Məhkəmə qərarları › İş №1(009)-92/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-92/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-92/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 6 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edərək üzərində saxlamışdır. Belə ki, o satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitələri əldə edib üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 01:30 radələrində X14 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış, xidməti otaqda üzərinə şəxsi axtarış və baxış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ cibindən göy rəngli «Sobranie» adlı siqaret qutusunun içərisindən 03 ədəd şəffaf selofan bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri 0,365 qram; 0,801 qram; 0,380 qram olmaqla ümumi çəkisi 1,546 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,992 qram olan qəhvəyi rəngli narkotik maddə olan heroin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ali təhsillidir və əvvəllər “xxxx” Qapalı Səhmdar Cəmiyyətində styuart kimi işləmişdir. Təxminən 9-10 ay əvvəl evdə işıq lampasını düzəldərkən nərdivandan yerə yıxılmış və sağ əli bilək tərəfdən zədələnmişdir. Bununla bağlı uzun müddətdir ki, müalicə alır və işdən müvəqqəti olaraq kənarlaşmışdır. Bir neçə dəfə cərrahi əməliyyat keçirmişdir. Əməliyyat sonra onda güclü ağrılar başlamışdır. Toy məclisində olarkən tanışı ona ağrılarını kəsmək üçün nəşə çəkməyi təklif etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 21.35 radələrində onlayn qaydada narkotik vasitə sifariş vermiş, 80 manat pulu ödəmiş və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən X17 yaxınlığından dəmir borunun içərisinə baxanda orada bir ədəd «Sobranie» adlı siqaret qutusunun olduğunu görmüş, qutunun içərisinə açıb baxdıqda orada üç ədəd şəffaf selofan bükülüdə metamfetamin, bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə qurudulmuş marixuanının olduğunu görmüşdür. Həmin içində narkotik vasitələr olan “Sobranie» adlı siqaret qutusunu əynində olan boz rəngli idman şalvarının sağ cibinə qoyaraq oradan uzaqlaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 01:30 radələrində o, ünvan 4 ünvanın qarşısından keçərkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, ondan şübhələndiklərini bildirmişlər və o da könüllü olaraq polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu demişdir. Polis əməkdaşları onu və onlarla birlikdə Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. O da razılaşmışdır. Bundan sonra həmin iki nəfər polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə xidməti otaqda, videoçəkiliş aparılmaqla hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində olan əşyaları çıxarıb, masanın üstünə könüllü qoymağı təklif ediləndə o, əynindəki boz rəngli idman şalvarının sağ cibindən “Sobranie” adlı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Qutunu açaraq içində 3 bükümdə metamfetamin, bir bükümdə heroin və kağız falqada qurudulmuş mariuana olduğunu bildirmişdir. Həmin narkoik vasitələri xx xxxxxx 2020-ci il tarixdə saat 20.35 radələrində tanımadığı şəxsdən sosial şəbəkə vasitəsilə 80 manata almış, gələcəkdə şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb, gəzdirmişdir. Həmin bükülülər açıldıqda 3 ədədinin içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin, bir ədədinin içində qəhvəyi rəngli narkotik maddə olan heroin, bir ədəd yarı yanmış vəziyyətdə düzəldilmiş papirosun içərisində tütün və qurudulmuş marixuanının olduğu aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bükülülərdə olan narkotik vasitə və psixotrop maddələr ağ zərfə qoyularaq qablaşdırılmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, bədənindəki ağrıları götürmək üçün istifadə etmək məqsədilə almışdır. Narkotik vasitələrin qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə hazırda əməlindən peşmandır. Törətdiyi əməldən peşmandır, ilk dəfə məsuliyyətə cəlb olunmasını və evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 4-cü patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 01.30 radələrində iş yoldaşı polis nəfəri Şahid1 ilə birlikdə 2446 çağırışlı avtopatrulla inzibati ərazidə xidmətdə olarkən ünvan 5 ünvanın qarşısında bir nəfərin özünü şübhəli aparmasını müşahidə etmiş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, xidməti vəsiqələrini göstərmiş və sonuncudan şəxsiyyətini təsdiq edən sənədini göstərməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmədən həmin ünvana narkotik vasitə götürmək üçün gəldiyini və hazırda üzərində narkotik vasitənin olduğunu etiraf etmiş, bundan sonra üzərinə baxış keçirilməsi məqsədi ilə sonuncunu Səbail RPİnin 8-ci Polis bölməsinin inzibati binasına dəvət etmiş və avtopatrul avtomaşını ilə Səbail RPİ-nin 8-ci Polis bölməsinə aparmışlar. Orada onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bölmənin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdı. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları və ya sənədləri çıxarıb masanın üzərinə qoyması təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ cibindən göy rəngli «Sobranie» markalı siqaret qutusunun içərisindən üç ədəd şəffaf selofana bükülmüş kristalla oxşar maddə, bir ədəd şəffaf selofana bükülmüş tünd rəngli maddə və bir ədəd kağız falqaya bükülmüş doldurulmuş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx xxxxxx 2020-ci il tarixdə saat 21.35 radələrində tanımadığı şəxsdən onlayn vasitəsi ilə alaraq Bayıl qəsəbəsində yerləşən X18 tərəfdə yol qırağında yerləşən dəmir borunun içərisindən götürdüyünü və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd şəffaf selofana bükülmüş kristalla oxşar maddə, bir ədəd şəffaf selofana bükülmüş tünd rəngli maddə və bir ədəd kağız falqaya bükülmüş doldurulmuş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyətə malik olduğundan içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmvşdı. Baxışın keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol yazılaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar və Təqsirləndirilən şəxs protokolun düzgünlüyünü, həmçinin narkotik vasitənin qablaşdırıldığı zərfi imzalamışdı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl və sonra sonuncuya qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ÇPA-nın 4-cü patrul bölüyünün polis nəfəri Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı X6 Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X3, Azərbaycan Respublikası DİN ÇPA-nın 4-cü patrul bölüyünün polis serjantı Şahid2 və Azərbaycan Respublikası DİN-nin ÇPA-nın 4-cü patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1 iştirakı ilə şəxsi axtarışı həyata keçirilir, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ cibindən “Sobranie” adlı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur. Qutunu açaraq içində 3 bükümdə metamfetamin, bir bükümdə heroin və kağız falqada qurudulmuş mariuana olduğunu, həmin narkoik vasitələri xx xxxxxx 2020-ci il tarixdə saat 20.35 radələrində tanımadığı şəxsdən sosial şəbəkə vasitəsilə 80 (səksən) manata aldığını, gələcəkdə şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb, gəzdirməsini bildirir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/867-6/2731 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «.Müdafiəçi İmza, Əliyev Mehman, Şübhəli şəxs imza Təqsirləndirilən şəxs, ÇPA-nın polis nəfərləri Şahid1 imza, Şahid2 imza, tərtib etdi Səbail RPİ PB-nin təhqiqatçısı Rüstəmov Yasəf 16 12 20» yazısı olan ağ rəngli kağız zərfdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,365 qr və 0,801 qr və 0,380 qr olmaqla ümumi çəkisi 1,546 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixatrop maddə- metamfetamindir. Üç ədəd bükümdə olan metamfetamin nümunələri xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş üzərində «.Müdafiəçi İmza, Əliyev Mehman, Şübhəli şəxs imza Təqsirləndirilən şəxs, ÇPA-nın polis nəfərləri Şahid1 imza, Şahid2 imza, tərtib etdi Səbail RPİ PBnin təhqiqatçısı Rüstəmov Yasəf 16 12 20» yazısı olan ağ rəngli kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,992 qram olan qəhvəyi rəngli maddə kütləsi narkoik vasitədir-heroindir. Tədqiqata təqdim edilmiş üzərində «.Müdafiəçi İmza, Əliyev Mehman, Şübhəli şəxs imza Təqsirləndirilən şəxs, ÇPA-nın polis nəfərləri Şahid1 imza, Şahid2 imza, tərtib etdi Səbail RPİ PBnin təhqiqatçısı Rüstəmov Yasəf 16 12 20» yazısı olan ağ rəngli kağız zərfdə bir ədəd yarı yanmış vəziyyətdə düzəldilmiş papirosun içərisində tütün və təmiz çəkisi 0,1 qram narkotik tərkibi çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat müəyyən edilmişdir. xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1,546 qram olan psixotrop maddə metamfetamin və 0,992 qram narkoik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,486 qram psixatrop maddə metamfetamin və 0,942 qram narkotik vasitə heroin saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 0,1 qram çəkidə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0, 5 qram marixuana iş üzrə maddi sübut kimi tanınmamış və saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3519 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokuroru vəzifəsini icra edən Ədalət Aslanovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs X8 həbsdən azad olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 18.30- da Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 dekabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhmum olunmamışdır. Doğum şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı vardır – xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş X9 və xx xxxxxx 2017-ci il tarixdə anadan olum X10 Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin və heroin əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, üzərində narkotik vasitənin və psixotrop maddənin olduğunu könüllü olaraq polis əməkdaşlarına bildirməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 01:45-dən xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-dək həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli 3519 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,486 qram psixatrop maddə metamfetamin və 0,942 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmayan, lakin məhkəmənin hökmü çıxarılandək saxlanılması üçün Səbail rayon polis idarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana da hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut növü kimi tannmış Təqsirləndirilən şəxs üstünə video çəkiliş ilə şəxsi axtarış və götürmə həyata keçirilən zaman çəkilmiş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdə saat 01:45-dən xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-dək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,486 qram psixotrop maddə metamfetamin və 0,942 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmayan, lakin məhkəmənin hökmü çıxarılandək saxlanılması üçün Səbail rayon polis idarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra 0,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut növü kimi tannmış Təqsirləndirilən şəxs üstünə video çəkiliş ilə şəxsi axtarış və götürmə həyata keçirilən zaman çəkilmiş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar