus infeksiyasına qarşı iki dozada peyvənd olunmuşdur. 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində o klubda işləyirdi. Klub adi qaydada müştəriləri qəbul edib onlara xidmət göstərirdi. Belə ki, gün ərzində müştərilər klubda kinolara baxmaqla yanaşı, yemək və müxtəlif çeşidli içkilər sifariş edirdilər, habelə karaoke xidmətindən istifadə edirdilər. Kluba daxil olan müştərilərin yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunub-olmamalarını Aysel adlı işçiləri xüsusi proqram təminatı vasitəsi ilə yoxlayır. Yalnız bundan sonra müştərilər kluba buraxılırlar. O özü də əsas işindən əlavə müştərilərin peyvənd olunub-olunmamalarını yoxlamaq işinə cəlb edilir. 30 oktyabr 2021-ci il tarixdə Aysel və o müştəriləri yoxlamışlar. O dəqiqliklə deyə bilər ki, həmin gün yoxladığı müştərilərin hər birinin iki dozada peyvənd olunduqlarını müəyyən etmişdir və bundan sonra içəriyə buraxmışdır. Həmin gün müştərilərin peyvənd olunubolunmamalarını yoxlayarkən ara sıra şəxsi ehtiyacları ilə bağlı yerini tərk etmişdir. Şahid17 yə X17 onun tərəfindən yoxlanılmamışdır. Həmin gün saat 01 radələrində müştərilərin klubdan gec çıxmaları səbəbindən klub pandemiya ilə əlaqədar vaxt məhdudiyyəti pozmuşdur. Buna görə də polis əməkdaşları gələrək klubun fəaliyyətini dayandırmış və müştəriləri inzibati qaydada cərimə etmişlər. Məhkəmə iclasında şahid X9 Şahid11 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul ayından “Hollywood Cinema” klubunda xəzinədar vəzifəsində işləyir. Bununla yanaşı klubun fəaliyyəti ilə əlaqədar o, vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatdadır. Buna baxmayaraq Təqsirləndirilən şəxs klubda faktiki rəhbərliyi həyata keçirir və bütün maddi məsələlər sonuncu tərəfindən aparılır. Klub hər gün saat 12:00 dəqiqədə açılıb və 23:45-də bağlanır, sinema, karaoke və restoran fəaliyyətini həyata keçirir. Klub 13 otaqdan ibarət olmaqla 2, 4, 7 və 30 nəfər üçün nəzərdə tutulmuşdur. Lakin pandemiya ilə əlaqədar müəyyən edilmiş xüsusi karatin rejimi ilə bağlı otaqlara nəzərdə tutulduğundan yarı sayda müştəri buraxılır. Kluba gələn müştərilərin yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı peyvənd olunmaları klubun girişində dayanan Aysel adlı hostes tərəfindən xüsusi proqram təminatı vasitəsi ilə yoxlanıldıqdan sonra onlar kluba buraxılırlar. 2021-ci ilin oktyabr ayının 29da səhər saatlarında o, dişlərinin müalicəsi ilə əlaqədar bir neçə saatlıq klubdan çıxmış və həmin gün saat 22 radələrində yenidən kluba qayıtmışdır. Klubda bir neçə dəqiqəlik qalmış və özünə məxsus sənədi götürüb evə getmişdir. Daha sonralar eşitmişdir ki, 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində “Hollywood Cinema” klub müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarını pozduğundan polis əməkdaşları tərəfindən fəaliyyəti dayandırılmış və içəridə olan müştərilər inzibati qaydada cərimə edilmişlər. Lakin o, həmin vaxt işdə olmadığından nə baş verdiyini görməmişdir. Hadisə ilə bağlı başqa məlumatı yoxdur. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıqla məşğuldur. ünvan 4 ünvanda yerləşən “Pure Boutique” otelini icarə əsasında işlədir. X15 onun arvadıdır. ünvan 3 ünvanında yerləşən “Hollywood Cinema” klubu onun arvadı Sevinc Qasımovanın adınadır. Həmin qeyri-yaşayış sahəsi ailə olaraq onların ümumi əmlaklarıdır. Təqsirləndirilən şəxs onun dostudur. Onunla təxminən 2 il əvvəl məclislərin birində tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. “Hollywood Cinema” klubunu təxminən 2018-ci ildə özü inşa etdirmiş və həmin işlədirdi. 2021-ci il tarixdə isə işləri çox olduğundan icarəyə vermək qərarına gəlmişdir. 2021 -ci ilin sentyabr ayında dostu Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, “Hollywood Cinema” klubunu sonuncuya icarə əsasında işlətmək üçün versin. O da obyekti içərisindəki bütün avadanlıqlarla birlikdə Təqsirləndirilən şəxs icarəyə vermişdir. 29 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş arvadı Sevinc Qasımova və Təqsirləndirilən şəxs arasında bağlanmış icarə müqaviləsi ilə “Hollywood Cinema” klub Təqsirləndirilən şəxs aylıq 300 manata icarəyə verilmişdir. Təqsirləndirilən şəxs özü şəxsən klubun fəaliyyətini idarə edir və işçilərə rəhbərliyi həyata keçirir. O və arvadı Sevinc Qasımova mülkiyyətçi olaraq həmin klubun fəaliyyətinə ümumiyyətlə qarışmırlar. 30 oktyabr 2021-ci il tarixdə “Hollywood Cinema” klubunda xüsusi karatin rejiminin pozulması ilə bağlı onun və arvadı Sevinc Qasımovanın xəbərləri olmamışdır. Belə ki, onlar “Hollywood Cinema” klubun fəaliyyətinə qarışmırlar. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində rəfiqələri X10, X11 və rəfiqələrinin yanında gəlmiş tanımadığı digər iki qadınla birlikdə Zeynəbin ad gününü keçirmək məqsədi ilə “Hollywood Cinema” klubuna getmişlər. Kluba daxil olarkən girişdə heç kim olmadığında onlar içəri daxil olmuş, onların yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı peyvənd olunub-olunmamaları heç kim tərəfindən yoxlanılmamışdır. Onlar içəriyə daxil olub, ikinci mərtəbədə yerləşən hazırda xatırlamadığı otağa keçmişlər. O, özü yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı iki dozada peyvənd olunmuşdur. Beləliklə onlar ümumilikdə beş nəfər olmaqla klubun həmin otağında ad gününü keçirmişlər. Onlar klubun otağında 30 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində hesabı istəyətək taksi sifariş vermişlər, lakin qapıda polislərin dayandığını və çıxmağa icazə vermədiklərini onlara bildirmişlər. Xatırladığı qədəri ilə saat 00:15 dəqiqəyə kimi qalmışlar və polislər içəri daxil olmuşlar. Həmin vaxt polis əməkdaşları kluba gəlmişlər. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində rəfiqələri X5 və X12 ilə birlikdə Nazəninin adını bilmədiyi rəfiqəsinin ad gününü keçirmək məqsədi ilə ünvan 3 ünvanındakı ““Hollywood Cinema” klubuna getmişlər. Kluba daxil olarkən girişdə onların COVİD-19 infeksiyasına qarşı peyvənd olunub-olunmamaları yoxlanılmışdır. Bununla yanaşı qeyd etmişdir ki, o, özü 19 iyul 2021-ci il və 30 avqust 2021-ci il tarixlərdə olmaqla iki dozada peyvənd olunmuşdur. Onlar saat 11 radələrində klubun “Porshe” otağına daxil olmuşlar. Həmin otaqda ad gününü keçirmişlər. Onlar həmin klubun “Porshe” adlı otağında saat birə işləmişədək qalmışlar. Həmin vaxt polis əməkdaşları kluba gəlmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayının sonlarından etibarən ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda hostes kimi çalışır. İşlədiyi klub kinoteatr, karaoke və restoran fəaliyyətini həyata keçirir. Onun işi telefon vasitəsi ilə rezerv sifarişlərini qəbul etmək, müştəriləri qarşılamaq, onları kabinetə yönəltməkdən ibarətdir. İş vaxtı saat 14:00-da başlayır və 22:00-dək davam edir. Kluba gəlmiş müştərilər kinolara baxırlar, yemək və müxtəlif çeşidli içkilər sifariş edirlər, habelə karaoke ximətindən istifadə edirlər. 30 oktyabr 2021 -ci il tarixdə o, ümumiyyətlə klubda işləməmiş, bu səbəbdən də həmin gün baş vermiş hadisələr barədə məlumatsızdır. O, “Hollywood Cinema” klubuna hostes kimi 2021-ci ilin dekabr ayından etibarən işə qəbul edilmişdir və hazırkı günə kimi işləyir, yəni 2021-ci ilin oktyabr ayında, həmçinin 29-30 oktyabr tarixlərdə o sözügedən klubda olmamışdır. Əlavə olaraq bildirmişdir ki, hazırda işlədiyi klubda o, ümumiyyətlə gələn müştərilərin yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunub- olunmamalarını yoxlamır. Ona belə bir vəzifə müdriyyət tərəfindən tapşırılmamışdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid15 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində həmin bölüyün polis nəfəri Şahid13 ilə birlikdə avtopatrulla xidmətdə olmuşdur. Həmin vaxt rəhbərlikdən məlumat daxil olmuşdur ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Səbail Rayon Polis idarəsinin 41-ci polis bölməsinin inzibati ərazisində, yəni ünvan 5vanında yerləşən “Hollywood Cinema”klubunda pandemiya ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının pozulması aşkar edilmişdir. Məlumat əsasında o, xidməti avtomobillə “Hollywood Cinema” klubunun qarşısına gəlmişdir. Həmin məlumat onlara təxminən 12 radələrindən sonra daxil olmuşdur. Onlara verilmiş təlimata əsasən vətəndaşları bölmənin inzibati binasına aparmışlar. Onlar yalnız klubun qarşısında dayanmışlar, içəri daxil olmamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsində müştərilərin qəlyan istifadə etməsi ilə bağlı olan hissəni təsdiq etmir, belə ki hər hansı bir şəxsin qəlyan çəkməsini görməmişdir. Çünki onlar hadisə yerinə gələrkən artıq içəri digər polis əməkdaşları daxil olmuşdur və onlar içəri daxil olmamışlar, onlara təhvil verilmiş şəxsləri bölməyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 və Şahid14 ibtidai istintaq verdikləri ifadəni təsdiq etməyərək Şahid15 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid16 ifadəsində göstərmişdir ki, hadisə zamanı xidmətdə olmuş, növbətçi hissədən məlumat verildikdən sonra Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin inzibati ərazisində, yəni ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunun qarşısına gəlmişlər. Onlar içəri daxil olmamış, yalnız onlara təhvil verilmiş vətəndaşları bölmənin inzibati binasına aparmışlar. Onlar yalnız klubun qarşısında dayanmışlar, içəri daxil olmamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsində müştərilərin qəlyan istifadə etməsi ilə bağlı olan hissəni təsdiq etmir, belə ki hər hansı bir şəxsin qəlyan çəkməsini görməmişdir. Çünki onlar hadisə yerinə gələrkən artıq içəri digər Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları daxil olmuşdur və onlar içəri daxil olmamışlar, onlara təhvil verilmiş şəxsləri bölməyə aparmışlar. “Hollywood Cinema” klubunun qarşısına gələrkən saat təxminən 12 radələrindən sonra olmuşdur. Vətəndaşların vaksin pasportunun kim tərəfindən yoxlanması ilə bağlı məlumatı olmamışdır. Yalnız onlara təhvil verilmiş şəxsləri bölməyə aparmışlar. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından etibarən ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda aşbaz işləyir. Ölkədə pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq işlədiyi klub bir müddət fəaliyyətini dayandırmış, lakin 2021-ci ilin oktyabr ayından etibarən fəaliyyətini bərpa etmişdir. İşlədiyi klub kinoteatr, karaoke və restoran fəaliyyətini həyata keçirir. Onun klubda işi növbəli şəkildə olmaqla saat 11:00-da başlayır və 21:00-da bitir. Klubda o, müştərilərin sifariş etdikləri yemək və içkiləri hazırlayıb aidiyyəti üzrə təqdim edir. Klubda faktiki rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirir, həmçinin bütün maddi məsələləri o aparır. 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində o, klubda olmamışdır. Belə ki, 29 oktyabr 2021-ci il tarixdə saat 21:00-da iş vaxtı bitdiyindən oranı tərk etmişdir. Buna görə də həmin vaxt baş vermiş hadisə haqqında məlumatsızdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid12 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2021-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati ərazisində yerləşən “Hollywood Cinema” klubunda xüsusi karantin rejimi qaydalarının pozulduğu aşkar edilmişdir. Növbətçi hissə tərəfindən onlara məlumat verilmiş və məlumat əsasında “Hollywood Cinema” klubuna gəlmiş və kluba daxil olmuşdur. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə ikinci mərtəbəyə qalxmış və kabinetlərə baxış keçirmiş və orada kabinetlərdə çoxlu sayda müştərinin olduğunu görmüşdür. Həmin şəxslər orada kinoya baxmış, yemək, içki və qəlyandan istifadə etmişlər. O klubun qarşısına təxminən saat 12:00 radələrindən sonra saat 01-ə işləmiş çatmışdır. Klubda xüsusi karantin rejimi qaydaları pozulduğundan klubun fəaliyyəti dayandırılmış, müştərilər isə 41-ci Polis Bölməsinə aparılmışdır. Bildirmişdir ki, həmin tarixdə klubda müştərilər çox olmuş, qəlyandan istifadə edən şəxsi görməsə də, qəlyanın üzərində kömürlər olmuş və istifadəyə hazır vəziyyətdə olmuşdur. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə klubda olan otaqlara baxış keçirilmişdir. Onlara məlumat saat 12:00 radələrindən sonra saat 01-ə işləmiş verilmişdir. Baxış keçirərkən qapıdan içəri girdikdə sağ tərəfdə yerləşən otaqda qəlyan olmasını dəqiq xatırlayır. X4 xatırlayır. Belə ki, bölmədə olarkən inzibati xəta protokolu tərtib edilərkən həmin şəxs bir neçə dəfə soyadını yalnış desə də, sonradan həmin şəxsin Hüseynzadə Nazənin olduğu müəyyən edilmişdir. Həmin şəxsin axtarışda olması barədə məlumatı yoxdur. Polis bölməsinə Şahid7 və onunla birlikdə otaqda olan qızları aparmışdır. Həmin vaxt Elbar sərxoş olduğu üçün Şahid7 avtomobili idarə etmiş və həmin şəxsləri həmin avtomobillə bölməyə aparmışdır. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Rusiya Federasiyasından qonaq gəlmiş tanışları X7, X13 və X17 ilə birlikdə kinoya baxmaq, həmçinin yemək məqsədi ilə yaşadığı ünvana yaxın yerləşən ünvan 5vanındakı “Hollywood Cinema” klubuna getmişlər. Kluba daxil olarkən girişdə adam çox olduğundan o COVİD-19 infeksiyasına qarşı peyvənd olub-olmadığını yoxlanılmadan keçməmişdir. Lakin içəridə müştərilərin peyvənd olunub-olunmamasını yoxlayan xanım işçi dayanmış və şəxsləri yoxlamışdır. Daxil olduqdan sonra klubun ikinci mərtəbəsindəki otaqlarının birinə daxil olmuşlar. Otaqda həm kinoya baxmış, həm də yeməklər sifariş etmişlər. Klubun bağlanacağı barədə xəbərdarlıq edildikdən sonra təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları içəri daxil olmuşlar. Onlar həmin klubun otağında saat 01 radələrinə kimi qalmışlar. Həmin vaxt klub qanunvericiliklə müəyyən edilmiş vaxt məhdudiyyətini pozduğundan polis əməkdaşları oraya gəlmişlər. Bundan sonra klubu tərk etmişlər. Daha sonra polis bölməsinə aparılmış və barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, o, X7, X13 və X17 ilə birlikdə 29 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində “Hollywood Cinema” klubuna müştəri qismində daxil olarkən digər müştərilər olduğunda o yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı peyvənd olunub-olmaması yoxlanılmadan içəri daxil olmuşdur, onlara klubun bağlanması barədə xəbərdarlıq edilərkən hesabı istəmişdir. X6 peyvənd olmaması barədə məlumatlı olmamış, yalnız müstəntiqin yanında ifadə verərkən məlumatlı olmuşdur. Günay Əliyeva hadisədən bir nəçə gün sonra Gürcüstana, oradan isə Sankt-Peterburqa getmişdir. Lakin bir neçə dəfə yenidən Azərbaycana gəlmişdir. Şahid17 tanımır. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından etibarən hal-hazıradək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır. X16 Cəmiyyətin fəaliyyəti Rusiya Federasiyası ərazisindən taxta materialların Azərbaycana daşınması və satışının təşkil edilməsindən ibarətdir. 30 oktyabr 2021-ci il tarixdə 01 radələrində adını hazırda xatırlamadığı müştərilərindən birinə təcili olaraq icarə müqaviləsinin nüsxəsini verməli idi. Həmin şəxsə sənədi təhvil vermək məqsədi ilə ona zəng edib danışmışdır. Müştəri ona bildirmişdir ki, dostları ilə birlikdə ünvan 5vanındakı “Hollywood Cinema” klubunda əyləşmişlər. O, həmin kluba getmiş, pilləkənlərlə qalxmışdır. Bu vaxt onun ardınca polis əməkdaşları da kluba daxil olmuşlar. O, başa düşmüşdür ki, klub qanunla müəyyən edilmiş müddət məhdudiyyətini ötürərək xüsusi karantin rejim qaydalarını pozmuşdur. Bununla yanaşı qeyd etmişdir ki, o, kluba daxil olarkən onun yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı peyvənd olunub-olunmamasını yoxlanılmışdır. Özü də 26 iyul 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuşdur, yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş şəxslərin 6 ay müddətində sağlamlıq sertifikatı olduğundan o, həmin xəstəliyə qarşı heç bir dozada peyvənd olunmamışdır. Buna baxmayaraq polis əməkdaşları xüsusi karantin rejimini pozduğu üçün onu inzibati qaydada 400 manat olmaqla cərimə etmişlər. Əlavə olaraq bildirmişdir ki, sənəd təhvil verməli olduğu şəxsi o, əvvəllər tanımamış, onunla heç bir münasibəti yoxdur, onun kimlərlə klubun hansı otağında əyləşməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində xidmət etdiyi İdarənin əməkdaşları ilə birgə Bakı şəhəri, Səbail rayonu ərazisində koronavirus infeksiyasının idarə olunması ilə bağlı yoxlama tədbirləri keçirən zaman Badamdar qəsəbəsi, Badamdar Yolu küçəsi, 77 ünvanında yerləşən “Hollywood Cinema” klubunda xüsusi karantin rejimi qaydalarının pozulması aşkar edilmişdir. Belə ki, klub qanunvericiliklə müəyyən edilmiş saat 00:00-dək olan vaxt məhdudiyyətini pozaraq fəaliyyət göstərirdi. Tərəflərindən karantin rejiminin pozulması ilə bağlı ərazi aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinə məlumat verilmişdir. Verilmiş məlumat əsasında bir neçə dəqiqə ərzində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları və Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri xidməti avtomobillərlə “Hollywood Cinema” klubunun qarşısına gəlmişlər. Bundan sonra onlar birlikdə həmin klubun işçilərinə özlərini təqdim edərək klubda xüsusi karantin rejimi qaydalarının pozulmasını bildirib ora daxil olmuşlar. İkinci mərtəbəyə qalxmışlar və orda yerləşən kabinetlərə baxış keçirmişlər. Baxış zamanı ikinci mərtəbədəki demək olar ki, hər kabinetdə təxminən 3, 4, 5 və daha çox sayda olmaqla müştərilərin sıx şəkildə ara məsafəsini gözləmədən əyləşdiklərini aşkar etmişlər. Bundan başqa baxış zamanı o, kabinetlərdə müştərilərin kinolara baxdığının, yemək yeyib içki qəbul etdiklərinin və qəlyan çəkdiklərinin şahidi olmuşdur. O, kabinetlərdən birinin qapısını açdıqda içəridə müştəri qismində olan üç nəfər qadının masa ətrafında əyləşərək qəlyandan istifadə etdiyini görmüşdür. Müştərilərlə şifahi sorğu-sual zamanı onlar bildirmişlər ki, onlar “Hollywood Cinema” klubuna kinoya baxmaq, qəlyandan və digər xidmətlərdən istifadə etmək məqsədi ilə gəlmişlər və hazırkı vaxtadək klubun xidmətlərindən istifadə edirlər. Həmçinin bildirmişlər ki, onlar kluba daxil olarkən koronavirus infeksiyasına qarşı peyvənd olub-olunmamaları heç kim tərəfindən yoxlanılmamışdır. O, kluba gəldiyi vaxt saat 01 radələri olardı və həmin vaxt orada 20-dən çox müştəri var idi. Beləliklə klubda xüsusi karantin rejimi qaydaları pozulduğundan tərəflərindən klubun fəaliyyəti dayandırılmışdır. Klubda olarkən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs yaxınlaşaraq klubun icarəçisi və faktiki rəhbəri olduğunu ona bildirmişdir. Klubun fəaliyyəti tərəflərindən dayandırıldıqdan sonra oranı tərk edib xidmət etdiyi İdarənin əməkdaşları ilə birgə Bakı şəhəri, Səbail rayonu ərazisində koronavirus infeksiyasının idarə olunması ilə bağlı yoxlama tədbirlərini davam etdirmişlər. Əlavə olaraq qeyd etmişdir ki, o, xidməti zərurətlə bağlı “Hollywood” sinema klubunda olarkən xüsusi karantin rejimi qaydalarının pozulması və orada qəlyandan istifadə edilməsi, eləcə də Təqsirləndirilən şəxsla arasında baş tutmuş həmin danışığı istifadəsində olan “Samsung S20” markalı mobil telefonu vasitəsi ilə videoçəkilişlə qeydə almışdır. Həmin video görüntüləri 01 ədəd diskdə istintaqa təqdim etmişdir. Həmin klubda saat 01- 02-ə işləmiş müştəri qəbul edilmiş, o özü də həmin saatda “Hollywood Cinema” klubuna gəlmişdir. İçəri daxil olarkən Təqsirləndirilən şəxs onu qapıda qarşılamış, o içəri daxil oldu. Onlara daxil olmuş əməliyyat məlumatına əsasən “Hollywood Cinema” klubunda müştərilərin peyvənd olunub olunmasını yoxlanılmamışdır. Ora yaxınlaşan zaman Təqsirləndirilən şəxs çöldə olmuşdur. Yaxınlaşan zaman özünü ayıq sürücü kimi təqdim etmişdir. Həmçinin müştərilərin qəlyandan istifadə etmələrini görmüş və çəkiliş aparılmışdır. Hətta həmin klubdan axtarışda olan qız da tapılmışdır. Cinayət işinin materiallarında olan 01 ədəd "Verbatim” markalı, DVD-R formatlı diskdə olan WhatsApp Video 2022-01-16 at 14.26.57, VİD-20220116-WA0012, VİD- 20220116-WA0011, VİD-20220116-WA0010, VİD-20220116-WA0008 və VİD-20220116- WA0007 adlı videogörüntülərə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: “WhatsApp Video 2022-01-16 at 14.26.57” adlı fayla baxış zamanı 4 saniyə davam edən videogörüntüdən görünür ki, ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunun otağında 2 qadın və 2 kişi olmaqla ümumilikdə 4 nəfər masa ətrafında əyləşmişlər. Polis əməkdaşının “ata adınız” sualına qadınlardan biri Hüsamettin deyə cavab verir; “VİD-20220116-WA0012” adlı fayla baxış zamanı 4 saniyə davam edən videogörüntüdən görünür ki, ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda dəhliz boyu 4 nəfər şəxs polis əməkdaşlarının müşayiəti ilə hərəkət edərək klubu tərk edirlər; “VİD-20220116-WA0011” adlı fayla baxış zamanı 16 saniyə davam edən videogörüntüdən görünür ki, ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda polis əməkdaşı “Rolls Royse” adlı otağın qapısını açdıqdan sonra içəridə masanın yanında yerdə hazırlanmış vəziyyətdə olan qəlyan avadanlığı vardır. (00:01) Bundan sonra polis əməkdaşı “Porsche” otağının qapısını açdıqdan sonra içəridə 4 nəfər qadın cinsinə mənsub şəxsin oturacaqda ara məsafələrini gözləmədən sıx şəkildə bir-birinə söykənməklə əyləşmələri görünür (00:05); “VİD-20220116-WA0010” adlı fayla baxış zamanı 47 saniyə davam edən videogörüntüdən görünür ki, ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda dəhliz boyu 12 nəfər şəxs polis əməkdaşlarının müşayiəti ilə hərəkət edərək klubu tərk edirlər; “VİD-20220116-WA0008” adlı fayla baxış zamanı 15 saniyə davam edən videogörüntüdən görünür ki, ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunun otağında 3 nəfər qadın masa ətrafında əyləşərək qəlyan çəkirlər (00:09); “VİD-20220116-WA0007” adlı fayla baxış zamanı 1 dəqiqə 11 saniyə davam edən videogörüntüdən görünür ki, ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda polis əməkdaşı klubun rəhbəri olan X35 ilə qarşı-qarşıya dayanaraq aşağıdakı məzmunda danışıq aparır: Polis əməkdaşı: özünüzü təqdim eliyin zəhmət olmasa. Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs. Polis əməkdaşı: neçənci ildə anadan olmusunuz? ay, gün, il. Təqsirləndirilən şəxs: xx xxxxx 1978-ci il, Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişəm 99-cu ildə, döyüşlərdə iştirak eləmişəm, dörd dəfə də yaralanmışam. Polis əməkdaşı: hansı döyüşlərdə? Təqsirləndirilən şəxs: Ağdam istiqamətində yaralanmışam, Şuşa istiqamətində yaralanmışam, Füzuli də iştirak eləmişəm. Polis əməkdaşı: Bununla bağlı hər hansı bir mükafatınız var? Təqsirləndirilən şəxs: bəli. Polis əməkdaşı: Anar, bəs sən bilirdin gecə saat 12-dən sonra obyektin fəaliyyəti yəni olmaz? Təqsirləndirilən şəxs: yox, bilmirdim. (00:36) Polis əməkdaşı: bəs qəlyan verilməyi ilə bağlı cənab Prezidentimizin göstərişi pandemiya ilə əlaqədar olaraq? Təqsirləndirilən şəxs: yox bilmirdim. (00:43) Polis əməkdaşı: onu da bilmirdiniz? Təqsirləndirilən şəxs: yox. Polis əməkdaşı: siz nə qədər vaxtdı buranı istifadə eliyirsiniz? Təqsirləndirilən şəxs: 4 aydı işlədirəm buranı yəni onların heç birindən xəbərim olmuyub məni üzrlü sayın bundan sonra təbii ki, olmaz amma hal hazırda bilmirdim ki, qəlyan vermək olmaz saat 12-dən sonra işlətmək olmaz yəni bunları bilməmişəm. (00:54) Polis əməkdaşı: aydındır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli, 020-18089-1221 saylı məktubda göstərilmişdir ki, Şahid9 26 iyul 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 09 sentyabr 2021-ci il tarixdə onun müalicə müddəti bitmişdir. Şahid9 heç bir dozada peyvənd olunmamışdır. X18 01 sentyabr 2021-ci il və 02 oktyabr 2021ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X22 30 iyul 2021-ci il və 13 sentyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X27 14 sentyabr 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 28 sentyabr 2021-ci il tarixdə onun müalicə müddəti bitmişdir. Anar Osmanov 03 sentyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuşdur, X23 27 may 2021-ci il və 24 iyun 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X19 09 avqust 2021-ci il və 07 sentyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. Şahid8 19 iyul 2021-ci il və 30 avqust 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X24 21 avqust 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 04 sentyabr 2021-ci il tarixdə onun müalicə müddəti bitmişdir. Ayşən Rəsulova 05 iyul 2021-ci il və 17 avqust 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X14 25 avqust 2021-ci il və 25 sentyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. Şahid17 03 noyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuşdur. Şahid6 28 avqust 2021-ci il və 15 oktyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X10 03 avqust 2021-ci il və 01 sentyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd öiunımuşdur. X11 21 sentyabr 2021-ci il və 23 oktyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X7 10 sentyabr 2021-ci il və 08 oktyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X13 23 avqust 2021-ci il və 20 sentyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X17 12 noyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuşdur. X20 03 sentyabr 2021-ci il və 01 oktyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuşdur. Şahid7 28 mart 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 11 aprel 2021 -ci il tarixdə onun müalicə müddəti bitmişdir. Şahid7 20 oktyabr 2021 -ci il və 17 noyabr 2021 -ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X5 yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı heç bir dozada peyvənd olunmamışdır. X25 01 aprel 2021-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 15 aprel 2021-ci il tarixdə onun müalicə müddəti bitmişdir. Vüsal Həsənov 04 oktyabr 2021-ci il və 01 noyabr 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. X28 10 iyun 2021-ci il və 08 iyul 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. Teimur Giulakhmedov 23 iyun 2021-ci il və 27 iyul 2021-ci il tarixlərdə 2 dozada peyvənd olunmuşdur. 30 oktyabr 2021-ci il tarixdə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət məqsədi ilə həyata keçirilən tədbirlər zamanı ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda xüsusi karantin rejiminin pozularaq müştərilərin sıx şəkildə qanunla müəyyən edilmiş ara məsaflərini gözləmədən əyləşməklə xəstəliyin yayılması üçün real təhlükə yaranmasının aşkar edilməsi faktı və həmin fakt üzrə toplanmış material üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 18 noyabr 2021-ci il tarixdə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. 16 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinin tələblərinə əsasən dayandırılmış və 28 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. 16 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 dekabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixdə cəzanın çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəsisəsinə göndərilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-54/11 saylı, xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2008-ci il tarixdən hesablanmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 01 may 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ƏƏSMN yanında DSMİ Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 044550№-li vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ (ikinci) qrup əlilidir, hərbi xidmət dövründə alıb. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmiş və onun hərəkətlərində cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə ki, hazırki iş üzrə cinayət işinin başlanmasına əsas və səbəb 30 oktyabr 2021-ci il tarixdə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət məqsədi ilə həyata keçirilən tədbirlər zamanı ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda xüsusi karantin rejiminin pozularaq müştərilərin sıx şəkildə qanunla müəyyən edilmiş ara məsaflərini gözləmədən əyləşməklə xəstəliyin yayılması üçün real təhlükə yaranmasının aşkar edilməsi faktı və həmin fakt üzrə toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarın 1.1.11 -ci bəndində qeyd edilmiş “ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması” və “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 24 sentyabr 2021-ci il tarixli, 280 nömrəli Qərarın 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş “2021-ci il oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə icazə verilməsi”, habelə “həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələri” ilə bağlı tələblərini tamah niyyəti ilə qəsdən pozaraq icarəçisi və faktiki rəhbəri olduğu ünvan 3 ünvanında yerləşən “Hollywood Cinema” klubunda 30 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarının istifadəsi qadağan olunduğu halda klubda müştərilərə qəlyan avadanlıqlarının verilməsini, istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələrinə icazə verildiyi halda saat 00:00-dan sonra kluba gələn müştərilərin COVİD-19 pasportlarının olub-olmamasının yoxlanmasını təmin etməyərək COVİD-19 pasportları olmayan Şahid17 və X8 müştəri qismində buraxıb orada kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsini təşkil etməklə xüsusi karantin rejimini pozaraq koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmış, koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri yoxlama tədbirləri zamanı 30 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsi, müştərilərə qəlyan avadanlıqlarının verilməsi aşkar edilmiş və həyata keçirilən profilaktik tədbirlər nəticəsində klubun qanunsuz fəaliyyətinin qarşısı alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə qeyd etməyi zəruri hesab edir ki, CM-in 139-1-ci maddəsində təsbit olunmuş cinayət əməlinin ictimai təhlükəliliyi sanitariya qaydalarının pozulmasının xeyli sayda insanın xəstələnməsinə və ölümünə səbəb olan xəstəliklərin yaranmasına gətirib çıxarmasında ifadə olunur. CM-in şərh olunan maddəsi blanket dispozisiyalıdır. Epidemiya əleyhinə qaydalar,sanitariya-gigiyena və karantin rejimlərinin qaydaları Azərbaycan Respublikasının “Sanitariya və epidemioloji salamatlıq haqqında” 10 noyabr 1992-ci il tarixli, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”14 aprel 2000-ci il tarixli qanunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə”31 mart 2020-ci il tarixli 122 nömrəli, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” 1 may 2020-ci il tarixli 160 nömrəli ,”Xüsusi karantin rejimində tənəffüz yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 nömrəli qərarında və başqa normativ-hüquqi aktlarda öz əksini tapmışdır. CM-in “Şəxsiyyət əleyhinə olan cinayətləri” bölməsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində yerləşdiyi üçün bu cinayətin xüsusi obyektini konkret şəxsin sağlamlığı təşkil edir. Lakin maddənin daxil edildiyi fəsildə nəzərdə tutulmuş digər cinayətlərin qəsd etdiyi nemətin konkret şəxsin sağlamlığının olmasına rəğmən,bu maddənin dispozisiyasında konkret şəxsin sağlamlığı deyil, insanların (əhalinin) sağlamlığı cinayətin obyekti kimi göstərilmişdir. Şərh olunan cinayət obyektiv cəhətdən üç əlaməti özündə birləşdirir:1) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasında ifadə olunan hərəkət və ya hərəkətsizlik; 2) rejim qaydalarının pozulmasının xəstəliklərin yayılmasına səbəb olmasında və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmasında ifadə olunan ictimaitəhlükəli nəticə; 3) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ilə xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranması arasında səbəbli əlaqə. CM-in 139-1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejiminin pozulması ictimai təhlükəli əməl kimi müəyyən edir. Epidemiya yoluxucu xəstəliyin müəyyən ərazidə adi haldakı vəziyyətlə müqayisədə daha yüksək miqyasda yayılması deməkdir. Pandemiya epidemiyanın daha çox ərazini əhatə etməsi, dünya miqyasıda yayılmasıdır. Şərh olunan maddədə rejim dedikdə yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli orqanların tətbiq etdiyi kompleks məhdudlaşdırıcı, profilaktik, digər tənzimləyici tədbirlərin sistemi başa düşülür. İstər epidemiya əleyhinə rejim, istər sanitariyagigiyena rejimi, istərsə də karantin rejimi insanlar arasında müxtəlif xəstəliklərin yayılmasının (epidemiyanın) qarşısının alınmasına, lokallaşdırılmasına və aradan qaldırılmasına yönəldilən, normativ aktlarla müəyyən olunan konkret davranış qayda və tələbləri özündə ehtiva edir. Karantin rejimi xəstəliyə yoluxmuş şəxsin (şəxslərin), onun (onların) olduğu məkanın, ünsiyyətinin məhdudlaşdırılması, yaxud həmin şəxsin (şəxslərin) tamamilə təcrid edilməsini nəzərdə tutan konkret tədbirləri əhatə edir. İstənilən halda rejim qaydalar, tədbirlər, tələblər sistemidir. Elan edilmiş rejimin başlanma anı,davam etməsi müddəti və başa çatma anı da səlahiyyətli orqanların qərarlarında (sərəncamlarında) öz əksini tapır. Yalnız elan olunmuş müddət ərzində rejim qaydalarının pozulması CM-in 139-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yarada bilər. Rejimin pozulması dedikdə, qanunvericiliklə müəyyən olunmuş qaydalara, tələblərə riayət edilməməsi başa düşülür. ”Sanitariya və epidemioloji salamatlıq haqqında” Qanunun 3cü maddəsinə görə sanitariya normaları və qaydaları, gigiyena normativləri ətraf mühit amillərinin insan üçün təhlükəsizliyi və ya zərərsizliyi meyarlarını və insanın həyat və fəaliyyəti üçün əlverişli şərait yaradılması tələblərini müəyyən edən normativ aktdır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması həm hərəkətlə, həm də hərəkətsizliklə törədilə bilər. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti yaradır. Bu maddədə xəstəliklər dedikdə fiziki təmasla, havadamcı yolu ilə, su ilə, ərzaqla və sair yollarla insana keçən yoluxucu, parazitar xəstəlik,habelə istənilən kütləvi qeyri-yoluxucu xəstəlik başa düşülür. Belə xəstəliklərə taun, ”İspan qripi”, koronavirus (COVİD-19) və sair aiddir. CM-in 139-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün yayılan xəstəliyin yoluxucu və ya qeyri-yoluxucu olmasının, habelə bir və ya bir neçə xəstəliyin yayılmasının hüquqi əhəmiyyəti yoxdur. Şərh olunan maddədə xəstəliklərin yayılması dedikdə, rejim qaydalarının pozulması nəticəsində ən azı iki adamın xəstəliyə tutulması başa düşülür. Bir adamin xəstəliyə tutulması xəstəliyin yayılması anlamına gəlmir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejiminin pozulmasının xəstəliklərin yayılması üçün real təhlükə yaranması dedikdə xəstəliyin insana keçməsi üçün əlverişli şəraitin meydana gəlməsi başa düşülür. Məsələn, havadamcı yolu ilə yoluxucu xəstəliyə tutulmuş şəxsin onunla birgə yaşayan şəxslərlə eyni otaqda qalması, həmin şəxslərlə bir metrdən də az məsafə saxlaması, ünsiyyət zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməməsi, fiziki təmasda olması xəstəliyin yayılması üçün real təhlükə doğurur. Xəstəliyin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranması ilə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması arasında səbəbli əlaqə müəyyən edilməlidir. Yəni xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranması məhz rejim qaydalarının pozulmasından irəli gəlməlidir. Rejim qaydaları pozulsa da, xəstəliklərin yayılmasına səbəb olmazsa və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmazsa, CM-in 139-1-ci maddəsi ilə məsuliyyət istisna olunur. Yaxud əksinə, xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranması rejim qaydalarının pozulmasından irəli gəlmirsə, bu, şərh olunan maddə ilə cinayət məsuliyyətinə səbəb olmur. Şərh olunan maddədə əks olunan cinayət maddi tərkiblidir və rejim qaydalarının pozulmasının xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasi ilə nəticələndiyi andan başa çatmış sayılır. Xəstəliklərin yayılması nəticəsində insan ölümü zəruri şərtlər olduqda 139-1.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Rejim qaydalarının pozulması xəstəliklərin yayılmasına səbəb olmazsa və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmazsa, şəxs cinayət məsuliyyətinə deyil, İXM-in 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. CM-in 139-1.1-ci maddəsində təsbit olunan cinayət subyektiv cəhətdən təqsirin qəsd formasinda törədilir. CM-in 24.2-ci maddəsinə istinad etməklə qeyd edilməlidir ki, bu cinayət ehtiyatsızlıqla törədilə bilməz. Şəxs həm epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasında ifadə olunan əməlinin, həm də belə pozuntuların xəstəliklərin yayılmasına səbəb olmasının və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmasının ictimai təhlükəli olduğunu bilir, rejim qaydalarınıın pozulması və belə pozuntular nəticəsində xəstəliklərin yayılmasını və ya xəstəliklərin yayılmasını və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasını arzu edir (birbaşa qəsd), yaxud həmin nəticələrin baş verməsinə şüurlu surətdə yol verir(dolayı qəsd). Şəxsin cinayətin nəticəsinə - xəstəliklərin yayılmasına və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasına psixi münasibəti təqsirin ehtiyatsızlıq formasında da ola bilər (şəxs rejim qaydalarının pozmasının xəstəliklərin yayılmasına və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasına səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onlara lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, görmür). Həmin halda təqsiri olmadığına görə şəxsin cinayət məsuliyyəti istisna olunur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsinin dispozisiyasına əsasən epidemiya əleyhinə rejimi, sanitar-gigiyena və ya karantin rejimlərini pozan əməllər yalnız xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət hesab edilə bilər. Şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun tərəfindən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozan hərəkətlərin törədilməsi ilə yanaşı, həmin hərəkətlər nəticəsində xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması müəyyən edilməlidir. Göründüyü kimi qeyd edilən cinayət tərkibinin yaranması üçün ya karantin rejimini pozan əməl nəticəsində başqa şəxsin xəstəliyə yoluxması baş verməli və ya bu əməl nəticəsində xəstəliklərin yayılması üçün real təhlükə yaranmalıdır. Real təhlükənin yaranması dedikdə, əməl nəticəsində belə bir halın əmələ gəlməsi başa düşülür ki, həmin hal öz-özlüyündə xəstəliyin yayılmasına birbaşa səbəb olsun, lakin əməli törətmiş şəxsin özündən asılı olmayan bu və ya digər səbəblərdən, o cümlədən təsadüfü amillərə görə xəstəliyin yayılması baş verməmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və ya karantin rejimlərini pozan hərəkətlərin törədilməsi və onun bu hərəkətləri nəticəsində xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması müəyyən olunmamışdır. Belə ki, ittiham aktının nəticə hissəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli Qərarın 1.1.11 -ci bəndində qeyd edilmiş “ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması” və “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 24 sentyabr 2021-ci il tarixli, 280 nömrəli Qərarın 1.1 və 1.2-ci bəndlərində qeyd edilmiş “2021-ci il oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə icazə verilməsi”, habelə “həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələri” ilə bağlı tələblərini tamah niyyəti ilə qəsdən pozaraq icarəçisi və faktiki rəhbəri olduğu ünvan 5vanında yerləşən “Hollywood Cinema” klubunda 30 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarının istifadəsi qadağan olunduğu halda klubda müştərilərə qəlyan avadanlıqlarının verilməsini, istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələrinə icazə verildiyi halda saat 00:00-dan sonra kluba gələn müştərilərin COVİD-19 pasportlarının olub-olmamasının yoxlanmasını təmin etməyərək COVİD-19 pasportları olmayan Şahid17 və X8 müştəri qismində buraxıb orada kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsini təşkil etməklə xüsusi karantin rejimini pozaraq koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratması göstərilsə də, həmin real təhlükənin nədən ibarət olması əsaslandırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli, 020-18089-1221 saylı məktubda göstərilmişdir ki, Şahid17 03 noyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuş və X17 12 noyabr 2021-ci il tarixdə 1 dozada peyvənd olunmuşdur. Məhkəmə zəruri olaraq vurğulayır ki, Şahid17 və X6 COVİD-19 pasportları olmadığı halda müştəri qismində “Hollywood Cinema” klubuna buraxılması ilə bağlı təqsirləndirilən şəxsə ittiham verilsə də, həmin şəxslər şəxsiyyəti müəyyən edilməmiş, araşdırmanın ilkin mərhələsində nə izahatları, nə də ki ibtidai istintaq zamanı ifadələri alınmamışdır. Həmiş şəxslərin COVİD-19 pasportları olub-olmadığı, olmadığı təqdirdə səbəbi araşdırılmamışdır. Yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli, 020- 18089-1221 saylı məktubuna istinad edərək və kifayətlənməklə şəxsə əsassız və qanunsuz olaraq ittiham irəli sürülmüşdür. Bundan əlavə qeyd edilməlidir ki, istintaq orqanı tərəfindən itihamın irəli sürülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli, 020-18089-1221 saylı məktubu əsas götürüldüyü halda, həmin məktubda X3 yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı heç bir dozada peyvənd olunmaması göstərilsə də, həmin şəxsin COVİD-19 pasportu olmadan kluba daxil olması ilə bağlı Təqsirləndirilən şəxs ittiham verilməmişdir. Belə ki, qeyd edilən qəlyan avadanlıqlarının istifadəsi qadağan olunduğu halda klubda müştərilərə qəlyan avadanlıqlarının verilməsini, istirahət və əyləncə məkanlarının, eləcə də kinoteatrların saat 00:00-dək fəaliyyət göstərməsinə və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslərin (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilmələrinə icazə verildiyi halda saat 00:00-dan sonra kluba gələn müştərilərin COVİD-19 pasportlarının olub-olmamasının yoxlanmasını təmin etməsi xüsusi karantin rejimi qaydalarının pozulmasına dəlalət etsə də, real təhlükənin mövcudluğu halı müəyyən edilməmişdir. İş materiallarından şəxslərin hər hansı birinin xx.xx.2021-ci il tarixdə və həmin tarixdən sonra qeyd edilən tarixdə xüsusi karantin rejiminin pozulması səbəbindən yoluxucu xəstəliyə tutulması və ya xx.xx.2021-ci il tarixdə onlardan (“Hollywood Cinema” klubunda olan şəxslərdən) hər hansı birinin yoluxucu xəstəliyinin olmasına baxmayaraq digər şəxslərlə eyni otaqda olması, həmin şəxslərlə bir metrdən az məsafə saxlanılması, fiziki təmasda olması və digər bu kimi real təhlükə yaradan hallar aşkar edilməmiş, həmçinin işdə zərərçəkmiş şəxslərin olması, kimlərinsə “COVİD19” infeksiya ilə yoluxması, qəlyandan istifadə edən şəxslərin “COVİD19” infeksiyası ilə yoluxmuş olması, ümumiyyətlə klubda yoluxmuş şəxsin olması və bunun yayılması üçün real təhlükənin olmasına dair faktlar mövcud deyil. Başqa sözlə karantin rejimini pozan hərəkətlərin törədilməsi nəticəsində xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması halları mövcud olmamışdır. Belə olan halda məhkəmə o nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin tərkibini yaratmır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPMdə göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349-350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar