Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-92/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Ermənistan Respublikası, Noyanberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ev 99, mənzil 55-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərianov rayonu, Nəcəf Nərimanov küçəsi ev 3, mənzil 55-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanda yerləşən avtoyuma məntəqəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs zərbələr vurub sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematomasıilə müşayiət olunan laxlaması ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulma səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs qardaşı Siruzun vaistəsi ilə tanımış, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 12 fevral 2023-cü il tarixdə saat 23 radələrində evdə olan zaman Fariz ona zəng vurub Bayıl qəsəbəsində yerləşən avtoyuma məntəqəsini icarəyə götürdüyünü bildirmiş, onu çörək yeməyə dəvət etmişdi. O, oğlu Adilə onu Farizin yanına aparmasını bildirmiş, Adil də avtomobili ilə onu Farizin icarəyə götürdüyü avtoyuma məntəqəsinə aparmışdı. Avtoyuma məntəqəsinə çatan zaman Farizin bir nəfər uşaqla birlikdə stol düzəldib onları gözlədiyini görmüşdü. Onlar çatan zaman əvvəllər onun yanında sürücü işləmiş Şahin də ora gəlmişdi. O, Şahinin gəlməsinə narazılıq etmişdi. Belə ki, Şahin Farizlə birlikdə onun yanında işləyən zaman pulunu götürüb getmişdi. O, Fariz, Şahin, Farizin yanında olan adını bilmədiyi oğlan uşağı və oğlu Adillə birlikdə oturub yemək yemişlər. O, Şahin və Farizlə birlikdə 0,5 litr araq içmiş, Adil və Farizin yanında olan uşaq yemək yemişlər. 0,5 litr araqı içib qurtardıqdan sonra Fariz gedib təkrar 0,5 litr araq alıb gətirmişdi. Onlar həmin arağı da içdidkdən sonra Farizin yanında olan uşaq çıxıb getmək istəmiş, bu zaman Fariz əsəbiləşmişdi. Fariz avtoyuma məntəqəsində olan tozsoranı və digər əşyaları dağıtmışdı. Həmin vaxt onlar avtoyuma məntəqəsinin içərisində olan tikilinin içərisində oturmuşlar. Bu zaman avtoyuma məntəqəsinin içərisində səs gəldiyini eşitmiş və tozsoranın içərisində olan toz avtoyuma məntəqəsinin içərisinə dağılmışdı. O, oturduğu yerdən çıxmış və Farizin avtoyuma aparatının üzərinə yıxıldığını görmüşdü. Tək Farizi yerdən qaldırıb tikilinin içərisinə aparmış, həmin vaxt Farizin sifəti qan içərisində olmuşdu. O, Farizin sifətinə baxan zaman gözünün yan tərəfi qanamışdır. Bundan sonra o, oğlu ilə birlikdə oradan çıxıb getmişdi. O, Zərərçəkmiş şəxs işlədiyi avtoyuma məntəqəsinə oğlu Şahidla birlikdə gəlmiş, Şahin onlarla birlikdə gəlməmişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs heç kim döyməmişdir. Zərərçəkmiş şəxs avtoyuma məntəqəsində tozsoranı vuran zaman o, avtoyuma məntəqəsinin içərisində olan tikilidə olmuş, həmin vaxt oğlu Adil və Şahin yanında olmuşlar. O, həmin vaxt Şahin və Farizlə birlikdə 0,7 litr araq içmişlər. Zərərçəkmiş şəxsla birlikdə yeyib spirtli içki qəbul etdikdən sonra sonuncu onlara getmələrini bildirməmiş, həmin vaxt özləri getmək istəmədiklərinə görə aralarında mübahisə yaranmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, üzləşdirmə və hadisə yerinə baxış protokolları, eləcə də iş üzrə toplanmış digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2023-cü ilin yanvar ayından Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanda yerləşən avtoyuma məntəqsədində işləmişdir. Təqsirləndirilən şəxs 2010-cu ildən tanıyır. Belə ki, o, əvvəllər yük avtomobili idarə etmiş, Təqsirləndirilən şəxs da həmin vatxlar yük avtomobili idarə etmişdir. Həmin vaxtdan da aralarında dostluq münasibətləri yaranmışdır. 12 fevral 2023-cü il tarixdə sat 23.00 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq harada olduğumu soruşmuş, a da Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanda yerləşən avtoyuma məntəqəsində işlədiyini və orada olduğunu bildirmişdi. Təxminən 10-15 dəqiqə sonra Turab əvvəllər tanıdığı Şahin adlı şəxslə və oğlu Adillə birlikdə onun iş yerinə gəlmişlər. Həmin vaxt sonunculara yemək hazırlamış və oturub avtoyuma məntəqəsinin içərisində olan otaqda birlikdə yeyib içməyə başlamışlar. O, əvvəl bir şüşə 0,5 litr həcmində spirtli içki olan araq almış, həmin arağı içdikdən sonra təkrarən yenə də bir şüşə 0,5 litr həcmində spirtli içki olan araq almışdı. O, Turab və Şahin həmin arağı içmişlər. Onlar yeyib içdikdən sonra saat 01:30 radələri olduğuna görə o, Turabgilə getmələrini bildirmiş, bu zaman Turab onun sözlərindən əsəbiləşib yumruqla onun sol gözündən 2 dəfə zərbə vurmuşdu. Turab onu vurduqdan sonra o da əsəbiləşərək Turabla yaxalaşmışdı. O, döyüldüyünü görüb sonuncuya gücü çatmadığına görə avtoyuma məntəqəsinin içərisindən bayıra çıxmışdı. Bu zaman Şahin avtoyuma məntəqəsinin içərisində olan avtomobil yuma aparatını və tozsoranı təpiklə vurub aşırmışdı. Daha sonra sonuncular avtomobilə oturub oradan getmişlər.O da DİN-nin 102 zəng xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdi. Baş vermiş hadisə təxminən 10 dəqiqə davam etmişdi. Hadisə baş verən zaman orada o, Turab, Turabın oğlu Adil və Şahin olmuşlar. O, Şahin adlı şəxsi təxminən 1 ay əvvəl tanımışdı. Şahin Turabın yanında işləyirdi və Turabın təndirxanada bişirdiyi şörəkləri paylayırdı. Sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz orbitası ətrafının hemotoması və sol gözaltı nahiyənin əzilmiş yarası xəsarətlərini ona Təqsirləndirilən şəxs yetirmişdir. Şahid onu vurmamış, kənardan dayanıb baxmışdır. Hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş və həmin şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. 12 fevral 2023-cü il tarixdə saat 23.00 radələrində o, atası ilə birlikdə yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs atasına zəng vurub yeyib içməyə dəvət etmişdi. Atası ondan xahiş etmişdi ki, onu Farizin yanma aparsın. O, atasını özünə məxsus Chevrolet Lacetti markalı avtomobillə Farizin işlədiyi avtoyuma məntəqəsinə aparmışdı. Onlar Farizin işlədiyi avtoyuma məntəqəsinə çatan zaman Fariz avtoyuma məntəqəsində stol hzırlamışdı. Həmin vaxt Farizin yanında bir nəfər adını bilmədiyi uşaq olmuşdur. Onlar avtoyuma məntəqəsinə gəldikdən təxminən 30 dəqiqə sonra Şahin adlı şəxs də ora gəlmişdi. Atası Turab, Fariz, Şahin, Farizin yanında olan adını bilmədiyi oğlan uşağı və o, birlikdə oturub yemək yemişlər. Atası Turab, Şahin və Farizlə birlikdə bir şüşə 0,5 litr həcmində spirtli içki olan araq içmişlər. Farizin yanında olan uşaqla o yemək yemişlər. Atasıgil araqı içib qurtardıqdan sonra Fariz gedib təkrar bir şüşə 0,5 litr həcmində spirtli içki olan araq alıb gətirmişdi. Atasıgil həmin arağı da içdidkdən sonra orada olan uşaq çıxıb getmək istəmiş, bu zaman Fariz əsəbiləşmişdi. O, həmin vaxt Farizin yanında olan uşağa dayanmadan zənglər gəldiyini görmüşdü. O, atasına uşağa evə getməsinə şərait yaratmasını demiş, həmin ərəfədə Fariz bayıra çıxmışdı. Fariz bayıra çıxan zaman atası uşağa evə getməsini demiş, bu zaman uşaq onların oturduqları yerdən çıxıb getmişdi. Bir neçə dəqiqədən sonra Fariz onların yanma gəlmiş, uşağın orada olmadığını görüb əsəbiləşmiş və atasına öz qonağını nə səbəbdən qovduğunu demişdi. Atası Farizə “uşağı qovmamışıq, uşağın evdəkiləri yığır, narahatdırlar, buna görə də uşağa getməsini dedik” demişdi. Bu sözlrədən Fariz əsəbiləşərək atasının ünvanına nəlayiq söyüşlər istifadə etməklə getməklərini bildirmiş, atası da Farizin dediklərinə əsəbiləşərək sonuncuya söyüş söyməməsini demişdi. Lakin Fariz təkrar atasının ünvanına nəlayiq sözlər işlədərək avtoyuma məntəqəsindən getmələrini bildirmiş, Farizin nəlaiq sözlərindən atası əsəbiləşərək oturduqları yerdə olan stolu dağıtmışdı. Fariz atasını söydüyünə görə atası yumruqla Farizin sizfətindən vurmuşdu. Həmin vaxt Fariz atasının yaxasından tutmuş və sonuncular bir-birləri ilə dartışmağa başlamışlar. Fariz həmin vaxt avtoyuma məntəqəsinin içərisində olan tikilidən qaçıb bayıra çıxmışdı. Atası Farizin arxası ilə çıxmaq istəyəndə o, atasını tutub saxlamışdı. Şahin isə Farizin arxası ilə bayıra çıxmış, avtoyuma məntəqəsində olan tozsoranı və avtomobil yuyan aparatı vurub dağıtmışdı. O, atasını sakitləşdirib öz avtomobili ilə oradan aparmışdı. O, Zərərçəkmiş şəxs işlədiyi avtoyuma məntəqəsinə atası Təqsirləndirilən şəxsla birlikdə gəlmiş, Şahin onlardan sonra tək gəlmişdir. Şahin içkili olduğuna görə avtoyuma məntəqəsində olan tozsoranı və avtomobil yuyan aparatı sındırmışdır. O, həmin vaxt spirtli içki qəbul etməmiş, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Baş vermiş hadisə təxminən 15-20 dəqiqə davam etmiş, hadisə zamanı orada kənar şəxslər olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 65 saylı rəyi ilə müəyyən edilmişdir ki, vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması və sol gözaltı nahiyənin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, kənar şəxs tərəfindən sol göz nahiyəsinə yumruqla bir zərbənin təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı onların hər ikisi istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki: Təqsirləndirilən şəxs, Xətai rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri 20% cəzasına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 12 gün islah işləri 20% cəzasına məhkum olunmuşdur. Xətai rayon Polis İdarəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə ********* saylı material üzrə araşdırma aparılmış, xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan “şübhəli şəxs qismində tutulma haqqında” 04 sentyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 06 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və dərhal saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Həmçnini iş materiallarından görünür ki, qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və 22 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİnin İŞ-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməsini, onun 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixə və 22 noyabr 2023-cü il tarixdə tutulmasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4cü maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın yüngülləşdirilməsini, habelə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tasrixə və 22 noyabr 2023-cü il tarixdə tutulması nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, ona təyin olunmuş 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası yüngülləşdirilərək 1200 (min iki yüz) manat məbləğində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 192 (yüz doxsan iki) manat tutulub, Bakı şəhəri 12 saylı hüquq məsləhətxanasının, “Access Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-92/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-92/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver