Məhkəmə qərarları › İş №1(009)-91/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-91/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-91/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Atyalı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 dekabr 2023cü il tarixdə saat 12:45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 23 oktyabr 2019-cu il tarixdə,gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı massivində yerləşən ünvansız fərdi yaşayış evinə qanunsuz daxil olub, həmin evdən 320 manat dəyərində bir ədəd “Samsung” markalı televizoru, 700 manat dəyərində bir ədəd “HP” markalı noutbuk kompüteri, 100 manat dəyərində bir ədəd preparatoru, 400 manat dəyərində bir ədəd elektrik qaynaq aparatını, 100 manat dəyərində plastik borular üçün bir ədəd ütünü, 50 manat dəyərində bir ədəd elektrik dreli, 30 manat dəyərində bir ədəd “lobzik” taxta kəsən elektrik mişarı, 80 manat dəyərində bir ədəd elektrik vint bağlayanı, hər birinin qiyməti 60 manat olan cəmi 120 manat dəyərində iki ədəd su nasoslarını, 100 manat dəyərində bir ədəd böyük 40 manat dəyərində isə bir ədəd kiçik laqondaları,150 manat dəyərində bir ədəd su qızdırıcısını, 500 manat dəyərində qab-qacaqları,600 manat dəyərində müxtəlif çeşidli qadın geyimlərini, 300 manat dəyərində 4 cüt qadın ayaqqabılarını,200 manat dəyərində gümüş büjiteriyaları, 100 manat dəyərində bir ədəd “Samsung” markalı,50 manat dəyərində bir ədəd “Nokia” markalı mobil telefon aparatlarını ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3.940 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 28 may 2022-ci il tarixdə,saat 12 radələrində,Bakı şəhəri,Səbail rayonu,Badamdar qəsəbəsi,2-ci yaşayış massivi, 8-ci döngə,ev 14 ünvanının qarşısında saxlanılmış “Opel Astra” markalı **-BN-*** dövlət qeydiyyta nişanlı avtomobilin açıq pəncərəsindən.avtomobilin salonuna daxil olub, oradan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 70 manat dəyərində gödəkçəni, həmin gödəkçənin cibində olan 8.900 manat nağd pulunu, qiyməti 05 manat olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi 20 manat dəyərində bir ədəd “KGTEL” markalı mobil telefon aparatını və içərisində ümumi 10 manat dəyərində corab və qida məhsulları olan bir ədəd sellofan torbanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə cəmi 9.005 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə,Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq,şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngli siqaret falqasının bükümündə təmiz çəkisi 1,060 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, əlində gəzdirdiyi qara rəngli pul kisəsinin içərisində saxlıyaraq üzərində daşımış, 08 iyun 2022-ci il tarixdə, səhər saat 05 radələrində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının Zərərçəkmiş şəxs1 əmlakının oğurlaması faktı üzrə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə şübhəli bilindiyindən, Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılıb ünvan 3 ünvanda yerləşən ünvan 4sına gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən,əlində gəzdirdiyi qara rəngli pul kisəsinin içərisində, həmin bir ədəd bükümdə təmiz çəkisi 1,060 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 oktyabr 2019-cu il tarixdə Şahid2 ilə 20 yanvar metrostansiyası yaxınlığında təsadüfən rastlaşıb görüşmüşdür. O, Faiq ilə əvvəllər Səbail rayonu ərazisində yerləşən şirniyyat sexində işlədiyi vaxt tanış olmuş, Faiq ilə söhbət zamanı yaşadığı Atyalı kəndində bir evdə heç kəsin yaşamamasını, həmin evə girib oğurluq etməyi və oğurladıqları malları satıb əldə olunmuş pulları aralarında bölməyi təklif etmişdir. Faiq həmin təklif ilə razılaşmış, həmin tarixdə Faiq ilə gecə saatlarında həmin evin yaxınlığına gəlmişlər. 23 oktyabr 2019-cu il tarixdə, gecə saat 02 radələrində oğurluq etmək evə girmiş, Faiq isə küçədə qalıb gələn olduqda ona fit çalmaqla xəbər verəcəkdir. O, evin plastikdən olan pəncərəsini özündə olan vintaçanla açıb evə daxil olmuş, evin zal otağından bir ədəd “Samsung” markalı televizoru, televizorun yanında olan “HP” markalı bir ədəd notbuku, sonra evin digər otağından bir ədəd preparatoru götürüb küçəyə çıxardaraq Faiqə vermiş, Faiq də aparıb kənarda gizlətmişdir. Sonra o, Faiq ilə birlikdə oğurladıqları əşyaları aparıb onun həyətində gizlətmiş, evdə olan valideynlərinin bundan xəbəri olmamış, səhər açılanda yoldan keçən tanımadığı taksi avtomaşını ilə həmin əşyaları Faiqlə birlikdə Bakı şəhəri 3-cü mikrorayonda yerləşən məişət avadanlıqların satıldığı bazara satmağa aparmışlar. Oğurladıqları televizoru isə Faiq aparıb öz valideyninə 200 manata satmış, noutbuku məhəllələrində naməlum şəraitdə kimsə oğurlamış, preparatoru 3-cü mikrorayondakı bazarda tanımadığı şəxsə 15 manata satmış, həmin əşyaların oğurluq olmasını heç kim bilməmişdir. Bundan başqa 07 iyun 2022-ci il tarixdə axşam 21 radələrində o, Bakı şəhəri,Yasamal rayonu, “Space” telekanalı yaxınlığında olarkən, təsadüfü tanış olduğu bir nəfər şəxsdən 20 manata özü qəbul etmək üçün bir büküm narkotik vasitə olan heroin almış, həmin bükümün bir qismini tək gizlin şəkildə şprisə doldurub venasına vurmaqla qəbul etmiş, narkotik vasitənin digər hissəsini bükümdə özünə məxsus pul kisəsinin içərisində sonralar qəbul etmək üçün saxlamışdır. 08 iyun 2022-ci il tarixdə səhər saat 05 radələrində o, Bakı şəhəri, Yasamal rayonu ərazisində olub, tanışı Şahid1la görüşmək üçün “Sovetski” adlanan məhəlləsinə getdiyi zaman ona bir neçə mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onu Səbail rayonu 41-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əlində saxladığı qara rəngli dəridən pul kisəni təqdim edərək 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümünü çıxarıb masanın üzərinə qoymuş, sonra əynində olan cins şalvarın arxa cibində saxladığı 165 manat nağd pulu, işlənmiş “KGTEL” markalı mobil telefonu təqdim etmişdir. Siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis əməkdaşları onun təqdim etdiyi pul kisəsini açdıqda içərisində 21 ədəd 100 manatlıq pul əskinazı olmaqla 2100 manat pul, bir ədəd istifadə edilməmiş şpris, bir ədəd üzərinə limon tozu yazılmış narkotik vasitənin hazırlanması zamanı istifadə etdiyi maddə və bir ədəd gümüşü siqaret falqasını bükümü aşkar etmiş, polis əməkdaşı həmin bükümü açdıqda içərisində narkotik vasitəyə oxşar kütlə olması məlum olmuşdur. Sonra aparılmış sorğular zamanı o,həmin bükümdə olan maddəni bir gün öncə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata almasını narkotik vasitə olan heroin olmasını özü qəbul etmək üçün üzərində gəzdirməsini, aşkar edilmiş pul məbləği isə o, tanışı Şahid1 ilə birlikdə 28 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ərazisində gümüşü rəngli “Opel” markalı avtomobilin salonundan oğurladığı göy rəngli idman gödəkçəsinin içərisindən çıxmış 8900 manatdan onun payına düşmüş 5.300 manatın xərclədikdən sonra qalmış hissəsi olmasını bildirmişdir. Sonra polis əməkdaşı narkotik vasitənin bükümünü bir ədəd zərfə qoyub möhürləmiş, həmin zərf o, vəkili və orada iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. O, “Opel” markalı avtomobilin salonundan oğurladığı idman gödəkçəsinin cibindən çıxmış pulların bir hissəsini özü tək Bakı şəhərində restoran və barlarda xərcləmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən məlumatlar həqiqəti əks etdirmir. Belə ki, 23 oktyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı massivində yerləşən ünvansız fərdi yaşayış evinə təkbaşına qanunsuz daxil olaraq həmin evdən bir ədəd “Samsung” markalı televizoru, bir ədəd “HP” markalı noutbuk kompüteri, bir ədəd preparator, bir ədəd elektrik qaynaq aparatını, plastik borular üçün bir ədəd ütünü, bir ədəd elektrik dreli, bir ədəd “lobzik” taxta kəsən elektrik mişarı, bir ədəd elektrik vint bağlayanı, iki ədəd su nasoslarını, ikii ədəd laqondaları, bir ədəd su qızdırıcısını, qabqacaqları, müxtəlif çeşidli qadın geyimlərini, dörd cüt qadın ayaqqabılarını, gümüş büjiteriyaları, bir ədəd “Samsung” markalı, bir ədəd “Nokia” markalı mobil telefon aparatlarını ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 3940 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Şahid2 burada təqsiri yoxdur. O, televizoru Şahid2 satmışdır. Şahid2 təqsiri televizoru almaq olmuşdur. Həmçinin 28 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanının qarşısında saxlanılmış “Opel Astra” markalı avtomobilin açıq pəncərəsindən təkbaşına avtomobilin salonuna daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd gödəkçəni, həmin gödəkçənin cibində olan 8900 manat nağd pulu, bir ədəd “KGTEL” markalı mobil telefon aparatını və içərisində ümumi 10 manat dəyərində corab və qida məhsulları olan bir ədəd sellofan torbanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 9005 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Şahid1 da təqsiri yoxdur. Şahid1 həmin pulların oğurluq olmasından xəbəri olmamışdır. Şahid1 onda pul olduğunu bildiyindən ondan pul istəmiş, o da Elvinə borc olaraq pul vermişdir. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı isə bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil, onun üzərində heç bir narkotik vasitə, psixotrop maddə olmamışdır. Polis əməkdaşları CM-nin 234.1-ci maddəsini ona törətdiyi oğurluq cinayətlərinə görə əlavə olaraq yükləmişlər. Məhkəmə iclasında verdiyi ifadəsinin nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Atyalı yaşayış massivində yaşayış evi var, bəzən ailəsi ilə gedib orada qalır. 2019-cu ilin avqust ayın əvvəlindən Atyalı yaşayış massivindəki evə gedə bilmirdi, orada heç kəs yaşamamış, həmin müddət ərzində ünvan 5 ünvanda yaşayırdı. 23 oktyabr 2019-cu il tarixdə, saat 20 radələrində Atyalı yaşayış massivindəki evin qonşuluğunda yaşayan Fəridə adlı qadın ona zəng edərək, evin pəncərəsinin açıq olmasını, ondan evə gəlib-gəlməyəcəyini soruşmuş,o da son vaxtlar həmin evə getmədiyini və pəncərəni də açıq qoymadığını bildirmişdir. Həmin vaxt saat gec olduğundan Atyalı yaşayış massivindəki evinə gədə bilməmiş, növbəti günü yəni, 24 oktyabr 2019-cu il tarixdə həmin evə getdikdə,evin pəncərəsinin açıq olmasını,evdən oğurluq baş verməsini görüb, DİN-nin “102” xidmətinə zəng edib oğurluq barədə məlumat vermiş, sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Sonra evinə baxdıqda, 1000 manat dəyərində, bir ədəd “Samsung” markalı televizor, 700 manat dəyərində bir ədəd “HP” markalı noutbuk kompüterin, 100 manat dəyərində bir ədəd preparatorun, 400 manat dəyərində bir ədəd elektrik qaynaq aparatının, 100 manat dəyəndə plastik borular üçün bir ədəd ütünün, 50 manat dəyərində bir ədəd elektrik drelin, 100 manat əyərində bir ədəd “Lobzik” taxta kəsən elektrik mişarın, 80 manat dəyərində bir ədəd elektrik vint ağlayanın, 120 manat dəyərində iki ədəd su nasoslarının, 100 dəyərində bir ədəd böyük və 50 manat dəyərində bir ədəd kiçik laqondaların, 150 manat dəyərində bir ədəd su qızdırıcısının, 500 manat dəyərində qab-qacaqların, 600 manat dəyərində qadın geyimlərinin, 300 manat dəyərində dörd cüt qadın ayaqqabılarının, 200 manat dəyərində gümüş büjiteriyaların, bir ədəd 100 manat dəyərində “Samsung” markalı, bir ədəd 50 manat dəyərində “Nokia” markalı mobil telefonların oğurlanmışdır. Oğurluq nəticəsində ümumilikdə 4700 manat dəyərində maddi ziyan dəymişdir. Əşyaların bir qismi ona qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 28 may 2022-ci il tarixdə,saat 11:45 radələrində arvadı Ülviyyə və bacısı Xuraman Qasımova ilə birlikdə etibarnamə ilə idarə etdiyi “Opel- Astra” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yaşayan qohumu Əliheydər Şahmarovun evinə gəlmiş, evdə bir qədər oturduqdan sonra təxminən saat 13:50 radələrində evdən çıxmış, küçədə saxladığı avtomobilinə yaxınlaşıb əyləşərkən, avtomobilin qabaq oturacağının üzərinə qoyduğu bir ədəd içərisində ərzaq məhsulları olan sellofan torbanı və cibində 8900 manat nağd pul, şəxsiyyət vəsiqəsi və bank kartı olan açıq göy rəngli gödəkçənin yerində olmadığını görmüş, avtomobilin sərnişin tərəfdən qabaq qapının pəncərə şüşəsi onun yadından çıxaraq açıq qalmış, bu zaman gödəkçənin həmin pəncərədən oğurlanmasını başa düşmüşdür. Qonşu evin ətrafında quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxdıqda o, bir nəfər tanımadığı cavan oğlanın avtomobilə yaxınlaşıb, qabaq qapının açıq qalmış şüşəsindən istifadə edərək oturacağın üzərində olan bir ədəd selofan torbanı və cibində pul və sənədlər olan gödəkçəni götürüb oradan uzaqlaşmasını görmüşdür. Həmin oğurluq barədə DİN “102” xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş oğurluq zamanı cibində 8900 manat nağd pul, adına olan şəxsiyyət vəsiqəsi və hesabında pul olmayan, iş yerindən verilmiş "xxxx" MMC-yə aid əmək haqqı plastik bank kartı saxlanılan, bir ədəd 70 manat dəyərində plaş materialından olan gödəkçəsi,həmçinin avtomobilin salonunda qoyulmuş qiyməti 05 manat olan danışıq kartı ilə istifadə etdiyi dəyəri 70 manat olan bir ədəd “KGTEL” markalı mobil telefonu və içərisində 10 manat dəyətində ərzaq məsulları və corablar olan bir ədəd sellofan torba oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə cəmi 9055 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq dövründə oğurluğu törətmiş şəxslərdən götürülmüş 2725 manat nağd pul və bir ədəd “KGTEL” markalı mobil telefonu ona qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 28 may 2022-ci il tarixdə,saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 8-ci döngə, 14 saylı evin qarşısında saxladılmış “Opel” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan, içərisində 8900 manat nağd pul, şəxsiyyət vəsiqəsi,"Azərpoçt” bankına aid plastik kart saxlanılan bir ədəd gödəkçə bir ədəd “KGTEL” markalı mobil telefon və içərisində müxtəlif ərzaq məhsulları olan gödəkçənin oğurlanması faktı ilə əlaqədar, o və 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, həmin oğurluğu törətməkdə şübhəli bilinən Şahid1 idarə etdiyi “Ravon-Nexia” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 08 iyun 2022-ci il tarixdə səhər saat 04 radələrində, Bakı şəhəri,Yasamal rayonu “Sovetski” adlanan ərazidə müəyyən edilib saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis ldarəsinin 41-ci Polis Bölməsinə dəvət edilmişdir. Bir qədər sonra elə həmin əraziyə Şahid1la görüşə gələn və onunla birlikdə qeyd edilən oğurluq hadisəsini qrup şəkildə törətmiş Təqsirləndirilən şəxs da müəyyən edilərək saxlanılmış və 41-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis Bölməsinə gəldikdə əməliyyat müvəkkili Şahid5 ilə birlikdə Şahid1 və Təqsirləndirilən şəxslə ayrı-ayrılıqda söhbətlər apardığıqları zaman, onlar narkotik vasitələrin alüdəçisi olmalarını etiraf etmiş, üzərlərində də özləri qəbul etmək üçün ayrıayrılıqda əldə etdikləri narkotik vasitələrin bükümləri olmasını bildirmişlər. Bundan sonra Şahid5 ilə birlikdə Şahid1 və Təqsirləndirilən şəxs oğurluq cinayətində şübhəli bilinərək saxlanılb Polis Bölməsinə gətirilmişdir. Onların narkotik vasitə istifadəçiləri olmaları, üzərində narkotik vasitə saxlamaları barədə məlumat mövcud idi. Müdafiəçinin iştirakı ilə Şahid1 üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Bu zaman Şahid1 əynindəki cins şalvarın cibindən bir ədəd gümüşü falqanın bükümünü, bir ədəd qara rəngli “İphone” markalı mobil telefonu, arxa cibindən 460 manat nağd pul avtomobil açarını və bir ədəd alışqanı çıxarıb masa üzərinə qoymuş, həmin bir ədəd gümüşü falqa bükümü təhqiqatçı tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğular zamanı Şahid1 həmin bükümdəki kütlənin heroin olmasını, həmin narkotik vasitəni özü qəbul etmək üçün bir gün əvvəl 20 manata Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını, təqdim etdiyi nağd pul isə 28 may 2022-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ərazisində saxladılmış gümüşü rəngli “Opel” markalı avtomobilin salonundan tanışı Təqsirləndirilən şəxslə birlikdə oğurladığı puldan qalıq qalmış məbləğ olmasını bildirmişdir. Bundan sonra Şahid1 aşkar edilmiş narkotik vasitə oxşar kütlə olan bir ədəd büküm boş zərfə qoyulub möhürlənmiş, həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı Ə.Məlikov 41-ci Polis Bölməsinin həyətində saxlanılmış şübhəli şəxs Şahid1 idarə etdiyi “Ravon-Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış və götürülmə aparılmasına dair qəbul etdiyi qərarı şübhəli şəxsə elan etmiş, həmin şəxslərin və əməliyyat müvəkkili Şahid5 iştirakı ilə aparılan video çəkilişlə avtomobilə baxış keçirən zamanı avtomobilin salonunda, surətlər qutusunun yanında bir ədəd “KGTEL” markalı mobil telefon aşkar edilmiş, sorğu zamanı Şahid1 həmin telefonu 28 may 2022-ci il tarixdə Səbail rayonu,Badamdar qəsəbəsi,2-ci yaşayış massivində “Opel” markalı salonundan tanışı Təqsirləndirilən şəxslə birlikdə oğurladığı mobil telefon olmasını bildirmişdir. Bundan başqa, narkotik vasitə saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində saxladığı bir ədəd qara rəngli pul kisəsini masa üzərinə qoymuş, sonra isə əynindəki cins şalvarın arxa cibindən 165 manat nağd pulu və şalvarın arxa cibindən özünə məxsus “KGTEL” markalı mobil telefonu çıxarıb masa üzərinə qoymuş, masaya qoyulmuş pul kisəsi təhqiqatçı tərəfindən açıldıqda içərisində 21 ədəd 100 manatlıq pul əskinazları, cəmi 2100 manat, bir ədəd istifadə edilmiş şpris, bir ədəd içərisində toz şəkildə kütlə olan üzərinə limon tozu sözü yazılmış, bir ədəd gümüşü falqanın bükümünü aşkar edilmiş, həmin bir ədəd gümüşü falqa bükümü açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi. Sorğular zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin heroin olmasını, həmin narkotik vasitəni özü qəbul etmək üçün Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almış, təqdim etdiyi nağd pul isə 28 may 2022-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ərazisində saxladılmış gümüşü rəngli “Opel” markalı avtomobilin salonundan tanışı Şahid1la birlikdə oğurladığı puldan qalıq qalmış məbləğ olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı Ə.Məlikov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə oxşar kütlə olan 1 ədəd büküm boş zərfə qoyulub möhürləmiş, həmin zərf o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ilin noyabr ayında Yasamal Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum olunmuş və 2017-ci ildə həbsdən azad olmuş, həbsdən azad olduqdan sonra günəmuzd fəhlə işləmiş, 22 oktyabr 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri “20 Yanvar” metro stansiyasının yaxınlığında təsadüfən tanışı Hidayət ilə rastlaşıb görüşmüş, Hidayət ilə söhbət zamanı ona təklif etmişdir ki, yaşadığı Abşeron rayonun Atyalı yaşayış massivində gördüyü bir evdə heç kim yaşamır, gecələr də evdə işıq yanmır. O da Hidayət ilə razılaşmış və gecə saat 24 radələrində Hidayətin dediyi Atyalı yaşayış massivinə, tanımadığı bir evin yanına gəlmişlər, Hidayət ilə aralarında olan razılığa əsasən o, küçədə qalıb Hidayətin keşiyini çəkməyə başlamış, gələn olduqda fit çalmaqla işarə verəcək idi. Hlidayət isə tək həmin evə girmiş, Hidayətin oğurluğa girdiyi ev bir mərtəbəli olmuş, gecə yəni, 23 oktyabr 2019-cu il tarixdə, saat 02 radələrində oğurluq etməyə başlamışlar, Faiq evdən oğurlayıb çıxartdığı bir ədəd “Samsung” markalı televizoru, bir ədəd “HP” markalı noutbuk kompüteri və bir ədəd preparatı küçəyə yanına gətirmiş, həmin malları Hidayətin təklifi ilə aparıb həyətində gizlətmişlər, Hidayətin valideyinləri bundan xəbərdar olmamış, o,oğurladıqları televizoru Hidayətdən 200 manata alaraq aparıb yaşadığı evinə qoymuş, oğurlanmış digər əşyalar isə Hidayətdə qalmış, Hidayət onları satacağını bildirmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 09 iyun 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs əynində olan bir ədəd qara rəngli pul kisəsini masanın üzərinə qoymuşdur. Həmin pul kisəsinin içərisində digər əşyalarla birlikdə aşkar edilmiş bir ədəd siqaretin gümüşü falqa bükümü, büküm açıldıqda isə içərisində qəhvəyi rəngli narkotik vasitə oxşar kütlə olması aşkar edilir. Götürülmüş bir ədəd büküm zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərfindən imzalanmışdır. Cinayət işində oğurluq hadisəsinə dair videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri,Səbail rayonu,Badamdar qəsəbəsi,2-ci yaşayış masivi, 8-ci döngədə yerləşən həyət evinin kənarlarında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmişdir. Həmin videogörüntüdə 28 may 2022-ci il tarixdə,saat 11:44 dəqiqədə, ünvan 6 ünvanın qarşısında saxlamış Zərərçəkmiş şəxs1 məxsus “Opel Astra” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından iki nəfər cavan oğlanın piyada addımlayaraq keçib gedərkən, avtomobilin salonuna diqqət yetirmələri, saat 11:46 dəqiqədə həmin şəxslərdən biri geri qayıdıb avtomobilin qabaq sərnişin tərəfdən qapının pəncərəsindən salonuna daxil olaraq oradan gizli şəkildə bir ədəd gödəkçə və bir ədəd torba götürüb oradan uzaqlaşaraq oğurlaması müşahidə edilir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 dekabr 2019-cu il tarixli 28222 №-li rəydən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin oktyabr ayına olan orta bazar qiyməti (“Samsung” markalı televizor bir ədəd 320 manat, “lnter” markalı laqonda bir ədəd 40 manat, “Orient Wealth” markalı elektrik mişar olan lobzik bir ədəd 30 manat) ümumi dəyəri təxminən 390.00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 09 iyun 2022-ci il tarixli 6/3233 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №239” dairəvi möhür əksi,“şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,060 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir Heroinin təmiz çəkisi 1,060 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 1,010 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyul 2022-ci il tarixli 9/4695 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş 01 ədəd boz rəngli, “KGTEL” markalı, “K-No.1” model mobil telefonun yuxarıda qeyd edilən xüsusatları və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 20,00 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır Respublika Narkoloji Mərkəzinin 10 avqust 2022-ci il tarixli 4379 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 06 iyun 2022-ci il tarixli qərarla fakta görə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır 07 iyun 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 08 iyun 2022-ci il tarixdə saat 05:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 09 iyun 2022-ci il tarixli qərarla fakta görə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 09 iyun 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 09 iyun 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 09 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 10 iyun 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 21 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,010 qram olan (ilkin təmiz çəki 1,060 qram) narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 07 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 07 avqust 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixdə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək həbsdə azad edilmişdir. - Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq aparılan 19020839 nömrəli cinayət işinin icraatı CPM-in 53.4-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. 09 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. 29 oktyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 26 sentyabr 2019-cu il tarixdə faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 18 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 25 oktyabr 2019-cu il tarixdə faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 25 oktyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 25 oktyabr 2019-cu il tarixdə cinayət əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3-cü maddəsinə tövsif edilmişdir. 25 oktyabr 2019-cu il tarixdə saat 21:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. 27 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-306//2019 saylı, 27 oktyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 4(012)-23//2020 saylı, 21 yanvar 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması haqqında vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. 21 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 13 may 2020-ci il tarixli qərarla Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə Şahid2 ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı oğurluq etmələri faktına görə başqa cinayət işi ayrılmış və cinayət işiinə ********* nömrəsi verilmişdir. 13 may 2020-ci il tarixdə ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyat üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 26 oktyabr 2022-ci il tarixli qərarla X8, Şahid2 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Abşeron Rayon Polis İdarəsində istintaq olunan ********** nömrəli cinayət işi, X6 barəsində Səbail Rayon Polis idarəsində istintaq olunan ********* nömrəli cinayətişinə birləşdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir. 06 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 21 noyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirilmişdir. 21 noyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakış şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-516/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 01 (bir) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablanmışdır. 14 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə yeni məzmunlu ittihamlar elan edilmişdir 08 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, bir ədəd laqonda, bir ədəd elektrik mişar “lobzik”, bir ədəd “Samsung” markalı televizor maddi sübut kimi tanınmış və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmış, bir ədəd «KGTEL» markalı mobil telefon və Təqsirləndirilən şəxs götürülmüş 2265 manat nağd pullar iş üzrə maddi sübut kimi tanınmış və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktında) onun - özgənin əmlakını talama məqsədilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 23 oktyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 evindən oğurluq etməsi göstərilmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktında) onun - özgənin əmlakını talama məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 28 may 2022-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri,Səbail rayonu,Badamdar qəsəbəsi,2-ci yaşayış massivi, 8-ci döngə,ev 14 ünvanının qarşısında saxlanılmış “Opel Astra” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq pəncərəsindən avtomobilin salonuna daxil olub 9.005 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ittihamda qeyd olunmuş Şahid2 və Şahid1 gələcəkdə ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədi ilə həmin şəxslərin adları ilə bağlı hissə Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmununda “digər şəxslər” kimi oxunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsi, yəni 23 oktyabr 2019-cu il tarixdə Natəva Hüseynovanın evindən tək, Şahid2 iştirakı olmadan oğurluq etməsi, 28 may 2022-ci il tarixdə “Opel Astra” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildən tək Şahid1 iştirakı olmadan oğurluq etməsi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, eləcə də dəymiş ziyanı qismən aradan qaldırdığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdən saat 05.00-dan 09 iyun 2022-ci il tarixədək, 07 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək, 25 oktyabr 2019cu il tarixdən 21 yanvar 2020-ci il tarixədək həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 03 (üç) ay 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 21 noyabr 2022-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 10 avqust 2022-ci il tarixli 4379 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,010 qram olan qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd laqonda, bir ədəd elektrik mişar “lobzik”, bir ədəd “Samsung” markalı televizor zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, 1 ədəd «KGTEL» markalı mobil telefon və Təqsirləndirilən şəxs götürülmüş 2265 manat nağd pul zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmaılıdır. İş üzrə Təqsirləndirilən şəxs oğunun üzərinə baxış keçirilməsini əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə ekspertizasının xərcləri ümumilikdə 214 (iki yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdən saat 05.00-dan 09 iyun 2022-ci il tarixədək, 07 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək, 25 oktyabr 2019cu il tarixdən 21 yanvar 2020-ci il tarixədək həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 03 (üç) ay 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,010 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd laqonda, bir ədəd elektrik mişar “lobzik”, bir ədəd “Samsung” markalı televizor zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, 1 ədəd «KGTEL» markalı mobil telefon və Təqsirləndirilən şəxs götürülmüş 2265 manat nağd pullar zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs oğunun üzərinə baxış keçirilməsini əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 214 (iki yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs elan olunmuş ittihamda qeyd olunmuş Şahid2 və Şahid1 gələcəkdə ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədi ilə həmin şəxslərin adları ilə bağlı hissə Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmununda “digər şəxslər” kimi oxunsun. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 672 (altı yüz yetmiş iki) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar